Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1063/2021 27.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X1, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi - Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1973-cü ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı ilə münasibətlərinin davam etməsini cüzi səbəb kimi bəhanə etmiş, öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyaraq, ailə-məişət və əxlaq normalarına etinasızlıq edib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirmək məqsədilə əvvəlcədən özü ilə gətirdiyi, üzərində olan məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə vurub, sonuncuya sol əlin 4-cü barmağının əsas falanqasının arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan, döş qəfəsinin ön və arxa səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən, yumşaq toxumaları zədələyən 2 (iki) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli və qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən, 12 barmaq bağırsağın enən hissəsinin bayır səthini və arxa divarını, mədəaltı vəzin başını zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 200-250 ml miqdarında qan və qan laxtası) səbəb olmuş 1 (bir) ədəd ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2015-ci ilin sentyabr ayında Səbail rayonu 20-ci sahə dairəsinə gedən yolun kənarında yerləşən “Dünya” marketin qarşısında olan avtobus dayanacağında tanış olmuşlar. Həmin vaxtdan aralarında yaxın münasibət olub və o, Ayseli sevmişdir. Hərdən aralarında kiçik münaqişələr olsa da, sonradan barışmışlar. Hərdən Ayselin, bəzən də onun kirayədə yaşadığı evdə görüşürmüşlər. O, Ayselin evli olduğunu bir ildən sonra bilmiş, Aysel ona həyat yoldaşından boşandığını deyibmiş. Ayselin həyat yoldaşı Zaurla da aralarında münaqişə olmuşdur və o, 2020-cu ilin yay aylarında Zauru münaqişə zamanı bıçaqla vurubmuş və buna görə üç ay müddətində həbsdə qalmışdır. Bu münaqişlələr Aysel ilə aralarında olan münasibəti pisləşdirməmişdir və onlar yenə də normal münasibətdə olmuşlar. O, bir həftə olar ki, Ayseli tapa bilmirmiş və Aysellə telefon əlaqəsi də yarada bilmirmiş. 06.01.2021-ci il tarixdə Aysel ilə telefon əlaqəsi yaratmış, Aysel münasibətinə onun razı olmadığı rəfiqəsi Gülşənin yanında qaldığını bildirmişdir. O, Gülşənin əxlaqsız olduğunu bilirmiş, buna görə də Ayselin bu hərəkətinə əsəbləşmiş və Gülşəndən uzaqlaşmasını bildirmişdir. O, bu barədə Gülşənin bacısı Nərminə də xəbərdarlıq etmişdir. 07.01.2021-ci il tarixdə saat 10:20 radələrində o, Ayselin yaşadığı Səbail rayonu, Salyan yolu küçəsində yerləşən evinin yaxınlığına getmiş, Aysel azyaşlı uşağı ilə səhv etmirsə məktəbə gedirmiş. O, uşağın yanında Ayselə yaxınlaşmamış, bir neçə dəqiqədən sonra qayıdanda Ayselə yaxınlaşaraq nə üçün ondan uzaqlaşdığını və onun münasibətinə razı olmadığı rəfiqəsinin yanında qaldığını soruşmuşdur. Aysel ilə aralarında mübahisə yaranmış, həmin vaxt o, əsəbləşmiş və özü ilə götürdüyü taxta saplağı olan məişətdə istifadə edilən bıçaqla, dəqiq yadında deyil Ayselin bədəninə bir neçə dənə zərbə vurmuş, Aysel yerə yıxıldıqdan sonra o, bıçağı yerə atmış və oradan uzaqlaşıb 20-ci sahə dairəsinə getmiş, orada taksafonla 103 xidmətinə zəng vurmuş, lakin düşə bilməmişdir. Bundan bir neçə saat sonra Səbail polisində işləyən Çinar adlı polis işçisinə zəng vurmuş, sonuncuya Ayseli vurduğunu demiş və polis bölməsinə getmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində dəqiqləşdirmişdir ki, Zərərçəkmiş şəxs vurmağı əvvəlldən planlaşdırmayıbmış, sonradan onda belə bir fikir yaranmışdır. Bıçaq onun üstündə əvvəldən olmuşdur. Hadisədən bir gün sonra Ayselin həyat yoldaşının qardaşı, yəni qaynı ilə telefonda danışaraq nə üçün qardaşının ora getdiyini bildirmiş, Ayselin keçimş qaynı ona demişdir ki, «qardaşım ora kayfa gedir». O da hadisə olan zaman Ayselə nə üçün keçmiş ərinin onlara gəldiyini demiş, aralarında mübahisə yaranmış, o da Ayseli vurmuşdur. Zərərçəkmiş şəxs dəqiq neçə bıçaq vurmasını xatırlamır. Həmin vaxt ətrafda heç kimi görməmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdikdən sonra yerdən qaldırmaq istəmiş, lakin Aysel evə gedəcəyini demişdir. Ayselə təpik, yumruq zərbəsi vurmamışdır. Heç bir ruhi, yaxud əsəb xəstəliyi yoxdur. 07.01.2021-ci il tarixdə saat 14 radələrində kirayədə qaldığı evdə spirtli içki qəbul etmiş, bu səbəbdən saxlanılan zaman «orta» dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vuran zaman sərxoş vəziyyətdə olmamış, həmin vaxt ayıq olmuşdur. Spirtli içkini hadisədən çox sonra qəbul etmişdir. Zərərçəkmiş şəxs vurduğu bıçaq taxta saplağı olan bıçaq olmuş, Ayselə bir neçə zərbə vurmuş, sonradan bıçağın tiyə hissəsini əlilə qatlamış və yerə atmışdır. Ayseli hədələməmiş, Zauru evə buraxdığına görə danlamışdır. Ayselə bir neçə dəfə bıçaq zərbəsi vurduqdan sonra dayanmış, yəni davam etməmiş, bıçağı da özü əyib yerə atmışdır. Ayseli öldürmək istəməmiş, yəni belə bir niyyəti olmamışdır. Bıçağı özündə gəzdirməkdə məqsədi Ayselin keçmiş həyat yoldaşı Zauru vurmaq olmuşdur. Ayselə nə üçün biri-birinin ardından bıçaq zərbəsi vurduğunu xatırlamır. Bundan əlavə o, əməlində xuliqanlıq niyyəti olmadığını, sadəcə sevdiyi insanı qısqandığına görə sinirlərinə hakim olmayıb, bıçaqla vurduğunu, bu səbəbdən də Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla razı olmadığını və təqsirli bilmədiyini bildirərək, əməlinin CM-nin 126.1-ci maddəsinə tövsüf edilməsini xahiş etmiş, həmçinin, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Səbail rayonu ünvan 3 ünvanında azyaşlı oğlu, keçmiş həyat yoldaşı Şahid1 və rəfiqəsi Nərminlə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Təqsirləndirilən şəxs onların yaşadıqları evin yaxınlığında kirayədə yaşayırmış, elə olurmuş ki, işə getmək üçün Təqsirləndirilən şəxs yaşadığı evin yanından keçib getməli olurmuş. Bir dəfə evin qarşısından keçən zaman Təqsirləndirilən şəxs su atanda onun üstünə düşmüş, ondan dəfələrlə üzr istəmiş, bundan sonra ona salam verirmiş, o da salamını alırmış, lakin aralarında danışıq olmurmuş. 2018-ci ilin mart ayında Qaraş onun keçmiş həyat yoldaşı Zaurla birlikdə evə gəlmişdir. Zaur demişdir ki, «tanışdı bizə qonaq gəlib». Onlar kabab bişirmişlər, o da süfrə hazırlamışdır. Bundan sonra Qaraş davamlı onlara gəlib getməyə başlamışdır. Qaraş ona Zaurun yanında «gəlin bacı» deyirmiş, o da, Zaur da Qaraşa əmi deyirmişlər. Bir dəfə Qaraş ona demişdir ki, «səndən xoşum gəlir, Zaurla da ona görə yaxın münasibət yaratdım ki, sənə yaxın olum, səni 2015-ci il tarixdən tanıyıram». Həmin müddətdə o, Zaurla bağlı ailə problemləri yaşayırmış. Onu Zaurun ailəsi qəbul etmirmiş və onlar 2008-ci ilin iyun ayından Zaurla qeyri rəsmi yaşamışlar, 2012-ci ildə o, ana olanda Zaurla rəsmi nigaha girmiş, lakin Zaurun anası onların ailə qurmalarına qəti etiraz edirmiş. O, Zaurla həmişə boşanacağını düşünürmüş. Bir neçə dəfə Qaraş işdən çıxan zaman onun iş yerinə gəlirmiş. Həmin vaxt o, Nizami küçəsində zərgərlik yerində işləyirmiş. Qaraş güya təsadüfən oradan keçirmiş kimi özünü göstərirmiş, o da buna inanırmış. Bir yerdə avtobusla evə gedirmişlər, Qaraşla yolda danışan zaman o, ailə münasibətləri haqqında Qaraşa danışıbmış. Bundan sonra Qaraş ona daha da yaxınlıq edirmiş. Elə olmuşdur ki, artıq telefonla danışırmışlar və aralarında səmimi münasibətlər yaranıbmış, lakin aralarında cinsi yaxınlıq heç vaxt olmayıb. Bir müddətdən sonra Qaraş Zaurun ondan boşanması üçün təzyiqlər etməyə başlamış və bu hərəkətləri 2019-cu ilin yay aylarından daha da kəskinləşmişdir. Zaura onun şəklini göstərmiş, danışıqlarını eşitdirmiş və aralarında cinsi yaxınlıq etdiklərini demiş, nəticədə Zaur 2020-ci ilin avqust ayında məhkəməyə boşanma barədə ərizə vermiş, 2020-ci ilin sentyabr ayında Zaurla boşanmışlar. Qaraş dəfələrlə ona psixoloji, fiziki təzyiqlər etməyə başlamış, bu barədə 8-ci polis bölməsində dəfələrlə şikayət ərizələri qeydə alınmış və araşdırmalar aparılmışdır. 2020-ci ilin dekabr ayının 29-da Qaraşın onunla telefonla danışaraq yeni il gününü, yəni 31.12.2020-ci ili onlarda qeyd etmək istədiyini bildirmişdir.O, etiraz etmiş, bundan sonra yenə də hədələr başlamışdır. Sonra Zaurun ondan boşandığını, nə üçün onlara gəlib-getdiyini bildirərək, Zaur onun evinə gələrsə onu öldürəcəyi ilə hədələyirmiş. Həmin müddətdə Qaraş Zaurun qardaşı Şahid2 zəng vurmuşdur ki, «qardaşın Ayseldən boşanıb nə üçün Zaur onun evinə gedir». Anar Qaraşa deyib ki, «o evə Zaur kefə gedir». Bundan sonra Qaraşın ona qarşı münasibəti daha da kəskinləşmişdir. 07.01.2021-ci il tarixdə səhər saat 09:30 radələrində uşağı qonşuya qoyub işə getmək istəyirmiş, evin yaxınlığında Qaraş onu saxlamış, özü ilə getməsini istəmiş, sağ qolunun bilək hissəsində, paltarının qolu arasında saxladığı qəhvəyi yəngli saplağı olan bıçağı çıxaraq boğazına söykəmiş, onu öldürəcəyini, əks halda onunla getməyini tələb etmişdir. O, etiraz edəndə Qaraş əvvəlcə onun qarın nahiyyəsinin aşağı hissəsindən bıçaqla bir zərbə vurmuş, o, əyiləndə bıçaqla kürək nahiyyəsindən vurmuşdur. O, Qaraşa yalvarırmış ki, «uşağım var yazığın gəlsin vurma», Qaraş isə vurmağa davam edirmiş, sonra sinəsindən vuranda o, əli ilə özünü qorumaq istəmiş, həmin vaxt bıçaq əlini də kəsmişdir. Qaraş bıçaqla sol tərəfdən onun sinəsinə vuranda zərbədən bıçaq əyilmişdir. O, yıxılanda Qaraş bıçağı yerə atmış və getmişdir. O, həmin vaxt tam huşsuz vəziyyətə düşməyibmiş, lakin qan itirdiyini və taqətinin tükəndiyini hiss edirmiş. Ona görə də telefonu ilə əvvəlcə 103 qaynar xəttinə zəng vuraraq təcili yardım çağırmış, sonra 102 xidmətinə zəng vurub polisə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra təcili yardım gəlmiş və onu Sabunçudakı 3 saylı xəstəxanaya aparmışlar. Onu götürən zaman Qaraşın onu vurduğu bıçağın uc hissəsindən tutaraq yanında olan salafan torbaya qoymuş və özü ilə götürmüşdür. Xəstəxanada onu dərhal əməliyyat götürmüşər, çünki çox qan itiribmiş. Qaraş ou həmişə öldürəmklə hədələyib, onu bıçaqla vuran zaman da öldürəcəyini deyir, bəlkə də bıçaq əyilməsəydi sonucu bıçaq ürəyinə dəyə bilərdi, lakin yəqin ki, bıçaq qabırğasına, yəni bərk yerə dəydiyi üçün əyilmişdi, bu səbbədən Qaraş onu vurmağa davam edə bilməmişdir. Təqsirləndirilən şəxs bıçağı özü əydiyini istintaq verdiyi ifadəsində bildirsə də, tamamilə yalan deyir, bıçaq onun sinəsinə dəyən zərbədən əyilmişdir. Bıçaqla vurandan sonra Təqsirləndirilən şəxs ona hər hansı formada yardım etməyə çalışmamış, tam əksinə təkrar-təkrar üstünə gəlirmiş. O, yalvarırmış ki, «uşağım var yetim qalar». Qaraş bundan sonra getmiş, ona heç bir yardım göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu ünvan 3 ünvanda keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs və azyaşlı oğlu ilə birlikdə yaşayırlar. O, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuşlar, nigahdan bir oğlan övladları var. Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Qaraş onların kirayədə yaşadıqları evin yaxınlığında kirayədə yaşayırmış. Bir neçə dəfə Qaraşın kirayədə yaşadığı evin yaxınlığından keçmişdir. Qaraş ona salam verirmiş və səmimi münasibət göstərirmiş. Elə olmuşdur ki, aralarında yaxın münasibətlər yaranmışdır. 2018ci ilin mart ayında o, Qaraşı evə qonaq kimi aparmışdır. Bundan sonra Qaraş bir neçə dəfə ac olduğunu bildirdiyi üçün evə qonaq kimi aparmışdır. Qaraş ona həmişə “qardaş” deyirmiş, həyat yoldaşı Ayselə «gəlin bacı» deyərək müraciət edirmiş. Aysel isə Qaraşa əmi deyirmiş. Bundan sonra bir neçə dəfə Qaraş onların evində olmuş, daha sonra həyat yoldaşı Ayselə yaxın müanisbət göstərməyə başlamışdır. İlk əvvəllər Aysel Qaraşın bu cür münasibətinə sərt reaksiya versə də, sonradan Qaraşın onu öldürəcəyi ilə hədərləyərək yaxın münasibət qurmasına şərait yaratmışdır. 2019-cu ildən etibarən dəfələrlə Qaraş onlara gələrək Ayselə qarşı yaxınlıq münasibəti hiss etdiyini bildirərək mübahisə yaradıb, onu öldürəcəyi ilə, evi yandıracağı ilə hədələmişdir. O və həyat yoldaşı Aysel bu barədə ərazi aidiyyatı üzrə Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə dəfələrlə şikayət ərizələri yazmış, lakin nəticə olmamışdır. 2020-ci ilin avqust ayında Qaraş ona Aysel ilə yaxın münasibətinin olduğunu bildirərək, Ayselin Qaraşa göndərdiyi şəkli ona göstərmiş və Aysel ilə yaxınlıq etdiyini bildirmişdir. Bu səbəbdən o, boşanma barədə ərizə vermiş və Aysel ilə 2020-ci ilin sentyabr ayında boşanmışlar. Rəsmi boşanmalarına baxmayaraq, o, yenə də Aysel ilə eyni evdə yaşayırmış. 2020-ci ilin sentyabr ayının təxminən 26-da Qaraş onu yaşadıqları evdə bıçaqla vurmuş, onun xəsarəti dərəcəsi təyin edilməyən olduğu üçün Qaraşa bir aylıq həbs vermişlər. Qaraş çıxandan sonra yenədə onun mobil telefonuna zəng vuraraq nə üçün boşansa da Aysel ilə eyni evdə yaşadığını deyirmiş, evdən çıxmağını tələb edirmiş, əks halda onu öldürəcəyi ilə hədələyirmiş, bu səbəbdən o, Qaraşın telefonunu bloklamışdır ki, onu narahat etməsin. 31.12.2020-ci il tarixdə Qaraş onun Bərdə rayonunda yaşayan qardaşı Anara zəng vuraraq, nə üçün boşansa da Aysel ilə eyni evdə yaşadığını bildirərək, onu öldürəcəyini demişdir. Onun qardaşı Anar Qaraşa demişdir ki, «onun evidi gedir sənə nə». Qaraş təkid etdikdə isə, qardaşı Anar demişdir ki «lap o evə kefə gedir bundan sənə nə». Bundan sonra Qaraş daha da aqressivləşibmiş. 07.01.2021-ci il tarixdə səhər saat 08:00-da işə getmişdir, saat 09:30 radələrində Aysel ona zəng vuraraq bildirmişdir ki, Qaraş Ayseli bıçaqla vurub xəsarət yetirib. O, dərhal evə gəlmiş, Ayseli Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər xəstəxanasına aparıldığını öyrənmiş, o da xəstəxanaya getmişdir. Qaraş Ayseli öldürəcəyini bildirərək özü ilə gətirdiyi bıçaqla, onların yaşadıqları evin yaxınlığında Ayselə bir neçə bıçaq zərbəsi vurmuş, Ayselin səhhəti pis olduğu üçün əməliyyata götürmüşlər. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, tikinti işi ilə məşğul olur. 2018-ci ildən 2020-ci ilə qədərki müddətdə ara-sıra iş olanda bir neçə ay Bakı şəhərində olmuşdur. Bakı şəhərində olduğu müddətdə bir neçə dəfə qardaşı Zaurun kirayə qaldığı evdə olmuşdur. Zaur Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində həyat yoldaşı Aysel və azyaşlı oğlu ilə birlikdə kirayədə yaşayır. 2020-ci ilin əvvəllərindən qardaşı Zaurun ailəsində Qaraşla bağlı yaranan mübahisələri və Qaraşın Zauru dəfələrlə öldürməklə hədələyərək Ayseldən ayrılmasını istəməsini bilirmiş. 2020-ci ildə Qaraşın onun qardaşı Zauru bıçaqla vurduğunu və bununla bağlı bir ay müddətində cəza çəkdiyini də bilirmiş. Qaraşın, onun qardaşı Zaurun ailəsinə müdaxiləsi nəticəsində Zaur həyat yoldaşı Ayseldən boşanmış, lakin azyaşlı oğluna görə və Ayselin özünün də istəyi ilə onlarla eyni evdə yaşayırmış. Buna görə Qaraş dəfələrlə Zaura zəng vuraraq hədələdiyi üçün Zaur Qaraşın nömrəsini blakoklayıbmış. 31.12.2020-ci il tarixdə Qaraş onun mobil telefonuna zəng vurmuş, həmin vaxt o, yaşadığı Bərdə rayonunda olmuşdur. Qaraş ona bildirmişdir ki, «qardaşın Ayseldən boşanıb nə üçün onunla eyni evdə yaşayır». O, Qaraşa cavab vermişdir ki, «boşansa da onların uşaqları var onunla birlikdə yaşayırsa bundan sənə nə?» Bundan sonra Qaraş təkidlə bunu təkrarlayanda və Zauru öldürəcəyi ilə hədələyərək «o, evə getməsin» deyə bildirəndə, o, Qaraşa demişdir ki, «Zaur lap o evə kefə gedir bundan sənə nə, nə üçün bu səni narahat edir?», bundan sonra Qaraş onun və Zaurun ünvanına nalayiq küçə söyüşləri söymüşdür. 07.01.2021-ci il tarixdə saat 11 radələrtində Zaur ona zəng vuraraq bildirmişdir ki, Qaraş bir neçə bıçaq zərbəsi vuraraq Ayselə xəsarət yetirib. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayından etibarən Bakı şəhəri Səbail rayonu ünvan 3 ünvanda Zərərçəkmiş şəxs, Ayselin azyaşlı uşağı ilə birlikdə yaşayırlar. O, Ayseli doqquz ildir ki, tanıyır, aralarında dostluq münasibəti var. Üç ildir o, Qaraşı tanıyır. Qaraş mütəmadi olaraq Ayselin yaşadığı ünvana gəlir, qapını döyür, Ayseli və onları narahat edir, hədə qorxu gəlirmiş. Bu barədə dəfələrlə 8-ci polis bölməsinə müraciətlər edilməsinə baxmayaraq, Qaraş öz əməlinə davam edirmiş. Qaraş onun telefonunu bilmirmiş, bir neçə dəfə Ayselin yaşadığı evin yaxınlığında, yolda olanda onu görüb hədələyib ki, «Aysel nə üçün bacının yanına gedir», buna görə onu öldürəcəyini bildirmişdir. Sonuncu dəfə 07.01.2021-ci il tarixdə səhər saat 10 radələrində o, Aysel ilə birlikdə yaşadığı evdən çıxmışdır ki, işə getsin. Qaraş evin yaxınlığında dayanıbmış. Qaraş ona yaxınlaşmış, səhv etmirsə, Qaraşın sağ qolunda, paltarların arasında bıçaq olmuşdur. Qaraş bıçağın saplaq hissəsindən çox az bir hissəini ona göstərərək demişdir ki, «Ayseldən uzaq dur, onu bacının evinə aparsan başını asfalta sürtərəm, səni bıçaqla deşərəm». O, Qaraşın bu sözlərindən qorxmuş və dərhal Qaraşdan uzaqlaşaraq getmişdir. Təxminən saat 11 radələrində Aysel ona zəng vuraraq Qaraş tərəfindən bıçaqla vurduğunu bildirərək, xəstəxanada olduğunu demişdir. O, dərhal Ayselin aparıldığı Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs onu hədələyən zaman bıçağı qolundan çıxarmayıbmış, yəni ona qarşı tutmayıbmış, lakin ona hədə qorxu gələndə görmüş və qorxmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun bacısının evinə getməsindən narahat olmasında başqa səbəb olmamışdır. Qaraş Ayselin heç kimlə münasibətinin olmamasını istəyirmiş, hətta onun da Ayselin yanında yaşamasını istəmirmiş. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2007-ci ildən etibarən DİO-da xidmət aparır, hal-hazırda Səbail RPİ-nin X2 bölməsinin rəisi vəzifəsində işləyir. Səbail RPİ-nin 8-ci polis bölməsinin rəisi olmadığından idarə rəhbərrliyinin əmri ilə 01 yanvar 2021-ci il tarixdən etibarən bir ay müddətində 8-ci polis bölməsinin rəisi vəzifəsini icra etmiş, həmin müddətdə bir neçə dəfə Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs narahat etməsi, sonuncunun yaşadığı ünvana gedərək Ayselə qarşı psixoloji təzyiqlər etməsi, hədələməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən 8-ci polis bölməsinə şikayətlər daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxsla aidiyyəti əməkdaşlardan başqa şəxsən özü tərəfindən profilaktik söhbətlər aparılmış, Təqsirləndirilən şəxs etdiyi əməllərinə davam edərsə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 07 yanvar 2021-ci il tarixdə səhər satalarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulması barədə sonuncunun DİN-in 102 xidəmətinə verdiyi məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qruğu hadisə yerində olmuşdur. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra rayona qaçması barədə məlumat daxil olduqdan sonra, o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna zəng vuraraq hadisənin onun tərəfindən törədildiyinin məlum olduğunu bildirmiş və Təqsirləndirilən şəxs qısa müddət ərzində təslim olmasını təklif etmişdir. Danışıqlar zamanı Təqsirləndirilən şəxs əməlini etiraf edərək iki saat müddətində 8-ci polis bölməsinə gələcəyinə söz vermiş və təxminən 2-3 satdan sonra bölməyə gəlmişdir. Təqsirləndirilən şəxs tərəflərindən Səbail RPİ-nin istintaq şöbəsibnə təhvil verilmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 9 ildir tanıyır. Aysel onun bacısı Nərminlə rəfiqədir. X7 rayonu ərazisində eyni evdə kirayəşin yaşayırlar. O, Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamamışdır. Bu şəxslə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının 7-də Ayseli bıçaqladığını ona Aysel deyibdir. Aysel və öz bacısı Nərmin həftəsonları onun Yasamal rayonu ərazisində kirayə yaşadığı evə qonaq gəlirmişlər. İş materiallarındakı keçirilmiş məhkəmə-tibb ekspertizasının 01 fevral 2021-ci il tarixli 34 №-li rəyindən görünür ki, 1. 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərindəmüəyyən edilmiş xəsarətlər – qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən, 12 barmaq bağırsağın enən hissəsinin bayır səthinin və arxa divarının, mədəaltı vəzin başını zədələyən, kəskin daxili qanaxmaya (qarın boşluğunda 200-250 ml miqdarda qan və qan laxtaları) səbəb olmuş 1 (bir) ədəd, döş qəfəsinin ön və arxa səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən, yumşaq toxumaları zədələyən 2 (iki) ədəd və sol əlin İV barmağının əsas falanqasının arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 07 yanvar 2021-ci il tarixdə qeyd olunan nahiyyələrə kənar şəxs tərəfindən bıçaqla yetirilmiş dörd zərbə nəticəsində əmələ gələ bilərdilər. 2. Dərəcəsinə görə qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid, döş qəfəsinin ön və arxa səthinin sol yarısının döş boşluğuna nüfuz etməyən, yumşaq toxumaları zədələyən, cərrahi tikiş izli deşilmiş-kəsilmiş yaraları (iki ədəd) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Sol əlin İV barmağının gəsas falanqasının arxa səthinin deşilmişkəsilmiş yarası sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. 3. Yuxarıda qeyd olunan xəsarətlərdən başqa vət.Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri müəyyən edilməmişdir. 4. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, ölçülərinə, eləcə də təqdim olunmuş maddi sübutların – bıçağın müayinəsinə əsaslanıb qeyd olunan xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindəntörənə bilmələri barədə fikir söyləməkmümkündür. Bununla belə, suala daha konkret cavab vermək üçün Zərərçəkmiş şəxs hadisə anında əynində olmuş paltarların və təqdim olunmuş bıçağın birgə xüsusi tibbi-kriminalistik müayinəsi əhəmiyyət kəsb edə bilər. Məhkəmə bioloji ekspertizasının 28 yanvar 2021-ci il tarixli 27/2021-MTBŞ №-li rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB/H/(İV). 2. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka və 02 ədəd çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qan qrupu göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A», «B», «H» antigenləri alındı. Aqqulyutinlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB/H/(İV) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 05 fevral 2021-ci il tarixli 17-2021/MTKŞ №-li rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, cəmi 03 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdirlər. 2. Zərərçəkmiş şəxs qarnının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən bir ədəd yara ona məxsus maykanın ön səthinin sağ yarısının aşağı hissəsində olan zədə ilə; döş qəfəsinin ön səthinin sol yarısında olan yara ona məxsus maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində olan zədə il əvə döş qəfəsinin arxa səthinin sol yarısında olan yara ona məxsus maykanın arxa səthinin sol yarısının yuxarı hissəsində olan zədə ilə nisbi olaraq üst-üstə düşürlər. 3 Zərərçəkmiş şəxs solə li paltarla örtülmədiyi üçün sol əlin İV barmağının arxa səthində olan bir ədəd deşilmiş-kəsilmiş yara ekspertizaya təqdim edilmiş maykada öz əksini tapmamışdır. 4. Tədqiqata təqdim edilmiş bıçağın tiyəsi kəskin deformasiyaya uğradığından bıçaqla eksperimetal zərbələrin yetirilməsi mümkün olmadığına görə tqdim edilmiş mayka üzərində olan zədələrin həmin bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. 5. Tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçaq üzərində sonradan onun təyinatını dəyişəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. 6. Təqdim olunmuş bıçağın tiyəsi hər hansı bərk küt mexanizmlə qarşılıqlı təsirdən kəskin deformasiyaya uğramış, yəni əyilmişdir. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik ekspertizasının 26.01.2021-ci il tarixli 159 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin fiziki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə ektmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə anlanlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2021-ci il tarixli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 09 yanvar 2021-ci il tarixli 4(009)-11/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, mənsubiyyəti mümkünlüyü üzrə qiymətəndirməklə daxili inamını rəhbər tutaraq həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin həmin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün qismən etirafedici, zərər çəkmiş şəxsin, məhkəmədə dindirilmiş, habelə ifadələri elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilərək, ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, barəsində 15 avqust 2019cu il tarixli Səbail rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 22 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə birləşdirilmiş və ona qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu götürülməmiş və ödənilməmiş, cəza çəkdiyi müddətdə yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi üçün onun əməllərində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu gün 07 yanvar 2021-ci il tarixdə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 09 (doqquz) ay 25(iyirmi beş) gün qalan hissəsi CM-ni 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla çəkilməmiş qalan 10(on) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki çıxarılmış hökmlə hökmlərin məcmüsü üzrə qismən birləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın istər növünü, istərsə də həddini seçərkən cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə əməl edilməli, mövcud məhkəmə təcrübəsinin nəticələrini nəzərə almalı, ədalətli balans və tarazlığa nail olmaq üçün cinayətin və cinayəti törətmiş şəxsin şəxiyyəti nəzərə alınmalıdır. Belə olan halda hər kəsin cəzasının düzgün müəyyən edilməsi məhkəmənin vəzifəsidir. Məhkəmə təcrübəsində də əksər hallarda məhz şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təhlil edərək şəxsin şəxsiyyəti haqqında müəyyən fikrə gəlmək, həmin şəxsin müsbət və ya mənfi keyfiyyətlərinin ustünlük təşkil etməsi, həmin şəxsin asan və ya çətin islah olunan olub-olmaması, cəmiyyətin həmin şəxsdən, onun ictimai-təhlükəli əməllərindən qorunmasına zərurətin olub-olmaması, əgər cəmiyyətin bu təhlükəli şəxsdən qorunmasına zərurət mütləqdirsə, bu qorunmanın müddətinin müəyyən edilməsi üçün şəxsin şəxsiyyəti haqqında obyektiv məlumatların toplanması nəticəsində müəyyən qənaətə gəlmək mümkün olur. “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Göründüyü kimi, təqsirkarın əxlaqa zidd həyat tərzi, ictimai faydalı əməkdən yayınması, qanunların, birgəyaşayış qaydalarının tələblərinə laqeydliyi, dəfələrlə məhkum olunmasına baxmayaraq islah edilməməsi və s. bu kimi hallar onun nisbətən yüksək sosial təhlükəli olmasını göstərir. Cinayət işinin materiallarına əlavə olunan tələbnamənin surətindən də görünür ki, təqsirləndirilən şəxsin islah olunması üçün xeyli – uzun müddətli vaxt tələb olunur. Şübhəsiz ki, şəxsiyyəti belə kriminogen xüsusiyyətlərlə xarakterizə olunan şəxsə sanksiya daxilində daha sərt cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd mayka və cinayətin aləti olan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasının vəkili X3 384 (üç yüz səksən dörd) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili X6 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş 2 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 25 (iyirmi beş gün) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qalan 10 (on) ay 27 (iyirmi yeddi) gün hissəsi qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı- 07 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd mayka və cinayətin aləti olan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasının vəkili X3 384 (üç yüz səksən dörd) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili X6 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1063/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1063/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver