Məhkəmə qərarları › İş №1(101)-1063/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1063/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1063/2024 05.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X8 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Kürdəmir rayonunun Şımıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 528/2023 saylı, 16 avqust 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 14 avqust 2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 2412/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3,197 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 avqust 2023-cü il tarixdə saat 18:10-da ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3İ-nin 36-cı PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,197 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə həbs edilməmişdən əvvəl Bakı şəhəri ərazisində küçələri gəzərək metal tullantılar yığmaqla ailəsini dolandırmışdır. Bundan əvvəl isə Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis bölməsinin məxfi işçisi olmuşdur. 14 avqust 2023-cü il tarixdə, saat 15:00-16:00 radələrində “Siyaqut” restoranının yaxınlığında olarkən, metal tullantıları yığdığı arabasını orada qoyub su içmək üçün getmişdir. Geri qayıtdığı vaxt əllərində qandallar olan mülki geyimli, sonradan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını öyrəndiyi şəxslərin ona yaxınlaşdığını görmüş, sonuncular ondan kafenin yerini soruşmuşlar. Lakin o, həmin şəxslərin polis əməkdaşları olduqlarını, oraya onu tutmaq üçün gəldiklərini bilmişdir. Polis əməkdaşları onu tutan kimi dərhal həm onun, həm də öz mobil telefonlarını söndürmüşlər. Sonuncular onu “Toyota Prado” markalı avtomaşına mindirərək Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirmişlər. Burada ona işgəncələr verilmiş, bir gün ərzində əlləri qandallı vəziyyətdə saxlanılmış, məruz qaldığı işgəncələrə etiraz əlaməti olaraq ona yemək yeyərkən istifadə etməsi üçün verilmiş qaşığı udmuşdur. Polis bölməsində hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil onun etirazına baxmayaraq təqdim olunmuş bütün sənədləri imzalamışdır, bu səbəbdən də o, sonuncudan imtina etmişdir. Ona təqdim olunmuş yeməyi yeməkdən və suyu içməkdən imtina etmiş, belə ki, o, bunların tərkibində narkotik vasitə olduğunu bilmişdir. Məhkəmə iclasında barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxan hakimə işgəncəyə məruz qalması və döyülməsi barədə məlumat vermişdir. Polis idarəsinin müvəqqəti saxlanma yerində bədənində aşkar olunmuş xəsarətlər qeydə alınmasa da, istintaq təcridxanasında müvafiq qeydlər edilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmasından təxminən bir saat əvvəl Bakı şəhər Polis İdarəsinin əməkdaşları zəng edərək onu idarəyə çağırmışdır. Bakı şəhəri Xətai RPİ-nin 36-cı polis bölməsində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən videoçəkiliş aparılmamışdır. Əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə barəsində bəraət elan edilmiş, müxtəlif sosial şəbəkələrdə müvafiq dövlət orqanları tərəfindən kompensasiya verilməsini tələb etmişdir. Bundan başqa bir müddət Xətai RPİnin məxfi işçisi kimi işlədikdən sonra onu işdən azad edərək haqqı ola pulu ödəməkdən imtina etmişlər. O isə gördüyü əvvəllər gördüyü məxfi iş haqqını və bəraət hökmü üzrə kompensasiya ödənişini tələb etdiyindən polis əməkdaşları onu şərləmişlər. Onu tutan şəxslər hazırki cinayət işi üzrə şahid qismində dindirilən polis əməkdaşları olmayıb. O, ümumiyyətlə, narkotik vasitələrin heç bir növündən istifadə etmir, şübhəli şəxs qismində tutularkən də üzərində narkotik vasitə olmayıb. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 14 avqust 2023-cü il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Ramiz Quliyev küçəsində mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur və üzərində daşıyır. Məlumatı aldıqdan sonra tərəfindən şöbə rəisinə məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qrupun rəhbəri o, üzvü şöbənin əməliyyat müvəkkili, polis leytenantı Riifət Rəhimov təyin olunmuşdur. Həmin günü Ramiz Quliyev küçəsində müşahidə aparmağa başlamışlar. Təxminən saat 18:10-da həmin küçədə 2 ünvanında Təqsirləndirilən şəxs oxşayan bir şəxsi görüb yaxınlaşmışlar. Həmin şəxsə özünü təqdim etməyini xahiş etdikdə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib Xətai RPinin 36-cü PŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onlarla razılaşdıqdan sonra Şöbəyə getmişlər. Bu barədə PŞ-nin rəsinə raportla məruzə etdikdən sonra PŞ-nin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki. üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya varsa təqdim etsin. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparıldıqda əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd büküm aşkar olunmuşdur. Büküm açıldıqda orada narkotik vasitəyə bənzər 1 maddə olduğu müəyyən edilmişdir. Həmin bükümdə olan maddənin nə olduğu soruşulduqda bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və 14 avqust 2023-cü il tarixdə, günorta vaxtı “Həzi Aslanov” Metrostansiyasının yaxınlığından 50 manata tanımadığı şəxsdən özünün istifadəsi məqsədilə alıb saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş maddə və ya əşya aşkar edilməmişdir. Daha sonra həmin maddə çəkilmiş 3,52 qram olması müəyyən olunmuşdur. Sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması ilə yanaşı satması da ehtimal olunduğundan saxlanılıb Şöbəyə gətirildikdən sonra yazdığı raportda elə də qeyd edilmişdir. Lakin Təqsirləndirilən şəxs Şöbəyə gətirildikdən sonra yalnız narkotik vasitələrdən istifadəsi ilə məşğul olduğunu göstərmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində yerləşən “Nargilə” kafesinin yaxınlığında 14 avqust 2023-cü il tarixdə, saat 18:50 radələrində tutulmuşdur, sonuncu tutulan zaman onlara müqavimət göstərməyib və onlar tərəfindən də təqsirləndirilən şəxsə qarşı xəsarət yetirilməyib. Hal şahidi kimi dəvət olunmuş şəxsləri əvvəlcədən tanımayıb və o, dəvət etməyib. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən videoçəkiliş aparılmayıb və bunun səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə, saat 18:00-19:00 aralığında tutulmuş, sonuncu tutulan zaman onlara müqavimət göstərməyib və onlar tərəfindən də təqsirləndirilən şəxsə qarşı xəsarət yetirilməyib. Sonuncunun üzərinə baxış keçirilərkən o, digər Şahid1, müdafiəçi və təhqiqatçı iştirak edib. Təqsirləndirilən şəxs tutularkən üzərində hər hansı xəsarət olmasını və şəxsi axtarış və götürmə aparılarkən nəyə görə videoçəkiliş keçirilibkeçirilməməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə məhəllədə olarkən özünü sahə müvəkkili kimi təqdim edən şəxs ona yaxınlaşaraq onu 36-cı polis şöbəsinə dəvət, ondan iş üzrə hal şahid qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməyərək Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nə getmiş, oraya onunla birlikdə başqa bir şəxs də hal şahidi qismində dəvət olunmuşdur. Polis əməkdaşları onun qarşısına büküm qoyaraq, cinayət işi üzrə cəlb olunmuş vətəndaşın üzərindən aşkar olunduğunu bildirmişlər. Daha sonra sonuncular ona kağıza imza etdirmiş və o, bundan sonra polis şöbəsindən getmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis şöbəsində olarkən təqsirləndirilən şəxs görməyib. O, polis şöbəsinin xidməti otağında olarkən orada ondan başqa sahə müvəkkili, mülki geyimli şəxslər və digər hal şahidi olmuşdur. Təqsirləndirilən şəxsi ilk dəfə məhkəmə iclasında görür, daha əvvəl, o cümlədən, o polis şöbəsində olarkən görməyib. Cinayət işinin materiallarında olan özünü şahid qismində dindirilməsinə dair protokolda məzmunundan xəbərsizdir, o, həmin protokolda qeyd edilən məzmunda ifadə verməyib. Təxminən 3-4 il əvvəl də başqa bir iş üzrə hal şahidi qismində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə taksi xidməti göstərdiyi sərnişini “Ukrayna” dairəsi ərazisinə gətirmiş, sonuncunun avtomobildə düşdükdən sonra özünü polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaraq, onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmiş, orada ona imzalaması üçün yazılı kağız təqdim olunmuş, polis əməkdaşları ona bildirmişlər ki, bir nəfər şəxsin üzərindən narkotik vasitə aşkar olunub, bu sənədlərlə də onunla bağlıdır, o da polis əməkdaşlarının bu sözlərindən sonra içərisində nə yazıldığını oxumadan ona təqdim olunmuş kağızı imzalamışdır. Xidməti otaqda ondan başqa 2-3 nəfər də olmuş, lakin təqsirləndirilən şəxs olmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları ona stolun üzərində olan balaca bükümü göstərib, onun içərisində narkotik vasitə olduğunu bildirmişlər. Təqsirləndirilən şəxsi ilk dəfə məhkəmə iclasında görür, daha əvvəl, o cümlədən, o polis şöbəsində olarkən görməyib. Cinayət işinin materiallarında olan özünü şahid qismində dindirilməsinə dair protokolda məzmunundan xəbərsizdir, o, həmin protokolda qeyd edilən məzmunda ifadə verməyib. Əvvəllər heç bir məhkəmədə şahid qismində iştirak etməyib. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 avqust 2023-cü il tarixli protokola əsasən, Xətai RPİ-nin 36-cı PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunur. Həmin maddə ölçüldükdə 3,52 qram olması müəyyən edilir. Daha sonra həmin maddə zərfə qoyularaq möhürlənir və protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 6/4380 saylı 15 avqust 2023-cü il tarixli rəyindən görünür ki. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,197 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 5946 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan ambulator məhkəmə kompleks pixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında hal hazırda gerilik əlamətləri edilmədi. Onda xasiyyətin isterik tipli psixapatik cizgilərinə xas olan nümayişkarənəlik, qıcığa həssaslıq, tez özündən çıxmaq, inadkarlıq, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs özündən uydurma və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2024cü il tarixli qərarından çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 1(103)-1420/2023-005 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlama cinayətini törətməsində təqsiri sübuta yetirilməmişdir. İbtidai istintaq orqanın sübutların qiymətləndirilməsi barədə müvafiq qərarına əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin verdiyi izahatı, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şəxsi axtarış və götürmə protokolu sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə sübut növü kimi qəbul edilmişdir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Öncəliklə cinayət işinin ibtidai istintaq materiallarını araşdıran məhkəmə müəyyən edir ki, cinayət işinin materiallarına əsasən 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etməsi, “Həzi Aslanov” metrostansiyası yaxınlığında 50 manat müqabilində tanımadığı şəxsdən alması, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitəni könüllü surətdə təqdim etməsi barədə izahat vermiş, lakin sözügedən izahatı imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə şübhəli şəxs, daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən cinayət işi üzrə özünü təqsirli bilməmiş, cinayət işinin təhqiqat və istintaq mərhələlərində keçirilmiş prosessual hərəkətlərin nəticələrinə dair tərtib edilmiş protokolları, o cümlədən, ibtidai istintaqın gedişində imzalaması və tanış olması üçün ona təqdim olunmuş bütün sənədləri imzalamaqdan imtina edərək barəsində başlanılmış cinayət təqibinə öz etirazını bildirmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə olan heroin gəzdirməsinə dair 14 avqust 2023-cü il tarixli ilkin etirafedici ifadəsi təqsirləndirilən şəxsin həqiqi iradəsini əks etdirmir, əks halda sonuncunun özünə məxsus etirafedici ifadəni imzalamaqdan imtina etməsinin heç bir məntiqi əsası olmazdı. Bundan başqa məhkəmə cinayət işinin ibtidai istintaqı zamanı cəlb olunmuş, həm ibtidai istintaqda, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş hal şahidləri Şahid3 və Şahid4 ifadələrini mötəbər sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddələsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Qeyd edilən Məcəllənin 115-ci maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna edilməklə, onun istintaq hərəkətin icraatında əvvəllər iştirakı həmin cinayət işi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Bu Məcəllənin 115.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı bir şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 təxminən 2-3 il əvvəl bir dəfə hal şahidi qismində iştirak etdiyini, Şahid4 isə bundan əvvəl heç bir cinayət işində şahid qismində iştirak etmədiyini qeyd etmişdir. Lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş çıxarışdan müəyyən olunur ki, Şahid4 əvvəllər 51 cinayət işində şahid kimi iştirak etmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədiyi halda iştirakı mütəmadi xarakter daşımayan ən azı 2 (iki) hal şahidi iştirak etməli olmasına baxmayaraq, hazırki cinayət işi üzrə hal şahidindən biri - Şahid4 dəfələrlə başqa işlər üzrə hal şahidi kimi iştirak etməsi, habelə bu iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmamasına gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, qanunvericilik bir iş üzrə hal şahidi qismində iştirak etmiş şəxsin başqa iş üzrə hal şahidi qismində iştirakını istisna etmir. Lakin hal şahidi Şahid4 digər cinayət işləri üzrə mütəmadi olaraq hal şahidi qismində iştirakı müdafiənin əsaslılığını bir daha təsdiq edir. Baxmayaraq ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hal şahidlərinin iştirak etməsi şərti ilə videoçəkilişdən istifadə edilməməsi mümkündür, lakin mövcud praktika onu göstərir ki, bu qəbildən olan işlərin demək olar ki, hər birində həmin istintaq hərəkətinin gedişində videoçəkiliş aparılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 bununla bağlı onlara verilmiş suala cavab olaraq videoçəkilişin keçirilməməsinə heç bir səbəb göstərməmişlər. Məhkəmə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən videoçəkilişin keçirilməməsini, Cinayət-Prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq sözügedən prosessual hərəkətə hal şahidlərinin cəlb olunmasını, prosesə cəlb olunmuş hal şahidlərindən birinin başqa cinayət işlərinin istintaqında mütəmadi iştirakını, təqsirləndirilən şəxsin ilkin etirafedici ifadəsini və bundan sonra ona təqdim olunmuş müvafiq prosessual hərəkətlərin protokollarının heç birini imzalamamasını nəzərə alaraq hesab edir ki, faktiki olaraq ibtidai istintaq orqanının təqdim etdiyi bütün əsaslı sübutlar şübhə altındadır. Həmçinin cinayət işinin ibtidai istintaq materiallarında olan Şahid3 və Şahid4 şahid qismində dindirilməsinə dair eyni məzmunlu ifadələrində qeyd olunur ki, onlar 14 avqust 2023-cü il tarixdə, təxminən saat 18:55 radələrində ünvan 5 ünvanında yerləşən Xətai rayon Polis İdarəsinin 36-cı Polis şöbəsinin yaxınlığından keçən zaman ona mülki geyimli şəxslər yaxınlaşıb polis işçiləri olduqlarını bildirmiş, 36-cı Polis şöbəsində bir nəfərin üzərinə şəxsi axtarış və götürmə aparılacaq və onların da hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. Onlar etiraz etməyərək razılaşıb 36-cı Polis şöbəsinə daxil olmuşdur. Şöbənin xidməti otaqlarından birində ondan başqa da bir nəfər hal şahidinin iştirakı ilə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən bir nəfərin üzərinə müdafiəçinin iştirakı ilə polis işçiləri tərəfindən şəxsi axtarış və götürmə aparılmasında iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya varsa təqdim etsin. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd büküm aşkar olunmuşdur. Büküm açıldıqda orada maddə olduğu müəyyən edilmişdir. Həmin bükümdə olan maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və 14 avqust 2023-cü il tarixdə, günorta vaxtı X4 yaxınlığından 50 manata tanımadığı şəxsdən özü üçün istifadə etmək məqsədilə alıb üzərində saxlamışdır. Hal şahidləri Şahid3 və Şahid4 sözügedən ifadələrinin məzmunundan da göründüyü kimi sonuncular Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim edərkən orada iştirak etməyib, təqsirləndirilən şəxs ilk dəfə məhkəmə iclasında görüblər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinın məzmunundan da müəyyən olunduğu kimi müvafiq istintaq hərəkətinin aparılmasında hal şahidi kimi iştirak etmiş şəxs iştirak etdiyi istintaq hərəkətinin keçirilməsi zamanı aşkar olunmuş faktları, onların məzmununu, gedişini və nəticələrini izləməli olmasına baxmayaraq, hazırki cinayət işi üzrə hal şahidləri məhkəmə iclasında dindirilərkən onlar polis şöbəsinə dəvət olanan zaman Təqsirləndirilən şəxs orada, ümumiyyətlə, görmədiklərini, polis əməkdaşlarının onlara büküm göstərərək içərisində narkotik vasitə olduğunu və bunun bir nəfər şəxsin üzərindən aşkar olunduğu bildirdiklərini qeyd etmişlər. Təsadüfi deyil ki, hal şahidləri Şahid3 və Şahid4 polis əməkdaşlarının onlara təqdim etdiyi kağızı oxumadan imzaladıqlarını da bildirmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş Şahid3 və Şahid4 18 avqust və 28 avqust 2023-cü il tarixli şahid qismində dindirmə protokollarındakı ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, sonuncuların bu ifadələri hazır şəkildə yazılaraq onlara imzalatdırılmışdır, hal şahidlərinin həqiqi iradəsini və həqiqəti əks etdirməyərək formal xarakter daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan başqa təqsirləndirilən şəxsin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmədiyindən videoçəkilişin keçirilməsinin mümkün olmaması və alternativ şəkildə 2 nəfər hal şahidinin dəvət olunması, Təqsirləndirilən şəxs polis əməkdaşlarının fiziki təzyiqlərinə məruz qalması, məhz məruz qaldığı fiziki təsirlərə etiraz olaraq özünə xəsarətlər yetirməsi barədə məhkəmənin şübhələrini həmçinin aşağıda qeyd edilənlər dəstəkləyir: Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman Təqsirləndirilən şəxs sol bazunun içəri səthində tünd-bənövşəyi rəngli qançır izləri, sağ çiyin nahiyəsində, sağ biləyin arxa tərəfində və sol kürək nahiyəsində isə qərtməkli yara xəsarətlərinin aşkar olunması barədə daxil olmuş məlumata əsasən Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfov tərəfindən aparılmış araşdırma üzrə Təqsirləndirilən şəxs, əməliyyat müvəkilləri Şahid1 və Şahid2 ifadəsi alınmış, qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan zaman sonuncu məhkəmə iclas zalında olarkən polislərin önündə anidən baş nə bədənin müxtəlif nahiyələrinə küt xəsarətlər yetirmişdir, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar – polis əməkdaşları tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalması və işgəncə görməsi öz təsdiqini tapmadığından 07 sentyabr 2023-cü il tarixli qərarla 420-C-23 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəmənin sorğusuna əsasən daxil olmuş 02 fevral 2024-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sol bazunun içəri səthində 2 sm ölçüdə tünd bənövşəyi rəngli qançır, sağ çiyin nahiyəsində 1 sm ölçüdə, sağ biləyin ön və arxa səthində 2 sm ölçüdə, sol kürək nahiyəsində iki ədəd 1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə edilmişdir. Bundan başqa yenə eyni əsasla Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfov tərəfindən aparılmış araşdırma üzrə Təqsirləndirilən şəxs, əməliyyat müvəkilləri Şahid1 və Şahid2 ifadələri alınmış, araşdırma materialı üzrə ekspertiza təyin edilmiş, iş üzrə məhkəmmə-tibbi ekspertizası təyin olunmuş, xx.xx.2023-cü il tarixli, 100/2023 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasyalarına əsasən onun özü tərəfindən yetirilə bilməsi istisna edilməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalması və işgəncə görməsi öz təsdiqini tapmadığından 14 dekabr 2023-cü il tarixli qərarla 420-C-23 nömrəli material üzrə cinayət işinin başlanılması bir daha rədd edilmişdir. Məhkəmə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 100/2023 nömrəli ekspert rəyi ilə bağlı qeyd edir ki, sözügedən ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş sol said və sağ bud nahiyəsinin əzilmiş yaraları və sağ gözaltı nahiyənin qançırının xarakter və lokalizasiyalarına əsasən onun özü tərəfindən yetirilə bilməsi istisna edilməmiş, beləliklə, həmin xəsarətlərin digər şəxslər tərəfindən yetirilməsi də tamamilə inkar edilməmişdir. Bundan başqa məhkəmənin mövqeyinə görə Təqsirləndirilən şəxs gözaltı nahiyəsindəki xəsarəti öz-özünə yetirməsi də inandırıcı deyil. Həmçinin cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsindən məhkəmənin sorğusuna əsasən daxil olmuş 08 fevral 2024-cü il tarixli məktubda qeyd edilir ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə Xətai RPİ-nin müvəqqəti saxlama yerinə qəbul olunmuşdur. Qəbul olunan zaman onun bədənində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin məktubuna münasibətdə qeyd edir ki, baxmayaraq ki, sözügedən məktubda Təqsirləndirilən şəxs MSY-yə daxil olarkən üzərində heç bir xasarətin aşkar olunmaması qeyd edilmişdir, lakin nəzərə alınmalıdır ki, sonuncu Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlər aşkar olunmuşdur, beləliklə, Təqsirləndirilən şəxs həmin xəsarətləri 15 avqust 2023-cü il tarixdə MSY-yə daxil olduğu vaxtdan 16 avqust 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olduğu vaxta qədər olan zaman aralığında almış, hansı ki, həmin müddətdə polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəmənin sorğusuna əsasən daxil olmuş 09 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq X1 köçürülmüşdür. Müayinə zamanı sol qolun said nahiyəsinin bayır səthinin postinyeksion absesi izlənilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə saxlandığı müəssisədə şəxsi məsələləri ilə əlaqədar ağız suyunu sol said nahiyəsinə yeridərək özü-özünə xəsarət yetirmişdir. O, klinik, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “Əməliyyatdan sonrakı yaranmış ventral yırtıq” diaqnozu müəyyənləşdirilmiş, yırtığın ləğvi cərrahı əməliyyatı məsləhət görülmüşdür. Hazırda tibbi tədbirlər davam etdirilir, əməliyyatın aparılması planlaşdırılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən verilmiş 2661/23 saylı çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə ağrı şikayəti ilə müraciət etmiş, sonuncunun üzərində laparotomiya, qastrotomiya, metal yad cismin xarış edilməsi, ventral yırtığın ləğvi əməliyyatı icra edilmişdir. Cinayət işinin materiallarında olan “Xəzər” Klinikası tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs sözlərinə görə 5 ay əvvəl mədəsində yad cismə görə laporatomiya əməliyyatı keçirib, yad cismin çıxarılmasından 3 ay sonra əməliyyatdan sonrakı çapıq proyeksiyasında şişkinliyin olması, tez-tez tutan güclü sancışəkilli ağrılar, ürək bulanma və ümumi zəiflik şikayətləri əmələ gəlib. Təqsirləndirilən şəxs üzərində herniotomiya, bitişmələrin ayrılması, yırtığın alloplastika üsulu ilə ləğvi əməliyyatları icra edilib. Təqsirləndirilən şəxsin eyni məzmunlu ifadələri, Bakı İstintaq Təcridxanasının verdiyi məlumat, müvafiq ekspert rəyi, habelə təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair ağlabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayət təqibi gedişində şəxsə işgəncələr verməyi, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etməyi, aclığa, hipnoza məruz qoymağı, tibbi yardımdan məhrum etməyi, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etməyi; uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etməyi, habelə buna bənzər hər hansı digər sınaqlar keçirməyi; şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almağı qadağan edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 26-cı bəndində qeyd edilir: “CPM-in 125.8ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.” Həmçinin həmin Qərarın 28-ci bəndində qeyd edilir: “Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.” Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları şübhə altına alır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki polis əməkdaşının ifadələrini təqsirləndirilən şəxsə elan edilmiş itiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2023-cü il tarixli 6/4380 rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan ambulator məcburi narkoloji yoxlamanın 16 sentyabr 2023-cü il tarixli 5946 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Yekun olaraq məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, şəxsi axtarış və götürmə haqqında protokolda təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, şahidlərin Təqsirləndirilən şəxs üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 14 avqust 2023-cü il tarixli baxış keçirilməsi barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq külli artıq miqdarda narkotik vasitə əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 3,197 qram qurudulmuş heroinin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Xətai Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 3,197 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 3,097 qram qalığı materiala əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Xətai Rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı Məmmədağa Əhmədov, Bakı şəhər Xətai RPİ-nin 36-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bakı şəhər Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Bakı şəhər Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Faud oğlu barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Yasa» Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 01 dekabr 2023-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait Bakı şəhəri «Yasa» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Yasa» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 3,197 qram heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 3,097 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Xətai Rayon Polis İdarəsində saxlanılsın. Şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Bakı şəhər Xətai Rayon Polis İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı Məmmədağa Əhmədov, Bakı şəhər Xətai RPİ-nin 36-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X7, Bakı şəhər Xətai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Bakı şəhər Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Faud oğlu barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs məhkəmənin 01 dekabr 2023-cü il tarixli iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait Bakı şəhəri «Yasa» Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Yasa» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elnur Nuriyev Hakimlər: Kamran Muxtarov Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar