Məhkəmə qərarları › İş №1(101)-1063/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1063/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1063/2025 19.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 və Dövlət ittihamçısı, müdafiəçi– Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, işləməyən, Kəlbəcər rayonunun, Milli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satışının həyata keçirilməsi məqsədilə digər şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda - 1010 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, habelə təsir maddəsinin ümumi miqdarı 0,017 qram olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə edərək külli miqdarda tiryəki əlində olan tünd qırmızı rəngli hədiyyə çantasının içərisində olan ağ rəngli, üzərində yaşıl rəngdə “Mumuso” sözü yazılmış paketin içərisində və narkotik vasitə metadonu isə əlində olan qara rəngli, üzərinə “Coach” sözü yazılmış əl çantasının içərisində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Qaradağ rayon Mühafizə İdaəsinin polis nəfərləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində yerləşən “Taxtalı evlər” adlanan yerdə şübhəli şəxs qismində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 20:20-də müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əlində olan tünd qırmızı rəngli hədiyyə çantasının içərisində olan ağ rəngli, üzərində yaşıl rəngdə “Mumuso” sözü yazılmış paketin içərisində 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1010 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və əlində olan qara rəngli, üzərində “Coach” sözü yazılmış əl çantasının içərisində iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,110 qr və 0,082 qr olmaqla, ümumi təmiz çəkisi 0,192 qarm olan F/M40 adlı açıq qəhvəyi rəngli həb qırıntılarından ibarət, təsir maddəsinin ümumi miqdarı 0,017 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür.

İşin faktiki halları:

Təqsirləndirilən şəxsə qarşı, ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

2. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Qaradağ Rayon Mühafizə İdarəsinin polis nəfərləri polis baş serjantı Şahid4 və polis serjantı Şahid3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024cü il tarixdə Sədərək Ticarət Mərkəzində xidmət apararkən bir xanımın taxta evlər adlanan ərazidə özünü şübhəli aparması barədə daxil olmuş məlumat əsasında həmin əraziyə yaxınlaşan zaman qızın qarşısında yerdə parça torba, narkotikə bənzər maddə olan qara bükülü aşkar edilmişdir.

3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdən tutulmuş hesab edilmişdir.

4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2024-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM, “Taxta evlər”-in yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin 14 nömrəli xidməti otağında üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əlindəki tünd qırmızı rəngli hədiyyə paketinin içərisindən ağ rəngli, üzərində yaşıl rəngdə "Mumuso" sözü yazılmış, içərisində tünd qəhvəyi rəngdə, ağ rəngli sellofana bükülmüş plastilin formasında kütlə olan parça torbanı könüllü olaraq çıxarıb masanın üstünə qoydu. Bundan başqa qara rəngli, üzərində "Coach" sözü yazılmış əl çantasının içərisindən 1 ədəd 2 qramlıq istifadə olunmayan şpiris, 01 ampula istifadə olunmayan "NO-SPA" dərman pereparatı, 02 ədəd içərisində boz rəngli kristal şəkilli, siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim etmişdir.

5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fıziki-kimyəvi ekspertizasının 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4054 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "…Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş…" sözləri olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1010 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qr., 0,082 qr., ümumi təmiz çəkisi 0,192 qram olan F/M40 göstəricili açıq-qəhvəyi rəngli həb qırıntılarından ibarət kütlənin əsas təsiredici maddəsi metadondur və həmin kütlənin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,017 qram təşkil edir. Təqdim olunmuş maddələr müxtəlif kimyəvi qruplara aid olduğu üçün onların eyni tərkibli olubolmaması barədə qoyulmuş sual cavablandırılmadı.

6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrə yenidən ittiham elan olunması qərara alınmışdır.

7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur.

8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(002)- 200/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(002)-299/2024 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır.

9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, həmin görüntü 01 faylda yerləşdirilmişdir. Fayl açıldıqda aydın görünür ki 08 avqust 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki tünd qırmızı rəngli hədiyyə çatnasının içərisindən ağ rəngli, üzərində yaşıl rəngə "Mumuso" sözü yazılmış, içərisində tünd qəhvəyi rəngdə, ağ rəngli sellofana bükülmüş plastilin formasında kütləni masanın üzərinə qoyur. Bundan başqa qara rəngli, üzərində "Coach" sözü yazılmış əl çantasının içərisindən 1 ədəd 2 qramlıq istifadə olunmayan şpris, 01 ampula istifadə olunmayan "No-Spa" dərman preparatı, 02 ədəd içərisində boz rəngli kristal şəkilli, siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki kütlə və maddənin narkotik maddə olduğunu, həmin büküm və maddəni 3 ilə yaxındır ki, sevgili kimi münasibətdə olduğu Pərvin adlı şəxsin bu gün ona telefon vasitəsilə yerini dediyi, kirayə yaşadığı evin yanındakı zibil qabından götürüb "Sədərək" ticarət mərkəzində deyildiyi yerə atıb Pərvin adlı şəxsin telefonuna məkan atanda oradakı mühafizəçi və polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirildiyini bildirir. Video çəkilişə keçirilmiş baxış zamanı müəyyən edildi ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Cəmşid Əliyev tərəfindən tərtib edilmiş 08 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır.

10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli, “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən çıxan, iş üçün əhəmiyyət kəsb edən SMS məzmunu müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən kimlərlə telefon əlaqəsi yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsini və həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən bir sıra digər xüsusatların müəyyən olunmasından ötrü həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heçbir məlumat əldə edilməmişdir. Bundan başqa həmin diskdə olan antenna bölməsinə baxış keçirərkən Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi tarixdə və saatda yəni xx.xx.2024-ci il tarixdə saat 13 radələrində Pərvin adlı şəxs tərəfindən ona verilmiş tapşırıq əsasında bağlamanı götürmək üçün ünvan 2 ünvanında olduğu müəyyən edilmişdir.

11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Amblator X1 xx.xx.2024-cü il tarixli 6444 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.

12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli 2679 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik alamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətçillik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.

13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi” xx.xx.2024-cü il tarixli 5/1048 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli “**********33763,**********33768” “imei” kodlu mobil smartfondur. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsi ilə aparılmış hər hansı bir məlumat mübadiləsinin (çat seansı, foto, audio, video fayllar və sairə) pozulubpozulmaması üzrə təhqiqat işlərinin aparılması mümkün olmamışdır.

14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əlində olan tünd qırmızı rəngli hədiyyə çantasının içərisində olan ağ rəngli, üzərində yaşıl rəngə "Mumuso" sözü yazılmış paketin içərisində 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,110 qr və 0,082 qr ümumi təmiz çəkisi 0,192 qarm olan F/M40 göstəricili həb qırıntılarından ibarət, təsir maddəsinin ümumi miqdarı 0,017 qram olan narkotik vasitə metadon, ekpertiza tədqiqatından sonra qalıq qalmış 1009,9 qram tiryək və 0,092 qram metadon, xx.xx.2024-cü il tarixdə "Şəxsi Axtarış və Götürmə" protokoluna əlavə edilmiş 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 22210 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk, habelə Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A12" markalı mobil telefon cihazı, Təqsirləndirilən şəxs tərəfindən verilmiş etirafedici ifadələr, şəxsi axtarış, baxış və götürmə protokolları, şahid ifadələri, ekspertiza rəyləri iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmişdir. ********* nömrəli cinayət işi üzrə toplanmış kifayət qədər sübutlar məcmusu olduğundan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır.

15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

16. Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə, elan edilərək tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx xxxxxx 2002-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. 2008-ci ildə Qəbələ şəhər 1 saylı tam orta məktəbə daxil olmuş və 2019-cu ildə isə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2021-ci ildə Azərbaycan Pedaqoji Dövlət Kollecinə daxil olduqdan sonra Bakı şəhərinə gəlmiş və Kollecin yanında kirayə qalmışdır. 2023-cü ildə Kolleci bitirdikdən sonra müxtəlif reklam şirkətlərində tanıdıcı işlələmişdir. 2021-ci ildə Kollecə daxil olduqdan sonra saxta “İnstagram” profili açmışdır. Həmin vaxtlar Pərvin adlı şəxslə tanış olmuşdur. Pərvinin 33 yaşı olmaqla yanaşı Gəncə şəhərindən olduğu ona məlum idi. Onlar bir müddət danışıb görüşdükdən sonra aralarındakı münasibət sevgi münasibətinə çevrilmiş və bir neçə dəfə də Pərvinlə görüşüb cinsi əlaqədə olmuşdur. Pərvin mütəmadi olaraq xarici dövlətlərə səfər edir və hal-hazırda da Ukrayna Respublikasındadır. Təxminən bir həftə bundan öncə Pərvin istifadəsində olan ********** saylı mobil telefonla onun şəxsi istifadəsində olan (051) ***-**-** saylı mobil telefonun «whatsap» proqramı vasitəsi ilə ona zəng vurub onun yaşadığı metronun Gənclik stansiyasının yaxınlığında olan zibil qutusundan çanta olduğunu bildirib ondan həmin çantanı götürüb digər onun dediyi ünvana apararaq orada zibil qutusunun yanma qoymağını bildirdi. O Pərvinlə razılaşanda Pərvin onun üçün tanımadığı taksi göndərdi. O da Pərvinin dediyi yerdən əl çantasını götürüb həmin yerə yaxın məsafədə olan yenə də Pərvinin dediyi yerə aparıb qoymuşdur. Həmin vaxt taksinin pulunu Pərvin vermişdir. Ertəsi gün Pərvin yenədə yuxarda qeyd etdiyi qaydada onunla əlaqə saxlayıb yaşadığı binanın yaxınlığından olan zibil qutusunda əl çantasını götürüb yaxınlıqda olan «Atatürk» parkına aparıb orada olan zibil qutusunun yanına qoymağım bildirmişdir. O da Pərvinin dediyi kimi etmişdir. O, Pərvindən çantada narkotik maddə olub-olmadığını soruşanda Pərvin ona narkotik maddə olmadığını bildirmişdir. Lakin buna baxmayaraq o daşıdığı bağlamaların narkotik vasitə olmasını bilmişdir. 08 avqust 2024- cü il tarixdə saat 15:00 radələrində o yaşadığı evdə olan zaman Pərvin ona «Whatsap» vasitəsi ilə zəng vurub yenədə evin yanında olan zibil qutusunda paket olduğunu və onu götürməyini daha sonra isə hara aparacağını bildirmişdir. O da təxminən 20-30 dəqiqə ərzində hazırlaşıb evdən çıxmış və qeyd etdiyi zibil qutusuna yaxınlaşıb Pərvinin ona öncədən göndərdiyi fotoşəkildəki qablaşdırmanı götürmüşdür. O həmin qablaşdırmanı özü ilə gətirdiyi tünd qırmızı rəngli hədiyyə paketinin içərisinə qoyub evin yaxınlığında olan «Atatürk» parkında gəzməyə başlamışdır. Təxminən saat 18:00 radələrində Pərvin ona zəng vurub həmin bağlamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi, Taxta evlər adlanan əraziyə aparmasını və orada bir yerə qoyub şəklini çəkib ona göndərməyini bildirmişdir. O da həmin vaxt istifadə etdiyi mobil nömrə ilə qeydiyyatdan keçdiyi Bolt taksi şirkətindən taksi çağırmışdır. Bir neçə dəqiqə sonra markasını və dövlət nömrəsini bilmədiyi ağ rəngli taksi gəlmişdir. O həmin taksi ilə yuxarda qeyd etdiyi “Taxta evlərin” yanına gəlmişdir. O sürücüyə 9 manat pul verib avtomaşından düşmüş və görüntülü olaraq Pərvinə zəng vurmuşdur. Pərvin, ona yolu tarif etməyə başlamışdır. O Pərvinin dediyi yolla getmiş və içərisində bağlama olan hədiyyə çantasını ora qoymuşdur. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşıb qoyduğu çantanın içərisində nə olduğunu soruşanda o, qorxub həmin şəxsə çantanın ona aid olmadığın bildirmişdir. Həmin şəxs ona inanmadığı üçün mühafizəçiləri və polis əməkdaşlarını dəvət etmişdir. Həmin vaxt o, Pərvinlə danışıb Pərvinə onu gördüklərini və polis çağırdıqlarını bildirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşıb nə baş verdiyini soruşanda, o artıq yalan danışmağın mənasız olduğunu başa düşüb polis əməkdaşlarına həmin yerə qoyduğu, içərisində narkotik maddə olan çantanın ona aid olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşlarının təklifi ilə qoyduğu çantanı özü götürmüşdür. Bundan sonra çanta onda olduğu halda polis əməkdaşları ilə birlikdə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə gəlmişdir. O polis şöbəsində könüllü olaraq çantanın ona məxsus olmasını etiraf etmişdir. Bundan sonra onun üzərinə video çəkilişlə və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən həmin bağlamada olan narkotik maddənin ona aid olduğunu və bununla yanaşı könüllü olaraq əl çantasında da Pərvinin şəxsi istifadəsi üçün ona verdiyi əvvəllər bir ədədini istifadə etdiyi qalan 2 ədəd siqareti kağızna bükümüş büküm narkotik maddəni çıxarıb masanın üzərinə qoymuşdur.

17. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Qaradağ RPİ-nin 10-cu PŞnin sahə inspektoru vəzifəsində işləyən, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PŞ-də növbədə olan zaman PŞ-nin rəhbərliyindən Bakı şəhəri, Qaradağ rayonu, Nərimanov rayonu, M.Əlizadə küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli bilindiyi üçün Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində saxlanılaraq Qaradağ RPİ-nin 10cu polis şöbəsinə gətirildiyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağı, onun iştirak edəcəyinə dair tapşırıq verilmişdir. Beləliklə, 08 avqust 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu polis şöbəsində xidməti otaqlarının birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin, Qaradağ RPİ-nin inspektor kriminalisti Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əlində olan tünd qırmızı rəngli hədiyyə paketinin içərisindən ağ rəngli, üzərində yaşıl rəngdə “Mumuso” sözü yazılmış, içərisində ağ rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli plastilin formasında kütlə olan torbanı könüllü olaraq çıxarıb masanın üstünə qoymuşdur. Bundan başqa qara rəngli, üzərində “Coach” sözü yazılmış əl çantasının içərisindən 1 ədəd 2 qramlıq istifadə olunmayan şpris, 01 ampula istifadə olunmayan “Nospa” dərman preparatı, 02 ədəd içərisində boz rəngli kristal şəkilli, siqaretin gümüşü kağızına bükülümş maddəni, 01 ədədə “Samsung A21” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki maddənin narkotik vasitə olduğunu, həmin büküm və maddəni 3 ilə yaxındır ki, tanıdığı, sevgili kimi münasibətdə olduğu Pərvin adlı şəxsin tapşırığı ilə, bu gün ona telefon vasitəsilə yerini dediyi kirayə yaşadığı evin yanındakı zibil qabından götürdüyünü, həmin bağlamanı “Sədərək” ticarət mərkəzində atıb, olduğu yerdən Pərvin adlı şəxsin telefonuna məkan məlumatları göndərməli olduğunu, lakin ora gəldikdə əlindəki bağlamanı yerə atdıqdan sonra orada ondan şübhələn şəxs tərəfindən polisə məlumat verildiyini və polis əməkdaşlarının onu saxlayaraq Polis Şöbəsinə gətirdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd içərisində narkotik vasitəyə oxşar maddə olan tünd qəhvəyi rəngli kütlə və 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm sübut əhəmiyyəti kəsb etdiyi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.

18. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Qaradağ RPİ-nin KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyən, Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək işin halları ilə bağlı onun göstərdiyi xüsusatları təsdiq etmişlər.

19. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Qaradağ Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı vəzifəsində işləyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq edərək göstərmişdir ki, 08 avqust 2024-cü il tarixdə saat 19 radələrində xidməti ərazisi olan Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində xidmətdə olarkən, Sədərək ticarət mərkəzində elektrik vəzifəsində işləyən Emin adlı şəxs ona zəng edərək bir nəfər şəxsin “Sədərək” ticarət mərkəzində taxta evlər adlanan ərazidə əlində bir ədəd hədiyyə torbası ilə özünü şübhəli kimi apardığını, belə gec saatda yolun kənarına qoyulmuş taxta evlərin arxasına keçib orada daşların arxasında gizlincə kiminləsə telefonla danışdığı bildirmişdir. Dərhal həmin əraziyə çatdıqda həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin qarşısında yerdə olan hədiyyə torbasının ağzı açıq olduğundan qara rəngli bükülü vəziyyətdə narkotik vasitəyə bənzər maddə olması aydın görünmüşdür. Həmin şəxsdən torbada nə olduğu soruşduqda həmin şəxs polis əməkdaşlarının suallarından yayınıb şübhəli cavablar verməyə başlamışdır. Həmçinin o həmin vaxt kiminləsə həyəcanlı vəziyyətdə telefonla danışırmış. Onların təklifi ilə xanım həmin torbanı yerdən götürmüş, bundan sonra xanım əlində özünə məxsus olan torba ilə birlikdə polis əməkdaşlarının dəvəti ilə Qaradağ RPİnin 10-cu PŞ-yə gəitirilmişdir. 10-cu PŞ-yə gəlikdə həmin şəxsin xx.xx.2002-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs olduğu polis əməkdaşlarına məlum oldu. Həmin şəxsin 10-cu PŞ-yə təhvil verilməsi ilə bağlı raport tərtib etdikdən sonra xidməti ərazilərinə geri qayıtmışlar. Məhkəmənin diqqətinə çatdırır ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi Pərvin adlı şəxsi tanımır və onunla telefon danışığı olmamışdır.

20. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Qaradağ Rayon Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində işləyən, polis baş serjantı Şahid3 da Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə onun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.

21. Məhkəmə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 12 ildir ki, Sədərək Ticarət Mərkəzində elektrik vəzifəsində işləyir. Adəti üzrə bazar bağlandıqdan sonra elektrik xəttlərini, elektrik açarları kontrol etdikdən sonra işini bitirib evə gedir. xx.xx.2024-cü il tarixdə saat təxminən 19:30 radələrində Sədərək Ticarət Mərkəzində “saatın yanı” deyilən yerdən özünə məxsus Kia Optima markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomaşınla ərazini yoxladıqda ağ rəngli nömrəsini tanımadığı taksidən cavan bir qızın düşdüyünü, qızın əlində tünd qırmızı rəngli hədiyyə torbası və əl çantası olduğunu görmüşdür. O bir qədər irəliləyib yenə əks istiqamətə qayıdanda həmin qızın yolun kənarında qoyulmuş “Taxta evlər”in arxasına keçdiyini görüb şübhələnmişdir. Çünki həmin vaxt ora hər hansı bir insan girməsi normal deyil. O həmin şəxsin dalınca ora tərəf gedəndə həmin qızın daşların arxasında gizlənib telefonla danışdığını görmüşdür. Həmin şəxs onu görən kimi əlindəki hədiyyə torbasının içindən ağ rəngli, üstündə yaşıl rənglə yazılar yazılmış torbanı çıxarıb kənara qoymuşdur. O dərhal mühafizə polisinin Şaiq adlı əməkdaşına zəng vurub çağırmışdır. Polis əməkdaşları gəldikdən sonra onlar həmin qıza yaxınlaşmışlar. O həmin şəxsdən tulladığı torbanın içində nə olduğunu soruşduqda həmin şəxs əvvəlcə etiraf etməsə də sonradan həmin bağlamanın özünə məxsus olmasını bildirib atdığı yerdən götürmüşdür. Daha sonra mühafizə polisinin əməkdaşları həmin qadını əlindəki bağlama ilə birlikdə 10-cu polis şöbəsinə aparmışlar. O həmin xanımı tanımamış, əvvəllər heç vaxt görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Məleykə adlı qadın bazarda “saat yanı” deyilən yerdə olmuş, “Pasha Bank” və “Access Bank”-ın filiallarının arxasına keçmişdir. Bankın arxa tərəfi qadağan olunmuş ərazi hesab olunduğundan o, mühafizə gələnə qədər Təqsirləndirilən şəxs uzaqdan nəzarətdə saxlamışdır. Əvvəlcə 1 nəfər mühafizə əməkdaşı gəlmiş, sonradan rabitədən məlumatı eşidənlər, həmçinin polis əməkdaşları da gəlmişlər. Qaradağ rayon Polis İdarəsinin əməkdaşları onların rabitə məlumatlarını dinlədiyindən, mühafizə xidmətinin bölmə rəisi polis əməkdaşlarına məlumat vermişdir. O, Pərvin Əliyevi və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu ilk dəfə hadisə günü görüb tanımışdır.

22. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ünvan 6 ünvanında ünvan 7irlikdə yaşayır. “Bolt” taksi şirkətində taksi fəaliyyəti ilə məşğuldur. 08 avqust 2024-cü il tarixdə “Bolt driver” tətbiqi vasitəsilə Nərimanov rayon Prokurorluğunun qarşısından sifariş gəlmişdir. O Nərimanov rayon Prokurorluğunun inzibati binasının qarşısında çatan zaman bir nəfər xanım avtomobilinə əyləşmiş və sifarişin “Sədərək” ticarət mərkəzinə olduğunu bildirmişdir. O, təxminən 40 dəqiqədən sonra “Sədərək” ticarət mərkəzinə çatmış, həmin xanımı “Sədərək” ticarət mərkəzində saat deyilən yerdə dayanacağın qarşısında avtomobildən düşürmüşdür. Taksi ximdəti ilə bağlı ödənişin bank kartı vasitəsilə ödənildiyini müəyyən etdikdən sonra oranı tərk etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

23. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun bacısı tələbədir, özü isə universiteti bitirib reklam işində, bankda və “Azərsun” şirkətinin tanıdıcısı kimi fərqli-fərqli sahələrdə işləmişdir. Bacısı ilə birlikdə kirayə evdə yaşayır və əvvəllər məhkum olunmamışdır. Pərvin Əliyevi adlı şəxsi Şəmkir rayonuna qabiliyyət imtahanına gedən zaman görmüş və xoşuna gəldiyi üçün, onu “İnstagram” sosial şəbəkəsindən izləmişdir. Pərvin ona boşandığını və onunla evlənəcəyini bildirdiyi üçün aralarında sevgi münasibətləri yaranmışdır. Pərvinin narkotik aludəçisi olduğunu bilməmiş və onun üçün heç vaxt narkotik vasitə daşımamışdır. Pərvindən arabir maaşının verilməsi gecikən vaxtlarda 10-20 manat borc pul almış, sonra da aldığı pulu qaytarmışdır. Pərvin Əliyevi 2021-ci il tarixdən tanısa da, sonuncunun narkotik vasitə satmasına dair onda hər hansı məlumat olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Pərvin ondan “istifadə” etmiş, dəfələrlə adına kredit və nisyə telefon götürməklə aldatmışdır. 08 avqust 2024-cü il tarixdə Pərvin Əliyev ona Sədərək bazarında tanışından bağlamanın götürülməsini tapşırmışdır. Lakin Pərvin ona bağlamada nə olduğunu tam olaraq deməmişdir. O, telefonda Pərvinlə görüntülü danışa-danışa Sədərək TM-ə getmiş, oraya çatanda Pərvinə bildirmişdir ki, Sədərək bazarı bağlıdır və orada heç kim yoxdur. Pərvin də ona arakəsməyə gedərək taksi sifariş verməsini, həmin oğlanın daha gəlməcəyini bildirmişdir. O, arakəsmədə olan zaman bir oğlan arxasınca gələrək yerə narkotik vasitə atdığını və bunu gördüyünü bildirmişdir. Oğlan güya yerə atdığı narkotik vasitəni göstərmiş və mühafizə xidmətini çağırmışdır. Bu zaman telefonda Pərvinlə olan görüntülü zəng açıq olmuş, telefonu mühafizə polisinə verəndə polis əməkdaşı Pərvinə: “alo, hə yaxşı qaqa” demişdir. Həmin gün saat təxminən 18:00-20:00 radələrində Mühafizə Polisləri onu Qaradağ RPİ-nin 10-cu PŞ-yə aparmış, üzərinə şəxsi axtarış keçirilmiş, idarədə polis əməkdaşları narkotik vasitəni tanımadığı şəxsə vermiş və təmiz mal olub-olmamasını müəyyən etməyi tapşırmışdır. Həmin vaxta kimi də telefonu üzərində olmuşdur. Buna görə də Pərvinə mesaj yazmışdır ki, onu şərləyib Polis Şöbəsinə aparıblar, məhkəməyə şikayət edərək təzminat alacaq. Pərvin də mesaja cavab olaraq dəqiq heç nə etmədiyini soruşmuş, buna görə də o, Pərvinə onun ucbatından tutulduğumu bildirmişdir. Sonra polis əməkdaşları ona fiziki təzyiq göstərərək, əllərini arxadan bağlayaraq mədəsinə yumruqla, başına isə kəmərlə vurmuş və narkotik vasitənin onun olduğunu etiraf etməsini tapşırmışlar. Amma o narkotik vasitəni boynuna götürməmiş, Pərvin Əliyev ona telefonda narahat olmamasını və evdəkilərə heç nə deməməsini, tanışını göndərəcəyini demişdir. Lakin Pərvindən heç bir xəbər çıxmamış, polis əməkdaşları onu döymüş və boynuna götürməsə başına oyun açacaqlarını bildirmişlər. İfadəni oxumağa icazə verilmədiyi üçün ifadəsini oxumadan imzalamışdır. O, müstəntiqə döyüldüyünü desə də, bu barədə hakimə məlumat verilməməsi üçün ona psixi təzyiq göstərilmişdir. O, prokurora döyüldüyünü dedikdən sonra daha döyülməmiş lakin təhqirlərə məruz qalmışdır. O, narkotik aludəçisi və narkotik vasitənin satışı ilə də məşğul olmadığını, ali təhsilli, idman müəllimi olmaqla 7 dəfə 1-ci yerə, 1 dəfə də 2-ci yerə layiq görüldüyünü həmçinin idman sahəsində fəxri fərmanı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Pərvinin dostundan bağlama almağa getmiş, lakin Pərvin ona dostunun nömrəsini verməmişdir. Ona demişdir ki, balaca paketi Sədərəkdən təhvil alıb geri qayıtsın. Həmin bağlamadan narkotik vasitə olduğunu bilməmişdir. Buna görə də narkotik vasitə ona yox, məhz Pərvin Əliyevə məxsusdur. Pərvinin bağlamasını götürməsinin səbəbi Pərvinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün İrana getməsi olmuşdur. Sədərəkdə olan vaxt istifadə etdiyi ətir şüşəsi yerə düşmüş, əyilib ətri götürən zaman elektrik işçisi onu saxlayaraq yerə narkotik vasitə atdığını bildirmişdir. Həmin elektrik işçisi 100-200 metr qabağa zibillik tərəfə getmiş və narkotik vasitəni gətirib ona məxsus olduğunu bildirmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

24. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

25. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

26. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

28. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir.

30. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

33. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

34. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həlletməlidir.

38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmçinin, metadonun da 0,02 qrama qədəri şəxsi istehlak miqdarı hesab edilir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

40. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

44. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı

45. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda olması, həmçinin, telefon və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

49. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

50. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

51. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə qabaqcadan əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, ibtidai istintaq zamanı ifadə verən zaman Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri Pərvin adlı şəxsin göstərdiyi ünvanlara qoymaq üçün götürdüyünü bildirmişdir.

52. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə daşınması işi ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalaraq məcbur olub həmin etiraf ifadəsi verdiyini bildirmişdir.

53. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025ci il tarixli, 3-16-17/40/2-443/2025 saylı məktub və ona əlavə olunmuş 6852/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman zədə aldığını bildirmiş, bədəninə baxış keçirilən zaman yeni xəsarət izi aşkar edilməməmiş, praktik sağlam kimi qiymətləndirilmiş, sağ said nahiyyəsində köhnə çapıqlar aşkar edilmiş və şikayəti olmadığını bildirmişdir.

54. AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən olunmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.

55. Bundan başqa, məhkəmənin sorğusuna əsasən, Qaradağ Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən X8 və qeyriləri barədə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaqı aparılması üçün Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Elnur Həsənovun icraatına qəbul edilmişdir. Cinayət işi üzrə X5 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar çıxarılaraq barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.

56. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə sözügedən hissədə tənqidi yanaşaraq, ifadədə qeyd olunan bu xüsusatları təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir.

57. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.

58. Odur ki, Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

59. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ona əlavə edilmiş videogörüntü, xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4054 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 xx.xx.2024-cü il tarixli 6444 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli 2679 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi” xx.xx.2024cü il tarixli 5/1048 nömrəli ekspert rəyi, eləcə də, iş materiallarında olan digər materiallarla tam sübuta yetirilir.

60. Beləliklə məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olduğuna dair ittiham hökmü çıxarılmalı olduğu qənaətinə gəlir.

61. Cinayət işinin materiallarına əlavə olunmuş diplomların və fəxri fərmanların surətlərindən görünür ki, idmanın Taekwondo növü üzrə müxtəlif vaxtlarda nailiyyətlər əldə etmişdir.

62. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

63. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 18,19,20,21-ci bəndləri).

64. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını və idman sahəsində nailiyyətlər əldə etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

65. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

66. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının hüdudları daxilində minimum cəzaya yaxın həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

67. Təqsirləndirilən şəxs cəzasının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 29-cu bəndi).

68. Cinayət işində olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 30-cu bəndi).

69. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 08 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

70. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

71. İş üzrə maddi sübut olan, Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1009,9 qram narkotik vasitə tiryək və 0,092 qram psixotrop maddə metadon məhv edilməli, 02 ədəd CD diskcinayət işinin materiallarına əlavə edilməli, habelə Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A12" markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır.

72. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 161 (yüz altmış bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 38-ci bəndi)

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 08 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1009,9 qram narkotik vasitə tiryək və 0,092 qram psixotrop maddə metadon məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilsin, habelə Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus "Samsung Galaxy A12" markalı mobil telefon qanuni sahibinə, qanuni sahibi imtina etdikdə isə onun yaxın qohumlarından birinə qaytarılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 161 (yüz altmış bir) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar