Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1065/2020 19.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi, “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Xaçmaz rayonuun Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Xaçmaz rayonunun Həsənqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, arvadı Zərərçəkmiş şəxs mobil telefonla ondan gizlin başqa şəxslərlə danışmasından və görüşməyindən şübhələndiyinə görə tez-tez aralarında mübahisələr olduğundan, başqa şəxslərlə münasibətdə olmasını ehtimal edib sonuncu ilə görüşüb onu qısqanclıq zəminində qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib istintaqa məlum olmayan mənbədən, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, tiyəsinin uzunluğu 109 mm, qatlanmayan tipli, məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaq əldə edib silahlanaraq bu niyyətini həyata keçirmək üçün xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 saylı binanın qarşısına gələrək həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyat üçün əhəmiyyətli orqanların yerləşdiyi nahiyələrinə, yəni sol çiyinüstü nahiyənin bir ədəd, sol kürəkaltı nahiyənin bir ədəd səthi deşilmiş-kəsilmiş yaraları, kürəkarası nahiyənin bir ədəd səthi kəsilmiş yarası kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən 3 (üç) ədəd, sol bazu nahiyəsinin arxa səthinin bir ədəd, ön səthinin bir ədəd, sağ çiyinüstü nahiyənin bir ədəd, sağ kürəkarası nahiyənin iki ədəd, sol kürəküstü nahiyənin iki ədəd, sol kürəkaltı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığa yüngül zərərvurmaya aid olan 8 (səkkiz) ədəd, sol kürəkaltı nahiyənin bir ədəd döş boşluğuna nüfuz edib heç bir orqanı zədələməyən deşilmiş-kəsilmiş yarası kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid olan 1 (bir), ümumilikdə isə 12 bıçaq xəsarətləri yetirmiş, qəsdən adam öldürməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmadan istintaqa məlum olmayan şəxslərin müdaxiləsi və Zərərçəkmiş şəxs Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilməsi səbəbindən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxx 1988-ci il tarixdə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuşdur. 1995-2005-ci illərdə həmin kənd məktəbində orta təhsil almış, 2008-ci ilin yanvar ayından 2009-cu ilin aprel ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı və Sumqayıt şəhərlərində müxtəlif yerlərdə kirayədə qalaraq tikinti şirkətlərində fəhlə işləmişdir. Aygün Şıxkərimovanı ilk dəfə 2011-ci ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində çörək sexində görmüş və Aygün ilə tanış olduqdan təxminən 1 ay sonra rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 2012-ci ildə Nuray, 2013-cü ildə Mədinə adlı övladları dünyaya gəlmişdir. O, nikaha daxil olduqdan sonra qayınatası Tofiq Mayılova məxsus ünvan 1 ünvanında yaşamışdır. Təxminən 2 il öncə arvadı Aygündə özünə qarşı soyuqluq hiss etmişdir. Belə ki, əvvəllər Aygün telefonu stolun üzərinə qoyurmuşsa, son vaxtlar telefonu özündə saxlamış və çox vaxt səssiz rejimdə idarə etmişdir. Aygünün telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olmuş və sonuncudan kiminlə danışdığını soruşduqda hər dəfə bacısı ilə danışdığını demişdir. Təxminən xx xxxxxx 2020-ci ildə işləmək üçün Ağsu rayonuna getmiş, xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərinə gəlmişdir. Daha sonra o, Xaçmaz rayonunda olarkən Aygün ona zəng edərək atası tərəfindən evdən qovulduğunu demişdir. O, Aygünün evdən qovulma səbəbini aydınlaşdırmaq üçün qayınatası Tofiq ilə danışdıqda sonuncu “Aygün əxlaqsızlıq edir, gəl arvadıva sahib çıx” demişdir. Həmin vaxtdan Aygün bacısı Elnarəgilə getmiş və orada təxminən 3-4 gün qaldıqdan sonra Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 25 saylı evdə kirayə yaşamağa başlamışdır. xx xxxxx 2020-ci il tarixdə o, Sumqayıt şəhərinə gəlmiş və Aygünün kimləsə mesajlaşdığını görüb telefonu əlindən almaq istəsə də sonuncu buna imkan verməmişdir. Belə ki, Aygün evdə oturaraq binanın aşağısında dayanan tanımadığı kişi ilə danışmışdır. O, paltarlarını yığaraq xx xxxxx 2020-ci il tarixdə Bakı şəhərinə, səhərisi gün isə ordan Xaçmaz rayonuna getmişdir. Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprel ayının sonlarında Aygünün Sumqayıt şəhərində kirayə yaşadığı evə getmişdir. Söhbət zamanı qızı Mədinə ona anasının evə Taleh adlı kişi gətirdiyini və sonuncunun Sumqayıt şəhərində meyvə-tərəvəz satışı ilə məşğul olduğunu demişdir. O, Taleh adlı şəxsin işlədiyi və yaşadığı yer haqqında məlumat topladıqdan sonra sonuncunun işlədiyi dükana getmiş, lakin gec olduğu üçün dükan bağlı olmuşdur. xx xxxx 2020-ci il tarixdə qızı Mədinəni Şabran rayonuna aparmış, Aygün isə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə qızı Mədinənin onun tərəfindən qaçırılması barədə müraciət etmişdir. O, Polis bölməsinə Mədinənin doğma qızı olduğunu və sonuncunu öz istəyi ilə rayona apardığını demişdir. xx xxxx 2020-ci il tarixdə 3-cü Polis bölməsində izahat verərək yenidən Şabran rayonuna qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə Aygün ilə danışarkən sonuncu Mədinəni evə gətirməyi, bir daha uşqaları ona göstərməyəcəyini və ondan boşanıb Taleh ilə nikaha daxil olacağını demişdir. Söhbət zamanı Aygün ona Talehin onun qulağını kəsəcəyini dedikdə o, sonuncunun ünvanına söyüş söymüşdür. Daha sonra Aygün telefonu keçirmiş, o, yenidən yığdıqda qızı Nuray telefonu götürərək anasının evi səliqəyə saldığını demişdir. Bir müddət keçdikdən sonra yenidən Aygünün telefonuna zəng vurduqda telefonu açan Nuray ağlamış və bu zaman o, Taleh ilə Aygünün səslərini eşitmişdir. xx xxxx 2020-ci il tarixdə axşam radələrində Aygün ona zəng edərək telefonu Mədinəyə verməyini, Mədinəni Nuray ilə danışdırmaq istədiyini demişdir. Həmin vaxt Talehin Nuraya "qızım bacınla danış" dediyini eşitmişdir. O, Aygünə “səni öldürəcəm mənim qızım olan evə yad kişi salmısan” dedikdə Aygün onu təhqir etməyə başlamış və Aygünə “sabah görəcəksən” demişdir. xx xxxx 2020-ci il tarixdə qızı ilə birlikdə Sumqayıt şəhərinə gəlmişdir. Aygün ona polislərlə uşağı ondan almağa gələcəyini dedikdə o, sonuncuya narahat olmamağı demişdir. O, qızı Mədinəni çayxanada qoyaraq Sumqayıt şəhəri 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 saylı binanın qarşısına gələrək Aygünün aşağı düşməsini gözləmiş, bir müddət sonra sonuncunun Talehin idarə etdiyi qeydiyyat nişanın dəqiq xatırlamadığı “Ford” markalı avtomobildən düşdüyünü görmüşdür. O, Aygünün üzərinə gedərək üzərində olan bıçaqla Aygünün boynuna, boğazına və müxtəlif yerlərinə vurmuşdur. Zərbənin təsirindən bıçağın dəstəyi tiyədən ayrılmışdır. Aygünün səsinə gələn Taleh maşından düşərək onu söyə-söyə arxasınca qaçsa da ona çata bilməmişdir. O, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə gedərək arvadını bıçaqladığını demişdir. Zərərçəkmiş şəxs ilə görüşməkdə məqsədi sonuncunu qorxutmaq olmuşdur. Aralarında mübahisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt Aygünə 12 bıçaq zərbəsi vurmuşdur. Hadisə vaxtı orada tanıdığı kimsə olmamış, qırqadan müdaxilə edən şəxsləri tanımamışdır. Aygünə xəsarət yetirdiyi bıçağın dəstəyi plastik, tiyəsi isə paslanmayan materialdan olmuşdur. Hadisə günü spirtli içki qəbul etməmiş və xəsarət almamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, hadisə zamanı istifadə etdiyi bıçaq adi suvenir bıçaq olmuş, həmin bıçağı Şabrandan almışdır. Hadisə zamanı Aygün gedəndən sonra ona 2 nəfər yaxınlaşaraq onu tutub saxlamışlar. Məqsədi Aygünü vurub qorxutmaq olmuş, onu bu cinayəti törətməyə Aygünün əxlaqsız hərəktləri vadar etmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Teymuru ilk dəfə 2011-ci ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində çörək sexində görmüşdür. Teymurla tanış olduqdan təxminən 1 ay sonra münasibətlərini rəsmişləşdirərək rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 2012-ci ildə Nuray və 2013-cü ildə Mədinə adlı övladları dünyaya gəlmişlər. Ailə qurduqdan sonra atası Tofiq Mayılova məxsus ünvan 2 ünvanında yaşamağa başlamışlar. Evliliyin ilk illərində Teymur ilə münasibətləri yaxşı olmuş, Teymur müxtəlif yerlərdə fəhlə kimi çalışaraq ailəsini dolandırmışdır. Təxminən 2 il öncə Teymur ilə münasibətləri qaydasında getməmişdir. Belə ki, Teymur evə içkili gəlmiş, pul qazansa da ona və uşaqlara baxmamışdır. Teymur ona dəfələrlə boşanmaq üçün onun ərizə verməsini desə də özü boşanmaq üçün ərizə vermək istəməmişdir. O, xx xxxx 2020-ci il tarixdə qardaşı ilə mübahisə etdiyi üçün yaşadığı Corat qəsəbəsindən çıxaraq bir müddət bacısı Elnarə ilə yaşamışdır. Aprel ayından Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 25 saylı evdə kirayə yaşamışdır. Həmin evdə yaşadığı müddətdə Teymur bir dəfə ailəsini görməyə gəlmiş, həmin vaxt aralarında mübahisə düşdüyündən Teymur paltarlarını yığaraq getmişdir. xx xxxx 2020-ci il tarixdə Teymur qızı Mədinəni Şabran rayonuna aparmışdır. O, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə qızı Mədinənin Teymur tərəfindən qaçırılması barədə müraciət etmişdir. xx xxxx 2020-ci il tarixdə Teymur əlaqə saxlayaraq bazar ərazisində görüşməyi təklif etmiş və qızı Mədinəni ona verəcəyini demişdir. O, bazar istiqamətinə getmək üçün həyətə düşdükdə Teymur bıçaqla onun üzərinə gəlmiş, onu yerə yıxaraq ayağını onun boğazına qoymuşdur. Daha sonra Teymur onun boğaz, boyun, çiyin və digər nahiyələrinə bıçaqla vurmağa başlamışdır. Ətrafda olan tanımadığı iki nəfər Teymuru tutaraq onu öldürməyinə imkan verməmişlər. Daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmışdır. Teymurun əlində tiyəsi bozumtulgümüşü rəngli bıçaq olmuşdur. Onları ayıran şəxslərin kimliyi barədə məlumatı olmamışdır. Teymur ilə aralarında əvvəllər də mübahisə olmuş, hətta polisə də şikayət etmişdir. Onun Taleh adlı şəxslə hər hansı bir sevgi münasibəti və ya cinsi əlaqəsi olmamışdır. Taleh meyvə-tərəvəz dükanı işlətdiyinə görə onu tanımışdır. O, Talehdən 150 manat borca pul almış, sonuncu bir-iki dəfə qapını döyərək borcunu istəmişdir. Hazırda Teymurdan şikayətçidir. Onunla barışmamışdır. Teymur ona vurulmuş xəsarətlərə görə müalicə pulunu ödəməmişdir. Xahiş edir Teymura ağır cəza verilsin. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Teymurun niyyəti onu öldürmək olmuş, xəsarət alandan sonra bacısıgilə qaçmış və onlara çatanda artıq huşunu itirmişdir. Həyətdə olan şəxslər onu Teymurun əlindən almasaymışlar Teymur onu öldürəcəkmiş, həyətdəki şəxslər onu Teymurdan aralayandan sonra Teymur yenə onu həyətdə axtarmışdır. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Aygün Teymur ilə 2011-ci ildə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində olan çörək sexində tanış olmuş və 2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 2012-ci ildə Nuray və 2013-cü ildə Mədinə adlı övladları dünyaya gəlmişdir. Teymur və Aygün ailə həyatı qurduqdan sonra atası Tofiq Mayılova məxsus ünvan 2 ünvanında yaşamışlar. Evliliklərinin ilk illərində Aygün ilə Teymurun münasibətləri vaxşı olmuşdur. Teymur müxtəlif yerlərdə fəhlə kimi çalışaraq ailəsini dolandırmışdır. Təxminən son 2 il ərzində Teymur ilə Aygünün münasibətləri qaydasında getməmişdir. Teymur evə içkili gəlmiş, pul qazansa da ailəsinə baxmamışdır. Teymur təxminən 2-3 il əvvəl Türkiyə Respublikasına işləmək üçün getmiş, lakin orada olduğu 8-9 ay müddətində ailəsinə pul göndərməmiş və onlarla maraqlanmamışdır. Teymur demək olar ki, evdə olmamış, bəzən rayonlara işləmək üçün gedərək 2-3 ay sonra gəlmişdir. xx xxxx 2020-ci il tarixdə Aygün qardaşı ilə olan mübahisəsinə görə yaşadığı Corat qəsəbəsindən çıxaraq bir müddət onunla, aprel ayından isə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 25 saylı evdə kirayədə yaşamışdır. Aygün həmin evdə yaşadığı müddətdə Teymur bir dəfə sonuncunu və övladlarını görməyə gəlmişdir. Həmin vaxt isə Aygün ilə aralarında mübahisə düşdüyündən Teymur paltarlarını yığaraq evdən getmişdir. Hadisədən 2-3 gün qabaq Teymurun Aygünün yaşadığı evə gəldiyini, qapını döydüyünü, Aygünün isə qapını açmadığını Aygün ona bildirmiş, hadisədən sonra Aygün onun evinə gələndə huşunu itirmiş, bircə kəlmə “məni xəstəxanaya çatdır” sözünü demiş, sonradan bilmişdir ki, bacısını əri Teymur bıçaqlamışdır. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, 1974-cıi ildə ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Sumqayıt şəhəri, 45-ci məhəllədə meyvə-tərəvəz satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 3-4 ay olar ki, tanımışdır. Belə ki, Aygünün bacısı Elnarə onunla eyni məhəllədə yaşayır. Elnarə isə təxminən 6-7 ay müddətində ondan meyvə-tərəvəz almışdır. Elnarə bir neçə dəfə Aygün ilə onun işlədiyi dükana gələrək meyvə-tərəvəz almışlar. Elnarənin bəzən pulu olmadığı üçün ondan nisyə mal götürmüş, pulu olan kimi gətirib vermişdir. Elnarə ona Aygünə pulu olmasa da nə vaxt istəsə meyvətərəvəz verməyi, borcu isə özü bağlayacağını demişdir. Bundan sonra Aygün bir neçə dəfə onun yanına gələrək ümumilikdə 100 manat miqdarında nisyə meyvə-tərəvəz almışdır. Daha sonra Aygün ona yaxınlaşaraq evin kirayəsini ödəmək üçün ondan 50 manat borca pul almışdır. Təxminən bir həftə keçdikdən sonra o, Elnarəyə zəng edərək Aygünün 150 manat borcu olduğunu dedikdə sonuncu "get qapını döy Aygünə denən borcunu ödəsin" demişdir. Aygünün yaşadığı evə gedib qapını döyərək borcunu istədikdə sonuncu bir həftə ərzində ödəyəcəyini demişdir. Təqsirləndirilən şəxs təxminən 3-4 ay bundan öncə tanımışdır. Belə ki, hadisədən təxminən 15 gün əvvəl sonradan adını bildiyi Teymur adlı şəxs məhəllədə 3-4 nəfər ilə dayandığı yerdə onlara yaxınlaşaraq Taleh adlı şəxsi axtardığını bildirmiş, o, Teymura Taleh olduğunu demişdir. Teymur ondan arvadı Aygünlə nə əlaqəsinin olduğunu soruşmuş, o da Teymura Aygünlə əlaqəsinin olmadığını demişdir. Teymur bundan sonra onunla sağollaşaraq getmiş, daha sonra sonuncunu görməmişdir. O, Aygünün evində heç vaxt olmamış, Aygündən pulunu istəmək üçün bir neçə dəfə onun evinin qapısını döymüş və zəng etmişdir. Şahid2 məhkəmədə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə eyni məhəllədə böyümüşdür. Aygün ilə ata tərəfdən uzaq qohumluğu vardır. Aygün təxminən 10 il əvvəl Teymur ilə ailə həyatı qurmuş və sonra Aygünün atasına məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşamışlar. Həmin vaxtdan etibarən Teymur ilə yaxşı münasibətləri olmuş, tez-tez Teymur ilə Aygünün yaşadıqları evə gedərək onlarla oturub söhbət etmişdir. Teymuru sakit, zəhmətkeş və heç kəslə işi olmayan bir insan kimi tanımışdır. Aygün ilə Teymur son vaxtlar yola getməmişlər. Teymur onunla söhbət zamanı Aygünün əxlaqsızlıq etdiyini, başqa kişilərlə gəzdiyini və Aygünü bu hərəkətlərinə görə cəzalandıracağını demişdir. O da Teymura belə olan təqdirdə, boşanmağı, amma Aygünə heç nə etməməyi demişdir. Teymur rayonlara işləməyə getdiyindən sonuncunu bəzən 3-4 ay müddətində görməmişdir. Teymur olmadığı müddətdə o, Aygünün iki qızı ilə dolanışığının çətin olduğunu bildiyi üçün sonuncuya maddi yardım etmişdir. Araşdırdığına görə bilir ki, Talehlə Aygünün münasibəti olmamış, Aygünü yad kişilərlə görməmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Aygün ilə eyni məhəllədə böyümüş və sonuncu 2020-ci ilin aprel ayının əvvəllərində ona yaxınlaşaraq valideynləri ilə yola getmədiyini, kirayə mənzil axtardığını demişdir. O, Aygünə kirayə evlə maraqlanarıb xəbər edəcəyini demiş və sonuncu istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. Təxminən 1 həftə sonra Aygünə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə zəng edərək Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində kirayə mənzil tapdığını demiş və Aygünlə görüşərək həmin mənzilə baxmağa getmişlər. Təxminən 1 həftə sonra Aygün ona yenidən zəng edərək kirayə mənzil tapıb-tapmadığı barədə soruşduqda o, sonuncuya hələ ki, mənzil tapmadığını demişdir. Bir müddət Aygünə zəng edərək Corat qəsəbəsində kirayə mənzil tapdığını demiş və sonuncu ilə Sumqayıt şəhəri, Sülh küçəsində görüşərək özünə məxsus “Opel” markalı avtomobil ilə Corat qəsəbəsində kirayə verilən mənzilə baxmaq üçün getmişlər. Təxminən may ayının əvvəllərində Aygün zəng edərək ərzağa ehtiyacı olduğunu dedikdə o, 25 manatlıq bazarlıq edərək sonuncuya vermişdir. Aygün hər dəfə söhbət zamanı Teymurdan şikayət edərək ailəsinə baxmadığını və çətinliklə dolandığını demişdir. Təxminən 1 ay öncə Teymurun Aygünü bıçaqladığını eşitmişdir. Zərərçəkmiş şəxs mehriban, səmimi, deyib-gülən bir qadın kimi tanımışdır. xx xxxxx 2020-ci il tarixdən xx xxx 2020-cİ tarixə kimi Aygün ilə aralarında mütəmadi telefon danışıqları olmuş, həmin danışıqlar zamanı sonuncu çətinlikləri barədə danışmışdır. Aygün ilə aralarında hər hansı sevgi münasibəti olmamışdır (cild 1, iş vərəqi 180-184) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 nömrəli yaşayış binasının yanıdır, hadisə yerində asfalt üzərində qanabənzər ləkələr vardır. Həmin yerdən 1 (bir) ədəd qatlanmayan tipli bıçaq götürülmüşdür. Bıçağın tiyəsi gümüşü rəngli materialdan, dəstəyi plastmas materialdandır, tiyənin uzunluğu 109 mm, dəstəyin uzunluğu 85 mm-dir (cild 1, iş vərəqi 3-6). İşdə olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin xx.xx.2020-ci il tarixli, ***-**** saylı məktubundan və təqsirini könüllü boynuna almaqla gəlmə barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin bölməyə gələrək üstündə gəzdirdiyi bıçaqla həyat yoldaşı Zərərçəkmiş şəxs öldürmək məqsədilə boyun və qarın nahiyələrindən bir neçə dəfə vurduğunu bildirmişdir (cild 1, iş vərəqi 7-9). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə aparılması haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman əynində olmuş geyim əşyalarından 1 (bir) ədəd göy rəngli cins şalvar və bir ədəd alabəzək naxışları olan uzunqol köynək götürülmüşdür (cild 1, iş vərəqi 31). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə aparılması haqqında xx.xx.2020ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi törədilən zaman əynində olmuş geyim əşyalarından 1 ədəd qırmızı rəngli köynək və 1 ədəd ağ rəngli büstqalter götürülmüşdür (cild 1, iş vərəqi 33). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi bıçağı digər bıçaqlar arasında tanımışdır (cild 1, iş vərəqi 77-79). İşdə olan və məhkəmədə tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi bıçağı digər bıçaqlar arasında tanımışdır (cild 1, iş vərəqi 104-106). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020ci il tarixli 738 N-li rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol çiyinüstü nahiyənin bir ədəd, sol kürəkaltı nahiyənin bir ədəd səthi deşilmiş-kəsilmiş yaraları, kürəkarası nahiyənin bir ədəd səthi kəsilmiş yarası, sol bazu nahiyəsinin arxa səthinin bir ədəd, ön səthinin bir ədəd, sağ çiyinüstü nahiyənin bir ədəd, sağ kürəkarası nahiyənin iki ədəd, sol kürəküstü nahiyənin iki ədəd, sol kürəkaltı nahiyənin bir ədəd deşimiş-kəsilmiş yarası, sol kürəkaltı nahiyənin bir ədəd döş boşluğuna nüfuz edib heç bir orqanı zədələməyən deşilmiş-kəsilmiş yarası.
2. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın və ya ona bənzər digər bıçaqların təsirindən yaranmışlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilərdilər. Dərəcəsinə görə sol kürəkaltı nahiyənin bir ədəd döş boşluğuna nüfuz edib heç bir orqanı zədələməyən deşilmişkəsilmiş yarası kimi yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərəvurmaya, sol bazu nahiyəsinin arxa səthinin bir ədəd, ön səthinin bir ədəd, sağ çiyinüstü nahiyənin bir ədəd, sağ kürəkarası nahiyənin iki ədəd, sol kürəküstü nahiyənin iki ədəd, sol kürəkaltı nahiyənin bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, sol çiyinüstü nahiyənin bir ədəd, sol kürəkaltı nahiyənin bir ədəd səthi deşilmiş-kəsilmiş yaralan və kürəkarası nahiyənin bir ədəd səthi kəsilmiş yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir.
3. Xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil.
4. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərlə hadisə zamanı onun əynində olmuş paltarların üzərində zədələr nisbi üst-üstə düşür. Xəsarətlərin yerləşmə nahiyələrinə əsasən demək olar ki, xəsarət yetirən şəxslə Zərərçəkmiş şəxs müxtəlif duruş vəziyyətlərində olmaqla, həm onunla üzbəüz, həmdə arxası xəsarət yetirən şəxsə doğru ola bilərdi (cild 1, iş vərəqi 190-194). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020ci il tarixli, 638 saylı N-li rəyindən görünür ki, X2 üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 1, iş vərəqi 196-197). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 325/2020-MTKŞ N-li rəyindən görünür ki, İ.1 Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa hissəsində on bir ədəd və köynəyin ön hissəsinin sol çiyin nahiyəsində iki ədəd kəsilmiş-deşilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicİkəsici alətin təsirindən əmələ gəlmişdir.
2. Espertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalter üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Büstqalterin və köynəyin demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar.
4. Espertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı.
5. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Köynəyin sağ qolunun sərbəst kənarında, sol qolunun üzərində və ön hissəsinin sol aşağı nahiyəsində, şalvarın sol yan cibinin ətrafında, sol ayağının ön-yuxarı nahiyəsində fasilələrlə yerləşən qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar. İİ. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanmayan tipli səyahət bıçağıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqi 198- 204). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 517/2020-MTBŞ N-li rəyindən görünür ki: Zərərçəkmiş şəxs qan qrupu B/1İ1, Təqsirləndirilən şəxs qan qrupu A/İİ.
3. Ekspertizaya təqdim olunmuş bışağın tiyəsi, Zərərçəkmiş şəxs məxsus köynək qısaqol köynək və büstqalter, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda B antigeni, Təqsirləndirilən şəxs məxsus qısaqol maykada həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri B/İİİ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.
4. Təqdim olunan bıçağın dəstəyi və futlyarı üzərində qana şübhəli ləkələr aşkar olunmadı.
5. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından qan ləkələrinin canlı şəxs və ya meyit qanından yaranması, eləcə də əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün olmamışdır (cild 1, iş vərəqi 205-209). İşdə olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1467 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona ittham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs emosionallıq, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Qeyd olunan cinayət əməlini törədərkən emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır (cild 1, iş vərəqi 211-213). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli köynək, bir ədəd büstqalter, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd üzərində naxışları olan uzunqol köynək, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd qatlanmayan tipli bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun maddi saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 214-228). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 81). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 118). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Nuray, xx.xx.2013-cü il təvəllüdlü Mədinə adlı övladları vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 157, 164, 189). Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədinin sonunucunu öldürmək deyil, qorxutmaq olması barədə məhkəmədə verdiyi ifadəsinə həmin ifadə işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmədiyinə görə məhkəmə tənqidi yanaşır, həmin ifadəni qəbul etmir və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü ağır cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hadisə yerinə bıçaq əldə edərək hazır getməsi, zərərçəkmiş şəxsə qəflətən hücum edərək xaotik hərəkətlərlə sonuncunun bədəninin müxtəlif hissələrinə çoxsaylı (12 bıçaq zərbəsi) bıçaq zərbələri vurması, həmin zərbələrdən birinin ağır, digərlərinin yüngül xəsarətə səbəb olması onu göstərir ki, təqsirləndirilən şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək olmuşdur. Lakin hadisə yerində olan kənar şəxslərin müdaxilə edərək təqsirləndirlən şəxsə mane olması, zərərçəkmiş şəxsin xəstəxanaya çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi təqsirləndirilən şəxsi əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdırmağa mane olmuşdur. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, himayəsində 2 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cavan olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etdiyinə görə həmin maddə ilə ona təyin ediləcək cəzanın müddəti həmin maddədə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il Qərarının 9-cu bəndinin 3-cü abzasında qeyd olunub ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 10-11, 75-76). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli köynək, bir ədəd büstqalter, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd üzərində naxışları olan uzunqol köynək, habelə hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd qatlanmayan tipli bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli köynək, bir ədəd büstqalter, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli cins şalvar və bir ədəd üzərində naxışları olan uzunqol köynək, habelə hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd qatlanmayan tipli bıçaq məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.