Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1065/2021 08.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı "Mustafa” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Mustafa” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 2870 qram narkotik vasitə heroini və külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 1980 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroinin 1235 qramını, psixotrop maddə metamfetaminin 315 qramını iki ədəd torbada qablaşdırıb üzərində, qalan 1665 qram psixotrop maddə metamfetamini və 1635 qram narkotik vasitə heroini iki ədəd torbada qablaşdırıb idarə etdiyi “Jaguar XE” minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 1235 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 315 qram çəkidə psixotrop maddə metamfetamin iki ədəd torbada olmaqla sağ çiynində saxladığı çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi "Jaguar XE" minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı külli miqdarda 1635 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 1665 qram çəkidə psixotrop maddə metamfetamin iki ədəd torbada olmaqla avtomobilin yük yerindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.4.3-cü maddəsilə təqsirli bildi və ifadəsində göstərdi ki, tutulmasından əvvəl təxminən 2 ilə yaxın müddət ərzində narkotik vasitə heroindən istifadə etməyə başlamış, şəxsi istifadəsi üçün narkotik vasitələri internet vasitəsilə tanıdığı “Mustafa” adlı şəxsdən almışdır. “Mustafa” adlı şəxsə hər dəfə 100 manat ödəməklə 4 qram narkotik vasitə heroin və 1 qram psixotrop maddə metamfetamin almışdır. “Mustafa” adlı şəxsdən 5-6 ay müddətində narkotik vasitə aldıqdan sonra “Mustafa” ona narkotik vasitələri dediyi yerlərə qoymaqla gəlir əldə etməsi barədə təklif etmişdir. O, ilk olaraq bu təklifi qəbul etməmiş, lakin daha sonra razı olmuşdur. O, 5-6 ay ərzində 3 dəfə olmaqla “Mustafa” adlı şəxsdən aldığı narkotik vasitələri müxtəlif yerlərə qoymaqla ümumilikdə 16000 (on altı min) manat gəlir əldə etmişdir. “Mustafa” adlı şəxs ona narkotik vasitələri qoyduğu yerlərin şəkillərini göndərmiş və o da gedib həmin yerlərdən narkotik vasitələri götürmüşdür. O, hazır paket şəklində olan narkotik vasitələri Lökbatan yolunda “Mustafa” adlı şəxsin ona dediyi yerdən götürüb birinci dəfə Həzi Aslanov metrostansiyası yaxınlığında, ikinci dəfə Köhnə Günəşli ərazisində bir yerə, üçüncü dəfə isə Xətai rayonu ərazisində bir neçə yerə qoymuşdur. Sonuncu dəfə narkotik vasitələri müxtəlif ünvanlara qoymaq üçün “Mustafa” adlı şəxsdən narkotik vasitələri Bakı-Quba yolunda Sumqayıta çatmamış yol ayrıcında reklam lövhəsinin altından götürmüşdür. Sonuncu dəfə götürdüyü narkotik vasitələr iki bükümdə olmuş və hər birinin üstünə latın əlifbası ilə Azərbaycan dilində narkotik vasitələrin çəkisi yazılmışdır. Narkotik vasitələri haraya qoyacağı barədə məlumatı “Mustafa” adlı şəxs ona daha sonra yazaraq bildirmişdir. İttiham aktında əks olunmuşdur ki, “Mustafa” adlı şəxs İran İslam Respublikasının vətəndaşıdır. O, “Mustafa” adlı şəxsin haranın vətəndaşı olduğunu bilmir, çünki o, təmiz Azərbaycan dilində danışmışdır. Amma “Mustafa” ona özünü Türkiyə vətəndaşı kimi tanıtmışdır. “Mustafa” adlı şəxsdən ümimilikdə aldığı 16000 manat pulu X1nın adına olan “xxxx” ASC-yə məxsus bank kartına hissə-hissə ödəməklə tam olaraq əldə etmişdir. X1 onun avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olduğunu bilmişdir. O da qaynanasına kartla onlayn qaydada ödəmələri həyata keçirəcəyini bildirmişdir. Bundan sonra qaynanası ona həmin kartı vermişdir. O da kartın nömrəsini “Mustafa” adlı şəxsə göndərmişdir. O, “Mustafa” adlı şəxsin dediyi kütlələri dediyi yerlərə çatdırdıqdan sonra “Mustafa” həmin karta pulları hissə-hissə yükləmişdir. Sonuncu dəfə götürdüyü narkotik vasitələrin bir hissəsini idarə etdiyi avtomobilin arxa yük hissəsinə, bir hissəsini isə özünə məxsus əl çantasına qoymuşdur. Çantanı da maşının arxa yük hissəsinə qoymuşdur. 25 yanvar 2021-ci il tarixdə çantasını götürüb “Mustafa” adlı şəxsdən zəng gələcək deyə evdən çıxmış, həmin gün saat 17:00 radələrində ünvan 3 ünvanının yaxınlığında bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun kim olduğunu soruşmuşlar. O, özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu deyərək onu Baş İdarəyə dəvət etmişlər. O da vəziyyəti bilib onlara etiraz etməmiş və onlarla birlikdə İdarəyə getmişdir. Ora çatanda onu xidməti iş otaqlarının birinə aparmışlar və orada təhqiqatçı tutulmasının səbəbini ona izah edərək sənədləşmə işlərinin aparılacağını izah etmişdir. Vəkil gəldikdən sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, o, masaya yaxınlaşaraq sağ çiynində saxladığı çantanı təqdim edib onların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Çantada olan narkotik vasitə heroinin miqdarı 300 qramdan, psixotrop maddə metamfetaminin miqdarı isə 200 qramdan çox olmuşdur. Daha sonra çantanı açıb həmin kütlələri təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən kartlar, pul, avtomobilinin açarı, mobil telefonu aşkar edilmişdir. Sorğu zamanı narkotik vasitələri “Mustafa” adlı şəxsdən aldığını, həmin kütlələri “Mustafa”nın dediyi yerlərə qoyduqdan sonra ondan müvafiq məbləğlərdə pullar aldığını, pulların aşkar edilmiş “xxxx” ASC-yə məxsus olan karta yükləndiyini, özünə məxsus olan avtomobilin arxa yük hissəsində həmin kütlələrdən qaldığını bildirmişdir. Bundan sonra avtomobilin açarı, pullar ona geri qaytarılsa da, qalan əşyalar götürülmüşdür. Narkotik vasitələr və psixotrop maddələr çəkilmiş və qablaşdırlaraq götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş, protokolu imzalamışdır. Bundan sonra təhqiqatçı avtomobilə də baxış keçirilməli olduğunu bildirmiş və o da etiraz etməyərək bu barədə ərizə yazmış, bundan sonra onlar birlikdə avtomobilinin yanına getmişlər. Oraya çatan zaman o, avtomobilin arxa yük hissəsini açmış və orada olan bükümü təqdim etmişdir. Həmin bükümlər də açılanda içərisində narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Maşında 1600 qramdan çox narkotik vasitə olan heroin və 200 qramdan çox olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Ümumilikdə isə narkotik vasitələrin ümumi çəkisi 1800 qramdan az olmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, tutulan zaman onda aşkar edilmiş çəkilərdən bir qədər az narkotik vasitə və psixotrop maddə oİmuşdur. Bunun sübutu kimi onun mobil telefonunda “Mustafa” ilə olan danışıqlarını göstərə bilər. İstintaq zamanı aparılan çəkilişdə ondan əldə olunan narkotik vasitələrin olduğu torbalara baxılsa torbaların ağ rəngdə olduğu görünər. Lakin onda olan narkotik vasitələr qara rəngli torbalarda olmuşdur. Çəkiliş həyata keçirilməmişdən əvvəl maşınına əlavə narkotik vasitə qoyulduğunu düşünür, çünki onda o qədər çəkidə narkotik vasitə olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-nin Baş Narkotiklə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid2 da daxil olmuşdur. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Həmin tarixdə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə qeyd olunan ünvana getmişlər. Qeyd olunan ünvanın yaxınlığına çatan zaman saat 17:00-da özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edildmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını deyərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati binasına gəlmişlər. Baş İdarədə Ramil X3 təhqiqatçısı Nizamı Omarovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkillərinin adları olan siyahını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Kərim Bağırov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini demiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir, Təqsirləndirilən şəxs sağ çiynində saxladığı çantanı təqdim edərək onların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirərək onları təqdim etmişdir. Daha sonra üzərində mobil telefon, pullar, plastik kartlar, sürücülük vəsiqəsi və avtomobil açarı aşkar edilmiş, aşkar edilmiş bükümlər elektron tərzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, pullar Təqsirləndirilən şəxs özünə geri aytarılsa da, vəsiqə, plastik kartlar və mobil telefon götürülmüşdür. Həmçinin çanta Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Mustafa” adlı şəxsin dediyi yerdən götürdüyünü, həmin kütlələri sonuncunun dediyi yerlərə qoyduqdan sonra gördüyü işin müqabilində müvafiq məbləğlərdə pullar aldığını, həmin pulların üzərindən aşkar edilmiş “xxxx” ASC-yə məxsus olan karta yükləndiyini, özünün də narkotik vasitə istifadə etdiyini və özünə məxsus olan “Jaguar XE" markalı avtomobilində narkotik vasitələr və psixotrop maddələr olduğunu, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və protokol tərtib edilmiş, həmin protokol imzlandıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan avtomobilə baxış keçirilməsi üçün avtomobilin olduğu yerə getmişlər. Oraya çatandan sonra videoçəkiliş yenidən başlanmış və Təqsirləndirilən şəxs avtomobilin arxa yük hissəsini açaraq oradan içərilərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu iki ədəd bükümü təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, bükümlər qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs ilkin şifahi formada verdiyi izahatını təsdiq etmiş, daha sonra avtomobilə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş dayandırılaraq DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati binasına gəlmişlər. Orada baxışın keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolu hər bir iştirakçı imzalamış, Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi və ya fiziki təsir, həmçinin zorakı hərəkətlər etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə 25.01.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs sağ çiyninə keçirdiyi çantanın içərisindən 1 ədəd bükümdə çəkisi 1249 qram narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükümdə çəkisi 325 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Eyni zamanda əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Huawei” markalı telefon, “Bank of Baku”ya məxsus **********0661258 nömrəli və “xxxx” ASC-yə məxsus **********771039 nömrəli plastik kartlar aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 28-31). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə baxış və götürmə aparılması barədə 25.01.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus "Jaguar XE" minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş baxış nəticəsində arxa baqaj yük yerindən 1 ədəd bükümdə çəkisi 1678 qram narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükümdə çəkisi 1658 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 34-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 26.01.2021-ci il tarixli, 6/331 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...” sözləri olan kağız paketdəki bir ədəd torbada təmiz çəkisi 1235 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd torbada təmiz çəkisi 315 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı aşkar edilmiş...” sözləri olan bağlamadakı 1 ədəd torbada təmiz çəkisi 1665 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd torbada təmiz çəkisi 1635 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Kağız paketdəki və bağlamadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və onların ümumi təmiz çəkisi 2870 qram təşkil edir. Kağız paketdəki və bağlamadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və onların ümumi təmiz çəkisi 1980 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"nin siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələri”nin siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat 82 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 47- 53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 01.02.2021-ci il tarixli, 297 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 252-253). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan “Huawei" markalı mobil telefona baxış keçirilməsi haqqında 30.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi İran İslam Respublikası vətəndaşı “Mustafa" adlı şəxslə istifadəsində olan mobil telefonda “Mustafa" adlı ilə qeyd olunmuş +**********11 saylı mobil telefon arasında zənglər və mesajlaşma mətnləri müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı mobil telefonun “whatsapp" ani mesajlaşma proqramında İran İslam Respublikasının vətəndaşı “Mustafa” adı ilə qeydiyyatdan keçmiş +**********11 nömrəsi ilə qeydiyyatda olan həmin proqramda 15.10.2020-ci il tarixdə qeyd olunan nömrəyə saat 13:44-də bir ədəd plastik materialdan olan butulka şəkli göndərilmiş və bundan sonra 06 saniyə müddətində səsli mesaj göndərərək mesaj mətnində “baba 6 dənə patiyə denən ki, butulkanın içərisindədi yadımdan çıxıb sənə deyim" deyilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin nömrəyə 4 ədəd şəkil göndərmiş və həmin şəkillərdə əlin içərisində sarı rəngli kağıza bükümlüş formada bükümün olması, daha sonra isə naməlum yerlərdə oxlarla işarələnmiş şəkillərin olması müşahidə edilmişdir, daha sonra İİR vətəndaşından “18+1”, “5+T”, “4p" və “15+2“ sözləri yazılan mesaj göndərilmişdir. Daha sonra həmin tarixdə saat 15:26-da Təqsirləndirilən şəxs 14 saniyə müddətində səsli mesaj göndərərək mesaj mətnində “onu nabələd adama vermə haa sənin başına dönərəm. Nabələd adam olmasın. Yaxşı başına dönərəm sənin, çünki o mənim deyil bax and içirəm bax diqqəti ol" deyilmişdir. Daha sonra İİR vətəndaşından “7+2", “4+1", “6p", “10+3”, “4+1" və “2+5” sözləri yazılan mesaj göndərilmişdir. Bundan sonra həmin tarixdə Təqsirləndirilən şəxs üzərində “kent” yazısı olan siqaret qutusunun, naməlum yerlərin oxlarla işarələnmiş formada şəkillərinin olduğu 4 ədəd şəkli İİR vətəndaşına göndərmişdir. 16.10.2020-ci il tarixdə əlin içərisində boz rəngli bükümün şəklini İİR vətəndaşına göndərmiş və 03 saniyə müddətində səsli mesaj göndərərək mesaj mətnində “qaqaş 10 üstəgəl bir pulunu verdi-vermədi neynim onu" deyilmişdir. Daha sonra İİR vətəndaşına naməlum yerdə yerləşən sayğacı göstərən, həmçinin naməlum yerlərin fotoları göndərilmişdir. 18.10.2020-ci il tarixdə İİR vətəndaşından “8p” və “23+6" sözləri yazılan mesaj göndərilmiş, cavabında Təqsirləndirilən şəxs “Ok” mesaj mətni yazmış, daha sonra İİR vətəndaşı “6k" mesajını göndərmiş, cavabında Təqsirləndirilən şəxs 16 saniyə müddətində səsli mesaj göndərərək mesaj mətnində “qardaşım anlamadım. 23 dənə kolanın söhbəti gedir 6 dənə patı? Anlamadım” deyilmiş, daha sonra “hə başa düşdüm. 23-ün səkkizini bir bağlayım bu kola. Yanına da 6 dənə patı qoyum” deyilən 17 saniyə müddətində səsli mesaj göndərilmişdir. Cavabında İİR vətəndaşı “Ok” sözləri yazılan mesaj göndərmişdir. Həmin tarixdə saat 13:50-də Təqsirləndirilən şəxs “qaqa sən canın belə deyərəm səni narahat eləmirəm. İndi sən Azərbaycanı bilmirsən də. Mən də İranı bilmirəm. Yəni ora gəlsəm sənə qulaq asaram ki, sən nə deyərsən onu eliyim. Yəni demək istəyirəm ki, bunu ikimiz eliyirik də maksimum ehtiyyatlı olmaq lazımdı” deyilmişdir. 20.10.2020-ci il tarixdə saat 14:11-də Təqsirləndirilən şəxs “qaqa gör tanıdığın bildiyin klient olsa yəni bılirsən ki, bu iş görən adamdı da işləyən adamdı. Ona denən 1000-900 manat mənim kartıma göndərsin" deyilmişdir. Həmin tarixdə saat 16:04-də İİR vətəndaşı “16+4” sözləri yazılan mesaj göndərmiş, daha sonra “hara getdin bə harda qaldın at qoy getsin də” məzmununda 03 saniyə müddətində səsli mesaj göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs oxlarla işarələnmiş formada naməlum yerin 2 ədəd fotoşəklini İİR vətəndaşına göndərmişdir. 26.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 03 saniyə müddətində səsli mesaj göndərərək mesaj mətnində “buna deyərsən ki, siqaret qutunun içərisindədi yaxşı” demiş və bir ədəd “Kent" markalı siqaret qutusunun şəklini İİR vətəndaşına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İİR vətəndaşına 04 ədəd oxlarla işarlənmiş formada naməlum yerlərin şəkillərini göndərmişdir. 01.01.2021-ci il tarixdə İİR vətəndaşı “4+1" sözləri yazılan mesaj göndərmiş, cavabında Təqsirləndirilən şəxs “hə göndər 3-4-5 dənə. Hamısını qaydasına qoyum. Sən canın təktək göndərmə e məndə sifariş işliyim. Tək-tək göndərmə nə olar” deyilmişdir. Daha sonra Təqsirləndirilən şəxs naməlum yerlərin oxlarla işarələnmiş fotoşəkillərini İİR vətəndaşına göndərmişdir. 05.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs İİR vətəndaşından “4+1", "9+1”, “14+4” mesajları göndərilmiş, daha sonra Təqsirləndirilən şəxs “gördüm brat gördüm. Yaxşı. Bu 2 dənəni indi atın sonra onları ataram deyilmişdir”. Bundan başqa həmin şəxslər arasında mütəmadi olaraq danışıqlar aparılması müşahidə edilmişdir (cild 1, iş vərəqi 115- 156). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bank məlumatlarına baxış keçirilməsi haqqında 05.04.2021-ci il tarixli protokoldan görünür ki, “xxxx” ASC-dən 31.03.2021-ci il tarixli, 157000/2-1372 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçiirlən zaman Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, müxtəlif yerlərdə bankomatlardan pul çıxaran zaman çəkilmiş fotoşəkillərinin olması müşahidə edilmişdir. Bundan başqa bank məlumatlarında qeyd olunan kartın X2 adına qeydiyyatda olması, lakin Təqsirləndirilən şəxs həmin kartlardan 17.09.2020-ci il tarixdən 25.01.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pulların mədaxil və məxaric etməsi barədə məlumatlar aşkar edilmişdir (cild 1, iş vərəqi 236-251). İşdə olan maddi sübut kimi tanıma haqqında 27.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 2869,8 qram narkotik vasitə heroin və ümumi çəkisi 1979,8 qram psixotrop maddə metafetamin maddi sübut qismində tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 96-98, 290, 297). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 15.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon, “xxxx” ASC-yə məxsus 1 ədəd plastik kart, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd disk maddi sübut kimi tanınmış və mobil telefon və plastik kart Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “xxxx” MMC-dən daxil olmuş 1 ədəd disk iş materiallarında saxlanılır (cild 1, iş vərəqi 202-203, 254-264). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 15.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından aşkar edilmiş külli miqdarda narkotik vasitə əldə edilməsi, daşınması və satılması faktına görə Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 266-267). İşdə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.01.2021-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovniki Ürfan Babayev tərəfindən qəbul edilmiş əməliyyat tədbirinin təxirəsalınmadan keçirilməsi haqqında 25.01.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 159). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 157-158). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14.08.2013-cü il təvəllüdlü Mehin adlı bir övladı var. Atası Pirverdiyev Vəkil İmirsan oğlu sağ böyrəyin törəməsi xəstəliyindən əziyyət çəkir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, və 234.4.3cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetamin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona elan edilmiş ittihamda qeyd olunmuş çəkidən xeyli az olması, “Mustafa” adlı şəxsin vətəndaşlığını bilməməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllər həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 25.01.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 27.01.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 90-95). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 25 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən mənzildən götürülmüş ekspert tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 2869,8 qram narkotik vasitə heroin və ümumi çəkisi 1979,8 qram psixotrop maddə metafetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, “xxxx” ASCyə məxsus 1 ədəd plastik kart onun sahibi X4 qaytarılmalı, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ümumi çəkisi 2869,8 qram narkotik vasitə heroin və ümumi çəkisi 1979,8 qram psixotrop maddə metafetamin məhv edilsin, - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın, “xxxx” ASC-yə məxsus 1 ədəd plastik kart onun sahibi X4 qaytarılsın. - “xxxx” MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1065/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1065/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver