Məhkəmə qərarları › İş №1(101)-1065/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1065/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1065/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi, “Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə özünə məlum olan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özünə məlum olan mənbədən və tarixdə satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, yəni ümumi çəkisi 2,097 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlayıb daşımış, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin əməkdaşlarının əvvəlcədən əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı 10 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasına gətiriləndən sonra orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli gödəkçənin sol yan cibindən ağ kağıza bükülmüş bir ədəd içində 0,150 qram və bir ədəd şəffaf sellofana bükülmüş içində 1,947 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış ümumi çəkisi 2,097 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvan 1 ünvanda anası ilə yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitəni məhəllədən 4-5 manata öz istifadəsi üçün almışdır. Saxlanıldığı gün tanışı ona məhəlləyə çıxmağını, onunla işi olduğunu bildirmiş, o, məhəlləyə çıxmış, arxasından vurub onu bölməyə aparmışlar. Onu bölməyə gətirib döymüşlər. Ona narkotik alveri edən bir adamın adını verməsini demişlər, o isə belə bir adam tanımadığını bildirmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. O, heç kimə narkotik vasitə satmamışdır. Daha sonra polis əməkdaşları yaşadığı ünvana da baxış keçirmişlər. Onu hamama qatıb evindən narkotik aşkar etmişlər. Onun evində narkotik vasitə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 6 aydır ki, narkotik vasitə istifadəçisidir və adı satqına çıxmasın deyə narkotik vasitə aldığı adamların adını demək istəməmişdir. O, narkotik vasitəni məhəllədən almışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası СМ-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. 09 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu Dağlı küçəsində tanımadığı şəxsdən 20 manata iki büküm 0,3 qram narkotik vasitə olan heroin alıb evə getmişdir. 10 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində evdən çıxdığı zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu polis idarəsinə dəvət etmişlər. Polis bölməsində olan zaman o, polis əməkdaşlarına üzərində narkotik olmasını etiraf elmişdir. Bundan sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə, videokamera ilə çəkiliş aparılmaqla hüquq və vəzifələri ona izah edilmiş və ona üzərində olan əşyaları çıxarıb, masanın üstünə könüllü qoymaq təklif edilmişdir. O, hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən əynindəki göy rəngli gödəkçənin sol yan cibindən ağ kağıza bükülmüş 01 ədəd bükümü və şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, bir ədəd açarı, gödəkçənin sağ yan cibindən isə bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və baxış aparılmış, həmin vaxt yalnız əynində olan gödəkçənin sol yan cibindən çəkilmiş siqaret kötüyü aşkar edilmiş, başqa heç nə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq isə bildirmişdir ki, 2 ədəd bükümdə olan maddə “kakos” adlanan narkotik vasitə heroindir, həmin heroini 09 dekabr 2021-ci il tarixdə Yasamal rayonu, Dağlı küçəsində tanımadığı şəxsdən 20 manata almışdır. Üzərindən aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Daha sonra polis əməkdaşları evdə narkotik vasitə saxlayıb saxlamadığını soruşduqda o, bildirmişdir ki, evdə yalnız bir ədəd metadon tabletkası vardır. Bundan sonra onun razılıq ərizəsi əsasında polis əməkdaşları tərəfindən onun yaşadığı Səbail rayonu, 11ci Bayıl küçəsi, ev 11, mənzil 24 ünvanında onun və vəkilinin iştirakı ilə axtarış və baxış aparmışdır. Həmin axtarış zamanı isə evə daxil olarkən polis əməkdaşlarından biri onu əvvəlcə hamam otağına aparmış, o, hamam otağından çıxdıqdan sonra qonaq otağında masanın üzərində olan iynələr, həmin masanın yanındakı dolaba baxanda isə oradan içərisində qurudulmuş marixuana olan 2 ədəd sellofan torba, içərisində qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusu, içərisində heroin olan sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının suallarına cavab olaraq о, əvvəlcə həmin sualları cavablandırmamış, daha sonra isə yanında olan polis əməkdaşı onun ayağını tapdalayıb sıxdığı üçün o, suallara cavab vermiş və aşkar edilmiş tozşəkilli qəhvəyi rəngli maddənin narkotik vasitə olma ehtimalını və tərəzinin ona məxsus olmasını, narkotik vasitə satarkən çəkmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra mənzildən aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və bağlamaların üstünü imzası ilə təsdiq etmişdir (cild 1 iş vərəqi 234-237). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 dekabr 2021-ci il tarixdə idarəyə Həsən adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə Səbail rayon Polis İdarəsinin rəisinə raportla məruzə edilmiş, bu barədə tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar İdarənin rəisi tərəfindən təsdiq edilmiş, ondan və Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Müəyyən edilmişdir ki, Həsən adlı şəxs xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırılmış və həmin günü qrup üzləri ilə birlikdə ünvan 1 ünvan ətrafında əməliyyat mövqeləri müəyyən edilmişdir. 10 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanın qarşısında zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, ona Səbail rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olması barədə onlarda məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalacağı və onlarla birlikdə Sabail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə getməli olduğunu izah edib onu avtomobillə 8-ci Polis bölməsinin inzibati binasına gətirmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün tərəflərindən raportla 8-ci PB-nin rəisinə məruzə edilmiş, araşdırmanın aparılması Polis bölməsinin təhqiqatçısına həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol yan cibindən ağ kağıza bükülmüş 01 ədəd bükümü və şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, bir ədəd açarı, gödəkçənin sağ yan cibindən isə bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış aparılmış, həmin vaxt yalnız əynində olan gödəkçənin sol yan cibindən çəkilmiş siqaret kötüyü aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adını demək təklif olunduqda o, 2 ədəd bükümdə olan vasitəni “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülüləri haradan və kimdən əldə etməsini soruşduqda o, bildirmişdir ki, 09 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Dağlı küçəsində tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülülər zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlamasında əsaslı şübhələr olduğundan ünvan 1 ünvanda Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında tərəflərindən baxış və axtarış keçirilmişdir. Baxış və axtarış zamanı evdə qonaq otağında masanın üzərində olan iynələr və bir ədəd bükümdə metadon dərmanı, həmin masanın yanındakı masanın altında olan dolaba baxdıqda isə oradan içərisində qurudulmuş marixuana olan 2 ədəd sellofan torba, içərisində qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusu, içərisində heroin olan sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələrin kimə məxsus olması barədə suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur və o, onları 09 dekabr 2021-ci tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almışdır. Daha sonra mənzildə aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyü və bağlamaların üstünü imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Nazim oğlu ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsində növbətçi sürücü vəzifəsində işləyir. 10 dekabr 2021-ci il tarixdə Səbail RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin və Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış aparılan vaxt əynindəki göy rəngli gödəkçənin sol yan cibindən ağ kağıza bükülmüş 01 ədəd büküm və şəffaf sellofana bükülmüş 01 ədəd büküm, bir ədəd açar, gödəkçənin sağ yan cibindən isə bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq isə Təqsirləndirilən şəxs bildirmişdir ki, 2 ədəd bükümdə olan “kakos” adlanan narkotik vasitə olan heroindir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlamasında əsaslı şübhələr olduğundan ünvan 3 ünvanında Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında baxış və axtarış keçirilmişdir. Baxış və axtarış zamanı evdə qonaq otağında masanın üzərində olan iynələr və bir ədəd bükümdə metadon dərmanı, həmin masanın yanındakı masanın altında olan dolaba baxdıqda isə oradan içərisində qurudulmuş marixuana olan 2 ədəd sellofan torba, içərisində qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusu, içərisində heroin olan sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələrin kimə məxsus olması barədə suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur və o, onları 09 dekabr 2021-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almışdır. Daha sonra mənzildən aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq ağzı bağlanmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 Nazim oğlunun göstərdiyi xüsusatları tam təsdiq edmişdir (cild 1, iş vərəqi 130-132). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, Səbail rayonu, 11-ci Bayıl küçəsi 11, mənzil 24 ünvanda yaşayan “Həsən” adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək özündə saxlamaqla daşıması, narkotik vasitənin alışı ilə məşğul olması barədə Səbail RPİ-nin NMB-nə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, Səbail rayonu, 11-ci Bayıl küçəsi 11, mənzil 24 ünvanında yaşayan və qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək özündə saxlamaqla daşımaqda şübhəli olan “Həsən” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində sonradan şəxsiyyəti məlum olan 1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Həsən” adlı şəxsin yaşadığı ünvanını və şəxsiyyətini müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskdən görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən ağ kağıza bükülmüş 1 ədəd bükümü və şəffaf sellofana bükülmüş 1 ədəd bükümü, bir ədəd açarı, gödəkçənin sağ yan cibindən isə bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmağa başlanılmışdır. Onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, 2 ədəd bükümdə olan vasitənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu bildirmiş, ondan həmin bükülüləri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə həmin şəxs bir il müddətdir narkotik vasitə istifadə etdiyini, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Dağlı” küçəsində tanımadığı şəxsdən 50 manata almasını və öz istifadəsi üçün üzərində saxlamasını, hərdən satmasını bildirmişdir (cild 1, iş vərəqi 41-43). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarış və götürmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, 11-ci Bayıl küçəsi 11, mənzil 24 ünvanında axtarış keçirilmiş, Təqsirləndirilən şəxs cibində olan açar vasitəsilə evin giriş qapısını açaraq içəriyə daxil olmuşlar. Ev dəhlizdən, sanitar qovşaqdan və bir otaqdan ibarətdir. Dəhlizdən otağa daxil olduqda orada divan, divanın qarşısında masa, qarşı tərəfdə paltar şkafı, sağ yan hissədə masanın alt hissəsində kiçik ölçülü şkaf vardır. İlk öncə divanın qarşısında yerləşən masanın üzərinə baxdıqda səliqəsizlik müşahidə olunmaqla iynələr və içərisində narkotik vasitəyə bənzər bir ədəd ağ rəngli büküm aşkar edilmişdir. Sonra isə şkafa, eləcə də şkafların içərisində olan qab-qacaqların içərisinə baxış keçirilmişdir. Lakin heç nə aşkar edilməmişdir, sonra isə giriş qapısının sağ yan hissəsində olan masanın üzərinə, sonra isə masanın altındakı şkafa baxış keçirilən zaman şkafda içərisində ot şəkilli spesifik iyi olan 2 ədəd sellofan torba, 2 ədəd kibrit karopkası, içərisində qəhvəyi rəngli spesifik iyə malik sellofan bükümdə maddə, bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş maddələr narkotik vasitələrdir, xx.xx.2021-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almışdır. Bundan sonra içərisində narkotik vasitəyə bənzər bükülülər, torbalar, kibrit qabları qablaşdırılaraq Polis bölməsinin 52 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 49-54). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5451 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,097 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir . Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli manat) manat təşkil edir (cild 1, iş vərəqi 56-61). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/1269 saylı rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sellofan torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri: 1160 qram; 1105 qram və 01 (bir) ədəd gümüşü rəngli folqa bağlamadakı 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri: 4,46 qram; 4,44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 2273,9 qramdır (2 kq 273,9 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. - Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 78,82 (yetmiş səkkiz manat 82 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 62-66). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5452 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Beta Tea” yazısı olan gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,080 qr və 0,028 qr, ümumi təmiz çəkisi 7,108 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd konvalyutdakı üzərində “Z/40” yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 1 ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkli edir (həbin üzərində qeyd olunmuş göstəricisinə əsasən). Tədqiqata təqdim edilmiş 01 ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçun heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs evindən götürülmüş heroinlər üzərindən götürülmüş heroinlərlə (10 dekabr 2021-ci il tarixli, 6/5451 saylı ekspert rəyi) kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasınin ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına, metadon “Azərbaycan Respublikasınin ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in İİ siyahısına daxildirlər Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli manat) manat təşkil edir (cild 1, iş vərəqi 67-73). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin xx.xx.2021-ci il tarixli, 066-12186-1221 saylı məktubundan görünür ki, 10 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 4 ünvanında saxlanılmış Təqsirləndirilən şəxs əldə etdiyi ümumi çəkisi 2,097 qram narkotik vasitə heroin və ümumi çəkisi 2273,9 qram olan külli miqdarda çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana və 1 ədəd 0,04 qram təsiredici maddə olan metadonun əldə etdiyi şəxsin şəxsiyyətini və ya əhatə dairəsinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 123). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilən narkotik vasitələrin ona aid olmasını və həmin narkotik vasitələri 09 dekabr 2021-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almasını etiraf etməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 136-139). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilən narkotik vasitələrin ona aid olmasını və həmin narkotik vasitələri 09 dekabr 2021-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almasını etiraf etməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 140-143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3 Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilən narkotik vasitələrin ona aid olmasını və həmin narkotik vasitələri 09 dekabr 2021-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almasını etiraf etməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 144-146). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid4 Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilən narkotik vasitələrin ona aid olmasını və həmin narkotik vasitələri 09 dekabr 2021-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən almasını etiraf etməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 147-149). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 066-960-1222 saylı məktubundan görünür ki, 10 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin kimdən və hansı üsulla əldə etməsinin müəyyən edilməsi məqsədi ilə tapşırıqda qeyd edilən (077) ***-**-** SİM nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır (cild 1, iş vərəqi 183). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 066-1258-1222 saylı məktubundan görünür ki, 10 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin kimdən və hansı üsulla əldə etməsinin müəyyən edilməsi məqsədi ilə tapşırıqda qeyd edilən X4 İŞ-nə gətirilməsi təmin edilsə də, X5 CÇM-də, X8 adına olan mobil nömrənin oğlu X13 istifadə etməsi və sonuncunun müalicədə olması, X14 adına olan mobil nömrənin qardaşı X11 istifadəsində olması və sonuncunun müalicədə olması və daha sonra Səbail Rayon Məhkəməsinın qərarı ilə barəsində inzibati qaydada həbs edilməsi, X9 adına olan mobil nömrənin həyat yoldaşı İmanov Elgünün istifadəsində olması və sonuncunun Quba rayonunda fərdi işlə məşğul olması səbəbindən İŞ-nə gətirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 184). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin axtarışının elan edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanından gizləndiyinə görə onun barəsində həmin tarixdə axtarış elan edilmiş və tutulub Səbail RPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 185-186). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş axtarışda olan şəxsin könüllü gəlməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq ibtidai istintaq orqanına gəlmişdir (cild 1, iş vərəqi 192). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntünü əks etdirən DVD diskə baxış aparılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol yan cibindən ağ kağıza bükülmüş 01 ədəd bükümü və şəffaf sellofana bükülmüş 01 ədəd bükümü, bir ədəd açarı, gödəkçənin sağ yan cibindən isə bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış aparılmış, həmin vaxt yalnız əynində olan gödəkçənin sol yan cibindən çəkilmiş siqaret kötüyü aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adını demək təklif olunduqda o, bildirmişdir ki, 2 ədəd bükümdə olan vasitəni “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu bilirmişdir. Ondan həmin bükülüləri haradan və kimdən əldə etməsini soruşduqda isə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Dağlı” küçəsində tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülülər zərfə qoyularaq qablaşdırılıb DİN-nin “zərflər üçün” 52 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfə imza etmişlər (cild 1, iş vərəqi 196). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı mənzildə keçirilən baxış və axtarış aparılmasına dair videogörüntünü əks etdirən DVD diskə baxış aparılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı İldırım Salahov, müdafiəçi Səyyarə Əliyeva, Təqsirləndirilən şəxs və polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, 11-ci Bayıl küçəsi 11-də yerləşən 24 saylı mənzilə gəlmişlər. Təqsirləndirilən şəxs evin giriş qapısını üzərində olan açarla açmış və iştirakçılar mənzilə daxil olmuşlar. Baxış və axtarış zamanı evdə qonaq otağında masanın üzərində olan iynələr və bir ədəd bükümdə metadon dərmanı, həmin masanın yanındakı masanın altında olan dolaba baxdıqda isə oradan içərisində qurudulmuş marixuana olan 2 ədəd sellofan torba, içərisində qurudulmuş marixuana olan 02 ədəd kibrit qutusu, içərisində heroin olan sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şkafın içərisindən ot şəkilli spesifik iyi olan iki ədəd sellofan torbaya ətraflı baxış keçirilməmişdir, həmin torbada nəyin olması tam olaraq bilinməmişdir. Həmin torbada nə olması və kimə məxsus olması barədə verilən suala Təqsirləndirilən şəxs fikir bildirməmişdir, bir ədəd sellofan bükümdə spesifik iyə malik maddənin nə olmasına dair verilən suala isə “bilmirəm” deyə cavab vermişdir. Digər maddələrin narkotik maddə olmasını və ona məxsus olmasını qeyd etməklə onların və aşkar edilmiş tərəzinin ona məxsus olmasını qeyd etmişdir. Daha sonra mənzildən aşkar olunmuş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq ağzı bağlanaraq möhürlənmiş və götürülmüşdür (cild 1, iş vərəqi 197). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan mobil telefon aparatına baxış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilən fotoçəkillərdən görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, “Samsung GT-E222” markalı mobil telefon aparatı adi platformalı telefondur. Mobil telefon aparat boz qara rənglidir və texniki cəhətdən işlək vəziyyətdədir. Telefon aparatının daxili yaddaşı və yaddaş kartı vardır. Mobil telefonda bir neçə proqram təminatı vardır. İsmarıc bölməsində daxil olanlar bölməsində “Эми” adlı abunəçidən “Hasan emodu bratla metadona alın catır bratka 2_3 dana lazımdı”, +**********07 nömrəli abunəçidən “qaqa 15 manatım.var ne elgunu ne seni tapa bil.mirem” məzmunlu və ismarıc bölməsinin daxil olan ismarıclar bölməsində +**********07 nömrəli abunəçiyə “yoxumdu” məzmunlu “sms” yazışmaları var (cild 1, iş vərəqi 198-199). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş AR DİN-nin BİKİ-dən götürülmüş 1 ədəd CD diskə baxış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd “CD” diskin içində iki ədəd “Səbail RPİ_SMS Statistika (qarşı abunə ilə)_**********75” və “Səbail RPİ_Zəng statistika (qarşı abunə ilə)_**********75” adlı fayllar vardır. Həmin fayllar açdıqda Təqsirləndirilən şəxs istifadəsində olan +**********75 saylı nömrədən çıxan və daxil olan zəng və “sms”-lərə dair məlumatlar var. Həmin məlumatlara baxış aparılarkən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 200). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1699 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 201-202). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzildən 02 (iki) ədəd sellofan torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri: 1160 qram; 1105 qram və 01 (bir) ədəd gümüşü rəngli folqada bağlamadakı 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri: 4,46 qram; 4,44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “Веtа Tea” yazısı olan gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,080 qr və 0,28 qr, ümumi təmiz çəkisi 7,108 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd konvalyutdakı üzərində “Z/40” yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatının aşkar edilməsi faktı hüquqi qüvvəsi olmayan hesab edilmiş və Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə elan edilmiş ittihamdan xaric edilmişdir (cild 1, iş vərəqi 204-215). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,097 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən götürülmüş “Samsung” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,947 qram narkotik vasitə heroin və telefon aparatı saxlanması üçün Səbail RPİ-in maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir (cild 1, iş vərəqi 217- 218). İşdə olan cinayət işindən ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işindən istintaqa məlum olmayan mənbə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 220-222). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün narkotik vasitənin yalnız istifadəçisi olması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, şəxsi axtarış zamanı üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısına dair apardığı SMS yazışmaları, ondan aşkar edilmiş narkotik vasitələrin xırda bükümlərə bükülməsi, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və həmin hökmün icrası barədə xx.xx.2022-ci il tarixli göstərişdən görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin gün barəsində həbs qətimkan tədbiri seçilmiş, dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkməsinin əvvəli hökmün elan edildiyi 16 avqust 2022-ci il tarixdən hesablanmış, barəsində ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla narkomaniyadan məcburi müalicə təyin edilmiş, həmin hökm 05 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir (cild 2, iş vərəqi 50-57, 61). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzanı halhazırda çəkməkdə olduğundan, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail rayon prokurorunun 11 dekabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və həmin tarixdə müstəntiqin qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 26-27, 111-113, 116-118). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu hazırkı cinayət əməli isə 2021-ci ilin dekabr ayının 10-da bitmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun hazırda Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 16 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,947 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, onun barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və o, ərazi narkoloji dispanserində qeydiyyata alınması təyin edildiyi nəzərə alınmalıdır və ona yenidən tibbi xarakterli məcburi müalicə təyin edilməsini məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 578,82 (beş yüz yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 1 (bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın, üzərində 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmünə əsasən cəza çəkməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,947 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 578,82 (beş yüz yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar