Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1065/2024 22.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən ünvan 2 şəhəri Nərimanov rayon məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təşkil edən silah qismində istifadə edilən əşya tətbiq edərək hücüma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqınla müşayiət olunan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq törətmiş, həmçinin quldurluqla əlaqədar zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 22 aprel 2023-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhərində tamah niyyəti ilə maddi sərvət əldə etmək məqsədilə tanışı Zərərçəkmiş şəxs basqın edib quldurluqla əlaqədar qəsdən öldürməklə əmlakını ələ keçirmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün əldə etdiyi, açılıb-qatlanan bıçaqla silahlanaraq cinsi əlaqədə olmaq adı ilə cinsi azlıq nümayəndəsi olan Zərərçəkmiş şəxsla Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti 37A ünvanının qarşısında görüşüb birlikdə sonuncunun yaşadığı Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi ev 105, mənzil 36 ünvanına gedərək mənzilin qonaq otağında qeyri-təbii yolla Zərərçəkmiş şəxsla könüllü cinsi əlaqədə olduqdan sonra əvvəlcədən planlaşdırdığı niyyətini reallaşdırmaq məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib sonuncunun sol qoluna əllə zərbə vuraraq həyat üçün təhlükəli olmayan, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malik sol saidin sıyrığı xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs quldurluqla əlaqədar qəsdən öldürmək məqsədilə, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, Zərərçəkmiş şəxs qəsdən öldürülməsinə və əmlakının ələ keçirilməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, silah qismində istifadə etdiyi şalvarının cibində olan açılıb-qatlanan bıçağı çıxarıb Zərərçəkmiş şəxs boyun nahiyəsinə bir dəfə zərbə endirərək həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan, boynun sol yarısının yuxu arteriyasının zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək mənzildəki masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus bir ədəd 120 manat dəyərində “Xiaomi” markalı, “Redmi Note 7 (M1901FG)” modelli mobil telefon cihazını ələ keçirib silah qismində istifadə edilən əşya tətbiq edərək hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqınla müşayiət olunan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş, həmçinin quldurluqla əlaqədar Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, quldurluq yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus “Xiaomi” markalı, “Redmi Note 7 (M1901FG)” modelli mobil telefon cihazını 23 aprel tarixdə cinayətdən xəbərsiz olan tanışı Şahid6 60 manata sataraq, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, musiqi ilə məşğuldur. Zərərçəkmiş şəxs də müğənni olmuş, ”Youtube”-da mahnıları da olmuşdur. Namiklə tanışlığı musiqi fəaliyyəti ilə əlaqədar olmuşdur. Sonuncu ona ifa etmək üçün musiqi tapmasını xahiş etmiş, hətta Namiklə birlikdə səs yazma studiosuna da getmişlər. Lakin sonuncunun əlində pul olmadığından işə başlaya bilməmişlər. Həmin səs-yazma studiosına 2-3 dəfə gəlib-getmişdir. Sonralar Namiklə şəhərdə rastlaşmış və Namik ondan səsyazma studiasında işləyib-işləməməsini soruşmuş, ona nömrəsini vermişdir. Namiklə yenidən səsyazma ilə məşğul olmaq barədə razılaşmışlar. Lakin ilk öncə məşq etməli olduqlarını Namikə bildirmişdir. Aralarında olan telefon yazışmaları “Whats app” ani tətbiqi üzərindən aparılmışdır. Namik üçün musiqi yığmazadan əvvəl onun evinə getmək istəmiş, Namikə onu Nərimanov rayon Prokurorluğunun yanından götürməsini xahiş etmişdir. Namiklə görüşərək onun evinə getmiş, biraz musiqi ilə məşq etmişlər. Namikin evi çox səliqəsiz olmuş, ondan nəşə çəkib-çəkməməsini soruşduqda narkotik vasitədən istifadə etmədiyini, pivə içmədiyini bildirmişdir. Evdən çıxmaq üçün hazırlaşan zaman Namik ona “Dərnəgüldə” qalıb-qalmadığını , həmçinin ona narkotik vasitə verən Fuad adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş, sonuncu Dərnəgüldə qaldığını və Fuadı tanıdığını bildirmişdir. Fuadla aralarında əvvəllər bıçaqlanma hadisəsi ilə bağlı münaqişə olmuş, onunla barışsa da Fuad sonuncuya qarşı acıqlı olmuşdur. Fuadın nömrəsini Namikdən alaraq ona zəng etmiş və nə üçün “bariqalıq” etdiyini soruşmuşdur. Daha sonra Fuad ondan harada olduğunu soruşmuş, sonuncu Namikgildə olduğunu söyləmişdir. Fuad ora gələrək aralarında olan söhbəti niyə hamıya yaydığını demiş, əlindəki açarla qapını bağlamış və ona tərəf gələrək bıçağı üzərinə çəkmişdir. Fuad qışqıranda Namik ortaya girmiş və bıçaq sonuncunun boğazına dəymişdir və o, boynunu tutub otaqda ora-bura qaçmağa başlamışdır. Öz istifadəsində olan telefon sönülü olduğundan Namikin telefonunu götürüb təcili tibbi yardıma zəng etmək istəmişdir. Telefonu götürən zaman Fuad onun üzərinə gəlmiş, Fuada polisə yığmadığını, təcili tibbi yardıma zəng etdiyini desə də baş vermiş mübahisə zəminində Fuada yumruq və təpik vurmuş, sonuncu yerə yıxılmışdır. Əl izinin qalmaması üçün bıçağa toxunmamış, evin pəncərəsindən özünü çölə atmışdır. Hadisənin şokunda olduğu üçün həm də telefonda parol olduğundan təcili tibbi yardıma zəng etməyi unutmuş, hadisədən sonra Namiki yoxlamağa gəlmiş, lakin qapını açan olmamışdır. Telefon da onun üzərində qalmışdır. Hadisə barəsində heç kimə məlumat verməmiş, dostunun avtomobilində əyləşən zaman telefonu avtomobilin ön hissəsinə qoymuşdur. Daha sonra axtarışda olduğundan xəbərdar olmuşdur. İbtidai istintaq dövründə ona qarşı fiziki təzyiq olunduğu üçün fərqli məzmunda ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs doğma qardaşı olmuşdur. Namik Bakı şəhərində animator işləmiş, müxtəlif restoranlar, bağçalar və fərdi evlərdə ad günü və s. tədbirlərdə uşaqların əylənməsi üçün şoular təşkil etmişdir. Namiklə normal münasibəti olmuşdur. Namik uzun illərdir ki, qohumlarından uzaq olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 105, mənzil 36 ünvanında tək yaşamışdır. 2023-cü ilin aprel ayının sonlarında bir neçə gün qardaşından xəbər çıxmamışdır. Anası bir neçə dəfə zəng etsə də, telefon zənglərinə cavab verməmişdir. Namik qohumlarından uzaq olsa da, bayramlarda anasına zəng edər, Xaçmaz rayonuna gedib onu görmüşdür. Həmin ərəfədə Ramazan bayramı olduğundan və anası Namiklə danışa bilmədiyindən narahat olduğunu demişdir. Namikdən xəbər ala bilmədiyi üçün narahat olub 23 aprel 2023-cü il tarixdə saat 19 radələrində dayısı oğlu Fəridə zəng edərək, 3 gündür ki, Namikdən xəbər olmadığını bildirmişdir. Bundan sonra, Fərid Namikin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 105, mənzil 36 ünvanına getmiş, mənzilin qapısını döyüb Namiki səsləmiş, lakin cavab verən olmamışdır. Daha sonra binanın həyətində olan nərdivanı götürüb Namikin mənzilinin pəncərəsindən qoyub müşahidə etdikdə Namikin mətbəxin girişində yerdə qan içərisində uzanıqlı vəziyyətdə olduğunu görmüş, zəng edib məlumat vermişdir. Gəlib çatdıqda polis və təcili tibbi yardım əməkdaşlarının orada olduqlarını görmüşdür. Həmin vaxt Namikin öldürüldüyünü öyrənmişdir. Nurlan İsrafilov əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. Namikin onunla nə kimi münasibəti olması barədə məlumatı olmamışdır. Namik təxminən 6-7 ay əvvəl mobil telefonunu itirmiş və 110 manata özünə markasını dəqiq bilmədiyi ikinci əl mobil telefon alıb istifadə etmişdir. Qardaşı Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı heç kəsdən hər hansı bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, hadisədən iki gün öncə musiqi təşkilatçısı Şahin adlı şəxs ona zəng edərək Namikdən xəbər olmadığını ona görə 1000 manata yaxın ziyana düşdüyünü demiş, Şahin həmçinin Namikin evinə gedərək işə gəlməsini Namikə bildirməsini tapşırmışdır. Sonuncu Namikin evinə getmiş, Namik ona polis əməkdaşlarının onu saxlayaraq 100 manat cərimə etdiklərini, ertəsi gündən işə çıxacağını bildirmişdir. Namiklə biraz içki qəbul etdikdən sonra oranı tərk etmişdir. Namik cinsi azlığın nümayəndəsi olmuş, adi günlərdə, yəni kiminləsə görüşməyəndə normal geyimdə olmuşdur. Namik özü pul müqabilində evində adamlarla görüşmüşdür. Sonuncu dəfə Namiki görən zaman o kişi paltarında evdən çıxmışdır. Namik yeni tanış olduğu dostu ilə nə üçün görüşdüyünü ona deməmiş, onun heç kimlə düşmənçiliyi olmamışdır. X10 deyə müraciət edirmişlər. Namikin evində olarkən onun yanında hər hansı kənar şəxsi, həmçinin Rəsulu görməmişdir. İbtidai istintaq dövründə Namikin yanına bir dəfə tanımadığı şəxsin gəldiyini, hətta həmin şəxsin şəkili təqdim ediləcəyi təqdirdə həmin şəxsi tanıya biləcəyini bildirmişdir. Namik ona səs yazma ilə bağlı hər hansı şəxslə tanış olması barədə məlumat verməmişdir. Namikin narkotik vasitələrdən istifadə etməsini görməmiş və Fuad adlı şəxs barəsində danışmasından xəbərdar olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, mobil telefonu problemli olduğu üçün qardaşı Zülfüqar Rəsuldan ödənişini verməklə mobil telefon almışdır. Telefonun qiymətini bilməsə də Rəsuldan alındığından məlumatlı olmuşdur. Atası ona zəng edərkən telefonu açmadığı üçün evə gəldikdən sonra həmin mobil telefonu əlindən alıb sındırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Namik evlərinin yaxınlığında kirayədə qalmış və xəstə olduğuna görə mütəmadi olaraq öskürmüşdür. Namikin cinsi azlığın nümayəndəsi olması və onun evinə gəlib-gedən adamlardan məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Namik Ramazan bayramında ona zəng edərək uzun müddətdir görüşmədiklərindən gileylənmişdir. Bir-iki gün sonra Namikin ölüm xəbərini eşitmişdir. Fuad adlı şəxsi tanımır. Namikin spirtli içki qəbul etdiyini bilsə də narkotik vasitədən istifadə etməyi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs doğma bibisioğludur. Namik Bakı şəhərində animator işləmiş, müxtəlif restoranlar, baxçalar və fərdi evlərdə ad günü və s. tədbirlərdə uşaqların əylənməsi üçün şoular təşkil etmişdir. Namiklə normal münasibəti olmuşdur. Namik uzun illərdir ki, qohumlarından uzaq olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 105, mənzil 36 ünvanında tək yaşamışdır. 23 aprel 2023-cü il tarixdə saat 19 radələrində Namikin qardaşı Nurlan zəng edərək, 3 gündür ki, Namikdən xəbər olmadığını demişdir. Namik qohumlarından uzaq olsa da, bayramlarda anasına zəng etmiş, Xaçmaz rayonuna gedib onu görərmiş. Həmin ərəfədə Ramazan bayramı olduğundan və Namiklə danışa bilmədiklərindən narahat olduqlarını demişdirlər. Bundan sonra Namikin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 105, mənzil 36 ünvanına getmişdir. Mənzilin qapısını döyüb Namiki səsləmiş, lakin cavab verən olmamışdır. Daha sonra binanın həyətinə düşüb kənardan baxdıqda, Namikin yaşadığı mənzilin pəncərəsinin açıq vəziyyətdə olduğunu, işıqlarının yandığını görmüşdür. Binanın həyətində olan nərdivanı götürüb Namikin mənzilinin qonaq otağının pəncərəsinə qoyub qalxmışdır. Pəncərədən baxdıqda Namikin əşyaları içəridə olsa da, özünün olmadığını və otağın divarlarında qanabənzər ləkələrin olmasını görmüşdür. Nərdivənı mətbəx otağının pəncərəsinin önünə qoyaraq qalxıb baxdıqda, Namikin mətbəxin girişində yerdə qan içərisində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. X11 Nazirliyinin 102 xidmətinə və təcili tibbi yardıma zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra mənzilin qapısını açıb içəri girib baxdıqda Namikin öldürüldüyünü aşkar etmişdirlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Rəsul hər hansı bir hadisə törətməsi ilə bağlı ona heç bir məlumat verməmişdir. İfadəsində qeyd etdiyi 2023-cü ilin aprel ayının sonlarında Rəsulla məhəllədə görüşən zaman onun üzərində iki ədəd mobil telefon olduğunu görmüşdür. Həmin mobil telefonlardan biri əvvəllər də üzərində gördüyü “Samsung” markalı bir qədər köhnə mobil telefon, digəri isə, yeni olan “Redmi Note 7” markalı mobil telefonlar olmuşdur. Rəsula “nə yaxşı özünə təzə telefon almısan” demiş, o isə, cavabında həmin telefonun evdəkilərin olduğunu və satmaq istədiyi üçün götürdüyünü bildirmişdir. Hansı qiymətə satdığını soruşduqda, 80 manata sata biləcəyini demişdir. Ona 60 manata almaq istədiyini bildirdikdə, bununla razılaşmış və “Redmi Note 7” markalı mobil telefonu ona satmışdır. Mobil telefona Rəsulun yanında baxdıqda, telefonun içərisinin boş olmaqla, heç bir fayl və ya şəkil, video olmadığını görmüşdür. Rəsul da evdəkilərin telefonu olduğu üçün format verdiyini bildirmişdir. Daha sonra ucuz qiymətə verdiyi üçün həmin mobil telefonu alıb evə gətirmiş və qardaşı Əliağa həmin mobil telefonun üzərinə +**********01 saylı mobil telefon nömrəsini taxıb işlətməyə başlamışdır. Bir müddət işlətdikdən sonra təxminən 2023-cü ilin iyul ayının ortalarında atası qardaşına əsəbiləşdiyi üçün mobil telefonu divara çırparaq sındırmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 23 aprel 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu X9 küçəsi ev 105, mənzil 36 ünvanında yerləşən yaşayış evidir. Mənzilin giriş qapısı yaşıl rəngli olmaqla dəmir materialındandır. Mənzilə daxil olduqda dəhliz, bir qədər irəlilədikdə sol tərəfdə hamam otağı və mətbəx, giriş qapısı ilə üzbəüz isə ümumi otaq vardır. Mənzil 1 otaqdan ibarətdir. Giriş qapısının sağ tərəfində yerləşən mətbəxin girişində üzüstə uzanıqlı vəziyyətdə Zərərçəkmiş şəxs meyitinin aşkar olunduğu dəhlizdə divarlara sıçramış və yerdə yayılmış qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələrdən xüsusi tampon vasitəsilə 04 ədəd nümunə nömrələnməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.Bundan başqa mətbəx otağının girişində Zərərçəkmiş şəxs meyitinin olduğu yerdə bir ədəd üzəri qanabənzər ləkələrlə bulaşmış göy rəngli parça aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür ( cild 1, iş vərəqi 4-15). 24 aprel 2023-cü il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs 01 ədəd boz rəngli üzəri qana bənzər maddə ilə bulaşmış ağ-qara zolaqlı tül parça, 01 ədəd üzəri bəzəkli göy rəngli corab, 01 ədəd qara rəngli şalvar olmuşdur. Paltarlar üzərində hər hansı zədə aşkar edilməmişdir. Paltarlar qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür ( cild 1, iş vərəqi 22-25). 24 aprel 2023-cü il tarixli “axtarış və götürmə aparılması” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş bir cüt qara rəngli ayaqqabı, bir cüt qara rəngli corab, bir ədəd tünd göy rəngli gödəkcənin olduğunu bildirərək otağın giriş qapısından sol tərəfdə olan ayaqqabı dolabının qapısını açaraq 1 cüt qara rəngli mokasin ayaqqabını göstərərək hadisə zamanı geyindiyini, həmin zaman ayağında olan qara rəngli corabı da soyunub həmin ayaqqabının qoyduğunu bildirmişdir. Qeyd olunan bir cüt qara rəngli ayaqqabı və 1 cüt corab müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşə gedən zaman həmçinin otaqda stulun üzərində olan bir ədəd tünd göy rəngli papaqlı gödəkcəni göstərmiş və gödəkcə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür ( cild 1, iş vərəqi 72-81). 24 aprel 2023-cü il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, üzərində ağ zolaqlar olan qara köynək , 01 cüt qara rəngli tuman olmuşdur ( cild 1, iş vərəqi 84-87). 23 aprel 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən və həmin rəyə əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı boynun sol yarısının yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən: boynun deşilmiş-kəsilmiş yarası deşici- kəsici alətin, ola bilsin bıçağın deşici-kəsici kənarının təsirindən, sol saidin sıyrığı isə küt əşyanın təsirindən törənib, əmələ gəlmə müddətləri meyitin meyitxanada müayinəsindən təxminən 24-36 saat əvvələ uyğun gələ bilər. Dərəcəsinə görə boynun sol yarısının yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümlə bilavasitə səbəbli əlaqəlidir. Sol saidin sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərini daşıdığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir, ölümlə səbəbli əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs ölümünə səbəb boynun sol yarısının yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən təxminən 24-36 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,5% qatılığında etil spirti aşkar edilmişdir, bu miqdar rəsmi cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğunun əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs arxa keçəcəyindən götürülmüş tamponun məhkəmə-tibbi-bioloji tədqiqi zamanı sperma aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcəyi ətrafında olan bır sıra dəyişikliklər (anal dəlik ətrafında qıfabənzər dərinləşmə, düz bağırsağın şüavari qırışlarının hamarlaşması və s.) onun arxa keçəcək vasitəsi ilə mütəmadi cinsi əlaqədə olmasına dəlalət edir ( cild 2, iş vərəqi 1-6). 10 may 2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının 179 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazu oynağı nahiyəsinin qançırı aşkar edilmişdir. Qeyd edilən qançır bərk küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, törənmə müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs sağ bazu nahiyəsində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən “qarşılıqlı mübarizə” zəminində kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yarana bilərdi. Təqsirləndirilən şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi, arxa keçəcək dəliyi ətrafında hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi ( cild 2, iş vərəqi 7-10). 21 iyun 2023-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O-alfa,beta/l/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) A/ll/-dir. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, şərf, bir cüt corab, material kəsiyi, Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O-beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus gödəkcə üzərindəki ləkələrdə, bir cüt ayaqqabı üzərində qan, qısaqol köynək, trusik və bir cüt corab üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır ( cild 2, iş vərəqi 12-16). 22 iyun 2023-cü il tarixli məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mərhum Zərərçəkmiş şəxs məxsus şalvar, corab hadisə zamanı əynində olmuş tül parçası üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol yaxalığının ön səthində iki ədəd yalnız üst qatını zədələyən dəlib-keçməyən zədələr aşkar olundu. Bu zədələr kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, tuman, ayaqqabı və corab üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş əski parçası üzərində aşkar edilmiş çox saylı deşilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər ( cild 2, iş vərəqi 18-21). 25 aprel 2023-cü il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, baxış zamanı zərfin içərisində olan bir ədəd DVD diksdə olan “LMDX3404” və “QRXH1467” adlandırılmış mp4 formatında olan fayllar vardır. Diskdə olan “LMDX3404” faylına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:31-də Zərərçəkmiş şəxs içərisində butulka olan sellofan torba əlində binaya giriş etmişdir. Diskdə olan “QRXH1467” faylına baxış zamanı isə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 00:58-də Təqsirləndirilən şəxs ilə birlikdə binaya girdiyi müəyyən edilmişdir ( cild 1, iş vərəqi 92-93). 25 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs, ifadəsi hadisə yerində yoxlanıldıqda ilkin ifadələrində göstərdiklərini təsdiq etmiş, Zərərçəkmiş şəxs ilə görüşdüyü (Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 37A ünvanının qarşısı), ona xəsarət yetirdiyi yeri (Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi ev 105, mənzil 36 ünvanında yerləşən yaşayış evinin qonaq otağı), sonuncunu vurduqdan sonra getdiyi istiqaməti, hadisə zamanı mənzildən götürdüyü mobil telefonu atdığı zibil qutusunu (Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi ev 105 ünvanının qarşısı), Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı atdığı zibil qutusunu (Binəqədi rayonu, Əcəmi ünvan 8 ünvanının qarşısındakı istirahət parkı) hadisə zamanı əynində olan üzərinə qan ləkələri sıçramış köynəyi atdığı zibil qutusunu (ünvan 9 ünvanının qarşısı), hadisə zamanı üzərində olmuş özünə məxsus mobil telefonu atdığı zibil qutusunu (Binəqədi rayonu, Əcəmi ünvan 8 ünvanının qarşısındakı istirahət parkı) əyani olaraq göstərmişdir ( cild 1, iş vərəqi 94-100). 27 iyun 2023-cü il tarixli “Diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, ***- ***-**-** nömrəsi Zərərçəkmiş şəxs İmadəddin oğlunun adına olmaqla istifadəsində olmuşdur. Bundan əlavə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəsi ilə ***-***-**-** nömrəsi arasında 21 aprel 2023-cü il tarixdə saat 23:22-də 455 saniyə telefon danışığı olmuş, qeyd olunan nömrə 22 aprel 2023-cü il tarixdə saat 02:34:05-dən sonrakı müddətdə istifadə olunmamışdır (cild 1, iş vərəqi 213). 27 iyun 2023-cü il tarixli “Diskə baxış keçirilməsi “ haqqında protokoldan görünür ki, ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs (AA*******) adına olmaqla istifadəsində olmuşdur. Bundan əlavə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs İmadəddin oğlunun istifadəsində olmuş ***-***-**-** nömrə arasında yalnız 22 aprel 2023-cü il tarixdə saat 01 radələrində 03 dəfə telefon danışığı olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs anten dairəsi Namik İsrafilvoun yaşadığı Nərimanov rayonu, X9 küçəsi ev 105, mənzil 36 ünvanı əhatə edə biləcək “UBBK1057F/UBBK1057” Cinar restoran /”Bakı şəhəri, M.K.Atatürk prospekti 11/16, Cinar restoranının damında” /Narimanov/ 40..40384/ 49.84957” kimi göstərilir. Həmin danışıqlardan sonra Təqsirləndirilən şəxs qeyd olunan mobil telefon nömrəsindən heç bir nömrəyə zəng etməmiş, ilki 22 aprel 2023-cü il tarixdə saat 11:23-də olmaqla bir neçə dəfə ********** nömrəsindən olunan zənglə həmin nömrə ilə aralarında danışıqlar olmuşdur ( cild 1, iş vərəqi 217). 12 avqust 2023-cü il tarixli və 19 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis Şöbəsinin 16-cı Polis Şöbəsindən daxil olan əməliyyat tapşırıqlarına verilmiş cavab məktublarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan hadisəni xx.xx.1998-ci il təvəllüdlü Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir mübahisə və ya münaqişə olmamışdır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi ev 105, mənzil 36-da tək yaşamışdır. Zərərçəkmiş şəxs cinsi azlıq nümayəndəsi olmuş, animator işləmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində qeyd olunan ünvanının qonaq otağında baş vermiş, hadisə zamanı mənzildə onlardan başqa kənar şəxs və ya hadisəni birbaşa görən şəxs olmamışdır. Hadisə baş verən zaman həmin mənzildən səs-küy eşidilməmiş, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra oradan çıxıb getmiş və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı cinayətin aləti olmuş bıçağı nə vaxt və hansı mənbədən əldə etməsi, həmin bıçağı, özünə məxsus mobil telefonu keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin olduğu şəxslər arasında, o cümlədən, tanışları, dostları və qohumları, eləcə də, ədavəti və ya qərəzli münasibəti olduğu şəxslərin arasında “Fuad” adlı və ya ləqəbli şəxs olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvlərinin, yaxın ətrafının dairəsində keçirilmiş əməliyyat tədbirləri zamanı hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin hadisəyədək olan dövrdə kimlərəsə borclu və ya əmlak mübahisələri, qumar və mərc oyunlarının iştirakçısı, narkotik maddələrin istifadəçisi olmamış, başqa şəxslərə qarşı qanunsuz hərəkətlərə, yəni hazırkı dövrədək gizli qala biləcək əməllərə, o cümlədən özgə əmlakın oğurlamağa, mənimsəmə və israf etməyə, dələduzluqla özgə əmlakını ələ keçirməyə yol verməmiş, hazırkı qətldən başqa, şəxsiyyət əleyhinə qeyri-aşkar şəraitdə başqa cinayət törətməmişdir (cild 2, iş vərəqi 119, cild 3, iş vərəqi 31-32). 26 sentyabr 2023-cü il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqdim edilmiş mobil telefon “Xiomi” brendinə məxsus, “Redmi Note 7” markalı mobil telefondur. Mobil telefon cihazının korpusu açıq,ekranı sınmış vəziyyətdədir. Mobil telefonun içərisindəki məlumatlara baxış keçirmək üçün yandırmaq istədikdə cihazın işlək vəziyyətdə olmadığı müəyyən olundu. Baxışda iştirak edən Şahid6 mobil telefonu işlək vəziyyətdə Təqsirləndirilən şəxs aldığını, lakin 2023-cü ilin iyul ayının ortalarında atasının telefonu istifadə edən qardaşı Şahid5 əsəbləşdiyi üçün divara çırpdığından sınaraq bu vəziyyətə düşdüyünü və həmin vaxtdan sonra istifadə edilmədiyini bildirmişdir ( cild 3, iş vərəqi 15-17). 30 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 32 GB yaddaş tutumlu, “XİAOMİ” markalı, “Redmi Note 7 (M1901FG)” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu təxminən 120,00 manat müəyyən olunur ( cild 3, iş vərəqi 38-39). 13 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs Şahid6 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək, həmin ifadəsini bir daha təsdiq etmişdir( cild 3, iş vərəqi 65-67). 27 may 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Hövsələsizlik, tez özündən çıxmaq, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Hövsələsizlik, tez özündən çıxmaq, inadkarlıq və s. kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində fizioloji affekt vəziyyəti yaranmamışdır ( cild 2, iş vərəqi 22-26). 19 oktyabr 2023-cü il tarixli lifli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “....Nərimanov Rayon Prokurorluğu...230066029 nömrəli cinayət işi üzrə maddi sübutlar...” yazı əlavəsi olan 01 ədəd polietilen bağlamanın içərisində geyim əşyalarının, 01 ədəd dəsmalın, 01 ədəd pərdənin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, 01 ədəd cins şalvarın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə təqdim edilmiş 01 ədəd idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd idman şalvarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında açıq göy rəngli təbii pambıq lifləri görə 01 ədəd cinsi əlamətlərinə görə təqdim edilmiş cins şalvarın tərkib liflərinə uyğun gəlirlər ( cild 3, iş vərəqi 42-47). 16 senyabr 2023-cü il tarixli əlavə məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələri ilə Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Hövsələsizlik, tez özündən çıxmaq, inadkarlıq, özünü psixoloji müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs situasiyanı öz xeyrinə yönəltməklə məqsədyönlü şəkildə baş vermiş hadisə ilə əlaqədar yalan danışa və özündən uydura bilər. Təqsirləndirilən şəxs istintaq zamanı fərqli ifadələr verməsi məqsədyönlü şəkildə situasiyanı öz xeyrinə yönəltməyə çalışaraq özünü müdafiə etmək istəməsi ilə əlaqədar ola bilər ( cild 1, iş vərəqi 49-52). 18 oktyabr 2023-cü il tarixli məhkəmə trasoloji-situasiyon ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı boynun sol yarısında ümumi yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yara və sol saiddə sıyrıq müəyyən edilmişdir. Boynun sol yarısının deşilmişkəsilmiş yarası deşici-kəsici alətin, sıyrıq isə küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə boynun bir ədəd deşilmiş-kəsilmiş yarası yuxu arteriyasını zədələdiyindən və kəskin qanitirməyə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol saidin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə yaranmasını inkar etmək olmaz ( cild 3, iş vərəqi 54-59). 13 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan” görünür ki, Zərərçəkmiş şəxs məxsus paltarlar 01 ədəd boz rəngli üzəri qana bənzər maddə ilə bulaşmış ağ-qara zolaqlı tül parça, 01 ədəd üzəri bəzəkli göy rəngli corab, 01 ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs məxsus paltarlar -01 ədəd qara rəngli gödəkçə, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd göy rəngli cins şalvar, üzərində ağ zolaqlar olan qara köynək, 01 cüt qara rəngli corab, 01 ədəd qara rəngli tuman), hadisə yerin baxış zamanı aşkar edilərək götürülmüş qırmızımtıl rəngli qana oxşar ləkələrədən xüsusi tampon vasitəsilə götürülmüş 03 ədəd nümunələr, 01 ədəd qana bənzər ləkələrlə bulaşmış göy rəngli parça, Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd “XİAOMİ” markalı, “RedMi Note 7 (M1901FG)” modelli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir ( cild 3, iş vərəqi 72-120). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən adam öldürmə əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsində nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla müşayiət edilən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın quldurluq, törədilməsi əməllərinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs öldürmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, insanın motivasiyası onun fəaliyyət məqsədləri ilə sıx əlaqədardır. Motivi aydınlaşdırmadan insanın müəyyən məqsədə çatmağa nə üçün səy etdiyini, beləliklə onun hərəkətinin əsl mənasını anlamaq mümkün deyildir. Şəxsin hər hansı əməli törətməsində qəsdinin nəyə yönəldiyinin müəyyən edilməsi üçün onun həm hadisədən əvvəl, həm də hadisədən sonrakı hərəkətlərinin motivi müəyyən edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ifadələrini tez tez dəyişdirmişdir. Belə ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qız paltarında görməsi və sonuncu ilə cinsi əlaqədə olduqdan sonra onun kişi olmasını bilməsi, habelə Zərərçəkmiş şəxs zorla onunla cinsi əlaqədə olmaq istəməsi səbəbindən sonuncunu öldürməsi barədə verdiyi ifadəsi sonrakı toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə yaşadığı mənzilə daxil olarkən kişi paltarında olmuşdur. Həmin xüsusatın ortaya çıxması məsələsindən sonra ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə iclasında ifadəsini yenidən dəyişdirərək Zərərçəkmiş şəxsla səsyazma fəaliyyəti ilə əlaqədar tanış olduğunu sonuncunun xahişi ilə görüşdüklərini, söhbət əsnasında hər ikisinin tanıdığı Fuad adlı şəxsi telefon zəngi ilə ora dəvət etdiklərini və zərərçəkmiş şəxsin məhz həmin şəxs tərəfindən öldürülməsi barədə ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə saat 00:58 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun yaşadığı mənzilə daxil olmuş, həmin vaxtdan etibarən nə təqsirləndirilən şəxs, nə də zərərçəkmiş şəxsin istifadəsində olan mobil telefon vasitələri ilə hər hansi şəxslə (o cümlədən Fuad adlı şəxslə) əlaqə saxlanılmamışdır. Məhkəmə qeyd edir ki, hadisələr, o cümlədən, cinayət hadisələri təbiətdə və cəmiyyətdə yaratdığı izlərin əsasında müəyyən edilir. Hər bir iz birbaşa və ya dolayı sübutlarla müşayiət edilir ki, həmin sübutların məcmusu hadisənin baş vermə səbəbi, mexanizmi və şəraiti barədə təsəvvürün yaradılmasına xidmət göstərir. İş materillarından görünür ki, təqsirləndirilən şəxs barəsində əvvəlcə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılmış və daha sonra Zərərçəkmiş şəxs telefonunun “satılması” faktı aşkar edildikdən sonra təqsirləndirilən şəxsə yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə ittiham elan edilmişdir. Belə ki Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilərkən o, zərərçəkmiş şəxsə məxsus telefonu götürməsini təsdiq etsə də səbəbini sonuncu ilə aralarında telefon yazışmalarının olması ilə izah etmişdir. Zərərçəkmiş şəxs telefonunun “satılması” faktı aşkar edilməsi ilə əlaqədar yeni ittiham elan edildikdən sonra təqsirləndirilən şəxs həmin telefonu təcili tibbi yardıma zəng etmək məqsədilə götürməsi, heç kimə satmaması, zibil qutusuna tullaması barədə verdiyi ifadələri iş üzrə şahid qismində dindirilmiş Şahid6 istintaq yolu ilə müəyyən edilmiş Zərərçəkmiş şəxs məxsus telefonu 60 manata Təqsirləndirilən şəxs alması barədə ifadələri ilə təkzib edilmişdir. Məhkəmə iclasında isə təqsirləndirilən şəxs həmin telefonu təcili tibbi yardıma zəng etmək məqsədilə götürməsi, lakin dostunun avtomobilinin oturacaq bölməsinin ön hissəsinə qoymasını və orada unutmasını qeyd etsə də təcili tibbi yardıma zəng etməməsinin səbəbləri barədə sualları cavablandıra bilməmişdir.Göründüyü kimi təqsirləndirilən şəxs hər iş üzrə yeni hal müəyyən edildikcə həmin ifadələr arasında olan ziddiyyətləri və boşluqları əvvəlki ifadələri dəyişdirməklə aradan qaldırmağa çalışmışdır. Bundan başqa iş üzrə təyin edilmiş 16 senyabr 2023-cü il tarixli əlavə məhkəmə-psixoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs situasiyanı öz xeyrinə yönəltməklə məqsədyönlü şəkildə baş vermiş hadisə ilə əlaqədar yalan danışa və özündən uydura bilər. Təqsirləndirilən şəxs istintaq zamanı fərqli ifadələr verməsi məqsədyönlü şəkildə situasiyanı öz xeyrinə yönəltməyə çalışaraq özünü müdafiə etmək istəməsi ilə əlaqədar ola bilər. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs tərəfindən öldürülməsi barədə ibtidai istintaq orqanına etiraf edici ifadəni Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən məruz qaldığı fiziki və psixoloji təzyiq altında verməsi barədə xüsusatlar araşdırılmış və 4 oktyabr 2023-cü il tarixli qərarla həmin məsələlərin araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərar qəbul edilərkən onun bədən səthində 24 aprel 2024-cü il tarixə təsadüfən edən hər hansı xəsarətin aşkar edilməməsinə dair eskpertiza rəyi əsas götürülmüşdür. Qərardan həmçinin görünür ki, araşdırma materialına əlavə edilmiş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi qeydiyyatı kitabına əsasən Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən praktiki sağlam olmuş, heç bir şikayət və tələbi olmamışdır ( cild 1, iş vərəqi 23). Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir, həmin əməllər başa çatmış cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.11 və 181.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 may 2023-cü il tarixli tələbnaməsindən və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama (CM-in 70-ci maddəsinə əsasən cəza şərti tətbiq edilməklə 06 (altı) ay sınaq müddəti təyin edilmiş) cəzasına məhkum edilmişdir. ( cild 2, iş vərəqi 107-114) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 aprel 2019-cu il tarixli, 1 (001 )-212/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi in 177.2.1, 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 5 (beş) ay 16 (on altı) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 2, iş vərəqi 57-66). Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay həmin Məcəllənin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 (doqquz) ay 20 (iyirmi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək, ona 3 (üç) il 9 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (15 ay 22 gün) çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır ( cild 1, iş vərəqi 190-203). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 7 qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə məhkum olunduğu 2 ( iki) il 5 (beş) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7 (001) -342/2022 nömrəli qərarı ilə 1 ( bir) il azaldılmış və cəzasının çəkilməmiş qalan hissəsi yəni 11( on bir ) ay 13 (on üç) günü, azadlıqdan məhrum etmənin bir gününə, azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixindən hesablanmışdır ( cild 1, 207-209, cild 2, iş vərəqi 43-48). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Qeyd olunanlara əsasən məhkəmə ölən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquq varisi ilə barışıq əldə etməsi kimi yüngülləşdirici halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü və 120.2.11-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə cinayətlərin residivi zamanı, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar, cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 48-49), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 121-124). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 aprel 2023-cü il tarixdən hesablanmalıdır. 26 iyul 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 2, iş vərəqi 115-117). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Nərimanov rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarlar 01 ədəd boz rəngli üzəri qana bənzər maddə ilə bulaşmış ağ-qara zolaqlı tül parça, 01 ədəd üzəri bəzəkli göy rəngli corab, 01 ədəd qara rəngli şalvar), Təqsirləndirilən şəxs məxsus paltarlar (01 ədəd qara rəngli gödəkçə, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd göy rəngli cins şalvar, üzərində ağ zolaqlar olan qara köynək, 01 cüt qara rəngli corab, 01 ədəd qara rəngli tuman), hadisə yerin baxış zamanı aşkar edilərək götürülmüş qırmızımtıl rəngli qana oxşar ləkələrədən xüsusi tampon vasitəsilə götürülmüş 03 ədəd nümunələr, 01 ədəd qana bənzər ləkələrlə bulaşmış göy rəngli parça məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd “XİAOMİ” markalı, “RedMi Note 7 (M1901FG)” modelli mobil telefon zərərçəkmiş şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 204 (iki yüz dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 3, iş vərəqə 37,41). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 15 (on beş )il müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətinə zadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 24 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarlar ( 01 ədəd boz rəngli üzəri qana bənzər maddə ilə bulaşmış ağ-qara zolaqlı tül parça, 01 ədəd üzəri bəzəkli göy rəngli corab, 01 ədəd qara rəngli şalvar), Təqsirləndirilən şəxs məxsus paltarlar (01 ədəd qara rəngli gödəkçə, 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd göy rəngli cins şalvar, üzərində ağ zolaqlar olan qara köynək, 01 cüt qara rəngli corab, 01 ədəd qara rəngli tuman), hadisə yerin baxış zamanı aşkar edilərək götürülmüş qırmızımtıl rəngli qana oxşar ləkələrədən xüsusi tampon vasitəsilə götürülmüş 03 ədəd nümunələr, 01 ədəd qana bənzər ləkələrlə bulaşmış göy rəngli parça məhv edilsin; Zərərçəkmiş şəxs məxsus olmuş 01 ədəd “XİAOMİ” markalı, “Redmi Note 7 (M1901FG)” modelli mobil telefon zərərçəkmiş şəxsin ailə üzvlərinə qaytarılsın; Təqsirləndirilən şəxs 204 (iki yüz dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1065/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1065/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver