Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1065/2025 27.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, 23 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi və həmçinin, əmlakının tələf edilməsi hədəsi ilə zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etmiş, eləcə də, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qəsdən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmə və həmçinin, zərərçəkmiş şəxsə məxsus avtomobil ehtiyyat hissələri mağazasının yandırılaraq tələf edilməsi hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu il dekabr ayının sonundan 2024-cü ilin avqust ayının sonunadək olan müddət ərzində hər ay 300 manat olmaqla, ümumilikdə zərərçəkmiş şəxsin 17.400 manat məbləğində pulunun bir hissəsini özünəməxsus olan 524375******4832, 524375******0123 və 409858******1059 nörməli bank kartlarına zərərçəkmiş şəxs tərəfindən köçürülməsinə nail olmaqla, həmçinin, həmin pulun digər qalan hissəsini isə nağd şəkildə olaraq ünvan 2 ünvanında, bir mərtəbəli qeyriyaşayış binasında yerləşən “AVTOŞOK 007” avtomobil ehtiyyat hissələri mağazasından əldə etməklə Zərərçəkmiş şəxs 17.400 manat məbləğində xeyli miqdarda pulunu hissəhissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, əvvəllər qəsdən törətdiyi cinayətlərə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,838 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə saat 15:08də yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-nə gətirilmiş və orada həmin tarixdə saat 16:58-dən etibarən onun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,838 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. Ona qarşı heç bir hədə-qorxu gəlməmişdir. Pula ehtiyacı olduğu üçün Orxandan borc pul istəmiş, o da ayrı-ayrı vaxtlarda ümumilikdə 1500 manata yaxın pul göndərmişdir. Orxanın nəyə görə şikayət etdiyini bilmir. Həmin narkotik vasitə ona məxsus olmamışdır. 12 sentyabr 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitədə şübhəli olduğunu bildirib onu idarəyə aparmışlar. İdarədə ona narkotik vasitə verərək şəxsi axtarış zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməyini istəmişlər. O, onlara etiraz etsə də bir nəticəsi olmamışdır. Şəxsi axtarış zamanı həmin narkotik vasitəni təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Narkotik vasitənin üzərinə qoyulmasına səbəb olaraq Orxanın ondan şikayət etməsini fikirləşir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, cəza çəkdiyi müddətdə Orxana zəng etməmiş, sonuncu onun yanına gəlməmişdir. Orxanın işlətdiyi salona getməmişdir, sonuncu pulu onun kartına atmışdır. Orxanın ondan niyə şikayət etdiyini bilmir. Azadlıqda olduğu müddətdə işləməmişdir. 7 aydır ki, həbsdədir. Orxanla arasında yalnız dostluq münasibətləri olmuşdur. Orxana hədə-qorxu ilə bağlı zəng etməmişdir. Əvvəllər narkotik vasitə istifadə etmişdir. Onu evinin yaxınlığında tutmuşlar. Onu tutmağa 7 nəfər BMCMİ-nin əməkdaşları gəlmişdir. Narkotikə görə tutulduqdan sonra Orxan ondan şikayət etmişdir. Narkotik vasitəni idarədə cibinə qoymuşlar. Polislərə etiraz etsə də bir əhəmiyyəti olmamışdır. Polislər tərəfindən ona psixoloji təsir göstərilmişdir. İbtidai istintaqda yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayır. 12 sentyabr 2024-cü il tarixdə, saat 15:08-də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə getmişdir. Baş İdarədə o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona şəxsi axtarış və götürmənin polis əməkdaşı tərəfindən videoçəkiliş vasitəsi ilə çəkiliş aparılacağı barədə məlumat verilmiş, o da buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üstündə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümünü, həmin şalvarın sol yan cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefonu və 13 manat pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Onun tərəfindən təqdim olunmuş 1 ədəd şəffaf sellofan büküm polis tərəfindən açıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Bundan sonra üstündən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən götürülüb 1 ədəd kağız zərfdə 3 qablaşdırılaraq möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üstündən başqa hər hansı əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni üç gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, yaşadığı evin yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 60 (altmış) manat ödəniş etməklə aldığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir Şəxsi axtarış davam etdirilərkən o, üstündən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefonun özünə məxsus olduğunu və üzərində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Həmin mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis tərəfindən götürülmüşdür. Bundan başqa üstündən aşkar olunmuş 13 manat pulun özünə məxsus olduğunu və cinayət yolu ilə əldə edilmədiyini bildirmiş, həmin pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir Üzərində heç bir xəsarət yoxdur, sol qolu, sağ əli və qarın nahiyəsində kəsik izlərinin var, həmin izləri 4-5 il əvvəl məişət işləri ilə məşğul olan zaman almış, polis əməkdaşları tərəfindən nə saxlanılan, nə də üzərinə baxış keçirilən zaman heç bir psixi və ya fiziki təsirə məruz qalmamış və onlara müqavimət göstərməmişdir. Törətdiyi cinayət əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixində istintaqa verdiyi əlavə ifadəsində Zərərçəkmiş şəxs onun barəsində vermiş olduğu şikayətin məzmunu ilə tanış olaraq şikayətdə olan xüsusatların ona aidiyyətinin olmadığını, Zərərçəkmiş şəxs sadəcə olaraq pula ehtiyacı olduğu üçün müraciət etdiyini, Zərərçəkmiş şəxs onun uşaqlıq dostu olduğunu və məhz buna görə ona 1-2 dəfə maddi dəstək olduğunu, şikayətdə qeyd olunduğu kimi Zərərçəkmiş şəxs hədə-qorxu gəlmədiyini, yaxud hədə-qorxu gələrək ondan zorla pul almadığını, heç vaxt belə bir şey olmadığını və şikayətdə qeyd edilən xüsusatların yalan olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd DVD diskdə onun zərərçəkmişə məxsus avtomobil ehtiyyat hissələri mağazasından bir neçə məhsulun ödənişini etmədən çıxmasını özündə əks etdirən 2 ədəd videogörüntü ilə əlaqədar istintaqa verdiyi əlavə ifadəsində verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin istintaqa təqdim etdiyi 2 ədəd videogörüntüdəki xüsusatları xatırlamır və ödənişini etmədən heç bir məhsul ələ keçirmədiyi bildirmişdir (cild 1, iş vərəqi 84-88, 224-227). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı şəxs olmuşdur. Sonuncu ilə birlikdə bir məktəbdə təhsil almışlar. Təqsirləndirilən şəxs dəfələrlə mühafizə orqanları tərəfindən saxlanılan zaman ona öz təşəbbüsü ilə maddi köməklik göstərmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs artıq müxtəlif yollarla hədə-qorxu gələrək ondan pul tələb etməyə başlamışdır. Ona pul göndərməyəcəyi halda işlətdiyi avtomobil ehtiyyat hissələri mağazanı yandıracağını, ailə üzvlərinə xəsarət yetirəcəyini deəyərək ona dəfələrlə hədə-qorxu gəlmişdir. O, məcburiyyət qarşısında qalaraq uzun müddət ərzində mütəmadi olaraq Təqsirləndirilən şəxs pul vermişdir. İlk başda pulları Təqsirləndirilən şəxs məxsus xatırlamadığı bir kart hesabına göndərmiş, sonradan isə “LeoBank” mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Həmçinin bir neçə dəfə terminal vasitəsi ilə də Təqsirləndirilən şəxs pul göndərmişdir. Sonuncu ona ümumilikdə 17400 AZN məbləğində ziyan vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona pul vəsaiti göndərməyəcəyi halda işlətdiyi avtomobil ehtiyyat hissələri mağazasını yandıracağını bildirmişdir. O, əvvəllər 300 AZN məbləğində pul vəsaiti qarşılığında fəhlə işləmişdir, hazırda fərdi sahibkarlıqla məşğul olur. Əvvəllər o, Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə maddi köməklik göstərmişdir. Onunla bir məktəbdə təhsil aldıqları dövrə aramızda dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ondan başqa bir neçə nəfərə hədə-qorxu gələrək pul vəsaiti tələb etmişdir. Sonuncu pul tələb etmə səbəbini heç vaxt izah etməmişdir. Təqsirləndirilən şəxs kriminal aləmdə müəyyən qədər olduqdan sonra artıq onunla dostluq münasibətlərini pozmuş və hədəqorxu gələrək ondan pul tələb etməyə başlamışdır. Sonuncu onun şəxsiyyətini alçaldaraq, işlətdiyi mağazanı yandıracağını və ailə üzvlərinə xəsarət yetirəcəyini bildirərək ondan pul tələb etmişdir. Təqsirləndirilən şəxs müxtəlif hədə-qorxuları nəticəsində ailə üzvlərinin də psixoloji problemləri olmuşdur. İbitidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsla barışmır və ondan ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2024cü il tarixdə Təqsirləndirilən şəxs Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olan tarixdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində əməliyyat tədbirləri görülərək Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılmış və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. İdarənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Nəticədə Təqsirləndirilən şəxs üzərindən bir büküm psixotrop maddə olan metamfetamin aşkar olunmuş və götürülmüşdür. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində əməliyyat tədbirləri keçirən zaman zahiri görünüşcə barəsində əməliyyat məlumatı daxil olmuş şəxsə oxşar olduğu üçün şəxsə yaxınlaşıb və özlərini təqdim etmişlər. Şəxs özünü təqdim etdikdən sonra onun həqiqətən də Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Sonuncu saxlanılarkən üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs saxladıqları ərazidə əlverişli şərait olmadığından onun üzərinə idarədə baxış keçirilmişdir. Sonuncunu saxladıqdan və idarəyə gətirdikdən sonra onu hansı əməkdaşa təhvil verdiklərini tam olaraq xatırlamır. Videoçəkiliş vasitəsi ilə keçirilən şəxsi axtarış tədbiri zamanı müdafiəçi iştirak etmişdir. Ancaq müdafiəçinin kimin tərəfindən təmin olunduğunu xatırlamır. Şəxsi axtarış təhqiqatçı tərəfindən aparılmış və həmin zaman müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar olunmuşdur. Sonuncuya qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyyat hissələri mağazasında satıcı işləyir. Şahid olduğu məsələ Təqsirləndirilən şəxs mağazaya daxil olaraq akkumulyator götürməyi olmuşdur. Ümumiyyətlə Təqsirləndirilən şəxs mütəmadi olaraq mağazadan pul vəsaiti və digər avtohissələri götürmüşdür. Bu məsələdən Zərərçəkmiş şəxs xəbərdar idi. Ancaq sonuncu dəfə o, Təqsirləndirilən şəxs mağazadan akkumulyatoru götürdüyü barədə Zərərçəkmiş şəxs deyəndə Zərərçəkmiş şəxs bu məsələdən xəbərdar olmadığını bildirdi. Daha sonra o, həmin məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şahid qismində ifadə vermək üçün çağırılmışdır. Ancaq İdarədə ifadə verərkən polis əməkdaşları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında olan məsələni həll etdiklərini ona bildirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümünü təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd şəffaf sellofan büküm kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 12 sentyabr 2024-cü il tarixdə saat 16:58-də başlamış və həmin tarixdə saat 17:11-da başa çatmışdır (cild 1, iş vərəqi 30-31). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 3-16-16/2- 6/4548 nömrəli materialların məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün № 6“ dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə...” və s. soyadlar, imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,838 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 6,838 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,738 qram (cild 1, iş vərəqi 41-45). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X2 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2024-cü il tarixli 6240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Eləcə də, həmin rəyin təsviri hissəsində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs 2 aydır ki, psixotrop maddə metamfetamin və bədənində olan ağrılara görə narkotik vasitə olan metadon istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 214-215). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi’’ X2 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 7 oktyabr 2024-cü il tarixli 4567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrindən tərkibində metadon, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edildi. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (cild 1, iş vərəqi 210-213). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi’’ X2 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2024-cü il tarixli 476/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 12-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sol saidin, sağ əlin və qarın nahiyəsinin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 2, iş vərəqi 33-36). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 daxil olmuş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 28 oktyabr 2024-cü il tarixli 3141 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 2, iş vərəqi 38-40). Cinayət işinin materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetaminin onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar da əldə edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satmaqda şübhəli olan şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təmin edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 209). Cinayət işinin materiallarında olan “təqdim olunan videogörüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD diskdə olan 2 ədəd videogörüntülərə baxış keçirilmişdir. Birinci video 3 dəqiqə 32 saniyədən ibarət olmaqla audio-səsyazı yoxdur. Görüntülərin xx.xx.2024-cü il tarixdə saat 17:22-17:25 vaxtı aralığında qeydə alınması müəyyən edilir. Videonun ilkin saniyələrindən zərərçəkən Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyyat hissələri mağazasında cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs bənzər şəxs və şəxsiyyəti istintaq məlum olmayan 1 nəfər şəxs və satıcı görünür. Videonun 30-cu saniyəsində təqsirləndirilən Təqsirləndirilən şəxs bənzər şəxs satıcıya yaxınlaşır. Satıcı telefonla danışmağı ilə əlaqədar ondan uzaqlaşır və videogörüntüdən itir. Bu zaman Təqsirləndirilən şəxs bənzər şəxs bir neçə məhsulu götürərək yanındakı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin əlindəki sellofan torbanın içərisinə yerləşdirir. Bundan sonra videonun 1-ci dəqiqə 18-ci saniyəsində satıcı qayıdır və yenidən Təqsirləndirilən şəxs bənzər şəxs ilə söhbət etməyə başlayır. Bu zaman Təqsirləndirilən şəxs bənzər şəxsin yanında olan, şəxsiyyəti istintaq məlum olmayan şəxs sellofan torbanı götürüb mağazadan çıxır. Bundan sonra Təqsirləndirilən şəxs bənzər şəxs də satıcı ilə bir qədər söhbət edib videonun 2-ci dəqiqə 41-ci saniyəsində mağazanı tərk edir. Daha sonra videonun 3-cü dəqiqə 13-cü saniyəsində təqsirləndirilən Təqsirləndirilən şəxs bənzər şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə yenidən mağazaya daxil olur və videonun 3-cü dəqiqə 29-cu saniyəsində bir ədəd qutunu götürüb çıxırlar. İkinci video 1 dəqiqə 19 saniyədən ibarət olmaqla, videoda audio-səsyazı yoxdur. Videogörüntünün xx.xx.2024-cü il tarixdə saat 09:24-09:25 aralığında qeydə alınması müəyyən edilir. Videonun ilkin saniyələrindən zərərçəkən Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyyat hissələri mağazasında cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs bənzər şəxs və satıcı görünür. Təqdim olunan videonun 50-ci saniyəsində təqsirləndirilən Təqsirləndirilən şəxs bənzər şəxs satıcıya və videonun 1-ci dəqiqə 17-ci saniyəsində mağazanı tərk edir (cild 1, iş vərəqi 132-133). Cinayət işinin materiallarında olan “sms məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilmiş, iş üzrə əhəmiyyət kəsb edən SMS yazışmaları aşağıdakılardır: xx/xx/2024 23:27:57,**********73,**********55, Əxi çatı gec alınır şeynən m40 gətirim sənə sonra qayıdaq zabratda xx/xx/2024 23:28:02,**********73,**********55, bolmartın qabağında qalmışıq 1saat 20 dəqiqədi xx/xx/2024 19:31:41,**********94,**********55, Əxi basva donerem vatsapa girdə imkan varsa vacibdi xx/xx/2024 19:33:08,**********94,**********55, Sene tema qoydum sene yaxin olan yerə vatsapda yazmışam yerini onu xx/xx/2024 19:33:08,**********94,**********55, götürde ordan basva donerem xx/xx/2024 19:45:05,**********94,**********55, Əxi məndən niyə inciyirsen basva dönüm mən tema gozduyurdum olanımi xx/xx/2024 19:45:08,**********94,**********55, sene qoydum qurban olum meni düz başa dus xx/xx/2024 20:39:01,**********94,**********55, Hele götürməmişəm götürüb xəbər ederem ozum xx/xx/2024 20:49:23,**********55,**********55, Ey zeng ele mene and ola Allaha gelerem guneshliye sen qarishiq yandiraram dukani.ayibdi hormetsizlik eleme.eleyeceksen 100 qatini eleyecem (cild 1, iş vərəqi 245-247). Cinayət işinin materiallarında olan “UniBank” Kommersiya Bank” ASC-dən daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “4098 5844 6843 1059” nömrəli LeoBank"a məxsus bank kartına cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məxsus “4098 5844 7195 3370” nömrəli “LeoBank” bank kartından mütəmadi olaraq ödənişlərin edildiyi müəyyən edilmişdir (cild 2, iş vərəqi 29-32). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilərək CM-in 228.1-ci maddəsi ilə ona 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2012-ci il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 oktyabr 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 228.1-ci maddələri ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 5 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinə qaytarılmış, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü və 7-ci bəndinə əsasən məhkumluğu götürülmədən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 156-158). Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsində nəzərdə tutulan cinayət Həmin Məcəllənin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 3 mart 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzadan azad edildiyi xx.xx.2021-ci il tarixdən 6 il keçmədiyindən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 29). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 sentyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 99-104). Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,738 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 148-149). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntü fayllarının saxlanıldığı 1 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk və Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 41-63). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onun barəsində şikayəti və iddiası yoxdur (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayətləri törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü madəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi həmin Məcəllənin 182.2.4 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından qalıq çəkisi 6,738 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntü fayllarının saxlanıldığı 1 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk və Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından qalıq çəkisi 6,738 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntü fayllarının saxlanıldığı 1 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk və Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1065/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1065/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver