Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1066/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, x xxxxxx 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri 8-ci mikrorayon, ev 16/3, mənzil 6-da qeydiyyatda olub, ünvan 1-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi narkotik tərkibli çətənə bitkisi toxumlarını 2020-ci ilin mart ayında ünvan 1 ünvanının həyətyanı sahəsində, ümumilikdə 133 ədəd «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarımn qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək aqrotexniki qaydada kultivasiya edib yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 9:35-də Sumqayıt ŞPİ-nin 1-ci PB-in və Sumqayıt şəhər CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 71 nömrəli evinin həyətyanı sahəsinə baxış keçirilərkən evin arxa hissəsində ümumilikdə külli miqdarda 133 (yüz otuz üç) ədəd yaş vəziyyətdə ümümi çəkisi 7.305 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hər iki valideyni dünyasını dəyişmişdir. Tutulanadək ünvan 1də yaşamışdır. Uzun müddətdir ki, üç azyaşlı uşağını həyat yoldaşı ilə birlikdə atası evinə göndərmişdir. Həyat yoldaşı hazırda hamilədir, özü isə sifilis xəstəsidir. 5 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2020-ci ilin mart ayında Sumqayıt şəhərinin Corat qəsəbəsində dəniz kənarında gəzərkən şəffaf sellofanın içərisində 150 qrama yaxın çətənə toxumu tapmışdır. Onları həyətində əkib yetişdirmək və qurudaraq marixuana əldə etmək qərarına gəlmişdir. Həmin çətənə toxumlarının yarısını yaşadığı evin arxa tərəfindəki boş torpaq sahəsində əkmişdir. Bitkilərə vaxtında qulluq edib becərmiş, lakin həmin kollar tam yetişməmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 9:30 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlib, çətənə kollarının kultivasiyasında şübhəli olduğunu bildirib, evin həyətinə baxış keçirilməsinə icazə istəmişlər. Razılıq verdikdən sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onun yaşadığı evin həyətinə baxış keçirtmişlər. Nəticədə evin arxa tərəfində əkib becərdiyi çətənə kolları və yarımçıq tikilinin içərisində saxladığı şəffaf sellofanda olan çətənə toxumları aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarına çətənə toxumlarını 2020-ci ilin mart ayında dəniz kənarından tapdığını və şəxsi istifadəsi üçün yaşadığı evin həyətində əkib becərdiyini bildirmişdir. Bundan sonra çətənə kolları kökü ilə birlikdə çıxarılmış, həmin kollar və çətənə toxumları götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Baxışda Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin aqronomu da iştirak etmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-də əməliyyat müvəkkili işləyirəm. xx xxxx 2020-ci il tarixdə idarəyə Corat qəsəbəsi, 2-ci məhəllə, ev 71-də yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Sumqayıt şəhəri Yaşıllaşdırma İdarəsindən aqronom dəvət olunmuşdur. Məlumatı yoxlamaq üçün əməliyyat qrupunun üzvləri həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-ə getmişlər. Qapını onlara Təqsirləndirilən şəxs açmış, polis əməkdaşları özünü təqdim edib, sonuncuya evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkib-becərməsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Aqronomun iştirakı ilə birlikdə videoçəkiliş aparılmaqla yaşayış evinin həyətinə baxış keçirilərkən evin arxa tərəfində aqrotexniki qaydada qulluq edilmiş 133 ədəd çətənə kolu aşkar edilmişdir. Təqsirləndirilən şəxs evinin arxa hissəsində olan yarımtikilinin içərisində narkotik tərkibli çətənə toxumlarının da olduğunu bildirib, onları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs çətənə toxumunu 2020-ci ilin mart ayında Sumqayıt şəhəri Corat qəsəbəsində dəniz kənarında yerdən tapdığını və gələcəkdə marixuana hazırlamaq üçün həyətdə əkdiyini bildirmişdir. Həmin çətənə toxumları və çətənə kolları kökündən çıxarılaraq qablaşdırılmışdır. Bundan sonra sənədləşmə aparılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-ə getmişlər. Orada baxış keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X2 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyatyanı torpaq sahəsindən götürülmüş və tədqiqata təqdim olunmuş 133 (yüz otuz üç) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 7.305 (7 kq 305 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Məhkəmə-narkoloji ekspertizasının x xxxx 2020-ci il tarixli 1895 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı toxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 27-29-cu vərəqələrindəki xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanının həyətindən ümumilikdə 133 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Baxış zamanı «Panasonic» markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. İşin 32-ci vərəqəsindəki Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X1 xx xxxx 2020-ci il tarixli 31 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsinə baxış keçirilərkən 133 (yüz otuz üç) ədəd bitkilər yaş vəziyyətdə olan əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilməklə dibləri alaq otlarından təmizlənib, suvarılıb yetişdirilərək kultivasiya edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Həmçinin həmin çətənə bitkilərinin əkildiyi yer qabaqcadan şumlanaraq əkin üçün yararlı hala gətirilmişdir. İşin 90-92-ci vərəqələrindəki protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı «Panasonic» markalı videokamera vasitəsilə videoçəkiliş aparılmış və həmin video görüntülər diskə köçürülürək iş materiallarına əlavə edilmişdir. Diskdəki video görüntülərdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkib becərərək aqrotexniki qaydada kultivasiya edib yetişdirdiyi ümumilikdə 133 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülməsi öz əksini tapmışdır. İşin 118-124-cü vərəqələrindəki Sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilmiş baxışın videogörüntülərini özünə əks etdirən bir ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İşin 95-ci vərəqəsindəki maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunmuş 133 ədəd ümümi təmiz çəkisi 7.305 qram olan əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilməklə suvarılıb yetişdirilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.302,34 qram hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İşin 93-94-cü vərəqələrindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 21-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 46-48-ci vərəqələrindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində x xxxxxx 2014-cü il, xx xxxxxx 2017-ci il və xx xxxxxxx 2018-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. İşdəki Sumqayıt şəhər 1 saylı Qadın Məsləhətxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs oğunun arvadı hamilədir. İşdəki Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ-nın xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğu sifilis xəstəsidir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bilsə də, ifadəsində törətdiyi cinayəti etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun xəstəliyini və arvadının hamilə olmasını da nəzərə alır. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Sumqayıt ŞPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunmuş 133 ədəd ümümi təmiz çəkisi 7.305 qram olan əkilibbecərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilməklə suvarılıb yetişdirilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.302,34 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Sumqayıt ŞPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar olunmuş 133 ədəd ümümi təmiz çəkisi 7.305 qram olan əkilibbecərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilməklə suvarılıb yetişdirilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.302,34 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd disk isə cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1066/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1066/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver