Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1066/2021 18.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ailəli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, 23-cü məhəllə, 6-cı keçid, ev 21-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs aromat məhsullarının istehsalını həyata keçirən zavod tikdirib onun həmin zavoda rəhbər vəzifəsinə təyin etdirəcəyini və bundan ötrü sonuncunun 70.000 (yetmiş min) ABŞ dolları pul ödəməli olmasını bildirməklə aldadaraq vahid qəsdlə 2018-ci ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində 40000 (qırx min) ABŞ dolları, Azərbaycan manatı məzənnəsi ilə 68000 (altmış səkkiz min) manat pulunu, 2018-ci ilin oktyabr ayının axırlarında Sumqayıt şəhəri, 36-ci məhəllə ərazisində 30000 (otuz min) ABŞ dolları, Azərbaycan manatı məzənnəsi ilə 51000 (əlli bir min) manat pulunu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda, yəni 70.000 (yetmiş min) ABŞ dolları, Azərbaycan manatı məzənnəsi ilə 119000 (yüz on doqquz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “xxxx” MMC-ni qardaşı Eminlə birgə təsis edərək xarici ölkələrdən qida əlavələrini, yəni bişmiş süd, kakao, qliçelin, sorbitol, şokolad, qida rəngləri və s. məmulatları Azərbaycan Respublikasına idxal edərək həmin məmulatları istehsalçılara satmışdır. Zərərçəkmiş şəxs təxminən on ilə yaxındır ki, tanımış, onunla həmişə normal münasibətləri olmuşdur. 3 ilə yaxın olar ki, Zərərçəkmiş şəxs məxsus olan “xxxx” MMC-nin ərazisində təxminən 400 kv.m ərazini icarəyə götürmüş, həmin ərazidə olan anbarda qida məhsullarını saxlamış, hər ay Şahingilin şirkətinə 2500 manata yaxın icarə haqqı ödəmişdir. Şahinlə münasibəti yaxşı olduğundan ondan hərdən bir xırda məbləğdə pul alıb işlərini görüb sonra qaytarmışdır. 2018-ci ilin oktyabr ayının əvvələrində iş yerində Şahin ona əmisinin 100000 ABŞ dolları pulu olduğunu demiş və təklif etmişdir ki, Şahin əmisindən həmin pulu götürsün, 70000 ABŞ dolları pulu ona versin, o, işini böyütsün, bunun müqabilində Şahinə hər ay 5000 ABŞ dolları pul versin. Əmisindən aldığı 30000 ABŞ dolları pulu isə Şahin özünə götürəcəkdi. O, Şahinin təklifi ilə razılaşmış, bir neçə gün sonra o, Şahinin yaşadığı məhəlləyə gedib Şahindən 20000 ABŞ dolları pulu götürmüşdür. O, Şahinlə razılaşmışdır ki, 20000 ABŞ dolları məbləğində ona verəcəyi pulu ona borclu qaldığı icarə pulları kimi, eləcə də ona olan digər borcları kimi özündə saxlasın. Qalan 30000 ABŞ dolları pulu isə birlikdə Lənkəran şəhərində yaşayan əmisigilə gedib oradan götürsünlər. Bir neçə gündən sonra o, Şahinlə birlikdə ona məxsus “Toyota Prado” markalı avtomobili ilə Lənkəran şəhərinə getmişlər. Lənkəran şəhərində o, kafedə gözləmişdir. Şahin isə əmisigilə getmişdir. Təxminən yarım saat sonra Şahin onun yanına gəlmişdir. Onlar avtomobilə əyləşmişlər. Şahin orada 30000 ABŞ dolları pulu ona vermişdir. Bir neçə gün sonra o, Şahinlə aralarında müqavilə tərtib etmişdir. Həmin müqavilədə onun işini genişləndirmək məqsədi ilə Şahindən 70000 ABŞ dolları pul götürülməyi, hər ay 5000 ABŞ dolları Şahinə pul ödəyəcəyi qeyd olunmuşdur. Sonra o, Şahinin verdiyi pulları işlərinin genişləndirilməsi üçün, yəni xarici ölkələrdən mal alıb ölkəyə gətirib satılması üçün xərcləmişdir. Şahinlə razılaşdıqları kimi o, 3 ay olmaqla hər ay Şahinə 5000 ABŞ dolları pul vermişdir. Sonradan onun şirkətində işlər qaydasında getməmişdir. Onun maddi vəziyyəti pisləşmişdir. Ona görə də o, Şahinə qalan pulları qaytara bilməmişdir. Bundan başqa onun Rəfael adlı tanışına 10000 manat borcu olmuş, Rəfael ondan borcunu qaytarmasını tələb etmişdir. O, 2019-cu ilin yanvar ayının əvvələrində Şahinin iş yerində ona demişdir ki, “Passat”markalı avtomobilini lombarda girov qoyub, pul götürsünlər. Həmin pulu Rəfaelə versinlər. Şahin onunla razılaşmışdır. O, Şahindən götürdüyü “Passat” markalı avtomobili Sumqayıt şəhərindəki lombarda girov qoymuşdur. Oradan götürdüyü 8500 manat pulu və üstünə qoyduğu 1500 manat pulu Rəfaelə vermişdir. Şahindən 100000 ABŞ dolları pul istəmədiyini, ona aromat məhsullarını istehsal edən zavod tikdirib onu həmin zavoda rəhbər vəzifəyə təyin etdirəcəyini bildirmədiyini, Şahinin özünün ona 70000 ABŞdolları pulu verəcəyini dediyini, Şahindən pul alarkən yanlarında heç kəsin olmadığını göstərmişdir. O qeyd etmişdir ki, həmin borcundan 2000 manat Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “xxxx” ASC-nin sədri vəzifəsində işləyir, həmin şirkət yükdaşıma xidmətini həyata keçirən avtomobillərin təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs 6-7 ildir ki, Sumqayıt şəhər sakini kimi tanımış, onunla aralarında normal münasibətlər olmuşdur. Mahir ərzaq və sərinləşdirici içkilərdə istifadə olunan aromat ticarəti ilə məşğul olmuş, 2018-ci ilin əvvələrində Mahirin onun işlədiyi şirkətin həyətində icarə ilə yer götürərək oradan aromatların saxlanılması üçün anbar kimi istifadə etmişdir. 2018-ci ilin oktyabr ayının əvvələrində o, iş yerində olarkən Mahir ona demişdir ki, xarici ölkələrdən aromat məhsullarını ölkəyə gətirərək ticarətini davam etdirir. Yaxşı gəlir əldə edir. Lakin, gördüyü ticarət işlərini daha da genişləndirmək istəyir. Bunun üçün ona müəyyən qədər pul lazımdır. O, Mahirə müəyyən qədər pul versin. O, işlədiyi şirkətin həyətində aromat məhsullarının istehsalını həyata keçirən zavod tikdirib onu həmin zavoda rəhbər vəzifəyə təyin etdirəcək. O, Mahirə bir qədər düşünəcəyini demişdir. Lakin Mahir ondan təkidlə pul verməyini istəmişdir. Bir neçə gündən sonra o, Mahirlə iş yerində görüşmüşlər. O, Mahirdən nə qədər pul lazım olduğunu soruşmuş, Mahir ona zavodun inşası üçün yüz min dollar pul lazım olduğunu demişdir. O, Mahirə o qədər pul verə bilməyəcəyini demiş, həmin vaxt o, Mahirlə razılaşmışdır ki, 70000 ABŞ dolları pul versin. 2018-ci ilin oktyabr ayının ortalarında o, Mahirlə yaşadığı Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində görüşmüş və həmin vaxt o, Mahirə təklikdə 40000 ABŞ dolları pul vermişdir. Bir neçə gün sonra o, Mahirlə Lənkəran şəhərinə getmişdir ki, orada yaşayan əmisi Naildən 60000 ABŞ dolları pul alsın, həmin pulun 30000 ABŞ dollarını Mahirə versin. Onlar Lənkəran şəhərinə getməmişdən əvvəl o, dostu Eminə təklif etmişdir ki, onlarla birlikdə Lənkəran şəhərinə getsin. Emin ona demişdir ki, onun işi olduğu üçün onlarla gedə bilməyəcək, onlar getsin, bir neçə saatdan sonra onların arxasınca gələcəkdir. O, Mahirlə birlikdə onun dostu Çingizə məxsus “Toyota Prado” markalı avtomobillə Lənkəran şəhərinə getmişlər. Orada o, əmisi Naildən 60000 ABŞ dolları pul götürmüş, gətirib gəldikləri avtomobilin kabinəsində olan saxlanc yerinə qoymuşdur. Həmin gün Emin Lənkəran şəhərinə gəlmişdir. O, Mahirə demişdir ki, avtomobilin saxlanc yerində 60000 ABŞ dolları pul var, həmin puldan muğayat olsun. Sonra onlar Sumqayıt şəhərinə gəlməyə başlamışlar. Yolla gələrkən Salyan rayonu ətazisində yol kənarında olan kafelərin birində əyləşib yemək yemişlər. O, təklikdə Emindən soruşmuşdur ki, Mahirə 30000 ABŞ dolları pulu versin, yoxsa yox. Emin ona demişdir ki, Mahiri tanıyırlar, onları aldatmaz, pulu ona versin. Sonra onlar Sumqayıt şəhərinə, yaşadıqları 36-cı məhəlləyə gəlmişlər. Orada o, avtomobilin içərisində Eminin yanında 30000 ABŞ dolları pulu Mahirə vermişdir. 2019-cu ilin yanvar ayının əvvələrində Mahir onun mobil telefonuna zəng vurub onunla təcili görüşmək istədiyini bildirmişdir. O, Mahirlə iş yerində görüşmüşdür. Mahir ona demişdir ki, müəyyən şəxslərə pul borcu var, onu incidirlər. Ona görə ona əlavə pul lazımdır. O da Mahirə inandığı üçün özünə məxsus “Passat” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilini etibarnamə əsasında Tural adlı tanışına vermişdir ki, həmin avtomobili Sumqayıt şəhərində Mahirə versin. Mahir də həmin avtomobili lombarda girov qoyaraq pul götürüb həmin şəxslərə versin. Mahir həmin avtomobili Sumqayıt şəhəri ərazisində lombarda girov qoyaraq 8500 manat pul götürüb həmin şəxslərə vermişdir. Bir müddət keçdikdən sonra o, Mahirin zavod açmasından xəbər çıxmadığını görüb ondan zavod açıb-açmadığını soruşmuşdur. Mahir ona zavodun açılacağını, onu da həmin zavoda rəhbər vəzifəsində işə götürəcəyini demişdir. Sonradan o, Mahirin vəd etdiyi işdən xəbər çıxmadığını görüb Mahirdən verdiyi pulları və avtomobilini tələb etməyə başlamışdır. Lakin Mahir hər dəfə ona pullarını və avtomobilini qaytaracağını desə də Mahir halhazıradək pullarından cəmi 2000 manat qaytarmış, qalan pulunu və avtomobilini geri qaytarmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 30 ilə yaxındır ki, tanıyır, onunla aralarında həmişə normal münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 10 ilə yaxındır ki, tanımış, onunla da aralarında normal münasibətlər olmuşdur. 2018-ci ilin oktyabr ayının əvvəllərində Şahin ona bildirmişdir ki, Mahir ona məxsus işlədiyi şirkətin həyətində aromat məhsullarının istehsalını həyata keçirən zavod tikdirib onu həmin zavoda rəhbər vəzifəyə təyin etdirəcəyini, bunun üçün ona pul verməsini demişdir. Bundan sonra o, bir neçə dəfə Sumqayıt şəhəri ərazisində Şahin və Mahirlə görüşdükdə Mahir onlara Şahinə məxsus şirkətin həyətində aromat məhsullarının istehsalını həyata keçirən zavod tikdirib onu həmin zavoda rəhbər vəzifəyə təyin etdirəcəyini, bunun üçün təxminən 100000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. 2018-ci ilin oktyabr ayının ortalarında Şahin ona demişdir ki, yaşadığı Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində Mahirlə görüşmüş, həmin vaxtı Mahirə 40000 ABŞ dolları pul vermişdir. Bir neçə gündən sonra X4 şəhərinə getmişlər ki, Şahin əmisindən pul götürüb Mahirə versin. Şahin ona onlarla birlikdə Lənkəran şəhərinə getməsini demiş, o, Şahinə vacib işi olduğunu bildirmiş və demişdir ki, onlar getsinlər, o, da onların arxasınca Lənkəran şəhərinə gələcəkdir. Bir neçə saatdan sonra o, Şahinin mobil telefonuna zəng vurub Lənkəran şəhərinə gələcəyini demişdir. Sonra tanımadığı taksi avtomobili ilə Lənkəran şəhərinə gəlmiş, orada Şahin və Mahirlə görüşmüşdür. Onlar Mahirin dostu Çingizə məxsus “Toyota Prado” markalı avtomobillə Sumqayıt şəhərinə gəlməyə başlamışlar. Maşına minərkən Şahin ona maşının kabinəsindəki saxlanc hissədə 60000 ABŞ dolları pul olduğunu, həmin puldan muğayat olmasını demişdir. Onlar yolla gələrkən Salyan rayonu ərazisində yol kənarında olan kafelərin birində əyləşib yemək yemişlər. Şahin təklikdə ona demişdir ki, Mahirə 30000 ABŞ dolları pulu versin, yoxsa yox. O, Şahinə demişdir ki, Mahiri tanıyır. Mahir onları aldatmaz, pulu ona versin. Sonra onlar Sumqayıt şəhərinə, Şahinin yaşadığı 36-cı məhəlləyə gəlmişlər. Orada avtomobilin içərisində Şahin onun yanında Mahirə 30000 ABŞ dolları pulu vermişdir. 2019-cu ilin yanvar ayının əvvələrində Mahir Şahinə demişdir ki, müəyyən şəxslərə pul borcu var, onu incidirlər. Ona görə ona əlavə pul lazımdır. Şahin Mahirə inandığı üçün özünə məxsus “Volsvagen Passat” markalı, xatırlamadığı dövlət qeydiyyat nişanını avtomobilini etibarnamə əsasında Tural adlı tanışına vermişdir ki, həmin avtomobili Sumqayıt şəhərində Mahirə versin. Mahir də həmin avtomobili lombarda girov qoyaraq pul götürüb borclu olduğu şəxslərə versin. Mahir həmin avtomobili Sumqayıt şəhəri ərazisində lombarda girov qoyaraq 8500 manat pul götürüb həmin şəxslərə vermişdir. Bir müddət keçdikdən sonra Şahin Mahirin zavod açmasından xəbər çıxmadığını görüb ondan zavod açıb-açmadığını soruşmuş, Mahir ona demişdir ki, zavod açılacaq, onu da həmin zavoda rəhbər vəzifəsinə işə götürəcəkdir. X5 vəd etdiyi işdən xəbər çıxmadığını görüb ondan verdiyi pulları və avtomobilini tələb etməyə başlamışdır. Lakin Mahir hər dəfə Şahinə pullarını və avtomobilini qaytaracağını desə dəbildiyinə görə o, hal-hazıradək Şahinə pullarını və avtomobilini geri qaytarmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, “xxxx” MMCni o təsis etmiş, amma qardaşı Mahir işlətmişdir. Mahirin Şahindən 70000 ABŞ dolları borc götürməsini 2019-cü ilin yanvar ayında bilmişdir. Həmin pulu qardaşı xaricdən xammal alması üçün borc almışdır, zavod tikərək Şahini zavoda müdir qoymaq üçün yox. Mahir bir müddət həmin pul üçün faiz ödəmiş, sonra isə ödəyə bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur; Cinayət işinin materiallarına əlavə edilmiş“qətimkan tədbirinin seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 17 aprel 2021-ci il tarixdə“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşüzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnələri ilə bağlı məlumatından məlum olur ki, 1 (bir) ABŞ dollarının kursu1 (bir) manat 70 (yetmiş) qəpik olmuşdur. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət törətməsi, dəymiş ziyanın bir 2000 manatını ödəməsi, himayəsində azyaşlı uşaqlarının olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin ümumi rejimi cəzaçəkmə müəssisələrində cəzaçəkmələri müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əmlak müsadirəsi tətbiq oluna bilməz. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı 70000 ABŞ dolları (Azərbaycan manatı ilə 119000 manat) mülki iddia verilmişdir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddia qismən təmin edilməli və Təqsirləndirilən şəxs 68824 ABŞ dolları (Azərbaycan manatı ilə 117000 manat) pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə ekspertiza xərci, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs" qətimkan tədbiri iləəvəz edilməli, məhkəmə iclas zalından həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan –18 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181, 183, 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzanın əvvəli 18 iyun 2021-ci iltarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş 70000 ABŞ dolları məbləğində mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs 68824 ABŞ dolları (Azərbaycan manatı ilə 117000 manat) pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1066/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1066/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver