Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1066/2025 03.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X3 və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1989-cu ildə Rusiya Federasiyası, Novqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,514 qram psixotrop maddə olan metamfetamini və iki ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 29,28 qram və 19,12 qram olmaqla, ümumilikdə 48,40 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib çiynindən asdığı qara rəngli çantanın içərisində saxlamaqla ünvan 4 ünvana daşımış, 01 noyabr 2024-cü il tarixdə, saat 01:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X5 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 4 ünvanda saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə, saat 02:05-də üzərində şəxsi axtarış keçirilərkən, onun çiynindən asdığı qara rəngli çantanın içərisindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,514 qram külli miqdarda psixotrop maddə metamfetamin, iki ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 29,28 qram və 19,12 qram olmaqla, ümumilikdə 48,40 qram təşkil edən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlama və daşıma cinayət əməlini törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı gün rayondan toydan avtomobili ilə şəhərə gəlirmiş. Onu polis əməkdaşları 1 noyabr 2024-cü il tarixdə yaşadığı ünvanda- ünvan 6lamışlar. Polis əməkdaşları onu saxlayıb polis bölməsinə aparmışlar. Polis bölməsində video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Polis Bölməsində video çəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman o, təzyiq altında olmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən 1 (bir) qram metamfetamin və 1 (bir) bükümdə 19 qram çəkidə qurudulmuş marixuana aşkar edilmişdir. Lakin ona elan edilmiş ittihamda üzərindən aşkar edilmiş həmin maddələrin miqdarı artırılmışdır. Ona elan edilmiş ittihamda göstərilən digər 48,40 qram qurudulmuş marixuana onun üzərində olmamış, həmçinin metamfetaminin çəkisi 2,514 qram deyil, yalnız 1 (bir) qram olmuşdur. Ona polis bölməsində fiziki təzyiqlər olmuşdur. Belə ki, onun belinə, başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişlər. Sənədlərə imza etmək istəməyən zaman başına sillə də vurmuşlar. Vəkil ondan nəsə narazılığının olub-olmamasını soruşan zaman o, narazılığının olmadığını bildirmişdir. Ona polis əməkdaşları tərəfindən psixoloji təzyiqlər olmamışdır, yalnız fiziki təzyiqlər etmişlər. Polis əməkdaşları tərəfindən ona edilmiş fiziki təzyiqlər nəticəsində o, məcbur olub sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onu polis əməkdaşları təxminən saat 01-02 radələrində evinin qarşısında saxlamışlar. Polis əməkdaşları ondan üzərində nə olmasını soruşduqda o da üzərində 1 (bir) qram metamfetamin və 1 (bir) bükümdə 19 qram qurudulmuş marixuananın olması barədə polis əməkdaşlarına bildirmişdir. O, həmin psixotrop və narkotik vasitələri on gün əvvəl əldə etmişdir. Həmin psixotrop və narkotik vasitələri tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Həmin İran vətəndaşı ona özünü təqdim etməmişdir. İran vətəndaşı ona verdiyi narkotik vasitədən öz payını götürüb qalanını aparıb harasa qoymaqla bağlı bir söz deməmişdir. O, şəxsi axtarış zamanı təzyiq altında olduğundan məcbur qalıb ittiham aktında qeyd edilən psixotrop və narkotik vasitələrin tam şəkildə ona məxsus olduğunu etiraf etmişdir. O, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə ona təzyiq olunduğunu deyə bilməmişdir. Həmçinin bildirir ki, onun üzərində tərəzi olmamışdır. O, ibtidai istintaq zamanı ifadə verərkən təzyiq altında olmuş və məcbur qalıb tərəzinin də onun üzərindən aşkar olunduğunu bildirmişdir. İttiham aktında göstərildiyi kimi onda qara çanta olmamışdır. Polis əməkdaşlarının ona fiziki təzyiqlər etmələrinin səbəbini bilmir. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, şəxsi axtarış zamanı polis əməkdaşları ona nə demişlərsə, o da təkrar etmişdir. Şəxsi axtarışla bağlı videoçəkiliş bir neçə dəfə təkrarlanmışdır. Onun barəsində olan tibbi kitabçada göstərilmiş köhnə çapıq toxumalarının hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur, həmin çapıq toxumaları köhnə vaxtlardan onda olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01 noyabr 2024-cü il tarixdə verdiyi izahatında, həmçinin həmin tarixdə şübhəli şəxs qismində ifadə verərkən, daha sonra isə 02 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təxminən 2024-cü ilin sentyabr ayında “İnstagram” sosial şəbəkəsində narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə tanış olmuş və ondan müxtəlif vaxtlarda öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddələr əldə edirmiş. O, həmin şəxsin müxtəlif hesablarına pul göndərərək ondan məkanlar alır və həmin məkanlardan psixotrop maddə hesab edilən “patı” kimi tanıdığı metamfetamini əldə edirmiş. Onun özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxs ilə arasında narkotik vasitə və psixotrop maddələrlə bağlı danışıqları olmuş və həmin şəxsdən bir neçə dəfə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin əldə etmişdir. Bundan sonra isə o, maddi sıxıntıları olduğu üçün həmin şəxsə yazaraq ona pulsuz olaraq psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin verməyini istəmiş, lakin İran İslam Respublikasının vətəndaşı onun təklifini rədd etmiş və ona pulsuz “patı” verməyəcəyini bildirmişdir. 31 oktyabr 2024-cü il tarixdə onun istifadəsində olan “Vatsapp” sosial şəbəkəsinə İran İslam Respublikasının vətəndaşı tərəfindən mesaj gəlmiş, həmin mesajda məkan və psixotrop maddələrin, narkotik vasitələrin şəkillərinin olduğunu və onun həmin məkana getməsinin lazım olmasını bilmişdir. 31 oktyabr 2024-cü il tarixdə o, qeyd olunan məkana, yəni Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qaradağ Market”in yaxınlığına getmiş və məkan olan yerdə 1 ədəd qara rəngli çantanın olduğunu görmüşdür. O, həmin çantanı götürmüş və həmin məkandan uzaqlaşmışdır. Daha sonra, o, həmin çantanı açaraq orada 2 ədəd sellofana bükülmüş narkotik vasitə kimi tandığı marixuana, 2 qram “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi olduğunu aşkar etmişdir. O, bunu görüb Şahmar adlı İran İslan Respublikasının vətəndaşına yazaraq bildirmişdir ki, ona göndərdiyi məkanda 1 qram metamfetamindən çox miqdarda “patı” və əlavə olaraq 2 ədəd sellofan bükümdə narkotik vasitə marixuana var. Şahmar isə ona cavab olaraq “sən həmin 02 ədəd narkotik vasitə marixuananı və 2 qram psixotrop maddə metamfetamindən 1 qramını götürərsən, qalan 02 ədəd bükümdə marixuananı və 1 qram metamfetamini mən dediyim məkana qoyarsan” demişdir. O, Şahmarın bu təklifi ilə razılaşmış və qeyd etdiyi çantanın içərisində olan narkotik vasitə və psixotrop maddələri, elektron tərəzini götürüb yaşadığı ünvan 7 ünvana getmiş və həmin ünvanın qarşısında olduğu zaman ərazidə xidmət edən polis geyimində olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və ona özünü şübhəli apardığını bildirmişlər. Onu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət etmişlər. X2 hissədə olarkən ona hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Daha sonra Polis Bölməsinin xidməti otaqlarının birində onun üzərinə baxış keçirilmişdir. Həmin otaqda hər kəsin iştirakı ilə rəngli çantanın içərisindən 02 ədəd şəffaf sellofan bükümləri, 01 ədəd sellofan bükümü və elektron tərəzini təqdim edərək həmin bükümlərin içərsində olan maddənin narkotik vasitə kimi tanınan marixuana və psixotrop maddə kimi tanınan “patı” olduğunu qeyd etmişdir. Daha sonra, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin, 02 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana və 01 ədəd elektron tərəzi zərfə qoyulmuş və o, həmin zərfi imzalamışdır. Daha sonra, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı 31 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonunda “Qaradağ Market”in yaxınlığında özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Şahmar adlı şəxsin ona atdığı məkandan götürmüşdür. Qeyd etdiyi psixotrop maddə metamfetaminin 1 qramını özü istifadə edəcək, qalan 02 ədəd narkotik vasitə marixuananı və qalan metamfetamini Şahmar ona göndərəcəyi məkana aparmalı imiş... Şahmar ona bildirmişdir ki, onun istədiyi 1 qram psixotrop maddə metamfetaminin müqabilində o, Şahmarın ona göndərdiyi məkana qalan narkotik vasitələri və psixotrop maddələri çatdırmalıdır. Onun Şahmar adlı şəxsin şəxsiyyəti ilə bağlı heç bir məlumatı yoxdur və onunla olan yazışmaları sildiyi üçün onları təqdim edə bilmir. Onu saxlayan zaman, eləcə də üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir (iş vərəqə: cild İ, səh.28-29, 42-43, 57-59). Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən onun üzərindən 1 (bir) qram metamfetamin və 2 (iki) bükümdə ekspertiza rəyində göstərilən çəkidə qurudulmuş marixuana aşkar edildiyini, həmçinin tərəzinin ondan aşkar edilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.120, 121). Məhkəmə baxışı zamanı elan olunan ifadələrində müəyyən olunan fərqli və ziddiyyətli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, ifadəsində üzərindən çıxan narkotik vasitənin 1 (bir) qram metamfetamin və 1 (bir) bükümdə 19 qram qurudulmuş marixuana olması barədə yazıldığını düşünmüşdür. O, üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan qeyd etdiyi 1 (bir) qram metamfetamini və 1 (bir) ədəd bükümdə 19 qram qurudulmuş marixuananı təqdim etmişdir. Həmin psixotrop və narkotik vasitələri necə və kimdən əldə etməsi ilə bağlı polis əməkdaşlarına məlumat verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə, saat təxminən 01 radələrində Bibiheybət qəsəbəsində xidmətdə olarkən onlar adını sonradan bildikləri Təqsirləndirilən şəxs görmüşlər. Bu zaman həmin şəxs özünü şübhəli aparmağa başlamış, onlar da həmin şəxsə yaxınlaşıb şübhəli davranmağının səbəbini soruşmuşlar. Həmin şəxsin əlində qara çanta var imiş. Onlar həmin şəxslə danışan zaman və həmin şəxsdən özünü şübhəli aparmasının səbəbini soruşan zaman həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparmışlar. Raport tərtib edərək həmin şəxsi növbətçi hissəyə təhvil vermişlər. X4 Xəlilovun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik və psixotrop vasitələrə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt heç bir narazılıq etməmiş, səmimi şəkildə həmin maddələrin özünə məxsus olduğunu bildirmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs o və Şahid2 birlikdə gecə təxminən saat 01 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və video çəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində “polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərməsi, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsi” ilə bağlı göstərdiyi xüsusat tamamilə yalandır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya digər təzyiqlər olmamışdır. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə, saat təxminən 01 radələrində ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb özünü şübhəli aparmasının səbəbini soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qara çantada narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə təhvil vermişlər. Polis Bölməsində təhqiqatçının otağında müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs özü narkotik vasitələrin çantada olduğunu bildirmiş və şəxsi axtarış zamanı həqiqətən də ondan psixotrop və narkotik vasitələrə bənzər maddələr aşkar edilmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs saxlamalarının səbəbi sonuncunun özünü şübhəli apararaq onları görərkən onlardan yayınmağa çalışması ilə əlaqədar olmuşdur. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin əlində olan çantadan bükümlərdə marixuanaya və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs saxlayarkən gecə vaxtı olduğundan və şəraitdən asılı olaraq həmin şəxsin həmin yerdə üstünü yoxlaya bilməmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _01 noyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və 03 noyabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çiynində olan qara rəngli əl çantasının içərisindən şəffaf rəngli sellofana bükülmüş və içərisində yaşıl rəngli ot şəkilində 02 (iki) ədəd bükümdə kütləni və 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəgli kristal hissəciklər olan maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin əşyaları özünü İran İslan Respublikasının vətəndaşı kimi təqdim edən Şahmar adlı şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq Qaradağ rayonunda yerləşən “Qaradağ market”in yaxınlığında yol kənarında qoyulmuş qara rəngli əl çantası ilə birlikdə götürdüyünü, həmin narkotik vasitənin bir hissəsini özünün şəxsi istifadəsi üçün, digər hissəsini isə Şahmar adlı şəxsin ona deyəcəyi ünvana çatdırması məqsədi ilə əldə etdiyini bildirir. Şəxsi axtarış zamanı 2 ədəd “Redmi”, 1 ədəd “ Samsung”, 1 ədəd “Honor” markalı mobil telefon və bir ədəd tərəzi də aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 21-22, 73-74). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 6/5092 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün № 52“ dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...“ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,514 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (iş vərəqə: cild İ, səh.30-33). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2024-cü il tarixli, 7/1809 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” dairəvi möhür əksi olan kağız paketdə olan iki ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 29,28 qram və 19,12 qram olmaqla, ümumi çəkisi 48,40 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur (iş vərəqə: cild İ, səh.36-38). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2025-ci il tarixli, 434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydən həmçinin görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.94-95). _03 noyabr 2024-cü il tarixli “maddi sübut kimi tanınma barədə qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,464 qram psixotrop maddə olan metamfetamin və ümumi çəkisi 48,10 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 01 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. (iş vərəqə: cild İ, səh.75). _07 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı video görüntünün qeydə alındığı bir ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır (iş vərəqə: cild İ, səh.103-111). _07 fevral 2025-ci il tarixli “ayrıca icraatda cinayət işi ayrılması barədə qərar”dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işindən ayrıca icraatda həmin maddə ilə cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.113-117). _01 noyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.13). _Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.65-68). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Onun hətta sonuncu məhkumluğu da, yəni Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasının təyin edildiyi məhkumluğu da ödənilmişdir, belə ki, həmin tələbnamədən görünür ki, Sabirabad rayon İcra Şöbəsinin 07 may 2015-ci il tarixli arayışına əsasən həmin cəriməni tam ödəmişdir (iş vərəqə: cild İ, səh.92-93). _doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamış və daşımışdır. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”da müəyyən edilmiş həmin psixotrop maddənin külli miqdar həddindən artıq miqdarda olmuş, həmçinin “qurudulmuş marixuana” narkotik vasitəsinin çəkisi də xeyli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1 noyabr 2024-cü il tarixdə polis əməkdaşlarını görərkən özünü şübhəli apardığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin polis əməkdaşları Təqsirləndirilən şəxs özünü şübhəli aparmasının səbəblərini sonuncu ilə danışaraq örgənməyə çalışarkən Təqsirləndirilən şəxs üzərindəki çantada narkotik vasitə olduğunu etiraf etmiş, daha sonra onun üzərində şəxsi axtarış aparılmasından ötrü gecə vaxtı mövcud şəraitlə əlaqədar olaraq Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirilmiş, orada müdafiəçisinin iştirakı ilə və video çəkilişlə üzərində şəxsi axtarış keçirilərkən onun əlində olan qara rəngli əl çantasında 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,514 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 29,28 qram və 19,12 qram olmaqla, ümumilikdə 48,40 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana, həmçinin 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də onun üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddələri 10 gün əvvəl İran İslam Respublikasının vətəndaşından əldə etdiyini etiraf etsə də, o, elan edilmiş ittihamı mübahisələndirərək bildirmişdir ki, həmin maddələrin çəkisi ona elan edilmiş ittihamda göstərilən qədər olmamışdır. Onun üzərindən 1 (bir) qram metamfetamin və 1 (bir) bükümdə 19 qram çəkidə qurudulmuş marixuana aşkar edilmişdir. Ona elan edilmiş ittihamda göstərilən digər bükümdə olan 48,40 qram qurudulmuş marixuana, həmçinin elektron tərəzi ondan aşkar edilməmişdir. Ona polis bölməsində fiziki təzyiqlər olduğunu, buna görə də həmin təzyiqlər nəticəsində məcbur qalaraq ittihamda göstərilən bütün maddələrin və elektron tərəzinin ondan aşkar edildiyini etiraf etdiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, onun özünü müdafiə üçün gətirdiyi həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Əvvəla qeyd edilməlidir ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai araşdırma başlandığı ilkin mərhələdən başlayaraq müdafiəçisinin iştirakı ilə və video çəkilişlə üzərində şəxsi axtarış keçirilərkən sorğu-sual zamanı, sonra 01 noyabr 2024-cü il tarixdə verdiyi izahatında, həmçinin həmin tarixdə şübhəli şəxs qismində ifadə verərkən, daha sonra isə 02 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində onun üzərində olan 1 (bir) ədəd qara rəngli çantada 2 (iki) ədəd sellofana bükülmüş narkotik vasitə marixuana, 2 (iki) qram psixotrop maddə metamfetamin və 01 (bir) ədəd elektron tərəzi olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində Şahmar adlı İran İslan Respublikasının vətəndaşının ona həmin 02 (iki) ədəd bükümdə olan narkotik vasitə marixuananı və 2 (iki) qram psixotrop maddə metamfetamindən 1 qramını özünə götürməyini, qalan 02 (iki) ədəd bükümdə olan marixuananı və metamfetaminin isə 01 (bir) qramını həmin iranlının dediyi məkana qoymasını dediyini bildirmiş və Şahmar adlı İran İslam Respublikasının vətəndaşı ilə razılaşdığını, həmin çantanın içərisində olan narkotik vasitə və psixotrop maddələri, elektron tərəzini götürüb üzərində saxlayaraq daşıdığını bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiqlər göstərilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.28-29, 42-43, 57-59). Təqsirləndirilən şəxs həmin etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq verdiyini bildirsə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinin əks olunduğu disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın müdafiəçisinin iştirakı ilə keçirildiyi, həmin vaxt ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyinin təsdiq olunmadığı müəyyən olunmuş, həmçinin həmin istintaq hərəkəti keçirildikdən sonra sorğusual zamanı Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq olmadan, tam sərbəst və azad şəkildə öz fikirlərini ifadə edərək üzərindəki çantadan aşkar edilmiş iki bükümdə olan qurudulmuş marixuananı, 01 (bir) bükümdə olan metamfetamini və elektron tərəzini ona göndərən İran İslam Respublikasının vətəndaşının dediyi yerdən götürdüyünü, həmin maddələrdən metamfetaminin bir qramını ona istifadə etmək üçün göndərdiyini, iki bükümdə olan qurudulmuş marixuananı isə həmin şəxsin dediyi yerə qoymaq üçün ona göndərdiyini və o, bununla razılaşaraq, yəni metamfetaminin bir qramını özünün istifadə etməsi üçün, digər iki bükümdə olan qurudulmuş marixuananı isə həmin iranlı şəxsin dediyi yerə qoymaq üçün götürdüyünü bildirir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən sorğu-sual zamanı həmin bildirdiklərini ibtidai istintaqın sonrakı mərhələsində izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də təfərrüatlı şəkildə bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olarkən onun üzərindən 1 (bir) qram metamfetamin və 2 (iki) bükümdə ekspertiza rəyində göstərilən çəkidə qurudulmuş marixuana aşkar edildiyini, həmçinin tərəzinin ondan aşkar edilmədiyini bildirsə də, hər hansı qanunsuz təzyiqlərə məruz qalması barədə hər hansı bir halı göstərməmişdir (iş vərəqə: cild İ, səh.120, 121). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı həmin etirafedici ifadələrini polis əməkdaşlarının fiziki təzyiqləri nəticəsində məcbur qalaraq bildirməsi ilə bağlı göstərdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabça tədqiq edilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş sol saidin ön səthində, sağ çiynin arxa səthində köhnə çapıq toxumaları ilə bağlı Təqsirləndirilən şəxs sual verilərkən həmin köhnə çapıq toxumalarının köhnə vaxtlardan onda yarandığını və hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Həmçinin, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən bədənində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar Səbail rayon Polis İdarəsindən məhkəməyə göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən onda müayinə olunduğu vaxta aid hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Beləliklə də, cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması məhkəmə araşdırması nəticəsində hər hansı faktla öz təsdiqini tapmadığından, ilkin ibtidai araşdırma zamanı şəxsi axtarış istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs tam iradə sərbəstliyi əsasında törətdiyi cinayət əməlini təfərrüatlı şəkildə etiraf etməsini və həmin zaman hər hansı qanunsuz təzyiqlərə məruz qalmasının təsdiq olunmaması, bununla bağlı göstərdiklərini sonradan verdiyi ifadələrində də təsdiq etməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiklərini tam şəkildə təkzib etdiyindən, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər sübut növü kimi qəbul edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin psixotrop və narkotik maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə, ayrı-ayrı bükümlərdə olmasını nəzərə almaqla yanaşı, eyni zamanda həmin maddələri daşıdığı çantadan həmçinin elektron tərəzinin də aşkar edilməsini və elektron tərəzinin həmin maddələrlə birlikdə ondan aşkar edilməsinin satış məqsədini istisna edə biləcək hər hansı bir izahının təqsirləndirilən şəxs tərəfindən göstərilməməsini və ya göstərilməsinin mümkün olmamasını (əksinə, sübut olunmasına baxmayaraq, məhkəmədə ümumiyyətlə tərəzinin ondan aşkar edilməməsini göstərməsini) da nəzərə alır. Belə ki, təqsirləndirilən şəxsdən müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə psixotrop və narkotik maddələrin, onların yanında elektron tərəzinin yaşadığı evində yox, evindən kənarda onların birlikdə aşkar edilməsi təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Məhkəmə təqsirləndirilən şəxsin həmin maddələri məhz satış məqsədilə əldə edib daşıması nəticəsinə gələrkən işin qeyd edilən faktiki halları ilə yanaşı, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmənarkoloji ekspertizasının 27 yanvar 2025-ci il tarixli, 434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Həmin rəydən həmçinin görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.94-95). Həmin rəydən də göründüyü kimi, əvvəla Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu (psixotrop maddə olan metamfetamindən asılılığını təsdiq edir) ilə bağlı narkomaniya xəstəliyindən əziyyət çəkir, eyni zamanda narkoloji müayinə zamanı özü də psixotrop maddə olan metamfetamin qəbul etdiyini təsdiq edir. Belə olan halda, yəni özünün istifadə etmədiyi növdə olan narkotik maddənin (qurudulmuş marixuananın) təqsirləndirilən şəxsdən aşkar edilməsi, özünün istifadə etmədiyi növdə olan həmin narkotik maddələrin ayrı-ayrı bükümlərdə olması, eyni zamanda ibtidai istintaq zamanı da bütün ifadələrində psixotrop maddə metamfetamini özünün istifadə etməsi üçün əldə etdiyini, digər iki bükümdə olan narkotik maddə qurudulmuş marixuananı isə İran İslam Respublikasının vətəndaşının dediyi yerə qoymaq üçün əldə edib daşıdığını bildirməsinə dair cinayət işinin göstərilən faktiki halları ilə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin təsdiq olunması Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinin mötəbər sübut kimi qəbul olunmasının, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop və narkotik maddələri məhz satış məqsədilə əldə edib daşıması qənaətinə gəlinməsinin məhkəmədə yalnız obyektiv və mötəbər sübutların araşdırılıb tədqiqinə və həmin sübutlara əsaslanan işin faktiki hallarına uyğun gələn nəticəyə əsaslandığını birmənalı şəkildə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı üzərindən aşkar edilmiş ayrı-ayrı bükümlərdə narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikasının vətəndaşının dediyi ünvana qoymaq üçün əldə edib daşımasına dair verdiyi ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən, həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair həmin ifadələrində göstərdiyi hallar cinayət işinin yuxarıda göstərilən faktiki halları ilə və iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edildiyindən, həmin mötəbər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı göstərilən etirafedici ifadələrinin ittihamın əsasını təşkil edən sübut növləri kimi qəbul edilməsini tam, hərtərəfli və obyektiv məhkəmə tədqiqatına əsaslanmış araşdırma zəruri etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi inkaredici hallar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin video görüntülərinin əks olunduğu disk, həmin diskə baxış protokolu, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və onun məhkəmədə göstərdiyi həmin halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Bununla da, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs barəsində olan tələbnaməsindən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Onun hətta sonuncu məhkumluğu da, yəni Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasının təyin edildiyi məhkumluğu da ödənilmişdir, belə ki, həmin tələbnamədən görünür ki, Sabirabad rayon İcra Şöbəsinin 07 may 2015-ci il tarixli arayışına əsasən o, həmin cəriməni tam ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etdiyindən və Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 01 noyabr 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2025-ci il tarixli, 434 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,464 qram psixotrop maddə olan metamfetamin və ümumi çəkisi 48,10 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntülərinin qeydə alındığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 135 (yüz otuz beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,464 qram psixotrop maddə olan metamfetamin və ümumi çəkisi 48,10 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin video görüntülərin qeydə alındığı bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 135 (yüz otuz beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1066/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1066/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver