Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1067/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «PRO BONO» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi ev 82 Ada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçildiyindən hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 26 dekabr 2021 -ci il tarixdə səhər saatlarında ünvan 1 ünvanın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 102,151 qram narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən «Nəsimi» metrostansiyasının yaxınlığında Binəqədi RPİ-nin 7- ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov 99 ünvanında yerləşən 7-ci PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli jiletin sol tərəfindəki iç cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdar hesab edilən 102,151 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən bir iki ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Bir müddət əvvəl hazırda xatırlamadığı sosial şəbəkədə özünü İran vətəndaşı kimi təqdim etmiş Mehdi adlı şəxslə tanışlığı yaranmışdır. Həmin şəxs ona istifadəsində olan +**********34 nömrəsini verdikdən sonra o, həmin şəxslə VVhatsapp proqramı vasitəsilə əlaqə yaratmış və narkotik vasitə istifadəçisi olduğu üçün ondan istifadəsi üçün 2 dəfə narkotik vasitə olan heroin əldə etmişdir. Belə ki, həmin şəxs ona kart şəkili göndərmiş, o həmin kartın hesabına pul ödədikdən sonra həmin şəxs ona narkotik vasitənin atıldığı yerin və ünvanın şəklini göndərmiş, o həmin yere gedərək hər hansı bir yerə qoyulmuş içərisində narkotik vasitə heroin olan bükümü götürmüşdür. Götürdükdən sonra isə Mehdi adlı şəxs ona göndərmiş olduğu kartın və narkotik vasitə qoyulmuş yerin şəkillərini silirmiş. Sonuncu dəfə 26 dekabr 2021 -ci il tarixdə gecə saatlarında Mehdi adlı şəxslə VVhatsapp vasitəsilə danışaraq ondan 100 qram narkotik vasitə almaq istədiyini demiş, lakin hazırda pulunun olmadığını, narkotik vasitəni əldə etdikdən sonra 2-3 gün müddətində pulunu ödəyəcəyini demişdir. Mehdi ona etiraz etməmiş və bildirmişdir ki, 100 qram heroini ona 1000 manat müqabilində sata biləcəyini bildirmiş və o da, pulunu sonradan ödəmək şərti ilə onunla razılaşmışdır. Bir neçə saat sonra 27 dekabr 2021 -ci il tarixdə səhər saatlarında Mehdi ona 100 qram çəkidə narkotik vasitə olan heroinin qoyulduğu yerin şəklini atmış, həmin yer Binəqədi rayonu, S.Məmmədova küçəsi 107 ünvanın yaxınlığında yerləşən «Kontakt Home» mağazasının yaxınlığında olmuşdur. O, həmin ünvana gedərək, yolda piyada səkisinin kənarında yerə qoyulmuş bir ədəd sellofan bükümü götürərək cibinə qoymuşdur, Həmin yerdən bir qədər uzaqlaşdıqda elə S.Məmmədova küçəsində «Nəsimi» metrosunun yaxınlığında ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə dəvət etmişdirlər. Daha sonra mən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmiş, orada hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilərək ona təqdim edilmiş, barəsində şübhəli şəxs qismində tutulma protokolu tərtib edilərək hüquq və vəzifələri izah edilmişdir. Daha sonra öz razılığı əsasında vəkilin iştirakı olmadan üzərinə axtarış keçirilməsinə etiraz etməmişdir. Axtarış zamanı ona üzərində qeyri qanuni əşya vardırsa təqdim etməyi təklif oiunmuş və o, əynində olan tünd göy rəngli jiletinin sol tərəfindəki iç cibindən bir ədəd şəffaf sellofan büküm təqdim edərək içərisində heroin olduğunu bildirmişdir. Həmçinin o, olduğu kimi etiraf edərək bildirmişdir ki, həmin narkotik vasitəni tutulmazdan bir qədər əvvəl vvhatsapp vasitəsilə İran vətəndaşından almış, yəni onun özünü görmədən küçəyə qoyulduqdan sonra həmin yerə gedib götürmüşdür. Daha sonra onun üzərinə axtarış aparılmış, başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş axtarışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilərək oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin onun təqdim etmiş olduğu maddə zərfdə qablaşdırılaraq ekspertiza tədqiqatına veriləcəyi bildirilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, «Mehdi» adlı şəxs barəsində heç bir məlumatı yoxdur, narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş, satışı ilə məşğul olmamış və buna görədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Narkotik vasitə satışı ilə məşğul olmadığı üçün, yalnız özü istifadə etdiyi üçün özünü Azərbaycan Respublikası CM-nİn 234.1 -ci maddəsilə təqsirli bildiyini qeyd etmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 dekabr 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə rəhbərliyin göstərişi əsasında onun və Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 27 dekabr 2021 -ci il tarixdə saat 12:30 radələrində daxil olmuş məlumat Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən «Nəsimi» metrostansiyasının yaxınlığında, əvvəlcədən alınmış məlumatda Əliyar adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmış, həmin şəxsə özlərini təqdim edərək, onun da özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qısa qol gödəkçənin sol iç cibindən 1 ədəd şəffaf sellofan büküm, həmin gödəkçənin sağ yan cibindən bir ədəd mobil telefon, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 3 manat pul çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin şəffaf sellofan bükümün içərisində narkotik vasitə «kakos» olduğunu və həmin maddəni xx.xx.2021 -ci il tarixdə İran vətəndaşından aldığını bildirmişdir. Aşkar edilmiş kütlə zərfə qoyularaq möhürlənmiş, başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edəən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərilənləri tam təsdiq etmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan 26 dekabr 2021-ci İl tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli jiletin sol tərəfindəki İç cibindən bir ədəd şəffaf sellofanda içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Cinayət işinin 40-42-ci vərəqində olan məhkəmə- kimyəvi ekspertizasının 27 dekabr 2021-ci il tarixli, 6/5631 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Təqsirləndirilən şəxs imzalar ...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 102,151 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işinin 136-137-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli 903 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorlarının qəbulu nəticəsində yaranan ASİLİLİQ sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin 139-140-cı vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 fevral 2022-ci il tarixli 430 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan dövrdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri qeyd olunmur, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. Cinayət işinin 141-148-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 102,151 qram çəkidə narkotik vasitə olan heroin, həmçinin şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 01 ədəd CD disk iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 101,951 qram narkotik vasitə olan heroin saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, 01 ədəd CD disk isə cinayət işinə əlavə edilmişdir. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə olan heroin aşkar edilməsini Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etdiyini qeyd etməsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, ekspert rəyləri, əməliyyat tapşırığına cavab məktubu və digər istintaq sənədlərilə təkzib edildiyindən, həmin xüsusat məhkəmə tərəfindən onun özünü müdafiə kimi qiymətləndirilr. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 17-19 və 45-46-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 129-135-ci vərəqində olan İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİ İ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü Azərbaycan Respublikasının 315.1, 62, 93.1.4-cü maddələri ilə 02 il müddətinə 20 faiz olmaqla islah işlərinə məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Elman Şeydayevin məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Himayəsində üç azyaşlı uşaqlarının olması və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 26 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş və təmiz çəkisi 102,151 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 101,951 qram narkotik vasitə olan heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə X5 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «PRO BONO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 26 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş və təmiz çəkisi 102,151 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 101,951 qram narkotik vasitə olan heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə X5 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «PRO BONO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Məhəmməd Əkbərov