Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1068/2023 14.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4 və X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 sentyabr 2023-cü il tarixdə, saat 17:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində “Şamaxinka” adlanan ərazidə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,465 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 17:55-də Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,465 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərdi ki, polis əməkdaşları onu yaşadığı məhəllədə saxlayaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aparmış, orada onu döymüş, daha sonra kiçik bükümdə, zərfin içində narkotik vasitəni üzərinə qoyaraq guya onun üzərindən çıxmış kimi videoçəkiliş etmişlər. Polis əməkdaşları onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edəcəyini bildirmişlər. Lakin o, istintaq təcridxanada barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparıldığını öyrənmişdir.
3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, onu polis bölməsində döydükləri üçün təqdim olunmuş istintaq sənədlərini imzalamışdır. O, əvvəllər narkotik vasitədən istifadə etdiyindən istifadəçi kimi cinayət işi başlanılmasına razılaşmışdır. Onun üzərinə baxış keçirilən zaman iki dəfə videoçəkiliş aparılmış, birinci dəfə polis əməkdaşlarının bildirdikləri ilə razılaşmamış, daha sonra onu yenidən döymüşlər. Bu səbəbdən polis əməkdaşlarının bildirdikləri ilə razılaşmış, ondan tələb olunan ifadəni təzyiq altında vermişdir. Üzərindən çıxmış kimi sənədləşdirilmiş narkotik vasitə tərəzidə çəkilmədən zərfə qoyulub möhürlənmişdir. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə aparılmış, lakin məhkəmədə heç kim heç nə soruşmamışdır. Yalnız əməlindən peşman olub-olmamağı soruşulmuş, o isə peşman olduğunu demişdir. İstintaq təcridxanasında olarkən təxminən bir aydan sonra barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açıldığını bilmişdir. Lakin hər hansı bir dövlət orqanına və sair quruma şikayət etməmişdir.
4. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərdi ki, polis əməkdaşları onu saxlayarkən yaşadığı Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 127 ünvanında olmuşdur. Onu günorta saat 3-4 arası saxlamışlar. Tutulduğu vaxt üzərinə baxış keçirilməmiş, onu şöbəyə aparan kimi otaqlardan birinə salaraq döymüşlər. Tutulduğu vaxt üzərində narkotik vasitə olmamışdır. Birinci videoçəkilişdə o, üzərində narkotik vasitə olmadığını demiş, lakin daha sonra onu döyərək ikinci dəfə videoçəkiliş aparılmışdır. Birinci çəkilişdən əvvəl cibinə narkotik vasitəni qoyaraq ona təsir göstərmişlər, yarım saatdan sonra isə yenidən çəkiliş aparılmışdır. Narkotik vasitə polis əməkdaşları tərəfindən çəkilişdən əvvəl cibinə qoyulmuşdur. Onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. İkinci videoçəkiliş zamanı isə polis əməkdaşlarının ona bildirdiklərini təkrar etmişdir. Belə ki, səhhətində problem olduğundan, yəni ağ ciyərinin biri amputasiya olunduğundan onların dedikləri ilə razılaşmışdır. Ağ ciyərinin bir hissəsi kəsilib götürülsə də əlilliyi yoxdur. Döyülməsinin təsirindən istintaq təcridxanasına göndərilərkən qulağı eşitmirdi. O, polis əməkdaşları ilə narkotik vasitənin miqdarının az yazılacağına dair razılaşmışdır. Lakin sonradan polislərin onu aldadaraq ifadələri imzalatdıqlarını başa düşmüşdür. Narkotik vasitənin “Qara bazar”da bir qramı 40 manata əldə etmişdir. İttiham aktına əlavə edilmiş siyahıda olan şahid qismində dindirilməli şəxslərdən Şahid1 və Şahid2 onu vurmamış, ümumiyyətlə həmin şəxslər onu saxlayan şəxslərin arasında olmamışdır. Onu polis şöbəsində başqa şəxslər döyərək təzyiq etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar çox peşman olmasını və narkomaniya xəstəliyindən müalicə olunmaq istədiyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 12 noyabr 2022ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, “Şamaxinka” adlanan yerdə naməlum şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində bir bükümdə narkotik vasitə heroin almışdır. O, həmin içərəsində narkotik vasitə heroin olan bükümü əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 12 noyabr 2022-ci il tarixdə, saat 17.55-də Yasamal rayonu, 1-ci Alatava küçəsi 127 ünvanının qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları ona özünü təqdim etməyi bildirmişlər və o, onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkaşları onu Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına dəvət etmişlər. Orada ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Bundan sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan narkotik vasitə heroini 12 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən bir ədəd bükümdə aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək istintaq hərəkətində iştirak edən şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosseslərdə müdafiəçi iştirak etmişdir. (cild 1, iş vərəqi (bundan sonra i.v) 54-56; 67-69;)
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 12 noyabr 2022-ci il tarixdə Yasamal RPİ-nin 29cu Polis Şöbəsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün onun tərəfindən 29-cu Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş, icazə alındıqdan sonra əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. 12 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava 127 ünvanının qarşısında Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saxlanılmışdır. Onlar xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş, üzərinə şəxsi axtarış keçirilməsi üçün 29-cu polis şöbəsinə dəvət etdik. Təqsirləndirilən şəxs 29-cu polis şöbəsinə getməyə razılıq verərək onlarla birlikdə getmişdir. Şöbənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədilə vəkil dəvət olunmuş, təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla, vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Aşkar olunmuş kütlə içərisi boş olan zərfə qoyulub qablaşdırılmış, DİN-nin 169 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs və vəkili tərəfindən hər hansı etiraz olmadan imzalanmışdır.
9. Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, psixi və sair təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs heç bir etiraz bildirməmiş, narkotik vasitənin miqdarı ilə bağlı da hər hansı mübahisəsi və ya narazılığı olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava 127 ünvanının qarşısında saat 17 radələrində saxlamış, həmin vaxt əynində qara rəngli paltar olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ondan üzərində narkotik vaitə olub-olmamas soruşulmamış, şöbəyə aparıldıqdan dərhal sonra deyil, vəkil dəvət olunduqdan sonra üzərində hər hansı əşya olması barədə ondan soruşulmuşdur. Narkotik vasitə heroin Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən çıxmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ola bilsin ki, narkotik vasitənin təsiri altında olduğundan özünü pis hiss edirdi.
10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Övladı ilə münasibəti həmişə yaxşı olmuşdur. Emin evli olmaqla bir qız övladı vardır. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 127 ünvanında yaşamışdır. 12 noyabr 2022-ci il tarixdə, axşam vaxtı övladı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıdığı və istifadə etdiyi üçün Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılmasını öyrənmişdir. 14 noyabr 2022-ci il tarixdə isə oğlu Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs tutulması onun üçün çox ağır olmuşdur. Övladı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etməsini görməmiş və hiss etməmişdir. Emin yaxşı oğul və ailə başçısı olmuşdur. Məhkəmədən övladı Təqsirləndirilən şəxs gənc olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 noyabr 2022-ci il tarixli qərardan görünür ki, 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı külli miqdarda narkotik vasitənin aşkar edilməsi faktına görə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v.1).
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 noyabr 2022-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6 yaşayan xx xxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (cild 1, i.v. 3-9)
15. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin 29-cu Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı Ramin Məmmədov tərəfindən təsdiq edilmiş 12 noyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445-454-cü maddələrinin tələbinə əsasən məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir (cild 1, i.v. 81).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 19:35-dən 19:55-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və sahə inspektoru, polis kapitanı Şahid2, müdafiəçi X2 iştirakı ilə Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim edərək həmin bükülüdə narkotik vasitə heroin olduğunu bildirərək həmin kütləni masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddənin heroin olduğunu, həmin kütləni 12 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri "Şamaxinka" deyilən ərazidən tanımadığı şəxsdən özünün istifadəsi üçün ümumilikdə 20 manat ödəməklə alaraq əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyduğunu və 12 noyabr 2022-ci il tarixdə saat 17:55 radələrində yaşadığı Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 127 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirildiyini, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və sair zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Daha sonra həmin kütlələr qablaşdırılaraq DİN-in 169 saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoyazı aparılması və videoyazının diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. Təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. (cild 1, i.v 32, 33-34).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2022-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 8 dəqiqə 6 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq S.R.Ramazanov tərəfindən baxış keçirilməsinə dair 15 noyabr 2022-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (cild 1, i.v. 84).
18. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/6521 saylı, 13 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi, “1.Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,465 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,465 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -2,415 qramdır. Aparılmış tədqiqatın dəyəri 55 ( əlli beş) manatdır (cild 1, i.v 41-46).
19. “Maddi sübut kimi tanınma haqqında” 16 noyabr 2022-ci il tarixli qərardan, müvafiq məktub və raportdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,465 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilməklə, ekspert tədqiqatından sonra qalıq qalmış 2,415 qram heroin saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, i.v. 85-86; 135;).
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 11 fevral 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. (Cild 1, i.v. 105- 106;).
21. Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Məmmədovun 12 fevral 2023-cü il tarixli 095-47-822/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi və onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. (cild 1, i.v. 107;)
22. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli, 7533 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, 5-6 aydır narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v 108-109).
23. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 19 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, i.v. 110-112).
24. “Sübutların qiymətləndirilməsi haqqında” 19 fevral 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişin 1 (bir) ədəd “DVD-R” formatlı diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmış və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə olan heroinin əldə edildiyi mənbəyə dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılması qərara alınmışdır (cild 1, i.v. 115-123).
25. “Cinayət işindən başqa cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında” 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır (cild 1, i.v.125-126).
26. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq S.R.Ramazanov tərəfindən 9 mart 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 13 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.136-144).
27. AZ-İİ 55332 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 20 avqust 2012-ci il tarixdə doğulmaqla, atası Təqsirləndirilən şəxs, anası X5r (cild 1, i.v.92).
28. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri, Yasamal rayon prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşunas Elgün Cəbrayılovun 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə polis əməkdaşları tərəfindən fiziki, psixi və sair zorakılığa, habelə hədə-qorxu və təzyiqə məruz qalması, eləcə də, digər qanunsuz hərəkətlər barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarın təsviri hissəsində göstərilmiş məhkəmə-tibbi ekspertizasının 16 avqust 2023-cü il tarixli 309 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada bədəni üzərində hər hansı xəsarətin olması barədə qeydiyyat yoxdur (cild 2).
29. Sorğu əsasında Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabça əldə edilərək baxış keçirilib surəti çıxarılmaqla iş materiallarına əlavə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada bədəni üzərində hər hansı xəsarətin olması barədə qeydiyyatın olması müəyyən edilməmişdir.
30. “Bakı Sağlamlıq Mərkəzi” xəstəxanasının stasionar xəstənin 4005 nömrəli tibb kartasından və X20 X3 ******* nömrəli xəstəlik tarixindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs sol ağciyərin alt payının nekrotizan pnevmaniyası diaqnozu qoyulmuş, 19 oktyabr 2017-ci il tarixdə “sol tərəfli aşağı lobektomiya” cərrahiyyə əməliyyatı olunmuş və “sol ağ ciyərin infiltrativ vərəmi” xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar müalicə olunmuşdur.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
34. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
35. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
36. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
37. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
38. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
39. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşlarının onu aldadaraq, fiziki və psixi təzyiq edərək onların bildirdikləri kimi demədiyi halda döyülməklə hədə-qorxu gəlmələri, sağlamlığı yaxşı olmadığından polislərin təklifi ilə razılaşaraq onların bildirdikləri kimi deməsi və təqdim edilmiş sənədləri imzalaması, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan nə və necə tələb etmişlərsə elə də deməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
40. Belə ki, hökmün 16-17-ci bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən müdafiəçi iştirak etməklə müdafiəçinin hüquqlarını müdafiə etdiyi şəxsin maraqlarını fəal şəkildə müdafiə edərək ona qarşı hər hansı fiziki, psixi və sair zorokılığın olub-olmamasını aydınlaşdırması və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmışdır. Həmçinin müdafiəçi R.A.Almuradovun müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən fəal şəkildə onu müdafiə edərək sonuncunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etməsi müəyyən edilmişdir.
41. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq tutularaq üzərinə narkotik vasitə qoyularaq təzyiq və aldatma nəticəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirilməsinə dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.
42. Belə ki, hökmün 14-15-ci bəndlərində də qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə saxlanılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd edilən əməliyyat-axtarış tədbiri məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir. Habelə, məhkəmə istintaqı zamanı da, həmin əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilməsi, cinayət-prosessual normaların tələblərinə riayət edilməməsi halları müəyyən edilməmişdir.
43. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə ibtidai araşdırma orqanı tərəfindən aldılaraq onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitənin miqdarının daha az miqdarda qoyulması ilə razılaşması və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi bildirilməsinə baxmayaraq, bir aydan sonra ona həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə ittiham elan edilməsini öyrənməsini qeyd etməsi onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki iş materiallarından göründüyü kimi o, saxlanıldıqdan 48 saat ərzində barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılmasından ötrü məhkəmə nəzarətini həyata keçirən hakimə təqdim edilmiş və məhkəmədə ibtidai araşdırma orqanı tərəfindən ona elan edilmiş CM-in 234.1-1-ci maddəsi ilə olan ittihamla bağlı özünü fəal şəkildə müdafiə etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham edildiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğunu bilərək, onun daha uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ehtimalına görə özünü fəal şəkildə müdafiə edərək ittiham edildiyi əməli törətmədiyini təkidlə vurğulamışdır. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşaraq onları iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.
44. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
45. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
48. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya pisixi zorakılıq tətbiq edilməsi, aldadılması barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir.
49. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
50. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
51. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
52. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
53. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
54. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
55. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
56. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
57. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
58. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini və məhkəmə icraatı dövründə davranışını, o cümlədən narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalmaq istəməsini bildirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
59. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
60. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
61. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
62. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
64. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
65. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.22; 82;)
66. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 noyabr 2022-ci il tarixdən hesablanmalıdır.
67. Məhkəmə hökmün 22-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
68. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
69. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
70. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
71. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,415 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
72. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
73. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
74. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
75. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
76. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
77. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Yasamal rayon Polis İdarəsində saxlanılan 2,415 qram narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.