Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1069/2020 13.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi - Qanuni nümayəndə2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə1, iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Metropol Litseyinin 10-cu sinif şagirdi, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, ev 9S-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində yerləşən meşəlik sahədə iki gün əvvəlki telefon danışığı zamanı ünvanına nalayiq ifadələr işlədilməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı göstərilən yerdən götürdüyü bıçaq ilə tanışı Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsinə qəsdən bir dəfə vurub sonuncuya sol kürək nahiyəsinin daxilə nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (döş qəfəsinə sərbəst havanın və qanın yığılması) və sol ağciyərin zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli, bilərək ifadələrində göstərdi ki, Şahid1 yaxın dostudur. Aminlə 4 il olar ki, dostluq edir. O Pünhanı və Sənanı tanıyır. Pünhan ilə aralarında eyni qızı istədiyinə görə əvvəllər mübahisə olmuşdur. Hadisədən iki gün əvvəl Pünhan zəng vurub dedi ki, «burada bir uşaq var çayxanada sənin dalınca söyüş söyüb». Sonradan aydın olmuşdur ki, onun dalınca söyüş söyən Pünhanın dostu Sənandır. O, Sənana telefonla zəng edib nə üçün dalınca nalayiq ifadələr işlətməsini soruşanda ona ağır ana söyüşü söydü. Sonra Pünhan da onu nalayiq ifadələrlə təhqir etdi. O, səbəbsiz yerə onu nə üçün söymələrini soruşmuş, lakin səbəb demədən yenidən telefonda söyməyə davam etmişlər. O da telefonda Sənangili söyüb dəstəyi asmışdır. xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən «Misir» çay evində tanışı Amin ilə birlikdə oturmuşlar. Həmin vaxt Pünhan zəng vurub dedi ki, görüşək. O, anlamışdır ki, birbirlərini söydükləri üçün söhbət etmək istəyir, ona görə də razılaşaraq Neftçilər metrosuna getmişdir. Gedəndə Amin də onunla birlikdə getdi. Neftçilər metrosu yaxınlığında Pünhan və yanında bir neçə nəfər tanımadığı uşaqlar var idi. Telefonda onu söyən Sənan da orada idi. Onlar telefonda bir-birini söydükləri üçün mübahisə etmişlər. O əvvəlcə Pünhan ilə mübahisə etsə də sonra Sənan da Pünhan tərəfdən mübahisəyə qoşuldu. Mübahisə edəedə birlikdə Bakıxanov qəsəbəsi istiqamətində piyada gedirmişlər. Lakin dalaşmamışlar. Saat təxminən 16:00 radələrində Bakıxanov qəsəbəsində olan meşəlik sahəyə düşmüşlər. Meşəlik sahədə sakitcə adını bilmədiyi oğlanla söhbət edirmiş. Bu zaman Pünhan onu təhqir etdi. Pünhan qəfil üstünə düşərək onu yumruqla vurmağa başladı. Bu zaman qəfil dava başlamış və hamı dalaşırmış. Orada qarışıqlıq olduğu üçün kimin kimi vurmasını görməmişdir. Dava zamanı o Sənana irad bildirərək nə üçün ana söyüşü söyməsini deyəndə əcəb etdiyini deyib üstünə hücum edəndə yerdə gördüyü «kəpənək» formalı bıçağı götürüb bir dəfə Sənanın kürək nahiyəsinə vurdu. Bıçaq Sənanın kürəyinə girdi. Sənan dərhal qaçıb uzuqlaşdı. Elşən üstünə gəldi ki, bıçağı alsın. Həmin vaxt Elşən təpik atdığı üçün bıçaq onun ayağına dəydi. Sənanı orada olanlar yerə uzadıb köynəyini çıxardılar. O, təklif edərək spirt ala biləcəyini demişdir. Onlar hərəsi cibində olan pulları yığıb Pünhana vermişlər ki, dərman alsınlar. X3 taksiyə qoyub apardılar. Həmin vaxt bıçağı meşədə tullamışdır. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Şahid3 dostudur. Elvin və Pünhan arasında əvvəllər eyni qızı istədikləri üçün münaqişə olmuşdur. Pünhan onun dostu olduğuna görə o da həmişə Pünhanın tərəfini tutmuş və Elvinlə aralarında o qədər də yaxşı münasibət olmamışdır. Hadisədən bir neçə gün qabaq telefonda mübahisə edərək Elvin onları, onlar da Elvini söyüb təhqir etmişlər. Həmin vaxt mübahisənin nədən yarandığı yadında olmasa da yadındadır ki, onlar telefonda bir-birini ana söyüşü ilə söyüb təhqir etmişlər. xx xxxx 2020-ci il tarixdə yaşadığı məhəllədə olarkən saat təxminən 15:00 radələrində Pünhanın təkidi ilə Elvinə zəng vurub söhbət etmək üçün görüş təklif etmişlər. Elvin də razılaşdı. Həmin vaxt məhəllədə yanında olan qonşular Elşən, Elçin və Fərid də onlarla getdilər. Neftçilər metrosu yaxınlığında Elvin və Aminlə görüşüb söhbət edə-edə Bakıxanov qəsəbəsi istiqamətində piyada getmişlər. Saat təxminən 16:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən meşəlik sahəyə düşmüşlər. Orada söyüş üstündə davadalaş başlamış və birbirinə hücum etmişlər və süpürüşərək dalaşmağa başlamışlar. Həmin vaxt Amin onunla dalaşmırdı. Həmin vaxt o yalnız Elvinlə dalaşırmış. Lakin dava-dalaşda başqa xəsarət almamışdır. Dava zamanı qəflətən Elvin bıçaqla onun kürək nahiyəsinə bir dəfə zərbə endirdi. Həmin anda kənara çəkilmişdir. Sonra onunla birgə olan Elşən Elvinin üzərinə gedib bıçağı almaq üçün təpik atanda ayağından yaralandı. Yəni Elvin vurub yaraladı. Sonra Pünhangil ona kömək etməyə başladılar. Onun köynəyini cırıb əynindən çıxarıb yarasına sıxdılar. Onu bıçaqla vuran Elvin də yaxınlaşaraq pul verdi ki, spirt alsınlar. Sonra Pünhangil onu taksi ilə xəstəxanaya apardılar. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, Elvin ilə eyni qızı istədiyinə görə əvvəllər münasibəti yaxşı olmamış və münaqişələri olmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanıyır. Sənanı yaşadığı ünvana köçən vaxtdan tanımış və yaxın dost münasibəti var. Hadisədən iki gün əvvəl Elvinlə telefonda mübahisəsi düşmüş və həmin vaxt Sənan da yanında olmuşdur. Sənan və özü Elvini telefonda söymüşlər. Elvin də onları söymüşdür. xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində məhəllədə olarkən Sənana demişdir ki, «Elvinə o söyüşləri başa salmaq lazımdır, gəl görüşüb payını verək». Sənan razılaşmış və Elvinlə metronun Neftçilər stansiyası yaxınlığında görüş təyin etmişlər. Neftçilər metrosu yaxınlığında Elvin və Aminlə görüşüb söhbət edə-edə Bakıxanov qəsəbəsi istiqamətində piyada getmişlər. Saat təxminən 16:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən meşəlik sahəyə düşmüşlər.Orada söyüş üstündə dava-dalaş başlamış və birbirinə hücum etmişlər və süpürüşərək dalaşmağa başlamışlar. Dava zamanı Elvin bıçaqla Sənanın kürək nahiyəsinə bir dəfə zərbə endirdi. Sənanın yaralandığını görmüşdür. Həmin anda Sənan kənara çəkilmişdir. X6 üzərinə gedib bıçağı almaq üçün təpik atanda ayağından yaraladı. Sonra birlikdə Sənana kömək etməyə və ilkin tibbi yardım göstərməyə başlamışlar. Sənanın köynəyini cırıb əynindən çıxarıb yarasına sıxmışlar. Elvin də yaxınlaşaraq pul verdi ki, spirt alsınlar. Sonra Sənanı taksi ilə xəstəxanaya aparmışlar. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar tanıyır, aralarında ədavətləri və yaxınlıqları olmayıb. Zərərçəkmiş şəxs1 tanıyır. Sənanı yaşadığı ünvana köçən vaxtdan tanımış və yaxın dost münasibəti vardır. Həmçinin Şahid3 də tanıyır. Arada normal münasibət olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində məhəllədə olarkən Sənan dedi ki, Elvin adlı şəxslə söyüşə görə görüşə gedəcək. Xahiş etdi ki, onunla getsin. Onlar tərəfdən Elşən, Fərid, və Pünhan var idi. Onlar razılaşmışlar ki, bir yerdə getsinlər. Neftçilər metrosu yaxınlığında Elvin və yanındakı Aminlə görüşüb söhbət edəedə Bakıxanov qəsəbəsi istiqamətində piyada getmişlər. Saat təxminən 16:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən meşəlik sahəyə düşmüşlər. Orada söyüş üstündə davadalaş başlamış və dalaşmağa başlamışlar. Dava zamanı Elvin bıçaqla Sənanın kürək nahiyəsinə bir dəfə zərbə endirdi. Sənan yaralandı.Sənan kənara çəkildi, Elşən Elvinin üzərinə gedib bıçağı almaq üçün təpik atanda ayağından yaralandı. Sonra birlikdə Sənana kömək etməyə və ilkin tibbi yardım göstərməyə başlamışlar. Elvin də yaxınlaşaraq spirt almaq üçün pul verdi. Sonra Sənanı taksi ilə xəstəxanaya apardılar. Şahid X2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar tanıyır, aralarında ədavətləri və yaxınlıqları yoxdur. Zərərçəkmiş şəxs1 tanıyır. Sənanı yaşadığı ünvana köçən vaxtdan tanımış və aralarında normal münasibət vardır. xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində məhəllədə olarkən Sənan dedi ki, Elvin adlı şəxslə söyüşə görə görüşə gedəcək. Ondan onunla getməsini xahiş etdi. Onlar tərəfindən Elşən, Sənan, Pünhan və Elçin var idi. Onlar razılaşmışlar ki, bir yerdə getsinlər. Neftçilər metrosu yaxınlığında Elvin və Amin adlı şəxslə görüşüb söhbət edə-edə Bakıxanov qəsəbəsi istiqamətində piyada getmişlər. Saat təxminən 16:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən meşəlik sahəyə düşmüşlər. Orada söyüş üstündə dava-dalaş başladı. Dava zamanı qəfləən Elvin bıçaqla Sənanın kürək nahiyəsinə bir dəfə zərbə endirdi,. Sənan yaralandı, kənara çəkildi. Onlar Sənana kömək etməyə və tibbi yardım göstərməyə başlamışlar. Elvin də yaxınlaşaraq pul verdi ki, spirt alsınlar. Sonra Sənanı taksi ilə xəstəxanaya apardılar. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, dosturdurlar. Hadisədən iki gün əvvəl Pünhan Elvinə zəng vurdu və Sənanla Pünhan telefonda Elvini çox pis söyüşlərlə söyüb təhqir etdilər. Elvin də telefonda onları söyüb sonra dəstəyi asdı. xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən «Misir» çay evində Elvin ilə birlikdə oturmuşlar. Həmin vaxt Pünhan Elvinə zəng vurub dedi ki, «hardasan görüşək». Onlar anlamışlar ki, bir-birlərini söydükləri üçün söhbət etmək istəyir, ona görə də razılaşaraq Neftçilər metrosuna getmişlər. Neftçilər metrosu yaxınlığında Pünhan və yanında bir neçə nəfər əvvəllər tanımadığı uşaqlar var idi. Telefonda Elvini söyən Sənan da orada idi. Onlar telefonda bir-birlərini söydükləri üçün mübahisə edirdilər. O çalışmışdır ki, Elvin və Sənanı sakitləşdirsin. Saat təxminən 16:00 radələrində Bakıxanov qəsəbəsində olan meşəlik sahəyə düşmüşlər. Meşəlik sahədə sakitcə söhbət etmişlər. Bu zaman Pünhan Elvini təhqir etdi və qəfil Elvinin üstünə düşərək yumruqla vurmağa başladılar. Bu zaman qəfil dava başladı. Dava zamanı Elvin bıçaqla bir dəfə Sənanın kürək nahiyəsinə vurdu. Bıçaq Sənanın kürəyinə girdi. Sənan dərhal qaçıb uzuqlaşdı. Bu zaman Elşən Elvinin üstünə getdi ki, bıçağı alsın. Həmin vaxt Elşən təpik atdığı üçün Elvin bıçaqla Elşənin ayağına vurdu. Sənanı orada olanlar yerə uzadıb köynəyini çıxardılar. Elvin təklif edərək spirt ala biləcəyini dedi. X3 taksiyə qoyub apardılar. O və Elvin çıxıb evə getdilər. Məhkəmədə ifadələri elan olunub araşdırılmış zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Sənanı yaşadığı ünvana köçən vaxtdan tanımış və aralarında yaxın dost münasibəti vardır. Həmçinin Şahid3 də tanıyır. Aralarında normal münasibət olmuşdur. Uşaqlıq dostudur. xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində məhəllədə olarkən Sənan ona demişdir ki, Elvin adlı şəxslə söyüşə görə görüşə gedəcək. Ondan xahiş etmişdir ki, onunla gedsin. Onlar tərəfdən Elçin, Fərid, Sənan, Pünhan olmuşdur. Razılaşmışlar ki bir yerdə getsinlər. Neftçilər metrosu yaxınlığında Elvin və yanındakı Amin adlı şəxslə görüşüb söhbət edə-edə Bakıxanov qəsəbəsi istiqamətində piyada getmişlər. Saat təxminən 16:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən meşəlik sahəyə düşmüşlər. Orada söyüş üstündə dava-dalaş başlamış və bir-birinə hücum etmişlər və süpürüşərək dalaşmağa başlamışlar. Lakin davadalaşda başqa xəsarət almamışlar. Dava zamanı qəflətən Elvin bıçaqla Sənanın kürək nahiyəsinə bir dəfə zərbə endirmişdir. Sənan yaralanmışdır. Həmin anda Sənan kənara çəkilmişdir. O bıçağı əlindən almaqçün Elvinin üzərinə getmişdir. Bıçağı almaq üçün təpik atanda Elvin bıçağı ayağından vurmuşdur. Ayağından yüngül yaralanmışdır. Sonra birlikdə Sənana kömək etməyə və tibbi yardım göstərməyə başlamışlar. Sənanın köynəyini cırıb əynindən çıxarıb yarasına sıxmışlar. Sənanı bıçaqla vuran Elvin də yaxınlaşaraq spirt almaq üçün pul vermişdir. Sonra Sənanı taksi ilə xəstəxanaya aparmışlar. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020ci il tarixli 748 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsinin daxilə nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (döş qəfəsinə sərbəst hava və qanın yığılması) və sol ağciyərin zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəmədə elan olunub araşdırılmış kompleks məhkəmə psixatrik və psixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 726 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin mənasını dərk və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarına malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər- hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Psixoloji ekspertiza üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar edilmir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamətə yönəlməsi). Eqoizm, emosionallıq, özünə qarşı hörmət tələb etmək, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu aşkar olunur. Onda özündən uydurmağa, yalan danışmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs baş vermiş hadisənin düzgün qavramaq, təsvir etmək və bu barədə ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020ci il tarixli 828 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ baldır nahiyəsinin kəsilmiş yaradan sonra yaranmış çapıq toxuması müəyyən edildi. Xəsarət iti kənara malik əşyanın (alətin), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından 2-3 ay əvvələ olmaqla, qərarda göstərilən xx xxxx 2020-ci il taridə yetirilməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. İstintaq orqanı yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələri ilə tövsif edib ona həmin maddələrlə ittiham irəli sürmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs xx xxxxxxx 2004-cü il tarixdə doğulub ona istinad edilən əməlləri xx xxxx 2020-ci il tarixdə törətməsi müəyyən olundu. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin obyektiv tərəfinin əlamətləri fpormal cəhətdən müvcud olsa da onun həmin əməlləri tördərkən 16 yaşı tamam olmaması müəyyən olundu. Azərbaycan Respublkikası CM-nin 20-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa və həmin maddədə sadalanan digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin subyekti cinayət törədənədək 16 yaşı tamam olmuş anlaqlı şəxslərdir. Təqsirləndirilən şəxs həmin əməlləri törədərkən 16 yaşı tamam olmadığına görə o, Azərbaycan Respublkikası CM-nin 128-ci maddəsinin subyekti sayılıb həmin maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmədə Dövlət ittihamçısı Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsində cinayət təqibindən imtina etdi. Məhkəmə, yuxarıda göstrilənləri nəzərə alıb təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ittihamın onun Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci və 39.1.4-cü maddələrinə əsasən cinayət qanununun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir. Həmin məcəllənin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs elan olunmuş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə dövlət ittihamçısının ittihamdan imtina etməsi ilə əlaqədar, yəni Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilməsini əsaslı sayır. Məhkəmə, yuxarıda sadalanan sübutları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinin baş verməsini, həmin əməllərin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində yerləşən meşəlik sahədə iki gün əvvəlki telefon danışığı zamanı ünvanına nalayiq ifadələr işlədilməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı göstərilən yerdən götürdüyü bıçaq ilə tanışı Zərərçəkmiş şəxs1 sol kürək nahiyəsinə qəsdən bir dəfə vurub sonuncuya sol kürək nahiyəsinin daxilə nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (döş qəfəsinə sərbəst havanın və qanın yığılması) və sol ağciyərin zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurması sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməllərini həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İstintaq zamanı Təqsirləndirilən şəxs oğluna Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili X4 tərəfindən göstərilən hüquqi yardımın dəyəri 360 (üç yüz altmış) manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs Müdafiəçi tətəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 180 (yüz səksən) manat ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayıb müstəqil gəlirinin olmaması müəyyən olundu. Bu səbədən də məhkəmə, Təqsirləndirilən şəxs bu məbləğin ödənilməsindən azad edilməsini əsaslı sayır. Məhkəmədə, iş üzrə maddi sübut müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışıblar, onlara vurulmuş zərər tam ödənilib, təqsirləndirilən şəxsdən şikayətləri, tələbləri və iddiaları yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin tam ödənilməsini, yetkinlik yaşına çatmamasını, törətdiyi əməllərdən peşman olması, əvvəllər məhkum olmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növünü müzakirə edərkən, ona azadlıqdan məhrumetmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadığı qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, cinayətə görə cəza təyin edilməsini tənzimləyən qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin ona təyin ediləcək cəzanın müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən xüsusatları, zərərçəkmiş şəxslə barışıb ona vurulmuş zərəri tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir iddia və tələbinin olmamasını, törətdiyi əməllərdən peşman olmasını, yetkinlik yaşına çatmamasını onun cəmiyyətdən təcrid olunmadan islah olunmağa meyilli şəxs kimi xarakterizə edən hallar kimi cəza təyini zamanı nəzərə alınmalı olmasını əsaslı sayır və ona təyin ediləcək azadlıqdan məhrum etmə cazasına Azəbaycan Respublikası CPM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq olunmasını və sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmasını əsaslı sayır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yer üzrə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli olmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər həbsdə saxlanıldığı müəyyən olundu. Məhkəmə, cinayətə görə cəza təyin edilməsini tənzimləyən qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin ona təyin ediləcək cəzanın müddətinə daxil edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı şərti tətbiq etmək qərarına gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cəza təyin ediləcək cəzanın həcmini müəyyən edərkən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş cəza müddətindən çıxılsın və onun tərəfindən çəkilməli cəzanın qalan müddəti 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) müəyyən edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla və həmin cəza şərti hesab olunmaqla onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərində nəzarəti həyata keçirən orqanın və valideynlərinin icazələri olmadan yaşayış yerini dəyişdirmək, qanunun tələblərinə uyğun olmayan, zəruri müdafiə və ya son zərurət olmadan kənar şəxslərin davranışlarına müdaxilə etməmək, qarşılaşdığı mübahisəli vəziyyətlər barəsində onun üzərində nəzarəti həyata keçirən orqana təxirə salmadan məlumat vermək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yer üzrə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə dövlət ittihamçısının ittihamdan imtina etməsi ilə əlaqədar, yəni Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 360 (üç yüz altmış) manat müdəfiəçi Zərərçəkmiş şəxs1 ödənilməsi üçün Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına, 180 (yüz səksən) manat vəsait Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına ödənilsin, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübutun omaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1069/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1069/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver