Məhkəmə qərarları › İş №1(101)-1069/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1069/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1069/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru- Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1963-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq başqasının qanunsuz olaraq satış məqsədi ilə digər mənbədən əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşdirdiyi bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində həmin yerdən götürüb sonradan başqa şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə vermək üçün üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin X11 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 37/3 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol iç hissəsindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, onda narkoti maddə olmayıb. Bu polis əməkdaşlarının işidir. O, özü Qubada yaşayır. X9 adlı tanışı ona zəng edib onun satmaq istədiyi torpaq sahəsinə müştəri tapdığını və həmin şəxsin torpaq sahəsini görmək istədiyini bildirib torpaq sahəsini ona göstərməyi xahiş etdi. Onun satdığı torpaq Quba rayonu ərazisindədir. Torpaq da onun özünün deyil, başqasınındır. İftixar özü də Göygəldə həbs olunub, həbsdən çıxandan sonra da orada yaşayırdı. O da torpaq sahəsini müştəriyə göstərmək üçün Qubadan Bakı şəhərinə gəlmişdir. İftixar torpaq alan adamın evdən bayıra çıxmadığını deyib ondan həmin şəxsin yanına getməyi xahiş etmişdir. O da Bakı şəhərinə gəlib Şamaxinka adlanan ərazidə Əli adlı şəxslə görüşmüşdür. Əli torpaq almaq istəyən şəxsin onunla görüşmək istəmədiyini dedi. O da buna etiraz etməyib Əli ilə birlikdə Yasamal rayonuna bir mənzilə getmişlər. Onlar mənzilə daxil olanda orada bir nəfər də var idi. Onlar mənzilə daxil olduqdan bir müddət sonra mənzilə daha üç nəfər də gəldi. Onlar onu döyüb gözünü kor etmişlər. Onlar özləri ilə sellofanda gətirdikləri narkotik vasitəni ona verib onu Əlidən aldığını deməyi tələb etmişlər. O, onu döyən şəxsləri tanımır, onların adlarını bilmir. O, özü narkotik maddələrdən istifadə etmir. Əvvəllər üç dəfə məhkum olunub, lakin narkotikə görə məhkum olunmayıb. Onun pul qabında «Bir kart», «Kapital» bankın maaş kartı, «Para» bank dan olan zamin durduğu kartlar olub. Həmin kartlar hamısı ona məxsus olub. Məhkəmədə dindirilən polis əməkdaşları onun tutulmasında iştirak etməyiblər onu başqa polis əməkdaşları tutublar. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib göstərmişdir ki, Quba şəhəri, SMU-12-də qeydiyyatda olsa da Quba şəhəri Qasımov küçəsi ev 60-da tək yaşayır, evli olsa da işləri ilə əlaqədar Quba şəhərində yaşamış, ailəsi isə Bakı şəhərində qalmış, Bakı şəhərinə gələn zaman birinci rəsmi arvadı olan X8, 28 yaşlı qızı Ayşən Ağayeva və 26 yaşlı qızı Billurə Ağazadə ilə birlikdə yaşamış, Quba şəhərində isə qeyri-rəsmi arvadı X5 və bir yaşlı oğlu Ruslan Ağazadə ilə birlikdə yaşamışdır. O, dörd dəfə məhkum olunmuşdur. 1987-ci ildə Quba rayon məhkəməsi tərəfindən yeyintiyə görə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş və 1990-cı ildə azadlığa çıxmış, ikinci dəfə 1996-cı ildə Quba rayon Məhkəməsi tərəfindən xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş və 1999-cu ildə azadlığa çıxmış, üçüncü dəfə 2000-ci ildə Quba rayon Məhkəməsi tərəfindən hədə-qurxu ilə tələb etməyə görə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 2002-ci ildə vaxtından əvvəl azadlığa buraxılmış, dördüncü dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 120-ci, 234-cü və 181-ci maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2017-ci ildə vaxtından əvvəl azadlığa çıxmışdır. 28 yanvar 2021-ci il tarixdə saat 19:05-də Bakı şəhəri, Yasamal rayonu, X12 37/3 ünvanın yaxınlığında piyada hərəkət edərkən üç nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilərək Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə dəvət edilmiş, o da onlarla razılaşaraq polis şöbəsinə getmiş, sonra polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, bundan sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları vardırsa çıxarıb təqdim etmək təklif olunmuş, sonra əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol iç tərəfindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin kütləsini çıxarıb təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 7(yeddi) manat 30(otuz) qəpik pul, şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefon aparıtı, özünə məxsus şəxiyyət vəsiqəsi, **********417580, **********454351, **********352589, **********913732, **********235573, **********131853 və **********296370 nömrəli plastik kartlar aşkar edilərək götürülmüşdür. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq 854 qram olması müəyyən edilmiş, sonra həmin büküm içərisi boş olan, ağ rəngli kağız zərfə qoyulmuş və həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, sonra isə özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd, «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi, **********417580, **********454351, **********352589, **********913732, **********235573, **********131853 və **********296370 nömrəli plastik kartlar götürülmüş, 7 (yeddi) manat 30 (otuz) qəpik pul isə özünə geri qaytarılmışdır. Üzərindən çıxarıb təqdim etdiyi heroin özünə məxsus olmuş, həmin bükümü 1994-cü ildən tanıdığı tanışı İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı şəxsin vasitəsi ilə votçapdan danışaraq 28 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəlcədən qoyulan yerdən götürmüş, sonra həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsin deyəcəyi adama təqdim etmək üçün saxlanıldığı yerə gəlmiş, orada isə polis əməkdaşları onu saxlamış, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş plastik kartlara narkotik vasitələrin satışından əldə edilmiş pullar yüklənməmiş, ümumiyyətlə narkotik vasitə olan heroindən istifadə etməmiş, həmçinin satışı ilə də məşğul olmamış, 1994-cü ildən tanıdığı Əli adlı şəxs ona dediyi üçün heroini götürmüş və onun deyəcəyi şəxsə aparıb vermək istəmiş, həmin şəxsə götürdüyü bükümü verdikdən sonra Əli ona bunun qarşılığında nəsə verəcəyi barədə söhbət edəyəcəyini demiş, Əlinin adını bilsə də soyadını, atasının adını və harada yaşamasını dəqiq bilməmiş, Əli ona İran nömrəsindən istifadə etdiyi ***-***-**-** nömrənin vatsapına zəng edib danışmış, lakin Əlinin yığdığı nömrə yadında qalmamış və telefonundan silinmiş, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini vermək üçün Əlinin dediyi adamla Yasamal rayonu ərazisində yerləşən «Kaktus» restoranın yanında görüşməli olmuş, belə ki, həmin yerə çatıb Əli ilə əlaqə saxlamalı, Əli də ona narkotik vasitəni kimə verəcəyini deməli olmuş, ancaq polis əməkdaşları onu saxladığına görə buna imkan olmamışdır. Şahid2 Azad oğlu ifadələrində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsində polis nəfəri vəzifəsində xidmət edir. Xidmət etdiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. İdarə rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradıldı. O da qrupa daxil edilmişdir. Ondan başqa əmliyyat qrupunun tərkibinə idarənin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3 Zakir oğlu daxil edilmişdi. 28 yanvar 2021-ci il tarixdə saat 19:05-dəqiqədə keçrilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Quba şəhər sakini Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında müəyyən edib özlərini ona təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlanması və satışında şübhəli olduğu bildirilərək onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında təhqiqatçı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili X3 təqdim olundu. Bundan sonra o, vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutuldu və onların, müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparıldı. Axtarış başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları və ya narkotik vasitəni çıxarıb təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs də əynindəki gödəkçəsinin sol iç tərəfindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və şalvarının ciblərindən 07 manat 30 qəpik pulu, bir ədəd «Samsung» markalı mobil telefonu, özünün şəxsiyyət vəsiqəsini və 03 ədəd «Azərpoçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi-07 ədəd plastik kartları çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və onun çəkisi 1(bir) kq 854 (səkkiz yüz əlli dörd) qram olması müəyyən edildi. Bundan sonra həmin kütlə zərfə qoyularaq möhürləndi, sonra isə iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs aşkar olunmuş şəxsiyyət vəsiqəsi, «Samsung» markalı mobil telefon, 03 ədəd «Azərroçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi-07 ədəd plastik kartlar da götürüldü. 07 manat 30 qəpik pul isə ona qaytarıldı. Ceyhun şifahi sorğu zamanı təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını və özünə məxsus olmasını, həmin heroini çoxdan tanıdığı iranlı Əli adlı şəxsdən votçap vasitəsi ilə 28 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında qoyulan yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitəni Əlinin deyəcəyi adama verməli olduğunu, baxış zamanı üstündən aşkar edilib götürülmüş plastik kartlara narkotik vasitələrin satışından əldə edilmiş pulların yüklənəcəyini, narkotik vasitələrin aludəçisi olduğunu, heroindən istifadə etdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş digər əşyalar da zərfə qoyularaq qablaşdırıldı, möhürləndi, iştirakçılar tərəfindən imzalandı. Axtarış və götürmə aparılarkən çəkilişi yazan bir ədəd disk protokola əlavə olundu. Protokol tərtib edildikən sonra ucadan oxundu. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadı, protokolun düzgünlüyü imzalarla təsdiq edildi. O, Ceyhunun saxlanılıb protokol tərtib olunana qədər iştirak etmişdir. Ceyhun onun yanında narkotikin ona məxsus olmasını təsdiq etdi. Ona heç bir təzyiq və təsir edilməyib. Onun gözündən xəsarət alması, onun başqa şəxslər tərəfindən tutluması, onun başqa evə aparılıb orada döyülməsi, o, saxlanılarkən onun orada olmaması ilə əlaqədar göstərdikləri ifadələr yalandır. O, küçədə saxlanılıb sonra da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət edilib ora gətirilib. O, Təqsirləndirilən şəxs heç bir böhtan atmır. İstintaq zamanı və məhkəmədə verdiyi ifadələrini təsdiq edir. Şahid3 ifadələrində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin regional şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidmət etdiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Rəhbərlik tərəfindən əməliyyat qrupu yaradıldı. O da qrupa daxil edilmişdir. Ondan başqa əməliyyat qrupunun tərkibinə idarənin baş əməliyyat müvəkkili Şahid1, şöbəinin polis nəfəri Şahid2 Azad oğlu daxil edilmişdi. 28 yanvar 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində əməliyyat-axtarış tədbirləri keçirildi. Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında müəyyən edib ona özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olumasında şübhəli oluduğu bildirilərək onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinin binasında təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim olundu və Ceyhun vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutuldu. Bundan sonra video çəkilişdən istifadə edilməklə Ceyhunun üzərində şəxsi axtarış aparıldı. Axtarış başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində olan qanunsuz olan əşyaları və ya narkotik vasitəni təqdim etmək təklif olundu. Ceyhun da əynindəki gödəkçəsinin iç tərəfindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə, şalvarının ciblərindən 07 manat 30 qəpik pul, «Samsung» markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, üç ədəd «Azərpoçt»a, üç ədəd «Kapital Bank»a və bir ədəd «Unibank»a məxsus, ümumilikdə yeddi ədəd plastik kart çıxarıb təqdim etdi. Ceyhundan götürülmüş bir bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və onun çəkisi 1(bir) kq 854 (səkkiz yüz əlli dörd) qram olması müəyyən edildi. Həmin kütlə zərfə qoyularaq möhürləndi, sonra isə imzalarla təsdiq olundu. Ceyhundan aşkar olunmuş şəxsiyyət vəsiqəsi, «Samsung» markalı mobil telefon, üç ədəd «Azərpoçt»a, üç ədəd «Kapital Bank»a və bir ədəd «Unibank»a məxsus plastik kartlar da götürüldü. 07 manat 30 qəpik pul isə onun özünə qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin heroin olmasını və özünə məxsus olmasını, onu iranlı tanışı Əlinin votsap vasitəsi ilə etdiyi tapşırıqla 28 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında qoyulan yerdən götürdüyünü, sonradan isə heroini Əlinin ona deyəcəyi adama verməli olduğunu, üstündən aşkar edilib götürülmüş plastik kartlara narkotik vasitələrin satışından əldə edilmiş pulların yüklənəcəyini, özünün də narkotik vasitələrin aludəçisi olub heroindən istifadə etdiyini dedi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş digər əşyalar da zərfə qoyularaq qablaşdırılıb möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Axtarış və götürmə aparılarkən istifadə olunmuş disk protokola əlavə olundu. Protokol sonra ucadan oxundu və video diskə baxıldı. İştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadı. Protokolun məzmununun doğruluğu iştirakçılar tərəfindən təsdiq edilib imzalandı. Ceyhun narkotikin ona məxsus olmasını təsdiq etdi. Ona heç bir təzyiq və təsir edilməyib. Onun gözündən xəsarət alması, onu başqa şəxslər tərəfindən tutulması, onun başqa evə aparılıb orada döyülməsi ilə əlaqədar göstərdikləri ifadələr yalandır. Ceyhun küçədə saxlanılıb sonra da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət edilib ora gətirilib O, Təqsirləndirilən şəxs heç bir böhtan atmır. Bütün ifadələrini təsdiq edir. Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbənin baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis baş leytenantıdır. xx xxxxxxxx 1963-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Quba şəhəri, SMU-12 ynvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında İdarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçrilməsi barədə idarə rəhbərinin əmri əsasında, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Zakir oğlu və idarənin Qərb bölgəsində regional şöbəsinin polis nəfəri, polis baş serjantı Şahid2 Azad oğlu daxil edilmişdir. 28 yanvar 2021-ci il tarixdə saat 19.05-də tərəflərindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 37/3 ünvanın yaxınlığı ilə piyada gedərkən saxlanılmış, həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiynin BNMB-nin əməkdaşları olduqlarını bildirmiş, sonra ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlanması və satışında şübhəli olduğu bildirilərək Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət olunmuş, PŞ-nin inzibati binasında İdarənin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 12 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra onların və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən «şəxsi axtarış və götürmə aparılması haqqında» qərar qəbul edilmiş və Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları və ya narkotik vasitəni könüllü olaraq çıxarıb təqdim etək təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol iç tərəfindən bir bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və sonra əynində olan boz rəngli şalvarının sağ yan cibindən 07 manat 30 qəpik pulu, sol yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 03 ədəd «Azərpoçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi-07 ədəd plastik kartları könüllü olaraq çıxarıb təqdim etmiş, daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1 kq 854 qram olması müəyyən edilmiş və həmin kütlə zərfə qoyularaq möhürlənmiş, sonra isə imzalarla təsdiq olunmuş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş özünə məxsus şəxsiyyət vəsiqəsi, «Samsung» markalı mobil telefon, 03 ədəd «Azərroçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi-07 ədəd plastik kartları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 07 manat 30 qəpik pulu isə özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə heroin olmasını və özünə məxsus olmasını, həmin heroini 1994-cü ildən tanıdığı İran İslam Respublikası vətəndaşı «Əli» adlı şəxsdən votçap vasitəsi ilə 28 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəlcədən qoyulan yerdən götürdüyünü, sonradan isə həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan «Əli» adlı tanışının deyəcəyi adama təqdim edəcəyini, baxış zamanı üstündən aşkar edilib götürülmüş plastik kartlara narkotik vasitələrin satışından əldə edilmiş pulların yüklənəcəyini, narkotik vasitələrin aludəçisi olduğunu, heroindən istifadə etdiyini bildirmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş digər əşyalar da zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə aparılarkən video çəkilişi yazılmış bir ədəd disk protokola əlavə olunmş, protokol tərtib edildikən sonra ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığından protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 28 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol iç tərəfindən bir bükümdə heroinə bənzər kütləni, şalvarının sağ yan cibindən 07 manat 30 qəpik pulu, sol yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu, özünün şəxsiyyət vəsiqəsini, üç ədəd «Azərpoçt»a, üç ədəd «Kapital Bank»a və bir ədəd «Unibank»a məxsus,ümumilikdə yeddi ədəd plastik kartları çıxarıb təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış üzləşdirmə protokollarından görünür ki, Şahid2 Azad oğlu, Şahid3 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı da təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2021-ci il tarixli, 6/404 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi...” yazısı olan paketdəki bir bükümdə təmiz çəkisi 1830.3 qram (bir kiloqram səkkiz yüz otuz tam onda üç ) qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1830. (bir kiloqram səkkiz yüz otuz tam onda bir ) qram təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 28 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1830.3 (bir kiloqram səkkiz yüz otuz tam onda üç ) qram olan narkotik vasitə heroindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1830.1 (bir kiloqram səkkiz yüz otuz tam onda bir) qram narkotik vasitə heroin maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki AR DİN-in BNMİ-nin Təhqiqat Qrupundan daxil olmuş boz rəngli üzərində “ZYKLEN DVD-R 4.7 GB/120 min 16X” sözləri yazılan DVD-R formatındakı disk məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 28 yanvar 2021-ci il tarixdə saat 20:00-da qeydə alınmışdır. Çəkiliş süni işıqlandırma şəraitində Yasamal RPİnin 29-ci Polis Şöbəsində xidməti otağında aparılmışdır. Videogörüntüdən müəyyən edilir ki, adları video çəkiliş zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən sadalanan, sağ tərəfdən 1-ci ayaq üstə dayanmış şəxs Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Çingiz Kərimovdur, onun yanında sağ tərəfində dayanan, əynində qara rəngli gödəkcə və boz şalvar olan şəxs isə şübhəli şəxs Təqsirləndirilən şəxsdur, onun yanında dayanmış şəxslər isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Zakir oğludur. Video çəkilişin davamında təhqiqatçı Nizami Omarov şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol iç tərəfindən bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, əynindəki şalvarın sağ yan cibindən 07 manat 30 qəpik pul, sol yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefon, özünün şəxsiyyət vəsiqəsini və üç ədəd «Azərroçt»a,üç ədəd «Kapital Bank»a və bir ədəd «Unibank»a məxsus cəmi-yeddi ədəd plastik kartları çıxarıb təqdim edir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisi 1(bir) kq 854 (səkkiz yüz əlli dörd) qram olması görünür, sonra həmin kütlə zərfə qoyulur, möhürlənir və imzalarla təsdiq olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş özünə məxsus şəxsiyyət vəsiqəsi, «Samsung» markalı mobil telefon, 03 ədəd «Azərroçt»a, 03 ədəd «Kapital Bank»a və 01 ədəd «Unibank»a məxsus cəmi-07 ədəd plastik kartları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün götürülür, 07 manat 30 qəpik pul isə özünə qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə olan heroindir və özünə məxsusdur, həmin heroini 1994-cü ildən tanıdığı İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən votsap vasitəsilə 28 yanvar 2021-ci il tarixdə Sabunçu rayonu ərazisində yerləşən «Abu» yanacaq doldurma məntəqəsinin yaxınlığında əvvəlcədən qoyulan yerdən götürmüşdür, sonradan isə həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsin deyəcəyi adama təqdim etməli olduğunu, narkotik vasitələrin aludəçisi olduğunu, heroindən istifadə etdiyini bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş digər əşyalar da zərfə qoyularaq qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə 28 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə protokola əlavə edilmiş üzərində «ZYKLEN DVD-R 4.7 GB/120 min 16X” sözləri yazılan DVD-R formatındakı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2021-ci il tarixli, 414 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 fevral 2021-ci il tarixli, 304 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, yuxarıda göstərilən sübutları ittihamı təsdiq edən və Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamı inkar edən ifadələrini təkzib edən sübutlar kimi qiymətləndirir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq orqanı cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 26 yanvar 2021-ci il tarixli 1660 saylı məktuba əlavə edilmiş bir ədəd CD disk məlumatlarına baxış keçirərkən təqsirləndirilən şəxs X6 istifadəsində olanTel:051-358-58-18 ***-***-**-** "xxxx" GSM nömərsinə 08 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısını, həmin nömrəyə zəng edən abunəçilərin tam anket məlumatlarını, həmin nömrələrin sahiblərinin anket məlumatları ( adı, soyadı və ünvanı), SMS mətnləri və GSM nömrəsnin qeyd edilən tarixlərdə əhatə dairəsinə dair anten məlumatlarının əks olunması, həmin diskin daxili yaddaşında 01 ədəd **********18 adı altında qeydə alınmış fayl, 01 ədəd **********18 sms adı altında qeydə alınmış fayl, 01 ədəd abuneçiler 2943 adı altında qeydə alınmış fayl və 01 ədəd antena 2943 adı altında qeydə alınmış cəmi 04 ədəd faylın olduğu müəyyən edilmiş, **********18 adı altında qeydə alınmış faylda müştəri zənglərinin detallaşması barədə məlumatlar, **********18 sms adı altında faylda müştəri smslərinin detallaşması barədə məlumatlar, abunəçiler 2943 adı altında qeydə alınmış faylda müştəri ünvanlarının detallaşması barədə məlumatlar, antena 2943 adı altında qeydə alınmış faylda müştərilərin anten dairəsinin detallaşması barədə məlumatların əksini tapması müəyyən olunmuş, bu barədə protokol tərtib edilərək "xxxx" MMC-dən daxil olmuş 19 fevral 2021-ci il tarixli 3649 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs istifadə etdiyiTel:051-358-58-18 ***-***-**-** Azercell GSM nömərsinin kimə məxsus olması, həmin GSM nömrəsinə 01 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, həmin nömrələrin sahiblərinin anket məlumatları ( adı, soyadı və ünvanı), SMS mətnləri və GSM nömrəsnin qeyd edilən tarixlərdə əhatə dairəsinə dair anten məlumatları əks olunmuş məlumatlar HP Laser P 1102 markalı printerdə çap olunaraq protokola əlavə edilmiş və "xxxx" MMC-dən daxil olmuş 26 yanvar 2021-ci il tarixli 1660 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa istintaq orqanı tərəfindən "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş bir ədəd disk məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyiTel:051-358-58-18 ***-***-**-** Bakcell GSM nömərsinin kimə məxsus olması, həmin GSM nömrəsinə 01 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, həmin nömrələrin sahiblərinin anket məlumatları ( adı, soyadı və ünvanı), SMS mətnləri və GSM nömrəsnin qeyd edilən tarixlərdə əhatə dairəsinə dair anten məlumatları əks olunmuşdur. Baxış zamanı həmin diskin daxili yaddaşında 01 ədəd Nömrənin_Məxsusluq_Traixçəsi_2021021…adı altında qeydə alınmış fayl, 01 ədəd SMS_Tarixçəsi_**********3604_554070….. adı altında qeydə alınmış fayl, 01 ədəd Zənglərin_Detallaşması_**********5103…adı altında qeydə alınmış fayl və 01 ədəd antena Zənglərin_Məxsusluq_Traixçəsi _202102…adı altında qeydə alınmış dörd ədəd faylın olduğu, bir ədəd Nömrənin_Məxsusluq_Traixçəsi_2021021… adı altında qeydə alınmış fayl açıldıqda həmin faylda müştəri zənglərinin tarixinin detallaşması barədə məlumatların, 01 ədəd SMS_Tarixçəsi_**********3604_554070….. adı altında qeydə alınmış fayl açıldıqda həmin faylda müştəri smslərinin tarixçəsinin detallaşması barədə məlumatların öz əksini tapması, 01 ədəd zənglərin_Detallaşması_**********5103…adı altında qeydə alınmış fayl açıldıqda həmin faylda müştəri zənglərinin detallaşması barədə məlumatların, 01 ədəd Zənglərin_Məxsusluq_Tarixçəsi _202102…adı altında qeydə alınmış fayl açıldıqda həmin faylda müştərilərin zənglərinin tarixçəsinin detallaşması barədə məlumatların öz əksini tapdıqları müəyyən edilmiş və bu barədə müvafiq protokol tərtib edilərək "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs istifadə etdiyiTel:051-358-58-18 ***-***-**-** Bakcell GSM nömərsinin kimə məxsus olması, həmin GSM nömrəsinə 01 yanvar 2021-ci il tarixdən 31 yanvar 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, həmin nömrələrin sahiblərinin anket məlumatları ( adı, soyadı və ünvanı), SMS mətnləri və GSM nömrəsnin qeyd edilən tarixlərdə əhatə dairəsinə dair anten məlumatları əks olunmuş məlumatlar müəyyən edilib HP Laser P 1102 markalı printerdə çap olunaraq protokola əlavə edilib, "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, yuxarıda təsvir edilən hallarda o, cümlədən də təqsirləndirilən şəxs X6 özünün və ya istifadəsində olan telefon aparatında olan məlumatların, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 26 yanvar 2021-ci il tarixli 1660 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskdəki və "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş 01 ədəd diskdəki məlumatların sübut etmə predmetinə aid olmayan məlumatların nəyi subut və ya nəyi təkzib etdiyinin müəyyən olmadığı qənəaətinə gəlib həmin məlummatlrı və maddi kimi tanınmış diskləri sübutlar siyahısından xaric edilməsini əsaslı sayüır və bu səbəbdən də bu məlumatları və maddi sübutları ittihamı təsdiq edən sübutlar siyahısından xaric edir. Məhkəmə, yuxarda araşdırılmış və öz təsdiqini tapmış ittiham edici sübutlar əsasında, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaradıb, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq başqasının qanunsuz olaraq satış məqsədi ilə digər mənbədən əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşdirdiyi bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 28 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində həmin yerdən götürüb sonradan başqa şəxsin tapşırığına əsasən onun deyəcəyi şəxsə vermək üçün üzərində saxlamaqla daşımasının, həmin tarixdə saat 19:05 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin X11 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 37/3 ünvanda saxlanılıb Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sol iç hissəsindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir bükümdə, təmiz çəkisi 1830,3 qram (1 kq 830,3) olan, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əmələlərində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməlləri anlaqlı vəziyyətdə qəsdən törətməsi sübuta yetirildi. Bu səbəbdən də məhkəmə, onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənmiş, Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı ödənilməli məbləğ 288 manat təşkil edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Buna görə də ona 150 ( yüz əlli ) manat ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad etmək üçün əsas müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilib, sonradan isə bu məbləğlərin Təqsirləndirilən şəxs tutlub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır, çünkü məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1830.3 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edildikdən sonra qalmış 1830.1 qram heroinin sərəbst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə protokola əlavə üzərində «ZYKLEN DVD-R 4.7 GB/120 min 16X” sözləri yazılan DVD-R formatındakı diski, sübutlar siyahısından çıxarılmış "xxxx" MMC-dən daxil olmuş 26 yanvar 2021-ci il tarixli 1660 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diski, "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2004-cü il tarixdə ACDİÜ Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 120.2.4-cü, 120.2.5-ci, 120.2.11-ci, 181.2.5ci, 181.3.3-cü və 181.3.4-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 avqust 2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 10 ay 02 gün cəza çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur, 02 iyul 2018-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur.Hazırkı cinayəti törədərəkən onun məhkumluğu ödənilməmişdir. Bu səbəbdən də onun əməlinin cinayətlərin xüsusi təhlükəli residivi vardır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun əməlində cinaytlərin xüsusi təhlükəli residivinin olmasına əsasən ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2021-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxs tərəfindən ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2021-ci il tarixli, 414 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunduğunu və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasının müəyyən edildiyini, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasının tövsiyə edildiyini nəzərə alıb Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmə bunu onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətələrin xüsusi təhlükəli residivi olması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərində cinayətələrin xüsusi təhlükəli residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə ona ödənilməsi üçün 288 (iki yüz səksən səkkiz) manat, məhkəmədə ona Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş hüququ yardıma görə 150 ( yüz əlli ) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bu məbləğlər Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1830.3 qram olan narkotik vasitə heroindən tədqiqata sərf edildikdən sonra qalmış 1830.1 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə protokola əlavə edilmiş üzərində «ZYKLEN DVD-R 4.7 GB/120 min 16X” sözləri yazılan DVD-R formatındakı disk, sübütlar siyahısından xaric edilmiş "xxxx" MMC-dən daxil olmuş 26 yanvar 2021-ci il tarixli 1660 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 16 fevral 2021-ci il tarixli BKC/LGL-3534/21 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar