Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1069/2022 22.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri Arbitrium vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində ikiazyaşlı uşağı olan, orta təhsilli, “Avrora” şirkətində fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vuraraq sonuncunun görmə qabiliyyətinin itirilməsinə və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 23 yanvar 2022-ci il tarixdə, saat 21:00 radələrində Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində, 3A saylı binanın və həmin ərazidə yerləşən “Al market” ərzaq mağazasının arxasında, keçmiş qaynı Zərərçəkmiş şəxs onun ailə münasibətləri barədə dostuna danışması səbəbindən aralarında baş vermiş şəxsi münasibətlər zəmnində münaqişə zamanı zərərçəkmiş şəxsin sol göz nahiyəsindən bir dəfə qəsdən yumruqla vurub Zərərçəkmiş şəxs sol gözün görmə qabiliyyətinin tam itirilməsi (100 %) ilə müşayiət olunan sol gözətrafı nahiyənin qançırı, göz skleranın tamlığının travmatik pozulması fonunda gözün daxili möhtəviyyatının xaric olunması diaqnozu ilə müşayiət olunan dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (33%) çox hissəsinin daimi dayanıqlı itirilməsinə səbəb olan xəsarətlər yetirməklə görmə qabiliyyətinin itirilməsinə və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsinə səbəb olan qəsdən sağlamlığa ağır zərər, sol qalça nahiyəsinin qançırı diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Müşfıqabad qəsəbəsi nömrəsiz fərdi yaşayış evində valideynləriylə birlikdə yaşayır. O, 2010-cu ildə Şahid3 ilə ailə həyatı qurmuşdur. İki azyaşlı oğlan övladları var. Həyat yoldaşıyla 2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Məhkəmənin qərarına əsasən iki azyaşlı övladı həyat yoldaşında qalmışdır. Keçmiş həyat yoldaşı Şahid3 ayrıldıqdan sonra qaynı Zərərçəkmiş şəxsla bir dəfə aralarında mübahisə yaranmışdır. Mübahisə etməklərinin səbəbi bacısından boşanmağı olmuşdur. 23 yanvar 2022-ci il tarixdə saat 21:00 radələrində dostu Anarla birlikdə Müşfıqabad qəsəbəsində yerləşən “Məkan” adlı kafedə oturub pivə içmişlər. Həmin vaxt istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə hal-hazırda xatırlamadığı nömrədən zəng gəlmişdir. Həmin şəxs özünü Alik kimi təqdim edib bildirmişdir ki, bir daha Allahverəni narahat etməsin. Alik adlı şəxsin bu sözü onu əsəbiləşdirdiyindən aralarında olan söhbət zamanı həmin şəxs ona Yasamal rayonunda qaldığını və Yasamala gedib onunla görüşüb üzbəüz söhbət etməyini təklif etmişdir. Telefon danışığından sonra dostu Anara bildirmişdir ki, qaynanasıgilə gedir. Yolda olan zaman digər qaynı Vüsala zəng edib Alik adlı şəxslə aralarında olan telefon danışığı barədə danışmış və Vüsaldan evdə olub-olmamasını soruşmuşdur. Vüsal da evdə olmadığını, 5 dəqiqə sonra evə çatacağını bildirib, telefonu söndürmüşdür. Anarla birlikdə kafedən çıxıb Müşfıqabad qəsəbəsində yerləşən keçmiş həyat yoldaşı və qaynanasının yaşadığı ünvana getmişdir. Həmin vaxt Anar onu həyətdə gözləmişdir. O, isə binaya daxil olub onların yaşadığı mənzilə qalxmışdır. Həmin vaxt keçmiş həyat yoldaşı Şahid3, keçmiş qaynanası Şahid2 və azyaşlı övladları evdə olmuşlar. O, onlara telefonda Alik adlı şəxslə danışdığını demiş və aralarında olan söhbət barədə onlara məlumat verərək bildirmişdir ki, əgər Yasamalda Aliklə aralarında olan söhbət zamanı xoşagəlmaz hadisə olarsa bunun səbəbkarı Allahverəndir. Bu sözləri deyib binanın həyətinə gəldikdən sonra Anarla birlikdə piyada həmin ərazidə yerləşən “Al market”in qarşısına gəlmişdir ki, Yasamal rayonuna getsin. Həmin vaxt təsadüfən qaynı Allahverənlə üzbəüz gəlmişdir. Qaynı Allahverəni ailə arasında Xəyal kimi çağırırlar. Allahverən qardaşı Vüsalla əkizdirlər. Bu zaman onun Vüsal olduğunu güman etdiyi üçün onu Vüsal deyə çağırmışdır. Ona tərəf baxıb Vüsal deyil Allahverən olduğunu demişdir. Həmin vaxt o, içkili olmuşdur. Allahverənin əlində çörək paketi və balıq var imiş. Allahverənə Aliklə aralarında olan telefon danışığı barədə demiş və ona iradını bildirmişdir ki, nə üçün bacısı ilə onun arasında olan söhbət barədə Alikə danışmışdır. Alik Allahverənin dostudur. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı onlar bir-birilərinin yaxasından tutmuşlar. Hava qaraldığı üçün tam olaraq aydın görə bilmirmiş, yumruqla bir dəfə Allahverənin sifət nahiyəsindən zərbə ilə vurmuşdur. Lakin, həmin vaxt Allahverənin nə kimi xəsarət aldığını bilməmişdir. Zərbənin təsirindən Allahverən yerə yıxılmışdır. Bu zaman Vüsal, keçmiş qaynanası Şahid2 onların yanına gəlmişlər. O, Anarla birlikdə həmin yerdən ayrılıb qəsəbədə yerləşən “Samovar” çay evinə gəlmişlər. Sonra isə Anar və o, hərəsi öz evinə getmişlər. Sonradan öyrənmişdir ki, Allahverəni vurmağı səbəbindən Allahverən xəstəxanaya yerləşdirilmiş və göz nahiyəsindən xəsarət almışdır. O, zərərçəkmiş şəxsə yumruqla vuranda yumruğun onun göz nahiyəsinə dəyməsini bilməmişdir. O, zərərçəkmiş şəxsə yumruq vuranda onun göz nahiyəsinə vurmağını nəzərdə tutmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs bacısı Şahid3 keçmiş həyat yoldaşıdır. Vüsalə 2011-ci il tarixdə Təqsirləndirilən şəxs Məmməqulu oğlu ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların iki azyaşlı övladı olmuşdur. Bacısı ailə qurduğu vaxtdan etibarən Turalla bir evdə yaşamışlar. Lakin son vaxtlar ailədaxili münaqişələr olduğuna görə 2021-ci il tarixdə məhkəmə qaydasında boşanmışlar. Boşanmadan sonra bacısı övladları ilə birlikdə ünvan 5 ünvanında onlarla birlikdə yaşamışdır. Bacısıyla Tural birgə yaşadıqları dövrdə onun Turalla arasında heç bir narazılıq olmamışdır. Təqsirləndirilən şəxs boşanandan sonra uşaqlarına baş çəkmək üçün gəlirmiş və gəlib gedərkən bacısına barışmaq təklif edirmiş. Onun “Alik” deyə də müraciət etdiyi Allahverdi adında dostu var. Allahverdi ilə münasibəti çox yaxşıdır. Ailəsinə gəlib-gedən adamdır. Allahverdinində bacısıyla Turalın boşanmalarından məlumatı olmuşdur. Uzun müddət dostluq etdiklərinə görə bacısıyla Turalın boşanmaları barədə də söhbət etmişlər. Boşandıqdan sonra Turalın onlara gəlib-getməsini də dostu Allahverdiyə demişdir. Allahverdi də bir dəfə zəng edib Turala onların ailəsini gəlib narahat etməməsini demişdir. 23 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı məhəllədə mağazadan ərzaq alıb evə qayıdırmış. Hava qaralmış və əlində də paketlər var imiş. “Al market” ərzaq mağazasının arxa hissəsində Tural və dostu Anarla üzbəüz gəlmişdir. Onların hər ikisinin içkili vəziyyətdə olduğunu görmüşdür. Tural söhbət etmək istədiyini bildirmiş və nə üçün dostu Alikə ailə söhbətlərini danışdığını ona irad bildirmişdir. Turalın içkili olduğunu görüb Turalla heç bir söhbət etmək istəmədiyini bildirmişdir. Həmin vaxt Anar onlar dalaşmasın deyə aralarına girmişdir. Lakin Tural qəfildən yumruqla onun sol gözündən zərbə ilə vurmuşdur. O, zərbənin təsirindən aşağı əyilmiş, gözü ağrımış və gözündən qan gəlmişdir. Ağrıdan qışqırmış və səsinə anası və qardaşı Vüsal gəlmişlər. Bundan sonra Vüsal Turalı və Anarı göndərmişdir ki, çıxıb getsinlər. Bundan sonra onlar xəstəxanaya getmişlər. Cərrahi əməliyyat olunmuşdur. Sol gözündə görmə olmadığından müayinə üçün anasıyla birlikdə Türkiyəyə getmişlər. Orada gözündə görmə olmadığından həmin gözünə şüşə qoyulacağı bildirilmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur və olmayacaq . Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında müəyyən ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 31-33-cü vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs aşağıdakıları göstərmişdir: «...Turalla bacım Vüsalə boşandıqdan sonra Tural mütəmadi olaraq mənim yaşadığım ünvana gəlirdi, səs-küy salıb ailə üzvlərimə qarşı təhqiredici ifadələr işlədirdi. Bu da bizim ailəmizdə narahatçılıqlar yaşadırdı. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Turalla bacısı Vüsalə boşandıqdan sonra Turalın mütəmadi olaraq onların yaşadığı ünvana gələrək səs-küy salması, ailə üzvlərinə qarşı təhqiredici ifadələr işlətməsi hissəsini ifadəsində oxumadan imza etmişdir. O gəlib gedərkən bacısıyla barışmaq istədiyini demişdir. Ola bilsin bu mövzuda onların arasında hər hansı söz söhbətlər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, Şahid3 isə bacısıdır. Təqsirləndirilən şəxs bacısı Vüsalənin keçmiş həyat yoldaşıdır. Bacısı Vüsalə 2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların iki azyaşlı övladı var. Bacısının ailə qurduğu vaxtdan etibarən Turalla bir evdə yaşamışlar. Lakin ailədaxili münaqişələr olduğuna görə 2021-ci il tarixdə məhkəmə qaydasında boşanmışlar, bacısı övladları ilə birlikdə anası və qardaşıyla birlikdə yaşamışdır. 23 yanvar 2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxsla Müşfiqabad qəsəbəsi ərazisində yerləşən çayxanda çay içib söhbət etmişlər. Saat təxminən 21 radələrində qardaşı Allahverənlə çayxanadan çıxıb sağollaşıb ayrılmışlar. O, ayrı evdə qalır. Oturduqları çayxana evə yaxın yerdə yerləşir. Qardaşı Allahverənlə sağollaşdıqdan sonra anasıgilin qaldığı binaya yaxınlıqda yerləşən “Al market” ərzaq mağazasına girmişdir. O, mağazada olarkən mağazanın arxasından səs eşitmiş və səsi Allahverən səsinə oxşatmışdır. Tez mağazadan çıxıb arxa hissəyə keçdikdə görmüşdür ki, Allahverənlə keçmiş yeznə Tural arasında mübahisə baş vermiş, mübahisə zamanı Tural qardaşı Allahverənin göz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Elə bu zaman anası da oraya gəlmişdir. Anasıgilin yaşadığı ev “Al market” ərzaq mağazasının yaxınlığında olduğu üçün təsadüfən anası da onların yanına gəlmişdir. Həmin vaxt Turalın yanında dostu Anar adlı şəxs də olmuşdur. Allahverəni gözündən almış olduğu xəsarətlərə görə xəstəxanaya aparmışlar. Orada cərrahi əməliyyat olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, hadisənin baş verməsinə səbəb qardaşı Allahverən Tural və bacısının arasında baş vermiş ailə münasibətləri barədə dostu Allahverdiyə danışmış, buna görə də Tural bunu irad bildirərək Allahverənə gözündən vuraraq xəsarət yetirmişdir. Tural boşandıqdan sonra gəlib uşaqlarla görüşürmüş. O, hadisəni görməmiş, o, gələndə artıq Tural qardaşının göz nahiyəsindən vurmuşdur. Turalla münasibəti yaxşı olmuşdur. Hadisə baş verən zaman Tural və dostu Anar olmuşlar. Boşanandan sonra Tural anasıgilin evinə gəlib səs-küy salıb ailə üzvlərini təhqir etməmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında müəyyən ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 96-97-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...Turalla bacım Vüsalə boşandıqdan sonra Tural mütəmadi olaraq anamgilin yaşadığı ünvana gəlir, orada səs-küy salıb ailə üzvlərimə qarşı təhqiredici ifadələr işlədirdi. Bu da bizim ailəmizdə narahatçılıqlar yaşadırdı. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. O, ifadəni oxuyarkən həmin hissəyə fikir verməmiş, ona görə də imza etmişdir. Elə hal olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahdan iki azyaşlı övladları var. Ailə qurduqdan sonra Turalla bəzən söz-söhbətləri, münaqişələri olmuşdur. Bunlar müntəzəm xarakter aldıqdan və artıq birlikdə yaşaya bilməyəcəkləri qərarına gəlmişlər və məhkəmədə rəsmi boşanmışlar. Boşandıqdan sonra uşaqlar onun himayəsində saxlanılsa da, Tural mütəmadi olaraq uşaqlarla görüşmüşdür. Boşandıqdan sonra o, uşaqlarla anasının evində qalır. 23 yanvar 2022-ci il tarixdə, saat təxminən 21 radələrində Tural anasıgilin yaşadığı evə gəlib Allahverəni soruşmuş, həmin vaxt Allahverən evdə olmamışdır. Evdə o, anası və uşaqları olmuşlar. Tural telefonunda Alik adlı şəxslə danışdığını demiş və bildirmişdir ki, ailə münasibətləri barədə Allahverən dostu Alikə danışmışdır, buna görə də Yasamalda Aliklə görüşə gedir, Aliklə aralarında olan söhbət zamanı xoşagəlməz hadisə olarsa bunun səbəbkarı Allahverən olacaq. Bundan sonra Tural çıxıb getmişdir. Təxminən bir neçə dəqiqə sonra anası da evdən çıxıb binanın həyətinə getmişdir. Biraz keçdikdən sonra anası, qardaşları Vüsal və Allahverən evə gəlmişlər. Allahverənin sifəti qan içində imiş, gözündən xəsarət almışdır. Ona məlum olmuşdur ki, Turalla qardaşı Allahverən arasında baş vermiş münaqişə zamanı Tural onun gözündən yumruqla vuraraq xəsarət yetirmişdir. Bundan sonra Allahverəni xəstəxanaya aparmışlar. Boşandıqdan sonra Tural həmişə anasıgilə gəlib uşaqlarla görüşürmüş. Turalla o boşanana qədər qardaşıyla münasibətləri yaxşı olmuşdur. Ata kimi uşaqlarına yaxşı olmuşdur. Birgə yaşadıqları dövrdə Tural ona əl qaldırmamış, sözlə mübahisələri, söz-söhbətləri olmuşdur. Uşaqları görməyə gələndə də onunla barışmaq istədiyini bildirmiş, o, razı olmurmuş. Boşanandan sonra Tural onlara gəlib münaqişə yaratmamış, təhqiredici ifadələr işlətməmişdir. Sadəcə Tural hər dəfə gəlib onunla barışmağı təklif etmiş, o, razı olmamışdır. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında müəyyən ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 96-97-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «...biz boşanmağımıza baxmayaraq Tural anamgilin evinə gəlib orada da münaqişə yaradır, təhqiredici ifadələr işlədirdi. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. İfadəsində elan olunmuş boşanandan sonra Turalın onlara gəlib münaqişə yaradıb, təhqir etməsi hissəsini oxumamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs oğludur, təqsirlədirilən şəxs qızının keçmiş həyat yoldaşıdır. Qızı Şahid3 Təqsirləndirilən şəxs ilə 2011-ci il tarixdə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların iki azyaşlı övladları olmuşdur. Ailə qurduqdan sonra qızıyla Turalın arasında mütəmadi olaraq münaqişə yarandığından onlar birlikdə yaşaya bilməyəcəkləri qərarına gələrək məhkəmə qaydasında boşanmışlar. Məhkəmənin qərarına əsasən də uşaqlar qızında qalmışdır. Boşanmadan sonra qızı uşaqları ilə birlikdə onun evində yaşamağa başlamışdır. Lakin, boşandıqdan sonra Tural mütəmadi olaraq uşaqları ilə gəlib görüşürmüş. Gələndə qızıyla barışmaq istəyini bildirirmiş, lakin qızı barışmaq istəmirmiş. 23 yanvar 2022-ci il tarixdə, saat təxminən 21 radələrində Tural onların yaşadıqları evə gəlmiş və oğlu Allahverəni soruşmuş, həmin vaxt Allahverən evdə olmamışdır. Evdə o, qızı azyaşlı nəvələriylə olmuşlar. Tural telefonla Alik adlı şəxslə danışdığını demiş və bildirmişdir ki, ailə münasibətlərini Allahverən dostu Alikə, yəni Allahverdiyə danışmış, buna görə də Yasamalda Aliklə görüşə gedir, Aliklə aralarında olan söhbət zamanı xoşagəlmaz hadisə olarsa bunun səbəbkarı Allahverən olacaq. Bu sözləri deyib çıxıb getmişdir. Təxminən bir neçə dəqiqə sonra həyətdən səs eşitmiş və həmin səsi oğlu Allahverənin səsinə oxşatmışdır. Buna görə də tez evdən çıxıb binanın həyətinə getmişdir. Binanın həyətində, “Al market” ərzaq mağazasının arxasında oğlanları Allahverdi və Allahverəni, keçmiş kürəkəni Turalı, Turalın dostu Anarı görmüşdür. Həmin vaxt Allahverən yerə oturmuş vəziyyətdə və sifəti qan içində imiş, gözündən xəsarət almışdır. Həmin vaxt bilmişdir ki, Allahverən Turalla mübahisə etmiş, mübahisə zamanı Tural Allahverənin gözündən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Tural və Anar oradan çıxıb getmişlər. Allahverənin gözündən aldığı xəsarətlər ciddi olduğu üçün Allahverəni xəstəxanaya aparmışla. Allahverən gözündən cərrahi əməliyyat olunmuşdur. Lakin oğlunun gözü görmədiyi üçün Allahverəni Türkiyəyə aparmışlar. Orada müayinə olunarkən xəsarət aldığı gözün bir daha görməyəcəyi məlum olmuş və həmin gözə şüşə salınacağı bildirilmişdir. Oğlanlarıyla Tural arasında heç bir narazılıq olmamış, həmişə münasibətləri yaxşı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin məsul növbətçisi, polis baş leytenantı Rəsul Həsənovun 23 yanvar 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci ildə saat 23:54-də Z.Əliyeva adına göz klinikasından həkim Məmmədov Zərərçəkmiş şəxs sol gözün yaralanması ilə müraciət etdiyi barədə məlumat vermişdir. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 25 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq xx.xx.2022-ci il tarixdə, axşam saatlarında keçmiş yeznəsi Təqsirləndirilən şəxs onun sol göz nahiyəsinə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin 09 fevral 2022-ci il tarixli, 61 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol gözün görmə qabiliyyətinin tam itirilməsi (100 %) ilə müşayiət olunan sol gözətrafı nahiyənin qançırı, göz skleranın tamlığının travmatik pozulması fonunda gözün daxili möhtəviyyatının xaric olunması, sol qalça nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən, zərərçəkmiş şəxsin göstərdiyi tarixdə, yəni, xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (33 %) çox hissəsinin daimi dayanıqlı itirilməsinə səbəb olan xəsarətlərə aid olduğundan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Cinayət işinin 104-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-təcübi və tədris birliyi publik hüquqi şəxsinin 06 mart 2022-ci il tarixli, 12/61 saylı əlavə rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərdən sol qalça nahiyəsinin qançırı bərk küt əşya təsirindən, zərərçəkmiş şəxsin göstərdiyi tarixdə və şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə, eləcə də müxtəlif şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 118-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 aprel 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı fotoçəkiliş aparılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 93-cü vərəqəsində olan Binəqədi RİHB-nın 28 May qəsəbəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə övladları -xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 daxildirlər. Cinayət işinin 94-cü vərəqəsində olan Binəqədi RİHB-nın 28 May qəsəbəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 108-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 mart 2022-ci il tarixli, 723 saylı ambulator məhkəmə-psixatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda psixi pozuntu əlamətləri təsvir olunmamış, hazırki müayinə zamanı da psixi pozuntu əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Zərərçəkmiş şəxs əl yazısı ilə yazılmış 01 iyun 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışıq əldə etdiyini, ona qarşı hər hansı bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza verilməsini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs 06 iyun 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışıq olduğu üçün bir-birinə qarşı iddia, şikayət və tələbləri olmadığını, bundan sonra da olmayacağını bildirmişdir. İş üzrə şahid, Zərərçəkmiş şəxs bacısı və Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Şahid3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla ayrılsalar da, sonuncunun uşaqlarının saxlanılmasında yaxından iştirak etdiyini, Təqsirləndirilən şəxsla yenidən nikaha daxil olaraq uşaqlarını birlikdə böyütmək istədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, müsbət səciyyələndirilməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi, törətdiyi əməldən peşman olması, zərərçəkmiş şəxslə yaxın qohum olması və onunla təqsirləndirilən şəxs arasında barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmaması, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetməylə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etməsi, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşının ərizə ilə müraciət edərək onunla yenidən nikaha daxil olub uşaqlarını birlikdə böyütmək istəməsi, müsbət səciyyələndirilməsi, cinayətin ictimai-təhlükəlilik dərəcəsi aradan qaldırıldığı səbəbindən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və o, həbsdən dərhal azad edilməlidir. Onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, cinayət işinin 55-56-cı vərəqələrində olan 14 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 85-87-ci vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 4(002)-31/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 fevral 2022ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1069/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1069/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver