Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1069/2023 22.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində azyaşlı uşağı olan, işsiz, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan olan, ünvan 2nında yaşamış, 01 dekabr 2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq xalis çəkisi 11,024 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən “Xəyal” ticarət mərkəzinin qarşısınadək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən “Xəyal” ticarət mərkəzinin qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda 1,768 qram, 4,578 qram və 4,678 qram olmaqla ümumilikdə külli miqdarda 11,024 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, onun narkotik vasitələrdən ümumiyyətlə xəbəri olmamışdır. O, taksi fəaliyyəti ilə məşğul olmuş, 2022-ci il dekabrın 1-də Maşdağa qəsəbəsinə gəlmişdir. Ancaq ora gəlməsinin səbəbi başqa məsələ olmuşdur. Belə ki, həmin ərəfədə evində pul olmamış, evdə uşaqlara çörək almağa pulu olmamışdır. Odur ki, o, evin kombisinin hissələrini – radiatorlarını satmaq məqsədilə Maştağaya gəlmişdir. Kombinin radiatorlarını əvvəlcədən danışıb razılaşdığı şəxsə satmış və ondan 100 manat pul götürmüşdür. Sənədlərə əsasən guya o, Maşdağada “Xəyal” Ticarət Mərkəzinin qarşısında saxlanılmışdır. Ancaq bu doğru deyildir. O, “Maştağa Moll”un düz qarşısında olan “Məmmədyarov dairəsi”ndə dayanıb sifariş gözləyərkən o, polis tərəfindən saxlanılmışdır. O, taksi fəaliyyəti ilə məşğul olmuş, şirkətlə işləmişdir. Təqribən 10 dəqiqə dayandıqdan sonra bir nəfər ona yaxınlaşmış, istifadəsində olan “Mercedes 220» markalı avtomobilin şüşəsini vuraraq ona maşının arxa nömrəsinin düşdüyünü demişdir. O, maşından düşüb arxa tərəfə keçmiş və həmin vaxt digər tərəfdən daha bir nəfər gəlib onun qoluna girmişdir. Maşının şüşəsini tıqqıldadan şəxs də gəlmiş, polis əməkdaşları olduqlarını bildirmiş və “özünə hörmət edirsənsə, şakit maşına əyləş” demişdir. O, tutulan zaman yaxınlıqda başqa insanlar da olmuş, lakin müdaxilə etməmişlər. Ona saxlayan 3 mülki geyimli şəxs özlərini təqdim etməmiş, üzərinə baxış keçirilməsi ilə bağlı təklif olunmamış, üzərinə baxılmamış və kobud şəkildə «basın maşına aparın» demişlər. O, da problem olmadığını bildirmiş və onlarla getməyə razılaşmışdır. Maşında arxa sağ oturacaqda oturmuş və qolları açıq vəziyyətdə olmuşdur. Baxışa qədər olan müddət ərzində qolları açıq olmuş, üzərimdə qadağan olunmuş əşya olduğu təqdirdə, kənara ata bilmək imkanları olmuşdur. Onu yolda aparan zaman “Banditizm”in (burada: MCMİ) işçiləri olduqlarını bildirmiş, ondan onların İdarəsi barədə məlumatlarının olubolmadığını soruşmuş, o da məlumatlı olduğunu bildirmişdir. Ondan “Müsəlman Birliyi”nin üzvü olmasının səbəbləri soruşulmuşdur. Həmin vaxt “Müsəlman Birliyi”nin üzvü olduğu üçün həbs edildiyini anlamışdır. Yolda ona “sizin üzvlərin başına nə oyunlar açmışıq, bu barədə bilirsən də yəqin” məzmunda sual verilmiş, o da məlumatlı olduğunu bildirmişdir. Ona “gedirik İdarəyə, qarşına nə qoyuldu onu da qəbul edirsən, əks halda sənin də başına o işləri açacağıq” deməklə hədələnmiş, onu dubinka və butulka ilə zorlamaqla təhdid etmişlər. Facebook sosila şəbəkəsində onun hesabı yoxlanılmış, qeyri-qanuni və ya başqa bir şey paylaşdığı müəyyən edilməmişdir. Onların hərəkatının rəsmi səhifəsi olmuş, o, paylaşdığı şeyləri rəsmi səhifələrində paylaşmışdır. O, çox aktiv olmamış, hər gün bir dənə şəhid şəkli paylaşmış, hərəkatın paylaşdığı bəyanatları paylaşmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, gedib İdarəyə çatmış, orada onu 3-cü mərtəbəyə qaldırmış və bir otağa salmışlar. Sonra üst mərtəbədə başqa otağa salınmış, yadında qaldığı qədər həmin otağın qapısında “idarə rəisi” sözləri yazılmışdır. Həmin otaqda mülki geyimdə bir nəfər tanımadığı şəxs əyləşmiş, həmin şəxs qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmiş, ona “sən nə paylaşırsan bilmirsən? Sən bilmirsən heç nə paylaşmaq olmaz? Aparın bunun payını verin çıxıb getsin” deməklə polislərə tapşırıq vermişdir. Bu şəkildə onu təzədən əvvəlki otağa aparmışlar. Orada onu həbs edənlər deyil, başqa bir nəfər iri cüssəli, 38-39 yaşında şəxs olmuş, onunla söhbət aparmış, ona nə veriləcəksə, onu götürəcəyini tapşırmışdır. Həmin şəxs gedib 10 dəqiqədən sonra ağ şəffaf sellofanda iki ədəd büküm gətirib ona vermiş və “bunlar sənindir, götür bunları cibinə qoy” demişdir. O, tərəddüd etmiş, cibinə qoymaq istəmədikdə, onu maşından düşürən şəxs, ona “eşitmirəsən? Götür qoy cibinə. O biri otağa keçmək istəyirsən?” deməklə onu hədələdikdə o, iki ədəd bükümü götürüb cibinə qoymuşdur. Sonra isə adını bilmədiyi həmin şəxs çölə çıxmış, 5 dəqiqə keçmiş, iri cüssəli, adını bilmədiyi şəxs gəlmiş, daha bir balaca büküm gətirmiş və həmin bükümün yadından çıxıb qaldığını demiş və həmin bükümü də ona vermişdir. Sonra o, həmin şəxsin otağına aparılmış, sonuncu ona suallar verməyə başlamışdır. Suallar “Hacı Taleh sizin başınıza bu oyunları açıb, niyə onun tərəfdarısınız? Niyə “Müsəlman birliyi” cəmiyətinin üzvüsünüz? Fəaliyyətiniz nədir? Nə iş görürsünüz?”, “Taleh Bağırzadə ev tikir, pulları haradan alıb?» kimi sallarından ibarət olmuşdur. O, isə cavabında pis iş görmədiyini, onların hərəkatının ümumiyyətlə pis iş görmədiyini bildirmiş, həmçinin 1 manatdan pul yığıb şəhid ailələrinə baxdıqlarını, zindanda olan “qardaşlar”ının ailələrinə baxdıqlarını demişdir. Sonra isə polis formasında bir nəfər gəlmiş, onun təhqiqatçı olduğunu öyrənib, ona verilən maddənin nə olduğunu soruşmuş və “şüşə” olduğunu öyrənmişdir. Tutularkən onun 38 yaşı olsa da, o, həmin vaxtadək “şüşə” görməmişdir. Nə deyəcəyi ilə maraqlandıqda, ona tanımadığı şəxsdən 90 manata özünün şəxsi istifadəsi üçün Masazırdan aldığını deməsi tapşırılmışdır. Bundan sonra təhqiqatçı gəlmiş, sonra tapşırılanlara dair suallar soruşulmuş, o da cibimə qoyduğu, üzərində onların verdiyi şəffaf bükümləri çıxarıb vermiş və nə tapşırılmışsa, onları da demişdir. Təhqiqatçı ona həm də heç nədən imtina və ya heç nəyə etiraz etməməyi tapşırmış, o da razılaşmışdır. Təxminən yarım saat sonra o, aşağı mərtəbəyə çəkilişə düşürülmüş, ona vəkil təyin olunmuşdur. Vəkilin adının Lalə olması təxminən onun yadında qalmışdır. İstintaq hərəkətlərində xanım vəkil iştirak etməmiş, o, vəkili bir dəfə çəkilişə düşən zaman görmüş, lakin vəkilə heç bir söz deməmişdir. Lalə xanım onunla axırına kimi bir kəlimə danışmamış, nə məsələ olması ilə belə maraqlanmamışdır. Polislər həmin vəkilin yanında onun üzərinə baxmış, narkotikin üzərində olub-olmamasını soruşmuş, o da “hə” cavabı vermişdir. Sonra çəkilişə başlamışlar, o da əvvəlcədən dedikləri kimi 90 manata, şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra da onu aparıb maşınına da baxış keçirmişlər. Yaxşı ki, polis maşına nəsə qoymamış, maşından heç nə aşkar olunmamışdır. O, saxlanılarkən üzərimdə maşının açarı, iki dənə telefonu, bir də kombini satanda aldığı 100 manat pul olmuşdur. O, götürülən zaman “Samsung” və “Redmi” markalı iki ədəd mobil telefon maşında qalmış, sonra özləri telefonu götürmüş, lakin neylədiklərini bilməmişdir. Çəkilişdən qabaq telefonlar, 100 manat pul, maşının açarı və bir də 3 ədəd büküm narkotik ona verilmiş, o da tapşırığa əsasən götürüb cibinə qoymuş və çəkiliş prosesində təqdim etmişdir. Videoçəkilişədək üzərində ümumiyyətlə axtarış keçirilməmiş, onun idarəyə gətirilməsi ilə narkotik olan bağlamaların ona verilməsi arasında təxminən 40-45 dəqiqə vaxt keçmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, növbəti gün əvvəlcə onu həmin otağa aparmış, oradan 3-cü mərtəbəyə qaldırdırılmış, 10 dəqiqə aşağı kameraya, oradan da X4 (MSY) düşürmüşlər. Sonra həmin təhqiqatçı gəlmiş, qabağıma xeyli vərəq qoyub “imzalamalısan” demişdir. Vərəqlərin məzmunu ilə maraqlandıqda, təhqiqatçı sənədlərin maşınına baxışla bağlı olduğunu demişdir. O, sənədlərin əvvəlini oxuyub ona 234.3.4-cü maddənin verildiyini görmüşdür. Təhqiqatçıya bunun satış olduğunu, ən ağır cəza olduğunu demiş, onu istifadəçi kimi məhkəməyə verəcəklərinə söz verdiyini təhqiqatçıya xatırlatmış, sonuncu “nədir, odur” cavabını vermişdir. Bundan sonra o, verilən sənədlərin hamısına imza etmişdir. Bir müddət sonra Akif müəllim adlı gəlmiş, onun müstəntiqi Akif müəllim olduğunu sonradan bilmişdir. Ona müxtəlif sənədlərə imza etdirib axşamtərəfi Nərimanov rayon Məhkəməsinə çıxarmış, məhkəmə də ona 4 ay həbs vermişdir. Oradan onu təzədən “Banditizm” idarəsinə gətirmiş, axşam saat 7 radələrində ilkin olaraq onu maşından düşürən şəxs onu görüşmə otağına çağırmış, ona əməlindən peşman olub-olmadığını soruşmuş, ona köməklik etmək istədiklərini bildirib səmimi danışmağı təklif etmişdir. O isə zindanda olan “qardaşlar”ının ailəsinə baxmağına, şəhid ailəsini gedib ziyarət etməsinə peşiman olmadığını bildirmiş, başqa iş tutmadığını demişdir. Həmin şəxs ona rəislə danışdığını, ona hörmət olunacağını bildirmişdir. Həmin vaxt polis formasında olan bir serjant iki stəkan çay gətirmiş, birini onun qarşısına, digərini isə onunla söhbət edən polisin qarşısına qoymuşdur. Çay qoyulduqdan, səmimi danışdıqdan sonra, sonuncu ona “iç çayını, sən də iç, mən də içirəm” demiş, o da götürüb avam adamlar kimi qarşısına qoyulan çayı içmişdir. Masanın üstündə bir çürük limon da olmuş, gətirib çayın içinə sıxmışlar. Bundan sonra həmin şəxs növbəti gün saat 10-un yarısı onu rəisin yanına qəbula çıxaracağını bildirmişdir. Ondan o, çıxıb otağa getmiş, təqribən yarım saat sonra özünü pis hiss etməyə, başı fırlanmağa başlamış və o, bunu otaqda oturan yoldaşlara demişdir. O, çox danışan insan olmasa da, saat 12-yə, 1-ə kimi danışmışdır. Səhər isə saat təxminən 9, 10 radələrində onu Maştağaya narkoloji dispanserə aparılmış və o, orada sidikdən analiz vermişdir. Narkolojiyə yoxlamaya gedən zaman vəkil ona sual verib narkotikdən nə vaxt istifadə etdiyini soruşduqda o, vəkilə “Heç vaxt» cavabını vermişdir. Oradan baş həkimin qəbuluna aparılmış, həkim ondan nə vaxt narkotik qəbul etdiyini soruşmuş, o, “heç vaxt” cavabını vermişdir. Həkim ona yalan danışdığını, analizinin cavabının müsbət çıxdığını, bədənində narkotik olduğunu bildirmişdir. O, həkimə nə siqaret çəkməyi, nə içki içməyi, nə də metamfetamin istifadə etməyi barədə heç nə deməmişdir. O, heç vaxt nə metamfetamin və nə də siqaret istifadə etməmiş, spirtli içkini isə sonuncu dəfə 15-16 yaşlarında içmiş, ondan sonra istifadə etməmişdir. Bundan sonra ona həkimə əlavə ifadə verdirmişlər. Geri qaytaran zaman o, bunun mümkünsüz olduğunu, heç vaxt narkotik qəbul etməyən adam olduğunu bildirmişdir. Axşam adını bilmədiyi həmin şəxsin ona çay verdiyi birdən ağlına gəlmiş, məhz çay içərkən analizlərinin müsbət cavab verməsi üyçün çayına narkotik qatıldığını başa düşmüşdür. Daha sonra idarəyə, axşam tərəfi isə birbaşa Kürdəxanıya Təcridxanaya aparılmış, bir gün karantində qalmış, sonra isə onu Təcridxananın rəisi qəbul etmişdir. Başqa bir nəfər tanımadığı şəxs gəlmiş, onunla sorğu-sual etmiş, tutulmasının səbəbləri ilə maraqlanmışdır. O da məhkəmədə danışdıqlarını orada da danışmışdır. Həmin əməkdaş da ona “yəqin nəsə paylaşıbsan ki, tutublar səni” demişdir. X6 təşikatından, Hacı Talehdən suallar vermiş, nə işlər görmələri ilə maraqlanmışdır. O, yenə də bununla bağlı məhkəmədə dediklərini demişdir. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, o, 18 yaşından ibadətlə məşğul olmuş, narkotik nədir bilməmiş və görməmişdir. O, narkotiki, “şüşəni” ilk dəfə “banditizm”də görmüşdür. Təcridxanada onunla sorğu-sual edən şəxs ona “dövlətini sevirsənsə gəl mənimlə əməkdaşlıq et, cinayətkarları tutaq” təklifini vermişdir. O isə dövlətimizin inkişaf etdiyini demiş, ona ehtiyac olmadığını bildirmişdir. Bundan sonra onu sorğu-sual edən şəxs çıxarıb ona xidməti vəsiqəsini göstərmiş, ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşı olduğunu demişdir. Vəsiqənin yazılı hissəsini əlləri ilə bağladığından kimliyini oxuya bilməmişdir. Ondan sonra həmin şəxslə görüşməmişdir. Daha sonra Təqsirləndirilən şəxs göstərdi ki, “Müsəlman Birliyi” təşkilat olaraq qeydiyyatdan keçmək üçün müraciət etmiş, sadəcə qəbul olunmamışdır. Təşkilatın hər hansı binası və ya qərargahı mövcud deyildir. Təşkilat rəsmi şəkildə qeydiyyatdan keçmədiyindən üzvlük kartı da olmamış, üzvlük barədə heç bir yerdə qeyd aparılmamışdır. Qardaşlar, yəni təşkilatın üzvləri hamısı biri-birini tanımış, iş görəndə qardaşlarla birlikdə görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, ona fiziki zor tətbiq olunmamış, yalnız sözlə təhdid edilmişdir. Elə şeylərlə təhdid edilmişdir ki, özünə hörmət edən insan o sözləri qəbul etməzmiş. Üzərində bədən xəsarəti olmamış, İstintaq Təcridxanasına gedən zaman xəsarət almadığını bildirmiş, xəsarətlə bağlı heç kimə heçnə bildirməmişdir. Müstəntiq ondan ümumiyyətlə ifadə almamış, gətirib onun qarşısına kağızlar qoymuş, onları imzalamağı tapşırmışdır. Əvvəlcə heç müstəntiqi tanımamış, onu oranın əməkdaşı kimi qəbuld etmişdir. İlk dəfə məhkəmədən sonra onun müstəntiq olduğunu bilmişdir. O, məhkəmədə izahatlarına etiraz edərkən həmin şəxs izahatı yazan şəxsin təhqiqatçı olduğunu demiş, özünün isə müstəntiq olduğunu bildirmişdir. O, sənədləri imzalayarkən heç birini oxumamış, amma imzalamışdır. Sənədləri 02 dekabr tarixdə imzalamış, 01 dekabr tarixdə hər hansı sənəd imzalamamış, ancaq izahat vermişdir. O, Nərimanov Rayon Məhkəməsində sanksiyaya çıxarılarkən ona olunan psixi zorakılıqla bağlı hakimə heç bir şey deməmişdir. Belə ki, “banditizm”in həmin əməkdaşlar onun yanında olmuş, idarəyə qayıtdıqda onu idarədə nələr gözlədiyini bilmişdir. Orada gedən proseslər barədə məlumatlı olmuş, “qardaşlar” barədə məhkəmələrdə iştirak etdiyim üçün hamısını bilmişdir. Odur ki, qorxub hakimə heç nə deməmişdir. O, özü görməsə də, hədələrlə, dubinkalarla necə davranıldığını azdan-çoxdan eşitmişdir. Həbs qətimkan tədbiri ilə bağlı qərar oxunsa belə, o, qərarla bağlı hakimə heç nə deməmişdir. Lakin Şəhla xanım vəkili olaraq təyin olunandan sonra onunla görüşmüş, məsələnin necə olduğunu ona danışmış və bundan sonra arxayınlaşmış, güvənli vəkil əlində olduğunu bilmişdir. Ona görə də nə olur olsun, necə olubsa məsələ, o cür də danışmağa qərar vermişdir. Şəhla xanım müstəntiqə müraciət etdi və heç bir təhdid və basqı altında olmadan məsələ necə olubsa, elə də ifadə vermişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, o, tutularkən özü evə zəng edib məlumat verə bilməmişdir. Tutulmağı ilə bağlı evə məlumat vermələrini onlardan xahiş etmiş, hətta həyat yoldaşının 055 ******* saylı mobil nömrəsini onlara vermiş, lakin zəng edib-etməmələrini bilməmişdir. Sonradan isə ailəsinə məlumat verməyi vəkildən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi müvafiq olaraq 01 və 02 dekabr 2022-ci il və tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək məhkəmədəki ifadəsindən fərqli ifadə verib göstərmişdir ki, o, psixotrop maddə metamfetamindən istifadə etmişdir. 30 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 03 ədəd bükümdə psixotrop maddə metamfetamini 90 manat məbləğində pul ödəməklə almışdır. Həmin bükümləri əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. 01 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi “Mercedes” markalı, **-RT-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etmələrini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək hazırda üzərində psixotrop maddə “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-ə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərində narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 03 ədəd sellefon bükümü, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonu, avtomobil açarını, şalvarın sol yan cibindən isə 100 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümlərə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 100 manat pul özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” və “Redmi” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verib göstərdi ki, 01 dekabr 2022-ci il tarixdə icraatına Abşeron rayonunun, Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. 01 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış haqqında olan qərarı şəxsən o, özü qəbul etmişdir. Əməliyyat tədbirinə getməzdən əvvəl qrupun üzvləri təlimatlanmış, alınmış əməliyyat məlumatının məzmunu və görülməli işlər onlara izah edilmişdir. Qrupun digər üzvləri ilə birlikdə onlar tərəfindən Təqsirləndirilən şəxs harada olması ilə bağlı müşahidə keçirilmiş və həmin gün saat 14:10-da Maştağa qəsəbəsində yerləşən “Xəyal” ticarət evinin qarşısında “Mercedes” **-RT-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşmış, özlərini təqdim etmişlər. Bundan sonra onun şəxsiyyəti müəyyənləşdirilmiş və onun barəsində əməliyyat məlumatı daxil olan Təqsirləndirilən şəxs olduğu təsdiq olunmuşdur. Barəsində əməliyyat axtarış keçirilməsi ilə bağlı qərarı tanış etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə şübhəli olduğu üçün onu baş idarəyə dəvət etmiş və heç bir narazıçılıq olmadan Nicata məxsus avtomobil də daxil olmaqla onu BMCMİ-yə gətirmişlər. Təqsirləndirilən şəxs onun öz avtomobilində əlləri açıq formada Baş İdarəyə gətirmişlər. Saxlanıldığı yerdə qərar Nicata elan edildikdən sonra əməliyyat şəraiti uyğun olmadığından, əlverişsiz şərait olduğundan onun üzərində hər hansı qanunsuz əşya olubolmaması soruşulmamışdır. Baş İdarədə təhqiqatçı tərəfindən onun hüquqlarını müdafiəsi üçün vəkillərin siyahısından onun özünün seçdiyi vəkil İdarəyə dəvət olunmuş, vəkilin iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs vəkilnən təmin olunduqdan sonra sonuncu vəkillə konfendsial ünsiyyət saxlamışdır, amma hansı müddətdə görüşmələrini yadında saxlamamışdır. Şəxsi axtarış keçirilənədək o, inzibati binada Nicatın yanında olmuş, onu nəzarətdə saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi ona təklif olunmuşdur. Təqsirləndirilən şəxs təklifdən sonra üzərində «şüşə» kimi tanınan psixotrop maddə olduğunu bildirmiş və əyninda olan gödəkçənin sol yan cibindən 03 ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonu və avtomobil açarını, şalvarının cibindən 100 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu-suala cavab olaraq həmin psixotrop maddənin özünə məxsus olduğunu, 2 gün əvvəl Masazır qəsəbəsində tanımadığı şəxsdən 90 manata alıb əldə etdiyini, istifadəçisi olduğuna görə üzərində gəzdirdiyini etiraf etmişdir. Pul və açar şəxsin özünə qaytarılmış, bükümlər, telefonlar isə qablaşdırılıb götürülmüşdür. Üzərinə baxış keçirilməsi haqqında protokol şəxsi axtarışdan dərhal sonra tərtib olunmuş, o, protokolu oxuyub imzalamışdır. Nicat özü də onun yanında protokolu oxuyub imzalamışdır. Bundan sonra idarənin həyətində olan, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, lakin oradan qanunsuz əşya aşkar olunmamış və götürülməmişdir. Avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, xatırladığı qədər Nicat özü də həmin protokolu imzalamışdır. Lakin zərurət olmadığından Nicatın yaşayış yerinə baxış keçirilməmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, saxlanılarkən, Baş İdarəyə gətirilərkən və ya Baş idarədə Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq olmamış, Nicat onlarla birlikdə sərbəst şəkildə idarəyə gəlmişdir. Videoçəkilişdə də tam səmimi olaraq psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Onun çayına hər hansı maddə və ya qatqı qatılması doğru deyildir. Təqsirləndirilən şəxs hər hansı dini təşkilatın üzvü olması ilə bağlı onlardaheç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman o, məhkəmədə olmamış, sonuncuya hər hansı təzyiq göstərməmişdir. Cinayət işinin ibtidai istintaqı mərhələsində müstəntiq tərəfindən əməliyyat tapşırığı verilmiş, lakin Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyi və satdığı şəxslərin dairəsi müəyyən olunmamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə dindirilmiş əlavə şahid – Təqsirləndirilən şəxs anası Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə evdən gedib, yalnız Nicatın evə qayıtmamasından axşam məumatları olmuşdur. Onunla bağlı DİN-nin 102 xidmətinə zəng etmiş və oğlunun Badamdarda yerləşən idarəyə aparıla biləcəyini öyrənmişdir. 01 dekabr 2022-ci il tarixdə Badamdara gedilmiş, oğlu orda olmadığından başqa polis orqanlarına gedilmiş və gecə saat 12-ə qədər Nicatı axtarmışlar. Saat 12-dən sonra ona zəng gəlmiş, oğlunun itməsi ilə bağlı Xırdalanda yerləşən polis idarəsinə gedib izahat verməsi tapşırılmışdır. Onlar Xırdalanda polisdə olarkən polis əməkdaşı oğlunun itməsi ilə bağlı ondan izahat götürmüş, sonra isə komputeri çevirib oğlunun şəkilini ona göstərmişdir. Təqdim olunan sənədləri imzalayıb evə qayıtmışdır. Növbəti gün axşama qədər 102-yə bir neçə dəfə zəng etmiş, oğlunun tapılmasını xahiş etmişdir. Sonda polisdən oğlunun itkin düşdüyünü, tapanda məlumat verəcəklərini bildirmişlər. Həmin vaxt o, ağlamış, gedib özünü öldürəcəyini demişdir. Daha sonra Xırdalan polisindən bir nəfər ona zəng edərək hara şikayət etdiyini soruşmuş, zəng etdiyi ünvanaları sadaladıqda, zəng edən “bu dəqiqə” sözü deyərək telefonu söndürmüşdür. Təxminən saat 7 radələrində kürəkənləri «Bandotdelə» getmiş və Təqsirləndirilən şəxs orada olmaması cavabını almışlar. Evə gəldikdən sonra Nicatın həyat yoldaşı ona Lalə xanım adlı bir qadının zəng etdiyini, yoldaşının tutulduğunu və «Bandoteldə» olduğunu bildirmiş, Akif müəllimlə görüşüb maşının açarını ondan almağı məsləhət vermiş və sonuncunun oqna hər şeyi danışacağını demişdir. Lalə xanım adlı şəxslə o, özüm yenidən danışmış, sonuncu gedib Akif müəllimlə görüşməyi tapşırmışdır. Ora gedən zaman onlar yoldan qaytarılmış, uşqalara Nicatın orada olmadığını bildirmişlər. Lalə xanıma zəng etmiş, ona «deyirlər axı Nicat burda yoxdur» demişdir. Lalə xanım ona «yəqin Akif müəllim yoxdur, ona görə elə deyirlər.» cavabını vermişdir. Lalə xanım Nicatdan balaca narkotik aşkar olunduğunu, ona görə tutulduğunu və növbəti gün onu Kürdəxanıya yollayacaqlarını bildirmişdir. Növbəti gün Akif müəllimin yanında gedib onunla görüşdüm, ondan Nicatdan balaca narkotik aşkar olunduğunu və Kürdəxanıya aparılacağını öyrənmişdir. O, oğlunun narkotik istifadə etmədiyinə əmindir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirinin keçirilməsini əhatə edən müvafiq sənədlərlə - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən BMCMİ-nin rəisinin adına ünvanlanmış 01 dekabr 2022-ci il tarixli raport, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» eyni tarixli qərar, «əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, ə-334-007-22 saylı əmr, baş əməliyyat müvəkkili Elçin Rüstəiov tərəfindən BMCMİ-nin rəisinin adına ünvanlanmış 01 dekabr 2022-ci il tarixli başqa bir raport və 01 dekabr 2022-ci il tarixli 007-15382-1222, 007-15383-1222 və 007-15384-1222 saylı məktublarla müəyyən edilmişdir ki, Abşeron rayonunun, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 01 dekabr 2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar BMCMİ-nin rəisi tərəfindən təsdiq olunmaqla həmin qərarın surəti məlumat üçün aidiyyəti üzrə prokurorluq orqanına və qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmiş, yuxarıda tarixi və nömrəsi qeyd olunan müvafiq əmrə əsasən BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə BMCMİ-nin digər baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, ətrafında əməliyyat tədbiri keçirilən Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə, saat 14:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən “Xəyal” ticarət mərkəzinin qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına aparılmışdır (iş vərəqə: səh.4, 5-6,7-8,9,41,42,43). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası DİNnin BMCMİ-nin baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş «Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında» 01 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqə: səh. 88). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 01 dekabr 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş təhqiqatçısı Murad Azayevin rəhbərliyi ilə Bakı şəhər 25 saylı Vəkil Bürosunun vəkili X3 və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə video müşaiyət altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» 01 dekabr 2022-ci il tarixli qərarla tanış edilməklə üzərində qanunsuz olaraq saxlaya biləcəyi əşyaları, o cümlədən narkotik vasitələri və ya psixotrop maddələri könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının müvafiq təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 03 ədəd sellofan bükümü, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonu və avtomobil açarını, şalvarının cibindən 100 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, 03 ədəd sellofan bükümdə təqdim etdiyi «şüşə» kimi tanınan maddənin onun özünə məxsus olduğunu, 2 gün əvvəl Masazır qəsəbəsində tanımadığı şəxsdən 90 manata alıb əldə etdiyini, istifadəçisi olduğuna görə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış nəticəsində başqa əşya və ya predmet aşkar edilməmişdir. Tədqiq olunan 01 dekabr 2022-ci il tarixli protokolun məzmunundan, həmçinin görünür ki, aşkar edilib götürülən metamfetamin psixotrop maddəsinə oxşar, ağ rəngli 3 (ədəd) bükümdə olan şübhəli kütlələr qablaşdırılmaqla götürülmüş, bütün iştirakçılar, o cümlədən müdafiəçi və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış prosesində həmçinin 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonlar tədqiqat üçün götürülmüş, avtomobil açarı və 100 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış və götürmə BMCMİ-nin inzibati binasında aparılmış, şəxsi axtarış “SONY» markalı videokamera vasitəsi ilə lentə alınmış və həmin videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk tərtib olunan protokola əlavə edilmişdir (iş vərəqə: 27-28,33). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 6/6849 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellefon bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr; şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, üç imza, tərtib etdi: M.Azayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 03(üç) ədəd bükümlərdəki təmiz çəkiləri - 1,768 qram, 4,578 qram, 4,678 qram olmaqla ümumi təmiz çəkisi 11,024 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəydən görünür ki, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına daxildirlər (iş vərəqə: 44-48). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmənarkaloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 7327 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 107-108). İbtidai istintaq orqanının müvafiq əməliyyat tapşırığına əməliyyat xidməti tərəfindən verilmiş 007-16972-1222 nömrəli cavab məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin, narkotik vasitə və psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: 94-95, 111). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərarlarına əsasən ümumi təmiz çəkisi 11,024 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, eksprertiza tədqiqatlarından sonra qalıq qalmış 10,874 qram metamfetamin psixotrop maddəsi saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin tədqiq olunan həmin qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 154-164). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: 154-164). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metafetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə metamfetamin psixotrop maddəsinin təmiz çəkisi ümumilikdə 11,024 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 11,024 qram olmaqla külli miqdar anlayışının start miqdarından 5 dəfədən artıq miqdar təşkil etməsi, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə hallarının istisna olunmaması, əməliyyat xidmətinin məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq metamfetamin psixotrop maddəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, onun üzərində heç bir növdən olan narkotik vasitəsi və ya psixotrop maddə olmamaması, qanunsuz saxlanılması və polis tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalması, etirafedici ifadələr verməyə məcbur edilməsi və “Müsəlman birliyi” cəmiyətinin üzvü olmaqla ibadətlə məşğul olması, inancı şəxs olması ilə bağlı tutulması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə polis tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Belə ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq, təsir və işgəncəyə və ya qeyri-insani rəftara məruz qalıb-qalmaması xüsusatı üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə 08 fevral 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (iş vərəqə: 146-148). Məhkəmə, həmçinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid kimi dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid4 ifadəsini təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın mahiyyəti ilə uyğun olmayan, ittihamın təkzib olunması üçün qeyrimötəbər ifadə kimi qiymətlləndirir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: 133-134). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2010, 2013 və 2018-ci il təvəllüdlü olmaqla üç nəfər uşaqları vardır və bunlardan iki nəfəri azyaşlıdırlar (iş materialları). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkaloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 7327 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin Təqsirləndirilən şəxs rəyin nəticələrinə uyğun olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2022-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 01 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 dekabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 10,874 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 92,00 (doxsan iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 10,874 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 92,00 (doxsan iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1069/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1069/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver