Məhkəmə qərarları › İş №1(101)-1069/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1069/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1069/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar - Zərərçəkmiş şəxs1 Oktay oğlunun, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1988-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük savxozu, nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs təkrarən külli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirərək dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibarən sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Quba rayonunda daş karxanasını icarəyə götürərək işlədib birlikdə qazanc əldə edəcəklərinə dair yalan vədlər verərək aldadıb 2022-cİ ilin aprel ayından avqust ayına kimi olan müddət ərzində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi 2 saylı binanın həyətində sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 25000 manat, 10000 manat, 20000 manat və 10000 manat olmaqla cəmi 65000 manat pul alıb ələ keçirərək, verdiyi vədlərə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 65000 (altmış beş min) manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibarən sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 rayondan kənd təsərrüfatı məhsulları alıb Bakı şəhərinə gətirərək satıb birlikdə qazanc əldə edəcəklərinə dair yalan vədlər verərək aldadıb 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 saylı binanın həyətində sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 10000 manat, 10000 manat və 7000 manat olmaqla, cəmi 27000 manat pul alıb ələ keçirərək, verdiyi vədlərə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 27000 (iyirmi yeddi min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibarən sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 rayondan kənd təsərrüfatı məhsulları alıb Bakı şəhərinə gətirərək satıb birlikdə qazanc əldə edəcəklərinə dair yalan vədlər verərək aldadıb 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 2 saylı binanın həyətində sonuncudan 10750 manat pul alıb ələ keçirərək, verdiyi vədlərə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 10750 (on min yeddi yüz əlli) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 5.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını aldatma və etibarən sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Oktay oğluna rayondan kənd təsərrüfatı məhsulları alıb Bakı şəhərinə gətirərək satıb birlikdə qazanc əldə edəcəklərinə dair yalan vədlər verərək aldadıb 09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Bolmart” mağazasının yaxınlığında sonuncudan cəmi 13600 manat ekvivalentində olan 8000 ABŞ dolları pul alıb ələ keçirərək, verdiyi vədlərə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs1 Oktay oğluna ümumilikdə 13600 (on üç min altı yüz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sübutların tədqiqi: 6.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, 1988-ci ildə may ayında Neftçala rayonunda anadan olmuşdur. 2018-ci ildən Yeni Günəşlidə, B massivində meyvə-tərəvəz satışı ilə məşğul olmuş, daha sonra, meyvə-tərəvəz yaxşı işlədiyinə görə topdan satışı ilə məşğul olmuş, 8ci kilometr bazarına mal vermişdir. Daha sonra, malı depozit qoyub götürdüyü üçün bu ona sərf etməmiş, 2022-ci ildə torpaq götürüb meyvə-tərəvəz əkmək qərarına gəlmiş və Quba rayonundan bunun üçün yer götürmüşdür. Şitilləri Buzovnadan alaraq gətirib götürdüyü ərazidə əkmişdir. Orda olduğu müddətdə daş karxanası işlədən bir yoldaşla tanış olmuşdur. O, daş karxanası götürüb işlətmək işində yaxşı perspektiv olduğunu bilmiş, 2023-cü ilin aprel ayında Quba rayonunda daş karxanası götürüb işlətməyə başlamış, onların karxanası bir konusa 800 kubmetr daş kəsmişdir. Bir qədər sonra çay məcrasını dəyişdirdiyindən bütün işlər dayanmışdır. O, Ekologiya və Təbii Sərvətlər naziri Azər müəllimin də qəbulunda olmuş, ona bildirilmişdir ki, əslində daş lazımdır, lakin cənab Prezidentin Fərmanı ilə bütün işlər dayandırılmışdır. O, zərərçəkmiş şəxslərdən Ziyanı uşaqlıqdan tanımış, Əhmədlidə bir yerdə böyümüşlər. Ziyanın onun işlərindən xəbəri olmuş, ona özü yaxınlaşmışdır. Həqiqətən zərərçəkmişlərdən bir dənə Ziya ona özü yaxınlaşmış, digərlərinə isə o, yaxınlaşmışdır. O, Ziyaya işlərindən danışmış və bu işlərdə xeyir olduğunu demişdir. O, Ziyadan ilk dəfə 10 min manat, ikinci dəfə 10 min manat, üçüncü dəfə 7 min manat almış, ilk iki 10 min manata görə aylıq 1500 manat ödəyirmiş, sonuncu 7 minə görə isə nə qədər ödəməli olduğu yadında qalmamışdır. Amma Ziyanın ifadəsində qeyd etdiyi bir məsələ var, deyir ona ümumilikdə 27 min pul vermiş, 9 mini qazanc kimi qaytarılmış, amma 33 min tələb edir. Bunu keçən dəfə Ziya özü də ifadəsində qeyd etdi ki, elə belə demişdir. O, Ziyadan 27 min pul almış, 9 mini qazanc kimi qaytarmışdır. Zərərçəkmiş şəxs2 10750, daha sonra razılıqlarına əsasən 5500 pul almışdır. Zərərçəkmiş şəxs4 65 min pul almış, amma Turxanın yazdığı rəqəmlər kimi olmamış, Turxan konkretləşdirib 60 min yazmışdır. Əslində isə o, Turxandan 65 min borc almış, 15 min isə qaytarmışdır. Altaydan borca 13600 pul almış, lakin ona heç nə qaytarmamışdır. Bundan əlavə Ziyaya 2 dəfə borcdan 400-400 pul qaytarmış, amma Ziya bunu borcdan silmədiyini, çünki bankın faizini ödədiyini bildirmişdir. Bundan sonra borclarını qaytara bilməmiş, çünki heç biri borcdan çıxılmadığı üçün ona sərf etməmişdir. Turxandan 65 min, Altaydan 13600 borc almış, Turxan və Altayla borc müqaviləsi bağlamışlar. O, borcun müqabilində həmin pulla iş görmüş və hissə-hissə qaytarmışdır. Turxandan aldığı 65 min borcdan 15 min qaytarmışdır. Turxan bunu özü ifadəsində qeyd etmiş, bundan əlavə o, Turxana 700 manat da qaytarmış, yəqin Turxanın yadından çıxmışdır. Ziyadan 27 min borc almış, 9 min qaytarmışdır. Ziya ona bildirmişdir ki “bütöv olaraq verə bilsən 18 min ver borcu bağlayaq”. Əlavə olaraq Ziyaya 400-400 pul vermiş, amma faizə verdiyindən onu borcdan saymamışdır. Zərərçəkmiş şəxs2 10750 manat borc almış, daha sonra həmin borcu qaytarıb yenə 550 manat borc almışdır. Altaydan 13600 borc almış, həmin pulla torpaq sahəsinə X6 toxum almış, onunla borc müqaviləsində razılaşmışlar ki, o, hissə-hissə qaytara bilər. Lakin Altay sonra xırda pul istəmədiyini demiş, onu bugünkü gün çətin vəziyyətə salanda elə o olmuşdur. O, ümumən meyvətərəvəz işi ilə məşğul olmuş və borcları bu səbəbdən almışdır. O, 2019-dan bəri nə maşınını təzələmiş, nə telefon almış, nə də hər hansı zərərli vərdişi olmuşdur. Onun məqsədi hamı kimi ailəsinə yaxşı yaşayış təmin etmək olmuş, lakin sonra batmış, çabaladıqca daha çox batmış, bir neçə ay bunu hamıdan gizlətmişdir. Borcluların borclarını qaytarırmış, amma sonda atasına vəziyyəti demiş, ilk öncə özünü binadan atmaq istəmiş, lakin uşaqlarının onsuz pis vəziyyətdə qalacağını fikirləşmişdir. 7.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının latın qrafikası ilə yazıb-oxumağı bacarır və orta məktəbi Bakı şəhərində bitirmişdir. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Turxanı və Altayı təxminən uzun müddətdir ki, tanıyır. Onlarla bu hadisələrdən əvvəl normal münasibəti olmuşdur. Yalnızca Turxanla bu hadisə ərəfəsində tanış olmuşdur. Özü kartof və pomidor əkib sataraq qazanc əldə etmək, həm də daş karyeri icarəyə götürərək işlətmək istəmiş, lakin pulu olmamışdır. Buna görə də, bu işi görmək üçün investor kimi şəxslər axtarmağa başlamışdır. Bu zaman bu barədə fikrin əvvəlcə Turxana demiş və ona Quba rayonu, Qara çayın üzərində yerləşən karyeri icarəyə götürərək işlədib qazanc əldə etmək və hər 7500 manata hər ay 1250 manat xeyir kimi vermək barədə razılığa gəlmişlər. Bundan sonra 2021-ci ilin yay aylıarında dəqiq xatırlamadığı zaman Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində Turxandan hissə-hissə olmaqla cəmi 65000 manat pul almışdır. Həmin pulun bir hissəsini dediyi kimi daş kariyerinə yatırmış, bir hissəsini isə Şabran rayonu, Güləmli kəndində 52 hektar torpaq sahəsi icarəyə götürərək orada taxıl əkmişdir. Həmin işlərdən əldə olan xeyirdən isə Turxaya xeyir kimi 20000-25000 manat arası pul vermişdir. Bundan sonra Ziya və Ramilə bu işi görməyi üçün ona pul vermələrini xahiş etmişdir. Həmin vaxt onları əmin etmişdir ki, bu iş ziyanı olmayan işdir və yaxşı gəlir əldə etmək mümkündür, həm də əldə olunan gəlirdən isə onların payını verəcəyinə söz vermişdir. Belə ki, o, Ziya ilə hər verdiyi 10000 manat üçün ayda 1500 manat və 7000 manat üçün isə hər ay 1000 manat pul verəcəyi barədə razılaşmışdır. Bundan sonra 2020ci ilin avqust ayında o, Ziyadan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 10000 manat, 10000 manat və 7000 manat olmaqla, cəmi 27000 manat pul almışdır. Aldığı həmin pula Quba rayonu, İsnov Qışlaq kəndində 5 hektar torpaq sahəsi icarəyə götürərək orada pomidor əkmiş, həm də həmin puldan aylıq ödəniş kimi Ziyaya 9000 manat pul qaytarmışdır. Həmin ərəfədə, yəni 2022-ci ilin sentyabr ayında Ramildən hissə-hissə 10000 manat və 750 manat olmaqla cəmi 10750 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində almışdır. Həmin pulu aldığı zaman da Ramilə hər ay ***-**** manat verəcəyi barədə razılaşmışdır. Ramildən aldığı 10750 manat pulun da bir hissəsini pomidor işinə, qalan hissəsini isə rayonlardan və meyvəli bazarından kartof alıb sataraq qazanc əldə etmiş və həmin puldan hissə-hissə olmaqla cəmi 6000 manat pulu Ramilə qaytarmışdır. Daha sonra isə o, 2022-ci ilin dekabr ayında Altayla əlaqə saxlayaraq görüşmüş və ona kartof əkib sataraq qazanc əldə etməyi təklif etmişdir. Onunla verəcəyi 13800 manat ekvivalentində olan 8100 ABŞ dollar pul 10 günə kimi üzərində 1800-2000 manat pul xeyir kimi pulunu tam qaytaracağı barədə razılaşmışlar. Bundan sonra Altay ona Bakışəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində həmin 8100 ABŞ dollar pulu vermişdir. Ancaq həmin 8100 ABŞ pulu o, kartof əkməyə sərf etməmiş, digər aldığı pulların aylıqlarını ödəməyə sərf etmişdir. Beləliklə də o, Turxandan aldığı cəmi 65000 manat, Altaydan aldığı cəmi 13800 manat ekvivalentində 8100 ABŞ dolları, Zərərçəkmiş şəxs3 aldığı 2700 manat pulu və Zərərçəkmiş şəxs2 aldığı 10750 manat pulu götürərək pomidor əkib satmaq, kartof alıb satmaq, daş kariyeri işlətmək kimi işlərə sərf etsə də, nəticədə heç bir işdə uğur əldə edə bilməyərək ziyan etmişdir. Buna görə də, həmin aldığı pulları qaytara bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, 2023-cü ilin yanvar-fevral aylarında 400 manat və 400 manat olmaqla cəmi 800 manat pulu Ziyaya vermiş, 2023-cü ilin yanvar ayında isə 700 manat pulu Turxana qaytarmışdır. O, Turxandan 65000 manat pulu hissəhissə daş karyeri açıb işlətmək və kartof alıb satmaq adı ilə Altaydan 8100 ABŞ dollar pulu kartof alıb satmaq adı ilə Ziyadan 27000 manat pulu kartof alıb satmaq adı ilə və Ramildən isə 10750 manat pulu kartof alıb satmaq adı ilə almışdır. Lakin həmin pulların bəzilərini təyinatı üzrə istifadə etsə də, bir qismini digər borclarını bağlamaq və aylıq ödənişlərini etmək üçün xərcləmişdir (İ cild, səh. 131-133). 8.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Oktay oğlu ifadəsində bildirmişdir ki, Nəsib dekabr ayında İntiqam adlı qonşusu ilə ona yaxınlaşaraq kartof gətirdiyini, pulunun çatmadığını demiş, o da pulunun olmadığını, bu işlərlə məşğul olmadığını bildirmişdir. O, Nəsibi çoxdan oturduğu “Ocaq” çayxanasından tanımışdır. Axırıncı dəfə kababxana işlətmiş, ancaq salam və sağol olmuşdur. Sonra ona demişlər ki, “pis adam deyil, imkan varsa kömək et”. Onlar notariata getmişlər, orada bank əməliyyatlarının dayandığını demişlər. Sonra Nəsib ona yalvararaq on günə qaytaracağını, kartofdan xeyir götürsə ona da verəcəyini demişdir. Nəsib onunla notariata getdiyinə görə güvənmişdir. İki gündən sonra ona Nəsibin hamını aldadaraq pulların yediyini demişlər. Bundan sonra qaynatasının yanına getmiş və qaynatası Nəsib harada olmasını bilmədiyini deyərək atasının nömrəsini vermişdir. Sonra atasına zəng edərək Nəsibin ondan pul aldığını və qaytarmasını istəmişdir. Həmin kişi and içərək pulu özünün qaytaracağını demişdir. Bir aydan sonra həmin vəziyyət olduğunu görmüş, atası bir ay da vaxt verməsini istəmişdir. O, Nəsibə demiş, Nəsib də bildirmişdir ki, “mən papaya demişdim ki, qazanıb qaytaracam, amma qazana bilmədim”. O, 3-4 ay sonra infakt keçirmişdir. O, ikisi maşında olanda Nəsibə 8000 ABŞ dolları pul vermiş, həmin pulun müqabilində Nəsib kartofu satandan sonra xeyirdən ona da verəcəyini demişdir. Bugünki günə bir manat belə almamışdır. Ona 8000 ABŞ dolları (13600 manat) ziyan dəymiş, bir manat da qaytarılmamışdır. Hal-hazırda ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu və təqsirləndirilən şəxslə aralarında barışığın olmadığını bildirmişdir. 9.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Oktay oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, X3 onun yaşadığı evin yaxınlığında meyvə-tərəvəz satdığı üçün tanımış və onunla arasında belə münasibət yaranmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin avqust ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Çay ocağı” adlı çay evində X5 ilə çay içən zaman Nəsib ona öz işi barədə danışmağa başlamış və kənd təsərrüfatı məhsullarının alışsatışında yaxşı qazanc olduğunu bildirmişdir. Bundan sonra Nəsib ona bu işi görmək üçün ona müəyyən miqdarda pul versə, bu işi genişləndirə biləcəyini və əldə etdiyi qazancı onunla yarı-yarıya bölüb ona pul verə biləcəyini demişdir. O isə bununla razılaşmamışdır. Lakin 2022-ci ilin dekabr ayının 3-də 1 tır kartof sifariş verdiyini, onun pulunu verməsə çox ziyan edəcəyini demiş və ondan xahiş etmişdir ki, ona 8000 ABŞ dolları pul verməyini, 10 gün ərzində kartofu tam satıb ona 8000 ABŞ dolları vəüstündə 1000 manata pul xeyir kimi verəcəyini demişdir. O, yenə də onun bu şərti ilə razılaşmamışdır. Lakin 3-4 gün yaşadığı evə gəlib ondan bu barədə xahiş etdiyi üçün onun çıxılmaz vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra razılaşmış və 09 dekabr 2022-ci il tarixdə ünvan 3 ünvanındakı binanın qarşısında 8000 ABŞ dolları pulu sayıb Nəsibə vermişdir. Həmin vaxt Nəsib bir daha söz vermişdir ki, kartofu 10 günə kimi satıb onun 8000 ABŞ dolları pulunu üstündə 1000 manat xeyir ilə birlikdə ona verəcəkdir. O, Nəsibə bu pulu verdiyi zaman onun xahişi ilə özü ona məxsus mobil telefonla özünün videolentə alaraq ondan 8000 ABŞ dolları pul götürdüyünü, 10 günə kimi pulu qaytara bilməsə özünə məxsus “Opel” markalı avtomobili pulun əvəzində ona verəcəyini demişdir. Lakin həmin vaxtdan 10 gün keçdikdən sonra Nəsibdən xəbər çıxmadığı üçün özü Nəsiblə əlaqə saxlamış və işin nə yerdə olduğunu, pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxtdan isə Nəsib ona müxtəlif bəhanələr gətirərək verdiyi 8000 ABŞ dolları pulu qaytarmamış və nəticədə ona 13600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Nəsib 1 tır kartof gətirib sataraq qazanc əldə etmək barədə yalan vədlər verərək onu özünə inandırdığıüçün ona 13600 manat ekvivalentində olan 8000 ABŞ dolları pulu vermişdir (İ cild, səh. 56-58). 10.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2017-ci ildə Günəşlidə internet klubda oyun oynamışlar, təqsirləndirilən şəxslə münasibətləri “Ocaq” çayxanasında irəliləmiş, yay aylarında ora çox getmişdir. Onun ipotekası olduğundan iş tapıb tez bağlamağa çalışmışdır. Nəsib ona kartof işini təklif etmişdir. “Ocaq” çayxanasının yanında maşında Nəsibə 10000 manat pul verilmiş və 700-900 manat aralığında aylıq gəlir olması barədə danışmışlar. Sonra başqa bir iş də deyərək 10000 manat pul istəmiş, onu da xeyir ilə qaytarmışdır. Ondan sonra yeni ilə kimi pulun qaytarmalı olması barədə danışmışlar. Sonradan Nəsib bu gün verəcəyəm, sabah verəcəyəm demişdir. Sonra Nəsibin nə qədər adamı aldatdığını öyrənmişdir. Üstündən 6 ay keçsə də borcunu qaytarmamışdır. Nəsib onun 10750 manat pulunu ələ keçirmiş, bugünkü günə Nəsibin ona 10750 manat borcu olmuş, pulu Nəsibə təklikdə maşında vermişdir. İlk dəfə pulu 2022-ci ildə yay vaxtlarında Günəşlidə “Ocaq” çayxanasının yanında vermiş, birinci dəfə 10000 manat vermiş, pomidor, kartof satmaq adı ilə istəmişdir. Sentyabr ayında əlavə 7 günlük 10000 pul istəmiş, 900 manat xeyirlə qaytarmış, həmin ayda da 7000 manat istəmiş, 700 manat xeyirlə qaytarmışdır. Noyabr ayında Nəsibə 750 manat pul vermişdir. O, nə qədər xeyir götürdüyümü hesablamış və borcdan həmin xeyiri çıxmışdır. O, Nəsibə polis bölməsində də dediyini, artıq heç nə istəmədiyini, nə qədər borcu var onu qaytarmasını tələb etdiyini bildirmişdir. Ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu və təqsirləndirilən şəxslə aralarında barışığın olmadığını bildirmişdir. 11.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, X3 iş yoldaşı Ziya Mahmudovun vasitəsilə uzun müddətdir ki, tanıyır və bu hadisəyə kimi onunla arasında həmişə normal münasibət olmuşdur. 2022-ci ilin avqust ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Çay ocağı” adlı çay evində X5 iləçay içən zaman Nəsib onaöz işi barədə danışmağa başlamış və kənd təsərrüfatı məhsullarının alış-satışında yaxşı qazanc olduğunu bildirmişdir. Bundan sonra ona təklif etmişdir ki, ona bu işi görmək üçün ona müəyyən miqdarda pul versə, bu işi genişləndirə bilər və əldə etdiyi qazancı onunla yarı-yarıya bölüb ona pul verə bilər. O da bu barədə düşünəcəyini demişdir. Bundan əvvəl də Nəsibin bu işi gördüyünü bilmişdir. Nəsib ona rayonlardan kartof gətirərək müxtəlif bazarlarda satacağını və yaxşı qazanc əldə edəcəyini, bunun üçün yaxşı pula ehtiyacı olduğunu demişdir. Bu söhbətdən sonra dəfələrlə Nəsiblə görüşüb söhbət etmişlər və hər dəfə Nəsib narahat olmamağı, bu işdə ziyan olmayacağını, qısa müddət ərzində verdiyi pulun xeyrini ona verəcəyini və istədiyi zaman da verdiyi pulu tam şəkildə qaytaracağına əmin etmişdir. O da Nəsibə inanmış və onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra 2022-ci ilin avqust ayının əvvəllərində dəqiq xatırlamadığı zaman Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi 2 saylı binanın həyətində 10750 manat pulu Nəsibə vermişdir. Həmin vaxt Nəsilə indi pomidorun yaxşı xeyir verdiyini, həmin pulun hamısını pomidora yatırıb bir maşın pomidor sifariş edəcəyini, qısa müddət ərzində də həmin pomidoru satıb qazancı böləcəyini demişdir. O isə Nəsibin sözlərinə etibar etdiyi üçün inanmışdır. Bundan bir neçə gün sonra Nəsib yenidən onaəlavə işlər də gördüyünü, qısa müddətlik pula ehtiyacı olduğunu, ona maddi köməklik göstərsə, görəcəyi işin qarşılığında əldə edəcəyi puldan ona xeyir kimi verə biləcəyini demişdir. O, artıq Nəsibin dediklərinə inanmışdır. O, bundan sonra 2022-ci ilin avqust ayından noyabr ayına kimi olan müddət ərzində Nəsibəəlavə olaraq 17000 manat pul vermişdir. Həmin vaxt Nəsib ona üstündə 2000 manat xeyir kimi olmaqla cəmi 19000 manat pul verəcəyini demişdir. Həqiqətən də, bir neçə gün sonra Nəsib ona 19000 manat pulu tam şəkildə qaytarmışdır. Lakin həmin vaxtdan bir müddət sonra o, Nəsibdən ilk verdiyi 10750 manat pulun xeyrini niyə vermədiyini soruşduqda Nəsib hər dəfə müxtəlif bəhanələr edərək onu aldatmışdır. Bir neçə ay keçdikdən sonra artıq Nəsibin onu aldatdığını başa düşmüş və ondan verdiyi 10750 manat pulu tam şəkildə ona qaytarmasını tələb etməyə başlamışdır. Nəsib isə hər dəfə ona müxtəlif bəhanələr gətirərək ona olan etibarından sui-istifadə edərək aldatmış və pulunu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Nəsib rayonlardan müxtəlif kənd təsərrüfatı məhsulları alıb gətirərək Bakı şəhərində müxtəlif bazarlarda sataraq əldə edəcəyi pulun xeyrini yarıya böləcəyinə dair yalan vədlər verərək onu özünə inandırdığı üçün ona 10750 manat pul vermişdir (İ cild, səh. 64-66). 12.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslə məhəllədən tanışdır. Tikdiyi ev yarımçıq qalmış və bununla bağlı kredit götürmüş, ona 25000 kredit vermişlər. Onlar Nəsibi mədəni, təmiz insan kimi tanımışlar. O, Nəsibə pulu iyulun əvvəli “Ocaq” çay evinin yanında vermiş, ilk dəfə 10000 vermiş, Nəsib də bir ay ona 1500 vermişdir. Sonra Nəsib ona yenə 10000 lazım olduğunu demiş, o da pulunun olmadığını bildirmişdir. Nəsib ona “maşınımı qoyuram narahat olma, lazım gəlsə maşınımı satıb verəcəm sənə” demişdir. Sonra Nəsibə 7000 pul lazım olmuş, ona da kart açdırmışdır. Dekabrın 13-ü çayxanaya gəldikdə görmüşdür ki, vəziyyət o deyil. Nəsib ondan pulu borc yox, iş görmək adı ilə almışdır. Nəsibə 27000 manat nağd pul vermiş və həmin pulu tələb edir. Ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu və təqsirləndirilən şəxslə aralarında barışığın olmadığını bildirmişdir. 13.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, X3 iş yoldaşı Ziya Mahmudovun vasitəsilə uzun müddətdir ki, tanımış və bu hadisəyə kimi onunla arasında həmişə normal münasibət olmuşdur. 2022-ci ilin avqust ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Çay ocağı" adlı çay evində X5 ilıəçay içmişlər. Bu zaman Nəsib ona öz işi barədə danışmağa başlamış və kənd təsərrüfatı məhsullarının alışsatışında yaxşı qazanc olduğunu bildirmişdir. Bundan sonra Nəsib ona təklif etmişdir ki, bu işi görmək üçün ona müəyyən miqdarda pul versə, bu işi genişləndirə bilər vəəldə etdiyi qazancı onunla yarı-yarıya bölüb ona pul verə bilər. O da bu barədə düşünəcəyini demişdir. Bundan əvvəl də Nəsibin bu işi gördüyünü bilmişdir. Nəsib ona rayonlardan kartof gətirərək müxtəlif bazarlarda satacağını və yaxşı qazanc əldə edəcəyini, bunun üçün yaxşı pula ehtiyacı olduğunu demişdir. Bu söhbətdən sonra dəfələrlə Nəsiblə görüşüb söhbət etmişlər və hər dəfə Nəsib narahat olmamağı, bu işdə ziyan olmayacağını, qısa müddət ərzində verdiyi pulun xeyrini ona verəcəyini və istədiyi zaman da verdiyi pulu tam şəkildə qaytaracağına əmin etmişdir. O, Nəsibə inanmış və onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra 2022-ci ilin avqust ayının əvvəllərində dəqiq xatırlamadığızaman Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi 2 saylı binanın həyətində 10000 manat pulu Nəsibə vermişdir. Həmin vaxt Nəsib indi pomidorun yaxşı xeyir verdiyini, həmin pulun hamısını kartofa yatırıb bir maşın kartof sifariş edəcəyini, qısa müddət ərzində də həmin kartofu satıb 3000 manat qazanc əldə edəcəyini, həmin qazancın 1500 manatını ona verəcəyini, qalan 1500 manatı isə özünə götürəcəyini bildirmişdir. O, Nəsibin sözlərinə etibar etdiyi üçün inanmışdır. Bundan bir neçə gün sonra Nəsib yenidən həqiqətən də kartofu 8-ci km bazarında satdığını bildirib dediyi kimi 1500 manat ona pul vermişdir. Bundan sonra Nəsib ona əlavə işlər də gördüyünü, qısa müddətlik pula ehtiyacı olduğunu, ona maddi köməklik göstərsə, görəcəyi işin qarşılığında əldə edəcəyi puldan ona xeyir kimi verə biləcəyini demişdir. O, artıq Nəsibə tam inanmış və 1500 manat pul manata bir dəfə xeyir verdiyi üçün inanıb “Yelo” bankdan 10000 manat pul kreditə götürərək Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi 2 saylı binanın həyətində həmin 10000 manat pulu Nəsibə vermişdir. Bundan iki gün sonra yenidən 2022-ci ilin noyabr ayının 1-də o “Yelo” bankdan bir daha 7000 manat kredit götürüb Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən “Bravo” marketin içərisindəki “Unibank”a məxsus terminal aparatından 7000 manat pulu çıxarmış və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi 2 saylı binanın həyətində 7000 manat pulu Nəsibə vermişdir. Beləliklə də, Nəsibə hissə-hissə olmaqla cəmi 27000 manat pul vermişdir. Verdiyi pulun qarşılığında isə Nəsib ona hissə-hissə qazanc kimi cəmi 9000 manat pul vermişdir. Bir neçə ay keçdikdən sonra artıq Nəsibin onu aldatdığını başa düşmüş və ondan verdiyi 27000 manat pulu tam şəkildə qaytarmasını tələb etməyə başlamışdır. O, Nəsibə verdiyi pulun böyük bir qismini bankdan kredit götürdüyü üçün ondan 27000 manat yox 33000 manat pul tələb etmişdir. Nəsib isə hər dəfə ona müxtəlif bəhanələr gətirərək ona olan etibarından sui-istifadə edərək aldatmış və pulunu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Nəsib rayonlardan müxtəlif kənd təsərrüfatı məhsulları alıb gətirərək Bakı şəhərində müxtəlif bazarlarda sataraq əldə edəcəyi pulun xeyrini yarıya böləcəyinə dair yalan vədlər verərək onu özünə inandırdığı üçün ona 27000 manat pul vermişdir (İ cild, səh. 74-77). 14.Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o da Nəsibi kababxanadan oranı işlədən şəxs kimi tanımışdır. Heç vaxt onun əxlaqına, mədəniyyətinə şübhələri olmamış, bu məsələləri eşidəndə təəcüblənmişdir. O, 2022-ci ilin aprel ayında Nəsibə 25000 pul vermiş, Nəsib Qubada daş karxanası götürüb işlətməli idi, ona qazancı yarı böləcəklərini demiş, o da inanmışdır. Pulu Nəsibə “Ocaq” çayxanasının yanında vermiş və Nəsib 1000-1500 arası qazanc olacağını bildirmişdir. Birinci ay çətinlikləri olmuş, o da pulu digər şəxslərdən almışdır. Bir müddət keçəndən sonra 1500 manat ödəmiş, iki ay da ödəmişdir. Atası görüşmək istədiyindən zəng etmişlər. Nəsib cavab verməmiş, narahat olmuşlar, görüşdükdə atası Nəsibin onları aldatdığını bildirmişdir. İlk dəfə 25000 manat pulu 2022-ci il aprel ayının 15-i “Ocaq” çayxanasının yanında Nəsibə vermiş, Nəsib 1000-1500 qazanc olacağını demiş, bir ay ödəməmiş, sonrakı ayları hissəli şəkildə ödəmişdir. Nəsibə ümumilikdə 50000 pul verilmiş, 10000-15000 qaytarmış, yerdə qalan pulu tələb edirlər. Hal-hazırda ona vurulmuş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu və təqsirləndirilən şəxslə aralarında barışığın olmadığını bildirmişdir. 15.Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, X3 yaşadığı evin yaxınlığında obyekt işlətdiyi zaman tanımış və onunla arasında normal münasibət yaranmışdır. 2022-ci ilin aprel ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Çay ocağı" adlı çay evində X5 ilə çay içən zaman Nəsib ona öz işi barədə danışmağa başlamış və kənd təsərrüfatı məhsullarının alış-satışı ilə məşğul olduğunu, həm də daş karxanası götürüb işlədərək yaxşı qazanc əldə edə biləcəyini demişdir. Bundan sonra Nəsib ona təklif etmişdir ki, daş karxanası icarəyə götürüb işlətmək üçün ona müəyyən miqdarda pul versə, əldə etdiyi qazancı onunla yarı-yarıya bölüb ona pul verə bilər. O da bununla razılaşmışdır. Bundan sonra 15 aprel 2023-cü il tarixdə Nəsibin təklifi ilə ona ünvan 4 ünvanındakı binanın qarşısında 25000 manat pul vermişdir. Bundan sonra Nəsib söz verdiyi kimi ona bir neçə ay müxtəlif miqdarlarda pul vermişdir. Bundan sonra 2022-ci ilin avqust ayında Nəsib yenidən həmin biznesi genişləndirmək üçün ondan əlavə pul verməyini istəmişdir. O da Nəsibin dindar olması və sözünün üstündə duracağını düşündüyü üçün ona etibar edib razılaşmış və 2022-ci ilin avqust ayında 20000 manat, 2022-ci ilin noyabr ayında isə 15000 manat pulu ünvan 4 ünvanındakı binanın qarşısında Nəsibə vermişdir. Beləliklə də, 2022-ci ilin aprel ayının 15-dən 2022-ci ilin noyabr ayına kimi olan müddət ərzində Nəsibə hissə-hissə olmaqla cəmi 65000 manat pul vermişdir. Lakin 2022-ci ilin noyabr ayından sonra Nəsib verdiyi vədlərə əməl etməmiş və ona heç bir miqdarda qazanc və ya pul verməmişdir. O, Nəsibin onu aldatdığını başa düşdükdə ondan verdiyi pulu tam qaytarmağını tələb etmişdir. Lakin Nəsib ona verdiyi cəmi 65000 manat puldan 15000 manatını ona qaytarmış, qalan 50000 manat pulu isə qaytarmamışdır. O, Nəsibdən hər dəfə pulunu qaytarmasını tələb etdikdə, Nəsib hər dəfə ona müxtəlif bəhanəlkər gətirərək verdiyi vədlərə əməl etməmiş və ona verdiyi pulun qalan hissəsini qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Bundan sonra o, hadisə barədə polisə müraciət etmək qərarına gəlmişdir. Nəsib Quba rayonunda daş karxanası icarəyə götürüb qazanc əldə etmək barədə yalan vədlər verərək onu özünə inandırdığı üçün ona hissəhissə olmaqla cəmi 65000 manat pul vermişdir. Sonradan Nəsib həmin puldan 15000 manat ona qaytarmış və hazırda Nəsibin ona cəmi 50000 manat verəcəyi qalmışdır (İ cild, səh. 155-157). 16.«İfadənin hadisə yerində yoxlanılması barədə» 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiklərini hadisə yerində əyani olaraq göstərmişdir (İ cild, səh. 165-168). 17.«Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 108). 18.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 4(010)- 317/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 avqust 2023cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 145-148). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X2 İdarəsindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 149). 20.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 27.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 28.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 29.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 31.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 32.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 33.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 34.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 35.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 36.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 37.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 38.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 39.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 40.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 41.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. 42.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır.

44. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 45.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 46.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Oktay oğlu mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 8000 ABŞ dollarının (məzənnə ilə 13600 manat) və dövlət rüsumuna ödədiyi 131 manatın əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. 48.Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 Oktay oğlunun mülki iddiası təmin edilməli, 13600 manat maddi ziyan və 131 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. 49.İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 10750 manatın və dövlət rüsumuna ödədiyi 123 manatın əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. 50.Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli, 5750 manat maddi ziyan və 123 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. 51.İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 27000 manatın və dövlət rüsumuna ödədiyi 171 manatın əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. 52.Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli, 17200 manat maddi ziyan və 171 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. 53.İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 Qadi oğlu mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 50000 manatın və dövlət rüsumuna ödədiyi 240 manatın əvəzinin alınaraq ona verilməsini xahiş etmişdir. 54.Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs4 Qadi oğlunun mülki iddiası təmin edilməli, 50000 manat maddi ziyan və 240 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilməlidir. 55.İş üzrə maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 56.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 57.Müdafiəçi Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 58.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Alyans» Vəkil Bürosunun hesabına ödənilməlidir. 59.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 Oktay oğlunun mülki iddiası təmin edilsin, 13600 manat maddi ziyan və 131 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilsin, 5750 manat maddi ziyan və 123 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin, 17200 manat maddi ziyan və 171 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin, 50000 manat maddi ziyan və 240 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «Alyans» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar