Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1069/2025 29.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X11 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan üç uşağı olan, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddənin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Cavid» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin «+98 905 882 7479» GSM nömrəsindən onun istifadəsində olan 070 ***-**-** GSM nömrəsinə «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə göndərilən fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerlərə qoyulmuş külli miqdarda iki ədəd sellofan bağlamalarda cəmi təmiz çəkisi 1920,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 129,023 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 289,877 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib kirayə yaşadığı ünvan 2 ünvanına daşıyaraq saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 31 oktyabr 2024-cü il tarixdə, saat 21:17-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105 ünvanının qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd 070 ***-**-** GSM nömrəli «Honor» markalı və bir ədəd 070 ***-**-** GSM nömrəli «Samsung» markalı mobil telefonlar aşkar edilərək götürülüb tədbirin davamı olaraq videoçəkilişlə ünvan 2 ünvanındakı qonaq otağında divanın sol tərəfindən satış məqsədilə külli miqdarda iki ədəd sellofan bağlamalarda təmiz çəkiləri 1040 qram və 880 qram, cəmi çəkisi 1920,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 129,023 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda bir ədəd sellofan bağlamada təmiz çəkisi 289,877 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, azad olunduqdan sonra isə narkotik vasitələrdən istifadə etməmişdir. Arıçılıq, boyaqçılıq ilə məşğul olmuş, bunlar da olmadıqda taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin təminatını ödəmişdir. O, 31 oktyabr 2024-cü il tarixdə, təxminən saat 15:20 radələrində icarə əsasında idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu avtomobillə yaşadığı Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, ev 138-dən çıxaraq “Həzi Aslanov” metrostansiyası istiqamətinə yola düşmüşdür. Evindən təxminən 100 metr aralanmış, yanında qız olan bir oğlan əl edərək avtomaşını saxlatmış və onları “Xəzər” adlanan əraziyə aparmasını xahiş etmişdir. O, razı olduqdan sonra onlar avtomaşına əyləşmiş, həmin məkana çatdıqda oğlan xanımı evə yola salıb gələcəyini və onu “Badamdar” qəsəbəsinə aparmasını və buna görə də onu təxminən 15 dəqiqə gözləməsini xahiş etmişdir. O razı olmuş və maşını yolun kənarına çəkib gözləməyə başlamışdır. Hətta həmin vaxt yaxınlıqda olan “Al” marketin mühafizə kameralarına da düşmüşdür. Bu vaxt elə həmin marketin yanında onu polis əməkdaşları tutmuşlar. Polis əməkdaşları ona üzərində narkotik vasitə olduğunu deyib ona fiziki təsir edib videoçəkiliş aparacaqlarını bildirmişlər. Onu təxminən bir saat yarım avtomaşında saxlayıb fiziki təsir göstərmişlər. İlk çəkiliş axşam saat 20:40 radələrində olmuş, lakin məhəllədə çox adam olduğu üçün çəkiliş uğursuz alınmışdır. Çəkiliş Azər adlı şəxsin “İphone” markalı telefonu vasitəsilə aparılmışdır. Axşam saat 21:15 radələrində yenidən çəkiliş aparılmışdır. Sonra onu əli qandallı şəkildə bir evə aparmışlar. Evdə olan zaman telefonunu polislər almış, polis əməkdaşları onun telefonu vasitəsi ilə otaqda şəkillər çəkmiş, lakin harada şəkil çəkmələri ilə bağlı heç bir məlumatı olmamışdır. Polislər iki ayrıayrı bükümü gətirib evdə bir-birinə qatıb birləşdirmiş və çəkiliş aparılarkən narkotikləri təqdim etməsi tələb olunmuşdur. İkinci çəkiliş zamanı ona bükülünün divanın yanında olmasını deyib həmin bağlamanı təqdim edərək ona məxsus olmasını deməsi tələb olunmuşdur. O, həmin otaqla bağlı heç bir detalı tam xatırlamır. Belə ki, o, həmin vaxt həmin evə ilk dəfə daxil olmuşdur. Sonra onu polis şöbəsinə aparmışlar. O, ilk öncə rəisin yanında olmuş, protokolda adları qeyd edilən şahidlər də ora sonradan gəlmişlər. Sonra onu Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparmışlar. Bir gecə orada qalmış, həmin vaxt vəkil gəlmədən ifadəsi alınmış, vəkil gəldikdə isə hazır ifadəsi onun qarşısına qoyulmuş və o da imzalamışdır. Həmin ərəfədə istifadəsində ***-***-**-** nömrəsi olan “Honor” və ***- ***-**-** nömrəsi olan “Samsung” markalı telefonlar olmuşdur. “Honor” markalı telefonunda “Whatsapp” proqramı olmuşdur. Həmin proqram vasitəsi ilə nə ölkə daxilində, nə də ölkə xaricində heç kəslə ünsiyyətdə olmamışdır. Lakin polis əməkdaşları xüsusi aparat vasitəsilə “İran Whatsapp”nı onun telefonuna yükləmişlər və mesajları ona ötürmüşlər və telefonunu da özlərində saxlamışlar. Barəsində məhkəmə-narkoloji ekspertizası keçirilmiş, ekspert rəyi ilə tanış olmuş, rəylə razı olmasa da narkotikdən istifadə etdiyini yazıb imzalamışdır. Belə ki, ekspertiza zamanı onun yalnız şəkili çəkilmiş, ondan qan və sidik nümunələri götürülməmişdir. Onun əslən Kürdəmir rayonundan olan Vasif Səmədov adlı qonşusu ilə ədavəti olmuşdur. Vasif narkotik satdığı üçün onu məhəllə camaatı döymək istəmiş, lakin o, buna imkan verməmiş və bir müddət sonra Vasif məhəllə camaatı ilə onun arasında qarşıdurma yaratdığından ona bıçaqla xəsarət yetirilmişdir. Narkotik aşkar olunan evin sahibini tanımır. O, istintaq zamanı ifadə verməmişdir. Özləri yazmış, o da oxumadan imzalamışdır. Sonuncu ifadəsində isə özünü təqsirli bildmədiyini demişdir. O məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 tanımır. O narkotik vasitə aşkar olunan ünvanda heç vaxt olmamış, orada yaşamamışdır. O mənzilin açarını Sübhandan götürməmişdir. Onun Sübhanla heç bir ədavəti yoxdur. Sübhanın ifadəsində qeyd etdikləri yalandır. Heç bir cinayət əməli törətmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Nadir oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 31 oktyabr 2024-cü il tarixdə DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili X12 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 31 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsini demişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin iç sol cibindən bir ədəd daxilində «Honor» markalı mobil telefonu və bir ədəd «Samsung» markalı mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən bir ədəd mənzil açarını, əynində olan göy rəngli şalvarın arxa sağ cibindən bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı və 131 manat məbləğində pulu təqdim etmişdir. Həmin vaxt «Honor» və «Samsung» markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb etdiyindən onlar götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra sonuncunun kirayədə yaşadığı mənzildə narkotik vasitə olması barədə məlumat aldıqlarını bildirdikdə, Təqsirləndirilən şəxs bunu təsdiq edərək kirayədə yaşadığı mənzildə narkotik vasitə olduğunu təsdiq etmişdir. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilə qalxmışlar. Mənzili Təqsirləndirilən şəxs özü üzərində olan açar vasitəsi ilə açmışdır. Mənzilə daxil olduqdan sonra sonuncu mənzilin qonaq otağındakı divanın sol tərəfində saxladığı iki sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı, bir ədəd sellofan bükümdə narkotik vasitə heroini və bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra həmin bükümlərə baxış keçirilərək çəkisi elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Həmin hərəkətlər əməliyyat müvəkkili X12 tərəfindən “İphone” markalı telefon vasitəsi ilə videolentə alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs onlar tərəfindən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və həmin İdarədə olan zaman təhqiqatçı tərəfindən mənzildən aşkar edilərək götürülmüş bükümlərə yenidən baxış keçirilmişdir. Həmin baxış zamanı da Təqsirləndirilən şəxs verilmiş suallara yenidən eyni cavab vermişdir. Bundan sonra aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən möhürlənərək qablaşdırılmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs bu və ya digər formada hər hansı bir təzyiq olmamış, Təqsirləndirilən şəxs əməllərini könüllü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 Nadir oğlunun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, ədavəti və əlaqəsi olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105-də yerləşən 59 saylı mənzil onun anasının mülkiyyətində olmuş, mənzildən uzun müddət istifadə etmədikləri və anası xaricə müalicəyə getdiyi üçün mənzili kirayə vermək qərarına gəlmişlər. O, Bəhruz adlı makler vasitəsi ilə 2024-cü ilin təxminən avqust ayında evi Şahid4 adında bir qadına kirayəyə vermişdir. Şahid4 olduqca mədəni insan olmuş, pedaqoji fəaliyyətlə məşğul olmasını demiş, hal-hazırda iş yeri evə yaxın olduğundan burada kirayəyə ev tutmaq istədiyini və qardaşı Sübhanla birgə yaşayacağını bildirmişdir. O razı olmuş, Şahid4 aylıq pulu ödəmiş və müəyyən sənədləşmə işləri aparılmışdır. Sonradan bir neçə dəfə Xoşbəxtlə zəngləşmiş, son dəfə isə Xoşbəxt ona evdən çıxdığını və hazırda qardaşının orada yaşadığını bildirmişdir. Həmin ərəfədə bir dəfə Şahid5 ona zəng etmiş və mənzilin açarını rayonda unutduğuna görə ondan mənzilin digər açarını verməsini xahiş etmişdir. O da razı olub açarı Şahid5 vermişdir. Bundan bir neçə ay sonra, yəni 05 noyabr 2024-cü il tarixdə ona son kirayə haqqı ödənildikdən sonra polislər zəng edib onu şöbəyə dəvət etmiş və vəziyyətin nə yerdə olduğunu izah etmişlər. Polislər ona əməliyyat aparılan zaman çəkilən videoçəkilişi göstərmişlər. O, Şahid5 və Şahid4 ilə əlaqə saxlamışdır. Belə ki, o əri ilə bu hadisədən sonra mənzilin kilidini dəyişməyə getmiş, mənzildə onların əşyaları qaldığından o əsəbləşmiş və əşyaları atmaq istəmişdir. Həmin vaxt Xoşbəxt ona zəng etmiş və iki saat gözləmələrini, rayondan gəlib əşyaları götürəcəyini demişdir. O, iki saat yox, uzağı bir saat gözləyə biləcəyini demişdir. Xoşbəxt də bir saat gözləməyini, başqa bir qadının gəlib əşyaları götürəcəyini demiş və elə də olmuşdur. Həmçinin, kommunal borcları və sair var imiş, onlara bildirdikdən sonra bütün borcları ödəmişlər. Bu hadisə ilə bağlı Xoşbəxtdən soruşmuş və onun evində niyə belə bir hadisənin baş verdiyini soruşmuşdur. Şahid4 dediyinə görə Şahid5 utanmış və onun zənglərinə ona görə cavab verməmiş, özünün isə o barədə məlumatının olmadığını bildirmişdir. Mənzillə bağlı kirayə müqaviləsi bağlamamışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, ədavəti və əlaqəsi olmamışdır. ünvan 2-da o yaşamamış, amma o həmin mənzili öz adından Sübhan üçün kirayə götürmüşdür. Belə ki, Şahid5 onun Ucar rayonundan qonşusu olmuşdur. Sübhanın qızı Bakı şəhərində ali məktəbə qəbul olduğu üçün Sübhan ailəsini Bakı şəhərinə gətirmək istəmiş və Şahid5 ona zəng edərək onun Bakı şəhərində çoxdan yaşadığını bildirib, ondan ev tapmağını və kirayələməyini xahiş etmişdir. O, razılaşmış və makler vasitəsi ilə bir ev tapıb evin sahibinə zəng etmişdir. Ev sahibi rus dilli Tatyana adlı qadın olmuşdur. Sübhanla birlikdə Tatyana xanımla görüşmüşlər. O, Sübhanı Tatyana xanıma qardaşı kimi təqdim etmiş və evdə onun da yaşayacağını demişlər. O, Sübhanı rayonda yaşayandan bəri tanıyır, yaxın qonşusu olmuş, ona görə də yalandan Sübhanı qardaşı kimi təqdim edib ev tutmuşdur. Daha sonra o, Tatyana xanıma hərdən Sübhanın da gəlib qalacağını və ola bilsin onun az-az qalacağını, Sübhanın isə mütəmadi qalacağını demişdir. Xanım demişdir ki, narahatçılıq yoxdur, əsas odur ki, onun evinin pulunu vaxtında ödəsinlər. Bundan sonra Sübhan həmin xanıma 500 manat pul və onların şəxsiyyət vəsiqələrinin surətlərini vermişdir. Həmin gün onlara evin açarlarını vermişlər. Bu hadisənin nə vaxt olmasını o dəqiq bilmir, vaxtını və tarixini dəqiqlə deyə bilməz. Təxminən 2024-cü ilin avqust ayının sonları olmuşdur. Ona bir neçə dəfə Tatyana xanım zəng etmişdir. Tatyana xanım alt qonşuya su axıdıldığını demiş, o da bu barədə Sübhana demiş, Sübhan da özü həll edəcəyini demişdir. Sübhanın əvvəllər məhkum olunub-olunmaması, həmçinin həmin evdə yaşayıb-yaşamaması barədə məlumatı yoxdur. O, Sübhanı son dəfə Tatyana xanımdan evi götürəndə görmüşdür. Həmin vaxtdan təxminən dörd ay sonra Tatyana xanım ona zəng etmiş və Mehman adlı şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Tatyana xanım ona demişdir ki, Sübhana desin onun zənglərini açsın. O, nə olduğunu soruşmuş, Tatyana xanım isə ona heç nə deməmişdir. Bundan sonra ona müstəntiq zəng etmiş və belə bir hadisənin baş verdiyini demişdir. Sonra Sübhanla əlaqə saxladıqda, Sübhan ona kiminsə narkotiklə tutulduğunu demişdir. Lakin həmin mənzildə Sübhandan başqa kiminsə yaşaması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs sonuncunun dayısı Firkət vasitəsi ilə tanımışdır. Belə ki, Mehmanın dayısı Fikrət Ucar rayonunda onunla qonşudur, münasibətləri var və onun vasitəsi Mehmanı tanımışdır. Mehmanla ailəvi gediş-gəlişləri olmuş, Mehmanın arvadını, uşaqlarını tanıyır. Mehmanla aralarında mütəmadi telefon danışıqları da olmuşdur. ünvan 2 ünvanında yerləşən mənzili tanışı və qonşusu Şahid4 vasitəsilə, qızı Bakı şəhərində tələb olduğundan kirayə tutmuşdur. Mehman Mirəzyev də həmin mənzilə gəlib-getmişdir. Hadisədən təxminən 2-3 gün əvvəl ailəsi ilə birlikdə Ucar rayonuna getmişdir. Həmin vaxt Mehman onun rayona getdiyini bilmiş və ondan mənzilin açarlarını istəmişdir. Mehman mənzili evində olan səs-küydən dincəlmək üçün ona lazım olduğunu demişdir. O da Mehmanla razılaşaraq mənzilin açarını ona vermişdir. Mehman həbs olunan gün xalası oğlu ona zəng etmiş və Mehmanı tutduqlarını bildirmişdir. O, Mehmanın narkotik vasitədən istifadə etdiyini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş, həmin idarənin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili X12, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 2 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 31 oktyabr 2024-cü il tarixdə, saat 21:17 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanıldı. Həmin şəxsin üstünü yoxlama yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç sol cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan Honor markalı mobil telefonu, 1(bir) ədəd üzərində ***- ***-**-** nömrəsi olan Samsung markalı mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd açar, əynində olan göy rəngli şalvarın arxa sağ cibindən 1 (bir) ədəd siqaret qutusu, 1 (bir) ədəd alışqan və 131 (yüz otuz bir) manat pulu təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilmədi. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon sonuncudan götürüldü, pul və digər əşyalar isə şəxsin özünə qaytarıldı. Daha sonra ünvan 4 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə etməklə baxış aparıldı. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağında divanın yanından 1 (bir) bağlamada və 1 (bir) ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütlələrini, 1 (bir) ədəd sellofanda heroinə bənzər kütləni və 1 (bir) ədəd sellofanda metamfetaminə bənzər kütləni təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi və qurudulmuş marixuanaya bənzər kütlənin ümumillikdə çəkisi 2 (iki) kq 20 (iyirmi) qram, heroinə bənzər kütlənin çəkisi 140 (yüz qırx) qram, metamfetaminə bənzər kütlənin çəkisi 305 (üç yüz beş) qram oldu. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Evin otağlarına və hissələrinə baxış keçirildi və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitələri və psxiotrop maddələri İran İslam Respublikası vətəndaşı “Cavid” adlı şəxsin vasitəsi ilə 3 gün bundan qabaq Xəzər rayonu ərazisindən edilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona kütlələrin kq-sına 400 (dörd yüz) manat pul verəcəyini bildirmişdir. Üstünü yoxlama və evə baxış ünvan 4 ünvanında keçirildi. Üstünü yoxlama və evə baxış zamanı “İphone” markalı mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X12 tərəfindən videoçəkiliş aparıldı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMİ-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı, protokolol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD əlavə olundu. Üstünü yoxlama və mənzilinə baxış keçirilməsi saat 21:21-də başlandı, 21:38-də bitdi. Protokolun tərtibi 22:10-da başladı, 23:00-da bitdi (cild 1, i/v 12-13). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X13 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, həmin idarənin əməliyyat müvəkkili Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 2 ünvanında külli miqdarda narkotik maddə gizlətməsində şübhəli bilindiyi üçün, xx.xx.2024cü il tarixdə, saat 21:17 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 105 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlama zamanı 2 ədəd mobil telefon, evinə baxış zamanı isə 1 ədəd bağlamada və 1 ədəd sellofanda qurudulmuş marixuanaya bənzər, 1 ədəd sellofanda heroinə bənzər, 1 ədəd sellofanda qurudulmuş metamfetaminə bənzər kütlələr aşkar edilərək 1 ədəd bağlamada qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 2 (iki) ədəd mobil telefona, 1 (bir) ədəd bağlamaya və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Təqsirləndirilən şəxs imzası olan bağlamadan bir ədəd sellofanda və bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, bir ədəd sellofanda heroinə və bir ədəd sellofanda metamfetaminə bənzər kütlələr aşkar olundu. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi, heroinə bənzər kütlənin çəkisi 141 qram, metamfetaminə bəznər kütlənin çəkisi 307 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 2 kq 54 qram oldu. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirildi. DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əskini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Cavid” adlı şəxsin vasitəsi ilə 3 gün bundan qabaq Xəzər rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsəsi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona kütlənin kq-ına 400 (dörd yüz) manat pul verəcəyini bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyat müvəkkili Şahid2 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 1 (bir) ədəd DVD əlavə olundu. Baxış saat 23:10-da başlandı, 23:20-də bitdi. Protokolun tərtibi 23:25-də başlandı, 23:45-də bitdi (cild 1, i/v 17- 18) - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD disklərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixli “Əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7/1811 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış sellofan bağlamadaki 1 (bir) ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada, 1 (bir) ədəd ağ rəngli sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 1040,0 qram, 880,0 qram -1920,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş 1 (bir) ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada, 1 (bir) ədəd ağ rəngli sellofan torbada olan marixuanaların ümumi çəkisi 1920,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanannın ümumi çəkisi 1920,0 qram (1-2 №-li ob.) tədqiqata istifadə olundu cəmi – 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq 1919,9 qram (cild 1, i/v 46-49) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5099 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadaki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 129,023 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 289,877 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Heroinin təmiz çəkisi: 129,023 qram, tədqiqata sərf edildi: 0,2 qr, qalıq: 128,823 qr; metamfetaminin təmiz çəkisi: 289,877 qr, tədqiqata sərf edildi: 0,2 qr, qalıq: 289,677 qr. (cild 1, i/v 51-54). - “Mobil telefona baxış keçirilməsi haqqında” Təqsirləndirilən şəxs və müdafiəçisi X5 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus bir ədəd daxilində 070 ***-**-** GSM nömrəsi olan «Honor» markalı mobil telefonu və bir ədəd daxilində 070 ***-**-** GSM nömrəsi olan «Samsung» markalı mobil telefon aparatlarına meydana çıxmış zərurətlə əlaqədar Xətai RPİ-nin MSY-də baxış keçirilmişdir. Baxış zamanı istintaqa təqdim olunan mobil telefonlardan biri «Samsung» markalı mobil telefondur, korpusun arxa hissəsi qara rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rənglidir və üzərində çatlar vardır, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Samsung Galaxy» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun «iş masası» ekranda görünür. İş masası üzərində yerləşən «Whatsapp» tətbiqinə və «SMS» bölməsinə, həmçinin digər mobil tətbiq və qovluqlara daxil olduqda orada iş üçün əhəmiyyət kəsb edən hər hansı yazışma, fotoşəkil və ya vidoefraqment aşkar edilmədi. Bundan başqa istintaqa təqdim olunan digər telefon isə «Honor» markalı mobil telefondur, korpusun arxa hissəsi qara rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rənglidir, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Honor» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun «iş masası» ekranda görünür. İş masası üzərində yerləşən «Whatsapp», «Whatsapp Business» tətbiqlərinə və «SMS» bölməsinə, həmçinin digər mobil tətbiq və qovluqlara daxil olduqda Təqsirləndirilən şəxs digər şəxslərlə narkotik vasitələrin satışını həyata keçirdiyi, habelə satdığı narkotik vasitələrin fotoşəkilləri, onların yerini müəyyən edən fotoşəkillər və məkanların fotoşəkilləri müəyyən olundu. Bundan başqa Təqsirləndirilən şəxs «Whatsapp» tətbiqində «+98 905 882 7479» GSM nömrəli «Cavid M» adlı şəxsə narkotik vasitələri qoyduğu yerlərin fotoşəkillərini göndərməsi və həmin şəxslə «Agacin ucunda kotuyun dalinda», «10 gul daşin altinda torpaqa basdirili turbani dibindeki daşin altinda», «10 gul tqxtaninaltinda», «10 gul daşin altinda torpaqa basdirili». «10 gul divardaki daşin altinda», «10 gul daşin altinda torpaqa basdirili» məzmununda smslər vardır. Bundan başqa «+994 55 873 60 11» GSM nömrəli «Elmir» adlı şəxsə narkotik vasitələr olan fotoşəkil göndərməsi, həmçinin «+994 55 758 15 60» GSM nömrəli istifadəçinin «Qaqa iki butov lazimdi srocnu rayona gedir qaqaw», «Atim karta gelim goturum qardawim», «Hara gelim qaqa», «Gedmelidi rayona brat dostumdu», «Qardawim iki butov lazimdi deyirem atim karta gelim goturum» məzmununda, habelə «+994 77 7 38 20» GSM nömrəli istifadəçinin «Abiindi oturdum», «Lap oralara Bir yere», «At»,«5 dq oradayam», «Berk draznitem», «Qardasim» məzmununda smslər vardır. Bununla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə olunur. Bu barədə protokol tərtib edilərək ucadan oxundu, iştirakçılar tərəfindən heç bir təklif və şikayət daxil olmadı. Baxış saat 11:50-də başlandı, 12:15-də başa çatdı (cild 1, i/v 80-99). - Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 55-2/2-10513/24 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, «+994 55 873 60 11» GSM nömrəsi xx.xx.1994-cü il təvəllüdlü, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan X6, «+994 55 758 15 60» GSM nömrəsi xx.xx.1984-cü il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan X4, «+994 77 317 38 20» GSM nömrəsi isə xx.xx.1968-ci il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan X3 adına rəsmiləşdirilmişdir. Lakin «+98 905 882 7479» GSM nömrəsi xarici nömrə olduğu üçün həmin nömrənin kimin adına rəsmiləşdirilməsini, habelə «Cavid M» və «Elmir» adlı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir, nəticə əldə olunduğu halda bu barədə əlavə məlumat veriləcəkdir (cild 1, i/v 142). - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 ***-**-** və 070 ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 may 2024-cü il tarixdən, 01 noyabr 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd «CD» diskə meydana çıxmış zərurətlə əlaqədar Xətai RPİ-nin 212 saylı xidməti otağında «HP» markalı kompüterdə baxış keçirildi. Daxil olan 01 ədəd «CD» disk açıldıqda həmin diskdə 06 fayl, yəni 1. «Mushteri zenglerinin detallashmasi_MSİSDN_706756500» adlı, 2. «Mushteri zenglerinin detallashmasi_MSİSDN_708100064» adlı, 3. «SMS detallashmasi_MSİSDN_706756500» adlı, 4. «SMS detallashmasi_MSİSDN_708100064» adlı, 5. «Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_706756500» adlı, 6. «Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_708100064» adlı fayllar müəyyən olundu. Həmin fayllara baxış keçirən zaman SMS detallashmasi_MSİSDN_708100064 adlı faylda +**********24 nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 22:15:32-də Təqsirləndirilən şəxs məxsus +**********64 nömrəsinə «Mexman Necesen QAQAS ?» və «EVDEJEM 2 OT QOTur, 05 kol» məzmununda smslər göndərildiyi müəyyən olundu. Digər fayllara baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumatlar müəyyən edilməmişdir (cild 1, i/v 177-194). - Qeyd olunan CD disklərə məhkəmədə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7327 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 205-206). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 3690 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 208-209). - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-681/2024 nömrəli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə, saat 21:17-də şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 32,115-118). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-454/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə qəti olaraq 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, i/v 195-196, 197-204). - xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması barədə” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs kiranəşinin yaşadığı mənzildən aşkar edilmiş iki ədəd sellofan bükümdə ümumi ilkin təmiz çəkisi 1920 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə ilkin təmiz çəkisi 129,023 qram olan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə ilkin təmiz çəkisi 289,877 qram olan psixotrop maddə metafetaminin maddi sübut kimi tanınması, qalıq qalmış 1919,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 128,823 qram çəkidə narkotik vasitə heroinin və 289,677 qram çəkidə psixotrop maddə metamfetaminin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı mənzilə, habelə təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasının görüntüsü olan 02 ədəd DVD formatlı disk, eyni zamanda "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor” markalı mobil telefonun maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus digər «Samsung» markalı mobil telefonun isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılması qərara alınmışdır (cild 1, i/v 210- 219). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş 8583/2024 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, xx.xx.1980ci il təvəllüdlü Təqsirləndirilən şəxs sol gicgah nahiyəsində, boyun nahiyəsində və sağ çiyinin ön səthində 1-2 sm sıyrılmış irini qərtməkli yaralar vardır. - Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ № 867195 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X7 olan X9 xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuşdur (cild 1, i/v 128). - Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 181656 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X7 olan X10 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur (cild 1, i/v 131). - 6 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İV 755874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X7 olan X15 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur (cild 1, i/v 131). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-53121/2025 nömrəli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 1(011)-424/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökm və hökmün icrasına dair göstəriş xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə idarənin qeyfiyyatına alınmışdır. Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 4(011)-681/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə (həbsdə olduğu müddət nəzərə alınmaqla) cəzasının çəkilməmiş hissəsi 1 il 1 ay 1 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin və qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə, qurudulmuş marixuananın (kannabis) kütləsi 5 qram təşkil etdikdə xeyli miqdarda, 500 qram olduqda külli miqdarda, 50000 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə qeyd edir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması özü tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış yazışmaları, mobil telefonunda aşkar edilmiş fotoşəkillər və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadəni, yəni külli miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olmaması, narkotik vasitə və psixotrop maddənin aşkar edildiyi mənzillə heç bir əlaqəsinin olmaması, həmin mənzildə kirayədə yaşamış Şahid5 tanımaması, telefonunda aşkar edilmiş fotoşəkillərin ona məxsus olmaması barədə verdiyi ifadəni müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla, telefon zəngləri və şahid ifadələri təkzib edildiyini nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin aşkar edildiyi mənzili müvəqqəti yaşamaq üçün ona vermiş Şahid5 tanımadığını bildirsə də Təqsirləndirilən şəxs məxsus mobil telefona daxil olan və çıxan zənglərə baxış keçirilən zaman onunla Şahid5 məxsus telefon nömrəsi ilə mütəmadi danışıqların aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı, iki yetkinlik yaşına çatmayan üç uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)-454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 1 (bir) gün hissəsi iki günə bir gün bərabər tutulmaqla 06 (altı) ay 15 (beş) gün müddət hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. - 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, qalıq qalmış 1919,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 128,823 qram çəkidə narkotik vasitə heroin və 289,677 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı mənzilə, habelə təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasının görüntüsü olan 02 ədəd DVD formatlı disk, eyni zamanda "xxxx" MMC-dən daxil olmuş, sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)-454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 01 (bir) gün hissəsi iki günə bir gün bərabər tutulmaqla 06 (altı) ay 15 (beş) gün müddət hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 186 (yüz səksən altı) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, qalıq qalmış 1919,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 128,823 qram çəkidə narkotik vasitə heroin və 289,677 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı mənzilə, habelə təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılmasının görüntüsü olan 02 ədəd DVD formatlı disk, eyni zamanda "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-1069/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1069/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver