Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-107/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məşhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi küçəsi, ev 10 da qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən “Lallar” fabrikinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq mqdarda qanunsuz olaraq 3,2 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış, 16 yanvar 2021-ci il tarixdə saat 02:30 radələrində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 3,2 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar bədənində ağrılar olduğundan narkotik vasitə olan “heroin”i gündə 2-3 dəfə olmaqla qəbul etmişdir. 16 yanvar 2021-ci il saat 02:30 radələrində evdə olan zaman iki nəfər tanımadığı şəxs onlara gəlmiş, özlərini polis kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları bildirmişlər ki, narkotik və psixotrop maddələrin saxlanmasında şübhələnirlər. Onu götürüb Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparmışlar. Polislər ona təklif etmişlər ki, qeyri-qanuni əşyaları könüllü təqdim etsin. Sonra video çəkilişlə üzərinə baxış keçirilmişdir. O da gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükülü masanın üzərinə qoymuşdur. Ona bükülünü açmasını təklif etdikdə, o, bükülünü açaraq içərisində olan heroini təqdim etmişdir. O, həmin heroini 15 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən “Lallar” fabrikinin yaxınlığında “Əli” adlı şəxsdən şəxsi istifadəsi üçün 60 manata almışdır. O heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır, aldığı narkotik vasitə də öz istifadəsi üçündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 15 yanvar 2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Bakıxanov küçəsi qeydiyyatda olan «Gülbala» adlı şəxsin narkotik üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, «Gülbala» adlı şəxsin cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü 15 yanvar 2021-ci il tarixli qərar qəbul edilməklə 43-cü polis bölməsinin rəisi polis polkovnik-leytenantı Nəriman Bayramov tərəfindən 15 yanvar 2021-ci il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə əməliyyat keçirilmişdir. 16 yanvar 2021-ci il tarixdə saat 02:30 radələrində ünvan 2 ünvanın yaxınlığında olarkən «Gülbala» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək onu saxlayıb 43-cü Polis bölməsinə aparmışlar. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd ağ rəngli sellofan bükülü olan “heroin”i masanın üzərinə qoymuşdur. Sonra keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bükümü açmaq təklif olunmuş, Təqsirləndirilən şəxs 01 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 15 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən “Lallar” fabrikinin yaxınlığında “Əli” adlı şəxsdən şəxsi istifadəsi üçün 60 manata aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunmuş Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini özünə aid hisədə təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 16 yanvar 2021ci il tarixli, 6/202 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N-243” möhür əksi, “Əlipənahov..” yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,2 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizanın 28.01.2021-ci il tarixli, 191 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 07.04.2021-ci il tarixli, 984 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, bütün iş materiallarında 15 yanvar 2021-ci il tarixli raportda və cinayət işinin başlanması və icraata qəbul olunması barədə yni tarixli qərarda Təqsirləndirilən şəxs narkotik vasitənin üzərində gəzdirməsi barədə məlumat daxil olması bildirilmidir. Eyni zamanda 15 yanvar 2021-ci il tarixli əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixatrop maddələri üzərində gəzdirməsi barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Göründüyü kimi bütün ilkin sənədləşmələrdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixatrop maddələrin satışı ilə məşqul olması barədə hər hansı bir məlumat daxil olması müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli bilinərək ilkin istintaq hərəkətləri aparılmışdır. 16 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan da göründüyü kimi Təqsirləndirilən şəxsn baxış zamanı verilmiş suallara cavab olaraq həmin narkotik vasitəni «Əli» adlı şəxsdən 60 manata öz istifadəsi üçün aldığını göstərmişdir. Məhkəmə-narkoloji ekspertizanın 07.04.2021-ci il tarixli, 984 saylı rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş üzrə şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı barədə əməliyyat məlumatı daxil olmamış, yalnız narkotik vasitənin istifadəsi və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Göründüyü kimi istintaq orqanı satışla bağlı heç bir məlumat və ya sübut əldə etmədən, Təqsirləndirilən şəxs izləməyə almadan, ətrafında əməliyyat keçirib onun barəsində satış faktını həyata keçirərkən cinayət başında yaxalanmasına təşəbbüs göstərmədən, sadəcə cinayət əməlinin tövsüf edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsüf etmişdir. İbtidai istintaq zamanı və aparılan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olması barədə heç bir sübut əldə edilməmişdir. Belə ki, istər təqsirləndirilən şəxs, istərsə də şahidin məhkəmədə vermiş olduqları ifadələrində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşqul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Göründüyü kimi digər heç bir sübut əldə edilmədiyi halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli narkotik vasitənin satışı kimi qiymətləndirilmişdir. Lakin, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqında istərsə də ibtidai istintaq zamanı onda aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün 60 manata «Əli» adlı şəxsdən aldığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satması ilə bağlı əməllərini təsdiq edən heç bir sübut istintaq orqanı tərəfindən müəyyən edilməmiş və əldə edilməmişdir. Azərbaycan Respublikası Cinayə Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayə Prosessual Məcələsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında şahid ifadəsi ilə yanaşı, toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etmədiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham öz təsdiqini tapmamışdır. Bundan əlavə istintaq orqanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon danışıqlarından və ya sms yazışmalarından hər hansı bir əmlumat əldə edilməsi üçün cəhd göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair”» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Bundan əlavə, məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi əsaslı hesab edilə bilməz. Çün ki, istintaq orqanının özünün gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir, satışını isə təsdiq edən heç bir sübut əldə edilməmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs şəxsi istiehlak miqdarından artıq miqdarda narkotik vasitələrin əldə edilməsi cinayətini törətməsi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, müvafiq ekspertiza rəyləri, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.12.2008-ci il hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 11.03.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi az ağır cinayətlər ktiqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər təyin olunmuş cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, yəni o, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olumuş tibbi arayıdan görünür ki, Təqsirləndirilən şəxs sol bud sümüyünün başının köhnə birləməyən sınığından əziyyət çəkməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən oğlunun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuş və 17 yanvar 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayə Prosessual Məcələsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün 02 gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanaraq ona təyin olunacaq azadlığını məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci madəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Odur ki, məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhər Binəqədi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,150 qram narkotik vasitə-heroin məhv edilməlidir. 01 ədəd DVD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X2 210 (iki yüz on) mnat, məhkəmə istintaqında göstərdiyi hüquqi yardıma görə Əliyev Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdən 17 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü hesabı ilə hesablanmaqla hazırkı cinayət üzrə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi küçəsi, ev 10 ünvanını gecə saat 23:00-dan səhər saat 6:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhər Binəqədi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,150 qram narkotik vasitə-heroin məhv edilsin. 01 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X2 210 (iki yüz on) manat, Əliyev Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-107/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-107/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver