Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-107/2024 06.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslərin (mülki iddiaçıların) nümayəndəsi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxx 1980-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttihama əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olub xüsusilə külli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021ci ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə xadimə kimi işlədiyi ünvan 3 ünvanında yerləşən evin müxtəlif otaqlarından Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd dəyəri 2500 manat təşkil edən “Perrelet” markalı saatı, 01 ədəd dəyəri 500 manat təşkil edən “Apple watch 6 seriya” markalı saatı, 01 ədəd dəyəri 950 manat təşkil edən “İphone 11 pro ” markalı mobil telefonu, 01 ədəd “Perrelet” markalı Azərbaycan məzənnəsi ilə qiyməti 25500 manat təşkil edən 15 min ABŞ dolları dəyərində qol saatını, 01 ədəd ağ rəngli dəyəri 120 manat təşkil edən “Apple” markalı simsiz qulaqcığı, eləcə də Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd üzərində gözmuncuğu elementləri olan kilidində “750” damğası olan 3 ədəd brilyant, hər biri 0,029 karat olan, çəkisi 5,47 qram təşkil edən, dəyəri 680 manat olan boyunbağını, qulaqcığında “750” damğası olan gümüşü rəngli dəyəri 220 manat olan 01 ədəd boyunbağını, üzərində 16 ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kilidində 750 damğası olan üzərində 16 ədəd olmaqla, hər biri 0,031 karat olmaqla dəyəri 920 manat olan boyunbağını, mərkəzində bir ədəd damla cilalı bənövşəyi rəngli qaş, kənarlarında 109 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl-sarı rəngli 1 ədəd kulon, asılqan hissəsində “750” damğası olan, üzərində 1 ədəd 0,040 karat, 108 ədəd hər biri 0,006 karat olan çəkisi 11,85 qram, dəyəri 1950 manat təşkil edən boyunbağını, üzərində “925” damğası olan gümüşü rəngli çəkisi 4,76 qram dəyəri 30 manat təşkil edən 1 ədəd kulonu, üzərində “Hugo Boss” yazısı olan, gümüşü rəngli, çəkisi 7,19 qram, dəyəri 20 manat təşkil edən 1 ədəd qol düyməsini, ipə düzülmüş 22 ədəd ağ rəngli muncuqdan ibarət çəkisi 26,89 qram, dəyəri 80 manat təşkil edən muncuğu, 01 ədəd üzərində “Baga 925” yazısı olan, çəkisi 29,54 qram, dəyəri 70 manat təşkil edən qolbağı, 01 ədəd qara rəngli ipə düzülmüş kürə formalı, qəhvəyi rəngli muncuqlardan və metal elementlərdən ibarət çəkisi 49,61 qram, dəyəri 80 manat olan təsbehi, 01 ədəd üzərində “Granat” yazısı olan çəkisi 20,47 qram gümüş tərkibli dəyəri 500 manat təşkil edən qol saatını, 01 ədəd “Tissot” markalı 158 ədəd brilyant daş olan, hər biri 0,013 karat olan çəkisi 44,34 qram, dəyəri 2500 manat təşkil edən qol saatını, 01 ədəd “Rado” markalı, üzərində 40 ədəd brilyant daş olmaqla, hər biri 0,004 karat təşkil edən, çəkisi 61,15 qram, dəyəri 3500 manat təşkil edən qol saatını, üzərində “Paris” yazısı olan, çəkisi 50 qram, dəyəri 50 manat təşkil edən rəngli qələmi, üzərində “Dupont Paris” yazıları olan, çəkisi 500 qram, dəyəri 500 manat təşkil edən qələmi, 01 ədəd üzərində “Hugo Boss” yazıları olan dəyəri 10 manat təşkil edən qolsuz köynəyi, 01 ədəd “John Galliano” markalı, dəyəri 10 manat təşkil edən qolsuz köynəyi, 01 ədəd “Ferragama Made in İtaly” yazıları və rəng qopuqları olan, dəyəri 10 manat təşkil edən dəri kəməri, 01 ədəd “Svatch İrony” markalı, dəyəri 60 manat olan qol saatını, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1190 manat təşkil edən, 700 ABŞ dolları dəyərində “DİOR” markalı sabo ayaqqabını, 01 ədəd dəyəri 3700 manat təşkil edən “Stella McCartney” markalı kostyumu, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1972,5 manat təşkil edən 1000 avro dəyərində “Georgio Armani” markalı qarar rəngli donu, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 986,25 manat təşkil edən 500 avro dəyərində “Escada” markalı şalvarı, 01 ədəd dəyəri 7000 manat təşkil edən “Erdem” markalı kostyumu, 01 ədəd dəyəri 500 manat təşkil edən “Vakko” markalı şalvarı, 01 ədəd dəyəri 500 manat təşkil edən “Gucci” markalı köynəyi, 01 ədəd dəyəri 4370 manat təşkil edən “Dolce Gabbana” markalı çəhrayı rəngli paltarı, 01 ədəd dəyəri 2500 manat təşkil edən “Ermano Scervino” markalı mavi rəngli köynəyi, 01 ədəd dəyəri 1000 manat təşkil edən “Vakko” markalı paltarı, 01 ədəd dəyəri 300 manat təşkil edən “Twinset” markalı köynəyi, 01 ədəd dəyəri 4000 manat təşkil edən “Ermano Scervino” markalı paltarı, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 1700 manat təşkil edən, 1000 ABŞ dolları dəyərində “Dior” markalı çantanı oğurluq yolu ilə ələ keçirdikdən sonra, eyni qəsdlə 2022-ci ilin may ayının sonlarında həmin evin 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs1 məxsus yataq otağında yerləşən televizorun alt hissəsində quraşdırılmış dolabın üzərindəki rəsm çərçivəsinin arxa hissəsindən asılmış vəziyyətdə olan 01 ədəd saxlanc yeri hesab edilən seyfin açarını gizli yolla ələ keçirib həmin seyfin üzərində olan digər açarı və ələ keçirmiş olduğu açarı daxil etməklə seyfi açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 01 ədəd halqa formalı sarı rəngli “Au 750” damğası olan 21 ədəd brilyant olmaqla, hər biri 0,102 karat olan çəkisi 4,31 qram, dəyəri 3400 manat təşkil edən üzüyü, 01 ədəd üzərində “Bvlgari” yazısı olan halqa formalı içəri hissəsində “PC3YM2”, “Au 750 Made in İtaly” yazılar olan, çəkisi 11,45 qram, dəyəri 3000 manat təşkil edən üzüyü, 01 ədəd üzərində “Bvlgari” yazısı, “Au 750” damğası olan 7 ədəd brilyant olmaqla hər biri 0,032 karat olan, çəkisi 9,30 qram, dəyəri 1330 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 54 qaş olan, içərisində “750” və “18K” damğaları olmaqla 1 ədəd 0,031 karat 53 ədədin hər biri 0,017 karat təşkil edən, çəkisi 7,59 qram, dəyəri 1740 manat olan üzüyü, 01 ədəd 102 ədəd daş olmaqla “750” damğası olan brilyant üzük olmaqla 102 ədəd hər biri 0,003 karat çəkisi 9,55 qram, dəyəri 1360 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 145 ədəd rəngsiz şəffaf qaş olan, sarı rəngli “750” damğası olan brilyant, 40 ədəd hər biri 0,003 karat, 16 ədəd, hər biri 0,028 karat, 89 ədəd hər biri 0,009 karat olmaqla çəkisi 8,24 qram, dəyəri 2230 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, gümüşü rəngli “750” damğası olan brilyant, 1 ədəd 1,847 karat, 2 ədəd hər biri 0,490 karat, 6 ədəd hər biri 0,070 karat, 6 ədəd hər biri 0,028 karat, 6 ədəd hər biri 0,014 karat, 12 ədəd hər biri 0,003 karat olan, çəkisi 6,61 qram, dəyəri 22000 manat təşkil edən üzüyü, 01 ədəd 52 ədəd rəngsiz şəffaf qaş olan brilyant 52 ədəd hər biri 0,024 karat təşkil edən, çəkisi 12,29 qram, dəyəri 2560 manat təşkil edən üzüyü, 01 ədəd üzərində yaşıl rəngli daş, kənarlarında 62 ədəd rəngsiz şəffaf qaş olan brilyant, 2 ədəd hər biri 0,276 karat, 20 ədəd hər biri 0,003 karat, 40 ədəd hər biri 0,005 karat olan, çəkisi 7,60 qram, dəyəri 1835 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 171 ədəd rəngsiz, şəffaf qaş olan “14 kt” damğası olan brilyant, 1 ədədi 3,994 karat, 10 ədədin hər biri 0,0006 karat, 160 ədəd hər biri 0,003 karat olan, çəkisi 7,05 qram, dəyəri 35000 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 77 ədəd rəngsiz, şəffaf qaş olan sarı rəngli “750” damğası olan brilyant, 1 ədəd 0,077 karat, 10 ədəd hər biri 0,020 karat, 66 ədəd hər biri 0,012 karat olmaqla, çəkisi 8,03 qram, dəyəri 1760 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 69 ədəd rəngsiz şəffaf qaş olan, “Au 750” damğası olan brilyant 32 ədəd hər biri 0,018 karat, 12 ədəd hər biri 0,008 karat, 25 ədəd hər biri 0,012 karat olmaqla, çəkisi 8,94 qram, dəyəri 2000 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 153 ədəd qaş olan brilyant 128 ədəd hər biri 0,013 karat, 25 ədəd hər biri 0,018 karat çəkisi, 15,55 qram, dəyəri 3630 manat təşkil edən üzüyü, 01 dəst olmaqla hər birində bir ədəd olmaqla üzərlərində ümumilikdə 3 ədəd oval cilalı, narıncı rəngli qaş “585” damğası olan (sırğa tayının birinin üzərində olan narıncı qaşın kənarında qırıq hissə var) sarı rəngli çəkisi 18,27 qram, dəyəri 1550 manat təşkil edən sırğa cütü- üzüyü, 01 dəst üzərində 105 ədəd rəngsiz şəffaf qaş olan brilyant 105 ədəd hər biri 0,007 karat olmaqla çəkisi 11,67 qram, dəyəri 2000 manat təşkil edən sırğa cütü-üzüyü, 01 dəst hər birinin üzərlərində ümumilikdə 4 ədəd açıq mavi rəngli və bir neçə ədəd rəngsiz şəffaf qaş “750” damğası olan, çəkisi 24,37 qram, dəyəri 2680 manat təşkil edən sırğa cütü-üzüyü, 01 ədəd “585” damğası olan şunur toxunuşlu, çəkisi 5,62 qram, dəyəri 480 manat təşkil edən boyunbağını, 01 ədəd “Xarı bülbül” təsvirli “585” damğası olan, çəkisi 2,83 qram, dəyəri 240 manat təşkil edən yaxa sancağını, 01 ədəd üzərində 32 ədəd rəngsiz şəffaf qaş olan brilyant 32 ədəd hər biri 0,161 karat olmaqla 19,25 qram, 8500 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 275 ədəd şəffaf qaş olan sarı rəngli 01 ədəd qolbaq iç tərəfində “750” damğası olan brilyant, 70 ədəd hər biri 0,019 karat olmaqla, çəkisi 18,36 qram, dəyəri 3300 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 275 ədəd şəffaf qaş olan sarı rəngli iç tərəfində “Cartier” yazısı və “Au 750” damğası olan brilyant 56 ədəd hər biri 0,008 karat, 219 ədəd hər biri 0,003 karat olmaqla, çəkisi 19,06 qram, dəyəri 3170 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 32 ədəd şəffaf qaş olan kilidində “EFE model 750” damğası olan qırıq vəziyyətdə brilyant 32 ədəd hər biri 0,165 karat olmaqla, çəkisi 13,39 qram, dəyəri 8100 manat təşkil edən qolbağı, 01 ədəd üzərində 3 ədəd ağ rəngli mirvari muncuq və 272 ədəd şəffaf qaş, “750” damğası olan brilyant 128 ədəd hər biri 0,011 karat, 144 ədəd hər biri 0,019 karat, çəkisi 45,59 qram, dəyəri 8000 manat təşkil edən qızıl qolbağı, 01 ədəd üzərində 70 ədəd şəffaf qaş olan brilyant 37 ədəd hər biri 0,041 karat, 33 ədəd hər biri 0,009 karat olmaqla çəkisi 14,48 qram, dəyəri 3350 manat təşkil edən qızıl qolbağı, 01 ədəd kulonun üzərində 01 ədəd rəngsiz şəffaf qaş olan 01 ədəd kulonlu boyunbağı, boyunbağının qulacığında “750” damğası olan brilyant 1 ədəd 3,513 karat olmaqla, çəkisi 9,84 qram, dəyəri 25000 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd üzərində 55 ədəd tünd çəhrayı rəngli qaş olan kilidində “750” damğası olan, çəkisi 21,84 qram, dəyəri 2500 manat təşkil edən qızıl qolbağı, 01 ədəd üzərində 66 ədəd rəngsiz şəffaf qaş olan (iki qaş yeri boş) sarı rəngli qulaqcığında “18k” damğası olan brilyant 66 ədəd hər biri 0,0047 karat çəkisi 8,39 qram, dəyəri 3500 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərində “Bvlgari” yazısı olan mərkəzində qara rəngli hissədən, kənarları qırmızımtıl-sarı rəngli hissədən ibarət, dəstin elemntlərinin hər birində “Au 750” damğası olan, çəkisi 23,01 qram, dəyəri 5000 manat təşkil edən sırğa cütü-üzük- kulonu, 01 cüt üzərində ümumilikdə 2 ədəd rəngsiz şəffaf qaş və yaşıl rəngli hissələr olan kilidlərində “Bvlgari” yazısı və “Au 750” damğası olan brilyant 2 ədəd hər biri 0,034 karat olmaqla, çəkisi 5,72 qram, dəyəri 1500 manat təşkil edən qızıl sırğaları, 01 ədəd mərkəzində dördkünc cilalı, tünd göy rəngli qaş, kənarlarında 32 ədəd rəngsiz, şəffaf qaş olan brilyant 16 ədəd hər biri 0,018 karat, 16 ədəd hər biri 0,010 karat olmaqla, çəkisi 4,31 qram, dəyəri 950 manat təşkil edən qızıl kulonu, 01 dəst üzərlərində qara rəngli hissələr, 21 ədəd rəngsiz şəffaf qaş olan qırmızımtıl-sarı rəngli, dəstin hər birinin üzərində “Cartier” yazısı və “Au 750” damğası olmaqla çəkisi 19,42 qram, dəyəri 2520 manat təşkil edən qızıl sırğa cütü-kulonlu boyunbağını, 01 ədəd kulonun üzərində 51 ədəd qəngsiz şəffaf qaş olan, boyunbağının qulaqcığında “750” damğası olan, brilyant 51 ədəd hər biri 0,007 karat olmaqla, çəkisi 6,20 qram, dəyəri 1050 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd səthi boyunca 81 ədəd rəngsiz şəffaf qaş düzülmüş kilidində “585” damğası olan brilyant 1 ədəd 0,893 karat, 6 ədəd hər biri 0,478 karat, 6 ədəd hər biri 0,404 karat, 10 ədəd hər biri 0,369 karat, 10 ədəd hər biri 0,306 karat, 48 ədəd hər biri 0,144 karat olmaqla, çəkisi 40,76 qram, dəyəri 55000 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərlərində qırmızı rəngli daşlar və 24 ədəd rəngsiz şəffaf qaş olan sarı rəngli dəstin elementlərində “750” damğası olan brilyant 1 ədədi 0,048 karat, 2 ədəd hər biri 0,025 karat, 11 ədəd hər biri 0,008 karat, 10 ədəd hər biri 0,016 karat olmaqla, çəkisi 34,09 qram dəyəri, 4050 manat təşkil edən qızıl sırğa cütü-üzük-kulonu, dairəvi cilalı 1 ədəd 0,991 karat çəkisi 0,22 qram, dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşı, dairəvi cilalı 1 ədəd 0,977 karat, çəkisi 0,20 qram dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşı, oval cilalı narıncı rəngli, çəkisi 1,83 qram, dəyəri 40 manat təşkil edən 1 ədəd qaşı, 01 ədəd qara rəngli muncuqlardan ibarət 3 qat düzülüşlü 01 ədəd boyunbağı və həmin boyunbağıya birləşdirilmiş 01 ədəd kulonu, kənarlarında 115 ədəd rəngsiz, şəffaf qaş olan boyunbağının kilidində “Primavera” yazısı və “585” damğası olan brilyant 102 ədəd hər biri 0,003 karat, 2 ədəd hər biri 0,035 karat, 11 ədəd hər biri 0,160 karat olmaqla, çəkisi 22,69 qram, dəyəri 4400 manat təşkil edən qızıl boyunbağını, 01 cüt mərkəzlərində 2 ədəd bənövşəyi rəngli qaş, kənarlarında 84 ədəd rəngsiz qaş, kilidində “750” damğası olan brilyant 84 ədəd hər biri 0,004 karat olmaqla, çəkisi 11,51 qram, dəyəri 1600 manat təşkil edən sırğaları, 01 ədəd üzərində 176 ədəd şəffaf qaş olan dairəvi formalı asılqan hissəsində “750” damğası olan brilyant 176 ədəd hər biri 0,005 karat olmaqla çəkisi 7,25 qram, dəyəri 1500 manat təşkil edən qızıl kulonu, 01 ədəd kulonunun üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, qulaqcığında “750” damğası olan brilyant 1 ədəd 0,108 karat, 7 ədəd hər biri 0,055 karat, 25 ədəd hər biri 0,034 karat olmaqla, çəkisi 7,93 qram dəyəri 2000 manat təşkil edən qızıl boyunbağını, 01 dəst üzərində ümumilikdə 3 ədəd qara rəngli daş və 108 ədəd rəngsiz şəffaf qaş olan brilyant 6 ədəd hər biri, 0,074 karat, 102 ədəd hər biri 0,023 karat, çəkisi 32,21 qram, dəyəri 6000 manat təşkil edən qızıl sırğa cütü-üzüyü, 01 ədəd üzərində 386 ədəd rəngsiz, şəffaf qaş olan qırıq vəziyyətdə, klidində “750” damğası olan brilyant 220 ədəd hər biri, 0,003 karat, 152 ədəd hər biri 0,021 karat, 14 ədəd hər biri 0,055 karat, çəkisi 18,46 qram, dəyəri 5600 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd üzərində 429 ədəd rəngsiz şəffaf qaş olan boyunbağı hissəsi qırıq vəziyyətdə brilyant 220 ədəd, hər biri 0,003 karat, 195 ədəd hər biri 0,021 karat, 14 ədəd hər biri 0,055 karat, çəkisi 22,84 qram, dəyəri 6100 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd kilidində “750” damğası olan çəkisi 78,77 qram, dəyəri 400 manat təşkil edən ipə düzülmüş metal hissəsi qızıl olan mirvari boyunbağını, 01 ədəd ipə düzülmüş 308 ədəd çəhrayı rəngli qaşdan ibarət çəkisi 24,35 qram, dəyəri 350 manat təşkil edən boyunbağını, 01 ədəd “Bvlgari” markalı üzərində 42 ədəd şəffaf rəngli brilyant daşlar olan hər biri 0,020 karat olmaqla çəkisi 109,70 qram, dəyəri 10000 manat təşkil edən qızıldan hazırlanmış hissələri olan qol saatını, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Franck Müller” və “Geneve” yazıları olan gümüşü rəngli, kənarlarında 124 ədəd rəngsiz şəffaf qaş düzülmüş brilyant 124 ədəd hər biri 0,012 karat, çəkisi 99,48 qram, dəyəri 30000 manat təşkil edən qızıl qol saatını, 01 cüt “Graff” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə 161.500 (yüz altmış bir min beş yüz) manat təşkil edən dəyəri 95000 ABŞ dolları olan qızıl sırğanı, 01 cüt “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 7101 manat təşkil edən 3600 avro olan qızıl sırğanı, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 6120 manat təşkil edən 3600 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5917,5 manat təşkil edən 3000 avro dəyərində qızıl qolbağını, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5523 manat təşkil edən 2800 avro dəyərində qızıl üzüyü, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5865 manat təşkil edən 3450 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 7890 manat təşkil edən 4000 avro dəyərində qızıl üzüyü, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 10651,5 manat təşkil edən 5400 avro dəyərində qızıl boyunbağını, 01 cüt keyfiyyət göstərici 1,7 karat olmaqla Azərbaycan manatının məzənnəsi ilə qiyməti 37400 manat təşkil edən 22000 ABŞ dolları dəyərində qızıl tək qaş sırğa, 01 cüt keyfiyyət göstərici 1 karat olmaqla Azərbaycan manatının məzənnəsi ilə qiyməti 20400 manat təşkil edən 12.000 ABŞ dolları dəyərində qızıl tək qaş sırğanı, 01 ədəd “Cartier” markalı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 29587,5 manat təşkil edən 15000 avro dəyərində qızıl qol saatını, 01 ədəd “Cartier” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 29587,5 manat təşkil edən 15000 avro dəyərində qızıl boyunbağını, 01 ədəd paxlava formalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 11900 manat təşkil edən 7000 ABŞ dolları dəyərində qızıl üzüyü, 01 ədəd Sibir brilyiantlarından hazırlanmış gül formalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5100 manat təşkil edən 3000 ABŞ dolları dəyərində qızıl üzüyü, 01 cüt zümrüd daşlarından hazırlanmış 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 5950 manat təşkil edən 3500 ABŞ dolları dəyərində qızıl sırğanı, zümrüd daşlarından hazırlanmış 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbaq 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 25500 manat təşkil edən 15000 ABŞ dolları dəyərində 01 dəst olmaqla qızıl komplekti, 01 ədəd “Behrad” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində uzun qızıl boyunbağını, 01 ədəd “Behrad” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində uzun qızıl boyunbağını, 01 ədəd 750 əyarlı “Chopard” markalı 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə dəyəri 1700 manat təşkil edən 1000 ABŞ dolları dəyərində qızıl boyunbağını, 01 ədəd 750 əyarlı qızıl sırğa və 01 ədəd 750 əyarlı qızıl üzük olmaqla Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 3400 manat təşkil edən 2000 ABŞ dolları dəyərində qızıl komplekti, 01 ədəd rubin daşlarından hazırlanmış Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 8500 manat təşkil edən 5000 ABŞ dolları dəyərində brilliant boyunbağını, 01 ədəd 750 əyarlı Azərbaycan manatının məzənnəsi ilə ümumi qiyməti 5100 manat təşkil edən 3000 ABŞ dolları dəyərində birlliant üzüyü, 01 ədəd Azərbaycan manatının məzənnəsi ilə qiyməti 4931,25 manat təşkil edən 2500 avro dəyərində topaz kulon başlığı olan qızıl boyunbağının zəncirini, 3.200 manat nağd pulu, Azərbaycan manatının məzənnəsi ilə dəyəri 1360 manat təşkil edən 800 ABŞ dolları nağd pulu, Azərbaycan manatının məzənnəsi ilə dəyəri 15780 manat təşkil edən 8 min avro nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 59570 (əlli doqquz min beş yüz yetmiş) manat, Zərərçəkmiş şəxs1 743,548 (yeddi yüz qırx üç min beş yüz qırx səkkiz) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 803,118 (səkkiz yüz üç min yüz on səkkiz) manat məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 evində 5 il xadimə işləmişdir. Bir müddət əvvəl Zərərçəkmiş şəxs1 Almaniyada olduğuna görə sonuncunun seyfindən qızıllarını götürmüş və evinə aparmış, evdə 2 kiloqramlıq bankanın içinə yığaraq həyətdə basdırmışdır. Zərərçəkmiş şəxs1 2 ay sonra Azərbaycana qayıtdıqda o, işini davam etdirmişdir. İşdə olduğu vaxt ona qızılların yerində olmadığını bildirmişlər. O, uzun müddət həmin evdə işlədiyindən utanmış və qızılları götürdüyünü ev sahiblərinə deyə bilməmişdir. Həmin ərəfədə onlar bağ evində olmuş, o, Zərərçəkmiş şəxs1 İçəri şəhərdə yerləşən mənzilə nə vaxt qayıdacaqlarını soruşmuş, çünki qızılları qaytarıb yerinə qoymaq istəmişdir. Bağ evində olduqlarına görə o, qızılları yerinə qoya bilməmişdir. Bir gün işə gedəndə Zərərçəkmiş şəxs1 həyat yoldaşı Yusif Qədimov əgər qızıllar ondadırsa qaytarmasını demişdir. O, qızılların özündə olduğunu deməyə utanmış, həmin gün polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulandan sonra 2 gün həbsdə qaldığı müddətdə polis əməkdaşları ona qızılların yerini desə onu azadlığa buraxacaqlarını demişdlər. O, qızılları Yusif Qədimovun özünə qaytarmaq istədiyini demiş, lakin polis əməkdaşları təkidlə qızılların yerini onlara deməsini bildirmişlər. O, qızılları həyətdə basdırması barədə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra iki nəfər polis əməkdaşı onun yaşadığı mənzilə getmiş, onlardan biri telefonla digər polis əməkdaşına görüntülü zəng etmiş, o da həmin polis əməkdaşına qızılları basdırdığı yeri göstərmişdir. Polis əməkdaşları qızılları basdırdığı yerdən aşkar edib çıxarmışdır. Hətta həmin vaxt onun qardaşı və oğlu evdə olmuş, lakin polis əməkdaşlarından biri qardaşını və oğlunu bacısıgilə aparıb orada saxlamış, digər polis əməkdaşı isə evdə onun iştirakı olmadan axtarış aparmışdır. Onun iştirakı olmadan qızılları tapıb, sonra yenidən torpağa basdırmışlar. Daha sonra isə onun iştirakı ilə yenidən video çəkiliş apararaq həmin qızılları basdırıldığı yerdən çıxarmışlar. Polis əməkdaşları çıxarılan qızılları masanın üstünə düzmüşlər. Zərərçəkmiş şəxs1 qızıllara baxdıqdan sonra bildirmişdir ki, orada çatışmayan qızıllar var, amma onun onların heç birindən xəbəri yoxdur. Zərərçəkmiş şəxs1 yalan danışmaz, əgər qızılların çatışmadığını deyirsə, demək ki, polis əməkdaşları həmin qızılların üzərindən götürmüşlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Yusif Qədimovun evində xadimə işləməklə 1100 manat maaş almış, qızılları İçəri şəhərdə yerləşən evdən götürmüş, ilk dəfə evdən telefon, 1-2 ay sonra qol saatı və bəzi paltarları götürmüşdür. Ev sahibləri qol saatını və telefonu götürərkən ondan şübhələnməmişlər. Həmin telefon və qol saatını öz evində saxlamış, istifadə etməmişdir. Evdəki heç kim bu barədə bilməmişdir. Qızıllar Zərərçəkmiş şəxs1 yataq otağındakı seyfin içində, seyf isə görünən yerdə olmuşdur. Seyfin açarı divardan asılan şəklin arxasında olmuşdur. Evdə təmizlik işləri ilə məşğul olduğuna görə açarın yerini əvvəldən tapmış və fikirləşmişdir ki, həmin açar seyfin açarıdır. Həmin gün evdə onunla birlikdə başqa xadimə də olmuşdur. Seyfin içindəki siyirmədə qızıllar olmuş, o, ancaq qızıl saata diqqət yetirmişdir. Siyirməni götürüb sellofanın içinə boşaltmış, amma nə qədər qızıl olduğuna diqqət etməmişdir. Qızılları tələsik götürdüyü üçün onlara baxa bilməmişdir. Həmin gün qızılları öz evinin həyətində gizlətmiş, evdə də qızıllara baxmamışdır. Seyfin açarını da siyirmə ilə birlikdə atmış, siyirmədə pulları görməmişdir. Bir dəfə Zərərçəkmiş şəxs1 yataq otağında şüşə qabın içindən qızıl boyunbağı, üzük və qolbağı götürmüş, həmin qızılları evində şkafın altındakı siyirmədə, telefonu gizlətdiyi yerdə gizlətmişdir. Həmin qızılları evinə baxış keçirən zaman polis əməkdaşları özləri aşkar etmişdir. Zərərçəkmiş şəxs1 ona zəng edərək qızılların yerində olmadığını demişdir. İttihamda qeyd olunan çatışmaya qızılların harada olduğunu bilmir. Götürdüyü qızılları sahibinə özü təhvil verməmiş, ona görə də həmin qızıllarda əksik varsa, bunu qızılları təhvil verən polis əməkdaşlarından soruşmaq lazımdır. Götürdüyü qızılları heç kimə satmamış, sadəcə olaraq bəzi kişi geyimlərini qızına vermiş və Fəridə xanımın guya ona hədiyyə verdiyini demiş, qızı da həmin geyimləri və qol saatını həyat yoldaşına vermişdir. Onun evində axtarış zamanı telefon, qol saatı, geyimlər aşkar edilmişdir. Evindən aşkar edilmiş 10.000 dollar və 6700 manat pul öz şəxsi pulları olmuş, həmin pulu oğlunun toyu üçün yığmışlar. Polis əməkdaşları həmin pulu da götürmüşlər. Təqsirləndirilən şəxs həmçinin məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, yataq otağındakı qızıllarla seyfdəki qızılları ayrı-ayrı vaxtlarda götürmüş, yataq otağının yanındakı şüşə qabdan götürdüyü qızılları öz evinə gətirib şkafdakı siyirməyə qoymuş, seyfdəki siyirmədən götürdüyü qızılların hamısını isə həyətdə torpağa basdırmış, onda olan bütün qızılların hamısını qaytarmışdır. Həmin qızıllardan bir ədəd belə götürməmiş, torpağa basdırdıqdan sonra açıb qızıllara baxmamışdır. Həmin ərəfədə öz qızıllarını 8.000 manata satmış, qolbağı, sırğalar və boyunbağını satmışdır. Qızıllarını avtomobil almaq məqsədi ilə satmış, avtomobili 17.000 manata nəğd şəkildə almışdır. Zərərçəkmiş şəxs1 yataq otağında kamera olmamış, kamera qapıda və pilləkənlərdə olmuşdur. Başqa adamların seyfin açarının yerini bilib-bilmədiyi barədə məlumatı yoxdur. Götürdüyü qızılları heç kimə bağışlamamışdır. Zərərçəkmiş şəxs1 otağında bir seyf olmuş, bir də Zərərçəkmiş şəxs2 özünün seyfi olmuşdur. Zərərçəkmiş şəxs1 xaricə gedəndə yataq otağının qapısını bağlayıb getmiş, qalan vaxtlarda qapı açıq olmuşdur. Qızılları götürdükdən sonra törətdiyi əməldən peşman olmuş və həmin qızılları qaytarıb yerinə qoymaq istəmişdir. Sonradan bağ evinə getdiklərinə görə qızılları yerinə qoya bilməmişdir. Fürsət axtarmışdır ki, İçəri şəhərdə yerləşən evə gedəndə tək olduğu zaman həmin qızılları yerinə qoysun, lakin elə bir fürsəti olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının sonlarında ailə üzvləri ilə birlikdə Almaniya Respublikasına yola düşmüş, təxminən 3-4 həftə orada qalmış, həmin ərəfədə ünvan 3 ünvanında yerləşən mənzildə isə işçi kimi xadimə Ruzan və digər xadimə Mehriban olmuş, Mehriban yaşadığı evə hər gün gəlməmiş, həftədə 2-3 dəfə gəlib təmizlik işlərində Ruzana kömək edib getmişdir. 2022-ci ilin aprel ayının ortalarında o, Bakı şəhərinə geri qayıtmış, ünvan 5 ünvanında yerləşən mənzilə gəlmiş, evə gəldikdən bir neçə gün sonra öz yataq otağında olan seyfin açarını axtarsa da, tapa bilməmiş, daha sonra oğlu Orxana da bu barədə bildirib birlikdə axtarmışlar. Bir neçə gün o da, oğlu Orxan da evi axtarsalar da, seyfin açarını tapa bilməmiş, seyfin açarını tapa bilmədiyi üçün şəxsi sürücüləri kimi işləyən Rabilə zəng edib bu barədə məlumat vermiş və seyfi açdırmaq üçün seyf ustası çağırmasını istəmişdir. 12 iyul 2022-ci il tarixdə sürücü Rabil ilə birlikdə yaşadığı ünvan 3 ünvanında 2-ci mərtəbədə yataq otağında yerləşən seyfi Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən ünvanını dəqiq xatırlamadığı bağ evinə aparmış, həmin seyfi Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən seyf satılan dükandan almış, məhz bu səbəbdən seyfi həmin bağ evinə aparıb ustanı oraya dəvət etmişdir. Usta seyfi açmış, həmin vaxt o da ustanın yanında olmuşdur. Seyf açıldıqdan sonra Rabil ustanı yola salmaq üçün getmiş, seyfi açan zaman qızıl-zinət əşyaları olan siyirmənin qızıllarla birlikdə oğurlanmasını görmüş, daha sonra seyfin aşağı hissəsinə baxmış, orada zərfin içərisində nağd pulları olmuş, həmin nağd pulları da saydıqdan sonra məlum olmuşdur ki, pulların da bir qisimi oğurlanmışdır. Belə ki, zərfin içərisində 10 min manat nağd pul olmuş, seyfi açdırdıqdan sonra isə həmin pulun 3 min 200 manatının oğurlanmasını görmüş, 6 min 800 manat isə seyfdə olmuşdur. Bundan başqa həmin zərfdə 5 min dollar pul olmuş, həmin pulun 800 dolları oğurlanmış, 4 min 200 dollar isə zərfin içərisində olmuşdur. Bundan başqa həmin zərfdə 10 min avro nağd pul olmuş, həmin puldan 8 min avro pul oğurlanmış 2 min avro isə zərfin içərisində qalmışdır. Qeyd olunanlardan başqa seyfdə oğlu Orxana məxsus 01 ədəd “Frank Müller” markalı qol saatı, özünə məxsus 01 ədəd “Bvlgari” markalı qol saatı, 01 ədəd “Bvlgari markalı üzük, “Xarı bülbül” simvolu olan 01 ədəd sancaq, dəyəri 750 əyyar olan çəkisi 4,56 qram təşkil edən 01 ədəd üzük, çəkisi 7,17 qram olan 01 cüt sırğa, 01 ədəd üzərində qara daşlar olan üzük, 01 ədəd üzərində qırmızı daşlar olan qolbaq, 01 ədəd üzərində ağ daşlar olan boyunbağı, 01 ədəd üzərində ağ daş olan üzük, 01 ədəd qızılı rəngli gül formasında olan üzük, 01 ədəd yaşıl rəngli üzərində daş olan üzük, 01 ədəd yaşıl rəngli, 02 ədəd ağ rəngli daş olan üzük, 01 ədəd qızıl rəngli üzərində kiçik ölçülü daşlar olan üzük, 04 ədəd üzərində açıq göy rəngli bir ədəd böyük daş olan üzük, 01 ədəd üzərində bir ədəd böyük daş olan üzük, 01 cüt qəhvəyi rəngli sırğa, 01 ədəd qəhvəyi rəngli üzük, 01 ədəd tünd göy rəngli boyunbağı üçün klon, 02 ədəd qolbaq, 01 ədəd göz formasında açıq göy rəngli boyunbağı, 01 ədəd üzərində ağ mirvari rəngli daşlar olan qolbaq, 01 cüt üzərində qara rəngli sırğa və 01 ədəd boyunbağı, 01 ədəd şüşə formalı içərisində daşlar olan klon, 01 cüt içərisi açıq göy rəngli daş olan sırğa, 01 ədəd üzərində tünd qırmızı rəngli üzük, 01 ədəd üzərində bir ədəd daş olan boyunbağı, 01 ədəd yumrulanmış formada olan üzərində 01 ədəd daş olan üzük, 01 ədəd klonsuz boyunbağı, 01 cüt yaşıl rəngli sırğa, 01 cüt çəhrayı rəngli sırğa, 01 ədəd eyni rəngli üzük, 01 ədəd açıq göy rəngli klon, 01 ədəd çəhrayı rəngli klon, 01 ədəd “Bvlgari” markalı üzük, 01 cüt üzərində “Bvlgari yazısı olan üzük, 01 cüt sırğa, 01 ədəd klon, 01 ədəd tünd qırmızı rəngli klon, 01 ədəd “Bvlgari” yazısı olan boyunbağı , 01 ədəd üzərində sarı rəngli klon olan qara mirvari boyunbağı, 01 ədəd ağ rəngli qolbaq, 01 ədəd sarı qızılı rəngli yumrulanmış formada olan qolbaq, 01 cüt tünd qırmızı rəngli sırğa, 01 ədəd tünd qırmızı rəngli üzük, 01 cüt briliant sırğa, 01 ədəd boyunbağı, “cartier” yazısı olan briliant üzük, 01 ədəd tək qaşlı üzük, 01 ədəd paxlava formasında qaşlı üzük, 01 ədəd gül formalı üzük, 01 ədəd silsile boyunbağı oğurlanmış, bundan başqa xadimə Ruzan evdə işləməyə başladıqdan sonra müxtəlif vaxtlarda müxtəlif növ əşyaların itməsi faktı baş vermişdir. Belə ki, 26 noyabr 2021-ci il tarixdə evdə oğlu Orxana məxsus “Apple watch” markalı saat və ona məxsus “Bvlgari” markalı boyunbağı, “Cristian Dior” markalı ayaqqabı naməlum şəraitdə itmiş, nə qədər axtarsa da həm saatı, həm də boyunbağını tapa bilmədikləri üçün onların oğurlanması qənaətinə gəlmişlər, lakin bu hadisəni kimin törətməsi barədə şübhələndiyi heç kim olmamışdır. Bu hadisədən sonra dəfələrlə evdə itkilər baş vermiş ona məxsus yataq otağından dəqiq sayını bilmədiyi qızıl zinət əşyalarının, oğlu Orxana məxsus “Perlet” markalı 2 ədəd saatın, “swatch” markalı 1 ədəd saatın və “İphone 11” markalı mobil telefon və bu kimi adını xatırlamadığı digər əşyaların da oğurlanması halı baş vermişdir. Hadisəni törətməkdə o, ilkin olaraq xadimə Ruzandan şübhələnməmiş, daha sonra ondan şübhələnməyinə əsas o olmuş ki, o, Almaniyada olan zaman evdə Ruzan qalmış, həmin vaxt Mehriban adlı digər xadiməçi də olmuş, Almaniyada olan zaman sürücü Rabilə zəng edib İçərişəhərdə yerləşən evdə ona məxsus yataq otağında 1 cüt ayaqqıbını götürüb mağazaya aparmasını istəmiş, həmin gün xadiməçi Ruzan ona zəng edib bu barədə məlumat vermiş və yataq otağının açarının yerini bilmədiyini demiş, o, Ruzana yataq otağının açarının evin 1-ci mərtəbəsindəki hamamda hamam xalatının cibində olduğunu bildirmişdir. Bu hadisədən sonra xadiməçi Ruzan içərisində qızıl-zinət əşyaları və nağd pullar olan seyfin də yerləşdiyi yataq otağının açarının yerini öyrənmiş, buna görə də evdə xadiməçi işləyən Ruzandan şübhələnir. (cild 01, i/v: 55-58). İş üzrə zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli 6/4189-9/5505 nömrəli rəyi ilə tanış olmuş, həmin rəydə qeyd olunmuş qızıl zinət əşyalar dəyərindən aşağı qiymətləndirilmiş, odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2022-ci il tarixli 6/4189-9/5505 nömrəli rəyi ilə razı deyil, ekspertiza təqdiqatında qeyd olunan qızıl zinət və digər dəyərli əşyalardan başqa ona məxsus qızıl-zinət əşyaları və digər dəyərli əşyalar 2021-ci ilin noyabr ayından 2022-ci il may ayınadək olan müddət ərzində yaşadığı ünvan 6 ünvanında yerləşən evindən oğurlanmış, belə ki, həmin əşyalar 01 cüt “Graff’ markalı 750 əyarlı dəyəri 95000 dollar olan sırğa, 01 cüt “Bvlgari” markalı 750 əyarlı dəyəri 3600 avro olan qızıl sırğa, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 3600 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 3000 avro təşkil edən qızıl qolbaq, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 2800 avro təşkil edən qızıl üzük, 01 ədəd “Cartier” markalı 750 əyarlı dəyəri 3450 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd “Cartier” markalı 750 əyarlı dəyəri 4000 avro təşkil edən qızıl üzük, “01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 5400 avro təşkil edən qızıl boyunbağı, 01 cüt keyfiyyət göstərici 1,7 karat olmaqla dəyəri 22000 dollar təşkil edən qızıl tək qaş sırğa, 01 cüt keyfiyyət göstərici 1 karat olmaqla dəyəri 12 min dollar təşkil edən qızıl təkqaş sırğa, 01 ədəd “Perrelef ’ markalı dəyəri 15 min dollar təşkil edən qol saatı, 01 ədəd “Cartier” markalı dəyəri 15000 avro təşkil edən qızıl qol saatı, 01 ədəd “Cartier” markalı 750 əyarlı dəyəri 2000 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 15000 avro təşkil edən qızıl boyunbağı, 01 ədəd Paxlava formalı 750 əyarlı dəyəri 7000 dollar təşkil edən qızıl üzük, 01 ədəd Sibir brilyiantlarından hazırlanmış gül formalı 750 əyarlı dəyəri 3000 dollar təşkil edən qızıl üzük, 01 cüt zümrüd daşlarından hazırlanmış 750 əyarlı dəyəri 3500 dollar təşkil edən sırğa, zümrüd daşlarından hazırlanmış 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbaq 750 əyarlı ümumi dəyəri 15000 dollar 01 dəst olmaqla komplekt, 01 ədəd “Behrad” markalı 750 əyarlı dəyəri 2000 dollar təşkil edən uzun qızıl boyunbağı, 01 ədəd “Behrad” markalı 750 əyarlı 2000 dollar təşkil edən uzun qızıl boyunbağı, 01 cüt mirvari 750 əyarlı qızıl sırğa, 01 ədəd 750 əyarlı “Chopard” markalı 750 əyarlı dəyəri 1000 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd 750 əyarlı qızıl sırğa və 01 ədəd 750 əyarlı qızıl üzük olmaqla ümumi dəyəri 2000 dollar təşkil edən komplekt, 01 ədəd rubin daşlarından hazırlanmış ümumi dəyəri 5000 dollar təşkil edən brilliant boyunbağı, 01 ədəd 750 əyarlı ümumi dəyəri 3000 dollar təşkil edən birlliant üzük, 01 ədəd dəyəri 2500 avro təşkil edən topaz kulon başlığı olan qızıl boyunbağının zənciri, 01 ədəd dəyəri 700 dollar təşkil edən “DİOR” markalı sabo ayaqqabı, 01 ədəd dəyəri 3700 manat təşkil edən “Stella McCartney” markalı kostyum, 01 ədəd dəyəri 1000 avro təşkil edən “Georgio Armani” markalı qarar rəngli don, 01 ədəd dəyəri 500 avro təşkil edən “Escada” markalı şalvar, 01 ədəd dəyəri 7000 manat təşkil edən “Erdem” markalı kostyum, 01 ədəd dəyəri 500 manat təşkil edən “Vakko” markalı şalvar, 01 ədəd “Gucci” markalı dəyəri 500 manat təşkil edən köynək, 01 ədəd “Dolce Gabbana” markalı dəyəri 4370 manat təşkil edən çəhrayı rəngli paltar, 01 ədəd “Ermano Scervino” markalı dəyəri 2500 manat təşkil edən mavi rəngli köynək, 01 ədəd “Vakko” markalı dəyəri, 1000 manat təşkil edən paltar, 01 ədəd “Twinset” markalı dəyəri 300 manat təşkil edən köynək, 01 ədəd “Ermano Scervino” markalı dəyəri 4000 manat təşkil edən paltar, 01 ədəd “Dior” markalı dəyəri 1000 dollar təşkil edən çantadır. Qeyd olunan əşyaları oğurlamaqda şübhələndiyi şəxs əvvəllər evində xidmətçi işləmiş Təqsirləndirilən şəxsdır. (cild 02, i/v: 68-70). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının sonlarında ailə üzvləri ilə birlikdə Almaniya Respublikasına yola düşmüş, təxminən 3-4 həftə orada qalmış, həmin ərəfədə ünvan 3 ünvanında yerləşən mənzildə isə xadiməçi Ruzan və digər xadiməçi Mehriban olmuşdur. 2022-ci ilin aprel ayının ortalarında onlar Bakı şəhərinə geri qayıtmış, ünvan 5 ünvanında yerləşən mənzilə gəlmişlər. Evə gəldikdən bir neçə gün sonra anası Fəridə öz yataq otağında olan seyfin açarını tapa bilmədiyini bildirmiş, bir neçə gün o da, anası Fəridə də evi axtarsa da seyfin açarını tapa bilməmiş, seyfin açarını tapa bilmədikləri üçün 2022-ci ilin iyul ayının ortalarında anası Fəridə seyfi Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən ünvanını dəqiq xatırlamadığı bağ evinə aparmışdır. Daha sonra anası ona bildirmiş ki, seyf ustalarını çağırıb həmin seyfi açdırmış və seyfin içərisində olan qızıl-zinət əşyalarının və nağd pulun oğurlanmasını bildirmiş, anası Fəridənin seyfində ona məxsus “Frank Müller” markalı 01 ədəd saat olmuş, bundan əlavə evdə müxtəlif vaxtlarda ona məxsus 02 ədəd “Perlet” markalı saat, “Apple” markalı saat, “İphone 11 pro” markalı mobil telefon, “Apple” markalı simsiz qulaqcıq oğurlanmış, hadisəni törətməkdə xadiməçi Təqsirləndirilən şəxs şübhələnir. (cild 1, i/v: 110-111) Zərərçəkmiş şəxslər hər biri məhkəməyə ünvanladıqları ərizələrində onlara dəymiş ziyanın tam ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, dəymiş ziyanı tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayının 19-da İçəri şəhərin baş əməliyyat müvəkkili vəzifəsində çalışmış, Böyük Qala küçəsi 21, mənzil 5-də yaşayan Zərərçəkmiş şəxs1 və onun oğlu Zərərçəkmiş şəxs2 onların evindən oğurluq olması ilə bağlı ərizə ilə polis bölməsinə müraciət etmişlər. O, müstəntiq Azər Aslanlı ilə birlikdə həmin şəxslərin evinə baxışa getmişlər. Onlar bildirmişlər ki, evdən oğurluq olub və şübhəli şəxs qismində Təqsirləndirilən şəxs adını onlara demişlər. Dindirilərkən Ruzan özü etiraf etmişdir ki, evdən itən əşyaları o götürüb. Daha sonra Ruzanın evinə baxışa getmişlər, özü qızılları gizlətdiyi yeri göstərmiş və törətdiyi əməli etiraf etmişdir. Şahid7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs evinə təhlükəsizlik məqsədilə getmiş, lakin evə baxış keçirilərkən iştirak etməmişdir. Üstündən uzun müddət keçdiyinə görə bəzi şeyləri xatırlamır. Evdən nə qədər pul çıxdığını xatırlamır. Müvəqqəti saxlama yerinə mobil telefonla heç kim buraxılmır, o, Təqsirləndirilən şəxs telefonla heç kimlə danışdırmamışdır. Təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən iştirak edib-etmədiyini xatırlamır. Zabratda, təqsirləndirilən şəxsin mənzilinə baxış keçirilərkən iştirak etmiş, basdırılmış yerdən banka çıxarılarkən iştirak etməmişdir. Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, o, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsindədir. 19 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək yaşadıqları ünvan 7 ünvanından oğurluq hadisəsi olmasını bildirmişlər. Həmin ərizə üzrə araşdırma aparılması üçün müstəntiq Azər Aslanlı tərəfindən onun və Səbail RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis kapitanı Şahid8 və hal şahidlərinin iştirakı ilə Səbail rayonu, Böyük qala küçəsi ev 21, mənzil 5 ünvanına baxış keçirilmiş, bundan sonra keçirilmiş əməliyyat tədbirləri zamanı həmin evdə xadiməçi kimi işləyən Təqsirləndirilən şəxs qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 8 ünvanına video çəkiliş vasitəsi ilə baxış və axtarış keçirilmiş, baxış və axtarış zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, xadiməçi kimi işlədiyi ünvan 9 ünvanında yerləşən evdən müxtəlif vaxtlarda qızıl zinət əşyaları və digər dəyərli əşyaları oğurluq yolu ilə ələ keçirmiş, Təqsirləndirilən şəxs ələ keçirmiş olduğu qızıl zinət əşyalarını və digər dəyərli əşyaları hal-hazırda öz yaşadığı evdə saxladığını bildirmiş və daha sonra həmin evin yataq otağına daxil olaraq çarpayı ilə üzbəüz yerləşən şkafın aşağı siyirtməsini açaraq bir sıra əşyaları təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dəyərli əşyaları oğurluq yolu ilə ələ keçirməsini bildirmiş, bundan sonra həmin evə baxış və axtarış keçirilmiş, baxış zamanı evdən götürülmüş xeyli sayda qızıl zinət əşyaları, dəyərli əşyalar, ABŞ dolları, Azərbaycan manatı, 01 ədəd tüfəng iş üçün əhəmiyyət kəsb etdiyindən sonuncunun özünə izah edildikdən sonra imzalarla təsdiq edilib götürülmüşdür. (cild 02, i/v: 18-21) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 evində işə başlamış, əvvəl Fəridə xanımın oğlunun evində işləmiş, lakin sonradan Fəridə xanım demişdir ki, evin təmir olunması ilə əlaqədar Ruzana kömək etmək lazımdır. O da razılaşmış və Fəridə xanımın evində işləməyə başlamışdır. Onun maaşı yaxşı olmuşdur. O, Təqsirləndirilən şəxs işdə tanımışdır. İşin halları ilə bağlı ona başqa bir şey məlum deyil. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mart ayında ona evdən qızıl sırğa itdiyini demiş, o da axtarmağı təklif etmişdir. Onlar birlikdə sırğanı axtarmış, lakin tapmamışlar. Sonra Fəridə xanımı görmüş, o da demişdir ki, evdən gəlininin qızılları itib. O, bundan sonra polis çağırmalarını təklif etmiş, lakin sonradan heç bir xəbər çıxmamış, onun da heç nədən məlumatı olmamışdır. Sonuncu dəfə avqust ayının 5-də Fəridə xanımın evində olmuş, evini təmizləmişdir. İndi orada işləmir, dövlət işində işləyir. Həmin mənzildəki yataq otağını o təmizləmiş, lakin şkafları təmizləməmişdir. 2021-ci ilin iyul ayında Buzovnadakı evdə işləmiş, İçəri şəhərdəki evdə həftədə 1-2 dəfə işləmişdir. Mart ayının neçəsində qızılların itdiyini xatırlamır. Təqsirləndirilən şəxs ona demişdir ki, qızıl divanın üstünə qoyulub, o da divanı çəkib arxasına baxmış, daha sonra Fəridə xanım da evdən gəlininin qızıllarının itdiyini demişdir. Bundan sonra ona heç nə deməmişdir. Fəridə xanımın evində özü, yoldaşı, oğlu, gəlini və nəvəsi yaşamışdır. Axrıncı dəfə avqust ayının 5-i orda işləmiş, polislər gələndən sonra, o evdə işləməmişdir. Onu Fəridə xanımın gəlini işdən çıxarmışdır. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş, təqsirləndirilən şəxsin bacısı Şahid6 ifadəsində göstərmişdir ki, 19 iyul 2022-ci il axşam saatlarında işdən qayıdan zaman bacısıgilin qapısının döyüldüyünü eşitmişdir. Ruzanın balaca qızını göndərmişdir ki, qapını açsın. O, gedib baxandan sonra gəlib demişdir ki, qapıda başqa adam var, anası deyil. O da qapını açmamasını demişdir. Ruzangilin evinə keçib kameradan kimin gəldiyinə baxanda qapıda xeyli adam olduğunu görmüş, lakin Ruzanı görməmişdir. O, qapını açmaq istəyəndə Ruzanın qapını açdığını görmüşdür. Ruzan qapını açıb ona yaxınlaşanda qorxmamasını, Fəridə xanımın evində oğurluq olduğunu, ona görə onun da evində axtarış olacağını demişdir. O, həyətə keçib gözləmişdir. Polis əməkdaşları ona yerindən tərpənməməsini tapşırmış və Ruzanın evinə keçib, qapı və pəncərələri bağlamışlar. O, yarım saat həyətdə gözləmiş, məcbur olub öz evinə keçmiş, daha sonra təzədən qayıtmışdır. Sonra evə gələnlərdən nə olduğunu soruşduqda, Fəridə xanımın evindən oğurluq olduğunu, ona görə də Ruzanın da evini axtarmaq lazım olduğunu bildirmişlər. Bir müddət sonra ordan bir balaca boy oğlan gəlib “tapdıq” demiş, amma nə tapdığını deməmişdir. Sonra bir hündür boy oğlan “axşama içkimiz var” demiş, bir də pul tapdıqlarını demişlər. Bir az sonra Ruzanın əri evə gəlmiş, sonra polislər ona da evdə axtarış aparılacağını demiş, o da etiraz etməmişdir. Sonra onlar evdə axtarış keçirmişlər. Sabahısı günü bir də saat 4 radələrində uşaqları ona zəng edərək, nənələrinin halının pis olduğunu deyib, onu evə çağırmışlar. O da icazə alıb evə gəlmiş və əvvəlki gün onlara gələn polislərdən 3-4 nəfərinin yenidən gəldiyini görmüşdür. Polis əməkdaşı əyləşmiş, bir stəkan çay istəmiş və onlarla söhbət etmişdir. 2 nəfər onlara yaxın gəlməmiş, Ruzanın evində axtarış aparmışlar. Bir müddət sonra səs gəldiyini eşitmişdir. Ruzanın oğlunu onların balkonuna gətirmişlər, qardaşı, anası və o, hamısı orda oturmuşlar. Onlara bütün qapı və pəncərələri bağlamağı tapşırıb, axtarış getdiyini, əgər müdaxilə etsələr, hamısını tutacaqlarını demişlər. Bir nəfər orda dayanıb onlara keçməyə icazə verməmişdir. O, bir nəfərin Ruzana “tez ol yerini de” dediyini, Ruzanın isə “bilmirəm” dediyini eşitmişdir. Ruzan həmin vaxt orda olmamış, kimsə onunla telefonla danışmış, o da səsi eşitmişdir. Polis əməkdaşları Ruzanın həyətində qazıntı işi aparmışlar. Bir müddət sonra Ruzanla yoldaşı Telman gəlmiş, onlara evdən nə çıxdığını göstərməmişlər. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Ruzanın evinə axtarış keçirilərkən iştirak etməmiş, evdən nəsə tapılmasını görməmişdir. Bacısı Ruzan xadimə işləmiş, yoldaşı isə fəhlə olmuşdur. O, bacısının oğurluq etməsinə inanmır. Onların “Opel” markalı maşını var, birini də təzə almışlar. Maşın almaq üçün imkanları olmuş, belə ki, onların oğlu da işləmişdir. Bacısı ona heç bir qızıl və ya geyim əşyası verməmiş, telefonda polis bacısı ilə danışarkən bacısının səsini tanımış, aralarında təxminən 6 metr məsafə olmuşdur. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş, təqsirləndirilən şəxsin əri Şahid2 ifadəsində göstərmişdir ki, hadisədən əvvəl həyat yoldaşı Təqsirləndirilən şəxs işdən gələndə Fəridə xanımın evində oğlurluq hadisəsi baş verdiyini bildirmiş, iyul ayının 16-17-i arası işdən gələndə Fəridə xanımın zəng etdiyini, seyfi ustaya apardıqlarını, usta seyfi açanda 1 ədəd saat və bəzi əşyaların seyfdə olmadığını demişdir. İyul ayının 19-da o və Ruzan işə getmiş, nahar fasiləsindən sonra axşama yaxın o, Ruzana zəng etmiş, lakin Ruzan telefonu açmamışdır. O da narahat olmuş, evə gedəndə evin qarşısına çoxlu adamların yığışdığını görmüşdür. İçəri girəndə həmin adamlardan kim olduqlarını soruşmuş, onlar da polis olduqlarını bildirmişlər. O, polislərdən niyə gəldiklərini, evi axtarmaq üçün icazələrinin olub-olmadığını soruşduqda onlar heç bir sənəd göstərməmiş və Ruzanın oğurluqda şübhəli olduğunu bildirib evdə axtarış keçirməli olduqlarını bildirmişlər. O da Ruzanın belə bir iş törətməsinə inanmadığına görə evdə axtarış keçirilməsinə mane olmamışdır. Polislər evi axtararkən o, həyətə keçmiş, bu zaman İlqar adlı polis əməkdaşı gəlib maşını necə aldığını soruşmuşdur. O da yoldaşının qızıllarını satıb aldığını demişdir. Bu zaman həmin polis əməkdaşı onun qolunu buraraq polis maşınına əyləşdirmiş və onu bölməyə aparmış, telefonunu isə götürmüşlər. O, koridorda Fəridə xanımın sürücüsü Ramili görmüş və ondan nə olduğunu soruşduqda ona heç nə deməmişdir. O, səhərə kimi koridorda qalmış, səhər iki nəfər polis əməkdaşı ondan qızılları kimə satdığını soruşmuş, o da “Laçın” Univermağında satdığını demişdir. Onlar onu “Laçın” Univermağına aparmış, o da polislərə qızılları satdığı adamı göstərmişdir. O, kənarda gözləyəndə polislər onun iştirakı olmadan həmin şəxsə yaxınlaşmış və həmin adamdan onu tanıyıb-tanımadığını soruşmuşlar, o da tanıdığını və ondan 8600 manata qızıl aldığını demişdir. Onu ordan evə aparmışlar, evdə hər yerdə axtarış aparmışlar. Ordan onu bölməyə aparmışlar. Sonra polislərdən biri qızılların tapıldığını, Ruzanın hər şeyi etiraf etdiyini, onu yenidən evə aparıb axtarış edəcəklərini demişlər. Onlar Zabrata gəlmiş, həyətə girib evə keçməmiş, qızılların həyətdə olduğunu demişlər. Bundan sonra Ruzanı da gətirmişlər. Polislər Ruzanla evin arxa tərəfinə keçmiş, sonra ordan qışqırıq səsləri gəlmişdir. Belə ki, Ruzan pulların harada olduğunu soruşmuş, onu oğlunun toyu üçün yığdığını demişdir. Onlar evdən çıxanda onlarla birlikdə gələn polislərdən başqa digər polislərin də evdə olduğunu görmüş, həmin vaxt onun halı pisləşmişdir. Polislər evin hər yerini qazmışlar. O, ailə üzvlərindən həyəti niyə elə qazdıqlarını soruşmuş, ona onlardan yarım saat qabaq 3 nəfər polis əməkdaşının gəlib evdə axtarış etdiyini, həyəti qazdıqlarını demişdir. O da həmin yerlərin foto şəkillərini çəkmiş, aradan bir neçə gün keçdikdən sonra o, müstəntiqin yanına gedib evdə qanunsuz hərəkətlər olduğunu, pullarının, evin kamerasının aparıldığını, şahidlərin iştirakı olmadan qazıntı aparıldığını bildirmiş, müstəntiq də araşdırıb ona xəbər edəcəyini demişdir. O, 2 ay gözləmiş, lakin xəbər çıxmamış, bundan sonra o, prokurorluğa şikayət etmiş, lakin şikayətinə baxmamışlar. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o usta işləyir, 20-25 ildir ki, bu işlə məşğuldur. Onun evində o, oğlu və həyat yoldaşı işləyir. Onların özlərinə məxsus evdə qızılları olmuş, onları yoldaşı qazandığı pullarla almışdır. Oğlu Yusif müəllimin otelində işləmiş, 550 manat maaş almışdır. Qızılları 8600 manata satmışlar. Qızılları Ruzan anası və bacısı ilə birlikdə almış, o, həmin qızılların alınmasında iştirak etməmişdir. Qızıllar satıldığı qiymətə alınmamış, qızılların qramını 69 manata satmışlar. Onun oğlu nişanlı olmuş və qızın ailəsi Ağdamda yaşamışdır. Onlar da qızın evinə rahat gedib gələ bilmək üçün qızılları satıb maşın almışlar. O, yoldaşının qızılları oğurladığına inanmır. Onun evindən kameraların oğurlanması ilə bağlı şikayət etmiş, Ruzan ona qızılları oğurladığını deməmişdir. Hadisə baş verəndən sonra Ruzan demişdir ki, qızılları götürüb, amma onları geri qaytarmaq məqsədi olub. “Hyundai Elantra” markalı maşını mayın 25-də almışlar, həmin vaxt onun başqa maşını olmuşdur, lakin həmin maşın yaxşı işləməmişdir. Köhnə maşını satmamış, yeni maşın almışlar. 18 oktyabr tarixində oğlunun toyu planlaşdırılmış, Ruzan oğlunun toyu üçün pul yığmışdır. Ruzan maşını oğluna hədiyyə etmək istəmişdir. Pul düzəldiyinə görə köhnə maşını satmamışlar. Yoldaşı lotoreyadan 6.000 manat pul götürmüş, o da 8.000 manat qoyub maşını almışlar. Məhkəmə iclasında könüllü olaraq şahid qismində ifadə vermiş, təqsirləndirilən şəxsin oğlu Şahid9 ifadəsində göstərmişdir ki, o, 4 ilə yaxındır ki Xızı rayonunda qalıb işləyir. 20 iyul tarixində ona məlumat verərək Sədərəyə qayıtmalı olduğunu demişlər. O, Sədərəyə qayıtdıqdan sonra ona anasının və atasının Yusif müəllimin evindən qızılların oğurlanmasında şübhəli olduğunu demişlər. O, şok vəziyyətdə evə qayıtmış, evdə nənəsi, bacısı və dayısı olmuşdur. İçəri keçib əynini dəyişmək istədikdə, evdəki kameraların işləmədiyini, sistem blokunu götürdüklərini görmüşdür. Həyətə çıxanda evdəkilərlə oturmuş, ona hadisənin necə baş verdiyini danışmışlar. Günorta saat 3 radələrində 3 nəfər polis əməkdaşı evə gəlmiş və evdə axtarış aparacaqlarını demişlər. Bir nəfər polis əməkdaşı evə daxil olmuş, 10 dəqiqə evdə olmuş, sonra evin arxasına keçmək istəmiş və onlara gəlməməyi tapşırmışlar. Həmin vaxt dayısı stolu götürüb evin həyətinə keçib onlara baxmaq istədikdə polislər dayısına baxmamağı tapşırmışlar. Dayısı bunun səbəbini soruşduqda polislər dayısını hədələyərək əgər baxsa onu da tutacaqlarını demişlər. Onlar da kənarda gözləmişlər. Polislər həyətdə axtarış etdikdən sonra getmiş, bir saat sonra geri qayıtmışlar. Onların arasında Emin adlı şəxs də olmuşdur. Polislər anasını gətirəcəklərini demiş və onlara orada olmamağı tapşırmışlar. Onlar da xalasının evinə keçmişlər. Emin adlı polis əməkdaşı onlarla birlikdə gəlmiş, qapı və pəncərələri bağlamışlar. Polislər yarım saat evdə axtarış etmişlər. Bu vaxt anası orada olmamışdır. Emin adlı polis əməkdaşı onların evinə keçmiş, bundan sonra o, anasının və atasının səslərini eşitmişdir. Atasının vəziyyəti pis olmuş, o, atasını sakitləşdirdikdə, polislər anasını götürüb getmişlər. Şahid9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Mingəçevir şəhərində 2 il yarım işləmiş, son 2 ayda isə Xızı rayonunda işləmişdir. 550 manat maaş almış, həmin rayonda yaşamışdır. O, ayda 4 gün evə gəlmiş, 550 manat onun dolanışığı üçün kifayət etmişdir. O, toyu üçün evə də pul göndərmişdir. Onun evdə olan qızıllardan xəbəri olmamış, o, 4 il başqa yerdə işləmiş, ondan əvvəl 3 il də Türkiyədə oxumuş, son 7 ildir ki, evdə çox olmamışdır. Evdə bir işlək vəziyyətdə “Daewoo” markalı maşın olmuş, bir maşını da yeni almışlar. “Daewoo” markalı maşınla Ağdama getməmişdir. İkinci maşını ona hədiyyə etmək istəmişlər. Anasının işlədiyi evdən qızıl-zinət əşyaları götürməsi barədə heç bir məlumatı olmamışdır. Toy üçün evdəkilər dediklərinə görə 10.000 dollar və 6-7 min manat pul yığmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 13 ildir ki, “Laçın” ticarət mərkəzində, qızıl şöbəsində qızıl alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs işlədiyi müddətdə əmlakını satan şəxs kimi tanımışdır. Tarixi dəqiq xatırlamır, o, işdə olarkən Təqsirləndirilən şəxs satmaq üçün qızıl zinət əşyasını gətirmiş, o, qiymət dedikdən sonra Ruzan razılaşmamış, gedib bazarı gəzib ondan çox pul verən alıcının olmadığını görüb yenidən onun yanına qayıdaraq qızılı ona satmaq qərarına gəlmişdir. Ümumilikdə ona 124 qram qızıl vermiş və o, qızılın qramını 69 manatdan hesablayıb 8600 manat pul vermişdir. O, pulunu verib qızıl almış, 500 manat bahasına da satmışdır. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızılı satan şəxslər oğlunu evləndirdiyini, pul lazım olduğunu, əvəzinə gəlininə qızıl zinət əşyaları alacaqlarını demişlər. Vətəndaşlardan qızıl alanda şəxsiyyət vəsiqəsini tələb edib surətini çıxarıb qeydiyyat aparır. Qızılı alandan təxminən bir ay sonra polis əməkdaşları gəlmiş və həmin qızılların oğurluq olduğu məlum olmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, aldığı qızıllar türk qızılları olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, Xəyyam Haqverdiyev ilə birgə nikaha daxil olmuş, həmin nikahdan 2 oğlan övladı vardır. Anası Ruzan təxminən 5-6 ildir ki, Zərərçəkmiş şəxs1 məxsus evdə xadimə kimi işləmiş, o, evlənməmişdən öncə anası Ruzan işlədiyi vaxtlarda həmin evdən hər hansısa bir oğurluq hadisələri törətməmiş, eləcə də, o və ailə üzvləri anası Ruzanın nə vaxtsa oğurluq yolu ilə hər hansısa bir əşyanın və ya nağd pulun ələ keçirməsi ilə bağlı heç bir şübhələri olmamışdır. Bundan başqa anası Ruzan 2021-ci ilin noyabr ayında ona bildirmiş ki, işlədiyi evdə ev sahibəsi Zərərçəkmiş şəxs1 ona 01 ədəd “Chanell” markalı gözlüyü hədiyyə olaraq vermiş, həmin gözlüyü anası Ruzan ona hədiyyə vermək istədiyini bildirmiş, hədiyyə olduğu üçün o da qəbul etmişdir. Həmin hadisədən 5-7 gün sonra anası yenidən ona Fəridə xanımdan pay kimi almış olduğu 01 ədəd markasını dəqiq xatırlamadığı ağ rəngli dəri kəməri olan qol saatını hədiyyə olaraq istifadə etməsi üçün ona vermiş, o, həm saatı, həm də gözlüyü heç vaxt istifadə etməmiş, anası ona hədiyyə olaraq verdikdən sonra yaşadığı evdə saxlamışdır. Təxminən 1-2 ay sonra anasıgildə olan zaman ona 01 ədəd markasını dəqiq xatırlamadığı kişi üçün nəzərdə tutulmuş cins şalvar vermiş, anası o cins şalvarı əri Xəyyamın istifadə etməsi üçün vermiş, həmin vaxt uşaqlar üçün nəzərdə tutulmuş dəqiq sayını xatırlamadığı oyuncaqları da Fəridə xanımın verdiyini bildirmişdir. 2022-ci ilin mart ayında yoldaşı Xəyyamın ad günündə anası hədiyyə olaraq qara rəngli dəri kəməri Xəyyama vermiş, həmin kəməri də Fəridə xanım pay olaraq verdiyini bildirmişdir. Anasının törətmiş olduğu cinayət hadisəsi ilə bağlı anası şübhəli şəxs kimi tutulduqdan sonra məlumatı olmuşdur. Anası ona heç vaxt qızıl zinət əşyaları, eləcə də, nağd pul verməmiş, ona hədiyyə olaraq vermiş olduğu, yuxarıda adlarını qeyd etdiyi əşyaları isə pay olaraq işlədiyi evin sahibəsi Zərərçəkmiş şəxs1 aldığını bildirmişdir. (cild 01 i/v: 63-66) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 bildirmişdir ki, təxminən 10 ildir ki, Zərərçəkmiş şəxs1 ailəvi sürücüsü kimi işləmiş, Zərərçəkmiş şəxs1 və digər ailə üzvləri hansı evdə olmuşsa, o da onlarla birlikdə olmuşdur. Təqsirləndirilən şəxs təxminən 5 il bundan öncə ilk dəfə tanımış, Ruzan Fəridə xanımın evində xadimə kimi işləmişdir. Ruzanı əvvəllər tanımamış, həmin şəxslə ilk tanışlıqları məhz Fəridə xanımın evində olmuşdur. Ruzan Fəridə xanıma məxsus evdə işlədikdən sonra müxtəlif vaxtlarda müxtəlif əşyaların itməsinin şahidi olmuşdur. 2021-ci ilin noyabr ayının sonlarında Fəridə xanım ona evdən özünə məxsus “İphone” markalı mobil telefonun itdiyini bildirmiş, o, həm Fəridə xanımla, həm də Ruzanla birlikdə dəfələrlə evi axtarsa da mobil telefonu tapa bilməmişdir. Bu formada dəfələrlə Fəridə xanımın evindən müxtəlif növ əşyalar itmişdir. 2022-ci ilin may ayında Fəridə xanım Almaniyada olan zaman ona zəng edib Səbail rayonu, İçərişəhər Milli qoruğunda yerləşən evində yataq otağında olan bir cüt ayaqqabını Türkiyədə yaşayan qızına göndərmək üçün yataq otağından götürməsini tapşırmış, o da evə gedib Ruzandan ayaqqabını verməsini istəmiş, o isə yataq otağının açarlarının harda olmasını bilmədiyini demişdir. O, Ruzana Fəridə xanımla danışıb açarın yerini soruşmasını bildirmiş, təxminən 1 saat sonra Ruzan ayaqqabını gətirib ona vermişdir. 2022-ci ilin may ayının sonlarında Fəridə xanım Bakıya gəldikdən 2-3 gün sonra ona yataq otağında olan seyfin açarını tapa bilmədiyini demiş, təxminən 1 aydan çox müddət ərzində Fəridə xanım açarı axtarsa da tapa bilməmişdir. 12 iyun 2022-ci il tarixdə Fəridə xanım həmin seyfi Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən dəqiq ünvanını xatırlamadığı bağ evlərinə aparmağını istəmiş, həmin gün Fəridə xanımla birlikdə seyfi aparmışlar, səhərisi gün Fəridə xanım evə seyf ustası dəvət etmiş, həmin seyf ustası seyfi açdıqdan sonra məlum olmuşdur ki, seyfin içərisindən qızıl-zinət əşyaları və nağd pul oğurlanmışdır. Seyf açıldıqda Fəridə xanım seyfin içərisində qızıllar olan siyirtmənin qızıllarla birlikdə oğurlanmasını bildirmişdir. Eləcə də seyfin aşağı hissəsində bağlama zərf və həmin zərfin içərisində nağd pul olmuş, Fəridə xanım zərfi açıb pulları saydıqdan sonra dəqiq sayını deməsə də, nağd pulların da oğurlanmasını bildirmişdir. Eləcə də oğurlanmış qızılların qiyməti barədə də heç nə deməmiş, hadisədən bir neçə gün sonra isə Fəridə xanımın oğurluq hadisəsi ilə bağlı polisə müraciət etməsini öyrənmişdir. Baş vermiş hadisəni törətməkdə şübhələndiyi şəxs xadimə Təqsirləndirilən şəxs olmuşdur. (cild 01, i/v: 119-122) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata götürülməsi barədə 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 19 iyul 2022-ci il tarixdə ərizə ilə ünvan 11 ünvanında özünə məxsus seyfin içərisindən qızıl-zinət əşyaları, 8000 avro və 10.000 manat nəğd pulun naməlum şəxlər tərəfindən oğurlandığını bildirmişdir. (cild İ, i/v: 1) Yuxarıda göstərilən hallar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 polis idarəsinə vermiş olduğu ilkin əlyazma ərizəsi ilə, eləcə də götürmə aparılması haqqında qərar və protokolda da bir daha öz əksini tapmışdır. (cild İ, i/v: 4-13) - Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolunda 2022-ci ilin fevral ayında zərərçəkmiş Zərərçəkmiş şəxs1 yataq otağına daxil olaraq güzgünün qarşısında yerləşən masanın üzərində olan ağ rəngli qabın içərisindən bütün qızılları gizlin oğurluq yolu ilə götürdüyünü və seyfin açarını götürüb orada olan qızılları ələ keçirmək üçün banka götürərək qızılları bankaya yığıb evin arxa tərəfində baxçada basdırdığını etiraf etmişdir. (cild İ, i/v: 35-40). - Axtarış və götürmə aparılması haqqında 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, video çəkiliş ilə Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 12 ünvanında yerləşən mənzildə axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, istintaq üçün əhəmiyyət kəsb etmiş 01 ədəd tünd qırmızı daşlardan ibarət olan boyunbağı, 01 ədəd aypara formalı qızılı rəngli boyunbağı, 01 ədəd qızılı rəngli boyunbağı, 01 ədəd qəhvəyi rəngli üzərində “Baga 925” yazıları olan 01 ədəd qolbağı, 01 ədəd qəhvəyi rəngli təsbeh, 01 ədəd “Granat” yazıları olan saat, 01 ədəd üzərində qara rəngli daşlar olan qolbağı, 02 ədəd ürək formasında olan boyunbağılar, 01 ədəd ağ mirvari muncuq formalı qolbağı, 01 cüt olmaqla üzərində gül forması olan qızılı rəngli sırğa, 01 ədəd gül formalı üzük, 01 ədəd “İphone 11 pro” markalı mobil telefon, 01 ədəd “Swatch” markalı saat, 01 ədəd “Rado” markalı saat, 01 ədəd ‘‘Hugo Boss” yazıları olan qol düyməsi, 01 ədəd üzərində “Dupond” yazıları olan qızılı rəngli qələm, 01 ədəd üzərində “Paris” yazıları olan qələm, hər biri 100 dollar olmaqla ümumilikdə 2700 ABŞ dolları, hər biri 100 manat olmaqla ümumilikdə 2600 manat pul əskinasları, 01 ədəd “Apple Watch” markalı saat, 01 ədəd qırmızı rəngli pul kisəsi, 01 ədəd qara rəngli Powerbank, 01 ədəd “X6” markalı yaşıl rəngli qadın çantası, 01 ədəd qızılı rəngli boyunbağı, 01 ədəd tünd yaşıl rəngli pul kisəsi, 01 ədəd qızılı rəngli üzük, 01 ədəd “Rolex” yazıları olan saat, 01 ədəd yaşıl daşlardan ibarət boyunbağı, 01 ədəd tac formalı qara daşlardan ibarət boyunbağı,01 cüt buta formalı sırğalar, 01 ədəd “Casio” markalı saat, 01 ədəd “Michael kors” markalı saat, 01 cüt ağ mirvari daşlardan ibarət sırğalar, 01 ədəd qızılı rəngli halqa formalı brelok, 01 ədəd “cuping jewellery” yazılı sırğa, 01 ədəd ürək formalı qızılı rəngli saç yığan, 01 cüt qara rəngli üzərində böyük daşlar olan sırğalar, 01 ədəd gül formalı qızılı rəngli üzük, 01 cüt buta formalı üzərində qara və ağ daşlar olan sırğalar, 01 ədəd paxlava formasında üzərində ağ daşlar olan üzük, 01 cüt parıltılı daşlardan ibarət sırğalar, 01 ədəd “Xarı Bülbül” təsviri olan sırğa və eyni təsvirli boyunbağı, 01 ədəd üzərində göy, çəhrayı ağ rəngli qanad formalı boyunbağı, 01 cüt gül formalı üzərində ağ daşlardan olan əşya, 01 ədəd Xarı-Bülbül təsviri olan üzük, 01 cüt hər birinin üzərində 06 ədəd kiçik ölçülü daşlar olan sırğalar, 01 ədəd üzərində böyük daş olan boyunbağı, 01 cüt üzərində yaşıl rəngli daş olan sırğalar, 01 ədəd üzərində yaşıl rəngli daş olan kənarları qızılı rəngli olan üzük, 01 ədəd yaşıl rəngli daş, 01 ədəd qızılı rəngli üzərində ağ rəngli daş olan üzük, 01 ədəd böyük ölçüdə yuxarısında qızılı rəngli dairəvi, aşağı hissədə isə kvadrat formalı qızılı rəngli klon, 01 ədəd kəpənək formalı üzərində qızılı rəngli tros olan əşya, 01 ədəd qızılı rəngli üzərində kiçik ölçülü ağ rəngli daşlar olan qolbağı, 01 ədəd üzərində “cartier” yazıları olan qolbaq, 01 ədəd üzərində gümüşü rəngli sonsuzluq işarəsi olan boyunbağı, 01 ədəd trosu qızılı rəngli olan boyunbağı, 01 ədəd yuxarı hissəsində deşiklər olan üzük, 01 ədəd qızılı rəngli pilləkən formalı sırğa, 01 ədəd qızılı rəngli sadə qolbaq, 01 ədəd qızılı rəngli üzərində göz muncuğu təsviri olan sırğa, 01 ədəd qızılı rəngli sadə sırğa, 01 ədəd tüfəng, 01 ədəd ağ daşlardan ibarət muncuq formalı boyunbağı, 01 cüt olan hərəsinin üzərində 04 ədəd ağ rəngli daşlar olan qızılı rəngli əşyalar, 01 ədəd üzərində 01 ədəd üzərində kiçik ölçülü daşlar olan qızılı rəngli üzük, 01 ədəd üzərində gül forması olan qızılı rəngli üzük, 01 ədəd gül formalı qızılı rəngli boyunbağı, 01 ədəd qızılı rəngli gül formalı klon, 01 cüt qızılı rəngli gül formalı sırğalar, 01 ədəd qızılı rəngli üzərində kəpənək forması olan üzük, 01 cüt qızılı rəngli üçbucaq formalı sırğalar, 01 ədəd “Perrelet” markalı saat, 01 ədəd “Tissot” markalı saat, 01 ədəd “Lorus” markalı saat aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (cild 01, i/v: 14-18) - “İfadənin yerində yoxlanılması” haqqında 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 məxsus yataq otağında yerləşən seyfin içərisində olan qızıl-zinyət əşyalarını oğurlayıb yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 19 ünvanında yerləşən həyətyani sahədə torpaq zəminin altına basdırdığını bildirmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti zamanı şübhəli şəxs qızıl-zinyət əşyalarını basdırdığı torpaq hissəni göstərmiş, həmin əşyalar qazılaraq basdırıldığı yerdən çıxarılmışdır. (cild 01, i/v: 41-44) - “Əşyaların götürülməsi haqqında” 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs göstərdiyi torpaq sahədən qazıldıqdan sonra şüşə bankanın içərisində aşkar olunmuş 01 ədəd “Frank Müller” markalı qol saatı, 01 ədəd “Bvlgari” markalı qol saatı, 01 ədəd “Bvlgari markalı üzük, “Xarı bülbül” simvolu olan 01 ədəd sancaq, dəyəri 750 əyyar olan çəkisi 4,56 qram təşkil edən 01 ədəd üzük, çəkisi 7,17 qram olan 01 cüt sırğa, 01 ədəd üzərində qara daşlar olan üzük, 01 ədəd üzərində qırmızı daşlar olan qolbaq, 01 ədəd üzərində ağ daşlar olan boyunbağı, 01 ədəd üzərində ağ daş olan üzük, 01 ədəd qızılı rəngli gül formasında olan üzük, 01 ədəd yaşıl rəngli üzərində daş olan üzük, 01 ədəd yaşıl rəngli, 02 ədəd ağ rəngli daş olan üzük, 01 ədəd qızıl rəngli üzərində kiçik ölçülü daşlar olan üzük, 04 ədəd üzərində açıq göy rəngli bir ədəd böyük daş olan üzük, 01 ədəd üzərində bir ədəd böyük daş olan üzük, 01 cüt qəhvəyi rəngli sırğa, 01 ədəd qəhvəyi rəngli üzük, 01 ədəd tünd göy rəngli boyunbağı üçün klon, 02 ədəd birinin başlığı qırılmış qolbaq, 01 ədəd göz formasında açıq göy rəngli boyunbağı, 01 ədəd üzərində ağ mirvari rəngli daşlar olan qolbaq, 01 cüt üzərində qara rəngli sırğa və 01 ədəd boyunbağı, 01 ədəd şüşə formalı içərisində daşlar olan klon, 01 cüt içərisi açıq göy rəngli daş olan sırğa, 01 ədəd üzərində tünd qırmızı rəngli üzük, 01 ədəd üzərində bir ədəd daş olan boyunbağı, 01 ədəd yumrulanmış formada olan üzərində 01 ədəd daş olan üzük, 01 ədəd klonsuz boyunbağı, 01 cüt yaşıl rəngli sırğa, 01 cüt çəhrayı rəngli sırğa, 01 ədəd eyni rəngli üzük, 01 ədəd açıq göy rəngli klon, 01 ədəd çəhrayı rəngli klon, 01 ədəd “Bvlgari” markalı üzük, 01 cüt üzərində “Bvlgari” yazısı olan üzük, 01 cüt sırğa, 01 ədəd klon, 01 ədəd tünd qırmızı rəngli klon, 01 ədəd “Bvlgari” yazısı olan üzük, 01 ədəd üzərində sarı rəngli klon olan qara mirvari boyunbağı, 01 ədəd ağ rəngli qolbaq, 01 ədəd sarı qızılı rəngli yumrulanmış formada olan qolbaq, 01 cüt tünd qırmızı rəngli sırğa, 01 ədəd tünd qırmızı rəngli üzük iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. (cild 01, i/v: 45) - “Əşyanın tanınmaya təqdim olunması haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmiş əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı sonuncu ona təqdim edilmiş 01 ədəd qırmızı rəngli pul kisəsi, 01 ədəd qara rəngli Powerbank, 01 ədəd “X7” markalı yaşıl rəngli qadın çantası, 01 ədəd qızılı rəngli boyunbağı, 01 ədəd tünd yaşıl rəngli pul kisəsi, 01 ədəd qızılı rəngli üzük, 01 ədəd “Rolex” yazıları olan saat, 01 ədəd yaşıl daşlardan ibarət boyunbağı, 01 ədəd tac formalı qara daşlardan ibarət boyunbağı, 01 cüt buta formalı sırğalar, 01 ədəd “Casio” markalı saat, 01 ədəd “Michael kors” markalı saat, 01 cüt ağ mirvari daşlardan ibarət sırğalar, 01 ədəd qızılı rəngli halqa formalı brelok, 01 ədəd “cuping jewellery” yazılı sırğa, 01 ədəd ürək formalı qızılı rəngli saç yığan, 01 cüt qara rəngli üzərində böyük daşlar olan sırğalar, 01 ədəd gül formalı qızılı rəngli üzük, 01 cüt buta formalı üzərində qara və ağ daşlar olan sırğalar, 01 ədəd paxlava formasında üzərində ağ daşlar olan üzük, 01 cüt parıltılı daşlardan ibarət sırğalar, 01 ədəd “Xarı Bülbül” təsviri olan sırğa və eyni təsvirli boyunbağı, 01 ədəd üzərində göy, çəhrayi ağ rəngli qanad formalı boyunbağı, 01 cüt gül formalı üzərində ağ daşlardan olan əşya, 01 ədəd Xarı-Bülbül təsviri olan üzük, 01 cüt hər birinin üzərində 06 ədəd kiçik ölçülü daşlar olan sırğalar, 01 ədəd üzərində 01 ədəd böyük daş olan boyunbağı, 01 cüt üzərində yaşıl rəngli daş olan sırğalar, 01 ədəd üzərində yaşıl rəngli daş olan kənarları qızılı rəngli olan üzük, 01 ədəd yaşıl rəngli daş, 01 ədəd qızılı rəngli üzərində ağ rəngli daş olan üzük, 01 ədəd böyük ölçüdə yuxarısında qızılı rəngli dairəvi, aşağı hissədə isə kvadrat formalı qızılı rəngli klon, 01 ədəd kəpənək formalı üzərində qızılı rəngli tros olan əşya, 01 ədəd qızılı rəngli üzərində kiçik ölçülü ağ rəngli daşlar olan qolbaq, 01 ədəd üzərində “cartier” yazıları olan qolbaq, 01 ədəd üzərində gümüşü rəngli sonsuzluq işarəsi olan boyunbağı, 01 ədəd trosu qızılı rəngli olan boyunbağı, 01 ədəd yuxarı hissəsində deşiklər olan üzük, 01 ədəd qızılı rəngli pilləkan formalı sırğa, 01 ədəd qızılı rəngli sadə qolbaq, 01 ədəd qızılı rəngli üzərində göz muncuğu təsviri olan sırğa, 01 ədəd qızılı rəngli sadə sırğa, 01 ədəd tüfəng, 01 ədəd ağ daşlardan ibarət muncuq formalı boyunbağı, 01 cüt olan hərəsinin üzərində 04 ədəd ağ rəngli daşlar olan qızılı rəngli əşyalar, 01 ədəd üzərində 01 ədəd üzərində kiçik ölçülü daşlar olan qızılı rəngli üzük, 01 ədəd üzərində gül forması olan qızılı rəngli üzük, 01 ədəd gül formalı qızılı rəngli boyunbağı, 01 ədəd qızılı rəngli gül formalı klon, 01 cüt qızılı rəngli gül formalı sırğalar, 01 ədəd qızılı rəngli üzərində kəpənək forması olan üzük, 01 cüt qızılı rəngli üçbucaq formalı sırğalar istisna olmaqla, digər qızıl zinət və dəyərli əşyaların özünə məxsus olmasını bildirmişdir. (cild 01, i/v: 59-62) - “Maddi sübutun götürülməsi haqqında” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 01 ədəd “Tissot” markalı kənarlarında ağ şəffaf rəngli daşlar olan qol saatını, 01 ədəd “Gucci” markalı eynəyi, 01 ədəd “Ferragamo” yazısı olan bel kəmərini, 01 ədəd “Hugo Boss” yazısı olan göy rəngli köynəyi, 01 ədəd “Armani Jeans” yazısı olan köynəyi, 01 ədəd “John Galliano” yazısı olan köynəyi, 01 ədəd “Baqlioni” markalı cins şalvar götürülmüş (cild 01, i/v: 68), “əşyanın tanınmaya təqdim edilməsi haqqında” eyni tarixli prokoldan görünür ki, götürülmüş əşyalar vahid nüsxədə Zərərçəkmiş şəxs1 təqdim edilmiş, sonuncu həmin əşyalara baxdıqdan sonra qeyd olunan əşyaların özünə məxsus olmasını bildirmişdir. (cild 01, i/v: 70-73) - “Əşyaların maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılması” haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, yuxarıda adları qeyd olunan əşyalar maddi sübut kimi tanınmış və maddi sübutlar məsul saxlanca, zərərçəkmiş şəxsə qaytarılmışdır. (cild 02, i/v: 91-95) - “Əşyanın təqdim edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 13 ünvanına baxış keçirən zaman evdən aşkar olunaraq götürülmüş 2700 ABŞ dolları, 2600 manat nağd pul məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılanadək saxlanılması üçün Zərərçəkmiş şəxs1 təqdim edilmişdir. - Azərbaycan Respublikası MEM-in 02 sentyabr 2022-ci il tarixli 6/4189-9/5505 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət şəbəkələrində, bazarlarda, zərgərlik məmulatlarının satışı mağazalarında mövcud olmuş qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə tədqiqata təqdim edilmiş 01 ədəd halqa formalı sarı rəngli “Au 750” damğası olan 21 ədəd brilyant olmaqla hər biri 0,102 karat olan çəkisi 4,31 qram dəyəri 3400 manat təşkil edən üzüyün, 01 ədəd üzərində “Bvlgari” yazısı olan halqa formalı içəri hissəsində “PC3YM2”, “Au 750 Made in İtaly” yazılar olan çəkisi 11,45 qram dəyəri 3000 manat təşkil edən üzüyün, 01 ədəd üzərində “Bvlgari”, yazısı “Au 750” damğası olan 7 ədəd brilyant olmaqla hər biri 0,032 karat olan çəkisi 9,30 qram dəyəri 1330 manat təşkil edən üzüyün, 01 ədəd üzərində 54 qaş olan içərisində “750” və “18K” damğaları olmaqla 1 ədəd 0,031 karat 53 ədədin hər biri 0, 017 karat təşkil edən çəkisi 7,59 qram dəyəri 1740 manat olan üzüyün, 01 ədəd 102 ədəd daş olmaqla “750” damğası olan brilyant üzük olmaqla 102 ədəd hər biri 0,003 karat çəkisi 9,55 qram dəyəri 1360 manat təşkil edən üzüyün, 01 ədəd üzərində 145 ədəd rəngsiz şəffaf qaş olan sarı rəngli “750” damğası olan brilyant, 40 ədəd hər biri 0,003 karat, 16 ədəd, hər biri 0,028 karat, 89 ədəd hər biri 0,009 karat olmaqla çəkisi 8,24 qram, dəyəri 2230 manat təşkil edən üzüyün, 01 ədəd üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, gümüşü rəngli “750” damğası olan brilyant, 1 ədəd 1,847 karat, 2 ədəd hər biri 0,490 karat, 6 ədəd hər biri 0,070 karat, 6 ədəd hər biri 0,028 karat, 6 ədəd hər biri 0,014 karat, 12 ədəd hər biri 0,003 karat olan çəkisi 6,61 qram dəyəri 22000 manat təşkil edən üzüyün, 01 ədəd 52 ədəd rəngsiz şəffaf qaş olan brilyant 52 ədəd hər biri 0,024 karat təşkil edən çəkisi 12,29 qram dəyəri 2560 manat təşkil edən üzüyün, 01 ədəd üzərində yaşıl rəngli daş, kənarlarında 62 ədəd rəngsiz şəffaf qaş olan brilyant 2 ədəd hər biri 0,276 karat, 20 ədəd hər biri 0,003 karat, 40 ədəd hər biri 0,005 karat olan çəkisi 7,60 dəyəri 1835 manat təşkil edən üzüyün, 01 ədəd üzərində 171 ədəd rəngsiz, şəffaf qaş olan “14 kt” damğası olan olan brilyant 1 ədədi 3,994 karat, 10 ədədin hər biri 0,0006 karat, 160 ədəd hər biri 0,003 karat olan dəyəri 7,05 qram çəkisi 35000 manat təşkil edən üzüyün, 01 ədəd üzərində 77 ədəd rəngsiz, şəffaf qaş olan sarı rəngli “750” damğası olan brilyant, 1 ədəd 0,077 karat, 10 ədəd hər biri 0,020 karat, 66 ədəd hər biri 0,012 karat olmaqla çəkisi 8,03 qram dəyəri 1760 manat təşkil edən üzüyün, 01 ədəd üzərində 69 ədəd rəngsiz şəffaf qaş olan “Au 750” damğası olan brilyant 32 ədəd hər biri 0,018 karat, 12 ədəd hər biri 0,008 karat, 25 ədəd hər biri 0,012 karat olmaqla çəkisi 8,94 qram, dəyəri 2000 manat təşkil edən üzüyü, 01 ədəd üzərində 153 ədəd qaş olan brilyant 128 ədəd hər biri 0,013 karat, 25 ədəd hər biri 0,018 karat çəkisi 15,55 qram dəyəri 3630 manat təşkil edən üzüyün, 01 dəst olmaqla bir birində bir ədəd olmaqla üzərlərində ümumilikdə 3 ədəd oval cilalı, narıncı rəngli qaş “585” damğası olan (sırğa tayının birinin üzərində olan narıncı qaşın kənarında qırıq hissə var) sarı rəngli çəkisi 18,27 qram dəyəri 1550 manat təşkil edən sırğa cütü-üzüyün, 01 dəst üzərində 105 ədəd rəngsiz şəffaf qaş olan brilyant 105 ədəd hər biri 0,007 karat olmaqla çəkisi 11,67 qram dəyəri 2000 manat təşkil edən sırğa cütü-üzüyün, 01 dəst hər birinin üzərlərində ümumilikdə 4 ədəd açıq mavi rəngli və bir neçə ədəd rəngsiz şəffaf qaş “750” damğası olan çəkisi 24,37 qram dəyəri 2680 manat təşkil edən sırğa cütü-üzüyün, 01 ədəd “585” damğası olan şunur toxunuşlu çəkisi 5,62 qram, dəyəri 480 manat təşkil edən boyunbağının, 01 ədəd “Xarı bülbül” təsvirli “585”damğası olan çəkisi 2,83 qram, dəyəri 240 manat təşkil edən yaxa sancağının, 01 ədəd üzərində 32 ədəd rəngsiz şəffaf qaş olan brilyant 32 ədəd hər biri 0,161 karat olmaqla 19,25 qram, 8500 manat təşkil edən qolbağın, 01 ədəd üzərində 275 ədəd şəffaf qaş olan sarı rəngli 01 ədəd qolbaq iç tərəfində “750” damğası olan brilyant 70 ədəd hər biri, 0,019 karat olmaqla çəkisi 18,36 qram dəyəri 3300 manat təşkil edən qolbağın, 01 ədəd üzərində 275 ədəd şəffaf qaş olan sarı rəngli iç tərəfində “Cartier” yazısı və “Au 750” damğası olan brilyant 56 ədəd hər biri 0,008 karat, 219 ədəd hər biri 0,003 karat olmaqla çəkisi 19,06 qram dəyəri 3170 manat təşkil edən qolbağın, 01 ədəd üzərində 32 ədəd şəffaf qaş olan kilidində “EFE model 750” damğası olan qırıq vəziyyətdə brilyant 32 ədəd hər biri 0,165 karat olmaqla çəkisi 13,39 qram dəyəri 8100 manat təşkil edən qolbağın, 01 ədəd üzərində 3 ədəd ağ rəngli mirvari muncuq və 272 ədəd şəffaf qaş, “750” damğası olan brilyant 128 ədəd hər biri 0,011 karat, 144 ədəd hər biri 0,019 karat, çəkisi 45,59 qram dəyəri 8000 manat təşkil edən qızıl qolbağın, 01 ədəd üzərində 70 ədəd şəffaf qaş olan brilyant 37 ədəd hər biri 0,041 karat, 33 ədəd hər biri 0,009 karat olmaqla çəkisi 14,48 qram, dəyəri 3350 manat təşkil edən qızıl qolbağın, 01 ədəd kulonun üzərində 01 ədəd rəngsiz şəffaf qaş olan 01 ədəd kulonlu boyunbağı, boyunbağının qulacığında “750” damğası olan brilyant 1 ədəd 3,513 karat olmaqla çəkisi 9,84 qram, dəyəri 25000 manat təşkil edən qızıl boyunbağının, 01 ədəd üzərində 55 ədəd tünd çəhrayı rəngli qaş olan kilidində “750” damğası olan çəkisi qram dəyəri 2500 manat təşkil edən qızıl qolbağı, 01 ədəd üzərində 66 ədəd rəngsiz şəffaf qaş olan (iki qaş yeri boş) sarı rəngli qulaqcığında “18k” damğası olan brilyant 66 ədəd hər biri 0,0047 karat çəkisi 8,39 qram, dəyəri 3500 manat təşkil edən qızıl boyunbağının, 01 dəst üzərində “Bvlgari” yazısı olan mərkəzində qara rəngli hissədən, kənarları qırmızımtılsarı rəngli hissədən ibarət, dəstin elementlərinin hər birində “Au 750” damğası olan çəkisi 23,01 qram dəyəri 5000 manat təşkil edən sırğa cütü-üzük-kulonun, 01 cüt üzərində ümumilikdə 2 ədəd rəngsiz şəffaf qaş və yaşıl rəngli hissələr olan kilidlərində “Bvlgari” yazısı və “Au 750” damğası olan brilyant 2 ədəd hər biri 0,034 karat olmaqla çəkisi 5,72 qram dəyəri 1500 manat təşkil edən qızıl sırğaların, 01 ədəd mərkəzində dördkünc cilalı, tünd göy rəngli qaş, kənarlarında 32 ədəd rəngsiz, şəffaf qaş olan brilyant 16 ədəd hər biri 0,018 karat, 16 ədəd hər biri 0,010 karat olmaqla çəkisi 4,31 qram dəyəri 950 manat təşkil edən qızıl kulonun, 01 dəst üzərlərində qara rəngli hissələr, 21 ədəd rəngsiz şəffaf qaş olan qırmızımtıl-sarı rəngli, dəstin hər birinin üzərində “Cartier” yazısı və “Au 750” damğası olmaqla çəkisi 19,42 qram dəyəri 2520 manat təşkil edən qızıl sırğa cütü- kulonlu boyunbağının, 01 ədəd kulonun üzərində 51 ədəd qəngsiz şəffaf qaş olan, boyunbağının qulaqcığında “750” damğası olan brilyant 51 ədəd hər biri 0,007 karat olmaqla çəkisi 6,20 qram dəyəri 1050 manat təşkil edən qızıl boyunbağının, 01 ədəd səthi boyunca 81 ədəd rəngsiz şəffaf qaş düzülmüş kilidində “585” damğası olan brilyant 1 ədəd 0,893 karat, 6 ədəd hər biri 0,478 karat, 6 ədəd hər biri 0,404 karat, 10 ədəd hər biri 0,369 karat, 10 ədəd hər biri 0,306 karat, 48 ədəd hər biri 0,144 karat olmaqla çəkisi 40,76 qram, dəyəri 55000 manat təşkil edən qızıl boyunbağının, 01 dəst üzərlərində qırmızı rəngli daşlar və 24 ədəd rəngsiz şəffaf qaş olan sarı rəngli dəstin elementlərində “750” damğası olan brilyant 1 ədədi 0,048 karat, 2 ədəd hər biri 0,025 karat, 11 ədəd hər biri 0,008 karat, 10 ədəd hər biri 0,016 karat olmaqla çəkisi 34,09 qram dəyəri 4050 manat təşkil edən qızıl sırğa cütü-üzük-kulonu, dairəvi cilalı 1 ədəd 0,991 karat çəkisi 0,22 qram, dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşın, dairəvi cilalı 1 ədəd 0,977 karat, çəkisi 0,20 qram dəyəri 5000 manat təşkil edən rəngsiz şəffaf brilyant qaşın, oval cilalı narıncı rəngli çəkisi 1,83 qram dəyəri 40 manat təşkil edən 1 ədəd qaşın, 01 ədəd qara rəngli muncuqlardan ibarət 3 qat düzülüşlü 01 ədəd boyunbağı və həmin boyunbağıya birləşdirilmiş 01 ədəd kulon, kənarlarında 115 ədəd rəngsiz, şəffaf qaş olan boyunbağının kilidində “Primavera” yazısı və “585” damğası olan brilyant 102 ədəd hər biri 0,003 karat, 2 ədəd hər biri 0,035 karat, 11 ədəd hər biri 0,160 karat olmaqla çəkisi 22,69 qram, dəyəri 4400 manat təşkil edən qızıl boyunbağının, 01 cüt mərkəzlərində 2 ədəd bənövşəyi rəngli qaş, kənarlarında 84 ədəd rəngsiz qaş, kilidində “750” damğası olan brilynat 84 ədəd hər biri 0,004 karat olmaqla çəkisi 11,51 dəyəri 1600 manat təşkil edən sırğaların, 01 ədəd üzərində 176 ədəd şəffaf qaş olan dairəvi formalı asılqan hissəsində “750” damğası olan brilyant 176 ədəd hər biri 0,005 karat olmaqla çəkisi 7,25 qram dəyəri 1500 manat təşkil edən qızıl kulonu, 01 ədəd kulonunun üzərində 33 ədəd rəngsiz şəffaf qaş olan, qulaqcığında “750” damğası olan brilyant 1 ədəd 0,108 karat, 7 ədəd hər biri 0,055 karat, 25 ədəd hər biri 0,034 karat olmaqla çəkisi 7,93 qram dəyəri 2000 manat təşkil edən qızıl boyunbağının, 01 dəst üzərində ümumilikdə 3 ədəd qara rəngli daş və 108 ədəd rəngsiz şəffaf qaş olan brilyant 6 ədəd hər biri, 0,074 karat, 102 ədəd hər biri 0,023 karat, çəkisi 32,21 qram dəyəri 6000 manat təşkil edən qızıl sırğa cütü-üzüyün, 01 ədəd üzərində 386 ədəd rəngsiz, şəffaf qaş olan qırıq vəziyyətdə, klidində “750” damğası olan brilyant 220 ədəd hər biri 0,003 karat, 152 ədəd hər biri 0,021 karat, 14 ədəd hər biri 0,055 karat çəkisi 18,46 qram dəyəri 5600 manat təşkil edən qızıl boyunbağının, 01 ədəd üzərində 429 ədəd rəngsiz şəffaf qaş olan boyunbağı hissəsi qırıq vəziyyətdə brilyant 220 ədəd hər biri 0,003 karat, 195 ədəd hər biri 0,021 karat, 14 ədəd hər biri 0,055 karat çəkisi qram dəyəri 6100 manat təşkil edən qızıl boyunbağını, 01 ədəd kilidində “750” damğası olan çəkisi 78,77 qram dəyəri 400 manat təşkil edən ipə düzülmüş metal hissəsi qızıl olan mirvari boyunbağının, 01 ədəd ipə düzülmüş 308 ədəd çəhrayı rəngli qaşdan ibarət çəkisi 24,35 qram, dəyəri 350 manat təşkil edən boyunbağını, 01 ədəd “Bvlgari” markalı üzərində 42 ədəd şəffaf rəngli brilyant daşlar olan hər biri 0,020 karat olmaqla çəkisi 109,70 qram dəyəri 10000 manat təşkil edən qızıldan hazırlanmış hissələri olan qol saatının, 01 ədəd dəyəri 2500 manat təşkil edən “Perrelet” markalı saatın, 01 ədəd “Apple watch 6 seriya” markalı dəyəri 500 manat təşkil edən saatın, 01 ədəd “İphone 11 pro” markalı dəyəri 950 manat təşkil edən mobil telefonun, 01 ədəd ağ rəngli dəyəri 120 manat təşkil edən “Apple” markalı simsiz qulaqcığın, 01 ədəd üzərində gözmuncuğu elementləri olan kilidində “750” damğası olan 3 ədəd brilyant hər biri 0,029 karat olan çəkisi 5,47 qram təşkil edən dəyəri 680 manat olan boyunbağının, qulaqcığında “750” damğası olan gümüşü rəngli dəyəri 220 manat olan 01 ədəd boyunbağının, üzərində 16 ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kilidində 750 damğası olan üzərində 16 ədəd olmaqla hər biri 0,031 karat olmaqla dəyəri 920 manat olan boyunbağının, mərkəzində bir ədəd damla cilalı bənövşəyi rəngli qaş, kənarlarında 109 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl-sarı rəngli 1 ədəd kulon, asılqan hissəsində “750” damğası olan üzərində 1 ədəd 0,040 karat, 108 ədəd hər biri 0,006 karat olan çəkisi qram, dəyəri 1950 manat təşkil edən boyunbağının, üzərində “925” damğası olan gümüşü rəngli çəkisi 4,76 qram dəyəri 30 manat təşkil edən 1 ədəd kulonu, üzərində “Hugo Boss” yazısı olan gümüşü rəngli çəkisi 7,19 qram dəyəri 20 manat təşkil edən 1 ədəd qol düyməsinin, ipə düzülmüş 22 ədəd ağ rəngli muncuqdan ibarət çəkisi 26,89 qram dəyəri 80 manat təşkil edən muncuğu, 01 ədəd üzərində “Baga 925” yazısı olan çəkisi 29,54 qram dəyəri 70 manat təşkil edən qolbağın, 01 ədəd qara rəngli ipə düzülmüş kürə formalı, qəhvəyi rəngli muncuqlardan və metal elementlərdən ibarət çəkisi 49,61 qram dəyəri 80 manat olan təsbehin, 01 ədəd üzərində “Granat” yazısı olan çəkisi 20,47 qram gümüş tərkibli dəyəri 500 manat təşkil edən qol saatının, 01 ədəd “Tissot” markalı 158 ədəd brilyant daş olan hər biri 0,013 karat olan çəkisi 44,34 qram dəyəri 2500 manat təşkil edən qol saatının, 01 ədəd “Rado” markalı üzərində 40 ədəd brilyant daş olmaqla hər biri 0,004 karat təşkil edən çəkisi 61,15 qram dəyəri 3500 manat təşkil edən qol saatının, üzərində “Paris” yazısı olan çəkisi 50 qram dəyəri 50 manat təşkil edən rəngli qələmin, “Dupont Paris” yazıları olan çəkisi 500 qram dəyəri 500 manat təşkil edən qələmin, 01 ədəd “Hugo Boss” yazıları olan dəyəri 10 manat təşkil edən qolsuz köynəyin, 01 ədəd “John Galliano” markalı dəyəri 10 manat təşkil edən qolsuz köynəyin, 01 ədəd “Ferragama Made in İtaly” yazıları və rəng qopuqları olan dəyəri 10 manat təşkil edən dəri kəmərin, 01 ədəd “Swatch İrony” markalı dəyəri 60 manat olan qol saatın, 01 ədəd “Frank Müller” markalı qol saatı, 01 ədəd “Bvlgari” markalı qol saatının 2021-ci ilin noyabr ayından 2022-ci ilin may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 317745,00 (313025,00+4720) manat təşkil etmişdir. (cild 02, i/v: 59-67) - Azərbaycan Respublikası MEM-in 08 sentyabr 2022-ci il tarixli 3/1113 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tüfəng zavod üsulu ilə istehsal edilmiş, “C228147” nömrəli, “Shanghai B3-3” modelli, 4,5 mm kalibrli, yivsiz pnevmatik tüfəngdir, odlu və qaz silahı hesab edilmir, saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır. (cild 02, i/v: 72-75) İş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında aparılmış 21 okrtyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə demişdir. (cild 02 i/v: 96-103) Zərərçəkmiş şəxs1ı ifadəsində göstərmiş olduğu 01 cüt “Graff’ markalı 750 əyarlı dəyəri 95000 dollar olan sırğa, 01 cüt “Bvlgarı” markalı 750 əyarlı dəyəri 3600 avro olan qızıl sırğa, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 3600 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 3000 avro təşkil edən qızıl qolbaq, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 2800 avro təşkil edən qızıl üzük, 01 ədəd “Cartier” markalı 750 əyarlı dəyəri 3450 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd “Cartier” markalı 750 əyarlı dəyəri 4000 avro təşkil edən qızıl üzük, “01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 5400 avro təşkil edən qızıl boyunbağı, 01 cüt keyfiyyət göstərici 1,7 karat olmaqla dəyəri 22000 dollar təşkil edən qızıl tək qaş sırğa, 01 cüt keyfiyyət göstərici 1 karat olmaqla dəyəri 12 min dollar təşkil edən qızıl tək qaş sırğa, 01 ədəd “Perrelet” markalı dəyəri 15 min dollar təşkil edən qol saatı, 01 ədəd “Cartier” markalı dəyəri 15000 avro təşkil edən qızıl qol saatı, 01 ədəd “Cartier” markalı 750 əyarlı dəyəri 2000 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd “Bvlgari” markalı 750 əyarlı dəyəri 15000 avro təşkil edən qızıl boyunbağı, 01 ədəd Paxlava formalı 750 əyarlı dəyəri 7000 dollar təşkil edən qızıl üzük, 01 ədəd Sibir brilyiantlarından hazırlanmış gül formalı 750 əyarlı dəyəri 3000 dollar təşkil edən qızıl üzük, 01 cüt Zümrüd daşlarından hazırlanmış 750 əyarlı dəyəri 3500 dollar təşkil edən sırğa, Zümrüd daşlarından hazırlanmış 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl qolbaq 750 əyarlı ümumi dəyəri 15000 dollar 01 dəst olmaqla komplekt, 01 ədəd “Behrad” markalı 750 əyarlı dəyəri 2000 dollar təşkil edən uzun qızıl boyunbağı, 01 ədəd “Behrad” markalı 750 əyarlı 2000 dollar təşkil edən uzun qızıl boyunbağı, 01 cüt mirvari 750 əyarlı qızıl sırğa, 01 ədəd 750 əyarlı “Chopard” markalı 750 əyarlı dəyəri 1000 dollar təşkil edən qızıl boyunbağı, 01 ədəd 750 əyarlı qızıl sırğa və 01 ədəd 750 əyarlı qızıl üzük olmaqla ümumi dəyəri 2000 dollar təşkil edən komplekt, 01 ədəd rubin daşlarından hazırlanmış ümumi dəyəri 5000 dollar təşkil edən brilliant boyunbağı, 01 ədəd 750 əyarlı ümumi dəyəri 3000 dollar təşkil edən birlliant üzük, 01 ədəd dəyəri 2500 avro təşkil edən topaz kulon başlığı olan qızıl boyunbağının zənciri, 01 ədəd dəyəri 700 dollar təşkil edən “DİOR” markalı sabo ayaqqabımı geyimi, 01 ədəd dəyəri 3700 manat təşkil edən “Stella McCartney” markalı kostyum, 01 ədəd dəyəri 1000 avro təşkil edən “Georgio Armani” markalı qara rəngli don, 01 ədəd dəyəri 500 avro təşkil edən “Escada” markalı şalvar, 01 ədəd dəyəri 7000 manat təşkil edən “Erdem” markalı kostyum, 01 ədəd dəyəri 500 manat təşkil edən “Vakko” markalı şalvar, 01 ədəd “Gucci” markalı dəyəri 500 manat təşkil edən köynək, 01 ədəd “Dolce Gabbana” markalı dəyəri 4370 manat təşkil edən çəhrayı rəngli paltar, 01 ədəd “Ermano Scervİno” markalı dəyəri 2500 manat təşkil edən mavi rəngli köynək, 01 ədəd “Vakko” markalı dəyəri, 1000 manat təşkil edən paltar, 01 ədəd “Twinset” markalı dəyəri 300 manat təşkil edən köynək, 01 ədəd “Ermano Scervino” markalı dəyəri 4000 manat təşkil edən paltar, 01 ədəd “Dior” markalı dəyəri 1000 dollar təşkil edən çantanın, 3 min 200 manat, 800 ABŞ dolların, 8000 avro nağd pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyini bildirsə də, Təqsirləndirilən şəxs bu xüsusatları təkzib etmişdir. (cild 02, i/v: 96- 103) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib, oğurladığı əşyaları geri qaytarmaq niyyətində olduğunu, oğurladığı qızıl-ziynət əşyalarının üzərindən götürmədiyini, istifadə etmədiyini, oğurladığı kimi gətirib evinin həyətində basdırdığını, tapılmayan qızılların onda olmadığını bildirməklə məsuliyyətini yügülləşdirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs yuxarıda göstərilən oğurluq cinayətini törətməsi ibtidai istintaq zamanı toplanmış sübutlarla yanaşı məhkəmə istintaq zamanı dindirilmiş şəxslərin ifadələri, o cümlədən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, ekspert rəyi maddi sübutlarla bir daha öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs həqiqətən də müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə məxsus olan əşyaları oğurladığını, sonuncu dəfə ev sahiblərinin xarici ölkədə olmasından istifadə edərək seyfdə olan qızılların hamısını (növünə və sayına baxmadan) bir paketə boşaldaraq götürdüyünü və aparıb evinin həyətində basdıraraq gizlətdiyini bildirmişdir. Bununla belə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra qızılları gizlətdiyi yeri polis əməkdaşlarına bildirdiyini, basdırdığı banka çıxarıldıqdan sonra qızılların əksik olduğunun müəyyən edildiyini bildirmişdir. O, həmçinin ifadəsində Zərərçəkmiş şəxs1 yalan danışmayacağını, əgər ifadəsində qeyd etdiyi qızıl-ziynət əşyaların oğurlandığını bildirirsə, demək ki, həqiqətən də oğurlandığını bildirmişdir. Bununla belə, təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, oğurladığı əşyaların hamısını birlikdə evinin həyətində basdırması, həmin əşyaların üzərindən götürməməsi, qızılların əksik olmasında isə polis əməkdaşlarından şübhələnməsi ilə əsaslandırmışdır. Məhkəmə təqsirləndirilən şəxsin həmin mövqeyi ilə bağlı qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Təqsirləndirilən şəxs Müseyb qızı talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün geniş imkana malik olduğundan, sonradan talanmış əmlakın bir hissəsinin onun gizlətdiyi yerdən aşkar olunub-olunmaması təqsirləndirilən şəxsin təqsirli olması və onun əməlinin tövsifi üçün əhəmiyyət kəsb etmir. Başqa sözlə, təqsirləndirilən şəxsin oğurladığı əşyaların üzərindən götürməməsi ilə bağlı mövqeyi ilə razılaşsaq belə, o, talanmış əmlakın üzərində sərəncam vermək imkanı əldə etdiyi andan onun törətmiş olduğu oğurluq cinayəti artıq başa çatmış, bu, onun əməlinin Azərbaycan Respublikası CM-nin 177.4-cü maddəsi ilə tövsif edilməsi üçün maneə deyil. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Müseyb qızının təqsirləndirildiyi cinayət işi üzrə Səbail RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müraciət əsasında Səbail rayon prokurorluğunda geniş araşdırma aparılmış və toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild 02, i/v: 188-196) Qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsinin tərkibi yaranır. Belə ki, Təqsirləndirilən şəxs evində təmizlikçi işlədiyi zərərçəkmiş şəxslərə məxsus dəyərli əşyalarını və pul vəsaitlərini gizli yolla talamaqla oğurluq cinayətini törətməsi sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, baxış keçirilməsi haqqında protokolları, üzləşdirmə və dindirmə protokollarını, ekspertizanın rəylərini və maddi sübutları sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş ittihamı tam təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək ona ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (cild 2, i/v: 193) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olması və iş üzrə dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Müseyb qızının himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 adlı övladı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulduğu qaydada azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə verilmiş ittihamdan da görünür ki, zərərçəkmiş şəxslərə oğurluq cinayəti nəticəsində 803,118 (səkkiz yüz üç min bir yüz on səkkiz) manat məbləğində ümumi ziyan dəymişdir, həmin dəymiş ziyandan oğurlanmış əşyaların bir qismi qızıl-zinət əşyaları sahibinə qaytarılmışdır, qalan hissəsi isə hazırkı vaxta kimi ödənilməmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxslərə və mülki iddiaçılara ödənilməmiş 485.373 manat məbləğində zərərin təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş şəxlərə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslandığını müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, cinayət işinin sübuta yetirilmiş hallarına əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərin 803,118 (səkkiz yüz üç min bir yüz on səkkiz) manat məbləğində əmlakları oğurluq yolu ilə ələ keçirilmiş, oğurlanmış əmlakların bir hissəsi geri qaytarılmış, lakin 485.373 manat məbləğində əşyalar hazırkı vaxtadək zərərçəkmiş şəxslərə ödənilməmişdir. Zərərçəkmiş şəxslər və mülki iddiaçıların iddia tələbinə görə 485.373 manat məbləğində əşyaların dəyəri Təqsirləndirilən şəxs tələb etdiklərini bildirmişdir. Bununla əlaqədar məkhəmə hesab edir ki, iddia tələbi cinayət əməli nəticəsidə vurulmuş ziyanla bağlı hissədə ümumilikdə 485.373 manat məbləğində təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 01, i/v: 28-29), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 20 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, i/v: 99-103) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 iyul 2022ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 257 (iki yüz əlli yeddi) manat 65 (altmış beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar- 01 ədəd “X5” markalı üzərində ağ rəngli şəffaf daşlar olan qol saatı, 02 ədəd ağ parıltılı və şəffaf rəngli daşlar, 01 ədəd “Bvlgari” yazılı kənarları qızılı, orta hissəsi isə ağ rəngli olan üzük, 01 ədəd gümüşü rəngli üzərində 15 ədəd kiçik ölçülü ağ şəffaf rəngli daşlar olan boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd gümüşü rəngli üzərində uzunluq boyu kiçik ölçülü ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı qolbaq, 01 ədəd gümüşü rəngli, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda ağ şəffaf daşlar olan 24,53 karat boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda ağ şəffaf daşlar olan 750 ǝyarlı qolbaq, 01 cüt gümüşü rəngli şüşə formalı üzərində kiçik ölçülü sırğalar, 01 ədəd üzərində “Cartier” markalı 750 ǝyarlı boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd böyük ölçülü ağ şəffaf rəngli daş, kənarlda isə kiçik ölçülü çoxlu sayda ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd qızılı rəngli üzərində çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd qızılı rəngli üzərində 03 ədəd ağ mirvari rəngli daşlar vəüzərində ağ şəffaf rəngli çoxlu sayda daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd üzərində bir ədəd böyük ölçülü yaşıl rəngli, 02 ədəd isə nisbətən kiçik ölçülü ağ şəffaf rəngli 750 əyarlı gümüşü rəngli üzük, 01 ədəd Bvlgari markalı qızılı rəngli saat, 01 ədəd üzərində qırmızı daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd qızılı rəngli burulmuş formada üzərində kiçik ölçülü ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd qızılı rəngli, üzərində açıq göy rəngli daş olan klon, 01 ədəd kənarları qızılı, orta hissəsi qara rəngli üzərində Bvlgari yazısı olan klon, 01 ədəd qızılı rəngli üzərində kiçik ölçülü ağ şəffaf rəngli daşlar olan 750 əyarlı üzük, 01 ədəd gümüşü rəngli, şüşə formalı üzərində və içərisində çoxlu sayda ağ şəffaf rəngli daşlar olan klon, 01 ədəd qızılı rəngli üzərində urək forması və həmin ürək formasının həm içərisində həm də qızılı rəngli metalın üzərində kiçik ölçülü çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı üzük, 01 ədəd kənarları qızılı rəngli orta hissəsi isə qara rəngli Bvlgari yazısı olan üzük, 01 ədəd açıq qəhvəyi rəngli kiçik ölçülü daş,01 ədəd qızılı rəngli 585 əyarlı klonsuz boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd böyük ölçülü ağ şəffaf, 02 ədəd nisbətən kiçik ölçülü ağ şəffaf və çoxlu sayda xırda kiçik ölçülü ağ şəffaf daşlar olan 750 əyarlı üzük, 01 ədəd qızılı rəngli üzərində kiçik ölçülü ağ şəffaf rəngli daşlar və 01 ədəd açıq göy rəngli daşla bəzədilmiş klonu olan 750 ǝyarlı boyunbağı, 01 ədəd üzərində açıq qəhvəyi rəngli daş olan qızılı rəngli üzük, 01 cüt qızılı rəngli üzərində açıq qəhvəyi rəngli daşlar olan sırğalar, 01 ədəd gümüşü rəngli üzərində açıq göy rəngli göz formalı 05 ədəd daşlar olan klonsuz boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda ağ şəffaf rəngli daşlar və 01 ədəd böyük ölçüdə yaşıl rəngli daş olan 750 əyarlı üzük, 01 ədəd gümüşü rəngli şüşə formalı içərisində çoxlu sayda kiçik ölçülü ağ şəffaf daşlar olan 750 əyarlı üzük, 01 ədəd qızılı rəngli, gül forması üzərində çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı üzük, 01 cüt qızılı rəngli üzərində ağ şəffaf daşlar və qara rəngli daş olan “Cartier” markalı sırğalar, 01 cüt kənarları qızılı, orta hissəsi qara rəngli “Bvlgari” markalı sırğalar, 01 ədəd qızılı rəngli üzərində ağ rəngli daşlar olan “Bvlgari” yazılı üzük, 01 ədəd qızılı rəngli üzərində açıq göy rəngli iri daş olan və kənarlarında ağ şəffaf rəngli daşlar olan üzük, 01 cüt qızılı rəngli üzərində açıq göy rəngli iri daş olan və kənarlarında ağ şəffaf rəngli daşlar olan sırğalar, 01 cüt qızılı rəngli üzərində yaşıl rəngli şəkil olan “Bvlgari” markalı sırğalar, 01 cüt üzərində üzərlərində bənövşəyi rəngli daşlar və kiçik ölçüdə çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 əyarlı sırğalar, 01 ədəd üzərində üzərində bənövşəyi rəngli daş və kiçik ölçüdə çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 əyarlı üzük, 01 ədəd üzərində üzərində bənövşəyi rəngli daş və kiçik ölçüdə çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı klon, 01 ədəd gümüşü rəngli kolnu olmayan 750 ǝyarlı boyunbağı, 01 ədəd üzərində qara rəngli daşlar olan və klonu 01 ədəd sarı rəngli daşlarla, ətrafında isə kiçik ölçülü çoxlu sayda ağ rəngli daşlar olan “Primavera” yazısı olan boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd ağ şəffaf daş olan 3,69 karat boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd tünd qırmızı rəngli daş və kənarlarında ağ şəffaf rəngli çoxlu sayda daşlar olan üzük, 01 ədəd qızılı rəngli üzərində ağ şəffaf rəngli daşlar olan 18 karat boyunbağı, 01 cüt qızılı rəngli üzərində tünd qırmızı rəngli daşlar və 02 ədəd ağ şəffaf rəngli daşlar olan sırğalar, 01 ədəd qızılı rəngli üzərində 02 ədəd tünd qırmızı rəngli, 02 ədəd ağ şəffaf rəngli, çoxlu sayda nisbətən kiçik ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda xırda qara və ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd gümüşü rəngli üzərində bir ədəd tünd göy rəngli böyük daş, kənarlarında çoxlu sayda xırda ağ şəffaf daşlar olan klon, 01 ədəd qızılı rəngli üzərində “Xarı Bülbül” simvolu olan 585 əyarlı sancaq, 01 ədəd buta formalı üzərində tünd qırmızı rəngli daşlar və ağ şəffaf rəngli daşlar olan qızılı rəngli klon, 01 ədəd “Tissot” markalı kənarlarında ağ şəffaf rəngli daşlar olan saat, 01 ədəd “Gucci” markalı eynək, 01 ədəd Ferregana yazısı olan bel kəməri, 01 ədəd Hugo boss yazısı olan göy rəngli köynək, 01 ədəd Armani Jeans yazısı olan köynək, 01 ədəd “John Galliano” yazısı olan köynək, 01 ədəd Baqlioni markalı cins şalvar, 01 ədəd “Airpods 2” markalı qulaqcıq, 01 ədəd qırmızı daşlardan hazırlanmış boyunbağı, 01 ədəd üzərində “Dupont” yazısı olan 18 karat 750 ǝyarlı qızılı rəngli qələm, 01 ədəd üzərində “Paris” yazısı olan gümüşü rəngli qələm, 01 ədəd “Rado” markalı saat, 01 ədəd “Apple watch” markalı saat, 01 ədəd üzərində “Baqa” 925 yazısı olan təsbeh və eyni yazılar olan 01 ədəd qolbaq, 01 ədəd “Granat” yazısı olan saat, 01 ədəd “Swatch” markalı saat, 01 ədəd 925 ǝyarlı klon, 02 ədəd üzərlərində ağ şəffaf daşlardan ürək formaları olan boyunbağılar, 01 ədəd ağ mirvari daşlardan ibarət boyunbağı, 01 ədəd ağ mirvari daşlardan ibarət qolbaq, 01 ədəd aypara formasında klon olan ağ rəngli şəffaf daşlardan ag 3 ibarət qızılı rəngli boyunbağı, 01 cüt üzərində gül formasında ağ rəngli daşlar olan 750 əşyarlı sırğalar, 01 ədəd “İphone 11 pro” markalı mobil telefon, 01 ədəd 925 əyarlı üzərində qara rəngli daşlar olan qolbaq, 01 ədəd üzərində “Hugo Boss” yazısı olan qol düyməsi, 01 ədəd gül formasında ağ rəngli daşlar və ortasında qara rəngli daş olan üzük, 01 ədəd “Perrelet” markalı saatın, habelə 2700 ABŞ dolları və 2600 manat məbləğində nağd pulun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 5(009)-4257/2022 nömrəli və 5(009)-4258/2022 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Müseyb qızına məxsus “Daewo Nubira” markalı **-HJ-*** və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Təqsirləndirilən şəxs Müseyb qızının və onun əri Şahid2 adına qeydiyyata alınmış Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin ¼ hissəsinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məxsus olub, üzərinə həbs qoyulmuş əmlaklar xüsusi müsadirə edilməli və müsadirə edilmiş əmlakların dəyəri zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilmiş 01 ədəd “X5” markalı üzərində ağ rəngli şəffaf daşlar olan qol saatı, 02 ədəd ağ parıltılı və şəffaf rəngli daşlar, 01 ədəd “Bvlgari” yazılı kənarları qızılı, orta hissəsi isə ağ rəngli olan üzük, 01 ədəd gümüşü rəngli üzərində 15 ədəd kiçik ülçülü ağ şəffaf rəngli daşlar olan boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd gümüşü rəngli üzərində uzunluq boyu kiçik ölçülü ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı qolbaq, 01 ədəd gümüşü rəngli, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda ağ şəffaf daşlar olan 24,53 karat boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda ağ şəffaf daşlar olan 750 ǝyarlı qolbaq, 01 cüt gümüşü rəngli şüşə formalı üzərində kiçik ölçülü sırğalar, 01 ədəd üzərində “Cartier” markalı 750 ǝyarlı boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd böyük ölçülü ağ şəffaf rəngli daş, kənarlda isə kiçik ölçülü çoxlu sayda ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd qızılı rəngli üzərində çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd qızılı rəngli üzərində 03 ədəd ağ mirvari rəngli daşlar vəüzərində ağ şəffaf rəngli çoxlu sayda daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd üzərində bir ədəd böyük ölçülü yaşıl rəngli, 02 ədəd isə nisbətən kiçik ölçülü ağ şəffaf rəngli 750 əyarlı gümüşü rəngli üzük, 01 ədəd “Bvlgari” markalı qızılı rəngli saat, 01 ədəd üzərində qırmızı daşlar olan 750 əyarlı qolbaq, 01 ədəd qızılı rəngli burulmuş formada üzərində kiçik ölçülü ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd qızılı rəngli, üzərində açıq göy rəngli daş olan klon, 01 ədəd kənarları qızılı, orta hissəsi qara rəngli üzərində “Bvlgari” yazısı olan klon, 01 ədəd qızılı rəngli üzərində kiçik ölçülü ağ şəffaf rəngli daşlar olan 750 əyarlı üzük, 01 ədəd gümüşü rəngli, şüşə formalı üzərində və içərisində çoxlu sayda ağ şəffaf rəngli daşlar olan klon, 01 ədəd qızılı rəngli üzərində ürək forması və həmin ürək formasının həm içərisində həm də qızılı rəngli metalın üzərində kiçik ölçülü çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı üzük, 01 ədəd kənarları qızılı rəngli orta hissəsi isə qara rəngli “Bvlgari” yazısı olan üzük, 01 ədəd açıq qəhvəyi rəngli kiçik ölçülü daş, 01 ədəd qızılı rəngli 585 əyarlı klonsuz boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd böyük ölçülü ağ şəffaf, 02 ədəd nisbətən kiçik ölçülü ağ şəffaf və çoxlu sayda xırda kiçik ölçülü ağ şəffaf daşlar olan 750 əyarlı üzük, 01 ədəd qızılı rəngli üzərində kiçik ölçülü ağ şəffaf rəngli daşlar və 01 ədəd açıq göy rəngli daşla bəzədilmiş klonu olan 750 ǝyarlı boyunbağı, 01 ədəd üzərində açıq qəhvəyi rəngli daş olan qızılı rəngli üzük, 01 cüt qızılı rəngli üzərində açıq qəhvəyi rəngli daşlar olan sırğalar, 01 ədəd gümüşü rəngli üzərində açıq göy rəngli göz formalı 05 ədəd daşlar olan klonsuz boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda ağ şəffaf rəngli daşlar və 01 ədəd böyük ölçüdə yaşıl rəngli daş olan 750 əyarlı üzük, 01 ədəd gümüşü rəngli şüşə formalı içərisində çoxlu sayda kiçik ölçülü ağ şəffaf daşlar olan 750 əyarlı üzük, 01 ədəd qızılı rəngli, gül forması üzərində çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı üzük, 01 cüt qızılı rəngli üzərində ağ şəffaf daşlar və qara rəngli daş olan “Cartier” markalı sırğalar, 01 cüt kənarları qızılı, orta hissəsi qara rəngli “Bvlgari” markalı sırğalar, 01 ədəd qızılı rəngli üzərində ağ rəngli daşlar olan “Bvlgari” yazılı üzük, 01 ədəd qızılı rəngli üzərində açıq göy rəngli iri daş olan və kənarlarında ağ şəffaf rəngli daşlar olan üzük, 01 cüt qızılı rəngli üzərində açıq göy rəngli iri daş olan və kənarlarında ağ şəffaf rəngli daşlar olan sırğalar, 01 cüt qızılı rəngli üzərində yaşıl rəngli şəkil olan “Bvlgari” markalı sırğalar, 01 cüt üzərində üzərlərində bənövşəyi rəngli daşlar və kiçik ölçüdə çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 əyarlı sırğalar, 01 ədəd üzərində üzərində bənövşəyi rəngli daş və kiçik ölçüdə çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 əyarlı üzük, 01 ədəd üzərində üzərində bənövşəyi rəngli daş və kiçik ölçüdə çoxlu sayda ağ şəffaf rəngli daşlar olan 750 ǝyarlı klon, 01 ədəd gümüşü rəngli kolnu olmayan 750 ǝyarlı boyunbağı, 01 ədəd üzərində qara rəngli daşlar olan və klonu 01 ədəd sarı rəngli daşlarla, ətrafında isə kiçik ölçülü çoxlu sayda ağ rəngli daşlar olan “Primavera” yazısı olan boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd ağ şəffaf daş olan 3,69 karat boyunbağı, 01 ədəd gümüşü rəngli üzərində 01 ədəd tünd qırmızı rəngli daş və kənarlarında ağ şəffaf rəngli çoxlu sayda daşlar olan üzük, 01 ədəd qızılı rəngli üzərində ağ şəffaf rəngli daşlar olan 18 karat boyunbağı, 01 cüt qızılı rəngli üzərində tünd qırmızı rəngli daşlar və 02 ədəd ağ şəffaf rəngli daşlar olan sırğalar, 01 ədəd qızılı rəngli üzərində 02 ədəd tünd qırmızı rəngli, 02 ədəd ağ şəffaf rəngli, çoxlu sayda nisbətən kiçik ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd gümüşü rəngli üzərində çoxlu sayda xırda qara və ağ şəffaf rəngli daşlar olan üzük, 01 ədəd gümüşü rəngli üzərində bir ədəd tünd göy rəngli böyük daş, kənarlarında çoxlu sayda xırda ağ şəffaf daşlar olan klon, 01 ədəd qızılı rəngli üzərində “Xarı Bülbül” simvolu olan 585 əyarlı sancaq, 01 ədəd buta formalı üzərində tünd qırmızı rəngli daşlar və ağ şəffaf rəngli daşlar olan qızılı rəngli klon, 01 ədəd “Tissot” markalı kənarlarında ağ şəffaf rəngli daşlar olan saat, 01 ədəd “Gucci” markalı eynək, 01 ədəd “Ferregamo” yazısı olan bel kəməri, 01 ədəd “Hugo boss” yazısı olan göy rəngli köynək, 01 ədəd “Armani Jeans” yazısı olan köynək, 01 ədəd “John Galliano” yazısı olan köynək, 01 ədəd “Baqlioni” markalı cins şalvar, 01 ədəd “Airpods 2” markalı qulaqcıq, 01 ədəd qırmızı daşlardan hazırlanmış boyunbağı, 01 ədəd üzərində “Dupont” yazısı olan 18 karat 750 ǝyarlı qızılı rəngli qələm, 01 ədəd üzərində “Paris” yazısı olan gümüşü rəngli qələm, 01 ədəd “Rado” markalı saat, 01 ədəd “Apple watch” markalı saat, 01 ədəd üzərində “Baqa” 925 yazısı olan təsbeh və eyni yazılar olan 01 ədəd qolbaq, 01 ədəd “Granat” yazısı olan saat, 01 ədəd “Swatch” markalı saat, 01 ədəd 925 ǝyarlı klon, 02 ədəd üzərlərində ağ şəffaf daşlardan ürək formaları olan boyunbağılar, 01 ədəd ağ mirvari daşlardan ibarət boyunbağı, 01 ədəd ağ mirvari daşlardan ibarət qolbaq, 01 ədəd aypara formasında klon olan ağ rəngli şəffaf daşlardan agr 3 ibarət qızılı rəngli boyunbağı, 01 cüt üzərində gül formasında ağ rəngli daşlar olan 750 əşyarlı sırğalar, 01 ədəd “İphone 11 pro” markalı mobil telefon, 01 ədəd 925 əyarlı üzərində qara rəngli daşlar olan qolbaq, 01 ədəd üzərində “Hugo Boss” yazısı olan qol düyməsi, 01 ədəd gül formasında ağ rəngli daşlar və ortasında qara rəngli daş olan üzük, 01 ədəd “Perrelet” markalı saat maddi sübutun, həmçinin 2700 ABŞ dolları və 2600 manat məbləğində nağd pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 485 (dörd yüz səksən beş) min 373 (üç yüz yetmiş üç) manat məbləğində pul Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Təqsirləndirilən şəxs Müseyb qızına məxsus olub üzərinə həbs qoyulmuş “Daewo Nubira” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər və Təqsirləndirilən şəxs Müseyb qızının və onun əri Şahid2 adına qeydiyyata alınmış, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin ¼ hissəsi xüsusi müsadirə edilsin, müsadirə edilmiş əmlakların dəyəri zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə yönəldilsin. İş üzrə məhkəmə məsrəfləri 257 (iki yüz əlli yeddi) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-107/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-107/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver