Məhkəmə qərarları › İş №1(101)-107/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-107/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-107/2025 22.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X63 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X75, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6, onların müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Kəlbəcər rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Hüsənli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələri; xx xxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində nömrəsiz fərdi evdə faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələri; xx xxx 1984-cü ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri yetkinlik yaşına çatmayan və biri azyaşlı olmaqla 2 (iki) uşağı olan, işləməyən, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələri; xx xxxx 1981-ci ildə Tərtər rayonu, İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələri; xx xxxxxx 1981-ci ildə Tərtər rayonu, Qapanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələri; xx xxxx 1989-cu ildə Tərtər rayonu, Qaynaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Qaynaq kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X19 və X11 dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən Bəxtiyar Bayramov və Rufulla Axundzadə "Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərdikləri səs yazıları və apardıqları danışıqlarda Təqsirləndirilən şəxs1 radikal dini ideyalar əsasında ətrafına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışlar. Təqsirləndirilən şəxs1 aldığı tapşırığın icrası ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək həmin şəxsləri Rufulla Axundzadə və Bəxtiyar Bayramovla əlaqələndirmişdir. Bundan sonra Rufulla Axundzadə və X100 Cümşüdov vasitəsilə həmin şəxslərə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə hazırlaşmağı tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs2lə birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə gizli formada yazışmaqla sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 külli miqdarda, yəni ümumi təmiz çəkisi 17,422 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki gödəkçənin sağ yan cibində saxlamış, Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 30 yanvar 2023-cü il tarixdə Tərtər rayonu ərazisində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus gödəkçənin sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 17,422 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X19 və X11 Təqsirləndirilən şəxs1 vasitəsilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən sonuncu Təqsirləndirilən şəxs2 radikal dini ideyalar əsasında ətrafına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girərək Rufulla Axundzadə və Bəxtiyar Bayramovun tapşırığı ilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə dair hazırlaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 külli miqdarda, yəni ümumi təmiz çəkisi 21,794 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki şalvarın sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 mart 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 21,794 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X19 və X11 Təqsirləndirilən şəxs1 vasitəsilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən sonuncu yaşadığı ünvanda təşkil etdiyi dini məclislərdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə birlikdə radikal dini ideyalar əsasında ətraflarına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girərək Rufulla Axundzadə və Bəxtiyar Bayramovun tapşırığı ilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə dair hazırlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1la birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 külli miqdarda, yəni ümumi təmiz çəkisi 20,909 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki gödəkçənin sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə Tərtər rayonu ərazisində Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus gödəkçənin sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 20,909 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs4 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X19 və X11 Təqsirləndirilən şəxs1 vasitəsilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən sonuncu yaşadığı ünvanda təşkil etdiyi dini məclislərdə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə birlikdə radikal dini ideyalar əsasında ətraflarına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışdır. Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girərək Rufulla Axundzadə və Bəxtiyar Bayramovun tapşırığı ilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə dair hazırlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1la birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,103 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki şalvarın sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə Tərtər rayonu ərazisində Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,103 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs5 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X19 və X11 Təqsirləndirilən şəxs1 vasitəsilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən sonuncu yaşadığı ünvanda təşkil etdiyi dini məclislərdə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə radikal dini ideyalar əsasında ətraflarına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışdır. Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girərək Rufulla Axundzadə və Bəxtiyar Bayramovun tapşırığı ilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə dair hazırlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs5 külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,022 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki şalvarın sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə Tərtər rayonu ərazisində Təqsirləndirilən şəxs5 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,022 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmiş, eləcə də satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs6 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşları X19 və X11 Təqsirləndirilən şəxs1 vasitəsilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə dair tapşırıq almış, 2022-ci ilin oktyabr ayından etibarən sonuncu yaşadığı ünvanda təşkil etdiyi dini məclislərdə Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 ilə birlikdə radikal dini ideyalar əsasında ətraflarına etibarlı şəxslər toplamağı və onların hər birinin gizli sövdələşməyə nə qədər uyğun olduğunu öyrənməyi tapşırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girərək Rufulla Axundzadə və Bəxtiyar Bayramovun tapşırığı ilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar törədilməsinə dair hazırlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1la birgə özləri ilə eyni radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq, Rufulla Axundzadə və Bəxtiyar Bayramov tərəfindən verilən tapşırıqların icrasına hazır olmaq, ölkə ərazisində dini radikalizm zəminində hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs6 külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,229 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və əynindəki şalvarın sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə Tərtər rayonu ərazisində Təqsirləndirilən şəxs6 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,229 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs3 Tərtər rayonunun sakinləri kimi tanıyır. Təqsirləndirilən şəxs2 isə telefon vasitəsi ilə danışıqları zamanı tanımışdır. Onlarla heç bir qohumluğu və ya ədavəti yoxdur. Dini təhsili olmasa da 2012-ci ildən namaz qılır. Əhli-şiə mənsəbindədir. Evində tez-tez İslam dini ilə bağlı bayramlar, İslam dinində olan mötəbər şəxslərin doğum və ölüm günləri ilə bağlı mərasimlər təşkil etmişdir. Həmin mərasimlərdə Xəqani, İqbal, Tərzan, Sənan din qardaşları kimi iştirak etmişlər. O üç dəfə İran İslam Respublikasında olmuş, oraya getməkdə məqsədi Məşhəd ziyarəti ilə bağlı olmuşdur. Sonuncu dəfə ziyarətdən qayıdan zaman “Ramazanda Quran dərsləri” adlı kitab alıb gətirmişdir. X56 şəhərində yerləşən məsciddə dini ayinləri icra edən zaman tanımışdır. X116 Respublikasında yaşamağının səbəbini bilmir. Bəxtiyarı bir dindar kimi tanımış, lakin onunla məclislərə getməmiş, onu dini məclislərdə az-az görmüş, Bəxtiyar bir dəfə iftar süfrəsinə və anası xəstə olanda onun evinə gəlmişdir. Bəxtiyarla həmyerli kimi danışmış, Bəxtiyar ona quran, sünnəlik, hədislər haqqında xütbələr göndərmiş, həmin vaxt onun göndərdiyi xütbələrin mənasını bilməmiş, Kərimə dövlətinin yaradılması ideyasını ona Bəxtiyar verməmiş, həmçinin Bəxtiyarla aralarında dövlət əleyhinə və dövləti devirməklə bağlı söhbəti olmamış, Bəxtiyar ona, o da heç kimə “adam toplayın” deyə göstəriş verməmişdir. Ümumiyyətlə Bəxtiyarla tez-tez yazışmamış, elə olmuşdur ki, aylarla danışmamışdır. 2021ci ildə onun mobil telefon nömrəsi bir “WhatsApp” qrupuna əlavə olunmuşdur. Onu həmin qrupa kimin əlavə etdiyini bilməmiş, qrupda heç nə yazmamış və ümumiyyətlə o qrupda nə danışıldığı barədə məlumatı olmamış, üç gün sonra qrupa əlavə olunduğunu görüb heç bir qrupa girmədiyini yazıb qrupdan çıxmışdır. Sonra əvvəldən tanıdığı və qrupda olan Rufulla ondan niyə qrupdan çıxdığını soruşmuş, o isə qrupda olanların kimliyini bilmədiyini, çatdırıb mesajları oxuya bilmədiyini və internetinin olmadığını bildirmişdir. Qrupdan çıxdıqdan sonra, yəni 2021-ci ildən Rufulla onunla səmimiyyət yaratmış, ona yazmış, lakin videolar göndərməmiş, o da heç kimə videolar göndərməsə də özü dini mövzuda videolar paylaşmışdır. Kərimə dövləti nədi bilmir, Rufulla ilə arasında Kərimə dövləti ideyası olmamış, Rufulla ona çevriliş barədə heç nə deməmiş, qrupda Kərimə dövləti ilə bağlı söhbət olmamış, o, digər iş üzrə həbs olunan 18 nəfəri tanımır. Təqsirləndirilən şəxs4la münasibəti dini mövzularla bağlı olmuş, Bəxtiyar və Rufulladan əvvəl İqbalı tanımış, İqbal onun evinə iftar süfrəsinə, anası xəstə olanda ziyarətə gəlmişdir. Onunla İqbal arasında “Kərimə” dövlətinin yaradılması, konstitusiya quruluşunun devriməsi barədə razılıq olmamış, İqballa dini mövzuda danışmış, İqbalın Rufulla və digər şəxslərlə əlaqəsinin olduğunu bilmir. Təqsirləndirilən şəxs4 göndərdiyi videolar dini mövzularda olmuş, həmin videoları “youtube”dan əldə etmişdir. Təqsirləndirilən şəxs6 “WhatsApp” qrupunda olmamış, onun hər hansı narkotik maddədən istifadə etməsini görməmişdir. Təqsirləndirilən şəxs3 da onun evində olmuş, amma tez-tez gəlməmiş, yalnız anasının yasına, ifar süfrəsinə, uşağı və anası xəstə olanda gəlmişdir. Sənan anasının yas mərasimində mollalıq etmişdir. Sənanın Bəxtiyarı tanıyıb-tanımamasını əvvəllər bilməmiş, sonradan isə onların bir yerdə təhsil aldıqlarını öyrənmişdir. İftar süfrəsində və yas mərasimlərində həm dindarlar, həm də qonşular iştirak etmiş, son dəfə iftar süfrəsini 2022ci ilin noyabr ayında anası vəfat edən vaxt vermişdir. Sənanın bacanağı Zaurla münasibəti normal olmamışdır. Belə ki, Zaur sosial şəbəkədə “İran Ermənistan vasitəsilə narkotik vasitə göndərir” adlı video paylaşım etmişdir. O isə Zaura belə paylaşımlar etməsini irad tutmuş, başqa hər hansı qanunazidd hərəkət etməmişdir. Təqsirləndirilən şəxs2lə qrupdan çıxandan sonra ona şəxsidə yazandan sonra münasibət qurmuş, onunla dini mövzularda yazışmışdır. Savalan Hüseynlini “WhatsApp” qrupundan tanıyır, Seyid Novruz adlı şəxsi isə tanımır. X88 rayonunda yaşasa da Bərdə şəhərində ərzaq mağazasında işləmişdir. O, Bərdə şəhərində fərdi qaydada fəhlə işlədiyi zaman Savalan ona zəng edərək nömrəsini Rufullanın verdiyini və hər ikisinin birlikdə Ağcabədiyə getməli olduğunu söyləmiş, o da razı olmuşdur. Savalan tanımadığı bir şəxsin idarə etdiyi avtomobillə gəlib onu işlədiyi yerdən götürmüş və X57 evinə getmişlər. Bu barədə hətta “WhatsApp” qrupundan çıxdıqdan sonra Rufulla ona sms də yazıb “Savalan adlı cavan uşaq var, onunla yoldaşlıq edin, Ağcabədiyə gedin” demişdir. Ağcabədi rayonunda Seyid Novruzun evində onları bir qadın qarşılamış və o zaman ona məlum olmuşdur ki, Rufulla və Novruz qızıl-zinyət işlərinin alqı-satqısı ilə məşğuldurlar, lakin Savalan ondan qızıl almamışdır. Həmçinin Seyid və Rufulla bir yerdə həbsdə olmuşdurlar. Ağcabədiyə getdiyini istintaq orqanı telefonunda olan məlumatlar əsasında bilmiş, lakin Rufullanın niyə məhz Savalanla onun Ağcabədiyə getməsini istəməsi barədə heç nə deyə bilmir. Onun ümumiyyətlə “Kərimə” dövləti ilə bağlı heç bir məlumatı olmamış, Konstitusiyanın dəyişdirilməsi məsələsi dedikdə ona heç nə çatmır, nə olduğunu bilmir. 30 yanvar 2023-cü il tarixdə, axşam saat 6-7 radələrində işdən qayıdaraq “Tərtər yolu” deyilən ərazidə yerləşən qəssabdan nisyə ət almış, evə gedən zaman körpünün altında dayanmış taksilərin yanından keçərkən iki nəfər tanımadığı, mülki geyimdə olan şəxs ona hücüm çəkib qolunu burub sinəsi üstə yerə yıxmış, sonra onu maşına basıb “qışqırma” demişlər. O, sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslərə heç bir müqavimət göstərmədən “siz kimsiz, mən neynəmişəm” deyə sual etdikdə sol tərəfdə oturan Şahid3 və sağ tərəfdə oturan cavan oğlan ona bir söz demədən onu döyüb dini inancını təhqir etmiş və onu Tərtər rayon Polis Şöbəsinə aparmışlar. O, şokda olduğundan maşında və ya şöbədə cibinə əl girdiyini hiss etmiş, yəni yanında olan əməliyyatçı narkotik maddəni onun cibinə basmışdır. Halbuki həmin vaxt onun cibində yalnız cib dəsmalı, telefon və manatlıq pul əskinazları olmuşdur. Telefonu Natiq adlı əməkdaş ondan almış, Azər adlı şəxs isə telefonun giriş kodunu istəmişdir. Şöbəyə gəldikdən sonra onunla söhbət aparılmış, yenə söyülüb bədəninin paltarda görünməyən hissələrinə vurmaqla döyülmüş və polislərin deyəcəklərini etməsi tələb olunmuşdur. Sonra onu rəis müavini Azər müəllimin otağına aparmışlar, Azər müəllim ona “mən dediyimi eləməsən, səni əlli-ayaqlı itirəcəm, evinə silah qoyacam, ailəni, uşağını istədiyim formada bura gətirəcəm” demiş və ona tərəf gəlib “eşitmişik sən kənddə mollalıq edirsən, narkotik satırsan” deyib ona sillə vurmuş və o huşunu itirmişdir. Sonra Azər əlini onun gödəkçəsinin cibinə salmış, dəsmalı, bir də özlərinin qoyduqları narkotik maddəni çıxardıb masanın üstünə atmışdır. Sonra onlar onu ələ salaraq həmin maddənin duz və ya un olmasını deyib gülmüş, Azər müəllim isə “yox bu patıdır, bu patı çəkirmiş” demişdir. O isə heç narkotik maddə görmədiyini, onun necə olmasını belə bilmədiyini, bu işin onluq olmadığını və bunu boynuna götürməyəcəyini bildirmişdir. Bu vaxt Azər müəllim bir nəfər polis əməkdaşına “get dubinka və qolbağ gətir bunun əlini və ayağını bağlayaq” demişdir. Sonra onu çox pis şəkildə təhqir etmişlər, hədələmişlər və narkotikanı boynuna götürməsini tələb etmişlər. Sonra ona vətən xaini maddəsi ilə ittiham veriləcəyini bildirmişlər, o da qanunları bilmədiyindən məcbur qalıb masadakı narkotiki götürüb cibinə qoymuş və əgər onun cibindən çıxıbsa deməli onundur demiş və polislərin verdikləri bütün sənədləri imzalamışdır. Vəkil gəldikdən sonra onunla təklikdə söhbət etməsə də ona narkotik vasitənin ona məxsus olmadığını dedikdə Azər adlı əməkdaş ona sillə vuraraq “sənə nə deyiriksə, onu da de” demiş, vəkil Azərin ona sillə vurduğunu görmüş və “niyə müqavimət göstərirsiniz?” deyə reaksiya vermişdir. Sonra vəkilin iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilmişdir. Lakin çəkilişdə göstərilənlər həqiqəti əks etdirmir, o narkotik vasitədən heç vaxt istifadə etməmiş, üzərində narkotik vasitə olmamışdır. Lazım olsa idi polislər onu saxladıqları yerdə də üzərinə baxış keçirə bilərdilər. Narkotik vasitənin tapıldığı yer kimi göstərilən “Tərtər yolu” deyilən ərazini tanıyır, hər gün oradan keçib işə gedir, orada nə isə axtarıb tapmaq üçün orada gəzintiyə çıxmamış, həmçinin qeyd edilən yerdə gəzə-gəzə narkotik vasitə tapmaq mümkün olsa idi həmin ərazidə olan adamlar və ya taksi sürücüləri həmin narkotik vasitəni ondan qabaq tapardılar. Polis şöbəsində bir gün qalandan sonra ona heç nə demədən onu evinə aparmışlar. Həmin vaxt onun yanında vəkili olmamış, həmçinin o, sənədləri imzaladıqda belə yanında vəkil olmamış, yalnız çəkiliş vaxtı vəkil olmuşdur. Həmin vaxt heç kəsə ona yaxın durmağa icazə verilməmiş, ailəsi və uşaqlarını evdən çıxartmışlar. Bir neçə polis əməkdaşı evinə daxil olmuş, evindən onun bilmədiyi yerdən disk, bayraq, kitab çıxartmışlar. Hətta uşaq belə “ay əmi, bu bayrağın üstündəki kimin şəkilidir, biz tanımırıq, görməmişik” demişdir. Bu prosedurdan sonra onu əli qandallı evə salmışlar, sağ tərəfində əyləşən polis əməkdaşı birbaşa gedib əlini yorğan-döşək yığılan “yükün” altına salıb oradan bayraq çıxartmışdır. Kitab rəfinin arxasından da böyük bayraq çıxartmış və diskləri çıxarıb masanın üstünə qoymuşlar. Lakin əvvəllər onun evində heç vaxt bayraq və belə disklər, İranın dini liderinin şəkli olmamış, yalnız Qurani-Kərim və hədis kitabları olmuşdur. Çəkiliş başlamış, ona ailəsi ilə bağlı təhdidlər olduğundan polislərin əvvəlcədən tapşırdıqlarını söyləmişdir. Tərtər rayon Polis Şöbəsində üç gün qalmış, həmin ərəfədə digər şəxslərin tutulmasından xəbəri olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onu Gəncə şəhərində yerləşən istintaq təcridxanasına aparmışlar. Oraya daxil olanda bədənində xəsarətlər olmuş, ondan dizində olan xəsarət və axsamağının səbəbi soruşulmuş, o, döyüldüyünü, üzərində olmadığı halda boynuna narkotik vasitə qoyduqlarını bildirmiş, lakin o bunu tibbi kartaya qeyd etdirməmişdir. Gəncədə istintaq təcridxanasında 48 və ya 72 saat saxlanılıbsaxlanılmadığını dəqiq bilmir, lakin sonra onu Tərtər rayon Polis Şöbəsinə müvəqqəti saxlama yerinə göndərmişlər, həmin vaxt iki nəfər özlərini təqdim etməyən şəxs onların haranın əməkdaşları olduqlarını bilib-bilmədiyini soruşmuş, o, bilmədiyini dedikdə “elə bilməsən yaxşıdır” deyə cavab vermiş, onu sorğu-sual edib fiziki şiddət göstərmişlər, həmçinin onu Tərtər rayon Polis Şöbəsində döydükdən sonra gecə BMCMİ-yə aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində video çəkiliş olmuş, özləri ifadəni A4 vərəqinə hazır yazıb ona imzalatdırmışlar. Belə ki, orada ona təzyiq olunmuş, mülki geyimdə tanımadığı şəxlərin də iştirakı ilə onu döymüşlər. Ona dindar olmaqla radikallıq etdiyini bildirib “siz dövlət çevrilişi etmək istədiyinizə görə tutulmalısınız” deyə cavab verilmişdir. O, doğru danışdığı üçün adını radikal qoymuşlar. Belə ki, o, insanları düz yola, narkomaniyadan uzaq olmağa, namaz qılmağa çağırmış, küçədə hansısa uşaq siqaret çəkəndə onu kənara çəkib nəsihət vermiş, gəncləri narkotik vasitələrdən, spirtli içki və siqaretlərdən, kriminal hərəkətlərdən uzaqlaşdırmaq üçün təbliğlər etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri təkzib edir, həmin ifadələri fiziki və mənəvi təzyiq altında vermiş, oxumadan imza etmişdir. Ona olunan təsir, təyziq və işgəncələr barədə o, heç bir orqana müraciət etməmiş, sadəcə olaraq dindar olduğuna görə tutulduğunu anlamışdır. Onun bu cinayət işi ilə əlaqəsi, heç bir fikri, niyyəti olmamış, yazılanların hamısı böhtandır. İfadəsi öz sözləri ilə yazılmamış, ifadə kompüterdə yazılıb çap olunduqdan sonra həm psixi, həm də fiziki şiddət altında məcburi şəkildə imzalamışdır. O, xalqını, dövlətini, millətini sevən adamdır və ona verilən ittihamla razı deyil. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə əlaqə saxlamaqla tanımış, digər təqsirləndirilən şəxslərlə isə heç bir əlaqəsi olmamışdır. 1995-ci ildən namaz qılır. Əhli-şiə mənsəbindəndir. Rəsmi olaraq heç bir yerdə işləməmiş, “Hövsan” qəbirstanlığında mollalıq etməklə ailəsinin güzəranını təmin etməyə çalışmışdır. Dini təhsili yoxdur. Maddi vəziyyəti həddən artıq ağır olmuşdur. 2021-ci ildə “WhatsApp” mobil tətbiqində tanımadığı şəxslər tərəfindən qrupa daxil edilmişdir. Qrupa kimin tərəfindən daxil edilməsini bilməmiş, soruşduqda isə cavab ala bilməmişdir. Uzun müddət işsiz olduğundan, evdə xəstə ailə üzvü olduğundan pula çox ehtiyacı olmuş və bu barədə qrupda yazaraq iş axtardığını bildirmişdir. Qrupda olanlar iş olarsa xəbər edəcəklərini demişlər. Bir müddət sonra telefonuna zəng gəlmiş, zəng edən şəxs adının Rufulla olduğunu demiş, onunla çox mehriban danışaraq özünün də qrupda olduğunu, iş axtardığına görə ona kömək etmək istədiyini bildirmişdir. Rufullaya minnətdarlığını bildirmiş, Rufulla ondan harada yaşadığını soruşmuş, o da Hövsan qəsəbəsində yaşadığını demişdir. Rufulla Hövsan qəsəbəsində tanışlarının olduğunu, iş olarsa ona köməklik edə biləcəklərini demişdir. Bundan sonra Rufulla ilə telefon danışıqları davamlı olmuş, Rufulla özü haqqında danışmış, aqressiv fikirlər, şikayətlər etməyə başlamış, Azərbaycan Respublikasında yaşadığı müddətdə üzləşdiyi ağır yaşayışdan şikayət etmiş, hicab aksiyasında iştirak etdiyini, hicabı müdafiə etdiyini və buna görə illərlə həbsdə yatdığını demişdir. Rufulla yaşlı insan olduğundan onun danışıqlarına o qədər də əhəmiyyət verməmiş, pula ehtiyacı olduğundan Rufulladan imkanı varsa ona ən azı borc kimi pulla, ya da iş tapmasına köməklik etməsini xahiş etmişdir. Rufulla isə ona bir az səbrli olmasını, köməklik edəcəyini bildirmişdir. Rufulla söhbətləri zamanı dövlət əleyhinə aqressiv fikirlər söyləmiş, dövlətdən narazılığını bildirmişdir. Rufullanın boş-boşuna vədlər verdiyini, ona heç bir köməklik etməyəcəyini görmüşdür. Rufullanın ondan başqa da insanları aldadıb vədlər verərək, etibar qazanmaqla insanları qiyama qaldırmaqla məşğul olduğunu bilmiş, lakin Rufullanın onun harada yaşadığını bildiyindən, ona və ailəsinə ziyan verəcəyindən qorxduğundan bu barədə aidiyyatı orqanlara məlumat verməmişdir. Rufulla ona Təqsirləndirilən şəxs1 telefon nömrəsini verərək maddi köməklik edəcəyini bildirib onunla əlaqə saxlamağını tapşırmışdır. O da Ariflə əlaqə saxlamış, telefon danışıqlarında Arif ona maddi yardım göstərmək əvəzinə Rufulla kimi danışmışdır. O, Rufullanın çıxışlarını uzun müddət sosial şəbəkələrdən izləmiş, ona görə neçə nəfərin dövlətə qarşı çıxıb həbs olunmasının şahidi olmuşdur. O, vətənə xidmət göstərib Rufullada olan məlumatları əldə etmək istəmişdir. 15 mart 2023-cü il tarixdə ona zəng edərək dua oxumaq üçün Hövsan qəbirstanlığına çağırmışlar. O da qəbirstanlığına çatan zaman üç nəfər tanımadığı və adlarını bilmədiyi polis əməkdaşı ona yaxınlaşıb “bizimlə getməlisiniz, sizinlə bağlı məlumat daxil olub” deyib ona fikrini bildirməyə imkan vermədən kobud ifadələrlə təhqir edərək əllərini qandallayıb maşına qoyub BMCMİ-nə aparmışlar. Orada qarşısına iki bağlama narkotik vasitə qoyub qəbul etməyi təklif etmişlər. O isə onlara “Mən heç vaxt narkotik istifadə etməmişəm, gözümü açandan ancaq Quran görmüşəm, özüm Hövsanda qalıram, insanların xeyrinə işlər görmüşəm. Məni kimdən istəyirsiz soruşun. Mən heç cinayətkara oxşayıram?!” deyə cavab verdikdə ona qarşı təyziqlər və işgəncələr olmuşdur. O polis əməkdaşlarına Yaşar İsayevin qardaşı oğlu olduğunu demiş, adı eşidəndə sonra ona bir-iki sillə vurub razı salmağa çalışmışlar. O yenə də narkotik vasitəni qəbul etmədikdə onu ailəsi ilə təhdid etmişlər və o da məcbur olub qəbul etmişdir. Sonra onun çayına narkotik vasitə qatıb məcbur içirmişlər. Sonra da icazəsi olmadan evinə baxış keçirmişlər. Baxış zamanı ona aid olan təxminən 102 ədəd dini kitablar, dini dərsliklər, disklər, quran oxuyan qazilərin səsləri, uşaqların cizgi filmləri aşkar edilmiş, silah axtardıqlarını deyib silah tapmadıqda isə polislər tərəfindən öncədən evə qoyulmuş üzərində “Ya Hüseyn” yazılan şəkil aşkar olunmuşdur. Onun evində heç vaxt şəkil olmamış, şəkilləri polislər özləri gətirmişlər. Aşkar olunan kitabların böyük əksəriyyəti ona hədiyyə olunmuşdur. O onları oxumamış, oxuduğu ancaq Quran kitabı olmuş, lakin həmin kitabların illərdir heç kimə ziyanı dəyməmişdir. Onu BMCMİ-də bir müddət saxlamışlar və bir polis əməkdaşı ona yazılı ifadə gətirmiş və həmin yazını oxuyub ifadə kimi danışmasını tələb etmişdir. O isə həmin şəxsə “Yaşar İsayevin qanındanam necə dövlətə xəyanət edə bilərəm?” deyə cavab vermişdir. İstintaq zamanı verdiyi ifadələri inkar edir. O “Kərimə” dövlətinin qurulması ilə bağlı hər hansı məlumata malik olmamışdır. Həm Təqsirləndirilən şəxs1la, həmçinin də digər şəxslərin heç biri ilə görüşü olmamış, ibtidai istintaq zamanı da Ariflə üzləşdirmədə iştirak etməmişdir. Ailə vəziyyəti həddən artıq ağırdır. X101 uşaqlarını saxlamaq üçün işsizlikdən zibil qutularından ərzaq yığır. Özünün səhhətində ciddi problemlər var. Ata və anası onkoloji xəstəliklərdən vəfat etmişlər. O dövlətə qarşı hər hansı hərəkət etməmiş, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Tərtər rayon sakinləri kimi tanıyır. Təqsirləndirilən şəxs6la uzaq qohumluğu var, digər şəxslərlə isə qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamışdır. O, 2007-2011-ci illərdə İran İslam Respublikasının Qum şəhərindəki Höccətiyə Mədrəsəsində dini təhsil almış, rayonda fərdi qaydada mollalıqla məşğul olmuş, rəsmi qeydiyyatdan keçməsi üçün Dini Qurumlar üzrə Komitəyə müraciət etmiş, lakin cavab ala bilməmişdir. X102 şəhərində təhsil alan vaxt tanımışdır. Həmin vaxt Bəxtiyarla aralarında fikir ayrılıqları olduğundan münasibətləri yaxşı olmamışdır. Belə ki, Bəxtiyar daima dövlətə qarşı fikirlər demiş, o isə onun fikirlərinə qarşı olmuşdur. Rayonda olan zamanlar isə onunla heç vaxt əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs1 evində hüzür məclisində molla qismində iştirak etmiş, bir neçə dəfə də Ariflə birgə başqa hüzür yerlərinə getmiş deyə aralarında münasibət yaranmış, lakin heç vaxt onunla dövlət əleyhinə söhbəti olmamışdır. Ümumiyyətlə heç bir təqsirləndirilən şəxslə arasında dövlət əleyhinə söhbəti olmamışdır. Sosial şəbəkələrdən “WhatsApp” və “Teleqram”dan istifadə etmiş, orada yalnız xəbərləri izləmişdir. Arif sosial şəbəkələrdə müxtəlif paylaşımlar etmişdir. Arifin hicab məsələsi ilə bağlı paylaşımı olmuş, o isə Arifə “bu məsələnin həll yolu dövlət qurumlarına məxsusdur” deyə cavab vermişdir. Arifin göndərdiyi videoları silmiş, ona video göndərməməsini demişdir. Belə ki, həmin videolarda dövlət əleyhinə mövzular olmuşdur. Arifin onun bacanağı Zaurla arasında sosial şəbəkədə paylaşılan video ilə bağlı mübahisə olmuş, lakin o buna qarışmamışdır. Orxan Məmmədovla isə heç bir əlaqəsi olmamışdır. 25 fevral 2023-cü il tarixdə, təxminən səhər saat 08:40 radələrində ünvan 3 ünvanın yaxınlığında olan zaman sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi şəxslər ona yaxınlaşmış, onu Tərtər rayon Polis Şöbəsinə aparmış, orada Şahid8 adlı polis əməkdaşı ona “bu narkotiki qoy cibinə çəkiliş zamanı vəkilin yanında deyərsən ki, yoldan tapmışam, yoxsa evindən çıxacaq” demişdir. Həmin vaxta qədər Tərtər rayonunda heç vaxt yerdən narkotik vasitə tapmamışdır. O, ailəsi ilə bağlı təhdid olunduğunu anlamış, heç kimlə ədavəti olmadığından polislərin dediyi ilə razılaşmışdır. Təxminən bir saat vəkili gözlədikdən sonra vəkil gəlmiş, çəkiliş zamanı vəkilin yanında isə ona danışmağa imkan verilməmişdir. Üzərindən aşkar edilən pul vəsaitləri vəfat etmiş şəxsin dəfn mərasimi ilə bağlı yaxınları tərəfindən ona verilmiş pul, həmçinin mağazaya olan borcuna görə ödəməli olduğu pul vəsaiti olmuşdur. Sonra onu BMCMİ-nə aparmışlar, dörd gün orada qalmış, həmin vaxt əməliyyatçılar onun əleyhinə ifadə yazıb kağızda ona verib ifadəni əzbərləyib danışmasını tələb etmişlər. Həmin ifadə alınanda yanında vəkili olmamış, vəkil yalnız məhkəmədə olmuşdur. Həmin ifadə ona məxsus deyil, yəni onun sözləri əsasında yazılmamışdır. Hətta ona narkotik vasitə qatılmış çay verilmiş, o çayı içdikdən sonra analiz verdikdə qanında narkotik vasitə aşkar olunmuşdur. Ona Tərtər rayon Polis İdarəsində psixoloji təzyiq, BMCMİ-də isə fiziki təzyiq olmuş, ondan Təqsirləndirilən şəxs1 ona nə tapşırmasını soruşmuşlar, o isə heç kəsdən göstəriş almadığını demişdir. DTX-də olduğu vaxt isə ondan BMCMİ-də verdiyi ifadəsini təkrarlamağı tələb olunmuş, lakin o bunu etməmiş və vəkili Zabil müəllimin iştirakı ilə ifadə verəcəyini bildirmişdir. Dövlətə qarşı hər hansı pis hərəkəti olmamış, çəkiliş vaxtı təzyiq altında öz əleyhinə ifadə vermişdir. O, ziyalı ailədən olmaqla, atası dövlət qulluqçusu olmuş, Prezident tərəfindən medalla təltif olunmuşdur. Vətənə xəyanət onun ailəsinə yaraşmır. Kərimə dövlətinin marşının ona kimin tərəfindən göndərildiyini bilmir. Onun tərəfindən heç bir cinayət törədilməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Tərtər rayonunun sakinləri kimi tanıyır, Təqsirləndirilən şəxs2 isə tanımamışdır. Təqsirləndirilən şəxslərlə heç bir qohumluğu və ədavəti yoxdur. 1994-cü ildən namaz qılır. Əhli-şiə mənsəbindəndir. Orta təhsilini ailəsinin maddi vəziyyəti ilə bağlı 7-ci sinifdən sonra davam etdirməmiş, 2005-2010-cu illər ərzində İran İslam Respublikasının Qum şəhərində, Höccətiyə Mədrəsəsində dini təhsil almışdır. Təhsil aldığı zaman Tərtər rayonunun sakinləri kimi Bəxtiyar Bayramovu və Təqsirləndirilən şəxs3 tanımışdır. Dini təhsili olduğundan rayonda qeyri-rəsmi mollalıq etmiş, dini məclislərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs1 evində bir dəfə iftar süfrəsində, bir dəfə də anasının yas mərasimində olmuşdur. Həmin mərasimlər zamanı islamda ailə davranışı, namaz və s. mövzularda danışıqlar olmuşdur. Arifin ona göndərdiyi videoların çoxuna baxmamışdır. Belə ki, daima qəbirstanlıqda və məclislərdə olduğundan vaxtı olmamışdır. Arif ona heç vaxt tapşırıq və ya göstəriş verməmişdir. Orxan Məmmədovu videoda görmüş, o həmin videoda Kərimə dövləti qurmaq haqqında, dini mövzularda lazımsız söhbətlər etmişdir. “Azərbaycan İslam müqavimət hərəkatı” kanalını görmüş, lakin izləməmiş və bunu heç kimə yaymamışdır. O, “Aprel” və “44 Günlük” Qarabağ müharibəsində şəhid olmuş şəxslərin islam qaydalarına uyğun yuyulmasında, onların dəfn mərasimlərində iştirak etmiş, dövlət əleyhinə olmamış, üç qardaşı Vətən uğrunda Qarabağ müharibələrində döyüşmüşdür. Anası qəhrəman anadır. Onu digər təqsirləndirilən şəxslərlə birləşdirən ortaq cəhət onların haqqı danışmağı olmuşdur. O, molla kimi dini məclislər aparmış, məclislərdə düzgün yaşamağı təbliğ etmiş, insanları narkotik vasitələrdən uzaq olmağa, allah yolunda olmağa, namaz qılmağa çağırmışdır. O, inanclı şiə məzhəbindən olan bir adam olmuşdur. Qəbirstanlıqda ölən şəxslərə Quran oxumaqla, onların dəfn mərasimlərini həyata keçirməklə qazanc əldə etmiş və onunla ailəsinin güzəranını təmin etmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saat 09:00 radələrində Tərtər rayonu, Yeni Qəbirstanlıq adlanan ərazidə olan zaman qəflətən yanında bir maşın saxlamış, maşından düşən şəxslərdən biri ondan “İqbal sənsən?” deyə soruşmuş, o, “hə” dedikdə həmin şəxslər onun gödəkçəsini başına keçirib maşına salıb döyərək Tərtər rayon Polis şöbəsinə aparmışlar. Həmin vaxt atasına yasin oxutmaq üçün oraya gələn Nəbi adlı tanışı onu necə aparmalarını görmüşdür. Polislər ondan Nəbinin kim olduğunu, yəni onu tanıyıbtanımadığını soruşmuş, o Nəbinin də tutulmasından ehtiyat edib onu tanımadığını demişdir. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. Yolda ona narkotik vasitə verib “cibinə qoy, yoxsa evindən çıxacaq” deyib hədələmişlər. O, ailəsi ilə təhdid olunduğunu başa düşmüş və məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Tərtər rayon Polis Şöbəsində təxminən saat 12:00-a qədər əslən Bərdə rayonundan olan Zakir adlı vəkilin gəlməsini gözləmişlər. Vəkil gəldikdən sonra isə onun iştirakı ilə üzərindən narkotik vasitə çıxarmışlar. Halbuki, üzərində narkotik vasitə olmamışdır. Sonra onu BMCM-nə gətirmişlər, orada “rəis” deyilən bir şəxs ona ifadəsi yazılmış bir kağız verib əzbərləməsini tapşırmışdır. O, oxuyub razılaşmadıqda adını bilmədiyi polis əməkdaşları onu döymüşlər. Həmin vaxt yanında vəkil olmamışdır. İstintaq Təcridxanasına gələndə xəsarətlərinin olmasını demiş, əsas xəsarətlər sağ dizində və çiynində olmuşdur. Bununla bağlı bir həftə ərzində iki fərqli prokurorluq əməkdaşı təcridxanaya gələrək onu dindirmiş, lakin ekspertiza təyin olunmamışdır. DTX-ya gəldikdən sonra isə ona “orada nə ifadə vermisənsə onu danışmalısan” deyib ondan yenidən ifadə almışlar. DTX-da olduğu vaxt Tofiq İbrahimovun və Rufullanın yeznə-qayınata olduğunu bilmişdir. Həmin ərəfədə vəkili olsa da vəkil onun işi ilə maraqlanmamışdır. Bu səbəbdən və ona olunan işgəncələrə görə istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Döyülməsi ilə bağlı ekspertizadan keçməmiş, lakin sağ dizində çat olmuş, müayinə tələb etsə də ona bu şəraiti yaratmamışlar. Bununla bağlı müstəntiq onu dindirsə də heç bir nəticəsi olmamışdır. O, Kərimə dövləti ilə bağlı məsələni sosial şəbəkədə eşitmiş, belə ki, müəyyən dindar tanışları ona belə mövzuda videolar göndərmişlər. Onun mobil telefonuna baxış keçirilməmiş, telefonda dövlət əleyhinə yazışmalar olmamış, sadəcə Bəxtiyarın nömrəsi olmuşdur. Bəxtiyarın nömrəsi onun telefonunda olsa da onunla heç vaxt əlaqə saxlamamışdır. Onun tərəfindən heç bir cinayət törədilməmişdir. Dövlətinə, dininə və ailəsinə sadiq bir vətəndaş olmuşdur. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 tanıyır, Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxslərlə heç bir qohumluğu və ədavəti yoxdur. 2016-ci ildən namaz qılır. Əhli-şiə mənsəbindəndir. 2002-ci ildən Tərtər rayonu, Qapanlı kəndində bərbər işləyərək ailəsinin güzəranını təmin etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 Tərtər məsicidindən tanımış, Tarzan Qaraşov isə onunla qonşu kənddən olmaqla, həm də bərbərxanada müştərisi olmuşdur. O, Rufullanı tanımır, onun adını istintaq zamanı eşitmiş, Bəxtiyarı cəmi bir dəfə Tərtər məscidində görmüş, lakin tanışlığı olmamış, ümumiyyətlə o, mütəmadi olaraq məscidə belə getməmiş, çünki kənddə bərbər işləyib ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs1 evində olmuş, anasının yası və pandemiyadan əvvəl iftar süfrəsində iştirak etmiş, orada orucluq barədə söhbətlər olmuşdur. Məsciddə arada bir getmiş, dini söhbətləri dinləmişdir. Həmin vaxt İran meyilli söhbətlər danışılmamış, Xomeynini tanımır, sadəcə olaraq seyid olduğunu eşitmişdir. O, əsasən Hacı Şahinin moizələrini dinləmişdir. Təqsirləndirilən şəxs1la yaxın əlaqəsi və gediş-gəlişi olmamışdır. Arif ona yadında qalmayan dini mövzularda videolar göndərmişdir. Lakin o, həmin videolara heç bir münasibət göstərməmişdir. Arif ona dövlət quruluşu və ya Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı dövlət əleyhinə nəsə hərəkət etməyi tapşırmamış, aralarında dronla bağlı, dəstə yaratmaq və maddi yardımla bağlı söhbətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında kəndlərində olan hüzür yerinə getdiyi zaman yolda polislər onu qəflətən saxlamış və Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Orada masanın üzərinə narkotik vasitə qoyub “özünə hörmət elə, narkotiki götür qoy cibinə” demişlər. O, heç nə başa düşməmiş, lakin gələcəkdə başına pis hadisələr gəlməsindən ehtiyat etmiş, həmçinin psixoloji təsir göstərdikləri üçün narkotik vasitəni öz əli ilə götürüb cibinə qoymuşdur. Sonra polislər tərəfindən video çəkiliş aparılmış, çəkilişdən öncə ona narkotik vasitəni kənddən tapdığını deməsi tapşırılmış, o da elə demiş, yəni narkotik vasitəni tapıb üzərində gəzdirməsini etiraf etmişdir. Halbuki, o, namaz qılır, narkotik vasitənin nə olmasını belə bilmir, hətta içki olan masada belə əyləşmir. Ondan götürülmüş analizdə narkotik vasitənin müəyyən edilməsinin səbəbini izah edə bilmir. Həmin günün gecəsi onu Bakı şəhərinə, BMCMİ-nə gətirmişlər. Səhərisi günü isə ona bir vərəq göstərmişlər, həmin vərəqdə güya onun Rufulla ilə danışması və Rufullanın onları başına yığması yazılmışdır. Həmin yazılan ifadəni ona oxudub əzbərlətmişlər, lakin o orada yazılan cinayətləri etməmiş və həmin ifadə onun sözləri əsasında yazılmamışdır. İfadə verərkən də yanında vəkili olmamışdır. İqbal Axudovun dövlət və ya hakimiyyət əleyhinə hər hansı hərəkət etdiyinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs6 narkotik vasitə istifadə etməsinə şahid olmamış, onun dini birliyə üzv olmasını, dövlət əleyhinə hərəkətlər etməsini görməmişdir. Ümumiyyətlə Kərimə dövlətinin və konstitusiya quruluşunu dəyişməyin nə olduğunu bilmir. Dövlətə və ölkəyə qarşı heç bir səhv hərəkəti olmamış, dini radikallıq etməmiş, heç bir hərəkatın üzvü deyil və heç bir aksiyada iştirak etməmişdir. İranla əlaqəsi yoxdur və ölkədən kənara heç vaxt çıxmamış, hətta xarici pasportu belə yoxdur. Heç bir cinayət əməli törətmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tanıyır, Təqsirləndirilən şəxs2 isə tanımamışdır. Təqsirləndirilən şəxslərlə heç bir qohumluğu və ədavəti yoxdur. 1994-cü ildən namaz qılır. Əhli-şiə mənsəbindəndir. Təqsirləndirilən şəxs1la təxminən beş il olar ki, yoldaşlıq edir, onu namaz qılan bir dindar kimi tanımışdır. Ariflə ayrı-ayrı kəndlərdə yaşayır, aralarında təxminən beş kilometr məsafə vardır. Adətən cümə namazlarını rayonda yerləşən məsciddə digər şəxslərlə birlikdə qılmışdır. Arifin evində olan dini məclislərdə iştirak etməmiş, üç dəfə anasının yas mərasimində və iki dəfə iftar süfrəsində olmuş, orada da dövlət əleyhinə heç bir söhbət olmamışdır. Arifin anasının yas mərasimində Təqsirləndirilən şəxs3 məclisin mollası olmuşdur. O, Kərimə dövləti ilə bağlı heç nə eşitməmiş, bu barədə yalnız məhkəmədə eşitmiş, heç bir sosial şəbəkələrdə və qruplarda olmamış, sosial şəbəkələrdə dini dövlət yaradılması ilə bağlı mesajlara münasibət bildirməmişdir. Arif ona dövlət quruluşu, Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı dövlət əleyhinə nəsə hərəkət etməyi tapşırmamış, onunla heç bir iş birliyi olmamışdır. Arif ona dini mövzuda bir neçə video göndərmiş, o da bir dəfə Arifin istəyi ilə özündə olan borc mövzulu videonu ona göndərmişdir. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 mollalıq edən şəxslər kimi təxminən 6 il olar ki, məsciddən tanıyır. İqbal və Sənanla birlikdə Arifin evində yas mərasimi zamanı olmuş, digər vaxtlarda olmamışdır. Onları birləşdirən cəhət Tərtər Məscidində cümə namazlarında bir yerdə olmaqlarıdır. Rufullanı tanımır, Bəxtiyarı isə məsciddə görmüş, onunla heç bir əlaqəsi yoxdur, telefon nömrəsini isə dini təhsil almış adam olduğu üçün almışdır. Nömrəni almaqda məqsədi dini məsələ ilə bağlı nəsə məlumat almaq olmuş, lakin ona heç vaxt zəng etməmişdir. xx.xx.2023-cü il tarixdə, günortadan sonra məsciddə namaz qılıb çıxmış və İsmayılbəyli kəndində “yolayrıcı” deyilən yerdə dörd nəfər polis əməkdaşları onu tutub Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində telefon, pul qabı və iki ədəd ətir şüşəsi olmuşdur. Polis əməkdaşları ona iki büküm narkotik vasitə verib “narkotik vasitəni götür qoy cibinə əks halda vətən xaini adını alacaqsan” demişlər. O heç vaxt narkotikdən istifadə etməmiş, ümumiyyətlə narkotikanın nə olmasını bilməmiş, hətta siqaret belə çəkməmişdir. Orxan adlı polis əməkdaşı onu şərləməyə başlamış, bir qadın şəkili göstərib həmin şəkilin guya onun tərəfindən paylaşıldığını demişdir. O da məcbur qalaraq polislərin verdiyi narkotik vasitəni götürüb cibinə qoymuş və çəkiliş zamanı çıxarıb təqdim etmişdir. Sonra onu BMCMİ-nə gətirmişlər, orada Tural və Elçin adlı polis əməkdaşları ona işgəncə verib onlar deyən kimi ifadə verməsini tələb etmişlər. O isə onlara olmayan şeyləri danışa bilməyəcəyini demiş, polislər isə ona “Arifgildə belə söhbətlər olub” deyə cavab vermişlər. Ona özləri tərəfindən ifadə yazılmış vərəq vermişlər. O, oxuyub razılaşmadıqda polislərdən biri ona çay verib onunla səmimi söhbət etmiş və ona “narahat olmayın, mən sizin işi araşdıracam” demişdir. Çayı içdikdən sonra halı dəyişmiş, nə sual vermişlərsə onların istədiyi kimi cavab vermiş, sonra onu narkoloji müayinəyə aparmışlar, orada qanında narkotik maddə aşkar olunmuşdur. Həmin vaxt vəkili olmuş, lakin o, vəkili ilə təklikdə görüşməmiş və ona döyülməsi barədə bir söz deməmişdir. Sonradan ona aydın olmuşdur ki, çayın içində ona narkotik vasitə vermişlər. Sonra onu Bakı İstintaq Təcridxanasına aparmışlar, orada müayinə zamanı bədənində olan xəsarətlər barədə həkimə məlumat vermiş, beş gün orada qalmış və yenidən BMCMİ-nə aparılmış, orada ona yenidən işgəncələr verilmiş, təxminən 15-20 gün Bakı İstintaq Təcridxanasında qaldıqdan sonra onu DTX-yə aparmışlar. Orada ondan ifadə alınanda “artıq ifadə verib imzalamısan” deyib eyni ifadəni almışlar. Həmin vaxt vəkili olmuş, vəkil ona “qol çək hər şey yaxşı olacaq” deyə sözlər demişdir. Lakin həmin ifadədə qeyd olunanların heç biri olmamış, narkotik vasitənin ona aid olmadığını müstəntiqə demişdir. Hazırda da istintaq zamanı təzyiq altında verdiyi və imza etdiyi həmin ifadələri təsdiq etmir. O dövlət əleyhinə hər hansı bir işin görülməsində iştirak etməmiş, ümumilikdə Kərimə dövləti nədir bilmir. Ailəsinin yeganə qazanc gətirənidir. Heç bir cinayət əməli törətməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 tanıyır, Təqsirləndirilən şəxs2 isə tanımır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 bacanağıdır. Digər təqsirləndirilən şəxslərlə heç bir qohumluğu və ya ədavəti yoxdur. Onun Təqsirləndirilən şəxs3la yaxın münasibəti olmamışdır. X26 onunla Bakı Dövlət Universitetində eyni dövrdə fərqli fakültədə təhsil almışdır. O, X44 dini təhsil aldığını və Tərtər rayonunda mollalıq etdiyini bilmişdir. Təqsirləndirilən şəxs3 da Tərtər rayonunda mollalıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs3la aralarında hər zaman dini mövzularda fikir ayrılığı olmuşdur. 2020-ci il tarixdən etibarən “Youtube” sosial platformasında Bəxtiyarın Azərbaycan əleyhinə İranpərəst çıxışları, Azərbaycandakı hakimiyyət əleyhinə çıxışları, Azərbaycanda “Kərimə” dövlətinin yaradılmasının vacibliyini vurğulaması onu narahat etmiş, bir vətəndaş olaraq bunlar ona pis təsir etmişdir. Bundan sonra onunla “Facebook”da şərh bölməsində yazışmağa başlamış, Bəxtiyarın yazdıqlarına əks olaraq sərt tənqidi fikirlər söyləmişdir. Bəxtiyar da onu düşmən elan etmişdir. Bundan sonra ona "Facebook”da Təqsirləndirilən şəxs1 yazaraq onu təhqir etmiş və həmin danışıqları silməyini bildirmişdir. O isə Ariflə sərt danışaraq bir daha onu narahat etməməsini bildirmişdir. Həmçinin həmin şərhlərlə əlaqədar olaraq Təqsirləndirilən şəxs4 onunla görüşərək həmin şərhləri silməyini, bunun düzgün olmadığını bildirmiş, lakin o, həmin ideyaların yalnış olduğunu, bunun dövlətimizə qarşı aparılan siyasət olduğunu İqbala bildirmişdir. O, “Facebook”da İran İslam Respublikasının prezidenti və Ermənistan Respublikasının prezidentlərinin görüşündən olan fotonu paylaşaraq “İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik gətirilməsi, həmin narkotik vasitəsilə İrana xidmət göstərən şəxslərin maliyyələşdirilməsi, gəncliyin bu formada zəhərlənməsini qeyd etmişdir. Həmçinin paylaşımda Təbriz və Tehran məscidlərində toplaşarkən fars rejiminin Azərbaycanı İranın “Arran” vilayəti adlandırmasını qeyd etmişdir. Bununla da əlaqədar olaraq Təqsirləndirilən şəxs1 ona “Facebook”da mesaj yazaraq təhqir etmiş, həmin paylaşımı silməyini bildirmişdir. Lakin o, Ariflə mübahisə etmiş və paylaşımı silməmişdir. Lakin bununla bağlı Sənan ona heç nə bildirməmişdir. Çünki Sənan onun əks düşüncədə olduğunu bilir və bilir ki, ona bu mövzuda nəsə desə ona çox pis cavab verəcəkdir. İqbal tərəfindən onun paylaşımlarına hər hansı qeyd yazılmamışdır. O, İqbala zəng etmiş və İqballa görüşmüşdür. İqbala Bəxtiyarın yazdıqlarını deyərək bunun dövlətə qarşı aparılan siyasət olduğunu demişdir. İqbal onun Bəxtiyarla unversitetdə oxuyan zaman münasibətlərinin olduğunu bildiyindən barışdırıcı mövqedə olaraq belə şeylərə görə münasibətlərin pozulmamasını demişdir. Sənan və İqbal onunla dövlət əleyhinə hər hansı söhbət etməmişlər. İbtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tərtər rayon X18 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı tanımış, onunla, həmçinin digər təqsirləndirilən şəxslərlə qohumluq və ədavəti olmamışdır. 30 yanvar 2023cü il tarixdə ona Tərtər rayonu Hüsənli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamini qanunsuz yolla əldə etməsi, istifadə etməsi və satış məqsədi ilə üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı raportla şöbə rəhbərliyinə məlumat vermişdir. Müvafiq sənədləşdirmə işləri aparılmış, həmin gün o və polis şöbəsinin digər əməkdaşları Şahid6, Şahid3, Şahid2 və Şahid1 birlikdə saat 18:06 radələrində Təqsirləndirilən şəxs1 Tərtər rayonu Dördyol ərazisində, yol kənarında, piyada hərəkətdə olan zaman saxlamışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə hesab olunan metamfetamini saxlamaqla şübhəli olması barədə məlumat olmasını bildirmiş və onu Tərtər rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 onlara heç bir etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müvafiq sənədləşdirmə işləri təhqiqatçı tərəfindən aparılmış, vəkil dəvət edilmişdir. Vəkilin, onun, Şahid6, Şahid3, Şahid2, Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü, şalvarın sağ yan cibindən bir ədəd alışqanı, şalvarın sol yan və arxa sağ yan cibindən pul əskinazları və qəpikləri, həmçinin gödəkçənin içəri sol yan cibindən pul qabını çıxararaq təhqiqatçıya təqdim etmişdir. Üç ədəd şəffaf sellofan bükümü açılan zaman içərisindən psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 üç ədəd şəffaf sellofan bükümü Tərtər rayonu Dördyol ərazisində piyada evinə gedən zaman yol kənarından tapdığını, maraq üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra müvafiq sənədlər hazırlanmış, o və iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Şöbəyə gətirilən, həmçinin şöbədə olan zaman tərəflərindən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs1 evində də axtarış aparılmışdır. Lakin o həmin axtarışda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tərtər rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tərəflərindən keçirilmiş əməliyyat tədbiri zamanı tanımış, onunla, həmçinin digər təqsirləndirilən şəxslərlə qohumluq və ədavəti olmamışdır. 30 yanvar 2023-cü il tarixdə Tərtər rayon polis əməkdaşları tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanımış Təqsirləndirilən şəxs1 yaşadığı Tərtər rayonu, Hüsənli kəndində yerləşən fərdi yaşayış evində 02 fevral 2023-cü il tarixdə məhkəmənin qərarı əsasında axtarış aparılmışdır. Fərdi yaşayış evində axtarış zamanı onunla yanaşı şöbənin əməkdaşları Şahid3, Şahid2 da iştirak etmişdir. Axtarış zamanı 24 adda dini kitab, 2 ədəd üzərində dini yazılar olan bayraq, 1 ədəd din xadiminin şəkili və 6 ədəd DVD disklər aşkar edilmiş, həmin əşyalar tərəflərindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı tərəflərindən hər hansı qanunazidd hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid6, Şahid7 şahidlər Şahid5 və Şahid4 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid8 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı tanımış, onlarla, həmçinin digər təqsirləndirilən şəxslərlə qohumluq və ədavəti olmamışdır. 25 fevral 2023-cü il tarixdə ona Tərtər rayon sakini Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunmuş, qərarın icrası ilə əlaqədar olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Şahid9 və Şahid10 daxil edilmişdir. Həmin gün saat 08:40 radələrində Təqsirləndirilən şəxs3 Tərtər şəhəri, H.Əliyev prospekti 67 ünvanın qarşısında olması müəyyən edilmiş, qrup üzvləri həmin ünvana getmiş, saat 08:40 radələrində küçədə Təqsirləndirilən şəxs3 oxşar şəxs müəyyən edilərək ona yaxınlaşmış, həmin şəxs özünü Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə onlarda məlumat olmasını bildirdikdən sonra Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə BMCMİ-nin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs3 könüllü olaraq üzərində “şüşə” olduğunu bildirmiş, əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümü, gödəkçənin və şalvarının digər ciblərindən şəxsiyyət vəsiqəsini, pulları, “Redmi” markalı mobil telefonu, möhürü, təsbehi və xatırlamadığı digər əşyaları çıxararaq təqdim etmişdir. Sellofan bükümlər açıldıqda içərisində ağ rəngli metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 həmin maddələri saxlanılmazdan əvvəl yaşadığı ünvana yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin maddələr qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan əlavə İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid9 Tərtər rayon sakini Təqsirləndirilən şəxs5 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı yaradılmış əməliyyat tədbirində Şahid9, o və Şahid10 iştirak etmişdir. Təqsirləndirilən şəxs5 Tərtər rayonu, Qapanlı kəndi ərazisində olduğu müəyyən edildiyindən onlar 25 fevral 2023-cü il tarixdə, saat 12:35 radələrində həmin ünvana getmiş, Təqsirləndirilən şəxs5 tərəflərindən müəyyən edilərək saxlanılmış və Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. Şöbədə müvafiq sənədləşmə işləri aparılmış, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs5 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs5 üzərində psixotrop maddə olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümü, açar, qəpik pul, şalvarının digər cibindən pul, əynində olan qara rəngli gödəkçənin cibindən isə “Redmi” markalı telefonu, siqaret qutuları, alışqanı çıxararaq təqdim etmişdir. Sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs5 suallara cavab olaraq saxlanılmazdan əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin maddələr də qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bütün bunlarla bağlı tərtib edilmiş sənədlər tərəflərindən imzalanmışdır. Həm Təqsirləndirilən şəxs3, həm Təqsirləndirilən şəxs5 tərəflərindən saxlanılarkən, həmçinin polis şöbəsində olarkən onlara hər hansı formada fiziki və ya psixi təzyiq göstərilməmiş, onlar könüllü olaraq polis şöbəsinə gəlmiş, üzərilərində olan əşyaları könüllü təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid9 və Şahid10 da Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid11 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı tanımış, onunla, həmçinin digər təqsirləndirilən şəxslərlə qohumluq və ədavəti olmamışdır. 24 fevral 2023-cü il tarixdə ona Tərtər rayon sakini Təqsirləndirilən şəxs4 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı müvafiq sənədləşmə işləri aparılmış, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, qrupa İdarənin əməliyyat müvəkkilləri Şahid13 Məhəmmədəli oğlu və Şahid12 daxil edilmişdir. Bundan sonra 25 fevral 2023-cü il tarixdə, saat 10:00 radələrində Təqsirləndirilən şəxs4 Tərtər rayonu, Seydimli kəndi ərazisində olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs4 tərəflərindən həmin kənddə yerləşən qəbiristanlığın qarşısında saxlanılmış, saxlanılma səbəbi izah edilməklə Tərtər rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Şöbədə İdarənin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs4 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs4 könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü, digər cibindən isə “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Bükümlər açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs4 həmin bükümləri saxlanılmazdan əvvəl Seydimli kənd qəbiristanlığında yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs4 saxlayan zaman, həmçinin polis şöbəsində olan zaman ona qarşı hər hansı qanunazidd hərəkətə yol verməmiş, ona tərəflərindən heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs4 özü könüllü olaraq üzərində olan psixotrop maddəni təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid14 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs2 tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı tanımış, onlarla, həmçinin digər təqsirləndirilən şəxslərlə qohumluq və ədavəti olmamışdır. 24 fevral 2023cü il tarixdə ona Tərtər rayon sakini Təqsirləndirilən şəxs6 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı müvafiq sənədləşmə işləri aparılmış, onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa İdarənin əməliyyat müvəkkilləri Şahid15 və Şahid12 daxil edilmişlər. 25 fevral 2023-cü il tarixdə saat 15:10 radələrində Təqsirləndirilən şəxs6 Tərtər rayonu İsmayılbəyli kəndi ərazisində olması müəyyən edilmiş, sonuncu kənd ərazisində saxlanmış, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə bildirdikdən sonra Tərtər rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Polis Şöbəsində DİN BMCMİ-nin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən müvafiq sənədləşmələr aparılmış, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs6 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs6 özü üzərində “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü, sol yan cibindən “Samsung” markalı telefonu və xeyli miqdarda pulu çıxararaq təqdim etmişdir. Həmin sellofan bükümlər açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs6 həmin bükümləri saxlanılmazdan əvvəl Tərtər rayonu, Qaynaq kəndində olan zaman yerdən tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə 15 mart 2023-cü il tarixdə ona Bakı şəhəri Suraxanı rayon sakini Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı ilə bağlı da müvafiq sənədləşmə işləri aparılmış, onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa İdarənin əməliyyat müvəkkilləri Şahid15 və Şahid16 daxil edilmişlər. 15 mart 2023-cü il tarixdə, saat 10:50 radələrində Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Quşçuluq yaşayış sahəsində yerləşən qəbiristanlığın yaxınlığında olması müəyyən edilmiş və tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumatlarının olmasını bildirmiş və onu DİN BMCMİ-ə dəvət etmişlər. İdarədə təhqiqatçı Murad Azayev tərəfindən müvafiq sənədləşdirmə aparılmış, Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri elan edilmiş, dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 özü üzərində “şüşə” adı ilə tanınan maddənin olduğunu bildirərək əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Huavei” markalı telefonu, şalvarının sağ yan cibindən isə iki ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin sellofan bükümlər açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 həmin maddələri saxlanılmazdan əvvəl Hövsan qəsəbəsi ərazisində tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 evinə baxış keçirilən zaman da iştirak etmiş, Təqsirləndirilən şəxs2 evindən çoxlu dini kitablar, bayraqlar, disklər aşkar edilərək tərəflərindən qanunauyğun şəkildə götürülmüşdür. Onlar tərəfindən nə Təqsirləndirilən şəxs6, nə də Təqsirləndirilən şəxs2 hər hansı formada təzyiq və ya təsir olmamış, onlar özləri əməllərini könüllü etiraf etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid12, Şahid13, Şahid16, Şahid15 da Şahid11 və Şahid14 ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Tərtər rayon X69 Bölməsinin təhqiqatçısı X47 tərəfindən tərtib olunmuş, rayon Polis Şöbəsinin ƏİÜ rəis müavini Şahid6, CAB-nın rəisi Şahid3, CAB-nın əməliyyat müvəkkilləri Şahid2, Şahid1, NMQ-nin əməliyyat müvəkkili Şahid5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosu X76, şübhəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış 30 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 30 yanvar 2023-cü il tarixdə Tərtər RPŞ-nin inzibati binasında Tərtər rayonu, Hüsənli kəndində yaşayan Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə saxlanmasına kifayət qədər əsaslar olduğundan sonuncunu üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları təhqiqata təqdim etməsi bildirdikdə o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd alışqan, əynində olan şalvarın arxa sağ yan cibindən pul əskinasları və qəpik, əynində olan qara rəngli gödəkçənin içəri sol yan cibindən bir ədəd pul qabı, həmin gödəkçənin sağ yan cibindən 3 ədəd sellofan bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə və cib dəsmalını təhqiqata təqdim etdi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 3 ədəd şəffaf sellofan bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildi, birinin çəkisi sellofanla birlikdə 5,11 qram, birinin çəkisi sellofanla birlikdə 6,96 qram, birinin çəkisi sellofanla birlikdə 5,95 qram olması müəyyən edildi. Həmin bükümlər ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürüldü. Cib dəsmalı, bir neçə adda plastik kartlar, alışqan, pul qabı və pullar Təqsirləndirilən şəxs1 qaytarıldı. Şəxsi axtarış “Canon” markalı rəqəmsal fotoaparat vasitəsilə video qeydiyyatı aparılmaqla fotoşəkillər çəkildi. Fotoşəkillər protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə saat 18:05-də başlandı, 19:18-də qurtardı (cild 1, i/v 156-161). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı 30 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X58 Bölməsinin materialların məhkəmə ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 16/60 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Hüsənli kəndində yaşayan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,881 qram, 6,763 qram, 5,778 qram, ümumi təmiz çəkisi 17,422 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Metamfetamin ümumi təmiz çəkisi – 17,422 qram, tədqiqata sərf edildi – 0,18 qr (hər birindən 0,06 qr), qalıq – 17,242 qram (cild 1, i/v 169- 171). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 181 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 270). - Tərtər rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi X36 tərəfindən tərtib olunmuş, Tərtər rayon Polis Şöbəsinin CAB-ın rəisi Şahid3, CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid4, hal şahidləri X27, X64, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosu X76, Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmış 02 fevral 2023-cü il tarixli “Axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin gün saat 18:30 radələrində Tərtər rayonunun Hüsənli kəndində yerləşən Təqsirləndirilən şəxs1 fərdi yaşayış evində axtarış edilmişdir. Təqsirləndirilən şəxs1 psixotrop maddələri, narkotik vasitələri və digər iş üçün əhəmiyyətli olan kitabları və sənədləri könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, yaşadığı evində psixotrop maddə, narkotik vasitə yoxdur. Lakin evində dini kitablar çoxdur. Bundan sonra Arif Cüşüdovun evində axtarış aparılmağa başlandı. Axtarış nəticəsində Tərtər rayonunun Hüsənli kəndində yerləşən iş üzrə Təqsirləndirilən şəxs1 fərdi yaşayış evinin yataq otağından Nəhcül Bəlagə, Ramazan ayının əməllləri, Zuhur əsri, Quran ayələrində məhv edilmiş xalqlar, Hədislər, rəvayətlər, kəlamlar, Mərsiyələr 2, X59 həyatı, Peygəmbərdən 40 hədis Peygəmbərdən 40 sual, Qadınlar Bayramı, Səfa duaları 1-ci cild, Çərəkə, Quran surələrinin cavab və fəzilətləri, Siffeyn müharibəsi, Ramazanda quran dərsləri, Cənnət və cəhənnəm, Əliinin sirri, X104 rəftarı, Kumeyil duası, Halal v haramın İslami əsasları, Ərbəinin İslam düynyasına müjdələri, Əl-Qiraət, Nikatul Quran və Əsrarul- Quran, İslamda intim həyat adlı kitablar və Xomeyninin şəkli, üzərində ərəb dilində sözlər yazılmış bayraq aşkar edildi. Bundan sonra evin digər yataq otağında axtarış aparılan zaman otaqda 1 ədəd bayraq aşkar edildi. Bundan sonra evin digər yataq otağında axtarış aparılan zaman otaqda 1 ədəd üzərində Peygəmbərimi öyrənirəm sözləri yazılmış kitab, 1 ədəd üzərində ərəb sözləri yazılmış bayraq, üzərində şeytanın hiyləsi sözləri yazılmış 3 ədəd, üzərində Həzrəti İsa sözləri yazılmış 3 ədəd, üzərində Vaqiə günü sözləri yazılmış 1 ədəd, üzərində hədislər toplusu yazılmış 1 ədəd, üzərində Pərvanənin ad günü sözləri yazılmış 1 ədəd, üzərində Həzrəti Muhammedin hayatı sözləri yazılmış 1 ədəd DVD disklər aşkar olundu. Axtarışda tapılan 24 adda dini kitablar, 2 ədəd bayraq, 1 ədəd şəkil, 6 ədəd DVD disklər iş üçün əhəmiyyətli olduğundan götürülərək qablaşdırıldı. Axtarış aparılarkən Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülən 24 adda dini kitablar, 2 ədəd bayraq, 1 ədəd şəkil, 6 ədəd DVD disklər onun tərəfindən təqdim edilərək Samsung markalı rəqəmsal fotoaparatla fotoşəkilləri çəkildi (cild 1, i/v 224-228). - Azərbaycan Respublikası X150 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3- 32/2-257/2023 nömrəli məktubuna əlavə edilmiş rəyin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə məhkəmə dinşünaslıq ekspertizasının təyin edilməsi haqqında 03 fevral 2023-cü il tarixli Qərarla dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 24 ədəd kitab ekspert qarşısında qoyulmuş suallara əsasən, ölkədə yayılması məqsədəuyğun olmayan dini ədəbiyyatların siyahısına aid deyil. Dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 24 ədəd kitab ekspert qarşısında qoyulmuş suallara əsasən, “Əlin sirri. Yuxular. Bürclər. Qaş-daşlar” kitabçası istisna olmaqla digər 23 kitab dini ədəbiyyat nümunəsidir. X22 “Halal və haramların islami əsasları Harun Yəhyanın “Quran əyələrində məhv edilmiş qövmlər”, “Cənnət və cəhənnəm”, “Peyğəmbərimi öyrənirəm” kitabları əhli-sünnə məzhəbinə aid dini ədəbiyyatlardır. Digər dini ədəbiyyatlar şiə-cəfəri məzhəbinə aiddir. Dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 6 ədəd DVD diskdə, 2 ədəd bayraqda, 1 ədəd şəkildə ekspert qarşısında qoyulmuş suallara əsasən dini inanclara əsaslanan şiddət, müharibə, özünüqurban fikirləri yoxdur. Dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus materiallarda ekspert qarşısında qoyulmuş suallara əsasən, zorakı hərəkətləri, Azərbaycan Respublikasının ərazisində müharibənin təbliğatını ehtiva etmir. Dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus materiallarda ekspert qarşısında qoyulmuş suallara əsasən, Azərbaycan Respublikasının ərazisində teokratik dövlət yaradılmasını təbliğ edən ideyalar yoxdur (cild 8, i/v 120-127). - xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 17,242 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 2, i/v 66-67). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X77 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid14, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid15, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid16, şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X78 tərəfindən imzalanmış 15 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 15 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək həmin gün saat 10:50-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Quşçuluq” yaşayış sahəsində yerləşən qəbiristanlığın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Şübhəli şəxsə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üstündə “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Huawei” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 02 ədəd sellefan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirdi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində olarkən tapdığını, narkotik vasitələrdən istifadə etmədiyini, lakin tapdığı maddələri öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 üstündən aşkar olunmuş 02 ədəd şəffaf bükümdə olan psixotrop maddə mefamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Huawei” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Şəxsi axtarış və götürmə gündüz vaxtı, təbii və süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 15 mart 2023-cü il tarixdə, saat 13:20-də başladı, 13:34-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Protokolun tərtibatı saat 13:45də başladı, 14:10-da qurtardı (cild 5, i/v 65-66). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X77 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid14, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid15, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid16, şübhəli şəxs Təqsirləndirilən şəxs2, iştirakçı X48 tərəfindən imzalanmış 15 mart 2023-cü il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 15 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək həmin gün saat 10:50-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Quşçuluq” yaşayış sahəsində yerləşən qəbirstanlığın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üstündən 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunaraq götürülmüşdür. Bununla bağlı olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, nömrəsiz fərdi evə baxış keçirilməsi məqsədilə həmin günü saat 17:20-də tədbir iştirakçıları ilə birlikdə qeyd olunan ünvanın qarşısına gəlmişlər. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda onun həyat yoldaşı X48 vardır. Fərqanə İsayeva evə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirdi. Daha sonra evin giriş hissəsində Fərqanə İsayevadan yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub-olmaması soruşuldu. Fərqanə İsayeva yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 tərəfindən yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmaması, eyni zamanda baxışın keçirilməsinə icazə verməsi barədə ərizə yazıldı. Bundan sonra Təqsirləndirilən şəxs2 evi baxışa təqdim etdi. Baxış zamanı evin giriş hissəsindən irəlidə sağ tərəfdə yerləşən yataq otağında yerləşən dolabda çoxlu sayda dini məzmunlu ədəbiyyat, predmet, disk, kasetlərin olması müyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs2 iştirakçılığı ilə həmin predmetlərə baxış keçirildi. Baxış zamanı həmin predmetlərin içərisində 02 ədəd dini məzmunlu portret, 09 ədəd dini təqvim kağızları, 02 ədəd dini yönümlü bayraqlar, 03 ədəd üzərində ərəb-fars dilində yazılmış lent, 03 ədəd dini məzmunlu şəkil, 11 ədəd dini təsbeh, 01 ədəd dini məzmunlu suvenir, 102 ədəd dini məzmunlu ədəbiyyat, 99 ədəd disk və 31 ədəd kaset olması müəyyən edildi. Təqsirləndirilən şəxs2 baxış zamanı həmin predmetlərin dini məzmunlu olmasını və onların bir çoxunu dini müsabiqələrdən əldə etdiyini və həmçinin həmin ədəbiyyatlardan digər şəxslərə dini təhsil vermək məqsədi ilə istifadə etdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan aşkar edilmiş həmin əşya və predmetlər iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs2 yaşadığı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparıldı. Baxışın keçirilməsi 17:32-də başladı, 18:42-də başa çatdı. Baxışın keçirilməsi zamanı “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparıldı. Protokolun tərtibatı saat 19:35-də başlandı, saat 20:02-də qurtardı (cild 5, i/v 85-87). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD disklərə baxış keçirilmiş və baxış zamanı 15 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 15 mart 2023-cü il tarixli, 6/1582 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 aşkar edilmiş..” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 10,753 qr., 11,041 qr., ümumi təmiz çəkisi 21,794 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümümi təmiz çəkisi – 21,794 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq – 21,694 qram (cild 5, i/v 76-80). - 25 aprel 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq təmiz halda çəkisi 21,694 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün DTX İstintaq baş idarəsinin Maddi sübutlar otağına təhvil verilmişdir (cild 5, i/v 206-207). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X119 X105 X45 16 mart 2023-cü il tarixli, 1569 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların və opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 8, i/v 176-177). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X46” X134 xx.xx.2023-cü il tarixli, 1120/K nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 8, i/v 99-101). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/478 nömrəli məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş A3 formatlı vərəqədə “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın sarı rəngli bayrağı təsvir olunmuşdur. İran İslam Respublikasının Qum şəhərində 2016-cı ildə təsis edilmiş “Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşmanın aparıcı simaları tərəfindən müxtəlif informasiya resursları vasitəsilə Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi olaraq radikal çağırışlar edilir, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ olunur. Bundan əlavə bir sıra dövlətlər tərəfindən terrorçu təşkilat kimi qəbul edilən Livanda yaradılmış şiə-islamçı, hərbi-dini qruplaşma, dini ekstremist təşkilat olan “Hizbullah” (Allahın partiyası) təşkilatının sarı rəngli bayrağının təsvir olunduğu A3 formatlı vərəqə təqdim edilmişdir. Həmçinin, “Disk 1” şərti adlı DVD diskdə radikal, İran yönümlü dini kəsimin gündəmə gətirdiyi hicab qadağası məsələsi ilə bağlı təbliğat materialları aşkarlanmışdır. Sözügedən materiallarda təsvir olunmuş xüsusatların, təbliğ edilmiş ideologiyaların məna və mahiyyətini linqvistik və dinşünaslıq baxımından təhlil etdikdə hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, kütləvi iğtişaşların təşkil edilməsi, belə iğtişaşlarda iştirak etmək, terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq ilə bağlı təbliğat xarakterli məlumatların mövcud olduğu müəyyən edilmişdir. Belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Ekspertizaya təqdim edilmiş kitablar və digər məlumat materiallarından bəziləri dini təyinatlı hesab olunur. Bəzi dini təyinatlı ədəbiyyatlar X150 üzrə Dövlət Komitəsinin müvafiq razılığı əsasında, ölkə nəşriyyatlarında çap olunmuş və və ya ölkəyə idxal edilmiş, bəziləri isə razılığı olmadan istehsal və ya idxal edilmişdir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında dini etiqadı ifadə etməyə (nüməyiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərəyanın və ya dini dini cərəyanın yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat metariallarından “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın sarı rəngli bayrağının təsvir olunduğu A3 formatlı vərəqədə, “Hizbullah” dini ekstremist təşkilatının sarı rəngli bayrağının əks olunduğu A3 formatlı vərəqədə və “Disk 1” şərti adlı DVD diskdə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol verilmişdir. Təqdim edilmiş dini ədəbiyyat nümunələrindən bəziləri ölkə nəşriyyatlarında çap olunmuş, digərləri xaricdən idxal olunmuşdur (cild 8, i/v 87-97). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X37 tərəfindən tərtib olunmuş, BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri Şahid8, Şahid9, BMCMİ-nin əməliyyat müvəkkili Şahid10, şübhəli şəxs Təqsirləndirilən şəxs3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili X79 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 25 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 08:40-da Tərtər şəhəri, H.Əliyev prospekti 67 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd sellofan bükümü, gödəkçənin sağ yan cibindən 1 manat 60 qəpik pulu, gödəkçənin sol yan cibindən “Redmi” markalı mobil telefonu, 03 ədəd konfeti, 01 ədəd cib dəsmalını, 01 ədəd salfeti, 01 ədəd möhürü, 01 ədəd təsbehi, əynində olan qəhvəyi rəngli şalvarının sol yan cibindən 203 manat pulu, gödəkçənin sağ iç cibindən şəxsiyyət vəsiqəsini, gödəkçənin sol iç cibindən 148 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb iştirakçılar tərəfindən imzalandı. Aşkar edilmiş “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürüldü. Ümumilikdə 352 manat 60 qəpik pul, möhür, 03 ədəd konfet, 01 ədəd təsbeh, 01 ədəd cib dəsmalı, 01 ədəd salfet Təqsirləndirilən şəxs3 özünə geri qaytarıldı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs3 üzərindən digər əşya və ya predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini dünən yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyinui bildirdi. Şəxsi axtarış, baxış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni və təbii işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 25 fevral 2023-cü il tarixdə saat 09:55-də başladı, saat 10:13-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Protokolun tərtibatı 10:16 dəqiqədə başlandı, 10:55 dəqiqədə qurtardı (cild 2, i/v 126). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 fevral 2023-cü il tarixli, 6/1162 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs3 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 12,027 qram, 8,882 qram, ümumi təmiz çəkisi 20,909 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi- 20,909 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 20,809 qram (cild 2, i/v 140-142). - 28.02.2023-cü il tarixli “Maddi sübut hesab edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş qalıq çəkisi 20,809 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (cild 2, i/v 213-214). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X119 şəxsi Ambulator X8 xx.xx.2023-cü il tarixli, 1609 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 8, i/v 118-119). - Azərbaycan Respublikası Səhiyyə Nazilriyi “Məhkəmə Tibbi Ekspertiza və X46” X134 xx.xx.2023-cü il tarixli, 1163/K nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi (cild 8, i/v 115-117). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, X37 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid11, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid12 və Şahid13, şübhəli şəxs Təqsirləndirilən şəxs4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X49 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 25 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 10:25-də Tərtər rayonu, Seydimli kəndində yerləşən qəbiristanlığın qarşısında olduğu zaman saxlanılmış Təqsirləndirilən şəxs4 25 fevral 2023-cü il tarixdə, saat 12:05-də paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs4 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs4 təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Aşkar edilmiş “Samsung” markalı mobil telefon götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs4 üzərindən digər əşya və ya predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün səhər saatlarında Tərtər rayonu, Seydimli kəndində yerləşən qəbirstanlıqda yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirdi. Şəxsi axtarış, baxış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni və təbii işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 25 fevral 2023-cü il tarixdə saat 12:05-də başladı, saat 12:18-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparıldı. Protokolun tərtibatı saat 12:21-də başladı, 12:50-də qurtardı (cild 3, i/v 237-238). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 fevral 2023-cü il tarixli, 6/1163 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs4 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,116 qram, 3,987 qram, ümumi təmiz çəkisi 8,103 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 8,103 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 8,003 qram (cild 3, i/v 252-253). - 01.03.2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 8,003 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 4, i/v 79-80). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X119 şəxsin Ambulator X8 xx.xx.2023-cü il tarixli, 1606 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 psixostimulyatordan epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 4, i/v 109-110). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X37 tərəfindən tərtib edilmiş, DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri Şahid9, Şahid8, BMCMİ-nin əməliyyat müvəkkili Şahid10, şübhəli şəxs Təqsirləndirilən şəxs5 Elsevər oğlu, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkili X80 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 25 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 12:35-də Tərtər rayonu, Qapanlı kəndində olduğu zaman saxlanılmış Təqsirləndirilən şəxs5 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs5 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, 03 ədəd açarı və 40 qəpik pulu, əynində olan şalvarının sol yan cibindən 28 manat pulu, əynində olan gödəkçənin sağ yan cibindən “Redmi” markalı mobil telefonu, 02 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs5 təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs5 üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Aşkar edilmiş “Redmi” markalı mobil telefon götürüldü. Eyni zamanda aşkar edilmiş 28 manat 40 qəpik pul, 02 ədəd siqaret qutusu, 03 ədəd açar və 01 ədəd alışqan Təqsirləndirilən şəxs5 geri qaytarıldı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs5 üzərindən digər əşya və ya predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün səhər saatlarında Tərtər rayonu, Qapanlı kəndində yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirdi. Şəxsi axtarış, baxış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni və təbii işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 25 fevral 2023-cü il tarixdə saat 14:00-da başladı, saat 14:16-da başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Protokolun tərtibatı saat 14:20 dəqiqədə başlandı, saat 14:50-də qurtardı (cild 3, i/v 35- 36). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 fevral 2023-cü il tarixli, 6/1160 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,778 qram, 5,244 qram, ümumi təmiz çəkisi 8,022 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 8,022 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq - 7,922 qram (cild 3, i/v 49-51). - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 7,922 qram çəkidə psixotrop maddə metamfetamin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün BMCMİ-yə verilmişdir (cild 3, i/v 198- 199). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X119 şəxsi Ambulator X8 xx.xx.2023-cü il tarixli, 1607 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs5 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 8, i/v 178-179). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqat bölməsinin təhqiqatçısı X37 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid14, Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid15 və Şahid12, şübhəli şəxs Təqsirləndirilən şəxs6, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X50 tərəfindən imzalanmış 25 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 25 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saat 15:10-da Tərtər rayonu İsmayılbəyli kəndində olduğu zaman saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs6 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs6 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən iki ədəd sellefan bükümü, şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu və 698 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs6 təqdim etdiyi iki ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində metamfetaminə oxşar psixotrop maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs6 üzərindən aşkar olunmuş iki ədəd sellofan bükümdə metamfetaminə oxşar psixotrop maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Aşkar edilmiş “Samsung” markalı mobil telefon götürüldü. Aşkar edilmiş 698 manat pul Təqsirləndirilən şəxs6 geri qaytarıldı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs6 üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs6 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün səhər saatlarında Tərtər rayonu, Qaynaq kəndində yerdən tapdığını şəxsi istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirdi. Şəxsi axtarış, baxış və götürmə gündüz vaxtı xidməti iş otağında süni və təbii işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 25 fevral 2023-cü il tarixdə saat 16:40-da başladı, 16:55-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı video kameradan istifadə edilməklə video çəkiliş aparıldı. Protokolun tərtibatı saat 17:00-da başladı, 17:30-da qurtardı (cild 4, i/v 171-172). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı 25 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 fevral 2023-cü il tarixli, 6/1161 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs6 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,599 qram, 4,630 qram, ümumi təmiz çəkisi 9,229 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 9,229 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq - 9,129 qram (cild 4, i/v 185-187). - 01.03.2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, iş üzrə götürülmüş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış halda qalıq çəkisi 9,129 qram metamfetamin maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 5, i/v 1). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X119 şəxsi Ambulator X8 xx.xx.2023-cü il tarixli, 1608 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs6 opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs6 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 8, i/v 174-175). - 25.04.2023-cü il tarixli aktdan görünür ki, 30 mart 2023-cü il tarixdə maddi sübut kimi tanınmış, qalıq təmiz halda çəkisi 17,242 qram olan metamfetamin, 28 fevral 2023-cü il tarixdə maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 20,809 qram olan metamfetamin, 18 aprel 2023-cü il tarixdə maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 7,922 qram olan metamfetamin, 01 mart 2023-cü il tarixdə maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 8,003 qram olan metamfetamin, 01 mart 2023-cü il tarixdə maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 9,129 qram olan metamfetamin, 25 aprel 2023-cü il tarixdə maddi sübut kimi tanınmış, qalıq təmiz çəkisi 21,694 qram olan metamfetamin “Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti № 65, 67 və 208” mətnli ştamplarla möhürlənmiş 6 ədəd zərfdə məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin Maddi sübutlar otağına təhvil verilmişdir (cild 5, i/v 208). - “Maddi sübut kimi tanımaq haqqında” 19 may 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********31 saylı mobil nömrə, Təqsirləndirilən şəxs3 məxsus “Xiaomi Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********78 saylı mobil nömrə, Təqsirləndirilən şəxs4 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********35 saylı mobil nömrə, Təqsirləndirilən şəxs6 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********69 saylı mobil nömrə, Təqsirləndirilən şəxs2 məxsus "Huawei” markalı mobil telefon və ona quraşdırılmış +**********16 saylı mobil nömrə, Təqsirləndirilən şəxs5 məxsus “Xiaomi Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********79 saylı mobil nömrə iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə tərəfindən müvafiq qərar qəbul edilənədək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 7, i/v 43-44). - “Mobil telefona baxış keçirilməsi haqqında” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilmişdir. Baxış nəticəsində müəyyən edildi: Mobil telefon “Samsung” markalı olmaqla göy rəngdədir. Telefon cərəyana qoşularaq işlək vəziyyətə gətirildi. Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********31 mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Ezemetli Rehberim” olaraq qeyd edilmişdir. Bundan sonra “Whatsapp” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. 1) Təqsirləndirilən şəxs1 mobil telefona “Xeqani qardaw” olaraq qeyd etdiyi +**********79 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs5 ilə “Whatsapp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə Təqsirləndirilən şəxs5 24 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 radikal dini xarakterli video göndərməsi müəyyən edildi. Həmin videoda “Azərbaycan Respublikasının televiziya məkanında və ümumilikdə Azərbaycanda həyata keçirilən dini istiqamətli siyasət pislənir, həyata keçirilən dini təbliğatın düzgün olmaması, əgər həqiqi islam təbliğ olunarsa, onu təbliğ edən şəxslərin rahat buraxılmayacağı” qeyd edilir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 26 oktyabr 2022-ci il tarixdə İran İslam Respublikasında məskunlaşmaqla Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat xarakterli fəaliyyət göstərən Orxan Məmmədovun çıxışını mesaj formasında göndərməsi müəyyən edildi. Həmin mesajda “Azərbaycan Respublikasında olan hakimiyyətlə bağlı sekulyar və liberal yanaşan şəxslərə əhəmiyyət verilməməsi və hər şeyin zühur olması” qeyd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 01 yanvar 2023-cü il tarixdə “dünənki mərsiyələri mənə göndər” mesajı və Təqsirləndirilən şəxs5 gecə radələrində çəkdiyi “İmam Hüseyn və şəhidlər” adlı mərsiyənin video çəkişlilərini Təqsirləndirilən şəxs1 göndərdiyi müəyyən edildi. Həmin videolarda Təqsirləndirilən şəxs1 da iştirak etdiyi İslam dininin “Şiə” məzhəbinə aid dini mərasimin keçirildiyi və videoları Təqsirləndirilən şəxs5 çəkdiyi müəyyən edildi. Həmçinin 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 radikal dini xarakterli, dindarların birləşməli olduğunu göstərən mesajı müəyyən edildi. 30 yanvar 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 göndərdiyi mesajda Azərbaycan İsrail münasibətlərini pozmağa çalışan, guya Azərbaycanda İsrailin təxribat törədərək İran-Azərbaycan münasibətlərini pozmağa çalışması, həmin təxribatın “İran agentləri” tərəfindən törədildiyinin qələmə veriləcəyi, bununla da məqsədin Azərbaycan ərazisində İran İslam Respublikasına qarşı təxribatlar hazırlamaq, sonuncu ölkənin Azərbaycanda olan tərəfdarlarının qətliamını təşkil etmək olduğu qeyd edilmişdir. Bundan başqa mesajda Ukraynadan Azərbaycana “şahed-136” dronlarının qalıqlarının gətirildiyi, bu qalıqların İran əlehinə Azərbaycanda həyata keçiriləcək təxribatlarda istifadə ediləcəyi qeyd edilmişdir. Həmin mesaj Telegram ani mesajlaşma sistemindəki “cihad313” radikal xəbər səhifəsindən götürülmüşdür. 2) Təqsirləndirilən şəxs1 mobil telefonuna “Tarzan2” olaraq qeyd etdiyi +**********69 saylı mobil nömrənin sahibi olan iş üzrə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs6 ilə “Whatsapp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs6 Tərtər rayonu Seydimli kəndində yaşamış iş üzrə təqsirləndirilən şəxs X38 barəsində maraqlanması, həmin şəxsin şəklini ona göndərməsi və onun barəsində məlumat toplamasını istəməsi müəyyən edildi. Həmin danışıqda Təqsirləndirilən şəxs6 uşağı tanımadığını, Seydimli kəndində tanışının olmadığını, lakin tanıyan olarsa maraqlanıb deyəcəyini qeyd etmişdir. Bundan başqa 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının X60 İran İslam Respublikasının X70 ilə görüşü barədə olan mesajı göndərmişdir. Həmin mesajda İranın birmənalı olaraq dəstəklənməsi və ölkə prezidentinin mövqeyinin pislənməsi göstərilir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 radikal-inqilabi ideyaları özündə əks etdirən mesajı da Təqsirləndirilən şəxs6 göndərmişdir. Bundan başqa 26 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Tərzan X145 Respublikasında məskunlaşmaqla Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat xarakterli fəaliyyət göstərən Orxan Məmmədovun çıxışını mesaj formasında göndərməsi müəyyən edildi. Həmin mesajda Azərbaycan Respublikasında olan hakimiyyətlə bağlı “sekulyar və liberal yanaşan şəxslərə əhəmiyyət verilməməsi və hər şeyin zühur üçün olması” qeyd edilmişdir. Bundan başqa 30 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs6 “Facebook” sosial şəbəkəsində “Mən İranı Azərbaycanın düşməni hesab edirəm” başlıqlı yazı göndərməsi və orada göstərilən linkə daxil olaraq həmin paylaşımı şikayət edib bağlatdırması üçün tapşırıq verməsi müəyyən edildi. 30 yanvar 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs6 göndərdiyi mesajda Azərbaycan İsrail münasibətlərini pozmağa çalışan, guya Azərbaycanda İsrailin təxribat törədərək İran Azərbaycan münasibətlərini pozmağa çalışması, həmin təxribatın “İran agentləri” tərəfindən törədildiyinin qələmə veriləcəyi, bununla da məqsədin Azərbaycan ərazisində İran İslam Respublikasına qarşı təxribatlar hazırlamaq, sonuncu ölkənin Azərbaycanda olan tərəfdarlarının qətliamını təşkil etmək olduğu qeyd edilmişdir. Bundan başqa mesajda Ukraynadan Azərbaycana “şahed- 136” dronlarının qalıqlarının gətirildiyi, bu qalıqların İran əleyhinə Azərbaycanda həyata keçiriləcək təxribatlarda istifadə ediləcəyi qeyd edilmişdir. Həmin mesaj Telegram ani mesajlaşma sistemindəki “cihad313” radikal xəbər səhifəsindən götürülmüşdür. 3) Təqsirləndirilən şəxs1 mobil telefonuna “Sadiq Aga” olaraq qeyd etdiyi +**********78 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs3 ilə “Whatsapp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə 14 may 2021-ci ildə göndərdiyi səsli mesajda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 sonuncunun bacanağı “Zaur Karimov” adlı profilin sahibinin “artıq sosial şəbəkələrdə tam həddini aşdığını, Təqsirləndirilən şəxs3 uşaqlarla gedib onu başa salmalı olduğunu, əks halda “hozuluğuna salıb” onun başını ayağının altına qoyacağını, başından böyük qələtlər etdiyini, döyülmək vaxtının çatdığını, onun nömrəsini verməsini” bildirir. Təqsirləndirilən şəxs3 isə cavab olaraq atdığı səs yazısında “bir aralar Zaur Karimovun dayandığını, son vaxtlar yenə “nə səyaxladığını” yenə hansı axmaqlığı etdiyini bilmədiyini, yenə də onunla danışıb başa salacağını, nömrəsini tapıb verə biləcəyini” bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 cavab olaraq göndərdiyi səsli mesajda “məhrəm qardaşların qrupuna Zaur Karimovun paylaşımlarının göndərildiyini, “rəhbərə” söz atdığını, başından yekə qələtlər etdiyini, həmin paylaşımları Təqsirləndirilən şəxs3 da göndərəciyini, onun başa salmalı olduğunu, “özünü yandıracağını”, bir canı yox min canının rəhbərə fəda olduğunu, amma Zaur Karimov kimilərin yal yediyini, yala görə hürdüyünü” bildirir. Daha sonra Təqsirləndirilən şəxs1 göndərdiyi səs yazısında Facebook sosial şəbəkəsindəki paylaşımların keçidlərini göndərərək Zaur Karimovun “dindar olmadığını, dindar boyunu yerə soxduğunu, deyəsən döyülmək vaxtının çatdığını, ona “hozuluğunu” göstərəcəyini”, “Təqsirləndirilən şəxs3 onu çağırıb başa salmalı olduğunu, özünün də onu başa salacağını" bildirir. Daha sonra Təqsirləndirilən şəxs3 səs yazısında “bir ara onu çağırıb danışmaq istədiyini” bildirmiş, lakin “Şahid17 özünü üstün nəsə bilməməsi üçün çağırmadıqlarını, “indi yenə çaşıbsa bir həddə qədər biz yenə onu başa salmalıyıq başa düşər düşər, düşməsə də ən azı bir həddə qədər etirazımızı bildirməliyik” ifadələrini işlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Şahid17 etdiyi paylaşımları Təqsirləndirilən şəxs3 göndərmişdir. Həmin paylaşımlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik gətirilməsi, həmin narkotik vasitəsilə İrana xidmət göstərən şəxslərin maliyyələşdirilməsi, gəncliyimizin bu formada zəhərlənməsi qeyd edilmişdir. Həmçinin paylaşımda Təbriz və Tehran məscidlərində toplaşarkən fars rejiminin Azərbaycanı İranın “Arran” vilayəti adlandırması qeyd edilmişdir. Göstərilən paylaşımlara etiraz edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 danışıqlarında “din düşmənlərinə hücum” adlı qrupda həmin paylaşımların nümayiş etdirildiyi, həmin qrupda İran İslam Respublikasında məskunlaşmaqla Azərbaycanda “Kərimə" dövlətinin qurulmasına çalışan X13 da olmasını göstərən fotoşəkil müəyyən edildi. Həmin paylaşımlara görə Təqsirləndirilən şəxs3 göndərdiyi səsli mesajda “o vaxtı Hacının onla danışıdığını, faydası olmadığını, birdən o tərəfə bağlı olar problem yaşanar, bu gün isə qərar budur ki, Mahir qardaşla gedib onla danışaq görək nə cür başa salmaq olur” ifadələrini işlətmişdir. Təqsirləndirilən şəxs1 isə mesaj göndərərək “gedin danışın qanmasa onu qandıracam” ifadələrini qeyd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 16 may 2021-ci il tarixli Təqsirləndirilən şəxs3 göndərdiyi mesajda Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun olduğu postun koordinatlarını İsrailin ermənilərə verdiyi, həmin hadisənin törədilmə səbəbinin Qasım Süleymaniyə Azərbaycan cəmiyyətində olan rəğbəti azaltmaq, X122 Süleymanini cəmiyyətdə əvəz etməsi istəyinə görə öldürülməsi qeyd edilmişdir. Azərbaycandakı “sionist rejimin” Qasım Süleymaninin sevilməsi ilə barışmaması və buna görə İsrail vasitəsilə Polad Həşimovun şəhid edilməsi mesajda qeyd edilmişdir. X90 ölümündən sonra “Qasım Süleymani” medalının verilməsinin sionistləri rahat buraxmayacağı qeyd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la danışıqlarında pantürkizmin pislənməsinə yönələn müxtəlif sosial şəbəkələrdən linklər paylaşılmışdır. Həmçinin Azərbaycan Respublikasının mövcud hakimiyyəti barədə pisləmə xarakterli paylaşımları Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 göndərmiş, mövcud hakimiyyətin sionist rejim olduğu həmin paylaşımlarda qeyd edilmişdir. Bundan başqa 30 iyul 2021-ci il tarixli “X91” xəbər portalından göndərdiyi mesajında Təqsirləndirilən şəxs1 Lənkəran rayonunda polisə qarşı etiraz etmiş şəxslərin barəsində danışmış, mesajın sonunda haqsızlıqlara susmamalı olunduğu və etiraz edilməli olduğu qeyd edilmişdir. Həmçinin 24 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 göndərdiyi paylaşımda rəhbəri Bəxtiyar Bayramov olan “Vahid Ümmət” Azərbaycan Ruhanilər Təşkilatının Azərbaycanda olan ruhanilərə müraciəti öz əksini tapmışdır. Bundan başqa 31 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 göndərdiyi paylaşımda İrana qarşı Azərbaycanın media sahəsində həyata keçirilən dezinformasiyalardan bəhs edilir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 21 sentyabr 2021-ci il tarixli mesajında qeyd edilmişdir ki, “İranı xəritədən silməyə sizin nə çapınız yetər nə yiviniz çatar, ay Pancıqlar (pancıqlar dedikdə pantürkistlər nəzərdə tutulur) xəstə millətçilər”. 22 sentyabr 2022-ci il tarixdə X123 İslam Respublikasını 2-ci Qarabağ müharibəsində Azərbaycana kömək etməməkdə ittiham edənlərə qarşı müdafiə edən səs yazısını Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 göndərmişdir. 24 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Sepah (X146 Keşikçiləri Korpusu) barədə tənqidi fikir yazmış Zaur Qəriboğlu adlı şəxsə cavab olaraq verilmiş mesaji göndərmişdir. Həmin mesajda Sepahın Allah ordusu olması, Azərbaycanının qeyrətini qoruması göstərilməklə təbliğatı həyata keçirilmişdir. Bundan başqa 2 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 göndərdiyi paylaşımdan görünür ki, İran “Cibuti ssenarisi ilə Yəməndə Husilərin əli ilə hakimiyyəti devirmişdir”. Paylaşımda qeyd edilir ki, İrana 30 ildir arxadan xəncər vuran Azərbaycan hakimiyyətini də eyni ssenari gözləyir. “İran İslam Respublikası Sionist kuklası İlham Əliyev hakimiyyətini bir neçə həftəyə ölkədən qova biləcək gücə malik dəstələrə sahibdir, qalıb bircə bu ssenarinin düyməsini basmaq" cümlələri mesajda qeyd edilmişdir. Bundan başqa 25 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 göndərdiyi paylaşımda rəhbəri Bəxtiyar Bayramov olan “Vahid Ümmət” Azərbaycan Ruhanilər Təşkilatının Azərbaycanda olan ruhanilərə müraciəti öz əksini tapmışdır. Həmin paylaşımda Azərbaycanlı “qeyrətli oğullar” mövcud hakimiyyətə qarşı ruhanilərin həbsi ilə bağlı ayağa qalxmağa dəvət edilir, həmin kompaniya dəstəklənir. 2 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 radikal dini şüarları əks etdirən foto şəkillərini və video çəkilişini göndərmişdir. Bundan başqa 3 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs3 göndərdiyi paylaşımında Azərbaycan Respublikasında dindar şəxslərin şərlənərək həbs edilməsi və yeganə çıxış yolunun hakimiyyətin İslamla düşmənçiliyinin qarşısında dayanmaq olduğu qeyd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 26 oktyabr 2022-ci il tarixdə İran İslam Respublikasında məskunlaşmaqla Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat xarakterli fəaliyyət göstərən Orxan Məmmədovun çıxışını mesaj formasında göndərməsi müəyyən edildi. Həmin mesajda Azərbaycan Respublikasında olan hakimiyyətlə bağlı “sekulyar və liberal yanaşan şəxslərə əhəmiyyət verilməməsi və hər şeyin zühur üçün olması ” qeyd edilmişdir. 04 noyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 yazdığı mesajında 05 noyabr 2022-ci il tarixdə saat 09:30 dəqiqədə sonuncunu evinə çağırması müəyyən edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs3 göndərdiyi paylaşımında Azərbaycanda olan ailələrə "öz uşaqlarınızı İlham Əliyevin ordusunda xidmət etməkdən çəkindirin”, “X124 ordusunda vuruşmayın” deyə müraciət edilmişdir. Bundan başqa 25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 öz evinə dəvət etmişdir. 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 öz evinə dəvət etmiş, “tələbələrin hamısını gətirməyini” bildirmişdir. 4) Təqsirləndirilən şəxs1 mobil telefonunda “Anar” kimi qeyd etdiyi +**********16 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs2 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə Təqsirləndirilən şəxs1 01 oktyabr 2021-ci il tarixli səs yazısı müəyyən edildi. Həmin səs yazısında Təqsirləndirilən şəxs1 bildirir ki, “sizin kimi müqavimətçi qardaşımızı tanımağıma şad oldum. Şiələrin başı fəda olsun rəhbərimizin (rəhbər dedikdə İran İslam Respublikasının ali dini lideri Xomenei nəzərdə tutulur) yolunda, milyon başım olsun fəda olsun rəhbərimizin yolunda, milyon ailəm balam olsun fəda olsun İslama, rəhbərə”. Həmin səs yazısına cavab olaraq Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında “Qasım Süleymaninin möcüzəli söhbətləri” haqqında video göndərəcəyini, həmin videonu paylaşmalı olduğunu bildirir, (heyrətlənərək) nə cür şəxsiyyət görün bizə rəhbərlik və ağalıq edir” ifadələrini işlədir. Bundan başqa səs yazısında Təqsirləndirilən şəxs2 bildirir ki, “Südabə ananın (Hüseyniyyun Azərbaycan Müqavimət Təşkilatının rəhbəri Tohid İbrahimbəylinin anasıdır) 40 dəqiqəlik söhbəti var, İlham Əliyevi alçaldır, bütün dünyaya onu bədnam edir, bundan başqa Xomenei ağanın müqavimət ordularının generalının kəlimələrini göndərirəm sizə ki, o deyir İsraili hər yerdə mühasirəyə almışıq, hətta İsrailli nazirlər “Mossad” naziri belə deyir ki, İran bizi hər yerdə mühasirəyə almışdır”. Bundan sonra 2 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 göndərdiyi səs yazısında ölkədə olan sosial vəziyyətdən danışaraq narazıçılıq yaratmağa çalışmış, Təqsirləndirilən şəxs1 isə cavab olaraq göndərdiyi səs yazısında bildirmişdir ki, “həqiqətən də acınacaqlı vəziyyətdir ki, yerin altı üstü lal-cəvahirət olan dövlətdə vəziyyət belədir. Şükür Allaha ki, çox ayıq möminlər var sizin kimi qardaşlar var. Allahın izniylə inşAllah ki, bunların da (mövcud ölkə rəhbərliyi nəzərdə tutulur) bir sonu gələcək. Haqq öz yerini alacaq, amma bir şey var ki, bizlərin də gərək burda bir əməyi olmalıdı biz hər şeyi etməliyik. Allah zalımları bizim əlimizlə zəlil xar edəcək". 3 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında bildirmişdir ki, “mən sizi ən yuxarı yaşayış səviyyəsinə layiq görürəm. Həm Allahın köməkliyi ilə, həm də bir birimizin köməkliyi ilə bu hökuməti devirəndən sonra, bu zalım hakimiyyəti devirəndən sonra burdan Qobustana gedib X155 Əliyevin yerinə gətirəndə, Rövnəqin yerinə Hacı Abgül, Hacı Mövsüm gələndə, Kəmaləddinin yerinə gələndə, insanlar ağıla gəlməyən pik nöqtədə yaşayacaqlar. Hacı Talehin, Hacı Mövsümün, X151 Əliyevin yerinə keçməkdə məqsədi Azərbaycanda Kərimə dövləti, İmam Mehdi dövləti yaradacaqlar. Ədalət yaradacaqlar, İmam Mehdi üçün hökumət quracaqlar insanları ən gözəl şəkildə yaşadacaqlar, ən qisasın deyim düşünün ki, adam başına 15.000 manat pul veriləcək, ətin qiyməti 2 manat olacaq, yəni elə bir sistem qurulacaq Azərbaycanda, qaz işıq su havayı olacaq”. Təqsirləndirilən şəxs1 cavab olaraq göndərdiyi səs yazısında bildirmişdir ki, “Zərrə qədər məndə şübhə yoxdur ki, haqq öz yerini tutacaq, sadəcə biz də gərək çaba göstərməliyik, üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik,....... bütün dünya alimləri yığıb mənə desə ki, rəhbər nəyisə səhv eliyə, mən ona şəkk eləmərəm inanmaram. Allahın izniylə biz o günü görəcəyik!”. Həmin tarixdə Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında bildirmişdir ki, “....əl ələ verib güc olmaqlıyıq qüdrət olmalıyıq planlı şəkildə bunlara hücum etməliyik, ya ölməliyik ya öldürməliyik, başqa yolu yoxdu. Çünki bunlar başa düşən olsaydılar, Hacı Abgülü, Hacı Talehi, Hacı Mövsümü başa düşərdilər. Düşmədilər ona görə də yalnız gücnən qardaşım, qismət görək nə olur görək biz neynirik” Bundan başqa 22 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında bildirmişdir ki, “gecə gendüz alimlərimiz tutulur, haçan adam olacağıq, haçan ayağa qalxıb mübarizə aparacağıq?, ancaq zahiri ibadətdən yapışmışıq, Allah deyir namazı bərpa elə, yəni hökumət qur, yəni mənim dediyim kimi İslamı qur Azərbaycanda. Allah bunu tələb eliyir biz səhv salmışıq əyilibqalxmaqla Allahı yola vermək istəyirik. Allahın bizdən istədiyi canımızı ortaya qoyub müdafiə eləməliyik, zalımın kökünü qurutmalıyıq”. Həmin səsli mesaja cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Allah bizlərə qeyrət şücaət müqavimət versin” ifadələrini göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 səs yazısında bildirmişdir ki, “biz tərpənmək istəmirik, nədən qorxuruq? Biz özümüzü aldadırıq, məgər İmamlar Peyğəmbər bu cürmü addım atdılar? Canlarını qoydular, Quran oxumaqla, xüms zəkat verməklə yola versinlər? Bununla olmaz canlarını qoydular dərs deyil bizə qardaş?” cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Nədən qorxuruq? (özümü deyirəm) Allahdan başqa hər şeydən hər kəsdən". Bundan başqa 25 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 göndərdiyi paylaşımda rəhbəri Bəxtiyar Bayramov olan “Vahid Ümmət” Azərbaycanlı Ruhanilər Təşkilatının Azərbaycanda olan ruhanilərə müraciəti öz əksini tapmışdır. Həmin paylaşımda Azərbaycanlı “qeyrətli oğullar” mövcud hakimiyyətə qarşı ruhanilərin həbsi ilə bağlı ayağa qalxmağa dəvət edilir, həmin kompaniya dəstəklənir. 01 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hakimiyyətin dəyişdirilməsi təbliği edilən kitabdan mətnlərin foto şəkillərini göndərmişdir. 2 noyabr 2021-ci il tarixli səs yazısında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “38 ildir ki, səbr edirəm. Bu təşkilat yaranırsa maliyyə məsələsini həll etməliyik, güclü maliyyəyə sahib olmalıyıq, əgər İmam Mehdinin gəlməyini istəyiriksə, istəyiriksə Allahın istədiyi hökumət qurulsun canımızı da qanımızı da hər bir şeyimizi ortaya qoymalıyıq. Bütün möminlərin maliyyə məsələsin həll etməliyik. Güclü pul əldə etmək lazımdır. Bu olmasa təşkilatlanma mümkün deyil". 03 noyabr 2021-ci il tarixli səs yazısında Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “.... narahat olma Allahın izni ilə biz də təşkilatlanacağıq, bizim də sahibimiz var gələcək bu lənətullahların cavabını verəcək”. Həmin tarixdə Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında bildirmişdir ki, “Ruhullah dayı ilə danışdım qardaş, dedim Ruhullah dayı elə bir vəziyyət yaratmaq lazımdır ki, maliyyə məsələsi həllini tapmalıdı. Bütün möminlərin evi eşiyi, maşını, işi, gücü silahına kimi hər bir məsələ öz həllini tapmalıdır. Baxın Xomenei ağaya güclü maliyyə olmasaydı həyatı boyu Ənsallahı, Hizbullahı, Həması yarada bilməzdi. Onlara raket göndərə bilməzdi, pul göndərə bilməzdi, yemək göndərə bilməzdi. Mən Ruhullah dayının oğlu ilə danışdım Məhərrəməli, dedi düz deyirsən güclü maliyyə olmasa nəsə danışmaq əbəsdi”. 03 noyabr 2021-ci il tarixli səs yazısında Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “.... mən əminəm ki, Rəhbərin xəttində olanlar qalib gələcək, bugün bizi doğruyallar dilim dilim doğruyallar, ancaq Allah onu mənə göstərməsin ki, mən rəhbərdən dönəm vilayətdən dönəm, .... bir vaxtlar biz Allahın hökmünü verən insanlar olacağıq, şallaq vuracağıq, əliniqolunu kəsəcəyik, islamın buyurduğu işgəncələri onlara edəcəyik, onların hamısına”. Bundan başqa danışıqlarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “təşkilatdan” danışdıqları görünür. 5) Təqsirləndirilən şəxs1 mobil telefonuna “Haci İqbal” olaraq qeyd etdiyi +**********35 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs4 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə 19 iyun 2021 və 4 iyul 2021-ci il tarixli paylaşımlarda türklüyün pislənməsi müəyyən edildi. Bundan başqa 30 iyul 2021-ci il tarixli “X91” xəbər portalından göndərdiyi mesajında Təqsirləndirilən şəxs1 Lənkəran rayonunda polisə qarşı etiraz etmiş şəxslərin barəsində danışmış, mesajın sonunda haqsızlıqlara susmamalı olunduğu və etiraz edilməli olduğu qeyd edilmişdir. Həmçinin 24 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 göndərdiyi paylaşımda rəhbəri Bəxtiyar Bayramov olan “Vahid Ümmət” Azərbaycan Ruhanilər Təşkilatının Azərbaycanda olan ruhanilərə müraciəti öz əksini tapmışdır. Bundan başqa 31 avqust 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 göndərdiyi paylaşımda İrana qarşı Azərbaycanın media sahəsində həyata keçirilən dezinformasiyalardan bəhs edilir. Bundan başqa Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 21 sentyabr 2021-ci il tarixli mesajında qeyd edilmişdir ki, “İranı xəritədən silməyə sizin nə çapınız yetər nə yiviniz çatar, ay Pancıqlar (pancıqlar dedikdə pantürkistlər nəzərdə tutulur) xəstə millətçilər”. 22 sentyabr 2022-ci il tarixdə X123 İslam Respublikasını 2-ci Qarabağ müharibəsində Azərbaycana kömək etməməkdə ittiham edənlərə qarşı müdafiə edən səs yazısını Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 göndərmişdir. 24 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 Sepah (X146 Keşikçiləri Korpusu) barədə tənqidi fikir yazmış Zaur Qəriboğlu adlı şəxsə cavab olaraq verilmiş mesajı göndərmişdir. Həmin mesajda Sepahın Allah ordusu olması, Azərbaycanının qeyrətini qoruması göstərilməklə təbliğatı həyata keçirilmişdir. Bundan başqa 02 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 İqbala Axundova göndərdiyi paylaşımdan görünür ki, İran “Cibuti ssenarisi ilə Yəməndə Husilərin əli ilə hakimiyyəti devirmişdir”. Paylaşımda qeyd edilir ki, “İrana 30 ildir arxadan xəncər vuran Azərbaycan hakimiyyətini də eyni ssenari gözləyir”. “İran İslam Respublikası Sionist kuklası İlham Əliyev hakimiyyətini bir neçə həftəyə ölkədən qova biləcək gücə malik dəstələrə sahibdir, qalıb bircə bu ssenarinin düyməsini basmaq” cümlələri mesajda qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 03 oktyabr 2021-ci il tarixli mesajının məzmunundan görünür ki, X125 İran bayrağının təhqir edilməsinə münasibət bildirmiş, pantürkləri diqqətli olmağa dəvət edilmiş, bütün molla və axundların cümə xütbələrində bu mövzuya etiraz etmələri tələb edilmiş, sətraltı olaraq Azərbaycanda islam dövləti qurulmasına işarə verilmişdir. Bundan başqa 25 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 göndərdiyi paylaşımda rəhbəri Bəxtiyar Bayramov olan “Vahid Ümmət” Azərbaycanlı Ruhanilər Təşkilatının Azərbaycanda olan ruhanilərə müraciəti öz əksini tapmışdır. Həmin paylaşımda Azərbaycanlı “qeyrətli oğullar” mövcud hakimiyyətə qarşı ruhanilərin həbsi ilə bağlı ayağa qalxmağa dəvət edilir, həmin kompaniya dəstəklənir. Bundan başqa 25 dekabr 2021-ci il tarixli mesajında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 “Bəxtiyar ağaya (Bəxtiyar Bayramov) səs atmışam onu sizədə atacam” deyə bildirir. Həmçinin işdən çıxacağını bildirir. 16 iyul 2022ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 yazdığı mesajında Habil adlı şəxsin 18 iyul tarixdə gəlməsini istədiyini, məhrəm qardaş olmasını, ağzı bərk və müqavimətçi olmasını, Təqsirləndirilən şəxs4 məsləhət bilirsə gəlib iştirak etməsini istədiyini bildirir. Təqsirləndirilən şəxs4 isə cavabında gəlməsini təsdiqləyir. 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 radikal dini şüarları əks etdirən foto şəkillərini və video çəkilişini göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 03 avqust 2022-ci il tarixdə “X91” səhifəsindən göndərdiyi paylaşımda “Hakimiyyətin İslam Əleyhinə yeni çirkin planı” başlıqlı mətn yazılmış, eləcə də yeganə çıxış yolunun hakimiyyətin islamla düşmənçiliyinin qarşısında dayanmaq olduğu bildirilmişdir. 01 oktyabr 2022-ci il tarixli səsli mesajında Təqsirləndirilən şəxs1 “Hacı Abgül’ün azadlığa çıxdığını və digər məhbusların da qapısının açıq olmasını istədiyini bildirir. Təqsirləndirilən şəxs4 isə cavabında “Amin İnşAllah” deyə cavab verir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 26 oktyabr 2022-ci il tarixdə İran İslam Respublikasında məskunlaşmaqla Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat xarakterli fəaliyyət göstərən Orxan Məmmədovun çıxışını mesaj formasında göndərməsi müəyyən edildi. Həmin mesajda Azərbaycan Respublikasında olan hakimiyyətlə bağlı “sekulyar və liberal yanaşan şəxslərə əhəmiyyət verilməməsi və hər şeyin zühur üçün olması” qeyd edilmişdir. 04 noyabr 2022-ci il tarixli səsli mesajında bildirmişdir ki, “Elsevər ağa gəlsin, Sadiq Ağa (Təqsirləndirilən şəxs3) demişəm, məsləhət bildiyin uşaqlar, ağalar gəlsin”. İqbal isə cavabında “Sənanın səhər gələcəyini, özünün isə nahardan sonra gələcəyini” bildirir. 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 göndərdiyi paylaşımında Azərbaycanda olan ailələrə “öz uşaqlarınızı İlham Əliyevin ordusunda xidmət etməkdən çəkindirin”, “X124 ordusunda vuruşmayın’” deyə müraciət edilmişdir. 16 noyabr 2022-ci il tarixdi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 “müzəffər prezidentin lətifəsi” adlı mesaj göndərmişdir. Həmin mesajda sətraltı mənada İranın Azərbaycana “şapalaq” vuraraq yerinə otuzdurmağından söhbət gedir. Bundan başqa 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4, Sadiq ağanı (Təqsirləndirilən şəxs3) və Elsevər ağanı gözlədiyini qeyd etmişdir. 6) Təqsirləndirilən şəxs1 mobil telefonuna “Ruhullah Emim” olaraq qeyd etdiyi +**********72 saylı İran İslam Respublikasının mobil operatoruna məxsus mobil nömrənin sahibi olan iş üzrə təqsirləndirilən şəxs X19 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə 02 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 göndərdiyi səs yazısında bildirmişdir ki, “Tohid ağam, Şeyx Bəxtiyar ağam əlaqəm var danışıram, müqavimətçi qardaşlar başda Orxan qardaş olmaqla, Hacı Əkrəm olmaqla salamımı göndər, Öpürəm onların əllərindən ayaqlarından”. Bundan başqa bildirmişdir ki, “Ruhullah əmi o qardaşlara çatdır, o möminlərə çatdır, o Allahın təriflədiyi bəndələrinə çatdır, əziz qardaşlar biz sizin əmrinizi gözdüyürük, biz sizin barmaq işarənizi gözdüyürük, biz sizin fətvanızı gözdüyürük”. 03 noyabr 2021-ci il tarixdə X108 Cümşüdova göndərdiyi səs yazısında bildirmişdir ki, “qrupda heç nəyə müdaxilə etmirsən.... biz məsləhət etmişik Bəxtiyarla, biz bu qrupda ələyəcəyik bizə lazım olanları, onlar ki, həqiqi hüseyn aşiqləridir. Söhbət mənlə sənin aranda qalır və orda Tərtərli qardaş var adını mən bilmirəm sən bilirsən. Kimlərə etibar etmək olar, kimləri tanıyırsan, onlara bildirmədən, heç kəsə bildirmədən mənə göndərirsən, Bəxtiyar da bu işin içindədi. Məqsədimiz odu ki, elə bir qrup olsun ki, həqiqi hüseyn aşiqləridir.” Təqsirləndirilən şəxs1 isə cavabında bildirmişdir ki, “oldu Ruhullah əmi oldu..... mənim orda güvəndiyim Şeyx Bəxtiyar ağadı, sənsən. Mən o qrupa heç kəsi gətirməmişəm....” “Şeyx Bəxtiyar ağanı illərdi tanıyıram, səni tanıyıram, mənim başqa heç kimə güvənim yoxdur. Bizi hədəfimizdən yayındırılar. Sizə ehtiyacımız var”. Bundan başqa 04 noyabr 2021-ci il tarixdə Rufulla Axundzadə səs yazısında bildirmişdir ki, “Mən indi Bəxtiyarnan danışıram. Bəxtiyar da qrupdan çıxmaq istəyirdi dedim çıxma. Qrupda uşaqlara bir bir qulaq as istəyir Sadiqdi, nədi o adı təzə gələn, Misirxan sonra, biri demir ki, sən qələt edirsən başıvı daşa vurursan. Qoy görək biraz əliyək, hələ bizim müqavimətin üzvü ola bilməz, səbr elə görək Bəxtiyar nə deyir”. Bundan başqa 06 noyabr 2021-ci il tarixli səs yazısında Rufulla Axundzadə bildirmişdir ki, “...Allah təala məzlumun duasın eşidir və zalımın pusqusundadır, bu balaca söz deyil, İnşAllah zalimlərin burnu əziləcək, Allah yuxarıdan, bizə də göstəriş olacaq ağa tərəfinfən biz də lazım olanı eliyəcəyik inşAllah”. Təqsirləndirilən şəxs1 isə cavabında bildirmişdir ki, “... mən də o günü gözləyirəm, zalımlardan intiqam alacağım günü, .... hər kəsin intiqamın ağır alacağıq, sən, mən bütün qeyrətli kişilər meydanlarda olanda şir Əlinin şir şiyyələri kəfənin geyinib qiyama qalxacağına az qalıb çox az”. 02 dekabr 2021-ci il tarixdə X108 Cümşüdova “İnstagram” soail şəbəkəsindən keçid göndərmişdir. Həmin keçiddə “Vahid Ümmət” Azərbaycan Ruhanilər Təşkilatına üzv olmaq lazım olduöu bildirilir. İslam inqilabından danışılır və X109, X158 və X110 adları qeyd edilmişdir. Bundan başqa Rufulla Axundzadənin 24 yanvar 2022-ci il tarixli səs yazısında “... Tərtərdəki qardaşlara salam deyən ürəyim istəyənlərə, ... salam deyən qardaşlara, sənlə həmişə təmasda olmağa hazıram, Ümidimiz Allahadır, mübarizə davam edir, bu mübarizədə qalib Hizbullahdır. İnşAllah Azərbaycanda da hər şey həllini tapacaq.” 08 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 göndərdiyi səs yazısında “Tiktok” sosial şəbəkəsində dil uzatmış bir şəxsi Tərtərdəki mömin qardaşlarla tapıb “ağzını cırdıqlarını”, zəng edib üzr istədiklərini” bildirir. 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 öz dini radikal xarakterli videosunu çəkərək Rufulla Axundzadəyə göndərmişdir. Həmin videoda Təqsirləndirilən şəxs1 aclıq aksiyasına qoşulması və sonra “ləbbek Hacı Taleh” deməsi öz əksini tapmışdır. 23 iyun 2022-ci il tarixli mesajında Rufulla Axundzadə bildirmişdir ki, “Allah dəstəsi (hizbullah) üzvlərini, Abgül Süleymanovun çağırışına, Taleh Bağırzadə, Seyyid Seyfəddin, Abbas Hüseyn başda olmaqla bütün aclıq aksiyası iştirakçılarına dəstək olmağa çağırıram”. “İmza Allah dəstəsi üzvü X4”. Bundan başqa 17 iyul 2022-ci il tarixdə Rufulla Axundzadə “Qədirxum bayramı və Kərimə dövləti” adlı Tohid İbrahimbəylinin paylaşdığı keçidi “youtube" sosial platformasından Təqsirləndirilən şəxs1 göndərmişdir. 18 iyul 2022-ci il tarixdə Rufulla Axundzadə göndərdiyi səs yazısında “Tərtərdə bayram münasibətilə hamıya təbrik və salamların çatdırır, eləcə də gələn Qədirxum bayramında Bakıda görüşərək, İslamın bayrağını qaldıraraq və İslamı Hakimiyyətin qurulmasını qeyd etməyi” arzu etdiyini bildirir. 19 iyul 2022-ci il tarixli Rufulla Axundzadənin göndərdiyi keçiddə “xalq artıq kərimə dövləti istəyir” başlığı yer almışdır. Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixdə özünməxsus radikal dini video və foto şəkillərini Rufulla Axundzadəyə göndərmişdir. Bundan başqa 24 avqust 2022-ci il tarixdə Rufulla Axundzadə “Duqinin 4-cü nəzəriyyəsinə baxış, Kərimə Dövlət nəzəriyyəsi” adlı Orxan Məmmədovun paylaşdığı keçidi “youtube” sosial platformasından Təqsirləndirilən şəxs1 göndərmişdir. 01 sentyabr 2022-ci il tarixdə X108 Cümşüdova “Kərimə dövləti” ilə əlaqəli şeir göndərmişdir. Bundan başqa 11 sentyabr 2022-ci il tarixdə Rufulla Axundzadə “Cihad313” Telegram kanalından İranın dini liderinin vəziyyətinin ağırlaşdığı barədə dezinformasiyalara diqqət edilməməsi qeyd edilən xəbəri göndərmiş və həmin xəbərin mətnin sonunda “Sizlərin də ağanız sionistlər kimi zəlil olmağınıza çox qalmayıb, Onda biz həmin zamanda sevinəcəyik. Kərimə dövləti” ifadələri yazılmışdır. 08 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 göndərdiyi mesajda qeyd edilmişdir ki, “Günlərin bir günü İran İslam Respublikası hərbi qüvvələri Azərbaycanda yuva salmış İzrailin cəsus yuvalarını raketlərlə vuranda, daha durub vay hüşə salmayın, əksinə sevinin ki, Allahın şilləsi dəyir bu mənfurlara. Unutmayın Azərbaycan İrandan qoparılmış bir qoldur. Bədən deyil qol bədənə birləşir. Allah əziz rəhbərimiz X152 cənablarına bol bərəkətli uzun ömür əta etsin və tezlikcə düşmənləri üzərində qalib etsin”. 11 oktyabr 2022-ci il tarixdə Rufulla Axundzadə “X38, Tərtər rayonu Seydimli kəndi” sözləri yazılmış mesajlar və iş üzrə təqsirləndirilən şəxs Savalan Hüseynlinin şəklini göndərərək həmin uşağı maraqlanmasını istəyir. Bundan sonra göndərdiyi səs yazısında bildirmişdir ki, “...Mən bir qrup açmışam “Qisas” qrupu 18 nəfər “boyeviklər”(döyüşçülər) yetişdirirəm, onlara dini and içdirmişəm ki, gizliliyi qoruyaraq tapşırıqları icra edəcəklər. İnşallah onları hazırlayıram Azərbaycanda islam dövlətinin qurulmasında fəaliyyətləri olacaq. “Boyeviklər” yetişdirirəm, tapşırıqlar verirəm ki, bədənlərini, şüurlarını və imanlarını möhkəmləndirsinlər. Mənə lazımdır ki, adamlarım hər bir bölgədən olsun, hər yerdən olsun Yetişdirim 72 nəfər alınmasa 40 nəfər yetişdirim tapşırıqlar verəcəm onlara. O vaxt ki, mənim xəbərim olur burda (İran İslam Respublikasını nəzərdə tutur) çox şeydən ki, hansı vaxt desəm o işləri gör. Özdə məndə fərdidir. Hər birinə fərdi tapşırıq verirəm. Səni və digərləri var Rafiqdi, Telmandı, Asəfdi, Fərhaddı - hansı ki tanıyıram. Onları qrupa salmadım ki, bilirəm ki Azərbaycanda və Azərbaycandan kənarda bütün tapşırıqları yerinə yetirəcəklər...Onları başıma yığıram ki, azmasınlar fitvaya getməsinlər”. X23 Qisas qrupuna daxil edilmək üçün məsləhətli olubolmamasını öyrənməyi ona tapşırır. 12 oktyabr 2022-ci il tarixli səs yazısında Təqsirləndirilən şəxs1 bildirir ki, “Savalan Hüseynlini qardaşlara tapşırmışam. Onun bioqrafikasını öyrənib mənə deyəcəklər”. Bundan başqa 26 oktyabr 2022-ci il tarixdə X108 Cümşüdova göndərdiyi səsli mesajında bildirir ki, “nömrələrinizi verərəm gedib X71 taparsınız”. Cavabında Təqsirləndirilən şəxs1 mesaj yazmışdır ki, “İnşAllah 2 gün vaxt ver nömrəsin ver danışaq gedək”. Daha sonra Rufulla Axundzadə “+**********09” saylı mobil nömrəni göndərərək “Savalan zərgərliklə və qızıl işi ilə məşğul olur. İmtahandan üzü ağ çıxıb. Onu sənə tapşırıram hələ uşaqdır. Bərkdən boşdan çıxmayıb. Özünü aşıla uşağa” sözlərini yazmışdır. 07 noyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 Rufulla Axundzadəyə göndərdiyi “Hüseyniyyun”la bağlı mesajda “Azərbaycanı sionist rejimin əlindən xilas etmək və Kərimə dövlətini qurmaq üçün şəhidliyə qədər bu şərəfli yolu davam etdirəcəyik”, ifadələri yer almışdır. 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Rufulla Axundzadəyə “Ali dediyi nə məsələdi sən xəbərdarsan?” deyə mesaj yazmış, o da öz növbəsində “Əlimürsəl nə desə o işdə mən də varam, narahat olma, ümumi müqavimətə aid tapşırıqdır, lakin bütün işlərimizdə olduğu kimi ehtiyyatlı və diqqətli olmaq əsasdır" mesajını göndərmişdir. Bundan başqa Rufulla Axundzadəyə məxsus olan +**********8 saylı mobil nömrə Təqsirləndirilən şəxs1 telefonunda müəyyən edilmişdir. Həmin nömrə ilə danışıqları olsa da əhəmiyyət kəsb edən danışıq aşkar edilmədi. X24 məxsus olan +**********5 saylı mobil nömrə də müəyyən edilmişdir. Həmin nömrə ilə danışıqları olsa da əhəmiyyət kəsb edən danışıq aşkar edilmədi. Bundan başqa Rufulla Axundzadəyə məxsus olan Tacir adı ilə qeyd edilmiş +**********7 saylı mobil nömrə Təqsirləndirilən şəxs1 telefonunda müəyyən edilmişdir. Həmin nömrə ilə danışıqları olsa da əhəmiyyət kəsb edən danışıq aşkar edilmədi. Bundan başqa X5 Axundzadəyə məxsus olan +**********80 saylı mobil nömrə Təqsirləndirilən şəxs1 telefonunda müəyyən edilmişdir. Həmin nömrə ilə danışıqları olsa da əhəmiyyət kəsb edən danışıq aşkar edilmədi. Bundan başqa X2 Axundzadəyə məxsus olan +**********27 saylı mobil nömrə Təqsirləndirilən şəxs1 telefonunda müəyyən edilmişdir. Həmin nömrə ilə danışıqları olsa da əhəmiyyət kəsb edən danışıq aşkar edilmədi. 7) Təqsirləndirilən şəxs1 mobil telefonuna “Bextiyar Aga” olaraq qeyd etdiyi +**********08 saylı İran İslam Respublikasının mobil operatoruna məxsus mobil nömrənin sahibi olan X26 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə Təqsirləndirilən şəxs1 16 aprel 2021-ci il tarixdə radikal dini ideyaları əks etdirən foto şəkilləri müəyyən edildi. Həmin tarixdə Bəxtiyar Bayramovun “hicab qadağasının əlehinəyik, hicab qadağasını dəstəkləyirik” şüarlarını Təqsirləndirilən şəxs1 uşaqlan vasitəsilə video çəkiliş etməsini istədiyi müəyyən edildi. 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 uşaqlarının radikal dini ideyaları özündə əks etdirdiyi foto və video çəkilişləri müəyyən edildi. 03 oktyabr 2021-ci il tarixdə Bəxtiyar Bayramovun göndərdiyi səs yazısında bildirmişdir ki, “...it kimi də qorxurlar, gözü gözü açıq bəsirətli möminlər dayanmamalıdırlar, çox işləməlidirlər, sosial şəbəkələrdə fəaliyyət göstərməlidirlər, kəndlər arası şəhərlər arası, insanları ayıldaq, nə qədər insanları ayıltsaq, pantürkizmdən, millətpərəstlikdən, türktürkün qardaşıdır, zirdən zibildən, İrana qarşı özümüzü oyatsaq, başqalarını oyatsaq o qədər yaxşıdır”. 15 oktyabr 2021-ci il tarixdə Bəxtiyar Bayramov “Vahid Ümmət” təşkilatının telegram kanalının keçidini Təqsirləndirilən şəxs1 göndərərək onu kanala dəvət etmişdir. Bundan başqa 25 oktyabr 2021-ci il tarixli X72 Cümşüdova göndərdiyi paylaşımda rəhbəri Bəxtiyar Bayramov olan “Vahid Ümmət” Azərbaycan Ruhanilər Təşkilatının Azərbaycanda olan ruhanilərə müraciəti öz əksini tapmışdır. Həmin paylaşımda Azərbaycanlı “qeyrətli oğullar” mövcud hakimiyyətə qarşı ruhanilərin həbsi ilə bağlı ayağa qalxmağa dəvət edilir, həmin kompaniya dəstəklənir. 25 iyun 2022-ci il tarixdə Bəxtiyar Bayramov mesajında bildirmişdir ki, “Tərtərdə müəyyən qardaşlara da demişəm. Amma təəssüflər olsun ki, heç kim dediyimi alındıra bilmədi, ... müəyyən şəhərlərdə az sayda da olsa etirazlar oldu. Axırıncı Biləsuvarda oldu. Hazırda ruhiyyələr yüksəlib biraz, bunlar soyumamış siz də edə bilsəz az adam da olsa çıxıb Allahın təhqir olunmasına etirazınızı bildirəsiniz. X133 Talehin vasitəsilə ortaya gətirib. Qoymamalıyıq bu soyusun. Allahın bizlərdən gözləntisi var. Burdakı qardaşların da nəzəridir. Qardaşlara bunu demişdim aldıra bilmədilər”. 2 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bəxtiyar Bayramova radikal dini şüarları əks etdirən foto şəkillərini və video çəkilişini göndərmişdir. Bəxtiyar Bayramov isə cavabında həmin foto şəkillərini və video çəkilişi “Vahid Ümmət” telegram kanalında paylaşmağa icazə istəyir və həmin icazəni Təqsirləndirilən şəxs1 verir. 06 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Əlimürsəl Axundzadənin mobil nömrəsini göndərərək həmin şəxsi tanıyıb-tanımadığını soruşur və mobil nömrəsi göndərir. Bəxtiyar Bayramov isə mesajında tanıdığını bildirir. Arif Əlimürsəlin ona bir məsələ dediyini, bundan xəbərdar olub-olmadığını soruşur. Bəxtiyar Bayramov isə ona hansısa bir məsələ barədə demədiyini qeyd edir. 07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Yevlax məsələsinin nə olması barədə Əlimürsəl Axundzadədən soruşa biləcəyi barədə soruşur, Bəxtiyar Bayramov isə bunun nə olduğunu bilmədiyini qeyd edir. Baxış protokolunda qeyd edilən hallar “screenshot” edilməklə fotoşəkilləri və video qeydiyyat vasitəsilə baxışı həyata keçirilməklə baxış protokoluna əlavə edilmişdir. Bundan başqa mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 6, i/v 128-262). - “Mobil telefona baxış keçirilməsi barədə” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 məxsus mobil telefona baxış keçirilmiş və baxış nəticəsində müəyyən edilmişdir: Mobil telefon “Xiaomi Redmi” markalı olmaqla göy rəngdədir. Telefon cərəyana qoşularaq işlək vəziyyətə gətirildi. Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********79 saylı mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Xəqani” olaraq qeyd edilmişdir. Bundan sonra “Whatsapp” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Təqsirləndirilən şəxs5 mobil telefonunda iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4la əlaqələri müəyyən edildi. Lakin telefonda mesajların silinməsi üçün 24 saat rejimi qoyulduğundan danışıqlar aşkar edilmədən silinmişdir. Bundan başqa mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 7, i/v 1). - “Mobil telefona baxış keçirilməsi barədə” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus mobil telefona baxış keçirilmiş və baxış nəticəsində müəyyən edilmişdir: Mobil telefon “Xiaomi Redmi” markalı olmaqla göy rəngdədir. Telefon cərəyana qoşularaq işlək vəziyyət gətirildi. Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********78 saylı mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Sadiq 313 114” olaraq eyd edilmişdir. Bundan sonra “Whatsapp” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. 1) Təqsirləndirilən şəxs3 mobil telefona “Arif Usta” olaraq qeyd etdiyi +**********31 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs1 ilə “WhatsApp” ani mesajlaşma sistemində əlaqəsi müəyyən edildi. Lakin danışıqlar silindiyindən Təqsirləndirilən şəxs1 telefonuna baxış zamanı müəyyən edilmiş danışıqlar aşkar edilmədi. 2) Təqsirləndirilən şəxs3 mobil telefona “Hacı İqbal" olaraq qeyd etdiyi +**********31 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs4 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 “Ey İsrail! Gözünü aç. Bu İran ordusudur. Biz Arazı keçəcəyik” başlıqlı keçidi “youtube” sosial platformasından göndərməsi müəyyən edildi. 3) Təqsirləndirilən şəxs3 mobil telefona “Xəqani Q” olaraq qeyd etdiyi +**********79 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs5 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. 24 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs3 radikal dini xarakterli, Azərbaycan Respublikasındakı mövcud hakimiyyəti pisləyən video göndərdiyi müəyyən edildi. 4) Təqsirləndirilən şəxs3 mobil telefona “Aqa Bəxti” olaraq qeyd etdiyi +**********08 saylı mobil nömrənin sahibi olan İran İslam Respublikasında yaşayan X26 ilə “WhatsApp” ani mesajlaşma sistemində əlaqəsi müəyyən edildi. Lakin danışıqlar silindiyindən hər hansı hal aşkar edilmədi. 5) Təqsirləndirilən şəxs3 mobil telefona “Sədi Rusiya” olaraq qeyd etdiyi +**********5 saylı mobil nömrənin sahibi olan Rusiya Federasiyasında yaşayan şəxslə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. 26 iyun 2022-ci il tarixdə Sədinin “Kərimə dövləti ilə tanışıq” başlıqlı İran İslam Respublikasında məskunlaşmaqla Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirən Orxan Məmmədov tərəfindən edilmiş paylaşımın keçidini “youtube” sosial platformasından göndərməsi müəyyən edildi. Həmçinin 09 iyul 2022-ci il tarixdə Orxan Məmmədovun “Edam etmək olmaz azad etmək! Demokratiya küfürdür? Kərimə Dövləti” başlıqlı videosunu Sədi Təqsirləndirilən şəxs3 göndərmişdir. Bundan başqa 09 sentyabr 2022-ci il tarixdə İlkin Mamedovun “Kərimə dövləti marş” adlı musiqisinin keçidini Təqsirləndirilən şəxs3 göndərmişdir. X61 “Vətənə dönüş. Zəngəzur koridoru, Kərimə dövləti" başlıqlı videosunun keçidini Təqsirləndirilən şəxs3 göndərmişdir. Bundan başqa “Telegram” ani mesajlaşma sisteminə baxış zamanı Təqsirləndirilən şəxs3 “Sadiq Muhammədzadə” adı ilə qeydiyyatdan keçdiyi müəyyən edildi. “Telegram” Ani mesajlaşma sistemində radikal dini xəbər kanalı olan “X91” kanalını izlədiyi müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs5la danışığında sonuncunun ona “Hüseyniyyun” Azərbaycan İslam Müqaviməti Hərəkatı kanalından Tohid İbrahimbəylinin, Orxan Məmmədovun və Musa Əsədzadənin “Kərimə dövləti” ilə bağlı paylaşımı göndərməsi müəyyən edildi. Baxış protokolunda qeyd edilən hallar “screenshot” edilməklə fotoşəkilləri və video qeydiyyat vasitəsilə baxışı həyata keçirilməklə baxış protokoluna əlavə edilmişdir. Bundan başqa mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 7, i/v 2-3). - “Mobil telefona baxış keçirilməsi barədə” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 məxsus mobil telefona baxış keçirilmiş və baxış nəticəsində müəyyən edilmişdir: Mobil telefon “Samsung” markalı olmaqla qara rəngdədir. Telefon cərəyana qoşularaq işlək vəziyyətə gətirildi. Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********69 saylı mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Terzan” olaraq qeyd edilmişdir. Bundan sonra “Whatsapp” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Təqsirləndirilən şəxs6 mobil telefonunda iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4la əlaqələri müəyyən edildi. Lakin telefonda mesajların silinməsi üçün 24 saat rejimi qoyulduğundan danışıqlar aşkar edilmədən silinmişdir. Təqsirləndirilən şəxs6 mobil telefona “Bəxtiyar iran” olaraq qeyd etdiyi +**********08 saylı mobil nömrənin sahibi olan İran İslam Respublikasında yaşayan X26 ilə əlaqəsi müəyyən edildi. Lakin danışıqlar silindiyindən hər hansı hal aşkar edilmədi. Bundan başqa mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 7, i/v 10). - “Mobil telefona baxış keçirilməsi barədə” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilmiş və baxış nəticəsində müəyyən edilmişdir: Mobil telefon “Huawei” markalı olmaqla qara rəngdədir. Telefon cərəyana qoşularaq işlək vəziyyət gətirildi. Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********316 saylı mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Təqsirləndirilən şəxs2” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. “Telegram”a daxil olduqda orada “Yəmənin səsi”, “Aydınlar odası ”, “X91”, “Fiqh təlimi”, “Lisanullah” və “Orxan Məmmədov” adlı radikal dini- siyasi-hərbi xəbər kanallarının Təqsirləndirilən şəxs2 tərəfindən izlənilməsi müəyyən edildi. Orxan Məmmədov adlı kanal İran İslam Respublikasında məskunlaşmaqla Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirən X51 tərəfindən idarə edilir. Bundan başqa “Telegram” ani mesajlaşma sistemində Təqsirləndirilən şəxs2 əlaqələrinə baxış keçirdikdə Orxan Məmmədovun +**********55 saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi hesabı müəyyən edildi. Bundan başqa Südabə Ana adı ilə qeyd edilmiş "Hüseyniyyun” cinayətkar təşkilatının rəhbəri Tohid İbrahimbəylinin anasının +**********05 saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi hesabı müəyyən edildi. Lakin həmin şəxslərlə Təqsirləndirilən şəxs2 danışıqları müəyyən edilmədi. Bundan başqa “Telegram” ani mesajlaşma sistemində Təqsirləndirilən şəxs2 əlaqələrinə baxış keçirdikdə “Muxtar M” adı ilə +**********72 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş Rufulla Axundzadənin hesabı müəyyən edildi. Rufulla Axundzadə ilə Təqsirləndirilən şəxs2 danışıqlarında Rufulla Axundzadənin çoxsaylı radikal hərbi-siyasi xarakterli paylaşımları müəyyən edildi. 3 aprel 2022-ci il tarixdə Bakı şəhərində gecə klubunda baş vermiş partlayışla bağlı xəbəri X111 İsayevə göndərmişdir. Həmin xəbərlə əlaqəli Rufulla Axundzadə həmçinin şəxsiyyəti istintaqa bəli olmayan şəxsin səs yazısını da Təqsirləndirilən şəxs2 göndərmişdir. Həmin səs yazısında bildirilir ki, “Gəncləri xəbərdar etmək lazımdır, gecə klublarına getməsinlər. Nə qədər gecə klubu varsa hamısı partladılmalıdı. Nə qədər ki, məscidlərin qapısı bağlıdı müsəlmanlara bağlıdı fitnəkarların fitnəsinin qarşısını almaq lazımdı qətiyyətlə”. Bundan sonra Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısında “bu hələ başlanğıcdı bəh bəh bəh bu hələ başlanğıcdı, gör indi axşama kimi bu ay nələr baş verəcək, İsrailin ipi ilə quyuya enən, Türkiyənin ipi ilə quyuya enən nətər olmalıdı ki, nə qırğınlar nə qırğınlar... Səbrli olun dayı İnşAllah bir az da gözləyin görün nə olacaq”. Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus +**********31 saylı mobil nömrəni “Arif Tərtər” adı ilə telefonunun yaddaşına qeyd etmişdir. Baxış protokolunda qeyd edilən hallar “screenshot” edilməklə fotoşəkilləri baxış protokoluna əlavə edilmişdir. Bundan başqa mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 7, i/v 11-35). - “Mobil telefona baxış keçirilməsi barədə” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 məxsus mobil telefona baxış keçirilmiş və baxış nəticəsində müəyyən edilmişdir: Mobil telefon “Samsung” markalı olmaqla göy rəngdədir. Telefon cərəyana qoşularaq işlək vəziyyət gətirildi. Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********35 saylı mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Həci” olaraq eyd edilmişdir. Bundan sonra “Whatsapp” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. 1) Təqsirləndirilən şəxs4 mobil telefona “Arifhusanli” olaraq qeyd etdiyi +**********31 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs1 ilə “WhatsApp” ani mesajlaşma sistemində əlaqəsi müəyyən edildi. Lakin danışıqlar silindiyindən Təqsirləndirilən şəxs1 telefonuna baxış zamanı müəyyən edilmiş danışıqlar aşkar edilmədi. 2) Təqsirləndirilən şəxs4 mobil telefona “Tarzan” olaraq qeyd etdiyi +**********69 saylı mobil nömrənin sahibi olan iş üzrə Təqsirləndirilən şəxs6 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışığı müəyyən edildi. Lakin Təqsirləndirilən şəxs6 səs yazısında “Allah ömrünə bərəkət versin ağanın” deməsi müşahidə edilsə də Təqsirləndirilən şəxs4 mesajları sildiyi üçün nə deməsi müəyyən edilmədi. 3) Təqsirləndirilən şəxs4 mobil telefona “Bəxtİyariran" olaraq qeyd etdiyi +**********08 saylı mobil nömrənin sahibi olan İran İslam Respublikasında yaşayan X26 ilə “WhatsApp” ani mesajlaşma sistemində əlaqəsi müəyyən edildi. Lakin danışıqlar silindiyindən hər hansı hal aşkar edilmədi. Bundan başqa “Telegram” ani mesajlaşma sisteminə baxış zamanı Təqsirləndirilən şəxs4 “Təqsirləndirilən şəxs4” adı ilə qeydiyyatdan keçdiyi müəyyən edildi. Telegram Ani mesajlaşma sistemində radikal dini xəbər kanalı olan “X91”, "Orxan Məmmədov” və “Yağlı xəbər” kanallarını izlədiyi müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs5la danışığında sonuncunun ona “Hüseyniyyun” Azərbaycan İslam Müqaviməti Hərəkatı kanalından Tohid ibrahimbəylinin, Orxan Məmmədovun və Musa Əsədzadənin “Kərimə dövləti” ilə bağlı paylaşımı göndərməsi müəyyən edildi. Həmçinin 5 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 məclisə dəvət etməsi müəyyən edildi. Həmçinin Təqsirləndirilən şəxs5 məclisə gəlməklə bağlı səs yazısı da müəyyən edildi. Baxış protokolunda qeyd edilən hallar “screenshot” edilməklə fotoşəkilləri baxış protokoluna əlavə edilmişdir. Bundan başqa mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi (cild 7, i/v 36-42). - Maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslərə məxsus telefonlara məhkəmədə baxış keçirilmiş və “Mobil telefona baxış keçirilməsi barədə” 19 may 2023-cü il tarixli ptorokollarda qeyd olunanlar öz təsdiqini tapmışdır. - xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən 7763 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə mlumatları əks etdirən CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir: Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs5 müxtəlif mobil telefon nömrələri olan danışıqlarına baxış zamanı onun müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir (cild 3, i/v 157). - Azərbaycan Respublikası Səhiyyə Nazilriyi “Məhkəmə Tibbi Ekspertiza və X46” X134 xx.xx.2023-cü il tarixli, 111/MEŞ nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi (cild 8, i/v 111-113). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X46” X134 xx.xx.2023-cü il tarixli, 112/MEŞ nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi (cild 8, i/v 103-105). - Azərbaycan Respublikası Səhiyyə Nazilriyi “Məhkəmə Tibbi Ekspertiza və X46” X134 xx.xx.2023-cü il tarixli, 110/MEŞ nömrəli canlı şəxslərin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi (cild 8, i/v 163-165). - Azərbaycan Respublikası Səhiyyə Nazilriyi “Məhkəmə Tibbi Ekspertiza və X46” X134 xx.xx.2023-cü il tarixli, 113/MEŞ nömrəli canlı şəxslərin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs6 bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi (cild 8, i/v 167-169). - Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs4 Yuns oğluna qarşı polis əməkdaşları tərəfindən işgəncələrə yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan həmçinin görünür ki, “MTE və PA Birliyi” PHŞ-in Nərimanov rayon şöbəsinin 287 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs4 Yunus oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən və məhkumun tibb kitabçasında qeyd olunan xəsarətlər – sol dirsək nahiyəsinin və sol dizin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdilər, o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyn edilmir. Məhbusun tibbi kitabçasında qeyd olunan xəsarətləri morfoloji xüsusiyyətləri dəqiq təsvir olunmadığından xəsarətlərin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün olmadı. Xəsarətlərin konkret olaraq törənmə şəraiti istintaq yolu ilə daha da dəqiqləşdirilə bilər. - Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər RPŞ-nin əməkdaşları tərəfindən işgəncə verilməsi barədə müraciət üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan həmçinin görünür ki, Tərtər RMX X134 03 aprel 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 30 yanvar 2023-cü il tarixdə, saat 23:55-də “Sol ayağının diz nahiyəsində köhnə yara yeri” diaqnozu ilə RPŞ-nin MSY-də həkim müayinəsindən keçmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tərtər Rayon Mərkəzi Xəstəxanası X134 xx.xx.2023-cü il tarixli, PHŞ-6-75/2-115/2023 №-li məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Tərtər rayonu Hüsənli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs1 xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatına dayanmır (cild 1, i/v 264). - Azərbaycan Respublikası Səhiyyə Naizriliyi “Respublika Psixiatriya Xəstəxanası” X134 xx.xx.2023-cü il tarixli, 3487 №-li məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Tərtər rayonu, Tərtər şəhəri, H.Əliyev prospekti 67 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıb (cild 2, i/v 230). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X134 xx.xx.2023-cü il tarixli, 3561 №-li məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Tərtər rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs4 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıb (cild 4, i/v 97). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X134 xx.xx.2023-cü il tarixli, 3804 №-li məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Tərtər rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs5 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmayıb (cild 3, i/v 154). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X134 xx.xx.2023-cü il tarixli, 8571 №-li məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Tərtər rayonu, Hüsənli kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1, xx.xx.1982-ci il təvəllüdlü ünvan 8 ünvanında qeydiyyatda olmaqla Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində fərdi evdə yaşamış Təqsirləndirilən şəxs2, xx.xx.1981-ci il təvəllüdlü, Tərtər rayonu, Yuxarı Qapanlı kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs5, xx.xx.1981-ci il təvəllüdlü Tərtər rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs4, xx.xx.1989-cu il təvəllüdlü Tərtər rayonu, Qaynaq kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs6, xx.xx.1984-cü il təvəllüdlü ünvan 10 ünvanda yaşamış Təqsirləndirilən şəxs3 arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmayıblar (cild 7, i/v 254-255). - İAMAS giriş-çıxış sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 4 dəfə İran İslam Respublikasına səfər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 İran İslam Respublikasına çoxsaylı səfərlər etmişlər (cild 7, i/v 112- 119). - 30 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Tərtər Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 4(061)-03/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 4(009)-347/2023 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlama müddəti 30 sentyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 1, i/v 140, 148-149, 210-211, cild 7, i/v 94-95). - 15 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 4(005)-362/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 4(009)-475/2023 nömrəli qərarı ilə sonuncunun həbsdə saxla müddəti 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 5, i/v 56, 57, 140-144, cild 8, i/v 41-45). - 25 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs3 25 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(005)-254/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 4(009)-424/2023 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlama müddəti 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 2, i/v 109,118, 203-207, cild 7, i/v 250-253). - 25 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs4 25 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(005)-256/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 4(009)-418/2023 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlama müddəti 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 3, i/v 226, 227, cild 4, i/v 55-59, cild 7, i/v 227-231). - 25 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs5 25 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(005)-257/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 4(009)-419/2023 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlama müddəti 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 3, i/v 24, 25, 122-126, cild 7, i/v 222-226). - 25 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs6 25 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(005)-258/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 4(009)-417/2023 nömrəli qərarı ilə sonuncunun həbsdə saxlama müddəti 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır (cild 4, i/v 160, 161, 242-246, cild 7, i/v 232-236). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 269, cild 7, i/v 100). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 5, i/v 162, cild 7, i/v 99). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 7, i/v 96). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır (cild 8, i/v 83, cild 7, i/v 97). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır (cild 3, i/v 144, cild 7, i/v 98). - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs6 məhkumluğu yoxdur (cild 7, i/v 101). - Tərtər rayonu Hüsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 35 nömrəli, xx.xx.2023-cü il tarixli, 272 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, 281 nömrəli arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda Tərtər rayon Hüsənli kəndində qeydiyyatdadır, ərazidə yaşayıb. Təqsirləndirilən şəxs1 xx.xx.1987-ci il tarixdə Kəlbəcər rayon Yenikənd kəndində anadan olmuşdur. Lakin uşaqlıq illərindən hal-hazıra kimi anası ilə bərabər Tərtər rayonun Hüsənli kəndində yaşayıb (anası atası ilə boşanmışdır). 1993-cü ildə Hüsənli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub 2004-cü ildə həmin məktəbin Xİ sinfini bitirmişdir. 2006-cı ilin yanvar ayında Azərbaycan Ordusu sıralarında xidmətə başlayıb 2007-ci ilin iyul ayında Ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, iki övladı var. Dini ayrı-seçkiliyə meyilli və yas mərasimlərində bu məsələləri qabartmağa həvəskar olan vətəndaş kimi tanınmışdır. Milli mənəvi dəyərlərimizi aşılamaq, insanları ənənəvi ibadətdən çəkindirib xurafata yönəltmək firqətlər yaratmaq, ölkə bayrağını digər bayraqla əvəz olunmasına cəhd etmişdir. İctimaiyyətlə arasında nüfuzu olmayan qəbul olunmayan bir vətəndaş kimi tanınmışdır. Təqsirləndirilən şəxs1 ailə tərkibi xx.xx.1990-cı il təvəllüdlü yoldaşı X52, xx.xx.2008-ci il təvəllüdlü oğlu X81, xx.xx.2011-ci il təvəllüdlü oğlu X28 ibarətdir (cild 1, i/v 252-253, cild 7, 263-265). - Tərtər rayonu Hüsənli kəndi inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 352341, xx.xx.2007-ci il tarixli nikah haqqında şəhadətnamənin, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 11748851 №-li şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 11748849 №-li şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və X29 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 07 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cümşüdov, arvada Cümşüdova soyadı verilmişdir. Atası Təqsirləndirilən şəxs1, anası Zümrüd Qəhrəmanova olan X82 xx.xx.2011-ci il tarixdə, atası Təqsirləndirilən şəxs1, anası Zümrüd Qəhrəmanova olan X82 xx.xx.2008-ci il tarixdə Tərtər rayonu, Hüsənli kəndində doğulmuşlar (cild 1, i/v 256-258). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X52 İİİ qrup əlilliyə görə xx.xx.2014-cü il tarixdən (xx.xx.2027-ci il tarixədək) müavinət alır (cild 1, i/v 255). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X134in Şərqi Zəngəzur regional filialı tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 3-17-1/2-e-21624/2023 nömrəli arayışdan görünür ki, X30 DSMF X134 Şərqi Zəngəzur regional filialından Pensiya Alt sistemində olan məlumata əsasən müddətsiz 1-ci dərəcəli əlilliyə görə hər ay 264,81 (iki yüz altmış dörd manat səksən bir qəpik) əmək pensiyası təyin olunmuşdur və qanuna müvafiq ödəniş aparılır (cild 1, i/v 259). - Bakı şəhəri, Suraxanı rayou İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-20/2-2-25/2023 nömrəli məktubundan görünür ki, Suraxanı rayonu Hövsan qəsəbəsi, Məktəb küçəsində olan nömrəsiz evlərə baxış keçirilmişdir. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs2 Vaiqf oğlunun sözügedən ünvanda yaşamadığı və təsərrüfat uçot kitablarında müvafiq qeydiyyata (və ya ona məxsus telefon nömrələri) düşmədiyi üçün yaşayıb-yaşamadığı müəyyən olunmadı. Buna görə də barəsində ailə tərkibi haqqında, yaşayış yeri haqqında arayış və xasiyyətnamənin təqdim olunması mümkün olmadı (cild 5, i/v 166). - Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxx 1982-ci il təvəllüdlü Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan vətəndaş İsayev X99 qəsəbəsində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb (cild 7, i/v 209). - Doğum akt qeydlərindən görünür ki, atası Təqsirləndirilən şəxs2, anası X48 olan X97 23 mart 2010-cu il tarixdə, X115 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşlar (cild 7, i/v 207-208). - Azərbaycan Respublikası Tərtər rayon İcra Hakmiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 506 nömrəli, xx.xx.2023-cü il tarixli, 507 nömrəli, xx.xx.2023-cü il tarixli, 1060 nömrəli, xx.xx.2023-cü il tarixli, 1061 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 Tərtər şəhər Heydər Əliyev prospekti 67 ünvanında yaşayır. Onun ailə tərkibi 1946-cı il təvəllüdlü atası X39, 1962-ci il təvəllüdlü anası X40, 1984-cü il təvəllüdlü həyat yoldaşı X31, 2010-cu il təvəllüdlü oğlu X32, 2019-cu il təvəllüdlü oğlu X6 və 1986-cı il təvəllüdlü qardaşı X20 ibarətdir (cild 2, i/v 234-235, cild 7, i/v 277-278). - Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 xx xxx 1984-cü il tarixdə Tərtər şəhərində anadan olmuşdur. 1990-cı ildə Tərtər şəhər 5 №-li tam orta məktəbin 1-ci sinfinə daxil olub, 1999-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək Ağdam musiqi texnikomunda tar ixtisasına daxil olub, 2003-cü ildə həmin məktəbi bitirib. 2-ci qrup mülki əlil olduğu üçün hərbi xidmətə getməyib. 2007-2011-ci illərdə İran İslam Respublikasının Qum şəhərində Höcətiyyə mədrəsəsində təhsil alıb. Ailəlidir, 2 azyaşlı övladı var. Dini ayrı seçkiliyə meyilli və yas mərasimlərində bu məsələləri qabartmağa həvəskar olan vətəndaş kimi tanınmışdır. Milli mənəvi dəyərlərimizi aşılamaq, insanları ənənəvi ibadətdən çəkindirib xürafətə yönəltmək, firqətlər yaratmaq, ölkə bayrağını digər bayrağını digər bayraqla əvəz olunmasına cəhd etmişdir. İctimaiyyətlə arasında nüfuzu olmayan, qəbul olunmayan bir vətəndaş kimi tanınmışdır (cild 2, i/v 236, cild 7, i/v 276). - Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 489058 nömrəli və “Bərdə regional Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 489058 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Təqsirləndirilən şəxs3, atası X31 olan X32 25 iyul 2010-cu ildə Tərtər şəhərində, X10 09 mart 2019-cu ildə Tərtər şəhərində anadan olmuşlar (cild 7, i/v 279-280). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2012-ci il tarixli, SER TSE-01№ 048271 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 ümumi, müddətsiz – İİ qrup gözdən əlildir. - Tərtər Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 504 nömrəli, xx.xx.2023-cü il tarixli, 505 nömrəli, xx.xx.2023-cü il tarixli, 330 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Tərtər rayonu İsmayılbəyli kəndində anadan olmuş Təqsirləndirilən şəxs4 halhazırda ünvan 12 ünvanında yaşayır. Təqsirləndirilən şəxs4 ailəsi xx.xx.1983-cü il təvəllüdlü həyat yoldaşı X83, xx.xx.2007-ci il təvəllüdlü X7 xx.xx.2010-cu il təvəllüdlü oğlu X3 ibarətdir. Təqsirləndirilən şəxs4 xx xxxx 1981-ci il tarixdə Tərtər rayon İsmayılbəyli kəndində anadan olmuş, İsmayılbəyli kəndində qeydiyyatda olmasına baxmayaraq halhazırda ünvan 13 ünvanında həyat yoldaşı xx.xx.1983-cü il təvəllüdlü X83, xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2010-cu il təvəllüdlü X12 ailə üzvləri ilə birgə X41 məxsus evdə yaşayır. Təqsirləndirilən şəxs4 1987-ci ildə İsmayılbəyli kənd orta məktəbin 1-ci sinifinə daxil olub 1998-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1999-2000-ci illərdə hərbi xidmətdə olub, xx.xx.2006-cı il tarixdə ailə həyatı qurub. 2005-ci ildən İran İsmal Respublikasının Qum şəhərinə gedərək Əli Mustafa məktəbinə quran elmləri ixtisası üzrə təhsil almış, 2010-cu ildə təhsilini başa vuraraq Azərbaycan Respublikasına qayıtmışdır. Təhsilini artırmaqla bağlı 2012-ci ilin mart ayında yenidən İran İslam Respublikasının Qum şəhərinə gedərək 2013-cü ilin aprelində Azərbaycan Respublikasına qayıtmışdır. Dini ayrıseçkiliyə meyilli və yas mərasimlərində bu məsələni qabartmağa həvəskar olan vətəndaş kimi tanınmışdır. Milli mənəvi dəyərlərimizi aşılamaq, insanları ənənəvi ibadətdən çəkindirib xurafata yönəltmək, firqətlər yaratmaq, ölkə bayrağını digər bayraqla əvəz olunmasına cəhd etmişdir. İctimaiyyətlə arasında nüfuzu olmayan, qəbul olunmayan bir vətəndaş kimi tanınmışdır (cild 4, i/v 102-104, cild 7, i/v 262). - Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxx 1981-ci ildə Tərtər rayonu, İsmayılbəyli kəndində anadan olmuş, İsmayılbəyli kənd sakini Təqsirləndirilən şəxs4 Yunus oğlu 1987-ci il tarixdə Tərtər rayonu İsmayılbəyli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 1998-ci il tarixdə həmin məktəbin 11-ci sinfini bitirmişdir.1999-2011-ci illərdə hərbi xidmətdə olub. xx.xx.2006-cı ildə ailə həyatı qurub. Mövcud olan məlumatlara görə Təqsirləndirilən şəxs4 Yunus oğlu dinlə məşğul olub və yas mərasimlərində molla kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs4 Yunus oğlu 2006-cı il tarixdən X83 ilə ailə həyatı qurublar və bu nigahdan iki oğul övladları vardır. Evdar qadındır. X7 - Kəlbəcər rayon Şahin Çıraqov adına tam orta məktəbin 10-cu sinfində oxuyur. X1 rayon Şahin Çıraqov adına tam orta məktəbin 6-cı sinfində oxuyur. Axundov X85 şəhərində qardaşı X42 məxsus bina evində ailəliklə birgə yaşayırlar (cild 7, i/v 257). - Tərtər Rayon İcra Hakimiyyəti başçısının İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 178 nömrəli arayışdan görünür ki, Tərtər rayon İsmayılbəyli kənd sakini Axundov X85 rayonu İsmayılbəyli kəndində qeydiyyatdadır və ailə tərkibi həyat yoldaşı X83, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010cu il təvəllüdlü oğlu X3 ibarətdir. (cild 7, i/v 258, 262). - Tərtər rayon İcra Hakimiyyəti Başçısının İsmayılbəyli kənd İnzibati Ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 964594 nömrəli xx.xx.2010cu il tarixli, AZ-İİ 568708 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Təqsirləndirilən şəxs4, anası X83 olan X16 xx.xx.2007-ci ildə, X12 xx.xx.2010-cu ildə Tərtər rayonu İsmayılbəyli kəndində doğulmuşlar (cild 7, i/v 259-260). - Tərtər Mənzil İstehsalat X95 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.01981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs4 Tərtər şəhəri E.Səfərov küçəsi, ev 3, mənzil 24-də müvəqqəti yaşayıb. Ailəlidir, orta təhsillidir, evlidir və iki övladı var. Təqsirləndirilən şəxs4 dindardı, yaşadığı müddət ərzində dini məclislərdə iştirak edib əksər boş vaxtlarında şəhər qəbiristanlıqda olub, ziyarətə gələnlərin istəyi ilə dualar oxuyub. Onun haqqında sahəyə heç bir şikayət daxil olmamışdır (cild 7, i/v 261). - ünvan 14 ünvanlanmış müraciətdən görünür ki, Təqsirləndirilən şəxs4 ailəlidir, az yaşlı övladları var. Yeganə qazanc mənbəyi hüzr mərasimlərində və qəbirstanlıqda Quran ayələri oxumaqla insanların ona verdiyi könüllü məvacibdir. Onu vətəninə, dövlətinə və xalqına sadiq bir insan kimi tanımışlar. O ibadətlə məşğul olan insan kimi onun kiməsə ziyan vurmasının, ictimai qaydanı pozmasını, cəmiyyətdə çaşqınlıq yaradacaq ifadələr işlətməsinin, pis vərdişlərinin şahidi olmamışlar. Daimi insanlara bir-birləri ilə düzgün rəftar etməyi, əxlaqlı olmağı tövsiyyə etməsinin və vətənpərvərliyi aşılayan söhbətlər etdiyinin şahidi olmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs4 daimi şəhidlərin və qazi ailələrinin dəfn mərasimlərində iştirak etmiş, məclislərdə əlindən gələn köməkliyi başqa marağı olmadan göstərmişdir. - Tərtər rayon İHB-nin Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs5 xx xxxxxx 1981-ci il tarixdə Tərtər rayonu Qapanlı kəndində anadan olmuş, 1987-ci ildə Tərtər rayonunun Qazyan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 1998-ci ildə həmin məktəbin 11-ci sinfini bitirərək xx.xx.1999-cu ildə hərbi xidmətə gedib, xx.xx.2000-ci ildə hərbi xidmətdən qayıtmışdır. Ailəlidir, 2 övladı var. Dini ayrı seçkiliyə meyilli və yas mərasimlərində bu məsələləri qabartmağa həvəskar olan vətəndaş kimi tanınmışdır. Milli mənəvi dəyərlərimizi aşılamaq, insanları ənənəvi ibadətdən çəkindirib xurafata yönəltmək, firqətlər yaratmaq, ölkə bayrağını digər bayraqla əvəz olunmasına cəhd etmişdir. İctimaiyyətlə arasında nüfuzu olmayan, qəbul olunmayan vətəndaş kimi tanınmışdır (cild 3, i/v 150, cild 7, i/v 268) - Tərtər Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 88 №-li, xx.xx.2023-cü il tarixli, 89 №-li, xx.xx.2023-cü il tarixli, 206 №-li, xx.xx.2023-cü il tarixli, 207 №-li arayışlardan görünür ki, Tərtər rayonu Qapanlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs5 hal-hazırda Tərtər rayonunun Yuxarı Qapanlı kəndində yaşayır və həmin ərazidə qeydiyyatdadır. Onun ailə tərkibi xx.xx.1950-ci il təvəllüdlü anası X53, xx.xx.1981-ci il təvəllüdlü həyat yoldaşı X65, xx.xx.2006-cı il təvəllüdlü oğlu X33, xx.xx.2010-cu il təvəllüdlü oğlu X17 ibarətdir (cild 3, i/v 151-152, cild 7, i/v 269-270). - Tərtər Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 744762 nömrəli və xx.xx.2011-ci il tarixli, AZ-İİ 601776 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Təqsirləndirilən şəxs5, anası X65 olan X33 xx.xx.2006-cı il tarixdə, X54 xx.xx.2010-cu il tarixdə Tərtər rayonu, Qapanlı kəndində doğulmuşlar (cild 7, i/v 271-272). - Tərtər rayon İHB-nın Qaynaq Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs6 xx.xx.1989-cu il tarixdə Tərtər rayonunun Qaynaq kəndində anadan olmuş, 1995-ci ildə Tərtər rayonunun Qaynaq kənd ümumi orta məktəbin birinci sinfinə daxil olub, 2004-cü ildə məktəbin 9-cu sinfini bitib, 2006-cı ildə Qazyan kənd tam orta məktəbin 11-ci sinfini bitirərək xx.xx.2007-ci ildə hərbi xidmətə gedib. xx.xx.2009-cu ildə hərbi xidmətdən qayıtmışdır. Dini ayrı seçkiliyə meyilli və yas mərasimlərində bu məsələləri qabartmağa həvəskar olan vətəndaş kimi tanınmışdır. Milli mənəvi dəyərlərimizi aşağılamaq, insanları ənənəvi ibadətdən çəkindirib xurafata yönəltmək, firqətlər yaratmağa cəhd etmişdir. İctimaiyyət arasında nüfuzu olmayan, qəbul olunmayan bir vətəndaş kimi tanınmışdır (cild 7, i/v 273). - Tərtər rayon İHB-nın Qaynaq Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 206 nömrəli və xx.xx.2023-cü il tarixli, 207 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs6 Tərtər rayonunun Qaynaq kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs6 ailə tərkibi xx.xx.1954-cü il təvəllüdlü atası X66 və xx.xx.1959-cu il təvəllüdlü anası X14 ibarətdir (cild 7, i/v 274-275). Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanın törədilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsi Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini nəzərdə tutur. Cinayət hüquq nəzəriyyəsinə əsasən Cinayət Məcəlləsinin 278-ci maddəsi üzrə cinayətin obyekti Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi olmaqla, CM-in 278.1-ci maddədə əks olunan cinayətin obyektiv cəhəti elə hərəkətlərin edilməsini nəzərdə tutur ki, belə hərəkətlər: 1) hakimiyyətin zorla ələ keçirilməsinə; 2) hakimiyyətin zorla saxlanmasına və 3) Azərbaycan dövlətinin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş olsun. Qanunun göstərişinə əsasən belə hərəkətlər hər bir halda zorla müşayiət olunur. Burada zorakılığın istənilən formasından — qəsdən adamöldürmədən, sağlamlığa zərər vurmadan, qanunsuz həbslərdən və saxlamalardan, işgəncələrdən və digər fiziki zorakılıq aktlarından, fiziki zorakılıq aktlarının tətbiq ediləcəyi, rüsvay olunacağı, əmlakının və yaxın qohumlarının məhv ediləcəyi ilə hədələmədən (psixi zorakılıq) istifadə oluna bilər. Göstərilən üç cinayətkar məqsəddən hər hansı birinə çatmaq üçün bu hərəkətlərin edilməsi CM-in 278.1-ci və ya 278.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Təqsirkar hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş elə hərəkətlərə yol verir ki, bu hərəkətlər hakimiyyətə yiyələnməyin konstitusion metodlarına və prinsiplərinə tamamilə ziddir. Hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş bu hərəkətlər həm fiziki, həm də psixi zorakılıq formasında qanuni səlahiyyətli hakimiyyət nümayəndəsinin həm bilavasitə özünə, həm də onun ailə üzvlərinə, yaxın qohumlarına münasibətdə icra oluna bilər. Hakimiyyəti zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli (seçilmiş və ya təyin olunmuş) hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvalə etmə başa düşülür. Hakimiyyəti zorla saxlama dedikdə, elə hərəkətlərin edilməsi nəzərdə tutulur ki, təqsirkar seçkilərin nəticələrinə və yaxud səlahiyyətli dövlət orqanlarının və ya vəzifəli şəxslərin qərarına görə tutduğu vəzifədən (dövlət postundan) azad olunmasına baxmayaraq, öz hakimiyyətini saxlamaq məqsədi ilə onun yerinə seçilmiş və yaxud təyin olunmuş şəxsə qarşı zorakılıq tətbiq edir, onun hakimiyyət səlahiyyətlərini həyata keçirməsinə zorakılıqla mane olur. Konstitusiya quruluşunu zorla dəyişdirmə dedikdə, bu quruluşun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş əsaslarının zorakılıqla dəyişdirilməsi başa düşülür. Dövlətin konstitusiya quruluşunun dəyişdirilməsi Azərbaycan Respublikası Konstitusiyasına müvafiq dəyişikliklərin olunmasını tələb edir ki, bu da yalnız ümumxalq səsverməsi — referendumun keçirilməsi yolu ilə mümkündür. Lakin təqsirkar konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə yönələn hərəkətlər edərkən bu quruluşu qeyrikons- titusion metodlarla dəyişdirməyi nəzərdə tutur. Bu cinayət nəticəsində qəsd olunan konstitusiya quruluşunun əsaslarına aşağıdakılar aiddir: Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olması, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil olunması və həyata keçirilməsi, Azərbaycan Respublikasının ictimai quruluşu, siyasi sistemi və s. CM-in 278.1ci və 278.2-ci maddələrində əks olunan cinayətlərin başa çatması üçün hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdən hər hansı birinin edildiyi andan cinayət başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” siyahılara, həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri, yəni psixotrop maddə olan matemfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlamaları, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri dini radikalizm zəminində törətmələri özləri tərəfindən inkar edilsə də, təqsirləndirilən şəxslərin özlərinin məhkəməyədək icraat zamanı müdafiəçilərin iştirakları ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələr və onların arasında keçirilmiş üzləşdirmə protokollarındakı ifadələr, həmçinin məhkəmə icraatında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri, mobil telefonlardan aşkar edilmiş məlumatlar və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirərək hesab edir ki, həmin ifadələr ağır ittihamlardan yayınmaq məqsədi güdür və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla təkzib edilir. Beləliklə, məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci və 278.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). "Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi, həmin Məcəllənin 61.1.4-cü maddəsinə əsasən isə cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə cəzanı ağırlaşdıran hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.4-cü maddələrinə əsasən Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini və cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3 və 61.1.4-cü maddələrinə əsasən Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini və cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı olmaqla iki uşağının olmasını, ikinci qrup gözdən əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, “Aprel” və “44 Günlük” Qarabağ müharibəsində şəhid olmuş şəxslərin dəfn mərasimlərində fəal iştirakını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs5 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs6 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs6 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayətin törədilməsində iştirakçılıq dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayətin törədilməsində iştirakçılıq dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 278.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 331 (üç yüz otuz bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcədə də iştirakçılıqla törədilmiş cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsinin sanksiyasında on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs3 şəxsiyyətini xarakterizə edən halları – ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailə vəziyyətini, himayəsində biri azyaşlı, biri yetkinlik yaşına çatmayan iki uşağının olmasını, ikinci qrup gözdən əlil olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, cinayətin törədilməsində rolunu və iştirak dərəcəsini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusu törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs3 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə isə həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzalar qismən toplamaqla yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs4 şəxsiyyətini xarakterizə edən halları – ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailə vəziyyətini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, “Aprel” və “44 Günlük” Qarabağ müharibəsində şəhid olmuş şəxslərin dəfn mərasimlərində fəal iştirakını, yaşadığı kənd üzrə əhali tərəfindən müsbət xarakterizə olunmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, cinayətin törədilməsində rolunu və iştirak dərəcəsini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusu törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs4 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə isə həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs4 təyin olunmuş cəzalar qismən toplamaqla yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs5 şəxsiyyətini xarakterizə edən halları – ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailə vəziyyətini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, cinayətin törədilməsində rolunu və iştirak dərəcəsini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusu törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs5 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə isə həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs5 təyin olunmuş cəzalar qismən toplamaqla yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs5 cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs6 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs6 şəxsiyyətini xarakterizə edən halları – ailə vəziyyətini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, cinayətin törədilməsində rolunu və iştirak dərəcəsini, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də bu halların məcmusu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və Təqsirləndirilən şəxs6 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə isə həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs6 təyin olunmuş cəzalar qismən toplamaqla yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs6 cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin Maddi sübutlar otağına təhvil verilmiş “Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti № 65, 67 və 208” mətnli ştamplarla möhürlənmiş 06 ədəd zərfdə qalıq təmiz halda çəkisi 17,242 qram olan metamfetamin, qalıq təmiz çəkisi 20,809 qram olan metamfetamin, qalıq təmiz çəkisi 7,922 qram olan metamfetamin, qalıq təmiz çəkisi 8,003 qram olan metamfetamin, qalıq təmiz çəkisi 9,129 qram olan metamfetamin, qalıq təmiz çəkisi 21,694 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********31 saylı mobil nömrə, Təqsirləndirilən şəxs2 məxsus "Huawei” markalı mobil telefon və ona quraşdırılmış +**********16 saylı mobil nömrə, Təqsirləndirilən şəxs3 məxsus “Xiaomi Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********78 saylı mobil nömrə, Təqsirləndirilən şəxs4 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********35 saylı mobil nömrə, Təqsirləndirilən şəxs5 məxsus “Xiaomi Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********79 saylı mobil nömrə və Təqsirləndirilən şəxs6 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********69 saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə və ya onların yaxın qohumlarına qaytarılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin Müdafiəçi3, X67, Müdafiəçi1, X98, Müdafiəçi4 oğlu, Müdafiəçi2 Əlihüseyn oğlu vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pullar köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2122/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X67 tərəfindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X98 tərəfindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs5 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs6 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Əlihüseyn oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Belə olduğu halda vəkillər tərəfindən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixdən sonrakı müddət üzrə ödəniş Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərarında qeyd olunan, yəni 11 (on bir) manat hesabı ilə hesablanmalıdılr. Odur ki, təqsirləndirilən şəxslər Arf Cümşüdova göstərilmiş 38 (otuz səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat, Təqsirləndirilən şəxs3 göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı X34 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 60 (altmış) manat, Təqsirləndirilən şəxs4 göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı X55 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 30 (otuz) manat, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixədək göstərilmiş 160 (yüz altmış) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1, Müdafiəçi4 oğlu və Müdafiəçi2 Əlihüseyn oğlunun vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına hər biri üçün 960 (doqquz yüz altmış) manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1, Müdafiəçi4 oğlu və Müdafiəçi2 Əlihüseyn oğlunun vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına hər biri üçün 110 (yüz on) manat, ümumilikdə 3528 (üç min beş yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitləri köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 331 (üç yüz otuz bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müssisəsində çəksin. Təqsirləndirilən şəxs3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müssisəsində çəksin. Təqsirləndirilən şəxs4 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müssisəsində çəksin. Təqsirləndirilən şəxs5 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs5 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müssisəsində çəksin. Təqsirləndirilən şəxs6 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs6 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin Maddi sübutlar otağına təhvil verilmiş “Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti № 65, 67 və 208” mətnli ştamplarla möhürlənmiş 06 ədəd zərfdə qalıq təmiz halda çəkisi 17,242 qram olan metamfetamin, qalıq təmiz çəkisi 20,809 qram olan metamfetamin, qalıq təmiz çəkisi 7,922 qram olan metamfetamin, qalıq təmiz çəkisi 8,003 qram olan metamfetamin, qalıq təmiz çəkisi 9,129 qram olan metamfetamin, qalıq təmiz çəkisi 21,694 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********31 saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs1 və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 məxsus "Huawei” markalı mobil telefon və ona quraşdırılmış +**********16 saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs2 və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 məxsus “Xiaomi Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********78 saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs3 və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs4 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********35 saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs4 və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs5 məxsus “Xiaomi Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********79 saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs5 və ya onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs6 məxsus “Samsung” markalı mobil telefon və ona quraşdırılmış +**********69 saylı mobil nömrə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs6 və ya onun yaxın qohumlarına qaytarılsın. Göstərilmiş hüquqi yardımlarla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat, X34 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 60 (altmış) manat, X55 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 30 (otuz) manat, Müdafiəçi1, Müdafiəçi4 oğlu və Müdafiəçi2 Əlihüseyn oğlunun vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına hər biri üçün 1.070 (bir min yetmiş) manat, ümumilikdə 3528 (üç min beş yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitləri köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar