Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1070/2021 09.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 (dörd) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,926 qram, 0,960 qram, 0,822 qram, 1,007 qram, ümumilikdə təmiz çəkisi - 3,715 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla Qobustan rayon ərazisinə daşımış, 13 avqust 2020-ci il tarixdə saat 01 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhərində yerləşən “Badamlıq” adlanan kafenin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibində saxladığı 04 (dörd) ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,926 qram, 0,960 qram, 0,822 qram, 1,007 qram ümumilikdə təmiz çəkisi - 3,715 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, narkotik vasitəsinin satışı ilə məşğul olmamışdır. 13 avqust 2020-ci il tarixdə Şəki şəhərinə getmək üçün yola çıxmışdır. Qobustan şəhərində yerləşən “Badamlıq” adlanan kafedə yemək yemək qərarına gəlmişdir. Kafedə olarkən o, spirtli içki də qəbul etmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitəni o, almamışdır, narkotik vasitəni ona Həsən adlı şəxs vermişdir. Həsən sellofan bükümü ona verib maşından siqaret götürmək adı ilə kafedən çıxmışdır. O, Həsənin gəlmədiyini görüb 3-5 dəqiqə sonra kafenin qapısına yaxınlaşmışdır. Bu zaman qapı açılmış və polis işçiləri içəri daxil olub onu yıxmışlar. Onu polis bölməsinə aparıb orada üzərinə baxış keçirmişlər. Onun üzərində olan narkotik vasitə 1 sellofan bükümdə olmuş və şalvarının sol cibində aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitənin növünü və çəkisini bilmir, həmin narkotik vasitə tələbə yoldaşının dayısı olan Həsənə aid olmuşdur. Həsən maşında siqaret götürmək üçün kafedən çıxarkən onda olan narkotik vasitəni ona vermişdir. İçkili olduğu üçün Həsənin ona verdiyi bükümün içində nə olduğunu soruşmadan cibinə qoymuşdur. O, narkotik vasitə istifadəçisi deyildir. Sadəcə olaraq xəstə olduğu üçün həkim reseptinə əsasən psixotrop maddə tərkibli dərmanlardan istifadə etmişdir. Polis işçiləri tərəfindən ona fiziki zorakılıq olmuşdur. Əməliyyatçılar onu vurduğuna görə o, bir müddət xəstəxanada qalmışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1-də qeydiyyatda olsa da, Binəqədi rayonu Biləcəri qəsəbəsi, 1 may küçəsi, ev 25-də yaşayır. Əvvəllər məhkum edilmişdir. 3-cü qrup əlildir və əlillik dərəcəsi təyin edilən zaman həkim komissiyası tərəfindən ona kobud nəzərəçarpan kəskin ifadəli şəxsiyyətin emosional davamsız pozuntusu diaqnozu qoyulmuşdur. Həmçinin əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. 2020-ci ilin yay aylarında dəqiq tarixi xatırlamadığı vaxt xalası oğlu Elçin İsmayılovla Bakı şəhəri, Yasamal rayonunda görüşüb sonuncudan 6 qram “kakos”, yəni heroini özünün istifadəsi üçün almışdır. Elçin həmin 6 qram heroinə görə ondan 220 manat pul istəmiş, o isə Elçinə pulunu daha sonra verəcəyini demişdir. Həmin 6 qram “kakos” xırda bükümlərdə olmuşdur. Daha sonra o, Elçindən aldığı 6 qram “kakos”un 1,5 qramını Ülvi adlı tanışına pay vermiş, Ülvi isə həmin 1,5 qram “kakos”a görə ona pul verməyə söz vermiş, o isə pulu aldıqdan sonra Elçinə pul verəcəyini demiş, bundan sonra o, Ülvidən pulu almaq üçün dəfələrlə əlaqə saxlayıb sonuncuya sms yazsa da Ülvi ona cavab verməmişdir. Bu səbəbdən də o, Elçinə pulu verə bilməmişdir. 13 avqust 2020-ci il tarixdə gündüz vaxtı qərara gəlmişdir ki, onda qalan 4,5 qram “kakos”u özü ilə götürüb Şəki şəhərinə istirahətə getsin və orada olan zaman özü üçün istifadə etsin. Həmin gün Bakı şəhərində axşam saatlarına kimi şəxsi işlərini görüb, təxminən saat 23 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan əraziyə gedib tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı yol maşınına minib Şəki şəhərinə yola düşmüşdür. Əvvəllər Qobustan şəhərində olan zaman dəfələrlə “Badamlıq” adlanan kafedə oturub yemək yemiş, bu səbəbdən də Qobustan şəhəri ərazisində olan zaman, o, taksi sürücüsündən avtomobili saxlamasını xahiş etmişdir. Avtomobildən düşüb yolu keçib kafeyə girmişdir. Kafedə olan otaqların birində oturub özünə yemək sifariş edib küçəyə çıxmışdır ki, əl-üzünü yusun, bu zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra kafedə oturduğu otaqda şübhəli şəxs qismində tutulması barədə qərar ona elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra o, maddi imkanının olmadığını bildirib hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Təqdim edilmiş vəkil siyahısı ilə tanış olduqdan sonra o, hüquqlarının müdafiəsi üçün vəkil Tofiq Seyidovun dəvət edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra ona təyin edilmiş vəkil gəlmiş, həmin vaxt vəkilin iştirakı ilə onun barəsində tutma protokolu tərtib edilmişdir. Bundan sonra həmin otaqda vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış zamanı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. Bu vaxt o, əynindəki şalvarının sağ yan cibindən 4 ədəd bükümdə içərisində narkotik vasitə olan “kakos”u təqdim edib həmin maddələri öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Həmin 4 ədəd bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, bükümlərin ümumi çəkisi 4,5 qram təşkil etmişdir. Bundan sonra həmin bükümlər zərfə qablaşdırılaraq DİN-nin 142 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və onun tərəfindən imzalamışdır (cild 1, iş vərəqə 146-149, 157-160; cild 2, iş vərəqi 89-91). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Qobustan Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışır. 13 avqust 2020-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu, həmçinin həmin şəxsin hal-hazırda Qobustan şəhəri ərazisində olması əks olunmuşdur. Məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə Polis şöbəsinin Cinayət axtarış bölməsinin rəisi tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsinin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri ilə birlikdə 13 avqust 2020-ci il tarixdə saat təxminən 23 radələrində Qobustan şəhəri ərazisində müvafiq qaydada müşahidəyə başlamışlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs Qobustan şəhər ərazisində yerləşən “Badamlıq” adlanan kafedə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib ona narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu deyib hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərinə şəxsi axtarış aparılması başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı digər əşyalarla birlikdə şalvarının sağ yan cibindən 4 ədəd sellofan bükümü çıxardaraq iştirakçılara təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, daha sonra zərfdə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3, Şahid2 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etmişdir ( cild 1, iş vərəqi 87-89). Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 13 avqust 2020-ci il tarixdə saat təxminən 23 radələrində Qobustan Rayon Polis Şöbəsinin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxs qismində saxlanılmış Bakı şəhər sakini Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyi ona təklif etmişlər. O, öz razılığını bildirmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirərkən Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı digər əşyalarla birlikdə şalvarının sağ yan cibindən 4 ədəd sellofan bükülü çıxardaraq iştirakçılara təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 4 ədəd büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, sonra zərfdə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, həmin protokolu digər iştirakçılarla birgə o da imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər hal şahidi Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları tam təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid8 göstərmişdir ki, əvvəllər məhkum edilmiş, həmçinin narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır, onunla ədavəti-düşmənçiliyi olmamış, normal münasibətləri vardır. Təxminən 2020-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, özünə məxsus “kakos”u var və istifadə üçün ona verə bilər. Həmin günün səhəri Təqsirləndirilən şəxslə Abşeron rayonu, Xırdalan dairəsində görüşmüş və Fuaddan 1,5 qram “kakos” götürmüşdür. Təqsirləndirilən şəxs həmin malın müqabilində 60 manat pul istəmiş, o, üzərində olan 20 manatı verə biləcəyini, yerdə qalan 40 manatı isə sonra verəcəyini demişdir. Sonradan maddi imkanı olmadığından 40 manat pulu Fuada verə bilməmişdir. ***-***-**-** GSM nömrəsi ona məxsus olmuş, Fuad ona sms yazaraq borclu olduğu pulu istəmişdir. Polis əməkdaşları üzərində qanunsuz əşyanı təqdim etməyi bildirdikdə qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı, siqaret kağızına bükülmüş “kakos” kimi tanıdığı heroini polis əməkdaşlarına təqdim etmiş, həmin heroini Yasamal rayonu ərazisində yerdən tapdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokolu imzalamışdır (cild 1, iş vərəqi 187-190). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istindaqında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında 14.08.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana örtülmüş vəziyyətdə olan 4 ədəd şəffaf sellofan bükülünü çıxardaraq iştirakçılara təqdim etmiş və həmin 4 ədəd bükülünün içərisində narkotik vasitə "kakos" olduğunu, həmin maddələri öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin 4 ədəd şəffaf sellofan bükülü "AOSAİ" markalı elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 4,5 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş 4 ədəd şəffaf sellofan bükülü bir ədəd ağ rəngli zərfə qoyularaq 142 nömrəli möhürlə möhürlənib qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 25-30). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 14.08.2020-ci il tarixli, 6/1551 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 142” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərilərində qəhvəyi rəngli maddə olan 4 ədəd bükülü” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,926 qram, 0,960 qram, 0,822 qram, 1,007 qram, ümumilikdə təmiz çəkisi 3,715 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 38-40). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 11.11.2020-ci il tarixli, 6/2137 nömrəli rəyindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi” №65 dairəvi möhür əksləri olan MEM-ə məxsus bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd zərfin içərisində 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3,595 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidiriər. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 178-180). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 17.09.2020-ci il tarixli, 1839 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür (cild 1, iş vərəqi 133- 135). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 17.09.2020-ci il tarixli, 2579 №-li nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-ci il tarixli, 39 nömrəli ’’narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslər məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədər olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 114- 115). İşdə olan Dövlət Sosial Mudafiə Fondunun Ssosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29.10.2020-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, X1 Sisteminin Sosial Ödənişlərin X3 Şahverdiyevin (xxxxxxx) üçüncü qrup əlillik dərəcəsi olduğu və 21.01.19-cu il tarixindən müddətsiz olaraq müavinət alması öz əksini tapmışdır (cild 1, iş vərəqi 171). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 22.10.2020-ci il tarixli protokoldan və CD diskdən görünür ki, 06.08.2020-ci il tarixdə saat 15:43:06-da **********17 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi **********00 saylı mobil nömrəyə belə bir sms mətni daxil olmuşdur: "Fuad yasamaldayam dunen isren gun ne hereketler eliyibsen mene hamisini dediler 0,5 i 30 manata satirsan nazim vaqif hamisi deyirki fuad bazar acib 0,5 i 30 manata satir cindir yasamaldayam gel menle goruw pularimi ver seni bu gun tapacam evdede gizlensen harda olsan tapacam mene srocnu zeng vur". 08.08.2020-ci il tarixdə saat 23:50:18-də **********17 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi **********00 saylı mobil nömrəyə belə bir sms mətni daxil olmuşdur: "Fuad saat men sennen bugun 1de danisdigki dedinki 6da pulu gonderrem 4de zeng vurdum dedinki xalaoglu yatib qalmisam saat 7de pulu goturrem men sene didimki fuad rayona pul gondermeliyem dedinki arxayin ol 100 faiz sene didimki efqannan indi danisiram deyecemki efqan saat 8de pul sendedi dedinki xaloglu 100 faiz efqana soz ver mende soz verdim necenci defedi aldadirsan seher 6q pulun saat le kimi gozleyirem olmasa sen oldun seni doye doye qehbe kimi sikest invalid edecem bileceride yasamalda gozdemediyin yerde tutacam seni qehbe kimi doyecem seni" . 12.08.2020-ci il tarixdə saat 01:22:03-də Təqsirləndirilən şəxs istifadə etdiyi **********00 saylı mobil nömrədən **********82 saylı mobil nömrəyə belə bir sms mətni göndərilmişdir: "Qaqas pulun yiyesi meni oldurur..bele olmaz axi..sennen nece danisim???. bu coreyime bais olmaqdi.!!!!. hormetsizlik edib teli acmirsan..verdimki satib dolanasan, mende.indi bu pul sabah catacaq yoxsa atilacaq..bir soz de.!!!!!" 12.08.2020-ci il tarixdə saat 01:53:39-da Təqsirləndirilən şəxs istifadə etdiyi **********00 saylı mobil nömrədən **********17 saylı mobil nömrəyə belə bir sms mətni göndərilmişdir: "x..oglu esebden 10 il qocalmisam..bu 5 gunde 3 kilo ariqladim.. ulviye cox hormet eledim bu temadan..hardasa 40 aznlik..coreyimi kesdi..ondan el ceken deyilem..indi bilmirem sabah alacam, birigun alacam, 3 gune alacam deye bilmerem..ancaq bigini ... ondan pulu alacam.yeni meni basa dus..isi uzatma, vaxt ziyana gedir..risqe qalanda o temani hec kim ordan goturmez..bilse ki, icinde 10 il srok var..ozuvu deye bilmerem..ne qederde olsa o is senede aiddi..sene gore ozumu 10 il srokun qabagina atdim..bunu her adam etmez.!!!!!! buna hec olmasa qiymet ver..isi cetine salma.pulum xestelenib muveqqeti, ancaq bata bilmez.!!! (cild 1, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 17.12.2020-ci il tarixli protokoldan və CD diskdən görünür ki, 08.08.2020-ci il tarixdə saat 23:49:13-də Elçin İsmayılovun istifadə etdiyi **********17 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi **********00 saylı mobil nömrəyə belə bir sms mətni göndərilmişdir: "Fuad saat men sennen bugun 1de danisdigki dedinki 6da pulu gonderrem 4de zeng vurdum dedinki xalaoglu yatib qalmisam saat 7de pulu goturrem men sene didimki fuad rayona pul gondermeliyem dedinki arxayin ol 100 faiz sene didimki efqannan indi danisiram deyecem ki, efqan saat 8de pul sendedi dedinki xaloglu 100 faiz efqana soz ver mende soz verdim necenci defedi aldadirsan seher 6q pulun saat le kimi gozleyirem olmasa sen oldun seni doye doye qehbe kimi sikest invalid edecem bileceride yasamalda gozdemediyin yerde tutacam seni qehbe kimi doyecem seni". 08.08.2020-ci il tarixdə saat 23:59:43-də Elçin İsmayılovun istifadə etdiyi **********17 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadə etdiyi **********00 saylı mobil nömrəyə belə bir sms mətni göndərilmişdir: "Bugun axsamustu yasamalda idim kimlere mal satmisan hamisin mene didiler nece manata satmisan pullari dog ver bugun mene yasamalda didilerki fuad kisi qehbesidi sen dogurdanda qehbesen sehere kimi pulum catmasa gozdemediyin yerde seni tutub sikest invalid edecem pulu catdir (cild 1, iş vərəqi 296-299). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında 19.11.2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki, Şahid8 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü çıxardaraq iştirakçılara təqdim etmiş və həmin 01 ədəd bükülünün içərisində narkorik vasitə hesab olunan "kakos" olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonu ərazisində ara küçələrin birində yerdən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin 01 ədəd gümüşü rəngli kağız bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə olduğu müəyyən edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və kağız bükülü ilə birlikdə ümumi çəkisinin 0,8 qram olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş gümüşü rəngli bükülü ağ rəngli zərfə qoyularaq 142 nömrəli möhürlə möhürlənib qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 205-208). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş 20.11.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid8 ilə X9 arasında keçirilmiş üzləşdirmə zamanı Ülvi Müsayev 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs nakotik vasitə heroin aldığını göstərmiş, Təqsirləndirilən şəxs isə Ülvi Mayılovun göstərdiklərini tam təsdiq etmişdir (cild 1, iş vərəqi 220-222). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 20.11.2020-ci il tarixli, 6/2551 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid8 aşkar edilərək götürülmüş” yazılar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,021 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid8 götürülmüş heroin Təqsirləndirilən şəxs götürülmüş 4 ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə fərqlidir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 237-240). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş 16.03.2021-ci il tarixli, 145-2337- 1221 nömrəli məktubdan görünür ki, Qobustan Rayon Polis Şöbəsinin əməliyyat aparatı tərəfindən müvafiq əməliyyat axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs 4 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 3,715 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini doğma xalası oğlu X2 əldə etmiş və həmin narkotik vasitədən 1,5 qramını Ulvi adlı şəxsə satmışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qobustan şəhəri ərazisində yerləşən "Badamlıq" adlı kafedə Həsən adlı şəxlə görüşüb-görüşməməsi və Həsən adlı şəxsin şəxsiyyəti barədə hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamışdır. Lakin buna baxmayaraq bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olarsa bu barədə dərhal məlumat veriləcəkdir (cild 2, iş vərəqi 128). İşdə olan maddi sübut kimi tanıma haqqında 10.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 4 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,926 qram, 0,960 qram, 0,822 qram, 1,007 gram, ümumilikdə təmiz çəkisi 3,715 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin iş üzrə üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,475 qram narkotik vasitə heroin saxlanması üçün Qobustan RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 68). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 09.04.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq zamanı Şahid8 əməlində Azərbaycan Respublikası CMin 234.1, 234.2, 234.3 və 234.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir; - Şahid8 üzərindən aşkar olunmuş 0,021 qram heroinə görə əməlində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkibi olduğundan ********* nömrəli cinayət işindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün material aynlaraq Qobustan RPŞ-yə göndərilmişdir; - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3,715 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra qalıq qalan 3,475 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması barədə 12 noyabr 2020-ci il tarixli qərar nəzərə alınmışdır (cild 2, iş vərəqi 143-153). İşdə ola cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə 09.04.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitə hesab edilən heroinin əldə edilmə mənbəsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayırılmışdır (cild 1, iş vərəqi 155-156). İşdə olan doğum və nigah haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X5 arasında 30.10.2007-ci ildə nikah bağlanmış, birgə nikahdan 14.08.2008-ci il təvəllüdlü Fidan adlı qızı vardır (cild 1, iş vərəqi 64-65). İşdə olan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 113). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Abşeron Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.04.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli hökmü ilə CM-in 69.3, 67.1, 68.2-ci maddələri tətbiq edilməklə həmin Məcəllənin 234.1-ci maddələri ilə 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına və 3200 manat cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 127-128, cild 2, iş vərəqi 134-138). İşdə olan və məhkəmə istindaqında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsinin 05.04.2021-ci il tarixli, 21-1/1-897 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-423/2019 saylı, 29.10.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması və 3200 (üç min iki yüz) manat cərimə cazasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün müddətini çəkmiş, çəkilməmiş cəza müddəti 1 (bir) il 2 (iki) ay təşkil edir. Eyni zamanda bildirilir ki, məhkuma təyin edilmiş 3200 manat cərimə cəzası üzrə heç bir ödəniş edilməmişdir (cild 2, iş vərəqi 133). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yeni cinayət törətdiyindən məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qanunun həmin müddəasından çıxış edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənuin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, o, müstəqil icra olunur. Qanunun həmin maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay hissəsi iki günə bir gün hesabı ilə azadlıqdan məhrum etmə cəzası kimi hesablanmaqla hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı, 3200 (üç min iki yüz) manat cərimə cazası bu hökmlə təyin edilən cəzaya tamamilə birləşdirilməli, cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həmin gün həsdən azad edilmiş, Qobustan Rayon Məhkəməsinin qərarı ilə barəsində 23 oktyabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 oktyabr 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 60-63, 166-167, 286; cild 2, iş vərəqi 105-108). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs tutlduğu bir gün ona təqin ediləcək qəti cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbs edildiyi 23 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 3,475 qram qram heroin məhv edilməlidir. Məhkəmə məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 244 (iki yüz qırx dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək tutulduğu 1 (bir) gün günə gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 68.1.1-1 və 68.2-ci maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay hissəsi iki günə bir gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla və 3200 (üç min iki yüz) manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3200 (üç min iki yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 3,475 qram qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 244 (iki yüz qırx dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1070/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1070/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver