Məhkəmə qərarları › İş №1(101)-1070/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1070/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1070/2024 27.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla, Binəqədi rayonu, Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək satıb qazanc əldə etmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Vüqar” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, 2023-cü ilin iyul ayının ortalarında naməlum vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən gizlədilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yolun kənarından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,446 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq bir qismini üzərində, digər qismini yaşadığı evində saxlamış, 29 iyul 2023-cü il tarixdə saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və həmin idarənin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra saat 17:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda 3,685 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürüldükdən sonra, əməliyyat-axtarış tədbirlərinin davamı kimi həmin tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1 ünvanındakı evə baxış keçirilən zaman evin yataq otağındakı çarpayının altından bir ədəd sellofan bükümdə 3,761 qram çəkidə külli miqdarda üzərindən aşkar olunmuş heroinlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik istifadəçisi olmuşdur. Hadisə baş verən gün Xırdalan dairəsində “Mars” marketdən çıxan zaman 3 nəfər qabağını kəsmiş, maşına oturmasını demişlər. Ondan üstündə narkotik olub-olmamasını soruşmuşlar, o da onda narkotik olmadığını demişdir. Üzərinə axtarış etmişlər, onun üzərində yalnız bıçaq və pul olmuşdur. Polis əməkdaşları ona 2 kiloqram narkotik verməli olduğunu demişlər. Onu qonaq qaldığı evə aparıb axtarış etməyə başlamışlar. Evdə axtarış edib, 1000 manat pulunu və biletini götürüb onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Daha sonra onu yenidən evə gətirmişlər. Onu narkotikdən istifadə ilə rəsmiləşdirəcəklərini demişlər, o razılaşmışdır. Onun üzərinə narkotik qoymuşlar və videoçəkilişdə nə deyəcəyini öyrətmişlər. O, döşəyin altında narkotikin çox olduğunu görmüş və bunu demişdir. Ona narahat olmamasını, dediklərini təkrarlamasını demişlər. O da videoçəkilişdə narkotik vasitənin onun olduğunu, Mehdiabaddan aldığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs polislərin evdə təxminən 1 saat, 1 saat yarım axtarış etdiklərini, onu vurduqlarını, fiziki işgəncə verdiklərini, evdən heç nə tapılmadığını, onu idarəyə aparıb daha sonra yenidən evə gətirdiklərini, birinci axtarış keçirilən zaman evdə Nağıyeva Xoşu və Nağıyeva Şəfəqin olduğunu, polis əməkdaşlarının evə basqın etdiklərini bildirdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Naxçıvan MR-da qeydiyyatda olsa da ata evi olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1 ünvanında yaşayır. Həmin ünvanda digər qardaşı Şahid3 da yaşayır. Əvvəllər bir neçə dəfə, o cümlədən Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələrdən çoxdandır ki, istifadə edir. 29 iyul 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Etiraz etməyərək onlarla birlikdə BNMİ-nə getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş halda bir ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon, iki ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 40 AZN pul və evin açarı aşkar olunmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartları götürülmüş, açar və pul ona geri qaytarılmışdır. Üzərindən aşkar olumuş narkotik vasitələri Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan “Vüqar” adlı şəxsdən həmin qəsəbə ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə 20 manat pul verərək əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzəri yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyi, mobil telefonda 077- ***-**-** və ***-***-**-** nömrəsini işlətdiyini, əlavə olaraq Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1 ünvanında yerləşən nömrəsiz fərdi evə getmişlər. Sonra həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağının sağ tərəfində olan çarpayının altında gizlətdiyi bir bükümdə narkotik vasitə heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin əşyalar qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Özünü “Vüqar” kimi təqdim edən həmin şəxsdən 2023-cü ilin iyul ayının ortalarında ilk dəfə narkotik vasitə aldığını bildirmişdir. Belə ki, “Vüqar” adlı şəxsə bildirmişdir ki, 30 manat pulu var və narkotik vasitə almaq istəyir. “Vüqar” adlı şəxs ona demişdir ki, 30 manata ona iki bükümdə narkotik vasitə sata bilər. Onunla razılaşmış və “Vüqar”a 30 manat pulu vermişdir. Bu zaman “Vüqar” adlı şəxs Mehdiabad yolunun kənarındakı qumluq yeri, durduğu yerdən təxminən 5-6 metr aralı məsafəni göstərərək demişdir ki, yerdə daşın kənarında iki bükümdə narkotik vasitə var, gedib götürsün. Onun dediyi yerdə həqiqətən də iki bükümdə narkotik vasitəni görüb götürməklə oranı tərk etmişdir. “Vüqar” adlı şəxsin mobil telefon nömrəsini və digər anket məlumatlarını bilmir. Onu Mehdiabad qəsəbəsində “Vüqar” kimi tanıyırlar, onun narkotik vasitələri haradan əldə etməsini bilmir. Həmin bükümlərdən birini, yəni siqaretin gümüşü kağızında olan bükümü üzərində gəzdirmişdir ki, istifadə etsin. Digər bükümdə, yəni sellofan bükümdə olan narkotik vasitəni isə evdə, çarpayının altında gizlətmişdir ki, sonradan özü istifadə etsin. Elektron tərəzini isə Vüqardan almamış, özünün olduğunu bildirmişdir. 29 iyulda aldığı iki bükümdə narkotik vasitənin bir bükümünü evdə gizlətmiş, bir bükümünü isə üzərində gəzdirmişdir ki, istifadə etsin. Narkotik vasitəni evdə gizlətməyindən qardaşı Elmanın və ya digər şəxslərin xəbəri olmamışdır (cild 1, iş vərəqi 65-67). Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, daxil olan məlumat əsasında Təqsirləndirilən şəxs tərəflərindən keçən ilin iyul ayında Abşeron rayon ərazisində, Xırdalan dairəsinin yaxınlığında saxlanılmış və Baş idarəyə dəvət olunmüşdur. Şəxs barəsində daxil olmuş əməliyyat məlumatı şəxsin Abşeron rayonu ərazisində külli miqdarda narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı olmuşdur. Daha sonra Baş idarədə videoçəkiliş zamanı şəxsə təklif edilmişdir ki, üzərində qanunsuz maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs bir büküm təqdim edərək bildirmişdir ki, bu heroindir, evində də var. Bundan sonra evinə yollanmışlar. Orada müdafiəçinin iştirakı ilə çəkilişlə həmin narkotik maddə və elektron tərəzi götürülmüş, qablaşdırılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs qarşı onun və ya onun ətrafında olan şəxslər tərəfindən zorakılıq tətbiq edilmədiyini, özünün tam səmimi etiraf etdiyini, narkotiki “Vüqar” adlı şəxs vasitəsilə əvvəlcədən gizlədilmiş yerdən əldə etdiyini, əməliyyat zamanı onun ailə üzvlərinə qarşı itələmə, evə zorla daxil olma kimi hallar baş vermədiyini, şəxsin döyülməsi və üzərinə narkotik vasitə qoyulması ilə bağlı bildirdiklərinin böhtan olduğunu, şəxsin özünü müdafiə etmək üçün şər atdığını, şəxsin üstündə 1000 manat pulu görmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 Əziz Əlyevə qarşı heç bir fiziki və psixi təsir edilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin qardaşı Şahid3 ifadəsində göstərdi ki, hadisə günü o, işdə olmuş, evdən qızından telefon nömrəsinə zəng gəlmişdir. Telefonu açdıqdan sonra qeyri-adi səs eşitmiş və telefon söndürülmüşdür. Bundan sonra o, evə yollanmışdır. Yolda olarkən polis əməkdaşı ona zəng vuraraq, Təqsirləndirilən şəxs qardaşı olduğunu soruşmuş və ona qardaşının saxlandığını söyləyərək evə gəlməyini demişdir. X13 şəhərində yaşamış, 10-15 günlük onlara qonaq gəlmişdir. Qardaşı 1 ay əvvəl Abşeron rayon Polis İdarəsi tərəfindən saxlanılmış, düşünmüşdür ki, narkotik vasitə istifadə etdiyi üçün saxlanılmışdır. Evə çatan zaman polis əməkdaşı Əzizin üzərində narkotik maddə olmasını qeyd edib saxlanma səbəbini açıqlamışdır. Qardaşının narkotik vasitənin istifadəçisi olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Xırdalan dairəsi deyilən ərazidə polis əməkdaşları tərəfindən saxlanılmış və onun evinə gətirmişlər. Evdə onun həyat yoldaşı, qızı və iki nəvəsi olmuşdur. Həyat yoldaşının dediyinə görə evdə olarkən birdən 4-5 polis nəfəri içəri daxil olmuş, evə daxil olan kimi əllərindən telefonlarını alıb hamısını bir otağa salmışlar və qapının arxasında bir polis əməkdaşı dayanmışdır. Bundan sonra evdə axtarış etmişlər. Həyat yoldaşının sözlərinə görə polis əməkdaşı rəislərinə zəng edərək evdə heç bir şey tapılmadığını söyləmişdir. Sonra polis əməkdaşları evdən çıxmışlar, yenidən evə qayıtmışlar və otaqda bir də axtarış etmişlər. Axtarış zamanı onların dediklərinə görə 7 qram narkotik vasitə tapılmışdır. Polis əməkdaşlarına qardaşının narkotik vasitəçisi olduğunu bildiyini söyləmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 qardaşının 10-15 ildir ki, narkotik aludəçisi olduğunu, rəsmi heç bir yerdə işləmədiyini, kənddə mal-qara təsərrüfatı ilə məşğul olduğunu, qardaşının 7 qram narkotik vasitəni almaq üçün vəsaitinin olmadığını, axtarış aparılan evin ona məxsus olduğunu, axtarışın aparılması üçün heç bir sənəd təqdim olunmadığını, qardaşının üzərində tapılan 1000 manat pulun onun olduğunu, rayonda heyvan alması üçün həmin pulu verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin qardaşının həyat yoldaşı X4 ifadəsində göstərdi ki, hadisə günü o, evdə qızı və nəvələri ilə oturan zaman, saat təxminən 12-də 3-4 nəfər içəri girib, onların telefonlarını əllərindən almışlar. O, həmin şəxslərə onlara evdə kişi olmadığını bildirəndə, onlar icazələri olduqlarını deyərək, sakit olmalarını tələb etmişlər. Həmin şəxslər Əzizin narkotik satdığını demişlər, evi dağıtmışlar, sonradan Əzizi də gətirmişlər, lakin heç nə tapmamışlar. 3-4 saat sonra yenidən gəlib stolun üstündən narkotik tapdıqlarını demişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X4 polislərin onları otağa qatdıqlarını, çölə çıxmamalarını tapşırdıqlarını, evdə 3 nəfərin olduğunu, 2 nəfərin isə çöldə Əzizi saxladıqlarını və Əzizi döydüklərini, döyülməyini eşidiklərini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1967-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Binəqədi rayonu, Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 1967-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Naxçıvan MR Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 29 iyul 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 9). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan qara şalvarın sağ cibindən 1 (bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefon, iki ədəd bank kartları, bir ədəd şəxsiyyət vəsiqəsi, 40 AZN pul və 1 ədəd açar aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, kütlə, mobil telefon, iki ədəd bank kartları, bir ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 40 AZN pul və 1 ədəd açar şübhəli şəxsə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik vasitələri Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan “Vüqar” adlı şəxsdən həmin qəsəbə ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə 20 manat pul verərək əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, mobil telefonda ***-***-**-** və ***-***-**-** nömrələrini işlətdiyini, əlavə olaraq Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cild 1, iş vərəqi 33-35). - evə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1 ünvanındakı fərdi yaşaış evinə baxış keçirilmiş, ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağının sağ tərəfində olan çarpayının altında gizlətdiyi bir bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin əşyalar qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olumuş narkotik vasitələri Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan “Vüqar” adlı şəxsdən həmin qəsəbə ərazisində gizlədilən yerdən istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 38-39). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4080 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li” dairəvi möhür əksləri olan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 3,685 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki bükümdə çəkisi 3,761 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 7,446 qram olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 45-50). - DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə əks edilmiş şəxsi axtarış və görüntülər 29 iyul 2023-cü il tarixdə saat 17:00 dəqiqədə qeydə alınır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən baxış keçirlən otaq süni işıqlandırma ilə işıqlandırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olan otaqlardan biridir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfinən aparılan videoçəkilişdən müəyyən edilir ki, otaqda təhqiqatçıdan sağ tərəfdə əyləşən şəxs şübhəli şəxsin müdafiəçisi X6, ortada duran şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və sol tərəfdə duran şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1dur. Video çəkilişin davamında təhqiqatçı X9 şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1(bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı onun əynində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd "Redmi" markalı mobil telefon, **********233109, **********434244 nömrəli bank kartları, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 40(qırx) AZN pul və 1(bir) ədəd açar aşkar olunaraq götürülür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartları götürülür, açar və pul sonuncuya geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan "Vüqar" adlı şəxsdən həmin qəsəbə ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, 077- ***-**-** və ***-***-**-** nömrəsini işlətdiyini, əlavə olaraq Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirir (cild 1, iş vərəqi 54). - DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə əks edilmiş şəxsi axtarış və görüntülər 29 iyul 2023-cü il tarixdə saat 18:00 dəqiqədə qeydə alınır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən baxış keçirilən ünvan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, döngə 1 ünvanıdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfinən aparılan videoçəkilişdən müəyyən edilir ki, həmin ünvandakı həyət evinin enli dəhlizində duran şəxslər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs, onun qardaşı Şahid3, Təqsirləndirilən şəxs müdafiəçisi X6, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1dur. Videoçəkilişin davamında təhqiqatçı baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin dəhlizdəki dəmir qapını açaraq qonaq otağına daxil olmaqla yataq otağına keçib oradakı çarpayının altında gizlətdiyi 1(bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni və 1(bir) ədəd elektron tərəzini təqdim edir. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan "Vüqar" adlı şəxsdən həmin qəsəbə ərazisində gizlədilən yerdən istifadə etmək məqsədi ilə əldə etdiyini, qardaşı Elman və digər şəxslərin onun həmin evdə narkotik vasitə saxlamağından xəbərsiz olduqlarını bildirdi (cild 1, iş vərəqi 53). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. ***-***-**-** saylı mobil telefon nömrəsinə 15 iyul 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixinədək olan müddət ərzində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və s. nömrələrdən zənglər olunmuşdur. 29 iyul 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı nömrə arasında mesajlaşmanın olduğu müəyyən olunmuşdur. Mesajın mətnində “indi bazda özün” “telefonu bloka ata bilərsən” sözləri yazılmışdır. 29 iyul 2023-cü il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatə dairəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Evrohome” ticarət mərkəzinin yaxınlığı olduğu aşkar olundu (cild 1, iş vərəqi 133-134). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 56-57). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefonun yaddaş kartına baxış keçirilmiş, baxış zamanı mobil telefonda ***-***-**-** və ***-***-**-** kart nömrələrinin olduğu aşkar olunmuş, həmin nömrələrdən ***-***-**-**, ***-***-**-**, 050- 59-54-58, ***-***-**-** və s. nömrələrə giriş-çıxış zənglərinin olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 91). - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə əlbir olan şəxsin şəxsiyyətinin və narkotik vasitənin əldə edilən mənbənin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 112). - Mahmudkənd İƏD üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd ərazisində olan zaman özünü nizam-intizamlı aparmış, kənddə yaşayanların hörmətini qazanmışdır. Pis vərdişləri yoxdur (cild 1, iş vərəqi 143). - ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 145-146). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5061 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 147-148). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,446 qram qram çəkidə narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə aparılmış şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,246 qram çəkidə narkotik vasitə heroin, bir ədəd elektron tərəzi saxlanılması üçün Binəqədi rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 149-156, 174). - cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinindən mənbə xüsusatı ilə bağlı ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 161-162). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində və yaşadığı evdə heç bir narkotik olmaması, polislərin onu döyməsi, daha sonra narkotiki boynuna götürməsini və çəkiliş zamanı narkotik bükümlərini cibindən və evdən çıxarıb onların öyrətdiyi sözləri deməsini tələb etmələri, onun da polislərin öyrətdiyi kimi deməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarın sağ cibindən 1 (bir) bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroini təqdim etmişdir. O, şifahi sorğu zamanı Binəqədi rayonunda yerləşən yaşadığı evdə də narkotik vasitə saxladığını, orada saxladığı narkotik vasitəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşaış evinə baxış keçirilmiş, baxış zamanı o, həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağının sağ tərəfində olan çarpayının altında gizlətdiyi bir bükümdə qəhvəyi rəngli narkotik vasitə heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olumuş narkotik vasitələri Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan “Vüqar” adlı şəxsdən həmin qəsəbə ərazisində gizlədilən yerdən istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Şəxsi axtarışın və baxışın nəticələrinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə ifadələr verərkən üzərindən və evdən aşkar edilmiş maddələrin ona məxsus olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun bədəni üzərində xəsarətlərin aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Səbail rayon prokurorluğundan məhkəməyə daxil olmuş 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlər edilməsi barədə təqsirləndirilən şəxsin qardaşı Şahid3 daxil olmuş ərizəsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs, onu saxlayan polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Həmin araşdırma nəticəsində Təqsirləndirilən şəxs və ailə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid3 və qardaşının həyat yoldaşı X3 polis əməkdaşlarının onların evində bir dəfə deyil, iki dəfə axtarış aparmaları, evdən çöldə dayanmış polislərin Təqsirləndirilən şəxs döydüklərini eşitdikləri barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotikin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların bükümlərə bükülməsini, ondan narkotiklərin satışında istifadə olunan elektron tərəzinin aşkar edildiyini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotiklərin əldə edilib saxlanması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Nağıyev X5 Rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumemə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 3 (üç) ay 5 (beş) gün vaxtından əvvəl şərti azad edilmişdir. Nağıyev X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə xx.xx.2023-cü il tarixdə törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumemə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəəssəsində çəkməsi qərara alınmışdır. Hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir (cild 1, iş vərəqi 105-108, 136-142). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Nağıyev X5 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmadığı üçün o, məhkumluğu olan şəxs hesab edilməlidir. Bununla yanaşı onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 31 iyul 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 80-84). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 29 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,246 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə aparılmış şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiaıllarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,246 qram çəkidə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə aparılmış şəxsi axtarış və baxışın gedişatını özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiaıllarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar