Məhkəmə qərarları › İş №1(101)-1071/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1071/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1071/2022 17.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Abşeron rayon Vəkil Bürosunun vəkili XN iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci, N34.4.1-ci və N34.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməmiş vaxtda və şəraitdə Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisindən külli miqdarda - 1043,3 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda - 5010 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - N000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən yaşadığı evə daşımış, yuxarıda qeyd edilən çəkidə psixotrop maddədən bir ədəd bükümdə 43,3 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədi ilə üzərində qanunsuz saxlamış, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 yanvar N0NN-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 09:00da Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 43,3 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmiş, daha sonra sonuncunun razılığı və iştirakı ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən evdə 14 yanvar N0NN-ci il tarixdə keçirilmiş baxış zamanı evin otağındakı masanın altında olan çantadan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib gizlətməklə saxladığı bir ədəd bükümdə ümumi təmiz çəkisi 1000 qram psixotrop maddə metamfetamin, 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1005 qram, 1005 qram, 1005 qram, 1000 qram, 995 qram - ümumi təmiz çəkisi 5010 qram narkotik vasitə heroin, 9 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri N05 qram, 170 qram, N65 qram, 145 qram, 50 qram, 190 qram, 180 qram, 315 qram, 480 qram - ümumi təmiz çəkisi N000 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən - yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.1-ci və N34.4.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, onun qaçaqmalçılıq cinayətinə heç bir aidiyyəti yoxdur, olmayıb və belə bir əməl törətməyib, qabaqcadan da kimləsə əlbir olub qrup şəklində hərəkət etməyib. Amma ittihamın digər hissəsində də özünü tam təqsirli bilir. O, özü aludəçisi olduğundan bir qayda olaraq metamfetamini yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Bu hal da mütəmadi olmamış, arabir istifadə etmişdir. O, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi əvvəllər orduda xidmət etmiş, ikinci Qarabağ müharibəsində iştirak etmiş, ağır yaralanmış, ölkə rəhbəri tərəfindən bir neçə medalla təltif olunmuşdur. Ağır yaralanmasından sonra səhhətinə görə ordudan tərxis olunmuşdur. Vaxtilə onunla bir yerdə xidmət etmiş zabit tanışı Orxan Nağıyevin vasitəsilə İran İslam Respublikasının vətəndaşı olduğu bildirilən Ramil adlı şəxslə qiyabi – telefon nömrələrini bir-birinə verməklə tanış olmuşdur. Ramilin həqiqətən İran vətəndaşı olub-olmamasını da dəqiq bilmir. X3 külli miqdarda narkotik vasitələrin satışına görə tutulmuşdur və bildiyinə görə hal-hazırda həbsdədir. Orxan tutulduqdan sonra İranlı kimi bildiyi Ramil dəfələrlə ona zəng vuraraq Azərbaycanda müxtəlif şəxslərə narkotik vasitə satdığını bildirmiş və istəsə ona da bu işdə iştirak edib pul qazanmağı təklif etmişdir. Danışığa görə bu işdə onun iştirakı yalnız Ramilin zəng edib ona Azərbaycan ərazisində bildirəcəyi yerdən narkotik vasitələri götürüb onun deyəcəyi başqa yerə və yerlərə qoymaqdan ibarət olmuşdur. Maddi vəziyyəti ağır olduğu üçün Ramil adlı tanımadığı şəxsin dəfələrlə zəngindən sonra onun təklifini qəbul etmişdir. Yəni, İranlı olduğu deyildiyi, əslində isə həqiqətən İranlı olub-olmadığını dəqiq bilmədiyi həmin şəxsin artıq Azərbaycan Respublikasının ərazisində olan, başqa-başqa yerlərə qoyulmuş narkotik vasitələrin və psixotrop maddələrin yerini deyilən qaydada dəyişdirməyə, deyilən yerlərdən götürüb tapşırılan yerlərə çatdırmaqla məşğul olmağa razılaşmışdır. Amma onun tapşırılan qaydada yerlərini dəyişdiyi narkotik vasitələrin və psixotrop maddələrin xaricdən nə vaxt, kimlər tərəfindən, hansı istiqamətdən, hansı üsullarla gətirilib qoyulduğundan, ümumiyyətlə xaricdən gətirilib-gətirilmədiyindən heç bir məlumatı və bu işdə hər hansı iştirakı olmamışdır. Özü narkotik vasitə və psixotrop maddə üçün müştəri axtarıb tapmamış, hansısa müştəri üçün Ramilə narkotik vasitə və psixotrop maddə sifariş etməmişdir. Tutulduğu günədək Ramilin tapşırığı ilə bir dəfə növünü və çəkisini bilmədiyi narkotik vasitələri və psixotrop maddələri bir yerdən götürüb başqa yerə qoymuşdur. Danışığa əsasən, Ramilin göstərişi ilə narkotik vasitələri və psixotrop maddələri sonuncunun dediyi yerdən götürmüş, daha sonra həmin maddələri müştərilərin götürə bilməsi üçün başqa yerlərə qoymaqla qoyduğu yerin şəklini çəkib Ramilə göndərmişdir. Ramil də yəqin ki, öz növbəsində həmin şəkilləri müştərilərinə göndərmiş, müştərilər də şəkil əsasında narkotik vasitələri və psixotrop maddələri deyilən yerlərdən götürmüşlər. Amma həmin müştərilərin kimlər olması barədə heç bir məlumatı yoxdur, heç bir müştərini görməmiş, nə də Ramil hər hansı müştərisi barədə ona bildirməmişdir. Amma ümumən belə başa düşmüşdür ki, Ramilin çoxsaylı müştəriləri və onun kimi narkotik vasitələrin və psixotrop maddələrin yerini dəyişən adamları vardır. Sonuncu dəfə tutulmamışdan bir neçə gün öncə Ramil onunla telefonla danışıb Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisində narkotik vasitə və psixotrop maddə qoyulduğunu demiş, onların qoyulduğu yerin şəklini ona atmış və həmin malları götürməsini tapşırmışdır. Yəni, ona zəng edilib deyilən vaxtda həmin narkotik vasitələr və psixotrop maddələr artıq Azərbaycan ərazisində - Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisində olmuşdur. Danışıqdan dərhal sonra atılan şəkil də məhz Mahmudlu kəndinin ərazisindəki yer olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisinə nə vaxt və kimlər tərəfindən, konkret hansı şəraitdə keçirilməsindən heç bir məlumatı yoxdur. Ramillə danışandan sonra Mahmudlu kəndinin ərazisinə gedib ona göndərilmiş şəkil əsasında narkotik vasitələri və psixotrop maddələri götürüb yaşadığı evə gətirmiş, sonra da onların bir hissəsini Ramilin tapşırığı əsasında aparıb ayrı-ayrı yerlərə qoyaraq hər bir yerin şəklini çəkib Ramilə göndərmişdir. Növbəti dəfə 14 yanvar N0NN-ci il tarixdə Ramil ona bir ədəd bükümdə metamfetamin hazırlayıb dediyi yerə qoymasını və daha sonra həmin yerin şəklini ona göndərməsini tapşırmışdır. O da Ramilin göndərdiyi maddələrdən bir bükümdə metamfetamin götürüb evdən çıxmışdır. Səhər saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada o, dəvət edilmiş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, gödəkçəsinin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar, sol yan cibindən iki ədəd açar, həmin şalvarın sağ arxa cibindəki pul qabının içindən N5 manat pul, iki ədəd plastik bank kartı və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilərək qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Mobil telefonlar, şəxsiyyət vəsiqəsi və bank kartları da götürülmüş, iki ədəd açar, N5 manat pul, içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan və pul qabı isə özünə qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar olunmuş psixotrop maddəni İran İslam Respublikası vətəndaşı kimi bildiyi Ramil adlı şəxsin tapşırığı ilə ünvan 3 ünvanlara qoyub əvəzində pul əldə edəcəyini, bundan əvvəl də qeyd olunan ərazidən gedib götürdüyü narkotik vasitələri deyilən ünvanlara çatdırdığını, bu işinin əvəzində Ramilin onun istifadəsində olan bank kartına 3500 manat pul göndərdiyini, narkotik vasitələrin satışına kömək etdiyinə görə ona verilmiş həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini, Ramillə onu əvvəllər birlikdə hərbi xidmətdə olduğu Orxan Nağıyevin tanış etdiyini, özünün də metamfetamin qəbul etdiyini bildirmişdir. Həm də suallara cavab olaraq qalan narkotik vasitələrin Binəqədi rayonunda yerləşən yaşadığı evdə olduğunu, onları təqdim edə biləcəyini bildirmişdir. Yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə yazılı ərizə vermişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, onunla tanış olub hər şey düzgün əks olunduğundan imzalamışdır. Bundan sonra o, vəkili və polis əməkdaşları ilə birlikdə Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. Həmin evin tək otağının sol tərəfindəki taxta masanın altında gizlətdiyi bir ədəd çantanı təqdim etmiş, çantanın içərisindən bir ədəd bükümdə metamfetamin, beş ədəd bükümdə heroin, doqquz ədəd bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və başqa qanunsuz heç nə aşkar olunmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, o da həmin protokolla tanış olub düzgün tərtib edildiyindən imzası ilə təsdiq etmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, ailəsinə yaşatdığı narahatlıqlara, problemlərə görə xəcalət çəkir. Məhkəmədən ancaq etdiyi əmələ görə cəzalandırılmasını, ona cəza təyin olunarkən qaçaqmalçılığa heç bir aidiyyətinin olmamasının, əməlindən səmimi peşman olmasının, cavan olmasının, ikinci Qarabağ müharibəsində iştirak edərək yaralanmasının, ölkə başçısı tərəfindən bir neçə medalla təltif olunmasının, ailəsinin ağır maddi vəziyyətdə olmasının və himayəsində körpə uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 13 yanvar N0NN-ci il tarixdə xidmət etdiyi idarəyə Siyəzən şəhərində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilmiş, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 13 yanvar N0NN-ci il tarixli qərar qəbul edilmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları - əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili ŞahidN və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsinə yollanmışlar. 14 yanvar N0NN-ci il tarixdə saat 09:00 radələrində İzlivnoy küçəsində yerləşən nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxsi müəyyən edib saxlamışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsin Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş, onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq təqdim olunmuşdur. Təqsirləndirilən şəxs vəkili qəbul etdikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışının keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar, sol yan cibindən iki ədəd açar, həmin şalvarın sağ arxa cibindəki pul qabının içindən N5 manat pul, iki ədəd plastik bank kartı və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, digər iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, şəxsiyyət vəsiqəsi və bank kartları götürülmüş, iki ədəd açar, N5 manat pul, siqaret qutusu, bir ədəd alışqan və pul qabı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olumuş psixotrop maddəni iranlı kimi bildiyi Ramil adlı şəxsin deməsi əsasında Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisindən gedib götürdüyünü, Ramilin tapşırığı ilə onu müxtəlif ünvanlara ünvanlara çatdırıb bunun əvəzində Ramildən pul alacağını etiraf etmişdir. Həmçinin bildirmişdir ki, bundan əvvəl də bir dəfə eyni qaydada qabaqcadan gizlədilmiş yerdən gedib narkotik vasitələri götürərək Ramilin dediyi ünvanlara aparıb qoymuş, bu işin də əvəzində zəhmət haqqı kimi Ramil onun istifadəsində olan bank kartına 3500 manat pul göndərmişdir. Həmin pulları da özünün şəxsi ehtiyaclarına xərcləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Ramili onunla telefon vasitəsilə əvvəllər onunla eyni hərbi hissədə xidmət etmiş Orxan Nağıyevin tanış etdiyini, özünün də metamfetamindən istifadə etdiyini, hazırda Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxladığını, orada saxladığı maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, hamı tanış olmuş və hər şey düzgün əks olunduğundan hər kəs tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı ünvanda baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsindəki nömrəsiz fərdi evə yollanmışlar. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, sonuncu da buna etiraz etməmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs baxışın keçirilməsi barədə qərarla tanış edilmişdir. Sonra videoçəkilişdən istifadə edilməklə mənzilə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin tək otağının sol tərəfindəki taxta konstruksiyalı masanın altında gizlətdiyi bir ədəd çantanı təqdim etmişdir. Həmin çantanın içərisindən bir bükümdə ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddələr, beş bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələr, doqquz bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Sonra aşkar olunmuş predmetlər tərəzidə çəkilmiş, qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla imzalanmış, möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya, yaxud predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitə və psixotrop maddələri iranlı kimi bildiyi Ramil adlı şəxsin deməsi ilə Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisində gizlədilən yerdən gedib götürdüyünü, həmin narkotik vasitə və psixotrop maddələri Ramilin telefonla sonradan deyəcəyi ünvanlara aparıb atmalı olduğunu bildirmişdir. Mənzildə əlverişli şərait olmadığından Baş İdarəyə qayıtdıqdan sonra mənzilə baxış keçirilməsinin gedişinə və nəticələrinə dair protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Keçirilən tədbirlər zamanı Təqsirləndirilən şəxs onda aşkar olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddələri Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisində qabaqcadan gizlədilmiş yerdən gedib götürdüyü, Təqsirləndirilən şəxs işinin kuryer kimi narkotik vasitələri və psixotrop maddələri satış prosesində ona deyilən yerlərə çatdırmaqdan ibarət olması müəyyənləşdirilmişdir. İranlı olması bildirilən Ramil adlı şəxs barəsində isə məhz Təqsirləndirilən şəxs özünün bildirməsi əsasında məlumat almışlar. Aşkar edilmiş həmin narkotik vasitələrin və psixotrop maddələrin konkret olaraq kimlər tərəfindən, hansı vaxtda və şəraitdə, hansı üsulla qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsi ilə bağlı məlumata malik deyildir. O cümlədən Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsində hər hansı iştirakı barədə məlumatlar əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları ŞahidN və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 14 yanvar N0NN-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin prosessual hərəkət zamanı videoçəkiliş aparılaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 30-33). Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 14 yanvar N0NN-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək həmin mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin tək otağındakı masanın altında olan çantanı təqdim etmişdir. Həmin çantanın içindən bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, beş bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, doqquz bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin prosessual hərəkət zamanı videoçəkiliş aparılaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 36-38). Məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar N0NN-ci il tarixli 7/41 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş səkkiz ədəd şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri N05 qram, 170 qram, N65 qram, 145 qram, 50 qram, 190 qram, 180 qram, 315 qram və bir ədəd qara rəngli sellofan bükülüdə təmiz çəkisi 480 qram bitki mənşəli kütlələr, tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi N000 qramdır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 1999,8N qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-50). Məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar N0NN-ci il tarixli 6/N55 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 43,300 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” yazısı və imzalar olan göy rəngli idman çantasındakı beş ədəd bağlamada ümumi təmiz çəkisi 5010 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bağlamada təmiz çəkisi 1000 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 1043,3 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir. N8 iyun N005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in İ siyahsına daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 5009,75 qram, metamfetaminin qalıq çəkisi 43,N00 qram və 999,8 qram təşkil etmişdir (cild 1, iş vərəqə 5N-58). Diskə baxış keçirilməsi haqqında N1 fevral N0NN-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə istifadəçisi N1 avqust N0NN-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Usaqlarnan gelem N ot birde kaki 10 manatda pul” məzmunlu mesajı göndərmişdir (cild 1, iş vərəqə 147). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 aprel N0NN-ci il tarixli 1579 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 161-16N). Siyəzən rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 0N mart N0NN-ci il tarixl N4 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir yazılı və ya şifahi şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 151). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 dekabr N018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 159). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqə 153). Cinayət işinin materiallarına əlavə edilmiş İ-N4748 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli N711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqə 155-156). Cinayət işinin materiallarına əlavə edilmiş İ-19186 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli N71N nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqə 157-158). Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N0 noyabr N0N1-ci il tarixli 015 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır (cild 1, iş vərəqə 160). Cinayət işinin materiallarına əlavə edilmiş Silahli Qüvvələrin Baş Klinik Hospitalının 7673 nömrəli çıxarış epikrizindən görünür ki, N saylı hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs N3 noyabr N0N0-ci il tarixdə hospitala daxil olmuş və Füzuli istiqamətində gedən döyüşlər zamanı qumbaraatan partlaması nəticəsində sol tərəfli kəskin xarici diffuz, partlayış travması, ənsə nahiyyəsindən metal qəlpənin xaric edilməsi əməliyyatından sonra bərkimiş dəri çapığı, partlayış travmasından sonrakı kranialgiya, çoxsaylı karies xəsarətləri almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının N1 fevral N0N1-ci il tarixli, 1885 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 144). Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 15 aprel N0N1-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N06.3.N, N34.4.1-ci və N34.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 180- 181). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 135-136). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı Ramil adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Ramil adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində gizlətməklə saxladıqları külli miqdarda 1043,3 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda 5010 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda N000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən yaşadığı evə qanunsuz daşımışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, bu əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.1-ci və N34.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “... aralarında olan cinayətkar razılaşmaya əsasən Ramil adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində gizlətməklə saxladıqları» külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələri həmin yerdən götürmüşdür. Yəni, irəli sürülmüş ittihamın özünün məzmununda birmənalı olaraq təsbit olunmuş mövqe ondan ibarətdir ki, külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilib Cəbrayıl rayonunu Mahmudlu kəndi ərazisində gizlədilmişdir. Qaçaqmalçılıq cinayəti törədilib başa çatdırıldıqdan sonra onların gizlədildikləri yer barədə Təqsirləndirilən şəxs məlumat verilmiş və sonuncu da həmin yerə gedib onları qanunsuz əldə edərək daşımış və saxlamışdır. Göründüyü kimi, narkotik vasitəni Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisinə bilavasitə gətirib konkret yerə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən və ya yerlərdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir, onun həmin əməli törətməsi barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.3-cü maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1). Təhqiqat orqanın topladığı ilkin materiallarda olan bütün dəlillər də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat ətrafında cəmlənmişdir (cild 1, iş vərəqə 5-11). Yəni, qaçaqmalçılıq cinayəti ilə bağlı hər hansı məlumat olmamışdır və külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Cəbrayıl rayonunun Mahmudlu kəndi ərazisindən əldə olunması, onların həmin yerə qabaqcadan iranlı olması ehtimal edilən Ramil adlı şəxs tərəfindən yerləşdirilib gizlədilməsi barədə bütövlükdə cinayət işində olan məlumatlar yalnız Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin məhz N34.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə N0-N1) və eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 79-80). Təqsirləndirilən şəxs qismində dindirilərkən də Təqsirləndirilən şəxs özünü ona Cinayət Məcəlləsinin N34.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək etirafedici ifadə vermişdir (cild 1, iş vərəqə 85-88). İbtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığında digər məqamlarla yanaşı, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin yoxlanılması, müsbət halda əvvəllər narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsi hallarının müəyyən olunması istiqamətində əmliyyataxtarış tədbirlərinin keçirilməsi də həvalə olunmuşdur (cild 1, iş vərəqə 114-115). Həmin əməliyyat tapşırığına verilmiş cavabda bildirilmişdir ki, keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, ondan aşkar edilən narkotik vasitələri və psixotrop maddələri də satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması aşkar edilmiş, amma onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin, onların əldə edilməsi mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 143). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yuxarıda qeyd olunan ittiham üzrə nəticəyə gələrkən məhkəmə xüsusi vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin NN3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında əsaslandırılmış qərar çıxarılmalı, həmin qərarda həm də cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi göstərilməklə ittihamın mahiyyəti, cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilməlidir. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında 16 aprel N0NN-ci il tarixli qərarda isə ona ittiham elan olunarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N,5, N06.3.N-ci maddəsinə münasibətdə bu zəruri əlamətlərin heç biri əksini tapmamış, ümumi fikir şəklində onun «qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Ramil” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməsi, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Ramil” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində gizlətməklə saxladıqları külli miqdarda 1043,3 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda 5010 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda N000 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq qəsəbəsi, İzlivnoy küçəsində yerləşən yaşadığı evə qanunsuz daşıması» göstərilmişdir. Təqsirlindirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında bu qərarın bilavasitə özündən də göründüyü kimi, təqsirləndirilən şəxsin törədilməsində iştirak etdiyi israr edilən qaçaqmalçılıq cinayətinin kim tərəfindən və nə vaxt törədilməsi, cinayətin törədildiyi yer, onun törədilmə üsulu ümumiyyətlə müəyyən edilməmişdir. Şəxsə qarşı ittiham irəli sürülərkən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən məhz hansının törədildiyi müəyyənləşdirilməmiş, hətta təqsirlindirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın özündə belə qeyri-müəyyənlik birbaşa əks etdirilərək narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən yalnız ehtimal edilə bilinəcək üsulla - «gömrük nəzarətindən kənar və ya ondan gizli» keçirildiyi göstərilmişdir. Yəni, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hansının törədilməsi müəyyən olunmamış, alternativ hərəkətlər məcmusu halında qeyri-müəyyən ittiham formalaşdırılmışdır. Qaçaqmalçılıq cinayətinin nə vaxt və kim (kimlər) tərəfindən törədilməsi ilə bağlı isə ümumiyyətlə heç bir məlumat yoxdur. Şərh olunan hallar “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0N iyun N016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmır və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən «gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi»nin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətməsinə dair Cinayət-Prosessual Məcəllənin NN3-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 6 may N0NN-ci il tarixli qərarında ifadə edilmiş qəti hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.N-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti ilə bağlı obyektiv cəhəti təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməməsi işin mübahisəsiz halıdır. Bununla belə, təqsirləndirilən şəxsin əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı hər hansı sübut olmadığı bir halda ona ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.N-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 3N-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Amma bu halda da Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində «qabaqcadan vəd etməklə köməklik göstərməsi»nin hansı hərəkətlərlə ifadə olunması barədə hər hansı sübut mövcud deyildir. Bununla belə, ibtidai istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə ittiham elan olunmasını əsaslandırmağa cəhd etmiş, cinayətin icraçısı ilə bağlı cinayət qanununun müddəalarını şərh edərək Təqsirləndirilən şəxs həqiqətən cinayətin obyektiv cəhətini bilavasitə icra etmədiyini, narkotik vasitələri və psixotrop maddələri sərhəddən keçirmədiyini, bu barədə ibtidai istintaq zamanı ümumiyyətlə sübutlar əldə edilmədiyini vurğulamışdır. Amma həm də göstərmişdir ki, «Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəraitdə dövlət sərhədindən keçirilmiş narkotik vasitələri və psixotrop maddələri qabaqcadan vəd verməklə müəyyən edilmiş yerdən götürmüş və onların satışını həyata keçirmişdir.» İbtidai istintaq orqanının əsassız qənaətinə görə Təqsirləndirilən şəxs məhz buna görə də Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir (cild 1, iş vərəqə 17N). Məhkəmə iş üzrə diqqət çəkən bir məqamı da vurğulayır ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olarkən özünü Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək ona elan edilmiş ittihamdan bu maddənin çıxarılmasını xahiş etmişdir. Eyni vəsatətlə müdafiəçisi də çıxış etmiş və materiallarla tanış olduqdan sonra müdafiəçi bununla bağlı ayrıca yazılı vəsatət də təqdim etmişdir. İbtidai istintaq orqanı həmin vəsatətlərin rədd edilməsi barədə qərar qəbul etmişdir (cild 1, iş vərəqə N06-N13). Bununla belə, ittiham aktında sübutları şərh edərkən müstəntiq tərəfindən təqsirləndirilən şəxsin özünü Cinayət Məcəlləsinin N34.4.3-cü maddəsi ilə tam təqsirli bildiyi vurğulanmış, ümumiyyətlə ittihamın digər hissələrinə hər hansı münasibət bildirilmədən, təqsirləndirilən şəxsə yalnız Cinayət Məcəlləsinin N34.4.3-cü maddəsi ilə ittiham olunubmuş kimi həmin etiraf ifadəsi şərh olunmuş, ittiham aktında təqsirləndirilən şəxsin əslində özünü yekunda Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə təqsirli bilməməsinə dair israrına ümumiyyətlə toxunulmamış, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin N89.3.3-cü maddəsinin tələbi baxımından təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayəti ilə bağlı mövqeyinə heç bir münasibət bildirilməmişdir. Digər tərəfdən, bütövlükdə iş üzrə ittiham aktında istinad edilən bütün sübutlar məcmusu – təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər isə Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildiyinə dəlalət edən hər hansı məlumat yükü daşımır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən «Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.» Sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunan qaydalara görə: «145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.N. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.» Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 4N.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 4N.N.4-cü maddəsinə əsasən həmin Məcəllənin 4N.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 1N5-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin N1.N-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.N-ci maddəsinə əsasən, həmin məcəllənin 4N.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4N.1.4-cü və 4N.N.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.1-ci və N34.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin N8.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının N5 iyun N005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart N011-ci il tarixli N №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.N-ci və N34.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin N-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.N-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.1-ci və N34.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.1-ci və N34.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.N-ci maddəsinə əsasən özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən N-ci Qarabağ müharibəsində iştirak etməsini və Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmasını,, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.N). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar N0NN-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 yanvar N0NN-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 yanvar N0NN-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə N1, 100-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 yanvar N0NN-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.N-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.N-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 13N.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 13N.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 13N.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1999,8N qram təşkil edən qurudulmuş marixuana, 5009,75 qram təşkil edən heroin və 1043 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 0N ədəd disk və “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 0N ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.N1) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47, 53, NN7). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.N005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.N006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.N016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.N011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.N0N1-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 4N.1, 4N.1.4, 346-347, 349-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N34.4.1-ci və N34.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 yanvar N0NN-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.5, N06.3.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1999,8N qram təşkil edən qurudulmuş marixuana, 5009,75 qram təşkil edən heroin və 1043 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 0N ədəd disk və “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 0N ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan N0 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar