Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1071/2023 14.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağma ağır zərər vurulmasına səbəb olmuş və idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 00:13-də etibarnamə olmadan idarə etdiyi X4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan "Honda Civic” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmayan piyada keçidində keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı olduğu halda, həmin tələblərə riayət etməyərək, H.Seyidzadə küçəsi 127V saylı ünvanın qarşısına düşən yol hissəsində öz hərəkət istiqamətinə nəzərən piyada keçidi ilə yolu sağdan sola keçən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol ön hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan İİ dərəcə travmatik şokla müşayiət olunan sol baldır sümüklərinin orta 1/3-nin açıq, çoxqəlpəli, sağ bazu sümüyünün orta-aşağı 1/3-nin, qapalı, çoxqəlpəli, yerdəyişmiş sınıqları, sağ mil sinirinin zədələnməsi, sağ qasıq, oturaq sümüklərinin yerdəyişmiş qapalı sınıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa "Honda Civic" markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yolnəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım" maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələblərə riayət etməyərək yol hərəkəti qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 531,076 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 13:30-da ünvan 2 ünvanın qarşısında olan zaman 06 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi yerindən qaçması və üzərində narkotik vasitə saxlamasında şübhəli bilindiyi üçün Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindəki plastik qabın içərisindən 19 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,877 qram, 0,904 qram, 0,896 qram, 0,842 qram, 0,845 qram, 0,731 qram, 0,823 qram, 0,774 qram, 0,357 qram, 0,775 qram, 0,248 qram, 0,388 qram, 0,362 qram, 0,415 qram, 0,378 qram, 0,362 qram, 0,363 qram, 0,386 qram, 0,350 qram və gödəkçənin sağ qoltuqaltı hissəsindən 01 bükümdə 520,0 qram olmaqla ümumi təmiz çəkisi 531,076 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və əynində olan şalvarın arxa sağ cibindən narkotik vasitələrin satışında istifadə elmək məqsədilə əldə etdiyi, üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq gölürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 263.1-1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, hadisə günü Bakı şəhəri, 9-cu mikrorayon ərazisində, “Tərlan” şadlıq sarayından 4-cü mikrorayon dairəsinə gedən yolda “Honda Civic” markalı avtomobili idarə edən zaman telefonuna zəng gəlmiş, gələn zəngə baxmağı ilə qəzanın baş verməsi eyni anda olmuşdur. Həmin zaman avtomobildə o, tək olmuşdur. Maşını saxlamış, lakin ətrafda olan piyadalar səs-küy saldığı üçün qorxub hadisə yerindən qaçmışdır. Əməlindən peşmandır. Narkotik vasitə ilə bağlı onu deyə bilər ki, o, narkotik vasitə istifadəçisi olmuş, lakin satışı ilə məşğul olmamışdır. Onda ittihamda göstərilən qədər külli miqdarda narkotik vasitə olmamışdır. Polislər törətdiyi avtomobil qəzası ilə bağlı onu aparmaq üçün evinə gəldikləri zaman stolun üstündə istifadə etdiyi miqdarda, təxminən 1 qram narkotik vasitə heroin olmuşdur. Polislər onun narkotik vasitə istifadəçisi olduğunu görüb külli miqdarda narkotik vasitəni boynuna qoymuşlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, hadisə zamanı o, avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmiş, maşını idarə edərkən heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxsi maşının sol hissəsi ilə vurmuş, zərərçəkmiş şəxsi vurduqdan sonra maşını bir neçə saniyəlik saxlamış, lakin ətrafda olan insanların qışqırmasından, səs-küylərindən qorxaraq hadisə yerindən qaçmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki o, 06 sentyabr 2022-ci il tarixdə gecə saat 1 radələrində yaşadığı 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsindən çıxaraq məhəlləyə düşüb avtomobil yolunun əks tərəfində olan marketə getmiş, marketdə lazım olan ərzaqları alıb evə qayıdan zaman “Avtoş dönər”lə üzbəüz olan hissədən piyada keçidi ilə avtomobil yolunu keçməyə başlamışdır. Avtomobil yolunun orta hissəsini keçdiyi vaxt sağ tərəfdən üzü 4-cü mikrorayon dairəsinə doğru yüksək sürətlə hərəkət edən markasını və nömrə nişanını görmədiyi avtomobil ön hissəsi ilə onu vurmuş, zərbənin təsirindən avtomobil onu tullayaraq asfalt üzərinə çırpmışdır. Hadisə yerinə ətrafdan toplaşan şəxslər təcili tibbi yardım avtomobili çağırıb onu xəstəxanaya çatdırmışlar. Hadisəni törədən sürücü onu vurduqdan sonra hadisə yerindən qaçmış, ona heç bir köməklik göstərməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, o, hadisə vaxtı hava açıq olmuş, sürücünün onu görmək imkanı olmuş, maşın çox sürətlə hərəkətdə olmuşdur. Maşının sürücü tərəfi ilə vurulmuş, sürücü ona heç bir yardım göstərməmiş, sonradan heç hadisə yerinə də gəlməmişdir. O, təqsirləndirilən şəxslə barışır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş, həmçinin özü tərtib etdiyi ərizələr təqdim edərək ona dəymiş ziyanın tamamilə ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, səhv etmirsə 2022-ci ilin sentyabr ayının 6-da, bir nəfər şəxsin nəqliyyat vasitəsini idarə edərkən piyadanı vurması və hadisə yerindən qaçması barədə əməliyyat məlumatı daxil olmuşdur. Müşahidə kameraları vasitəsilə hadisəni izləyərək qəza törədilən maşını Mir Cəlal küçəsində tapmışlar. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Təqsirləndirilən şəxs elə Mir Cəlal küçəsi ərazisində yaxalayıb, üzərinə baxış keçirilərkən üzərindən təxminən 15-16 büküm narkotik vasitəyə bənzər qanunsuz maddə aşkarlanmışdır. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində videoçəkiliş vasitəsilə saxlanılanın üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkarlanan maddələrin narkotik vasitə olduğunu etiraf etmiş, narkotik vasitələri tanımadığı şəxsdən aldığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs yaxalayan zaman üzərinə dərhal baxış keçirilmiş, aşkarlanan narkotik vasitə təxminən 500 qrama yaxın olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin əşyanın narkotik vasitə olduğunu demişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı dindirilərkən verdiyi ifadə arasında təqsirləndirilən şəxsin üzərinə şəxsin axtarışın keçirilmə yerinə dair ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs görmüşlər və sonuncuya yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs barəsində yol-nəqliyyat hadisəsi törətməklə hadisə yerindən qaçmasında və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs 19-cu Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin təmin edilməsi ilə bağlı rəhbərliyə raportla müraciət olunmuşdur. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd dördkünc plastik qabı çıxarıb təqdim etmiş, həmin plastik qabın içərisində 19 ədəd bükümdə narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Həmçinin əynində olan gödəkçənin sağ qoltuqaltı hissəsindən bir ədəd bükümdə narkotik vasitə heroini, qara rəngli şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzini və əlində olan çantadakı 2 ədəd mobil telefonu təqdim etmişdir (cild 1, səhifə 194- 197). İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra Şahid2 Təqsirləndirilən şəxs yaxalayan zaman dərhal üzərinə baxış keçirilməsini, sonuncudan narkotik vasitəyə bənzər 15-16 büküm maddə aşkar olunduğunu, aşkarladıqları bükümləri Təqsirləndirilən şəxs özünə verdikləri və sonuncunu polis şöbəsinə aparıb orada videoçəkiliş vasitəsilə üzərinə yenidən baxış keçirildiyini bir daha təkrar etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının əvvəlində bir nəfər şəxsin nəqliyyat vasitəsini idarə edərkən piyadanı vurması və hadisə yerindən qaçması barədə məlumat daxil olmuşdur. Müşahidə kameraları vasitəsilə hadisəni izləyərək qəza törədilən maşını Mir Cəlal küçəsində tapmışlar. Daha sonra şəxsin şəxsiyyəti müəyyən edilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Təqsirləndirilən şəxs elə Mir Cəlal küçəsi ərazisində yaxalamışlar və 19-cu Polis bölməsinə gətirmişlər. Üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən, gödəkçənin cibindən narkotik vasitəyə bənzər maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan maddələrin narkotik vasitə olduğunu etiraf etmiş və narkotik vasitələri tanımadığı şəxsdən aldığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməmiş, sonuncu, polis bölməsinə gətirdikdən sonra onun üzərindən narkotik vasitə aşkarlanmış, narkotiki öz istifadəsi üçün İran vətəndaşından aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təzyiqin şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən nə aşkarlanmışdırsa, hamısı qablaşdırılıb götürülmüş, üzərinə heç kim heç nə qoymamışdır. Bir daha bildirir ki, saxlanılanın üzərinə bölmədə baxış keçirilmişdir. Digər polis əməkdaşı olan Şahid2 niyə hadisə yerində baxış keçirməsini deməsinin səbəbini bilmir, ola bilsin ki, yadından çıxmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 879 saylı raportdan görünür ki, həmin tarixdə saat 00:46 radələrində DİN 102 Xidmətindən daxil olmuş məlumatda naməlum avtomobilin Müstafayeva Zümrüd adlı qadını vuraraq hadisə yerindən uzaqlaşdığı bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanının qarşısıdır. Yol asfalt-beton örtüklüdür, örtüyün vəziyyəti qurudur. Avtomobil piyada zolağı ilə keçən piyadanı qabaq ön hissəsi ilə vurmuş, piyada zərbənin təsirindən qarşı əks hərəkət zolağına düşmüş, piyadanın düşmə yeri vurulduğu yerdən 9 metr məsafədədir. Düşmə yerinin ətrafında qana bənzər ləkələr aşkar olunmuşdur (cild 1, iş vərəqi 5-11). İşdə olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının qarşısında piyada X2 xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs törətmişir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, “Honda Civic” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol ön alın şüşəsi sınmış vəziyyətdədir, kapotun sol tərəfi isə deformasiyaya uğramışdır (cild 1, iş vərəqi 24-26). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur (iş vərəqi 30). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq 19-cu Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd dördkünc plastik qabdan 19 ədəd bükümdə, gödəkçənin sağ qoltuqaltı hissəsindən 1 ədəd bükümdə narkotik vasitə heroin, qara rəngli şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs sellofanda olan bükülülərin içərisində “kakos” deyilən narkotik maddə olduğunu bildirmiş, onları Həsən adlı İran vətəndaşından aldığını, satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra həmin kütlələr müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 76-80). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4871 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №187” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd olunmuş bir ədəd kağız paketdə 20 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 520,0 qram, 0,877 qram, 0,904 qram, 0,896 qram, 0,842 qram, 0,845 qram, 0,731 qram, 0,823 qram, 0,774 qram, 0,357 qram, 0,775 qram, 0,248 qram, 0,388 qram, 0,362 qram, 0,415 qram, 0,378 qram, 0,362 qram, 0,363 qram, 0,386 qram, 0,350 qram, ümumi təmiz çəkisi 531,076 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd maddə izləri olan tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 87-92). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, ********* saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur (cild 1, iş vərəqi 143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6994 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 144-145). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3079 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 146- 147). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, "Honda Civic” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə etmək səlahiyyətini Şahid3 etibar etmişdir, etibarnamənin müddəti xx.xx.2024-cü il tarixə qədərdir (cild 1, iş vərəqi 185-186). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, raportundan və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı qüvvədə olan sürücülük vəsiqəsi vardır. Sürücülük vəsiqəsi ona xx.xx.2021-ci il tarixdə on il müddətinə verilmişdir (cild 1, iş vərəqi 191-193). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/94 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Honda Civic” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir (cild 1, iş vərəqi 200-202). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 177 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər İİ dərəcə travmatik şokla müşayiət olunan sol baldır sümüklərinin orta 1/3-nin açıq, çoxqəlpəli, sağ bazu sümüyünün orta-aşağı 1/3-nin qapalı, çoxqəlpəli, yerdəyişmiş sınıqları, sağ mil sinirinin zədələnməsi, sağ qasıq, oturaq sümüklərinin yerdəyişmiş qapalı sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (cild 1, iş vərəqi 205-209). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş mobil telefonlardan biri “Redmi” markalı olmaqla mobil telefon deformasiyaya uğramışdır və işlək vəziyyətdə deyil. Digər 2 ədəd mobil telefon “Nokia” markalı olmaqla mobil telefonların qarşısı üzərində rəqəmlər və hərflər əks olunmuş düymələrdən və kiçik ekrandan ibarətdir. Həmin mobil telefonlar işə salınıb mobil telefonların daxil olan və çıxan zənglər, o cümlədən SMS qutularına baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Digər dördüncü mobil telefon isə “LG Q6” markalı olmaqla mobil telefonun qarşı hissəsi sensorlu ekrandan ibarətdir. Ekranın sol yuxarı hissəsində kamerası vardır, ekranın üzərində olan qoruyucusu çatlamış vəziyyətdədir, aşağı orta hissəsində “LG” yazılmışdır. Mobil telefonun arxa hissəsi boz rəngindədir, yuxarı orta hissəsi yanmış vəziyyətdədir, yuxarı sol tərəfindən kamerası vardır, aşağı sol tərəfində isə səs gücləndiricisi yerləşir. Mobil telefon işə salınıb menyusuna baxıldıqda “Whatsapp” mobil tətbiqlərinin istifadə vaxtı keçdiyi üçün onlara daxil olmaq mümkün olmadı. Mobil telefonun “Qalereya” bölməsinə daxil olduqda orada çoxlu sayda elektron tərəzi üzərində narkotik vasitə heroinə bənzər maddələrin fotoşəkilləri, həmçinin videogörüntüləri, o cümlədən narkotik vasitələrin satışı ilə bağlı narkotik vasitələrin şəhər ərazisində qoyulan yerlərin işarələnmiş fotoşəkilləri aşkar olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs fotoşəkillər və videogörünlülər ilə bağlı bildirdi ki, fotoşəkillərdə və videogörüntülərdə olan elektron tərəzi üzərindəki maddələr həqiqətən də narkotik vasitə heroindır, həmçinin işarələnmiş fotoşəkillər narkotik vasitə satdığı şəxslərə göndərdiyi narkotik vasitəni qoyduğu yerin fotoşəkilləridir, həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olmuşdur (cild 1, iş vərəqi 210). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı bir ədəd disk istifadədə olan kompüterin diskovoduna daxil olunub açıldıqda içərisində 5 ədəd TŞ3-O2O-1, TŞ3-O2O- 2, TŞ3-151-1, TŞ3-151-2, TŞ3-151-3 adlı videofaylların olması müəyyən olundu, videofaylların hər birinə baxıldıqda məlum oldu ki, TŞ3-151-2 adlı faylda olan videogörüntüdə təhlükəsizlik şəhər kamerasında olan görüntülər əks olunmuşdur. Həmin görüntüdə saat 00:14:00-da “Honda Civic” markalı avtomobilin avtomobil yolu ilə gəlməsi və avtomobilin sol ön şüşəsinin zədələnmiş vəziyyətdə olması müşahidə olunur. Həmin vaxt avtomobilin arxasından bir neçə metr arxada yolun sol istiqamətində avtomobillərin və çoxlu sayda insanların toplaşdığı müşahidə olunur. TŞ3-151-3 adlı faylda olan videogörüntüdə təhlükəsizlik şəhər kamerasında olan görüntülər əks olunmuşdur. Həmin videogörüntüdə saat 00:14:09-da “Honda Civic” markalı avtomobilin gələrək avtomobil yolundan sağa məhəllələr arasında daxil olması, lakin qarşıdan avtomobil gəldiyi üçün həmin istiqamətə gedə bilməyib geri qayıdaraq yoluna davam etməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntülərdə olan “Honda Civic” markalı ön şüşəsi zədələnmiş avtomobili o, idarə etmiş, ifadəsində göstərdiyi kimi həmin vaxt yolu keçən piyadanı vurub hadisə yerində qaçmış və gizlənmək üçün məhələlərin arasına girmək istəmiş, lakin avtomobil gəldiyi üçün girə bilməyib yoluna davam etmişdir (cild 1, iş vərəqi 211). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 171). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 131). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 531,076 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, “LG Q6” markalı mobil telefon, **-CN-*** dövlət qeydiyyat nişanlı, “Honda Civic” markalı avtomobil iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 530,676 qram heroin, 01 ədəd elektron tərəzi və 01 ədəd “LG Q6” markalı mobil telefon saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmişdir. **-CN-*** dövlət qeydiyyat nişanlı, “Honda Civic” markalı avtomobil duracaqda saxlanılır (cild 1, iş vərəqi 213-230). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin cinayət işindən İran vətəndaşı Həsən adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 232-233). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 263.1-1 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olması, narkotiklərin satışı ilə məşğul olmaması, onda ittihamda göstərilən qədər külli miqdarda narkotik vasitə olmaması, polislərin, törətdiyi avtomobil qəzası ilə bağlı onu aparmaq üçün evinə gəldikləri zaman stolun üstündə istifadə etdiyi miqdarda, təxminən 1 qram narkotik vasitə heroin olması, polislərin onun narkotik vasitə istifadəçisi olduğunu görüb külli miqdarda narkotik vasitəni boynuna qoymaları barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o, tutulmuş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan gödəkçənin yan cibindən bir ədəd dördkünc plastik qabdan 19 ədəd bükümdə, gödəkçənin sağ qoltuqaltı hissəsindən 1 ədəd bükümdə narkotik vasitə heroin, qara rəngli şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddələri Həsən adlı İran vətəndaşından aldığını, satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəməyə narkotik vasitə istifadəçisi olduğunu, 15-20 gündür ki, narkotiklərin satışı ilə məşğul olduğunu etiraf etmiş və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən əlavə narkotiklərin onun boynuna qoyulması inandırıcı deyildir və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Şahid2 təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs yaxalayan zaman üzərinə dərhal baxış keçirilməsi, saxlanılanın üzərindən narkotik vasitə aşkar edilməsi, polislər tərəfindən narkotiklərin saxlanılana qaytarılması və polis bölməsində yenidən onun üzrərinə axtarış keçirilərək narkotiklərin aşkar edilməsi barədə məhkəmədə verdiyi ifadəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs yaxalanan zaman üzərinə dərhal baxış keçirilməsi barədə hər hansı məlumat mövcud deyildir. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış ünvan 5 ünvanda yerləşən Nəsimi rayon Poilis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasında aparılmışdır. Həmin protokolda saxlanılan Təqsirləndirilən şəxs hüquqları geniş izah olunmuş, sonuncu bundan əvvəl üzərində hər hansı axtarışın olması barədə heç nə bildirməmişdir. Bundan başqa Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində də Təqsirləndirilən şəxs üzərinə axtarışın polis şöbəsində aparıldığını bildirmiş, sonuncunun üzərinə bundan qabaq hər hansı axtarış keçirilməsi barədə məlumat verməmişdir. İş üzrə məhkəmədə dindirilmiş digər polis əməkdaşı - Şahid1 saxlanılanın üzərinə axtarışın bir dəfə və polis bölməsində keçirildiyini qeyd etmiş, Şahid2 niyə hadisə yerində baxış keçirməsini deməsinin səbəbini sonuncunun yadından çıxmasının mümkünlüyü ilə izah etmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsi ilə bağlı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini cinayət işinin digər materialları ilə tam uzlaşdığından daha düzgün hesab edir və bu hissədə həmin ifadəni sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların çoxlu sayda bükümlərə bükülməsini, üzərindən narkotiklərin çəkilməsində istifadə olunan elektron tərəzinin aşkar edilməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsilə ittiham üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata qismən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinin tələbinə görə başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın bir hissəsi Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə bağlı olduğundan, o, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca məhkəmə aktı ilə). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda yol nəqliyyat hadisəsi yerindən qaçması, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun Cinayət Məcəlləsinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını və əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 264-cü maddəsinin sanksiyasında 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 (iki) ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 09 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 52, 118-121, 164- 166). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 07 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 530,676 qram heroin, 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd “LG Q6” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, Nəsimi rayon Polis İdarəsinin duracağında saxlanılan **-CN-*** dövlət qeydiyyat nişanlı, “Honda Civic” markalı avtomobil onun sahibi X4 qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 1 (bir) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 530,676 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd “LG Q6” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin duracağında saxlanılan **-CN-*** dövlət qeydiyyat nişanlı, “Honda Civic” markalı avtomobil sahibi X4 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 150 (yüz əli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1071/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1071/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver