Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1071/2025 18.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X2, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən küçəsi nömrəsiz evdə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü İl tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən küçəsindəki yolun kənarında tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun ona məxsus dəmir əşyaları satıb, pulunu verməməsi barədə mübahisələrini, habelə Zərərçəkmiş şəxs ona yalan deməsini cüzi səbəb kimi bəhanə edərək, heç bir söz demədən, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərüfat məişət təyinatlı vintaçanla qəsdən iki dəfə qarın və döş nahiyələrindən vurub, ona döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa səbəb olmuş bir ədəd və qarının sağ yarısının ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsinə səbəb olan bir ədəd (cəmi iki) deşilmiş-kəsilmiş yaralan ilə nəticələnən dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 126.2.4- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxsla bir yerdə işmişlər. Dəmir yığıb sataraq da, həmin dəmirdən gələn pulu bölürmüşlər. Bir gün görmüşdür ki, mallar yoxdur, Şirindən soruşmuş oda demişdir ki, malları satmışdır. O da pulu istəmişdir cavabında isə Şirin ona pulu vermirem demişdir. Bu səbəbdən aralarında dava düşmüş, o də atvyorka ilə Şirini vurmuşdur. Zərər çəkmiş şəxslə münasibətləri əvvəllər yaxşı olmuşdur. Aralarında mübahisə 5-6 dəqiqə çəkmişdir. Hadisə vaxtı yanlarında heç kim olmamış, sonra bir uşaq gəlmişdir. Mübahisə zamanı iş sumkası öz çiynində olduğundan atvyorkanı sumkadan götürüb vurmuşdur. Hadisə vaxtı zərər çəkmiş şəxs ona xəsarət yetirməmişdir, əməlindən peşimandır. Xəsarət yetirlikdən sonra təcili tibbi yardım çağırılmış, 4-5 nəfərin köməyi ilə onu xəstəxanya aparmışlar. Xəstəxanada polislər olmuşdur, lakin polislər xəsarətin omnun tərəgfindən yetirildiyini bilməmişlər. Bundan sonra evə getmiş, 2-3 saat sonra özü gedib təslim olmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2013cü il tarixdə Dağıstan Muxtar Respublikasında soyğunçuluq etdiyi üçün həbs olunmuş və 2023-cü ilin yay aylarında cəzasını çəkib həbsdən çıxdıqdan sonra Azərbaycana “deport” olunmuşdur. Təxminən 1-2 aydır ki, “Fərid” deyə çağırdıqları əsl adı Zərərçəkmiş şəxs olan şəxs kimsəsiz olduğu üçün ona öz yanında iş verib, fəhlə kimi çalışdırmış, pulunu da vermişdir. xx.xx.2024-cü il tarixdə axşamçağı ona məxsus dəmirlər və digər əşyaları Şirinin kirayə qaldığı evin həyətinə yığmış və ona həmin əşyaları həyətində saxlamasını, sabahı gün yəni, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Şirinin həmin əşyaları satmasını öyrənmişdir. Şirinlə telefonda danışıb onu yaşadığı küçəyə yaxın yerə çağırmışdır. Saat təxminən 00:30 radələri olarmış. Küçədə onunla görüşüb danışıb, əşyalarını satdığı üçün pulunu ona verməsini demişdir. Şirin isə satmadığını deyərkən onun satmasını bildiyini, problem yaratmamasını, pulunu verməsini demişdir. Şirin bu zaman ona “satmışam, yaxşı eləmişəm, pul da vermirəm” deyə kobud cavab vermişdir. O, bundan əsəbiəşib, usta işlədiyi üçün üzərində olan sarı və qara rəng dəstəkli vintaçanla Şirinin bədən nahiyəsinə tərəf 1-2 dəfə zərbə atmışdır. Şirin həmin zərbələrdən qaçmış, lakin bir zərbəsi onun mədəsinə dəymişdir. Bu zaman Şirin aşağı əyilmiş və o həmin vaxt bir zərbə də onun sol döş qəfəsindən vurub, oradan qaçmışdır. Bir qədər sonra o narahat qaldığı üçün dostu Rasimə, Şirinə zəng etməsini, gedib ona kömək etməsini demişdir. O, Şirinlə danışıb onun yanına gedərkən o özü də Şirini vurduğu yerə getmişdir. Orada üzərindəki vintaçanı kolların dibinə atıb, Şirinlə Rasimi tapmışdır. Şirin xəstəxanaya getmək istəməsə də o Şirini məcbur edib, taksi axtararaq onu xəstəxanaya aparmağa çalışmışdır. Bu zaman məhəllədə tanımadıqları bir-iki nəfər də görmüş və həmin şəxslər də onlara kömək edərkən Şirin həmin adamlara onu kimin vurmasını deməyib, tanımadığı şəxs tərəfdən bıçaqlanmasını bildirmişdir. Onlar taksi tapa bilməyib, sonda TTY çağırmışlar. TTY avtomobili gələrkən o, digər tanımadığı məhəllə uşaqları ilə Şirini X5 gətirmişdir. X10 Mərkəzində o həkimlərə və polislərə hadisəni özü törətməsini deyə bilməmişdir. Sonra isə polis əməkdaşları onu tutmuşlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o Sumqayıtda kirayədə qalır və bir müddət işsiz olmuşdur. Dostları ona demişdir ki, usta var yanında işləyər, o da razılaşmışdır. Sonra bir müddət təqsirləndirilən şəxslə işləməyə başlamışlar. Bu ərəfədə isə satmaq üçün yığılmış dəmiri icazə almadan satmışdır. Bununla bağlı aralarından mübahisə olmuş və söhbət etdikləri zaman təqsirləndirilən şəxs atvorka (vintaçan) ilə onu vurmuşdur. Aralarında olan söhbət təxmirnən 15 dəqiqə çəkmişdir. Onu xəstəxanya başqa uşaqlar aparmış, təqsirləndirilən şəxs isə sonradan gəlmişdir. Hazırda təqsirləndiriləndirilən şəxsdən şikayətçidir, maddi ziyanın əvəzi olaraq 4000 manat pul verilsə barışar. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, anası uzun müddət əvvəl onları atıb getmiş, atası da vəfat etmişdir. Hər hansı başqa qohumu ilə də münasibəti yoxdur. Gündəlik iş olanda işləyib, çörək pulunu çıxarırmış. Təxminən 2-3 ay olarmış ki, hamının “Vüsal” deyə çağırdığı, əsl adı isə Təqsirləndirilən şəxs olan şəxslə tanış olmuş və onun yanında hərdən fəhlə kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə Elvin bəzi dəmir əşyalar, evin üzərinə vurulan şifer və bu kimi tikinti və ya sadəcə tullantı dəmirlər gətirib, yaşadığı evin həyətinə yığmaq istəmişdir. O, bu barədə evin sahibindən icazə almasını deyərkən, evdə həmin vaxt böyük şəxs olmadığı üçün 15 yaşlı, lakin xarici görkəmcə böyük görünən evin sakini “Maksim” adlı şəxslə Elvin özü danışmış və əşyaları həyətə yığmışdır. O yenə də Elvinə həmin əşyaları nə üçün öz həyətinə yığmadığını deyərkən Elvin öz evinin həyətində yer olmadığını, ev sahibindən icazə almasını bildirmişdir. Buna baxmayaraq o, sabahı gün ona əşyalarını gəlib aparmasını desə də, gələn olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında bir yük avtomobili həyətin önündə dayanmış və bir nəfər gəlib, həyətdən həmin əşyaları avtomobilinə yığıb getmişdir. O, belə başa düşmüşdür ki, ya Maksim, ya da Elvin özü həmin şəxsi göndərmiş və əşyaları götüzdürmüşdür. Həmin gün gecə saatlarında Elvinlə telefonda danışmış və Elvin onu yaşadığı evə yaxın Ramana qəsəbəsi 9-cu mədən küçəsinə çağırmışdır. O, həmin yerə getmişdir. Bu zaman saat 00:20 radələri olarmış. Orada Elvin əsəbi formada nə üçün əşyalarını satmağını soruşmuşdur. O, isə Elvinin əşyalarını satmadığını demişdir. Elvin yalan onun deməsini, satdığını və pulunu verməsini istəmişdir. O isə xəbəri olmadığını desə də Elvin, ona inanmamışdır. Yenə ondan pulunu istəyərkən o əsəbiəşib, onun əşyalarını satdığını, yaxşı elədiyini, pulunu da “yediyini”, ona heç nə verməyəcəyini demişdir. Bu sözlərindən sonra Elvin cibindən vintaçan çıxarıb, iki dəfə olmaqla onu vintaçanla vurmuşdur. O, köynəyini çıxaraq yaranın üzərinə sıxmış və oradan evinə getmişdir. Bu zaman Elvinin dostu Rasim adlı şəxs ona zəng etmiş, nə baş verdiyini soruşmuşdur. O, Rasimə hadisəni danışmış və Rasim yaxında olmasını deyib, yanına gəlmişdir. Məhəlləyə çıxıb taksi axtaran zaman Elvin özü də yanlarına gəlmişdir. O, xəstəxanaya getmək istəməmişdir. Lakin Elvin özü onu məcbur edib, xəstəxanaya getmək lazim olmasını bildirmiş və birlikdə həmin məhəllələrdə taksi axtarmağa başlamışlar. Bu zaman digər məhəllədə tanımadıqları 2-3 nəfər şəxs olmuşdur. Həmin şəxslər onlara yaxınlaşan zaman o, həmin şəxslərə tanımadığı şəxs tərəfindən bıçaqlanmasını demişdir. Elvinin adını verib, ona problem yaratmaq istəməmişdir. Həmin şəxslər də onlara kömək edib, taksi axtarsa da tapa bilməyib, sonda TTY çağırmışlar. TTY avtomobili ilə onu X5 gətirmişlər. Orada həkimlərə də onu kimin bıçaqlamasını bilmədiyini demişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində bildirmişdir ki, hadisə günü məhəllədə olarkən mübahisə səsi eşitmişlər və məlum olmuşdur ki, Şirin bıçaqlanıb. Sonra isə Şirini təcili yardım maşınına mindirib xəstəxanya getmişlər. İbtidai araşdırma zamanı Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 aydır ki, köhnə məhəlləsindən tanıyır. O, “Vüsal” deyə çağırdıqları Elvinin yanında bir müddət fəhlə kimi çalışmışdır. Şirin bir gündən bir ona zəng edib, ya sms yazaraq ac olmasını, çörək almaq üçün ona pul göndərməyini istəyirmiş. O da motosiklet ustası olduğu üçün Şirin ac olmasını dediyindən ona ürəyi yanırmış və istəyəndə Şirinə 3-4 manat pul verirmiş. “Vüsal”! yəni Elvini də məhəllədən tanıyır və ona kreditlə öz motosikletini satsa da Elvinin bu günkü günə ona 500 manata yaxın borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə Saat təxminən 00:30 radələrində Elvin ona zəng edib, təcili 9-cu mədən küçəsinə, ikisinin də tanıdığı bir nəfər şəxsin, Elvinin köhnə sevgili “Səbiş” adlı xanımın evinin yanına gəlməsini demişdir. O da motosikletlə tez oraya getmişdir. Orada Elvin ona Şirinlə dalaşmasım, onu vintaçanla vurmasını, lakin ciddi xəsarətin olmamasını, sadəcə sıyrıq olmasını demişdir. O isə düzünü deməsini deyərkən Elvin onu arxayın edib, gedib Şirinlə özünün danışmağını istəmişdir. O, Elvindən ayrılıb Şirinin yanına, evinə getmişdir. Orada Şirin ağrısının olmasını, lakin ciddi probleminin olmamasını demişdir. O Şirindən nə baş verməsini soruşan zaman Elvinin onu vintaçanla vurmasını demişdir. Onun yarasına baxarkən mədə hissədində kiçicik bir yara olmasını, adamın barmağı kəsiləndə axan qan qədər qan gəlməsini görmüşdür. Yenə də Şirinə xəstəxanaya getməsini deyib, onu çölə çıxarmışdır. O, yarasının üzərinə öz köynəyini sıxıbmış. Yolda taksi axtarmağa başlamışlar. Şirin həmin vaxt dəfələrlə ona Elvinin onu vurmasını deməməyini, özünün hər şeyi həli edəcəyini deyirmiş. Bu zaman məhəllədə olan başqa şəxslər və həmin şəxslərin yanında Elvini görmüşlər. Onlar nə baş verməsini soruşan zaman Şirin tanımadığı şəxsin onu bıçaqlamasını demişdir. Həmin şəxslər, Elvin və o taksi axtarsalar da Şirini aparmaq üçün taksi tapa bilməmiş və sonra TTY çağırmışlar. Onun motosikleti ilə Şirini xəstəxanaya aparmaq mümkün deyilmiş. Sonda TTY gəlmiş və Şirini X5 gətirmişlər. Daha sonra o orada qalmayıb çıxıb getmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs bıçaqlanması barədə polis söbəsinə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışıdr. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 2841 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa səbəb olmuş bir ədəd, qarının sağ yarısının ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsinə səbəb olan bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə kənar şəxs tərəfindən vintaçanla da yetirilə bilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Səhiyyə Nazirliyi Məhkəmə Psixİatrik Ekspertiza Mərkəzinin PHŞ-nin ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3679 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli 602\MTKŞ nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində iki ədəd deşilmiş zədələr aşkar olundu. Bu zədələr deşici alətin (alətlərin) yaxud əşyanın (əşyaların) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan deşilmiş zədələrin, bədənin Ön səthində olan iki ədəd deşilmiş yaraların ekspertizaya təqdim edilmiş vintaçanın təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər deşici alətin (alətlərin) yaxud əşyanın (əşyaların) təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan iki ədəd deşilmiş zədələr, döş qəfəsinin sol yarasının plevra boşluğunu nüfuz edərək sol tərəfli pnevmatoraksa səbəb olmuş bir ədəd, qarının sağ yarasının ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsinə səbəb olaraq bir ədəd (cəmi iki ədəd) deşilmiş yaralar ilə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində olan iki ədəd deşilmiş zədələr təqdim olunmuş vintaçanın «tiyəsi» (dəmir hissəsi) 0,5 sm-dən 7,0 sm-ə qədər ölçüdə geyim əşyalarına daxil olmasından yarana bilməsi inkar edilmir. Təqdim olunmuş vintaçan zavod üsulu ilə hazırlanmış təsərüfat məişət təyinatlı vintdir və soyuq silah hesab edilmir. Təqdim olunmuş vintaçanın üzərində sonradan hər hansı əlavə və dəyişikik edilməmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 876/2024 MTBŞ nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: 0(İ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs Ağasadİq oğlunun AB0 sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri 0(1) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 01 ədəd vintaçan üzərində qan aşkar olunmadı. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağasadİq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Yuxarıda sadalananlardan da göründüyü kimi, təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarin məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş əməl ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyası DR Buynaksk Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə RF CM-nin 164 M 4 H B 30 M 1 H 162 M 3 H 222 M 2 H 69 M 3 H maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan, Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 2841 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa səbəb olmuş bir ədəd, qarının sağ yarısının ön divarının qarın boşluğuna nüfuz edərək qaraciyərin zədələnməsinə səbəb olan bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Cinayət işinin materiallarında olan, Səhiyyə Nazirliyi Məhkəmə Psixİatrik Ekspertiza Mərkəzinin PHŞ-nin ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3679 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və ifadələrdən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir və onunla barışmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) etiraf (qismən) etməsini, baş vermiş hadisəyə görə peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, barışıq əldə olunmamasını, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan Sabunçu RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərərçəkmiş şəxsə məxsus 1 ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin özünə və ya qohumlarına qaytarılmalıdır (verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 saat (30 saat 6 manat hesabı ilə, 20 saat 11 manat hesabı ilə) vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Sabunçu RPİ-nin saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan cinayətin törədilməsində istifadə olunmuş 1 ədəd vintaçan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, zərərçəkmiş şəxsə məxsus 1 ədəd qısaqol köynək zərərçəkmiş şəxsin özünə və ya qohumlarına qaytarılsın (verilsin). İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Respublikası dövlət büdcəsi vəsaiti hesabına 400 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1071/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1071/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver