Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1072/2021 17.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında 01 avqust 1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 14 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2020ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq iki ədəd bükümdə ümumi təmiz çəkisi 6,036 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini əldə edib üzərində qanunsuz saxlamaqla Abşeron rayonu, Bakı-Sumqayıt şosesinin 22-ci kilometrliyinin yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra: DİN, BMCMİ) daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 14 iyul 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına aparılmış, Baş İdarədə saat 16:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,380 qram və 2,656 qram olmaqla, ümumi təmiz çəkisi 6,036 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onun əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, ev tikib satmaqla məşğul olmuş, satış məqsədilə heç bir növdən olan narkotik vasitə əldə etməmiş, heç kimə narkotik vasitə satmamış, o, tutularkən üzərində heç bir növdən olan narkotik vasitə olmamışdır. O, narkotik vasitələrdən istifadə etməmiş, əksinə həmişə belə şeylərin əleyhinə olmuşdur. O, 2013-cü ildə də DİN-nin, BMCMİ-nin əməkdaşları tərəfindən tutulmuş, həmin vaxt da ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Həmin vaxt işə baxan məhkəmə onun əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. O, ona qarşı təyin olunan cəzanı məhkəmə hökmünə əsasən məcburi çəksə də, həmin vaxt da ona qarşı eyni üsulla haqsızlıq edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, 14 iyul 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsiylə *9922 taksi xidmətinə zəng edib olduğu Mərkəzi Bankın yaxınlığından taksi sifariş etmiş, bir qədər sonra dövlət nömrə nişanını bilmədiyi, həmin şirkətə məxsus “Reno” markalı taksi avtmobili ora gəlmişdir. Həmin vaxt yanında olan dostu Şahid4la taksiyə minib yaşadığı Biləcəri istiqamətində getmişlər. Onlar taksiyə minərkən onun əlində özünə məxsus içərisində paltarları və digər şəxsi əşyaları olan sellofan torba da olmuşdur ki, həmin torbanın içərisində özünə məxsus paltarları, yaşadığı evin açarı və bir də “wifi”-ı olmuşdur. Bakı-Sumqayıt yolunun “Ekologiya postu” adlanan yerində DYP əməkdaşı onların olduğu taksini saxlatdırmış, DYP əməkdaşı taksi sürücüsünə yaxınlaşıb onunla danışdığı vaxt mülki geyimdə olan, əvvəl tanımadığı 4 nəfər, sonradan adlarını öyrəndiyi polis işçiləri Şahid2, Şahid1, həmçinin, bir qədər arıq bədən quruluşlu, təxminən 30 yaşlarında adını bilmədiyi kişi və əvvəllər bir dəfə “Banditizm”də, yəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gördüyü hündür boy, dolu bədən quruluşlu, təxminən 35 yaşlarında olan adını Rəvan olaraq bildiyi kişi qəfildən avtomobilə yaxınlaşıb “banditizm”in əməkdaşları olduqlarını deyərək, heç bir səbəb bildirmədən onu və Sabiri taksi maşınından düşürtmüşlər. Onları maşından düşürdükdən sonra o, Rəvan adlı polis əməkdaşına taksidə sumkasının olduğunu demiş və sumkasını götürməyə icazə istəmişdir. Rəvan isə ona onun sumkasının onlara lazım olmadığını, onlara onun özünün lazım olduğunu bildirmişdir. Bundan sonra Sabir taksi sürücüsünə gediş haqqı kimi 5 manat ödəmiş və bundan sonra onu və Sabiri zorla özlərinin gəldikləri avtomobilin arxa oturacağında otuzdurub, onları BMCMİ-yə aparmışlar. Taksi sürücüsü isə onların düşürüldüyü yerdə qalmış, onun kimliyi ilə heç maraqlanan olmamışdır. Onun özünə məxsus içərisində paltarları və digər şəxsi əşyaları olan sellofan torba və özünə aid açarlar da taksidə qalmışdır. O, və Sabir onların gəldikləri avtomobilin arxa oturacağında otuzdurulmuş, onlardan biri onun, ikincisi Sabirin yanında oturmuş, üçüncüsü, adının Rəvan olmasını bildiyi şəxs avtomobilin sükanı arxasına keçmiş, dördüncü isə sürücünün yanında qabaq oturacaqda oturmuşlar. Avtomobilin içərisində arxada oturan polislər tərəfindən onların üzəri təmiz axtarılmış, nə onun, nə də ki, Sabirin üzərindən heç bir qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Üzərində yalnız telefonu və siqareti olmuşdur ki, telefonu həmin vaxt dərhal ondan alınmışdır. BMCMİ-yə aparıldıqdan sonra orada onu və Sabiri ayrı-ayrı otaqlara salmışlar. Bundan sonra əvvəllər Biləcəri qəsəbəsində görüb tanıdığı, narkotik alveri ilə məşğul olduğuna görə ona iradlarını bildirdiyi Natiq adlı şəxsi onun yanına gətirmişlər. Orada Natiqin deməsinə görə, guya o, onun, yəni Natiqin avtomobilini əlindən almış, ona 10.000 manat pul yükləmiş, yəni maşını qaytarması üçün ondan 10.000 pul tələb etmiş və onu döymüşdür. O, Natiqin göstərdiklərinin tam yalan və əsassız olduğunu bildirdikdən sonra Natiqi harasa aparmışlar. Ona isə, üzərinə narkotik vasitə və ya psixotrop maddə qoyacaqlarını bildirib, qoyulacaq maddənin onun olmasını etiraf etməyi tələb etmişlər. Hadisənin şokundan ilk əvvəl nə baş verdiyini anlamamış, odur ki, onlara onu kiminləsə səhv saldıqlarını, onun narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini və üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra onu ilkin olaraq gətirildiyi otağa aparmış və əllərini arxadan qandallamışlar. Bundan sonra ona badalaq vurub yerə yıxmış, o, üzü üstə yerə yıxılmışdır. Həmin vaxt onun bədəninin müxtəlif nahiyələrindən təpik və yumruqla vurmağa başlamış, “Reket” şöbəsinin rəisi kimi özünü ona təqdim edən Müzəffər adlı şəxs onun boynuna, belinə, qollarına və bədəninin digər nahiyələrinə elektroşokerlə vuraraq verəcəkləri narkotik vasitələrin ona məxsus olmasını boynuna almağını tələb etmişdir. Həmçinin onu gətirən şəxslərdən Fərid, Ayaz, sürücünün yanında oturan adını bilmədiyi şəxs, eləcə də orada olan, sonradan dəqiq adı və soyadı ona məlum olan Şahid3 və daha bir nəfər şəxs - ümumilikdə altı nəfər onu döyüb, toka vermişlər. O, zərbələrin təsirindən huşunu itirmiş, özünə gələndən sonra yenə də onda hər hansı narkotik vasitə olmadığını bildirdikdə, eyni vəziyyətdə onu döyməyə davam etmişlər. Onun döyülməyi ümumilikdə təxminən 20 dəqiqə davam etmişdir. O, hələ “Banditizm”ə aparıldıqdan sonra vəkil tuta bilməsi üçün evə zəng edib atasıyla danışmaq istədiyini bildirmiş, lakin cavabında bunun yalnız videoçəkilişdən sonra mümkün ola biləcəyini demişlər. Müzəffər ona boynuna almayacağı təqdirdə, onun şalvarını soyundurub, butulkaya otuzduracağını demiş və hətta həmin vaxt onun şalvarı aşağı salınmışdır. Artıq elə bir vəziyyətdə şərəf-ləyaqət məsələsi ortaya qoyulduğundan deyilən hədələrdən qorxaraq məcbur olub narkotik vasitələrin ona məxsus olmasını boynuna almağı razılaşmışdır. Həyəcandan tualet istəmiş, tualetə aparılarkən Şahid3 onun cibinə iki ədəd büküm qoyub metamfetamin olduğunu demiş, video çəkiliş aparılacağını, çəkiliş vaxtı içərisində metamfetamin olan bükümləri cibindən çıxararaq özünə məxsus olduğunu, yerdən tapdığını və sonralar istifadə edəcəyi məqsədilə üzərində saxladığını deməyi tapşırmış, o isə razılaşmışdır. Onun mobil telefonu və şəxsiyyət vəsiqəsi də müvəqqəti olaraq onun özünə qaytarılmışdır. Axşam saat 8-də o, videoçəkilişə aparılmış, orada ilk dəfə vəkil görmüş, ona vəkil ayrıldığı bildirilmişdir. Lakin vəkilin kim olduğu, hansı vəkil bürosundan gəldiyi dərhal ona elan edilməmiş, onun razılığı belə soruşulmamış, videoçəkiliş başlamamışdan əvvəl onun vəkillə hər hansı formada görüşü olmamış, ona heç bir hüquq və vəzifələri izah olunmamışdır. Əvvəlcədən ssenariləşdirilmiş çəkiliş aparılarkən ona verilən iki bükümü, mobil telefonunu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmiş, lakin həyəcandan Tərlanın təlimatlandırdığı kimi deyil, təqdim olunan maddələrin nə olmasını bilmədiyini, lakin tapdığını və tullamaq istədiyini bildirmişdir. Sonra isə artıq qorxduğundan şübhəli şəxs kimi ona təqdim olunan bütün sənədləri imzalamışdır. O, videoçəkilişə dair protokolun harada yazıldığını bilməmişdir. Belə ki, həmin protokol əvvəlcədən yazılıb hazırlanmış, çəkiliş zamanı isə həmin protokol təhqiqatçı Yusif adlı xəxs tərəfindən üzündən oxunmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, dəqiq xatırlamadığı 15 və ya 16 iyul 2020-ci il tarixlərdə o, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməyinə dair sənədləri imzalaması üçün müstəntiqin otağına aparılmışdır. Həmin vaxt müstəntiqin yanında prokurorluğun Cəfər adlı əməkdaşı da olmuş, o, Cəfərə dərdini danışmış, yükləndiyini və şərləndiyini bildirmiş, ona kömək etməsini xahiş etmişdir. Cəfər də müstəntiq Elxana “işinizi düzgün tutun” deyib getmişdir. Bundan sonra sənədləri imzalamaqdan imtina etdiyindən o, idarənin otaqlarından başqa birinə aparılmış, yenə də işgəncələr başlamış, Fərid, Ayaz, Tərlan, onu tutanların arasında olan, adını bilmədiyi sürücünün yanında oturmuş kişi, habelə, birinci dəfə döyüb işgəncə vermiş daha bir nəfər şəxs, eləcə də Müzəffər ona eyni üsullarla işgəncə vermiş və sənədlərə imza etməyi tələb olunmuşdur. O, bu dəfə də işgəncələrə dözməyib razılaşmış, müstəntiqin gətirdiyi təqsirləndirilən şəxs qismində sənədlərə və narkotik vasitənin ona məxsus olmasına dair etiraf məzmunlu ifadəyə «zirzəmidə» məcbur olub imza etmişdir. Qərarlara və ifadəyə görə o, satış məqsədi ilə iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,380 qram və 2,656 qram olmaqla, ümumi təmiz çəkisi 6,036 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini üzərində qanunsuz saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, dövlət hesabına ona ayrılmış vəkilin adının Nizami Caniyev olduğunu ssenariləşdirilmiş videoçəkiliş zamanı bilmişdir. Nizami Caniyev 14-16 iyul 2020-ci il tarixlərdə aparılmış istintaq hərəkətlərindən yalnız video çəkiliş “səhnəciyində” və 16 iyul 2020-ci il tarixdə məhkəmə qarşısına çıxarılarkən görmüşdür. 14-16 iyul 2020-ci il tarixlərdə aparılmış digər istintaq hərəkətlərinin heç birində vəkil iştirak etməmiş, onun hüquqları ümumiyyətlə qorunmamışdır. Lakin bütün mühüm sədələrə imza etmiş və bununla da guya onun hüquqlarını müdafiə etmişdir. Müqavilə üzrə vəkili Müdafiəçi isə ilk dəfə 16 iyul 2020-ci il tarixdə məhkəmə qarşısına çıxarıldığı vaxt görmüş, bundan sonra sonuncu bir dəfə BMCMİ-yə, bir dəfə də Kürdəxanıya gəlmişdir. Vəkili Müdafiəçi onun müdafiəsi ilə bağlı problemlər yaradıldığından, vaxtlı-vaxtında onunla görüşə şərait yaradılmadığından sonuncu DİN-nin 102 xidmətinə, prokurorluq və s. orqanlara çoxsaylı şikayətlər etmiş, vəsatətlər qaldırmışdır. Daha sonra, Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, qanunsuz olaraq 20 iyul 2020-ci il tarixədək BMCMİ-də saxlanılmış, həmin vaxtadək onun ailə üzvləri və ya digər şəxslərlə telefonla əlaqə saxlamasına imkan verilməmişdir. Lakin aparılan sənədləşmələrə görə guya o, şübhəli şəxs qismində tutularkən tutma protokolunda onun atası Rafiq Rüstəmova 14 iyul 2020-ci il tarixdə, saat 15:50-də ***-***-**-** nömrəli telefon vasitəsilə məlumat verildiyi qeyd edilmişdir. Xatırladığına görə isə onun atası həmin vaxt ümumiyyətlə Azərbaycanda olmamışdır. 16 iyul 2020-ci il tarixdə barəsində Nərimanov Rayon Məhkəmsində həbs qətimkan tədbiri seçilərkən o, təqdimata baxan hakimə BMCMİ-də ona işgəncə verildiyini və narkotik vasitənin onun üzərinə qoyulduğunu demişdir. Həmin gün məhkəmədən sonra yenidən BMCMİ-yə gətirildikdə, Müzəffər adlı əməkdaş məhkəmədə döyüldüyünü bildirdiyinə görə «sən elə bildin məhkəmədə boynuna almamaqla sənə yaxşı olacaq? Sənə başqa şey də yükləyəcəm» deməklə onu hədələmiş, onun göstərişi ilə ifadəsinin əvvəlində göstərdiyi şəxslər tərəfindən yenə də döyülmüş, «tok»a verilmiş, onların işinə problem yaratdığını demişlər. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 20 iyul 2020-ci il tarixədək BMCMİdə saxlanılmış, orada qaldığı müddətdə, təqribi xatırlamasına görə Orxan Quliyev adlı müstəntiqin icraatında olan başqa bir cinayət işi üzrə ifadəsinin əvvəlində göstərdiyi Natiq adlı şəxslə üzləşməsi tələb olunmuşdur. O, Müzəffərin onu hədələməsinə görə başqa işlərə görə də “yüklənə biləcəyi”ndən qorxaraq müqavilə üzrə vəkilinin iştirakını tələb etmiş, əks halda üzləşməkdən imtina edəcəyini bildirmişdir. Buna görə X7 (bundan sonra: MSY) polis əməkdaşlarından biri onun qoluna qandal vurub, onun başına torba keçirilmiş və bu dəfə üzlərini görmədiyi şəxslər onu döyüb, «toka» vermişlər. Torba onun başından çıxarılandan sonra «Seyid» adı ilə çağırılan, əvvəl tanımadığı, təxminən 40-45 yaşlarında ilk dəfə gördüyü kişi ondan üzləşməsini tələb etdiyindən o, əlacsız qalıb X8 otağında Natiqlə üzləşmişdir. Üzləşmə zamanı isə yenə də Natiqdən nə maşın almadığını və nə də Natiqə pul yükləmədiyini demiş, əgər belə bir faktı təsdiq edə biləcək sübutu olduğu təqdirdə, ortaya qoyulmasını bildirmişdir. Ona qarşı edilmiş işgəncə faktlarına görə onun bədənində xəsarət izləri qalmaması üçün o, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 4 gün BMCMİ-də qanunsuz olaraq saxlanılmış və yalnız bundan sonra 20 iyul 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına aparılmışdır. X8 icraatında olan işin nəticəsi barədə heç bir məlumat verilməmişdir. 08 fevral 2021-ci il tarixdə Bakı stintaq Təcridxanasında onu 3 nəfər polis əməkdaşı, həmin vaxt adları artıq ona dəqiq məlum olan Şahid2, Şahid1 və Şahid3 ilə üzləşməsi təklif olunmuş və cinayət işinin materiallarında həmin 3 nəfər polis əməkdaşı 14 iyul 2020-ci il tarixdə saxlanılarkən onu saxlamış şəxslər kimi sənədləşdirildiyi ona məlum olmuşdur. Üzləşmə başlamazdan əvvəl o, Şahid3 14 iyul 2020-ci il tarixdə onu saxlamış şəxslər arasında olmadığını, onu saxlamış şəxslərdən iki nəfərinin ümumiyyətlə protokola daxil edilmədiyini bildirmiş və üzləşməyə təqidm edilmiş şəxslərlə onun arasında keçiriləcək üzləşmənin videoçəkilişlə keçirilməsinə dair müdafiəçisi ilə birlikdə vəsatət vermiş, lakin həmin vəsatət təmin edilməmişdir. Odur ki, o, üzləşmənin qeyr-obyektiv keçiriləcəyinə və düzgün sənədləşmə aparılmayacağına şübhə etdiyindən videoçəkiliş olmadan keçiriləcək üzləşmədən imtina etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, saxlanılarkən onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Dostu Şahid4 və taksi sürücüsü polis üçün maraqlı olmadığından onların barəsində hər hansı sənədləşmə aparılmamış, onlarla onun özü arasında hər hansı formada münasibətin, o cümlədən narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmaması yoxlanılmamışdır. Təbii ki, onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir fəaliyyəti olmamış və dostu Şahid4 və taksi sürüsüsü ilə də bununla bağlı heç bir əlaqəsi olmamışdır. Narkotik satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı əsasında tutulmasına baxmayaraq o, saxlanılarkən taksidə qalmış sumkası, Rəvan adlı polis əməkdaşına deməsinə baxmayaraq, ümumiyyətlə götürülməmiş, ən azından sumkasına baxış keçirilməmişdir. Onlar BMCMİ-yə aparıldıqdan sonra, o, Sabiri görməmiş, eşitdiyinə görə Sabiri bir gün saxlayıb buraxmışlar. Sonradan Sabir BMCMİ-yə çağrılmış, obyektiv ifadə vermiş və bu zaman onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra Sabirin özü də BMCMİ tərəfindən tutulmuş, sonuncuya da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılmışdır. Onunla Sabirin arasında üzləşmə olmamış, yalnız polis əməkdaşları ilə Sabir arasında üzləşmə olmuşdur. İş materialları ilə tanış olarkən Sabirin və taksi sürücüsünün eyni onun dedikləri kimi obyektiv ifadə verdiklərini öyrənmişdir. Onun qardaşı taksi sürücüsünü şirkətin nömrəsi ilə tapmış, onun taksidə qalan əşyalarını qardaşı sonradan götürmüşdür. Ona elan edilən ittiham üzrə özünü təqsirli bilmir, həmin ittiham əsassız və uydurma ittihamdır. O, özü narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışının, yayılmasının əleyhinə olmuşdur. O, tutulmazdan 6 ay əvvəl onu Rəvan adlı şəxs BMCMİ-yə çağırmış, onu Müzəffər müəllimin otağına aparmışdır. Odur ki, o, sonuncu dəfə tutularkən Rəvanı və Müzəffəri tanımışdır. Müzəffər ona camaatın qabağını kəsib onların narkotik satmalarına mane olmamasını demiş, əks təqdirdə CM-nin 234.4.3-cü maddəsi ilə barəsində cinayət işi açıb onun özünü həbsə göndərəcəyi ilə hədələmişdir. Onun təxmininə görə Natiq adlı şəxs məhz onun üzünə durdurmaq məqsədilə tutulmuşdur. Baxılan iş üzrə narkoloji müayinə zamanı onun orqanizmində narkotik vasitə və ya psixotrop maddənin əlamətləri aşkar olunmamışdır. Dəfələrlə yaşadığı Biləcəri qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərdən belə işlərə son qoymalarını istəmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 15 və 16 iyul 2020-ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan 15 və 16 iyul 2020-ci il tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən iki gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən iki ədəd sellofan bükümdə içərisində psixotrop maddə metamfetamin olan bağlamaları tapıb sonradan özü istifadə etməsi üçün üzərində saxlamışdır. 14 iyul 2020-ci il tarixdə, saat təxminən 15 radələrində o, Abşeron rayonu ərazisində DYP-nin Ekologiya Postunun yaxınlığında olarkən ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirmiş və onu BMCMİ-yə dəvət etmişlər. Onlar BMCMİ-yə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmiş və onu saxlayan polis əməkdaşları və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Çəkiliş zamanı üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə, təqdim etməsi ona təklif edilmişdir. O da masaya yaxınlaşaraq əynindəki şalvarının ciblərində olan əşyaları masanın üzərinə qoyub təqdim etmişdir. Belə ki, şalvarın sol yan cibindən siqaret qutusunu, sağ yan cibindən isə mobil telefonu, özünə məxsus olan şəxsiyyət vəsiqəsini və iki gün əvvəl yerdən tapmış olduğu bükümləri çıxarıb təqdim etmişdir. Üzərindən aşkarlanan əşya və predmetlərə bir-bir nəzər salınmış, siqaret qutusu özünə qaytarılmış, mobil telefonla şəxsiyyət vəsiqəsi isə işə əlavə olunması məqsədi ilə götürülmüşdür. Bundan sonra təqdim etdiyi iki ədəd sellofan büküm açılmış və içərisində kristal formalı maddələrin olması müəyyən edilmişdir. Ondan həmin maddə barədə sorğu-sual edildikdə o, həmin maddənin metamfetamin olduğunu, yerdən taparaq sonradan şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Odur ki, həmin iki ədəd büküm götürülərək zərfdə qablaşdırılmış və möhürlənərək tərəflərindən imzalanmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (iş vərəqə: cild İ, səh. 56-58; 72-74). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan 17 iyul 2020-ci il və 09 mart 2021-ci il tarixli dindirmə protokolundan isə görünür ki, sonuncu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verib üzərindən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, onu saxlamış polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, həmin vaxt fiziki təzyiq və işgəncələrə məruz qaldığı üçün məcbur olub etirafedici ifadə verdiyini və videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarışın səhnələşdirildiyini göstərmişdir (iş vərəqə: cild İİ səh. 58-62). Məhkəmə baxışı zamanı elan olunan 15 və 16 iyul 2020-ci il tarixli etirafedici ifadələrinə və ifadələr arasında müəyyən olunan ziddiyyətlərə münasibət bildirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona ibtidai istintaq zamanı işgəncə verilmiş, şərəf və ləyaqətinin alçaldılmasına cəhd edilmişdir. Ona görə də ibtidai istintaq zamanı adından yazılmış 15 və 16 iyul 2020-ci il tarixli ifadələrinin heç birini oxumamış və nə də həmin ifadələr ona oxunmamışdır. Kompüter vasitəsi ilə yazılmış, imza üçün ona təqdim olunmuş və o, həmin ifadələri imzalamışdır. İbtidai istintaq zamanı verilən işgəncələrdən, şərəf və ləyaqətinin alçaldılmasından qorxduğu üçün özünü 15 və 16 iyul 2020-ci il tarixli ifadələrində qismən təqsirli bildiyini yazmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamış, onunla hər hansı münasibətdə olmamışdır. Amma 14 iyul 2020-ci il tarixdə BMCMİ-yə daxil olmuş məlumatda 01 avqust 1984-cü ildə Ağdam rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi ev 14, mənzil 121-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması və satışı ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona tapşırılmış və əməliyyat qrupunun üzvləri kimi isə idarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 təyin edilmişdir. 14 iyul 2020-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 14 radələrində Təqsirləndirilən şəxs taksi maşını ilə Bakı şəhərinin mərkəzindən Biləcəri istiqamətində hərəkətdə olduğu müəyyən edilmiş və əməliyyat qrupu planlı şəkildə qurulmuş tədbirə uyğun şəkildə baş idarəyə məxsus qara rəngli “cip”-lə Bakı-Sumqayıt şossesinin Ekologiya Postu tərəfində mövqe seçmiş, yolda xidmət aparan, dövlət nömrə nişanı yadında qalmayan DYP avtopatrulunun əməkdaşından Təqsirləndirilən şəxs olduğu həmin taksi avtomaşınını saxlatmasını xahiş etmişlər. DYP avtopatrulun əməkdaşının adını, soyadını, vəzifəsini bilməmiş uniformasından DYP əməkdaşı olduğunu bilmişdir. Ona taksini saxlaması ilə əlaqədar müraciət etdikdə sonuncu etiraz etməmişdir. Həmin gün saat 15 radələrində nəzərdə tutulan taksi maşınını saxladan zaman onlar həmin maşına yaxınlaşıb qabaq sərnişin oturacağında oturmuş, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən edib saxlamışlar. Həmin taksi maşınının arxa oturacağında daha bir nəfər şəxs də olmuş, onlar həmin şəxsi də saxlamışlar. Saxlanılmış hər iki şəxsə, o cümlədən də taksi sürücüsünə xidməti vəsiqələrini göstərib, özlərini onlara təqdim etmişlər. Əməliyyat marağı kəsb edən şəxsin şəxsiyyəti barədə sorğu etmiş və həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün BMCMİ-yə dəvət olunmuşdur. Yanındakı şəxs isə özünü Şahid4 kimi təqdim etmişdir. Onlar həmin şəxsi də maşına mindirmiş, yolda həmin şəxsin Təqsirləndirilən şəxs dostu və qonşusu olması məlum olmuş, söhbət zamanı həmin şəxsin ətrafında şübhəli məqamlar yaranmadığı üçün onlar həmin şəxsi avtovağzal yaxınlığında yolda sərbəst buraxmışlar. Baş İdarədə İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 iyul 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Videoçəkiliş yaradılmış qrupun rəhbəri olaraq onun tərəfindən aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusu, sağ yan cibindən isə özünə məxsus olan şəxsiyyət vəsiqəsi, bir ədəd sadə “Nokia” markalı mobil telefon və iki ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərinə əlavə olaraq axtarış keçirilmiş, ayaqqabılarını soyunması tələb edilmiş, lakin qeyd edilən əşyalardan başqa üzərində heç bir əşya və ya predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri yaşadığı evin yaxınlığından təxminən iki gün əvvəl yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Həmin şəffaf sellofan bükümlərinə baxış zamanı hər ikisinin içərisindən ağ rəngli kristal şəkilli, spesifik iyli metamfetamin psixotrop maddəsinə bənzər maddələr kütləsinin olduğu müəyyən edilmişdir. Odur ki, həmin bükümlər zərfə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Onlar da həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret qutusuna baxış keçirilərkən həmin əşya əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Ona məxsus mobil telefon və şəxsiyyət vəsiqəsi isə istintaq əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Çəkiliş bitdikdən sonra baxış və götürmə barədə protokol tərtib olunmuş, təhqiqatçının xidməti otağındaca bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin protokol imzalanmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, taksini saxladıqda həmin taksinin kimə və yaxud hansı şirkətə məxsus olması onlar tərəfindən müəyyənləşdirməmişdir. Lakin həmin vaxta qədər taksinin səyyar taksi olması, Təqsirləndirilən şəxsla taksi sürücüsünün heç bir əlaqəsinin olmaması onlara məlum olmuşdur. Taksi sürücüsünün şəxsiyyəti tərəflərindən müəyyənləşdirilməmiş, sonradan istintaq orqanının da bu məlumatı yoxlayıb-yoxlamadığını bilməmişdir. Təqsirləndirilən şəxs saxlayarkən sonuncu taksidə hər hansı sumkasının olub- olmaması barədə onlara heç nə deməmiş, onlar da taksidə axtarış aparmadıqlarından Təqsirləndirilən şəxs məxsus hər hansı sumka aşkar etməmiş, taksi sürücüsünün özünü isə saxlamamışlar. Yolda olarkən Təqsirləndirilən şəxsla hansı danışıqları aparmaları yadında qalmamış, Sabirin barəsində onlara heç bir məlumat daxil olmadığından və şübhəli şəxs olmadığından onu yolda düşürmüşlər. Onlar əməliyyat qrupu olaraq cəmi üç nəfər olmuşlar. Mahuru saxlayıb idarəyə apardıqları vaxtda onların yanında dördüncü şəxs, o cümlədən Rəvan adlı şəxs olmamış, ümumiyyətlə idarələrində Rəvan adlı əməkdaş işləməmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxtdan idarəyə gətirdikləri müddətdə sonuncu ailə üzvləri ilə əlaqə saxlamamış, Mahuru təhqiqatçıya təhvil verdikdən sonra sonuncunun ailə üzləri ilə əlaqə saxlayıb-saxlamamasını o, bilməmişdir. İdarədə olarkən müdafiəçi təhqiqatçı tərəfindən dəvət olunmuş, lakin hansı formada dəvət edildiyini o, bilməmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs heç kəs təsir, təzyiq göstərməmiş, ona işgəncə verməmiş, sonuncu bu barədə yalan danışmışdır. Təqsirləndirilən şəxs qarşı onun şərəf və ləyaqətini alçaldan hər hansı təhdidlər olmamışdır. BMCMİ-də olduqları vaxt Təqsirləndirilən şəxs narazılıqlar etməmiş, idarə rəhbərliyi ilə görüşmək üçün müraciət etməmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik satanlara qarşı mübarizə aparmasına dair məlumat olmamış, Mahuru saxladıqdan sonra sonuncunun “oğru” ideyaları ilə oturub-duran adam olduğunu müəyyən etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş baş əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunulu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs saat 15:00 radələrində saxlanılmış və saxladıqda Təqsirləndirilən şəxs qollarına qandal vurulmamışdır. Şahid2 Təqsirləndirilən şəxs öz xidməti vəsiqəsini göstərmiş, BMCMİ-nin əməliyyat müvəkkilləri olduqlarını bildirmişdir. Həm Mahura və həm də Sabirə saxlanılarkən hüquq və vəzifələrinin elan olunubolunmaması yadında qalmamışdır. Taksi sürücüsünü sorğu sual etməmiş, sürücünün zahiri görünüşü onun yadında qalmamışdır. Həmçinin taksidə Mahura aid olan hər hansı əşya və predimet olub-olmaması barədə soruşub-soruşmamaları da yadında qalmamışdır. Hadisə yerində şərait olmadığından Mahurun üzərində saxlanıldığı yerdə və ya yolda gedərkən maşında axtarış və hər hansı sənədləşmə aparılmamışdır. Mahur və Sabiri maşına əyləşdirdikdə o, özü solda oturmuşdur. Mahuru saxlayıb idarəyə gətirənə qədər təxminən 30-40 dəqiqəyə yaxın bir vaxt vaxt keçmişdir. Mahuru gətirib təhqiqatçıya təhvil verdikdən sonra təhqiqatçı tərəfindən Mahura hüquq və vəzifələri elan olunmuşdur. Müdafiəçini siyahıdan Mahurun özü seçmiş, müdafiəçini təhqiqatçı dəvət etmiş, lakin sonuncunun nə vaxt gəlməsini o, bilməmişdir. Müdafiəçi gələnə qədər isə Mahurun üzərində axtarış keçirilməmişdir. İdarədə Mahurla müdafiəçinin görüşü təmin olunmuş, videoçəkiliş aparılmış, onların iştirakı ilə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra Mahurun saxlandığı yerə kim tərəfindən aparılması yadında qalmamış, Təqsirləndirilən şəxs hər hansı işgəncə verilməmiş, ləyaqətini alçaldacaq hərəkətlər edilməmişdir. Onun işlədiyi idarədə Müzəffər adlı şəxs işləsə də sonuncunun Təqsirləndirilən şəxsla kontakta olmasını, ona qarşı qeyri-qanuni hərəkətlər etməsini o, görməmişdir. Sonralar Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadələr verib sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə yanaşı göstərdi ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman taksi maşınına baxış keçirilibkeçirilməməsi, taksinin pulunun ödənilib-ödənilməməsi onun yadında qalmamışdır. BMCMİ-yə məxsus “Cip”-də idarəyə gedərkən maşını Şahid2 idarə etmiş, Mahur və Sabir ortada, o, sağda, Şahid1 isə solda oturmuşlar. İdarəyə getdikdən sonra Təqsirləndirilən şəxs müdafiəçini Fəridgil təmin etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmiş, ona işgəncə verilməmiş, polis, o cümlədən şəxsən onun özü tərəfindən Təqsirləndirilən şəxs cibinə narkotik vasitə və ya psixotrop maddə qoyulmamışdır. Təhqiqatçı tərəfindən protokol, çəkiliş dayandırıldıqdan sonra onların yanında tərtib edilmişdir. İşlədiyi Baş İdarədə Müzəffər adlı şəxsin işləyibişləməməsindən məlumatsızdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunub iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onlar bir məhəllədə yaşamış, sonradan Mahur oradan köçsə də onlar münasibət saxlamışlar. Hadisə baş verən gün, yəni 14 iyul 2020-ci il tarixdə onunla Mahur “28 may” ərazisində olmuş, taksi sifariş vermiş, çağırışa «Reno» markalı maşın gəlmiş və Biləcəri qəsəbəsinə yola düşmüşlər. Həmin vaxt Mahurun əlində bir ədəd sellofan torbası olmuş, lakin torbanın içərisində nə olmasından xəbərsiz olmuşdur. Mahur maşında qabaq sərnişin yerində, o isə arxada əyləşmişdir. Lakin «Ekoloji post» olaraq tanınan Xırdalan postuna çatıb Biləcəri istiqamətində dönən zaman bir nəfər DYP əməkdaşı onların hərəkətdə olduqları taksi maşınını saxlatmış və taksi sürücüsündən sənədləri tələb etmişdir. Lakin sürücü hələ sənədləri təqdim etməmiş dörd nəfər mülki geyimli şəxs maşına yaxınlaşaraq kimliklərini bildirmədən, özlərini təqdim etmədən onunla Mahuru maşından çıxarmış, özlərinin gəldikləri maşına oturdub «Banditizm»ə aparacaqlarını bildirmişlər. «Banditizm» dedikdə o, artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılacaqlarını başa düşmüşdür. Mahurla o, dövlət qeydiyyat nömrəsini bilmədiyi qara rəngli «CİP» modelli maşının arxa oturacağında ortada otuzdurulmuş, sağdan və soldan isə onları saxlayanlardan iki nəfəri oturmuş, şəxslərdən biri qarşı oturacaqda sərnişin yerində oturmuş, dördüncü şəxs isə avtomaşını idarə etmişdir. Onlar «CİP»-ə mindirilərkən üzərində olan puldan gediş haqqı olaraq 5 manat taksi pulu vermişdir. Hələ maşın hərəkətə başlamamış, elə maşındaca Mahurun mobil telefonu əllərindən alınmış, hər ikisinin üst-başları axtarılmış, onların üzərindən qanunsuz heç bir əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Onun mobil telefonu həmin gün ustada olduğundan onun üzərində yalnız həmin telefona aid enerji şnurları olmuşdur. Mahurun torbası da taksidə qalmış, torbanı götürməyə belə imkan verməmişlər. Təqribən 20-25 dəqiqə ərzində onlar BMCMİ-yə çatmış, İdarənin inzibati binasında onunla Mahuru ayrı-ayrı, lakin qonşu otaqlara salmışlar. Şahid4 ifadəsinin davamında göstərdi ki, onlar saxlanılıb BMCMİ-yə aparılarkən yolda onu heç bir yerdə düşürməmiş, Mahurla birlikdə BMCMİ-yə aparmışlar. O, BMCMİ-nin inzibati binasında düz sutka yarım müddətində saxlanılmış və sonra axşam saatlarında sərbəst buraxılmışdır. Saxlanıldığı müddətdə onun üzərində baxış və ya şəxsi axtarış aparılmamış, ondan demək olar ki, heç nə soruşulmamış, Mahurla münasibətləri aydınlaşdırılmış və saxlanılmalarının, onun buraxılmasının, Mahurun saxlanılmasının səbəbləri ona deyilməmişdir. Ondan heç bir izahat alınmamış, ona müdafiəçi təyin olunmamışdır. O, özü vəkil tutmaq istəsə də, ona lazım olmadığı deyilmişdir. BMCMİ-nin inzibati binasında saxlanıldığı zaman üzərində hər hansı istintaq hərəkətləri keçirilməmişdir. BMCMİ-nin inzibati binasında olarkən o, yan otaqdan Mahura işgəncə verildiyini onun səsindən eşidib bilmiş, lakin həmin vaxt Mahurun aqibətinin nə olacağını bilməmişdir. Nə o özü və nə də Mahur narkotik vasitələrin satışı ilə məşğul olmamış, saxlanılarkən Mahurun üstündə narkotik vasitə və ya psixotrop maddə olmamış, Mahura böhtan atılmışdır. Mahur narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onun narkotik satanların əleyhinə olduğunu çox yaxşı bilmişdir. Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, saxlanıldıqları gün Mahurun tutulması ilə bağlı ondan izahat və ya ifadə almamış, amma buraxıldığı zaman çağırılanda gəlməsi tapşırılmışdır. Lakin sonradan, dəqiq tarixini xatırlamadığı günlərin birində ifadə vermək üçün yenidən BMCMİ-yə çağrılmış, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsinə uyğun obyektiv ifadə vermişdir. O, hətta istintaq zamanı 3 nəfər polis əməkdaşı ilə ayrı-ayrılıqda üzləşdirmişdir. Mahurla o, 14 iyul 2020-ci il tarixdə saxlanılarkən Tərlan adında polis əməkdaşı onları saxlayan «Banditizm» əməkdaşlarının arasında olmamışdır. Lakin o, Tərlanla üzləşdirilmiş, sonuncunun onları saxlayan şəxslərin arasında olmadığını üzləşmə zamanı onun üzünə qarşı da bildirmişdir. Lakin onun obyektiv ifadələri, üzləşmələri ona baha başa gəlmişdir. Belə ki, ibtidai istintaq zamanı da məhkəmədə verdiyi məzmunda ifadə verdiyi, polislərin üzünə dediyi üçün ifadələrindən təxminən iki ay sonra o, özü də Banditizmin əməkdaşları tərəfindən saxlanılmış, ona qarşı da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və iş məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat mərhələsində vermiş olduğu şahid ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid4 ibtidai istintaq zamanı da məhkəmə baxışı mərhələsində verdiyi ifadəsinə uyğun ifadə vermişdir (iş vərəqə: cild İİ, səh. 11-13). Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunub iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, təxminən 2017-ci ildən etibarən “*9933” taksi xidmətində özünə məxsus olan “Renault Megane” markalı, “**- LS-***” dövlət nömrə nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmağa başlamış və sifariş əsasında sərnişin daşıması ilə məşğul olmuşdur. Şahid5 ifadəsinin davamında göstərdi ki, hadisə baş verən gün, yəni 14 iyul 2020-ci il tarixdə günorta radələrində o, «Sahil» metrostansiyasının çıxışı tərəfdə olan zaman şirkətdən müştərini Bakı şəhəri Rəşid Behbudov küçəsindən götürüb Biləcəri qəsəbəsinə aparmaqla bağlı sifariş gəlmişdir. O, sifarişi qəbul etmiş və müştərinin mobil nömrəsi ilə əlaqə saxlayıb olduğu yeri dəqiq müəyyənləşdirmiş və qısa zamanda çatacağını bildirib maşını həmin yerə sürmüşdür. Ünvana çatanda sifarişi verən əvvəllər tanımadığı şəxsin yanında daha bir nəfər kişinin yolun kənarında gözlədiklərini görmüş və maşını saxlayıb onları maşına götürmüşdür. Sifarişi verib onunla telefonda danışan şəxs qabaq sərnişin oturacağında, yanında olan kişi isə arxa oturacaqda əyləşmişdir. Yanında oturan şəxs Biləcəri qəsəbəsinə gedəcəklərini bildirdikdə o, maşını sifariş olunan ünvan istiqamətdə sürməyə başlamışdır. Biləcəri qəsəbəsinə gedə bilmək üçün Tbilisi prospekti ilə «20 yanvar» dairəsi istiqamətində getmiş, lakin yolda tıxac olduğundan «20 yanvar» dairəsi üzərində olan körpünün üstünə qalxmış və məcbur olaraq Sumqayıt şossesinə çıxmışdır. Bir qədər fikrli olduğundan o, Biləcəriyə olan ilk sağ döngəni ötürmüş və «Ekologiya postu»ndan dönüb Biləcəriyə girəcəyi barədə sərnişinləri xəbərdar etmişdir. Sərnişinlər isə buna etiraz etmədiklərindən yollarına davam etmişlər. «Ekologiya postu»na çatar çatmaz postun yaxınlığında bir nəfər DYP əməkdaşı digər əməkdaşlardan ayrılaraq maşının üstünə tərəf qaçmış və ona işarə edərək maşını saxlamasını tələb etmişdir. Həmin vaxt sərt karantin dövrü olduğundan icazə olmadan maşını idarə etmək mümkün olmamış və postlarda da bununla əlaqədar olaraq gücləndirilmiş iş rejimi olmuşdur. O, əsas yoldan Biləcəri istiqamətində dönüb maşını saxlamış, həmin əməkdaş yaxınlaşıb təlaşlı şəkildə ondan sənədlərini tələb edən zaman maşına anidən sərnişin tərəfdən ön və arxa qapılar açılmış və dörd nəfər mülki geyimli şəxs təkrar-təkrar “banditizm, banditizm” deyərək maşındakı şəxsləri düşürtməyə çalışmışlar. Həmin vaxt onun maşınının yanında ağ rəngdə “Renault Dacia” markalı, “PA” seriyalı maşın dayanmış, maşınının arxasında isə qara rəngdə, «Kia Sportage» markalı maşın olduğunu təxmin etdiyi maşın dayanmışdır. Sərnişinlər düşürdülərkən onlardan qabaq oturacaqda oturan şəxs polis əməkdaşlarına irad olaraq “qolumu niyə sıxırsan, mən özüm hara desən gedəcəm” demişdir. Polislər həmin şəxsləri qara rəngli «Kia Sportage» markalı maşına oturtmuşlar. O, maşından düşmüş, həmin vaxt «Kia Sportage» markalı maşın gəlib yanında saxlamış və saxlanılan şəxslərdən biri arxadan ona 3 manat 20 qəpik tutan gediş haqqının əvəzinə 5 manat pul uzatmışdır. «Kia Sportage» markalı maşında sürücüdən başqa ön sərnişin oturacaqda daha bir nəfərin oturduğunu, arxada isə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxslə və ikinci şəxsin ortada, onların sağ və sol tərəflərində isə iki nəfər polis əməkdaşının oturduğunu görmüşdür. Onlar ona pul verdikdən sonra çıxıb getmişlər. Şahid5 ifadəsinin davamında daha sonra göstərdi ki, onun sərnişinləri və polislər getdikdən sonra yaxınlıqda dayanmış ağ rəng «Renault Dacia» markalı, “PA” qeydiyyat nişanlı maşının sürücüsü ondan nə məsələ olduğunu soruşmuş, o isə həmin şəxslərin sifarişləri əsasında onları apararkən 4 nəfər şəxsin maşına daxil olub tez-tez “banditizm, banditizm” deyərək onları maşından düşürdüklərini və öz maşınlarına oturdub apardıqlarını demişdir. Bundan sonra o, gəlib maşına oturmaq istərkən qabaq sərnişin oturacağında təxminən 7-8 açarlıq açar dəstinin qaldığını görmüşdür. Açarları götürüb onu saxlayan DYP əməkdaşının yanına gəlmiş, həmin əməkdaşa açar dəstinin polislər tərəfindən saxlanılan sərnişindən düşdüyünü, açarları şəxslərin özlərinə qaytarmaq lazım olduğunu demiş və açarları təqdim etmişdir. DYP əməkdaşı razılaşıb açarları ondan götürmüşdür. Həmin polis əməkdaşının kimliyini bilməmiş və soruşmamışdır. Açarları təqdim etdikdən sonra gəlib maşına oturarkən arxa oturacaqda bir ədəd sellofan paket olduğunu görmüşdür. O, həmin paketi də götürüb aparıb DYP əməkdaşına vermək istəmiş və həmin paketin də maşında qaldığını bildirmişdir. DYP əməkdaşı sellofanı götürə bilməyəcəyini demiş və «Ekologiya postu»na müraciət etməyi tövsiyə etmişdir. O, «Ekologiya postu»na gedib müraciət etmiş, lakin orada maşında qalmış açar dəsti də onun özünə qaytarılmış və aparıb BMCMİ-yə verməsini demişlər. Bundan sonra o, oradan çıxıb BMCMİ-yə getmiş və onun maşınında əməliyyat tədbiri keçirildiyini, açar dəsti ilə sellofan torbanın da saxlanılan şəxslərdən düşdüyünü bildirərək onlara təqdim etmişdir. Polis əməkdaşları ona pandemiya şəraiti ilə əlaqədar heç bir əşya və predmet qəbul edə bilmədiklərini demiş və ona açarları və sellofan torbanı tullamağı məsləhət görmüşlər. Daha sonra Şahid5 ifadəsində göstərdi ki, o, maşınında qalmış həmin əşyaları atmayıb maşınına qoyub saxlamışdır. Bir neçə gün sonra ona zəng gəlmiş, zəng edən şəxs tutulan şəxslərin qohumu olduğunu demiş, maşınında qalmış bağlama və açarları istəmişdir. O, həmin şəxslə razılaşıb «Nərimanov» metrostansiyası ətrafında görüşmüş, həmin şəxsə ondan həmin sellofan torbanı və açarları akt əsasında götürməyi xahiş etmişdir. O da etiraz etməmiş, aktı özü yazmış və sonda əşyaları həmin şəxsə təhvil vermişdir. Sellofan paket açılmış, içərisində idman paltar dəsti, telefon adapteri, qayçı və açarlar olmuş, onları da həmin şəxsə aktla təhvil vermişdir. Bir dəfə də ona zəng olunmuş, ona vəkilə izahat verməli olduğu bildirilmişdir. Görüşüb hadisənin necə baş verməsi barədə izahat vermişdir. Bundan sonra iki dəfə BMCMİ-yə, bir dəfə isə prokurorluğa dəvət olunmuş, gedib izahat və ifadə vermişdir. Şahid5 qeyd olunanlardan başqa, ifadəsində göstərdi ki, maşınına daxil olan polis əməkdaşları 4 nəfər olmuş, onlardan 2 nəfəri qabaq oturacaqda oturan sərnişini, digər 2 nəfəri isə arxa oturacaqda oturan sərnişini maşından düşürmüşlər. Polislərin əməliyyatı zamanı proseslər sürətlə baş vermiş, heç bir dəqiqə belə çəkməmişdir. Onlar özlərini yalnız təkrar-təkrar “banditizm” deyərək təqdim etmiş, lakin bu zaman hər hansı vəsiqə göstərməmiş, həmin şəxsləri nə ilə əlaqədar saxladıqlarını bildirməmişlər. İbtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəyə uyğun ifadə vermiş, lakin taksi fəaliyyəti ilə məşğul olduğu üçün tələsdiyindən istintaqdakı ifadəsini oxumadan imzalamışdır. Ondan polisdə və ya başqa orqanda ələ almaq yolu ilə hadisə barədə istədikləri formada ifadə alan olmamış, ona belə bir təklif verilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid4 ilə şahidlər – əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı şahidlər Şahid1 və Şahid2 sərbəst ifadələrində qeyd etdikləri xüsusatları Şahid4 üzünə qarşı bir daha təsdiq etmiş, Şahid4 isə özünün sərbəst ifadəsində göstərdiyi xüsusatları, yəni 14 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə sifariş vermiş olduqları taksi avtomaşınında Biləcəri istiqamətində yol gedərkən DYP əməkdaşının vasitəsi ilə saxlanıldığını, özünün və Təqsirləndirilən şəxs taksidən düşürülüb BMCMİ-yə aparılmalarını, BMCMİ-yə aparılarkən yolda onu sərbəst buraxmadıqlarını, onların hər ikisini inzibati binanın ayrıayrı otaqlarına salmalarını, saxlanılarkən hər ikisinin üzərlərinin yoxlanıldığını, kənar heç bir şey aşkar edilmədiyini, Təqsirləndirilən şəxs üzərində metamfetamin psixotrop maddəsi olmadığını şahidlər Şahid1 və Şahid2 üzünə qarşı bir daha təsdiq etmiş, həmçinin hər iki şəxsin Təqsirləndirilən şəxsla onun saxlanılmasında iştirak etmiş əməliyyatçılar olduqlarını, onların saxlanılmasında iştirak edən şəxslərin sayının 4 nəfər olduğunu və özünün BMCMİ-də gün yarım saxlanıldıqdan sonra azad edildiyini bildirmişdir. Tədqiq olunan protokollardan görünür ki, əməliyyat müvəkkili Şahid2 ilə Şahid4 arasında keçirilmiş üzləşmə zamanı müstəntiqin Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı ünvanladığı suala Şahid4 «bu barədə heç nə deyə bilmərəm, çünki Mahuru orada görməmişəm, belə ki, ayrı otaqlarda idik» cavabını verməsinə baxmayaraq, bu cavab itiham aktına “Təqsirləndirilən şəxs döyülərək işgəncələrə məruz qalmasından xəbərsiz olmuşam” kimi daxil edilmişdir (iş vərəqə: cild İİ, səh. 16- 20; 25-28). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Şahid4 ilə şahid – əməliyyat müvəkkili Şahid3 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Şahid3 sərbəst ifadəsində göstərdiyi xüsusatları Şahid4 üzünə qarşı bir daha təsdiq etmiş, Şahid4 isə öz növbəsində Şahid3 tanımadığını, onu xatırlamadığını bildirmiş, həçinin həm sərbəst ifadəsində göstərdiyi və həm də digər polis əməkdaşarı ilə üzləşməsi zamanı göstərdiyi xüsusatları Şahid3 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 21-24). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina edilməsi barədə» 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs və polis əməkdaşlarının ifadələri arasında müəyyən olunan ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxsla polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılmış, lakin Təqsirləndirilən şəxs və onun vəkili həmin istintaq hərəkətlərinin videoçəkiliş və ya başqa yazan texnika vasitəsi ilə həyata keçirilməməsi səbəbindən üzləşdirmə istintaq hərəkətlərində iştirakdan imtina etmişlər (iş vərəqə: cild İ, səh. 237). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən yazılmış 14 iyul 2020-ci il tarixli raportdan və eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 iyul 2020-ci il tarixli qərardan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlayıb daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur (iş vərəqə: cild İ, səh. 4-6). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X10 tərəfindən tərtib olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokoldan görünür ki, həmin protokol iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması məqsədilə əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3, Təqsirləndirilən şəxs və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 iştirakları ilə BMCMİ-nin inzibati binasında saat 17-00-dan saat 17-20-ədək olan müddətdə tərtib olunmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl vət. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində göy rəngli cins materiallı şalvarın sol yan cibindən bir qutu “Sobranie” markalı siqaret, şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd “Nokia” markalı mobil telefon və iki ədəd bükümlərdə naməlum maddələr təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan, həmçinin görünür ki, şəxsi axtarış və götürmə ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükülüyə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs bükülülərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, təqdim etdiyi həmin psixotrop maddəni təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyli maddələr olan 02 ədəd şəffaf sellofanda olan bükülü ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüş, qablaşdırılmış və möhürlənmiş, qablaşdırmanın üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Baxış və götürmənin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, şikayət, təklif və protokola dair qeydlər daxil olmamış və düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti “Samsung” markalı mobil telefon apratı vasitəsilə videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 32-34). Məhkəmə baxışı zamanı 01 ədəd DVD-R formatlı diskə yüklənmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri nümayiş olundu və müəyyən edildi ki, BMCMİ-nin təhqiqatçısı Yusif Yusifov tərəfindən Təqsirləndirilən şəxs üzərində 3 nəfər əməliyyat müvəkkilinin - Şahid2, Şahid1 və Şahid3, Təqsirləndirilən şəxs özünün və Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı təhqiqatçının təklifinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins materiallı şalvarın sol yan cibindən bir qutu siqaret, şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd mobil telefon və iki ədəd bükümlərdə olan naməlum maddələr təqdim etmişdir(iş vərəqə: cild İ, səh. 34, məhkəmə iclas protokolları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 15 iyul 2020-ci il tarixli, 6/1310 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfin içərisində iki ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 3,380 qr, 2,656 qr, ümumi təmiz çəkisi 6,036 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiq olunan həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş metamfetaminin ümumi təmiz çəkisi-6,036 qr., tədqiqata sərf edildi-0,060 qr., qalıq çəki isə 5,976 qr. olmuşdur (iş vərəqə: cild İ, səh. 42-47). Məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" MMC-dən daxil olmuş 01 fevral 2021-ci il tarixli, AZF/LGL-43/21 saylı məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəyə aid zəng və anten məlumatlarının olması, SMS bölməsində isə istintaq əhəmiyyəti kəsb etməyən qısa mesajların olması müəyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid olan ötürücü antenalar tərəfindən qeydə alınmış məlumatlardan məlum olmuşdur ki, qeyd edilən nömrəyə aid ötürücü antenalar Təqsirləndirilən şəxs saxlanıldığı 14 iyul 2020-ci il tarixdə sonuncu dəfə saat 14:51-də ünvan 2 ünvanda qeydə alınmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 14 iyul 2020-ci il tarixdə saat 15:00-da faktiki olaraq saxlandığı yer kimi Abşeron rayonu, Bakı-Sumqayıt şosesinin 22-ci kilometrliyi qeyd olunmuşdur. Bakı şəhərinin müvafiq ərazisinin xəritədə olan təsvirinə mobil telefon tətbiqi vasitəsilə keçirilmiş baxış nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı-Sumqayıt şosesi ilə həmin vaxt istifadəsində olan GSM mobil telefon nömrəsini fiksə etmiş ötürücü antenin quraşdırıldığı Rəşid İsmayılov küçəsi bir-birinə nisbətdə paralel olaraq yerləşirlər. Odur ki, həmin disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 226-230; cild İİ, səh. 29-40). Cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertiza keçirilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 2536 №-li həmin rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə halları istisna olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 181-182). Daha sonra işdə olan və sübut növü kimi ittiham aktına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarlarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 14 iyul 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi barədə qərarın qəbul edilməsi qanunauyğun hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 60-61; 141). İbtidai istintaq orqanının işdə olan 20 iyul 2020-ci il tarixli və 03 mart 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülməsi qeyd olunan, ümumi çəkisi 6,036 qram təşkil edən psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,976 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 102; 109; cild İİ, səh. 29-40). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 6,036 qram təşkil edən külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində araşdırılan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə səlb olunmasına nail olunması məqsədilə onun hüquqları pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokol tərtib olunarkən həmin protokolda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinə münasibətdə təhriflərə yol verilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs video çəkiliş prosesində protokolda göstərildiyi kimi, təqdim etdiyi bükülülərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, təqdim etdiyi həmin psixotrop maddəni təxminən iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirməmiş, əksinə təhqiqatçının suallarına: «təqdim etdiyim bükülüləri tapmışam, tullayacaqdım, dünən tapmışam, Biləcəridən tapmışam, içindəkilərin nə olduğunu vallah bilmirəm, narkotikdir də, tullayacaqdım, amma gördüm narkotikdir, vallah hansı narkotik vasitə olduğunu bilmirəm, amma narkotikdir də, özüm narkotik vasitələrdən istifadə etmirəm» kimi cavablar vermişdir. Tədqiq olunan videogörüntülərlə, həmçinin müəyyən edilmişdir ki, video çəkiliş prosesində Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərdəki maddələrin metamfetamin psixotrop maddəsi olduğunu ümumimyyətlə dilinə gətirməmiş, hər iki bükülüdəki maddələrin ağ rəngli, kristal formalı, spesifik iyli metamfetamin psixotrop maddəsi olduğunu proses iştirakçılarına təhqiqatçı Yusif Yusifovun özü iki dəfə təkrarlamaqla bildirmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokolda videogörüntülərə münasibətdə yol verilmiş saxtalaşdırmalara, istintaq orqanı tərəfindən bilərəkdən həm Təqsirləndirilən şəxs 15 və 16 iyul 2020-ci il tarixli ifadələrində, həm iş üzrə şahid qismində dindirilmiş hər üç əməliyyat müvəkkilinin - Şahid2, Şahid1 və Şahid3 ifadələrində, həm də adları çəkilən hər üç əməliyyat müvəkkilinin Şahid4 arasında keçirilmiş üzləşmədəki ifadələrində yol verilmişdir. Bundan başqa, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,036 qram metamfetamin psixotrop maddəsi əldə edərək üzərində saxlaması, daşıması və ondan qeyd olunan növdə və miqdarda psixotrop maddənin əməliyyat orqanı tərəfindən aşkar edilib götürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2020-ci il tarixdə, saat 15:00-da BMCMİ-nin əməkdaşları tərəfindən 6,036 qram çəkidə metamfetamin psixotrop maddəsi götürülməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 14 iyul 2020-ci il tarixdə, saat 15:00 radələrində dostu Şahid4la birlikdə sifariş verdiyi taksi ilə Bakı-Sumqayıt yolunun üzərində olan, «Ekologiya postu» adlanan yerdən keçib Biləcəri qəsəbəsi istiqamətində dönərkən naməlum DYP əməkdaşı tərəfindən taksi avtomaşınının saxlanılmasından sonra əvvəlcə özlərini təqdim etməyən, lakin sonradan BMCMİ-nin əməkdaşları olmalarını öyrəndiyi 4 nəfər mülki geyimli şəxslər tərəfindən avtomaşından çıxarılmalarını, onu və dostu Şahid4 özlərinə məxsus avtomaşına mindirib Baş İdarəyə aparmalarını, ona məxsus açarların və selofan torbanın taksidə qaldığını, hələ onları BMCMİ-yə aparmazdan əvvəl yolda hər ikisinin üzərini təmiz axtardıqlarını, lakin hər hansı qanunsuz saxlanılan əşyanın, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin aşkar edilmədiyini, BMCMİdə Sabirlə onu ayrı-ayrı otaqlara salmalarını, əvvəlcə onun Natiq adlı şəxsdən hədəqorxu ilə 10.000 manakt pul tələb etməsi ilə sorgu-sual edildiyini, həmin məsələ alınmadıqda boynuna narkotik götürməsi ondan tələb olunduğunu, razılaşmadıqda döyüldüyünü, elektroşokerlə işgəncə verildiyini, şərəf və ləyaqətinə toxunan hərəkətlər edildikdə ona polis tərəfindən iki ədəd bükümdə verilən, ona naməlum olan maddələri boynuna götürmək məcburiyyətində qaldığını göstərmiş və saxlanılması ilə əlaqədar geniş ifadə vermişdir. İş materiallarından göründüyü və məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs hələ məhkəməyədək icraat mərhələsində 17 iyul 2020-ci il və ondan sonrakı tarixlərdə verdiyi bütün ifadələrində 15 və 16 iyul 2020-ci il tarixli ifadələrində göstərilənləri inkar etmiş və saxlanılması ilə bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələrinə uyğun ifadələr vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 həm məhkəmə baxışı zamanı və həm də məhkəməyədək icraat mərhələsində dindirildiyi sərbəst ifadələrində və polis əməkdaşları ilə üzləşməsi zamanı verdiyi bütün ifadələrində 14 iyul 2020-ci il tarixdə, saat 15:00 radələrində «Ekologiya postu» adlanan yerdə naməlum DYP əməkdaşının vasitəsi ilə sonradan BMCMİ-nin əməkdaşları olmalarını öyrəndiyi 4 nəfər mülki geyimli şəxslər tərəfindən saxlanılıb özünün və Təqsirləndirilən şəxs BMCMİ-yə aparılmalarını, Mahura məxsus əşyaların taksidə qaldığını, aparılarkən üzərlərinin axtarıldığını, lakin kənar heç bir əşyanın aşkar edilmədiyini, Təqsirləndirilən şəxs narkortik vasitə və ya psixotrop maddə olmadığını təsdiq etmiş, BMCMİ-də onların ayrı-ayrı otaqlarda saxlanılmalarını, BMCMİ-yə aparılarkən onun yolda buraxılmadığını, gün yarım saxlanıldıqdan sonra növbəti gün axşam azad edildiyini təsdiq etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Şahid4 məhkəməyədək icraat mərhələsində vermiş olduğu sərbəst ifadəsi həmin iş üzrə tərtib olunmuş ittiham aktı üzrə qiymətləndirilərkən təhriflərə yol verilmiş, Şahid4 sərbəst ifadəsində məhz 4 nəfər mülki geyimli şəxslər tərəfindən saxlanılmalarını göstərsə də, ittiham aktında istər ibtidai istintaq və ya istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və onu saxlamış şəxslərin mübahisələrə səbəb olmuş miqdar sayı məlum deyil, məchul formada “BMCMİ-nin əməkdaşları” kimi göstərilmiş, Şahid4 sərbəst ifadəsində saxlanılarkən üzərlərinə baxış keçirildiyini, onların üzərində kənar bir şey aşkar olunmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından məlumatsız olduğunu, belə bir şey olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışının əleyhinə olduğunu göstərsə də, ittiham aktında şahidin ifadəsinin bu hissəsinə ümumiyyətlə qiymət verilməmiş, sərbəst ifadədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qadağan edilmiş maddələri kimdən əldə etməsi barədə müstəntiq tərəfindən qoyulmuş suala şahid “bu barədə heç bir məlumatım yoxdur, elə bir şey görməmişəm” cavabını versə də, ittiham aktında qoyulan sual təkrarlanmaqla şahidin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qadağan edilmiş maddələri kimdən əldə etməsi barədə məlumatının olmadığını göstərməsi kimi qiymətləndirilmişdir. Şahid4 sərbəst ifadəsində Təqsirləndirilən şəxs hər hansı formada işgəncəyə və ya fiziki zora məruz qalıb-qalmaması barədə ümumiyyətlə söz açılmadığı, ittiham aktında şahidlə əməliyyat müvəkkili Şahid2 arasında keçirilmiş üzləşmədə şahidin ifadəsinə ümumiyyətlə qiymət verilmədiyi halda, itiham aktında şahidin sərbəst ifadəsi qiymətləndirilərkən həmin hissəyə şahidlə əməliyyat müvəkkili Şahid2 arasında keçirilmiş üzləşməyə dair dindirmə protokolunda yer almış “Təqsirləndirilən şəxs döyülərək işgəncələrə məruz qalmasından xəbərsiz olduğu” ifadəsi daxil edilmişdir (iş vərəqə: cild İİ, səh. 204, ittiham aktı). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, Təqsirləndirilən şəxs sifarişi üzrə onları sifariş olunan ünvana aparan taksi avtomaşınının sürücüsü Şahid5 ifadəsində 14 iyul 2020-ci il tarixdə, saat 15:00 radələrində «Ekologiya postu» adlanan yerdə naməlum DYP əməkdaşı tərəfindən idarə etdiyi avtomaşının saxlanıldığını, saxlanıldıqdan dərhal sonra 4 nəfər mülki geyimli şəxslərin avtomaşının ön və arxa qapılarını açaraq tez-tez “banditizm” sözlərini təkrarlamaqla onun hər iki müştərisini maşından çıxarıb özlərinə məxsus “KİA SPORTAGE” markalı maşınlarına mindirmələrini və naməlum istiqamətdə aparmalarını, həmçinin müştərilərin dəst açarlarının və içərisində geyim əşyaları olan bir ədəd sellofan torbasının maşında qaldığını təsdiq etmiş, bir müddət sonra avtomaşınında qalmış əşyaları aktla Təqsirləndirilən şəxs qardaşına qaytardığını göstərmişdir. Müdafiə tərəfinin təqdim etdiyi işdə olan 22.07.2020-ci il tarixli aktla müəyyən olunur ki, Şahid5 akt tərtib olunan tarixdə açarları, geyim əşyalarını və s. əşyaları Təqsirləndirilən şəxs qardaşı R.Rüstəmova təhvil vermişdir (iş vərəqə: cild İİİ). Bundan başqa işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı qaldırılan vəsatətə və verilən təqdimata münasibət bildirərkən törədilmiş cinayət əməlində özünü təqsirli bilmədiyini, BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qaldığını, bu səbəblə də təqsirləndirilən şəxs qismində dindirildiyi zaman edilən işgəncəyə dözməyib guya cinayəti törədibmiş kimi ifadə verməyə məcbur edildiyini, iş üzrə nəzərdə tutulan narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını məhkəmənin nəzər diqqətinə çatdırmışdır (iş vərəqə: cild İ, səh. 83-85). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı əldə olunmaqla tədqiq olunan, X4 və qeyrisinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2020-ci il tarixli qərarla (BMCMİ-nin müstəntiqi Orxan Quliyev) təsdiq edilmişdir ki, həmin iş üzrə təqsirləndirilən şəxs Natiq Qasımov 13 iyul 2020-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs saxlanılmasından bir gün əvvəl külli miqdarda heroin narkotik vasitəsi əldə edib saxlamağa görə BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs və qeyrilərinin ondan hədə-qorxu ilə 10.000 manat pul tələb etdiklərini bildirmişdir. 14 iyul 2020-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən saxlanıldığı gün X4 və qeyrisinin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmıdır. Həmin cinayət işinin istintaqı zamanı bu xüsusat üzrə müvafiq araşdırma aparılmış, baxılan iş üzrə Təqsirləndirilən şəxs da dindirilmişdir. Qeyd olunan cinayət işinin istintaqı mərhələsində Təqsirləndirilən şəxs və qeyrilərinin ərizəçiyə qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmələri kifayət qədər təsdiqini tapmadığından fakta görə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: İİİ cild, “sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2020-ci il tarixli qərar). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, 23 aprel 2021-ci il tarixdə, saat 19:00-da baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid4 Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində saxlanılmış və ondan 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 2,710 qram və 2,813 qram - ümumi çəkisi 5,523 qram olmaqla külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür (iş vərəqə: İİİ cild, ittiham aktı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən olundu ki, istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 ifadələri ilə məhkəmə baxışı zamanı işin müəyyən olunan halları arasında kəskin ziddiyyətlər mövcuddur, əməliyyat müvəkkillərinin hər iki mərhələdə vermiş olduqları ifadələri reallığı əks etdirmir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs onların saxlanılmasında 4 nəfər BMCMİ-nin əməkdaşlarının iştirak etməsini bildirməsinə və məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 və Şahid5 bir dahatəsdiq etmələrinə, onların BMSMİ-yə aparılarkən üzərlərinin təmiz axtarıldığını, lakin qeyriqanuni hər hansı əşyanın aşkar edilmədiyini, onların saxlanılmasında Şahid3 iştirak etmədiyini Təqsirləndirilən şəxsla yanaşı, həm də Şahid4 təsdiq etmələrinə, Şahid4 həm yuxarıda qeyd olunanları və 4 nəfər BMCMİ-nin əməkdaşlarının onları sonadək BMSMİ-yə aparıb ayrı-ayrı otaqlara salınmalarını, onun yolda azad edilmədiyini, sutka yarım saxlanıldıqdan sonra onun azadlığa buraxıldığını həm həm sərbəst və həm də üzləşmə prosesində verdiyi ifadəsində polis əməkdaşlarının üzünə qarşı göstərsə də, əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 göstərilənləri inkar etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı nümayiş olunan müdafiə tərəfinin "xxxx" MMC-dən əldə etməklə təqdim etdiyi bir ədəd videodiskə yerləşdirilmiş videogörüntülərin nümayişi ilə müəyyən edildi ki, 14 iyul 2020-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən saxlanıldığı gün, saat 14:32də Bakı-Sumqayıt yolunun üzərində yerləşən DYP postunda DYP əməkdaşı tərəfindən saxlanılan qara rəngli avtomaşının sağ yan tərəfində daha bir ədəd ağ rəngli avtomaşın dayanmaqla görüntüləri məhdudlaşdırır, kənardan 3 nəfər kişi qaçaraq qara rəngli avtomaşınına çatıb qapıları açır, sonra iki nəfər bir nəfər qara geyimli, iki nəfər isə bir nəfər ağ geyimli şəxsin qollarına girərək ağacların arxasına keçir. Qeyd olunan videogörüntülər avtomaşından düşürülən iki nəfərin dörd nəfər tərəfindən aparıldığını bir daha təsdiq edir (iş miaterialları, İİİ cild, videodisk). Bundan başqa məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılmasından sonra onun Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsində nəzərdə tutulan şübhəli şəxsin tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, həmin Məcəllənin 90.7.7-ci və 91.5.7-ci maddələrində nəzərdə tutulan müstəqil olaraq müdafiəçi seçmək hüquqları təmin edilməmiş, həmin Məcəllənin 90.6cı maddəsində nəzərdə tutulan şübhəli şəxsə qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə maneçiliklər törədilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, saxlanıldıqdan sonra valideynləri ilə əlaqə saxlamaq və özünə vəkil tutmaq istəyini bildirsə də, ona bununçün şərait yaradılmamış, bunun yalnız videoçəkilişdən sonra mümkün ola biləcəyi bildirilmişdir. Saxlanılması, şübhəli şəxs qismində tutulması ilə əlaqədar məzmununu bilmədiyi bütün sənədlərə, o cümlədən ibtidai istintaqın ilkin mərhələlərində müstəntiq tərəfindən yazılan 15 və 16 iyul 2020-ci il tarixli ifadələrinə məcburiyyət qarşısında imza etsə də, həmin ifadələri oxumamış, məzmunundan xəbərsiz olmuşdur. Dövlət hesabına ona ayrılmış vəkili ilk dəfə videoçəkiliş zamanı görmüş, adının Nizami Caniyev olduğunu bilmiş, o, sonuncunu yalnız 14 iyul 2020-ci il tarixdə video çəkiliş “səhnəciyində” və 16 iyul 2020-ci il tarixdlə məhkəmə qarşısına çıxparılarkən görmüşdür. 14 -16 iyul 2020-ci il tarixlərdə aparılmış digər istintaq hərəkətlərinin heç birində vəkil iştirak etməmiş, onun hüquqlarını ümumiyyətlə qorumamış, lakin müdafiəçi bütün mühüm sədələrə imza etmişdir. Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozuntusu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Daha sonra həmin Məcəllənin 90.7.2-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilinməsi ilə əlaqədar hüquq və vəzifələrinin, müdafiəçi ilə təmin olunmaq hüquqnun izah edilməsi, onun hüquqi yardıma ehtiyacının olması və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsi barədə kompyüter vasitəsi ilə tərtib olunmuş ərizə, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilərinin növbətçilik cədvəli, şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə protokol, müdafiəçi dəvət olunması barədə qərar, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 14 iyul 2020-ci il tarixli orderi, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə protokol mövcud olsa da, qeyd olunan istintaq hərəkəti protokolları və müvafiq qərar reallığı əks etdirməmiş, edilməli olan istintaq hərəkətlərinin prosessual məcburiliyinin və ardıcıllığının qorunması məqsədilə formal olaraq tərtib edilib iş materiallarına əlavə edilmişdir. Belə ki, işdə olan şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə 14 iyul 2020-ci il tarixli protokoldan (cild İ, səh.17) görünür ki, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs “Mərkəz” Vəkil Bürosunun vəkilərinin siyahısı təqdim edilmiş, sonuncu siyahı ilə tanış olduqdan sonra onun hüquqlarının “Mərkəz” Vəkil Bürosunun növbətçilik üzrə hər hansı bir vəkili tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilərinin növbətçilik cədvəli adı ilə iş materiallarına əlavə edilmiş (cild İ, səh.16) və həqiqiliyi təsdiq edilmiş kserosürət siyahının növbətçilik və ya qeyri məqsədlə tərtib olunduğu, növbətçilik məqsədilə tərtib olunmuş cədvəl olduğu təqdirdə həmin cədvəlin hansı ilə aid olması, siyahıda adları göstərilən vəkillərin hansı ayda və ya hansı gündə növbətçi olmaları öz əksini tapmamışdır. Ən əsası isə, iş materialarına əlavə olunan həmin cədvəllə tanış olma qrafasında şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs deyil, Hüseynov Əlihüseyn ad-soyadlı qeyrisi və sonuncuya aid imza mövcuddur. Bundan başqa, məhkəmə baxışı zamanı müdafiəçi tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi internet səhifəsinə yerləşdirilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı 14 iyul 2020-ci il tarixdə Bakı şəhəri üzrə “Mərkəz” Vəkil Bürosunun vəkiləri, o cümlədən X6 ümumiyyətlə növbətçi kimi qeyd olunmamış, həmin məlumatlarda vəkil Nizami Canıyevin 15 iyul 2020-ci il tarixdə növbətçi vəkil olduğu qeyd olunmuşdur. İşdə olan müdafiəçi dəvət olunması haqqında 14 iyul 2020-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması məqsədilə müdafiəçiyə ehtiyacının olmasının əsası kimi maddi imkanının olmamasını göstərmişdir. Lakin məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs mənsub olması göstərilən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsi barədə 14 iyul 2020-ci il tarixli ərizədə sonuncunun maddi imkanının olub-olmaması barədə hər hansı qeyd mövcud deyildir. Hansı ki, məhkəməyədək icraat mərhələsində 16 iyul 2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hüquqları müqavilə əsasında iki nəfər vəkil tərəfindən müdavilə əsasında müdafiə olunmuş və hətta həmin vəkillərdən biri müqavilə əsasında məhkəmə baxışı mərhələsində öz vəzifəsini icra etməkdə davam etmişdir. Azərbaycan Respublikası CPM-nin 90.7.9-ci maddəsinə əsasən şübhəli şəxs müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək; həmin Məcəllənin 90.7.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək kimi hüquqlara malikdir. Yuxarıda qeyd olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2020-ci il tarixli protokolda videogörüntülərə münasibətdə yol verilmiş saxtalaşdırmaların təqsirləndirilən şəxsin 15 və 16 iyul 2020-ci il tarixli ifadələrində yer alması, həqiqətən də videoçəkiliş prosesində iştirak etmiş müdafiəçi Nizami Caniyevin 15 və 16 iyul 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı faktiki iştirak etmədiyini və tərtib olunan dindirmə protokolunun hər hansı formada oxunmadığını və ya elan edilmədiyini təsdiq edir. Belə ki, qeyd olunan istintaq hərəkətlərində real iştirak etmiş bir müdafiəçinin dindirmə protokolunun oxunmasından və ya elan edilməsindən sonra yol verilmiş bu cür qanun pozuntusunu görməməsi mümkünsüzdür. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi müvafiq olaraq 15 və 16 iyul 2020-ci il tarixli dindirmə protokollarında müdafiəçi Nizami Caniyevin iştirakı barədə qeydlər mövcuddur. Həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirildikdən sonra elə həmin tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qaldırılan vəsatət üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə təqdimat verilmiş və Nərimanov Rayon Məhkəməsində qətimkan tədbiri ilə bağlı məsələyə baxılarkən müdafiəçi Nizami Caniyev və ilk dəfə olaraq müqavilə üzrə vəkil Müdafiəçi iştirak etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edilib saxlanılması və s.) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs qismində tutularkən həmin əməlin törədilməsində şübhələnməyə əsas verən məlumatlar müəyyən olunmadan, sonuncu əsasız və qanunsuz olaraq tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinin tələblərinə görə şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. Əməliyyat axtarış fəliyyəti ilə bağlı tərtib olunmuş və işdə olan sənədlərin qanuniliyinə inanılsa belə, ilk mənbə olaraq əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunan raportda (cild İ, səh.4) «Mahur» adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması göstərilmiş və məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə istənilmişdir. Göründüyü kimi, daxil olmuş məlumat hələ yoxlanılmamış bir məlumat olmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasınadək onun üzərində narkotik vasitə və psixotrop maddələr olub-olmaması, olduğu təqdirdə bunun külli miqdar təşkil edib-etməməsi, hətta Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması müəyyənləşdirilməmiş, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanmamış, onun bu cinayəti törətməsini təsdiq edən kimsə müəyyənləşdirilməmiş, Təqsirləndirilən şəxs bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər tapılmamışdır. Lakin işdə olan konkret sənədlərlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs yoxlanılmamış məlumat əsasında, hələ üzərinə baxış keçirilməsinə və üzərindən külli miqdarda psixotrop maddə aşkar edilib götürülməsinədək əsassız və qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edilib saxlanılmasına və daşınmasına görə tutulmuş və onun azadlıq hüquqları məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasından sonra onun döyülməsi, işgəncələrə məruz qalması barədə təqsirləndirilən şəxsin və onun müdafiəçisi Müdafiəçi iddialarına gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət işinin ibtidai istintaqı mərhələsində qeyd olunan fakt üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi müəyyən edilmədiyinə görə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 01 aprel 2020-ci il tarixli qərar (bu tarixdə Təqsirləndirilən şəxs hələ saxlanılmamışdı və işgəncəyə məruz qalması barədə iddiası yox idi ?). qəbul edilmişdir (iş vərəqə: cild İİ, səh. 133-139). Həmçinin məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 18 iyul 2020-ci il tarixli, 146 MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə ekspertizası zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir (iş vərəqə: cild İİ, səh.137-138). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan bu fakla bağlı göstərmişdir ki, ona qarşı edilmiş işgəngə faktlarına görə onun bədənində xəsarət izləri qalmaması üçün o, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra qanunsuz olaraq bir neçə gün BMCMİ-də saxlanılmış, yalnız 20 iyul 2020-ci il tarixdə istintaq Təcridxanasına köçürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində baxılan cinayət işi üzrə bir sıra hüquq və qanun pozuntuları ilə bağlı müdafiə tərəfinin təqdim etdiyi müraciətə baxılmış və həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində 16 iyul 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsindən sonra 20 iyul 2020-ci il tarixədək 4 gün istintaq təcridxanasına keçirilmədən müvəqqəti saxlama yerində saxlanılması qanunsuz hesab edilmiş və qeyd olunan qanunsuzluqlara yol vermiş BMCMİ-nin vəzifəli şəxsləri barədə xüsusi qərar çıxarılmışdır (iş vərəqə: cild İ, səh. 159-164). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun Müdafiəçi ünvanlanmış 16 mart 2021-ci il tarixli məktubundan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar təqdimata baxılarkən Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalmasını bildirməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə ayrıca qərar qəbul edilmiş və həmin məlumat 16 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir (iş vərəqə: cild İİİ). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində cinayət işi üzrə obyektiv həqiqətin ortaya çıxarılması məqsədilə müdafiə tərfindən çoxsaylı vəsatətlər qaldırılmış, lakin qeyd olunan vəsatətlər əsasən təmin edilməmişdir. Vəsatətlərin təmin edilməməsi əsası ilə müvafiq məhkəmələrə şikaytlər verilmiş və həmin şikayətlərə məhkəmə qaydasında baxılaraq müvafiq qərarlar qəbul edilmiş, xüsusi qərarlar çıxarılmışdır (cinayət işinin materialları: Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il və 11 fevral 2021-ci il tarixli qərarları, Səbayıl Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunan 14 iyul 2020-ci il tarixli raport, eyni şəxs, yəni əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və BMCMİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında” 14 iyul 2020-ci il tarixli qərar, BMCMİ-nin rəisi tərəfindən imzalanmış “Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, Ə96- 007-20 saylı əmr, Təqsirləndirilən şəxs üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında» 14 iyul 2020-ci il tarixli protkol, şəxsi axtarış və götürmə aparılması prosesinin bir ədəd DVD-R diskinə yüklənmiş videogörüntüləri Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsinin yeganə mənbəyi kimi təqdim edilmişdir ki, qeyd olunan həmin sənədlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu ilə əldə olunduğundan, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması yolu ilə ondan alınmış 14 və 16 iyul 2020-ci il tarixli ifadələr, şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 işin hallarına uyğun gəlməyən sərbəst və üzləşmədəki ifadələri, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamların təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Həmçinin, məhkəmə belə nəticəyə gəlir ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilinməsi ilə əlaqədar hüquq və vəzifələrinin, müdafiəçi ilə təmin olunmaq hüquqnun izah edilməsi, onun hüquqi yardıma ehtiyacının olması və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsi barədə kompyüter vasitəsi ilə tərtib olunmuş ərizə, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilərinin növbətçilik cədvəli, şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə protokol, müdafiəçi dəvət olunması barədə qərar, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 14 iyul 2020-ci il tarixli orderi, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə protokol qanuni qəbul edilə bilməz və Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Bütün qeyd olunanlarla yanaşı məhkəmə həm də qeyd edir ki, məhkəməyədək icraat mərhələsində qəbul edilmiş və ibtidai istintaq orqanı tərəfindən ittiham aktına sübut növü kimi əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarları işə mahiyyəti üzrə baxılmadan, mahiyyəti üzrə araşdırma aparılmadan və yalnız istintaq orqanının təqdim etdiyi sənədlər əsasında çıxarıldığından, həmçinin işə mahiyyəti üzrə məhkəmə baxıışı nəticəsində "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu aşkar edildiyindən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 14 iyul 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi barədə qərarın qəbul edilməsi qanunauyğun hesab edilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarları hüquqi qüvvəli sənəd olaraq mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm dəinandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 14 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,976 qram çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetamini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk və "xxxx" MMCdən əldə edilmiş bir ədəd CD formatlı disk, həmçinin müdafiə tərəfinin təqdim etdiyi "xxxx" MMC-dən götürülmüş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan narkotik vasitənin 15 iyul 2020-ci il tarixli, 6/1310 nömrəli məhkəmə-bioloji ekspertizasının keçirilməsinə 81,82 (səksən bir manat 82 qəpik) manat ekspertiza xərci sərf edilmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 15 iyul 2020-ci il tarixli, 6/1310 nömrəli məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,976 qram çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetamini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd DVD formatlı disk və "xxxx" MMCdən əldə edilmiş bir ədəd CD formatlı disk, həmçinin müdafiə tərəfinin təqdim etdiyi "xxxx" MMC-dən götürülmüş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 15 iyul 2020-ci il tarixli, 6/1310 nömrəli məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf olunan 81,82 (səksən bir manat 82 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1072/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1072/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver