Məhkəmə qərarları › İş №1(101)-1072/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1072/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1072/2024 27.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X1, X4, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən və Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində 22 iyul 2023-cü tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən «həbs» qətimkan tədbiri seçilib, Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə 28 iyun 2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığında A. M. Şərifzadə küçəsi, 64 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus «ADA-Baku» kişi geyimləri mağazasına müştəri qismində daxil olaraq oradan sonuncunun mülkiyyətində olmaqla ona məxsus bir ədəd 25 (iyirmi beş) manat dəyərində boz rəngli kətan şalvarı götürüb paltar dəyişmə otağında əynində olan şalvarın altından geyinərək çıxıb getmək istədikdə mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 həmin şalvarı gizli olaraq talamasını aşkar edib geri verməsinə dair tələblərinə məhəl qoymayaraq taladığı əmlakı özündə saxlamaqla mağazanı tərk etmiş, Zərərçəkmiş şəxs1 onun ardınca çıxıb yenidən talanmış əmlakı geri qaytarmasım tələb etdikdə, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçağı cibindən çıxardaraq silah qismində istifadə etməklə nümayiş etdirib hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 onu təqib etməkdə davam edəcəyi təqdirdə xəsarət yetirəcəyi ilə hədələmiş, sonuncunun onun hədələrindən qorxub mağazaya geri qayıtmasının fürsət bilib taladığı Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 25 (iyirmi beş) manat dəyərində boz rəngli kətan şalvarı götürüb hadisə yerindən çıxıb getməklə silah qismində istifadə edilən əşya tətbiq edilməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 18 iyul 2023-cü il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs3 qızma yaxınlaşaraq, sonuncunun sol qoltuq altında tutduğu və içərisində 40 (qırx) manat məbləğində nəğd pul, üzərində 05 (beş) manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan bir ədəd 340 (üç yüz qırx) manat dəyərində Hindistan istehsalı olan «Samsunq A 12» markalı, SM- A125F/DSN modelli mobil telefon və sonuncuya məxsus şəxsiyyət vəsiqəsi olan 10 (on) manat dəyərində qara rəngli pul kisəsini götürüb hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs3 qızma məxsus ümumilikdə 395 (üç yüz doxsan beş) manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, özünü yalnız oğurluğa görə təqsirli bilir. Mağazadan şalvar oğurlayıb çıxarkən sadəcə onun üzərinə beş nəfər gəlmişdir. O da özünü müdafiə etmək üçün cibindən bıçaq çıxartmışdır. “Oba” marketdə oğurladığı pul kisəsinin qadına məxsus olduğunu bildiyinə görə peşmançılıq hiss edib onu geri qaytarmışdır. Pul kisəsini də arvadın qoltuğununun altından deyil, daşın üstündən götürmüşdür. Yasamal rayonunda, Şərifzadə küçəsində meyvə-tərəvəz dükanını keçdikdən sonra oğurladığı pul kisəsini açıb baxmışdır. Oğurladığı şalvarı öz şalvarının altından geyinmişdir. Onun bıçaq çıxartmağı ilə bağlı mağazada kamera görüntüləri var. Mağazanın işçilərinin həmin şalvarın onun əynində olduğunu haradan bildiklərini bilmir. O, polis əməkdaşlarının çağırılmasını tələb etmişdir. Beş nəfər onun üstünə gəldilər. 2012-ci ildə məhkum olunmuşdur. 2019-cu ildə azadlığa buraxılmışdır. O, etdiyi əməli boynuna alır, etmədiyi əməllə cəzalandırılmasını istəmir. Onun öz şalvarının altından geyindiyi şalvarın emblemi yox idi. O, mağaza işçilərinin qarşısında soyunmaq istəməmişdir. Onun üzərinə gəlmişdilər deyə, bıçağı özünü müdafiə məqsədi ilə çıxartmışdır.Başqa sözü yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 180.2.2. və 181.2.5-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək, sonuncu ifadəsini verməkdən imtina etsədə ibtidai istintaqa verdiyi əvvəlki ifadələrində göstərmişdir ki, xeyli müddətdir ki, heç bir yerdə işləmədiyi üçün onun hər hansı bir yerdən gəlir mənbəyi olmamışdır. Bundan başqa o, hal-hazırda narkotik maddə istifadəçisidir. 28 iyun 2023-cü il tarixdə saat 12 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsindəki «lnşaatçılar» metrostansiyasının yaxınlığında yerləşən «ADA-Baku» kişi geyimləri mağazasına gələrək, oradan özünə yay köynəyi seçib almaq istəmişdir. Lakin mağazadakı paltar dəyişmə otağına keçən zaman o, fikrini dəyişib köynək əvəzinə bir ədəd boz rəngli kətan şalvarı götürmüş və əynində olan şalvarın altından geyinmişdir. Mağazadan çölə çıxmaq istəyən zaman sonradan adını bildiyi həmin mağazanın satıcısı Elvin adlı şəxs onun şalvar götürdüyünü başa düşüb mağazanın giriş qapsının qarşısnda saxlamaq istəmişdir. Satıcı yaxınlaşmasın deyə, o, cibindən bıçaq çıxardıb, Elvindən özünün qorumağa başlamışdır. Bundan sonra o, mağazadan götürüb əyninə geyindiyi şalvarla birlikdə oradan qaçaraq uzaqlaşmışdır. Polis əməkdaşları onu tutub saxlayanadək həmin şalvarı o, bir neçə dəfə geyinmiş, lakin sonradan şalvar əynində cırıldığı üçün zibil qutusuna atmışdır. Hadisə yerində olan zaman bıçaqla heç kimə hədə-qorxu gəlməmiş və üzərində gəzdirdiyi həmin bıçağı bir müddət sonra naməlum şəraitdə itirmişdir. Bundan başqa o, Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisində başqa bir cinayət hadisəsi də törətmişdir. Belə ki, o, 18 iyul 2023-cü il tarixdə saat 13:30 radələrində ünvan 4 ünvanın qarşısında piyada təkbaşına hərəkət edən zaman qarşısında sonradan adını bildiyi Ceyran adlı qadının sağ əlində torba, qoltuğunda isə pul kisəsi olduğunu görmüşdür. O, həmin vaxt ətrafa baxmış və yaxınlıqda heç kimin olmadığını görüb arxadan qadına yaxınlaşaraq, sonuncunun sol qoltuğundan qara rəngli pul kisəsini dartaraq götürmüş və oradan tez qaçmışdır. Ceyran adlı qadın onun arxasınca qışqıraraq dayanmasını tələb etsə də, o, artıq həmin yerdən uzaqlaşmışdır. Daha sonra o, sakit bir yerə getmiş və orada qara rəngli pul kisəsini açarkən içərisində yalnız 40 manat məbləğində pul, şəxsiyyət vəsiqəsi və Hindistan istehsalı olan bir ədəd «Samsunq A 12» markalı mobil telefon aşkar etdmişdir. O, həmin gün qırx manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, mobil telefonu isə Bakı şəhəri, Yasamal rayonunda yerləşən «İnşaatçılar» metrostansiyasının yaxınlığındakı «Metro- Lange» adlanan yeməkxananın icarədarı olan Miryaqub adlı şəxsə girov kimi vermiş və özünün ad günü olması ilə bağlı həmin icarədardan 100 manat pul götürüb xərcləmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs hadisə zamanı görüb tanmışdır. Onunla yaxınlığı və ədavəti yoxdur. Aydından mağazadan oğurladığı şalvar geri qaytarmaq tələb olunduqda Aydın müştərilər və satıcıların çox olduğunu görüb bıçaq çıxartdı. O, Aydına şalvarı çıxarıb qaytarmağı tələb etmiş, Aydın isə həmin vaxt bıçaq şalvarı çıxarmadı, əvəzinə cibindən bıçaq çıxartdı. Hadisə 2023-cü ildə saat təxminən 2-3 radələrində baş vermişdir. Aydın şalvarı oğurlayıb çıxanda mağazada heç kimin əlində kəsici-deşici alət olmamışdır. Aydının əlində bıçaq olduğuna görə ondan şalvarı ala bilməmişlər. Hadisə baş verən gün polis əməkdaşları hadisə yerinə gəlmişdilər. “102” xidmətinə heç kim məlumat verməmişdi, polis əməkdaşları özləri gəlmişdilər. Hadisə günü mağazada beş nəfər satıcı olub. Aydın bıçağı mağazadan çıxan yerdə çıxartmışdı. Onlar da mağazadan çıxıb Aydının arxası ilə getmişlər, lakin yenə də Aydından şalvarı geri ala bilməmişlər. Təqsirləndirilən şəxs şikayətçi deyil. İbtidai istinaqda verdiyi ifadəni təsdiq edir. Aydına hücum etməmiş, sadəcə şalvarı çıxarmağını bildirmişdir. İfadələrinə başqa əlavəsi yocdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, təxminən bir ilə yaxındır ki, Bakı şəhəri, Yasamal rayonu, A. M. Şərifzadə küçəsində yerləşən «ADA-Baku» kişi geyimləri mağazasında satıcı işləyib. Gündəlik olaraq o, səhər saat 09 radələrində işə gəlir, axşam saat 21 radələrində isə işdən çıxıb evə qayıtmışdır. İş yerinə adətən dostu və bir yerdə satıcı işlədiyi Elmir adlı şəxslə gedib gəlmişdir. 28 iyun 2023-cü il tarixdə o, həmişə olduğu kimi səhər tezdən işə gəlmişdim və paltarları səliqə ilə bir yerə yığmağa başlamışdır. O, həmin mağazada əsasən şalvar satılan bölməyə nəzarət etmişdir. Həmin gün saat 12 radələrində təxminən 35 yaşlı tanımadığbir şəxs mağazaya daxil olmuş və onunla söhbət zamanı bildirmişdir ki, bir müddət əvvəl bu mağazadan köynək almış, lakin ölçüləri bədəninə uyun gəlmədiyi üçün həmin köynəni qaytarmaq istəyir. Bundan sonra o, həmin şəxsə əlində heçnə olmadığını görüb bildirmişdir ki, əgər bu mağazadan aldığı köynəyin ölçüləri uyğun gəlmirsə gətirib istənilən vaxt dəyişdirə bilər. Sonradan adını bildiyi Aydın adlı şəxs mağazanın şalvar bölməsindəki rəflərinin birindən bir ədəd 25 manat dəyərində boz rəngli kətan şalvar götürüb paltar dəyişmə otağına keçmişdir. O, bundan sonra Aydının hərəkətlərindən şübhələnməyə başlamış və paltar dəyişmə otağına diqqətlə nəzər yetirmişdir. Bir az sonra o, Aydının mağazadan götürdüyü şalvarı əyninə geyindiyini, həmin şalvarın üstündən isə öz şalvarını geyindinin şahidi olmuşdur. Aydın çölə çıxan zaman hətta mağazadan götürdüyü şalvarın etiketini şalvarın içərisinə salmağı unutmuşdur. Aydın sakitcə çölə çıxmaq istəyəndə, o, həmin şəxsi mağazanın giriş qaprısında saxlamış və əynindəki şalvarın altında olan kətan şalvarı çıxartmağı tələb etmişdir. Aydın əvvəl ona etiraz eləmiş və heç bir şalvar götürmədiyini bildirmiş, lakin mağazadan götürdüyü şalvarın etiketinin hələdə çöldə qaldığım gördükdən sonra özünü bir anlıq itirmişdir. Bundan sonra Aydın onu qorxutmaq üçün cibindən bıçaq çıxardaraq hədələməyə başlamışdır. İş yoldaşı Elmir ona tərəf yaxınlaşaraq, oradan onu mağazanın içərisinə doğru uzaqlaşdırmışdır. Hadisəni törətmiş Aydın isə bundan sonra ünvansız söyüşlər söyərək əynindəki kətan şalvarla birlikdə mağazanı tərk etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, baş vermiş hadisə zamanı həmin mağazada yalnız onunla bərabər iş yoldaşı Elmir olmuş, Aydın isə orada heç kim ona yaxınlaşmasın deyə, cibindən bıçaq çıxardıb onu hədələmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, ona məhkəmədə təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs mağazadan 25 manat dəyərində olan “Kətan” şalvar oğurlamışdı. Hadisə 2023-cü ilin yay aylarında baş vermişdi. Təqsirləndirilən şəxs əlində bıçaq olduğuna görə risk edib əynindəki şalvarı tələb edə bilməmişdirlər. Təqsirləndirilən şəxsı mağazaya tez-tez gəlirdi. Buna görə hadisədən qabaq da tanımışdır. O, Aydının şalvarının altından mağazadan oğurlayıb geyindiyi şalvarın etiketini görünürdü. O da bunu görmüşdür. Aydının əynindəki şalvarın altındakı şalvardan etiket sallanırdı, buna görə də ona şalvarı çıxardıb getməyini demişdirlər. Aydın bıçağı nümayiş etdirib ona yaxın glməməyi tələb etdi. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, təxminən iki ilə yaxındır ki, Bakı şəhəri, Yasamal rayonu, «İnşaatçılar» metrostansiyasının yaxınlığındakı A. M. Şərifzadə küçəsi, 64 saylı ünvanda yerləşən «ADA-Baku» kişi geyimləri mağazasının müdiri vəzifəsində işləyir. Qeyd olunan mağazanın adından göründüyü kimi o, əsasən kişi geyimlərinin satışı ilə məşğul olur. Mağazada olan malların qiymətindən asılı olaraq, bahalı mallar kredit vasitəsi ilə belə satılır. İşlətdiyi mağaza adətən gündəlik olaraq səhər saat 09-00-da fəaliyyətə başlayır, axşam saat 21 radələrində isə bağlanır. Qeyd olunan mağazada ondan başqa iki nəfər, yəni Elvin və Elmir adlı satıcılar işləyir. Hadisə baş verən günü, yəni 28 iyun 2023-cü il tarixdə saat 12 radələrində o, həmin mağazaya gətiriləcək yeni malları götürməyə getdiyi üçün orada olmamışdır. Lakin mağazaya gəldikdən sonra o, öz işçilərindən öyrənmişdir ki, sonradan adını bildiyi Aydın adlı şəxs müştəri qismində mağazaya daxil olaraq oradan ona məxsus bir ədəd 25 manat dəyərində boz rəngli kətan şalvarı götürüb paltar dəyişmə otağına keçmiş və əynində olan şalvarın altından geyinərək çıxıb getmək istədikdə mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 həmin şəxsin şalvarı gizli olaraq götürüb aparmaq istədiyini görmüşdür. Elvin qətiyyətlə şalvarın geri qaytarılmasını tələb etsə də, Aydın götürdüyü şalvarı özündə saxlamaqla mağazanı tərk etmək istəmişdir. Satıcı isə yenidən Aydının ardınca çıxıb şalvarın geri qaytarılmasını tələb etdikdə, sonuncu üzərində gəzdirdiyi bıçağı cibindən çıxardaraq nümayiş etdirmiş və Elvini xəsarət yetirəcəyi ilə hədələmişdir. Bundan sonra Aydın mağazadan götürdüyü kətan şalvarla birlikdə hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, ona məhkəmədə təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs tanımır, onun üzünü görməmişdir. Hadisə günü o, xəstəxanadan çıxıb küçədə dayanıb pul kisəsini sol qoltuq altına qoyub zənbildən sellofanın birini çıxardan zaman bir nəfər oğlan sol qoltuğunda olan pul kisəsini götürüb qaçşdı. O, həmin şəxsi arxadan çağıraraq, ən azından açarı tullamağını bildirmiş, lakin o, açarı tullamamışdır. Pul kisəsinində 50-70 manat pul, şəxsiyyət vəsiqəsi və telefonu var idi. Sonra polis əməkdaşları pul kisəsini və açarı ona qaytardılar, lakin həmin şəxs onun telefonunu borcunun əvəzində kiməsə vermişdi. Üç aydan sonra telefonunu da qaytarmışlar. Heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 18 iyul 2023-cü il tarixdə səhhəti ilə əlaqədar olaraq həkim müayinəsindən keçmək üçün yaşadığı Gəncə şəhərindən çıxıb Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 13:30 radələrində o, xəstəxanadan çıxaraq Gəncə şəhərinə qayıtmaq üçün Avtovağzal istiqamətində getmişdir. Avtovağzala gedən zaman o, yol üstü Bakı şəhəri, Yasamal rayonu, A. M. Şərifzadə küçəsində dayanmışdır. Həmin küçədə yerləşən mağazaların birindən ev üçün bəzi əşyalar alıb, yenidən küçəyə çıxmış və yükü bir az ağır olduğu üçün 496 saylı ünvanın qarşısında dayanıb istirahət etmək istəmişdir. Həmin vaxt qara rəngli pu', kisəmi sol qoltuq altıma qoyub zənbildən selofanm birini çıxardan zaman arxada təxminən 30-35 yaşlarında, 170 sm. boyunda, arıq bədən quruluşlu, üzü saqqalı, saçları isə ağ olan və üzərində ağ köynəklə göy cins şalvarı olan bir nəfər kişinin dayandığını görmüşdür. O, həmin şəxsə fikir verməsədə tanımadığı kişi gözlənilmədən onun sol qoltuğunda olan pul kisəsini götürüb qaçmışdır. O, dərhal qışqırmağa başlamış və sonradan adını Aydın bildiyi şəxsin dayanmasını tələb etmişdir. Lakin həmin şəxs pul kisəsini götürüb qaçaraq oradan uzaqlaşmışdır. O, kimlərisə orada köməyə çağırmaq istəsədə həmin vaxt təsadüf nəticəsində ətrafda demək olar ki, heç kim yox idi. Baş vermiş hadisə nəticəsində içərisində özünə məxsus 40 manat məbləğində pul və şəxsiyyət vəsiqəsi, həmçinin bir ədəd 340 manat dəyərində Hindistan istehsalı olan «Samsung A 12» markalı mobil telefon olan qara rəngli pul kisəsi qeyd olunan şəxs tərəfindən götürülmüşdür. 10 manat dəyərində olan pul kisəsi ilə mobil telefonun içərisindəki 05 manat dəyərində ***-***-**-** saylı GSM nömrə daxil olmaqla, hadisə nəticəsində ona 395 manat məbləğində maddi ziyan dəymişdir. O, əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı bərk qorxsada heç bir yerindən xəsarət almamışdır İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları təsdiq etməklə, birbirlərinin üzlərinə qarşı bir daha bildirmişlər. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs müştəri kimi görmüşdür. Hadisə olan tarixdg Aydın mağazaya daxil olaraq oradan şalvarı götürüb paltar dəyişmə otağına \irib orada əynində olan şalvarın altından mağazanın şalvarını geyinərək mağazadan çıxıb getmək istədikdə mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 həmin şəxsin şalvarı gizli olaraq götürüb aparmaq istədiyini görmüşdür. Elvin Aydından şalvarın geri qaytarılmasını tələb etsə də, Aydın götürdüyü şalvarı qaytarmadı. O özü də həmin mağazada satıcı işləyirdi. Aydının şalvarı götürdüyünü Zərərçəkmiş şəxs1 görmüşdü. O, Aydının arxasınca getməmişdir. Müdriyyət digər işçilərə dedi ki, geri qayıdın, ehtiyac yoxdu. O, Aydının əlində bıçaq görməmişdir. Aydının şalvarı götürdüyünü Zərərçəkmiş şəxs1 görmüşdür. Elvin şalvarın etiketinin sallanmağını görmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, altı aya yaxın müddətdir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən «İnşaatçılar» metrostansiyasmm yaxınlığındakı «Metro-Lange» adlanan yeməkxananı icarəyə götürüb işlədir. Gündəlik olaraq o, səhər saat 11 radələrində kafeni açır, gün ərzində müştərilərə xidmət edir və gecə saat 23 radələrində kafeni bağlayır. Sonradan adını bildiyi Aydın adlı şəxs bir neçə dəfə onun kafesinə gəlib yeyib-içmiş və hesabı verib ona heç bir problem yaratmamışdır. 18 iyul 2023-cü il tarixdə Aydın yenidən bir dostu ilə birlikdə kafeyə gəlib yeyib-içmiş və hesabı 57 manat təşkil etmişdir. Yeməyin hesabı istənilən zaman Aydın həmin gün ad günü olduğunu və qeyd olunan pulu bir neçə günə gətirəcəyini söz vermihdir. Bir neçə gün sonra Aydın yenidən ona yaxınlaşmış və uşaqlarını parka gəzməyə aparmaq üçün ondan 100 manat məbləğində pul istəmiş, əvəzində İsə girov kimi bir ədəd Hindistan istehsalı olan «Samsunq A 12» markalı mobil telefonu ona verəcəyini bildirmişdir. Bundan sonra o, kassa aparatından 100 manat pul çıxarıb Aydına vermiş, sonuncu isə içərisində «Sanısunq A 12» markalı mobil telefon olan qara rəngli pul kisəsini ona təqdim edib üç gün ərzində götürdüyü pulu gətirəcəyinə söz vermişdir. Lakin bir neçə gün sonra polis əməkdaşları kafeyə gəlmiş və ona məlum olmuşdur ki, Aydının ona girov kimi verdiyi mobil telefon cinayət yolu ilə əldə edilmişdir. O, götürdüyü həmir, mobil telefonu polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş və bu barədə protokol tərtib edildikdən sonra polis əməkdaşları kafeni tərk etmişlər. O,əlavə olaraq qeyd etmişdir ki, götürdüyü mobil telefonun əvvəlcədən cinayət yolu ilə əldə olunmasından xəbəri olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: 18 iyul 2023-cü il tarixli və 20 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokollarından görünür ki, hadisə yerləri ünvan 5 və 486 saylı ünvanlarda yerləşir. 20 iyul 2023-cü il tarixli, «təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokolundan görünür ki, soyğunçuluq hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş bir ədəd qara rəngli pul kisəsi ilə bir ədəd Hindistan istehsalı olan «Samsunq A 12» markalı mobil telefon kafe icarədarı Şahid2 tərəfindən könüllü olaraq istintq orqanına təqdim olunmuşdur. 23 iyul 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə baş vermiş hadisə yeri kimi ünvan 5 ünvanda yerləşən «ADA-Baku» kişi geyimləri mağazasım göstərərək, həmin mağazadan 25 manat dəyərində bir ədəd boz rəngli kətan şalvar götürüb cinayət törətdiyini, daha sonra isə 18 iyul 2023-cü il tarixdə baş vermiş hadisə yerini, yəni ünvan 3 ünvanı göstərərək, həmin yerdə Ceyran adlı xanımın sol qoltuqaltında saxladığı və içərisində 40 manat məbləğində pul, şəxsiyyət vəsiqəsi və bir ədəd ədəd Hindistan istehsalı olan «Samsunq A 12» markalı mobil telefon olan qara rəngli pul kisəsini götürüb digər cinayəti törətməsini etiraf etmişdir. Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş bir ədəd qara rəngli pul kisəsi ilə bir ədəd Hindistan istehsalı olan «Samsunq A 12» markalı mobil telefonu iş üzrə maddi sübut kimi qəbul olunmuş və saxlanılması üçün sahibi olan Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, bıçağı yalnız özünü müdafiə məqsədi ilə çıxarması, onu nümayiş etdirib özünü qorumaqdan başqa məqsədinin olmaması, Zərərçəkmiş şəxs3 məxsus əl çantasını onun qoltuq hissəsindən alıb qaçmaması, daşın üstündən götürməsi və özünü yalnız oğurluq əməlinə görə təqsirli bilməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadələri iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, hadisə yerinə baxış protokoluna əlavə edilmiş və Təqsirləndirilən şəxs ona qarşı gələn şəxsə müqavimət göstərməsini əks etdirən fotoşəkillə, üzləşdirmə protokolları və digər istintaq sənədləri ilə müqayisəli tədqiq edilib araşdırılarkən Təqsirləndirilən şəxs həmin ifadələri əsalı şübhələrlə müşahidə olundu, lakin həmin şübhələri məhkəmədə onun xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə bu səbəbdən də onun həmin ifadələrində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, işin faktiki halları ilə uzlaşmayan və özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X10rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Çünkü şəxsin başqasının əmlakını ələ keçirdikdən sonra həmin əmlakı geri qaytamğa cəhd edən şəxsə əmlakı özündə saxlamaq niyyəti ilə cibindən bıçaq çıxarıb əmlakla bağlı şəxsi hədləmək anından quldurluq cinayəti başa çatmış olur. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 180.2.2 və 181.2.5-ci maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərmiş olduğu 70 (yetmiş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat pul vəsaitinin Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 50 (əlli) manat məbləğin isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə həmin məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunmasını, məhkəmə ekspertizaya sərf olunmuş 50 (əlli) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş 11 avqust 2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2012-ci il tarixli hökmündən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.2, 180.2.1, 181.2.2 və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu vardır. Məhkəmə bu halla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Həmin maddəni nəzərə alaraq məhkəmə, onun əməllərində cinayətlərin təhlükəli residivinin olması qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs 20 iyull 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 22 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslərlə barışması və himayəsində 01 azyaşlı uşağının olması müəyyən edildi. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi əməllərində cinayətlərin təhlükəli residivinin olması müəyyən edildi. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi olması qənaətinə gəldiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən qeyd edir ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu və əməllərində cinayətələrin residivi olduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri baxımından ona təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 20 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli pul kisəsi və üzərində bir ədəd ***- ***-**-** saylı GSM nömrə olan bir ədəd Hindistan istehsalı olan «Samsunq A 12» markalı mobil telefonun saxlanılması üçün sahibi olan Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 50 (əlli) manat miqdarında pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş məbləğ məzkəmə xərcləri kimi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. O, müdafiəçiyə ödənilmiş məbləğin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar