Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1072/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6, X7 və Cəbizadə Aybəniz Emin qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kürdçülü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin sadə residivi halı müəyyən edilən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kürdçülü kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bağlar Massivi, Sahil küçəsi ev 6, mənzil 14-də yaşamış, Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 317-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyanı saxlamış, gəzdirmiş və istifadə etmiş, bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib daşıyıb saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 317-2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları:
2. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən “X4 İntizam Qaydaları”na əsasən cəzaçəkmə müəssisələrində saxlanılan şəxs tərəfindən mobil telefonun saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunduğu halda daxilində "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı olan 1 ədəd “L8 STAR” markalı mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və 09 avqust 2023-cü il tarixdə, saat 11:30 radələrində 1 saylı Cəzaçəkmə müəssisəsinin 8 saylı dəstəsinin yataqxanasında onun yataq yerinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı orada olan su qabının içinin alt hissəsində gizlədilmiş həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda, 5,521 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 11 iyul 2024-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə ünvan 2 ünvanında yerləşən Nizami Rayon Məhkəməsinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin İnzibati binasına gətirilərək orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 5,521 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Rafiz” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında əməliyyat qrupu yaradılmışdır.
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:15 dəqiqədən tutulmuş hesab edilmişdir.
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyul 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Nizami RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Ənvər Məlikov həmin idarənin əməkdaşları Şahid3, Şahid4 və vəkil Nazim Mehdiyev iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. X14 şəxsi axtarışa başlamazdan əvvəl iştirakçıları təqdim edir və şübhəli şəxs Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirir. Təhqiqatçı tərəfindən ona şübhənin mahiyyəti bir daha izah edilir, nədə şübhəli olduğu bildirilir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, maddə və ya predmet varsa könüllü şəkildə təqdim etməsi təklif olunur. O, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü və 01 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Daha sonra əməliyyatçı tərəfindən onun üzərinə baxış keçirilir və üzərindən başqa qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilmir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilir və zərfə qoyulmaqla DİN-in 162 saylı möhürü ilə möhürlənir. Zərfin üzəri İştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Ona verilən suallara cavab olaraq bildirir ki, üzərindən aşkar edilmiş 01 ədəd bükümü və 01 ədəd tərəzini həmin gün Hövsan qəsəbəsində dəniz kənarından tapmış, tullamaq fikri olmuş, lakin unutduğu üçün üzərində saxlamışdır. Belə ki, o, narkotik vasitələrdən heç vaxt istifadə etmədiyini və həmin bükümü kiməsə vermək və ya satmaq fikri olmadığını bildirmişdir. İdarəyə gətirilərkən ona qarşı zor tətbiq edən olmamışdır.
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024cü tarixli 3-16-16/2-6/3610 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°162” dairəvi möhür əksləri olan “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddə və elektron tərəzi; Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,521 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°162” dairəvi möhür əksləri olan “Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş maddə və elektron tərəzi; Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd gümüşü-qara rəngli elektron tərəzinin üzərində psxotrop maddə metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümdəki metamfetamin ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir.
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-199/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2024-cü il tarixli 1486 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda olmamışdır.
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X12 şəxsinin xx.xx.2024-cü il tarixli 10996 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır.
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1665/2023 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində məhkum Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 8 saylı dəstədə axtarış-baxış tədbiri keçirilən zaman ona məxsus yataq yerinin yanına qoyulmuş su qabının içinin alt hissəsində gizlədilmiş, daxilində (070)578-78-78 simkatı olan "L8 STAR" markalı işlək vəziyyətdə mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür.
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 1(010)-116/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-66/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin BƏSİl-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 oktyabr 2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir.
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 5/1221 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üz hissəsində “L8 Star” yazısı olan mobil telefon hal-hazırda işlək vəziyyətdə olub, klaviaturada olan “0-9” intervalında olan bütün rəqəmlərə aid düymələrin işlək vəziyyətdə olmaması səbəbindən istifadəyə qismən yararlıdır. Mobil telefonun “Menyu” hissəsinin telefon kitabçası bölməsində 10 ədəd kontakt, zəng mərkəzi, buraxılmış zənglər bölməsində 3 ədəd zəng, gedən zənglər bölməsində isə bir ədəd zəng qeydi müəyyən olunmuşdur.
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 avqust 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, 01 ədəd “L8 Star” markalı mobil telefon aparatı və plasmas materialdan olan 01 ədəd su qabı iş üzrə maddi sübut kimi tanınmışdır.
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Nizami Rayon Məhkəməsi tərəfindən göndərilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Nizami Rayon Məhkəməsinə verilmiş müvafiq sorğuya cavab olaraq göndərilmiş 01 ədəd diskə baxış keçirilmiş və diskin boş olduğu müəyyən edilmişdir.
17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 PHŞ-nin xx.xx.2024-cü il tarixli 634 nömrəli rəydən görünür ki, 1. Təqsirləndirilən şəxs sol təpə-ənsə nahiyəsinin sıyrığı və sol qaşüstü nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 3. Xəsarətin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə, yəni şəxsin özü-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi mümkündür. 4. Təqsirləndirilən şəxs müaiynəsi zamanı qarnın ön divarında ortada çoxsaylı (7 ədəd), sol çiyin qurşağının ön səthində çoxsaylı (10 ədəd) və sol saidin ön səthində çoxsaylı (14 ədəd) sağalmaqda olan səthi kəsilmiş yaraları olmuşdur. Bu xəsarətlər hər hansı bir iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni 13 iyul 2024-cü ilə münasibətdə 1 (bir) həftə əvvəl müddətə uyğun gələ bilərdi və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 5. Qeyd olunan bu xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə, yəni şəxsin özü-özünə birdəfəlik üzqırxan ülgüclə bədənin müvafiq nahiyələrinin kəsilməsi nəticəsində əmələ gəlməsi mümkündür.
18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 təqdim edilmiş 13 sentyabr 2024-cü il tarixli 6230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlarin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
19. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞnin 07 sentyabr 2024-cü il tarixli 2601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı vaxtda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.
20. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5425 nömrəli məhkəmə mühəndis-texniki ekpertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş elektron tərəzinin tədqiqatı aparılmış və tərəzinin düzgün işlədiyi müəyyən edilmişdir.
21. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əldə edilmiş 01 ədəd "L8 Star" markalı mobil telefon aparatı və plasmas aterialdan olan 01 ədəd su qabı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi, kiçik ədliyyə üsaviri Falq Rəhmanov tərəfindən maddi sübut kimi tanınması nəzərə alınmış və həmin maddi sübutlar məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPl-nin saxlanc yerinə təhvil verilmişdir. 3.Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş “L8 Star” markalı mobil elefon aparatının üzərində olan **********735618856 saylı ***-***-**-** mobil nömrənin sim kartı maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanmışdır. 4.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 5,521 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və 0,050 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,471 qramı məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 5.Üzərində psixotrop maddə metamfetamin izləri aşkar edilmiş 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 6.İş üzrə toplanmış ilkin materiallar, o cümlədən 09 avqust 2023-cü il tarixli axtarış-baxış və götürmə haqqında protokol, şəxsi axtarış və götürmə haqqında protokol, dindirmə protokolları, üzləşdirmə istintaq hərəkəti protokolları, Azerfon MMC-nin 07 sentyabr 2023-cü il tarixli məktubu, Azerfon MMC-nin 05 sentyabr 2023-cü il tarixli məktubu, Təyin edilmiş məhkəmə kompyuter-texniki ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 5/1221 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2024-cü tarixli 3-16-16 /2-6/3610 nömrəli rəyi, məhkəmə-tibbi ekspertiza və X10 PHŞ-nin 13 iyul 2024-cü il tarixli 634 nömrəli rəyi, məhkəmə mühəndis-texniki ekpertizasının 13 avqust 2024-cü il tarixli 3-16-16 /2-10/5425 nömrəli rəyi, məhkəmə-psixiatrik ekspertizasının 07 sentyabr 2024-cü il tarixli 2601 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2024-cü il tarixli, 6230 nömrəli rəyinin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır.
22. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən alınmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
23. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından təqdim edilən xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı xəsarət almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı qarının ön divarında qərtməkli yara aşkar edilmişdir.
24. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 oktyabr 2023-cü il tarixdə cəzanın sonu ilə azadlığa buraxılmışdır. O, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmünə əsasən Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən 09 avqust 2023-cü il tarixdə, saat 11:30 radələrində müəssisəsinin 8 saylı dəstəsinin yataqxanasında onun yataq yerinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı orada olan plasmas materialdan olan su qabının içinin alt hissəsində gizlədilmiş, daxilində "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı olan 1 ədəd L8 STAR” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bu barədə onun və şahidlərin iştirakı ilə müəssisənin əməkdaşları tərəfindən protokol tərtib olunmuş, aşkar edilərək götürülmüş, daxilində danışıq kartı olan mobil telefon aparatı qablaşdınlaraq möhürlənib protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olandan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində qeydiyyatda olduğu 8 saylı dəstəsinin yataqxanasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı onun yataq yerinin yanında olan su qabının içinin alt hissəsində gizlədilmiş, daxilində ***-***-**-** nömrəli danışıq kartı olan 1 ədəd “L8 STAR” markalı mobil telefon aparatını aşkar olunaraq götürülməmişdən bir neçə ay əvvəl müəssisə ərazisindən ağacın altından tapmışdır. Mobil telefonun kimə məxsus olduğu və kimin tərəfindən həmin yerə atıldığı barədə heç bir məlumatı yoxdur. Telefonun daxilində olan "xxxx" operatoruna məxsus ***-***-**-** nömrəli danışıq kartını isə o, müəssisəyə gələndə o vaxt özüylə gətirib onu gizlətmişdir ki, nə vaxtsa istifadə etsin. Müəssisə ərazisindən tapdığı həmin telefonu müxtəlif yerlərdə gizlədirmiş. Aşkar olunan vaxt həmin mobil telefon aparatı ona məxsus olan su qabının alt hissəsində gizlədilmiş vəziyyətdə olmuşdur. O, həmin telefondan istifadə etmişdir, belə ki, həmin telefon ilə arada-bir dost və yaxınlarına zəng etmişdir. Onda mobil telefon aparatının olması barədə heç kimin məlumatı olmamış və həmin mobil telefon aparatı onda olan zaman özündən başqa telefondan heç kim istifadə etməmişdir. Ona müəssisənin əməkdaşları tərəfindən məhkumlara hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması, eləcə də istifadəsi qadağan olunmuş əşyaların siyahısı elan edilmişdir. Bütün məhkumlar kimi o da mobil telefonun həmin qadağan edilmiş əşyalardan olmasını və onun saxlanmasının, istifadəsinin cinayət məsuliyyətinə səbəb olmasını bilmişdir. Bundan başqa ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə də özünü təqsirli bilmişdir. Həmin ittiham üzrə bir daha bildirmişdir ki, o, tutulmamışdan təqribən bir il əvvəldən psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. 11 iyul 2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu Ramana qəsəbəsindən üzdən tanıdığı haqqında başqa heçnə bilmədiyi şəxsdən bir büküm psixotrop maddə metamfetamin almış, onu özündə olan elektron tərəzi vasitəsi ilə çəkisini ölçərək təqribən 5 qram olduğunu müəyyən etmiş və gələcək bir ay ərzində yavaş-yavaş istifadə etmək fikri ilə həmin şəxsdən almış və qarşılığında 100 manat ödəniş etmişdir. Həmin gün, yəni, 11 iyul 2024-cü il tarixdə saat 15 radələrində Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatında olan cinayət işi ilə bağlı məhkəmə prosesində iştirak etmək üçün taksi vasitəsi ilə Nizami rayon məhkəməsi istiqamətində yola və tərəzini etibarlı bir yerə qoymağı fikirləşsə də bunu unutmuş, məhkəmənin yaxınlığına çatdıqda isə yadından çıxmış, pul verib aldığı üçün atmağa da heyfi gəlmişdir. Fikrləşmişdir ki, məhkəməyə girib iştirak edib çıxacaq və heç bir problem olmayacaq. Məhkəməyə çatdıqda özünə məxsus mobil telefonu saxlaması üçün əmisi Şahid6 vermiş və məhkəmə binasına daxil olmuşdur. Bu zaman orada olan mühafizəçi ondan üzərində kəsici deşici alət olub olmadığını soruşmuş, o üzərində heçnə olmadığını demiş, mühafizəçi ona üzərini axtarmadan, yoxlamadan keçə biləcəyini bildirmişdir. O, məhkəmə zalına daxil olmuşdur. X17 məhkəməni açıq elan edib prosesi təxirə salmışdır. Buna görə də o, məhkəmə zalından çıxıb çıxış qapısına tərəf getmişdir. O, məhkəmənin binasından çıxmış və məhkəmənin qarşısında ilk öncə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, bu zaman iki nəfər yol patrul əməkdaşı da ona yaxınlaşmışdır. Mülki geyimli şəxslər ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bu zaman post patrul xidməti maşını məhkəmənin həyətinə girmiş, içərisindən post-patrul əməkdaşları düşmüş, mülki geyimli polislərin tələbi ilə post patrul avtomobilinə minmişdir. Ona Nizami RPİ-nin inzibati binasına gedəcəklərini demişlər, o da etiraz etmədiyini bildirmişdir. Yol boyu fürsət tapıb üzərində olan psixotrop maddə metafetamini və tərəzini yerə tullayıb məsuliyyətdən yayınmaq barədə düşünsə də polislərin nəzəri üzərində olduğundan bunu edə bilməmişdir. İdarəyə çatdıqda ona avtomobildən düşmək təklif edilmiş, avtomobildən düşdükdə məhkəmənin qarşısında ona yaxınlaşan mülki geyimli polislər ona təkrar yaxınlaşmış, onların tələbi ilə onlarla birlikdə Nizami RPİ-nin İnzibati binasına daxil olmuş, burada onu təhqiqatçıya təhvil vermişlər, təhqiqatçı ona vəkil ilə təmin edilmə hüququnu bildirmiş, öz xahişi ilə dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, daha sonra vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, bir qədər sonra təhqiqatçı vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirmiş, baxış digər bir şəxs tərəfindən telefon vasitəsi ilə videoqeydə alınmışdır. Çəkiliş zamanı təhqiqatçı ona üzərində olan qanunsuz əşyaları təqdim etməyi təklif etmiş, bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibində saxladığı elektron tərəzini və bir büküm metamfetamini təhvil vermiş, həmin vaxt ona verilən suallara cavab olaraq məsuliyyətdən kənarda qalacağını düşünərək bu məqsədlə psixotrop maddəni yerdən tapdığını bildirmişdir. Üzərindən aşkar edilmiş elektron tərəzi və bir büküm metamfetaminə təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra tərəzi ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Həmin zərf iştirakçılar, o cümlədən özü tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış ilə bağlı protokol tərtib edilmiş, təhqiqatçı tərəfindən ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiqləmişdir. Çəkiliş bitdikdən sonra baş verən bu hadisələrin, yəni onun öz diqqətsizliyi, yəni metamfetamini və tərəzini cibində unudub tutulmağı onun özünə qarşı nifrətə səbəb olmuş və sanki özündən acıq çıxıb özünü cəzalandırmaq istəmiş, bu səbəbdən də çəkiliş bitdikdən sonra otaqdan çıxarkən başını otaqda olan şkafın taxta və şüşə qapısına çırpmışdır. Bundan sonra sakitləşmiş, heç bir tibbi yardıma ehtiyacı olmadığını bildirmiş, sonra Müvəqqəti saxlama yerinə təhvil verilmiş və burada soruşularkən xəsarəti olmadığını bildirmişdir.
25. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin X2 əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, 11 iyul 2024-cü il tarixdə Rafiz adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Orxan Əbdürhəmanlı ilə birlikdə Rafiz adlı şəxsin yerini müəyyən edərək, Rafiz adlı şəxsin iri cüssəli olmaqla müqavimət göstərmə və qaçma ehtimalını nəzərə alaraq əməliyyat tədbiri üçün rəhbərlikdən kömək istəmişlər. Yol-patrul xidməti və PPX əməkdaşları buna görə onlara köməyə verilmişdir. Məlumata əsasən Rafiz adlı şəxs yaxınları ilə birlikdə məhkəmə iclasında olmuşdur. Rafiz adlı şəxs məhkəmə iclasından çıxdıqdan sonra saxlanılmış və Nizami RPİ-ə dəvət edilmişdir. Nizami RPİ-də onun üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmə binasında içəri girən çox vətəndaş olduğundan, yoxlama aparatından siqnal səsi gəlsə də yenə də qarşıqlıq olduğundan Təqsirləndirilən şəxs üzərində bükümlə məhkəmə binasından içəri rahatlıqla girə bilmişdir. Rafiz adlı şəxs psixotrop maddəni Hövsan qəsəbəsində yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxsə heç bir təzyiq göstərməmişdir.
26. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, 11 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin X2 əməliyyat müvəkkili, polis mayoru Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz daşınma və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raportla rəhbərliyə məruzə edilmiş, əməliyyat qrupu yaradılmışdır. Şahid3 ona daxil olan məlumat əsasında Rafiz adlı şəxsin daha çox Nizami rayonu ərazisində narkotik vasitələrin istifadə və daşınması ilə məşğul olduğunu bildirmişdir. Rafiz adlı şəxsin üzərində narkotik vasitə ilə saat 16:00 radələrində hansısa cinayət işi ilə bağlı Nizami Rayon Məhkəməsində olacağını, yanında dost-tanışlarının olduğunu öyrənmişlər. Buna görə raportla rəhbərlikdən əlavə qüvvə göndərilməsini istəmişlər. Yol-patrul xidməti və PPX əməkdaşları onlara köməyə verilmişdir. Məhkəmə prosesi bitənə qədər Yol-Patrol Xidməti əməkdaşları içəri daxil olaraq müşahidə aparmışdır. Sonra yol-patrul xidməti əməkdaşı Şahid11 əməkdaş Şahid3 məhkəmə iclasının bitdiyini, Rafiz adlı şəxsin inzibati binadan çıxdığını demişdir. Onlar məhkəmənin həyətində Təqsirləndirilən şəxs yaxınlaşmış özlərini təqdim edərək Təqsirləndirilən şəxs Nizami RPİ-ə dəvət etmişlər. PPX əməkdaşları Təqsirləndirilən şəxs məhkəmənin həyətində maşına əyləşdirmiş, onlar da həmin maşının arxasınca İdarəyə getmişlər. İdarədə hüquq və vəzifələri izah edilmiş, müdafiəçi təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. O, başını divara vuraraq özünə xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verilmişdir.
27. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşı, polis baş serjantı vəzifəsində işləyən Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, 2024-cü il iyul ayında xidmətdə olarkən Nizami RPİ-nin rəhbərliyi tərəfindən əməliyyat tədbiri keçiriləcəyi üçün tədbirə cəlb edildiyi bildirilmişdir. Bundan sonra ona Təqsirləndirilən şəxs şəklini göstərərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Eyni zamanda bildirdilər ki, Təqsirləndirilən şəxs Nizami rayon məhkəməsində olmalıdır, həmin şəxsin orada olub-olmamasını müəyyən etmək lazımdır. X22 əməkdaşları mübahisəli protokollarla bağlı həmin vaxt məhkəmədə olmuşlar. Təqsirləndirilən şəxs orada olduğunu müəyyən etdikdən sonra o, Whatsappla Seyran adlı əməkdaşa məlumat verərək Rafizin çıxdığını bildirmişdir. Qapıdan çıxanda polis əməkdaşları yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Həmin vaxt həyətdə Rafizin dostları da olmuşdur. Rafizi saxlayan zaman üzərinə baxış keçirilməmişdir. Sonra PPX əməkdaşları Rafizə yaxınlaşaraq onu maşina arxa oturacaqda əyləşdirərək idarəyə aparmışlar. Onlar da həmin maşını idarəyə qədər müşahidə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Nizami RPİ-nə təhvil verib öz xidmət yerlərinə qayıtmışlar.
28. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində RNŞ nəzarətçisi vəzifəsində işləyən ədliyyə giziri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1 saylı cəzaçəkmə müəssisəsində cəza cəkmiş, 09 avqust 2023-cü il tarixdə yataqxanada gündəlik aparılan baxış zamanı su qabının alt hissəsindən 1 ədəd “L8 star” markalı mobil telefon aşkar olunmuşdur. Həmin vaxt mobil telefonun kimə məxsus olduğunu bilməmiş və mobil telefonu əməliyyat rəisinə təqdim etmişlər. Araşdırma əməliyyat rəisi tərəfindən aparılmışdır.
29. Məhkəmədə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində TTŞ-nin rəisi vəzifəsində işləyən ədliyyə kapitanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1 saylı cəzaçəkmə müəssisəsində cəza cəkmiş, 09 avqust 2023-cü il tarixdə yataqxanada gündəlik aparılan baxış zamanı su qabının alt hissəsindən 1 ədəd “L8 star” markalı mobil telefon aşkar olunmuşdur.
30. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Nizami rayon məhkəməsinə də onunla birlikdə getmişdir. Təqsirləndirilən şəxs dövlət yol polisi əməkdaşı ilə arasında problem olduğu üçün yol polisi əməkdaşı ondan şikayət etmişdir. Həmin şikayət Nizami RPİ-nin25-ci PB-də təhqatçı Sahilin icraatında olmuşdur. Həmçinin, məhkəməyə getmədiyinə görə də Rafizi axtarışa vermişlər. O, bir gün əvvəl Nizami rayon məhkəməsinə gedərək axtarışın götürülməsi barədə müraciət etmişdir. Orada isə Rafizin özünün məhkəməyə gəlməli olmasını bildirmişlər. Bundan sonra o, səhəri gün günorta saat 3-4 radələrində Təqsirləndirilən şəxslə birlikdə Nizami rayon məhkəməsinə getmiş, məhkəmə iclası bir həftə sonraya təyin olunmuşdur. Evə getmək üçün məhkəmə zalından çıxan zaman yol polis əməkdaşları Rafizə axtarışda olduğunu bildirərək saxlamış, daha sonra PPX əməkdaşları gələrək əllərini qandallamışlar. Sonra Rafizi içəri apararaq PPX-nin əməkdaşlarını çağırıb vəkilin iştirakı ilə üzərini axtarmışlar. Bundan 2 gün sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanıldığı məlum olmuşdur.
31. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. Onu uzun müddətdir ki tanımış və narkotik vasitə istifadəçisi olması barədə heç vaxt şübhələnməmişdir. Rafiz metal satışı ilə məşğul olmuşdur. Həmin gün Rafiz və Rafizin əmisi Şahid6lə birlikdə Rafiz axtarışda olduğu üçün məsələni yoluna qoymaq üçün Nizami rayon məhkəməsinə getmişlər. Rafizin yol polisi əməkdaşı ilə arasında problem olduğu üçün məhkəməyə getməmişdir. Məhkəmə iclası təqribən 15-20 dəqiqə çəkmişdir. Məhkəmə iclasından çıxdıqdan sonra o, Rafizin vəkili Xəyalə xanımla qabaqda, arxada isə Rafizlə əmisi getmişlər. Bu zaman İlqar adlı yol polisi əməkdaşı və digəri Rafizə yaxınlaşaraq onu saxlamışlar və onun axtarışda olduğunu bildirmişlər. Hətta müdafiəçi Xəyalə xanım da yaxınlaşaraq müvəkkilinin buraxılmasını xahiş etməsinə baxmayaraq Rafiz axtarışda olduğu üçün onu buraxmamışlar. Bundan sonra PPX-nin əməkdaşları gəlmiş və elə məhkəmənin dəhlizində Təqsirləndirilən şəxs üzərini yoxlamışlar. Bundan sonra onu maşınla idarəyə aparmışlar.
32. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun uşaqlıq dostu olmuşdur. Nizami rayon məkəməsinə Rafizin işi ilə əlaqədar onunla birlikdə getmişdir. Rafiz məhkəmə zalına girdikdə onlar məhkəmə zalından kənarda dayanaraq Rafizi gözləmişlər. Təxminən yarım saat gözlədikdən sonra Rafiz çölə çıxanda qapıda yol polisi ilə üzbəüz gəlmişlər. Yol polisi onu içəri çəkərək axtarışda olduğunu ona bildirmişdir. Məhkəmənin dəhlizində Rafizin üzərinə baxış keçirilmişdir. Daha sonra polis əməkdaşları onun qolunu qandallayaraq maşina mindirmişlər.
33. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon mühafizə idarəsində polis nəfəri, Bakı şəhəri Nizami rayon məhkəməsinin inzibati binasında xidmət aparan Şahid12 ifadəsində göstərdi ki, o, Mühafizə Baş idarəsinin Bakı şəhəri Nizami rayon mühafizə idarəsində polis nəfəri vəzifəsində işləməklə Bakı şəhəri Nizami rayon məhkəməsinin inzibati binasında xidmət aparır. Səhər saat 9-dan saat 18-dək həmin müddətdə tək olmaqla Nizami rayon məhkəməsinin girişində postda dayanır. Məhkəmənin binasına işçilər başqa girişdən, vətəndaşlar isə digər girişdən daxil olur. Əsas vəzifəsi məhkəmənin inzibati binasına daxil olan şəxsləri nəzərdən keçirmək, onlardan üzərində olan kəsici-deşici alətləri təhvil verməsini tələb etmək, həmin şəxslərdən şübhələndikdə onların üzərinə xüsusi əl cihazı vasitəsi ilə yoxlama aparmaqdan ibarətdir. Təqsirləndirilən şəxs bir neçə dəfə X17in icaatında olan işlə bağlı məhkəməyə gəlib getmişdir. 11 iyul 2024-cü tarixdə saat 16 radələrində məhkəmənin giriş qapısından inzibati binaya daxil olmuş, məhkəmədə iştirak etmiş, çölə çıxanda xidmət ediyi postdan kənarda ilk öncə YPX əməkdaşları məhkəmənin daxilində YPX əməkdaşları onu saxlamış, daha sonra mülki formada polis əməkdaşları Rafizə saxlamış, 5-7 dəqiqədən sonra PPX-nin əməkdaşları gələrək maşina mindirib aparmışlar. Rafiz məhkəməyə bir neçə dostu ilə birlikdə gəlmişdir. Lakin həmin şəxslər məhkəməyə daxil olmamışdır. Rafizi polis əməkdaşları çölə çıxardıqda o, başını divara vurmuşdur. Rafiz turniketdən keçəndə səs etmədiyi üçün onun üzəri yoxlanmamışdır. Əgər keçiddəki qurğu səs etməyibsə, deməli üzərində kəsici-deşici alətlər olmamışdır. Onun üzərində telefon da olmamışdır. Çünki əgər üzərində nəsə olsaymış aparat ümumiyyətlə səs edərmiş. Məhkəmənin kamerası həmin vaxt işləmiş, istintaq zamanı məhkəmədən həmin görüntünü tələb edildikdə rəsmi qaydada verilmişdir.
34. Məhkəmədə şahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində ƏŞ-nin rəisi vəzifəsində işləyən ədliyyə mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Penitensiar Xidmətin ünvan 1 ünvanında yerləşən 1 saylı Cəzaçəkmə müəssisəsinin 8 saylı dəstəsinin yataqxanasında qeydiyyatda olan, xx.xx.1997-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs yataq yerinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı orada qoyulmuş su qabının içinin alt hissəsində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd "L8 STAR" markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar müəssisə əməkdaşlarının, şahidlərin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edərək mobil telefon aparatı qablaşdıraraq protokola əlavə edildi. Protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzalarımizla təsdiqlədik. İlkin izahatında Təqsirləndirilən şəxs həmin mobil telefon aparatının ona məxsus olduğunu, onu yataq yerində su qabının içinin alt hissəsində gizlətdiyini və ondan özü istifadə etdiyini bildirmişdir. Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar, müəssisə əməkdaşları tərəfindən qadağan edilmiş əşyaların siyahısı ilə tanış edilmişlər və mobil telefonun həmin siyahıda olan əşyalara aid olmaqla onların istifadəsi, daşınması, gəzdirilməsinin cinayət məsuliyyəti yaratdığını bilirlər.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
35. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulan vaxtadək anası və bacısı ilə birgə yaşamışdır. Əvvəllər soyğunçuluq və silahla bağlı məhkum olunmuşdur. Barəsində Azərbaycan Respublikası CM-nin 317-ci maddəsi ilə irəli sürülən ittiham üzrə Nizami Rayon Məhkəməsində cinayət işi olmuş, sonuncu məhkəmə iclasına Nizami Rayonu Polis İdarəsinin yol patrul xidməti əməkdaşları ilə arasında problemi olduğu üçün gedə bilməmiş, buna görə də barəsində axtarış verilməsi barədə qərar çıxarılmışdır. Həmin problemi həll etdikdən sonra könüllü olaraq məhkəmə iclasına getmişdir. Məhkəmə iclası ayın 17-nə təxirə salındığı üçün o, məhkəmə zalından çıxanda koridorda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları həmin vaxt ikisi yol patrul xidməti əməkdaşı olmaqla ümumi 4 nəfər olmuşdur. Aralarında problem yaşandığı DYP əməkdaşı da orada olmuşdur. Saxlanılan zaman yanında əmisi, dostu Nurlan və Fərahim olmuşdur. O, 11 iyul 2024-cü il tarixdən saat 16:30-dan saxlanılmışdır. Məhkəmə zalından çıxanda polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq üzərinə baxış keçirmiş, üzərində qanunsuz əşya, predmet olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən qandallanıb İdarəyə aparılmışdır. İdarədə üzərinə nakrotik vasitə qoyularaq ittiham irəli sürülmüşdür. İstintaq zamanı fziki və psixi təzyiqə məruz qalmış, polis əməkdaşları ailəsi ilə hədə-qorxu gələrək sənədlərə imza çəkdirmişlər. Polis əməkdaşları tərəfindən yüngül döyülmüş, buna görə bədənində xəsarət izləri qalmamışdır. Turqut adlı Prokurorluq əməkdaşı işi yekunlaşana yaxın İdarəyə gələrək razılaşmağını, sənədlərə imza çəkməsini bildirmişdir. Polis əməkdaşları əslində ona yaxşılıq etdiklərini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan ittihamla razılaşmağını demişlər. Hətta vəkili də ona sənədləri imzalamasını bildirmişdir. Buna görə də həmin ittihamla razılaşmışdır. O, narkotik vasitə qəbul etməmişdir. Ekspertiza zamanı ondan qan nümunəsi götürülməmiş, sadəcə narkotik vasitə istifadə edib-etməməsi ilə bağlı sual verilmişdir. Həmçinin şahid qismində dindirilmiş Şahid3 əməliyyat tədbirində iştirak etməmiş, yəni onu saxlayan polis əməkdaşlarının arasında olmamışdır. Şahid3 İdarədə görmüşdür. Onu Yol-Patrol Xidməti əməkdaşları tutmuşlar. Şahid qismində dindirilmiş Şahid3 ona təzyiq göstərərək hədə-qorxu gəlmiş, əgər sənədlərə imza çəkərək, narkotik vasitənin ona məxsus olduğunu qəbul etməsə narkotik vasitəni evinə qoyulacağını bildirmişdir. Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyanı saxlaması barədə isə bildirmişdir ki, o, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza yataqxanada yataq yerinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı orada olan plasmas materialdan olan su qabının içinin alt hissəsində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin telefon vasitəsi ilə əmisi ilə danışmışdır.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
36. 234.1-1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
37. 317-2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
38. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
39. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
40. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
41. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
42. Maddə 56.1.2. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir.
43. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
44. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
45. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
46. Maddə 93.1.2. Məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
47. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
48. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
49. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
50. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
51. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
52. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
53. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
54. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
55. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
56. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
57. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
58. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
59. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
60. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı:
61. Qərarın 5-ci bəndi. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür.
62. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
63. Qərarın 16-cı bəndi. CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
64. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
65. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
66. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.
67. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
68. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
69. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə ifadə verən zaman cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyanı saxlamasını etiraf etsə də, üzərindən aşkar olunan psixotrop maddənin ona aid olmamasını, polislər tərəfindən ona göstərilmiş fiziki və psixi təsir nəticəsində məcbur qalaraq polislərin verdiyi psixotrop maddənin ona məxsus olması məzmununda etirafedici izahat verdiyini bildirmişdir.
70. Məhkəmənin sorğusuna əsasən, AR Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsindən alınmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyyən olunduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
71. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından təqdim edilən xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı xəsarət almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı qarının ön divarında qərtməkli yara aşkar edilmişdir.
72. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
73. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir.
74. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək o, Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən 09 avqust 2023cü il tarixdə, saat 11:30 radələrində müəssisəsinin 8 saylı dəstəsinin yataqxanasında onun yataq yerinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış tədbiri zamanı orada olan plasmas materialdan olan su qabının içinin alt hissəsində gizlətdiyi, daxilində "xxxx" MMC-yə məxsus ***-***-**-** nömrəli danışıq kartı olan 1 ədəd L8 STAR” markalı mobil telefon aparatı aşkar edilərək götürüldüyünü, Sabunçu rayonu Ramana qəsəbəsindən üzdən tanıdığı haqqında başqa heçnə bilmədiyi şəxsdən bir büküm psixotrop maddə metamfetamin aldığını, onu özündə olan elektron tərəzi vasitəsi ilə çəkisini ölçərək təqribən 5 qram olduğunu müəyyən etmiş və gələcək bir ay ərzində yavaşyavaş istifadə etmək fikri ilə həmin şəxsdən qarşılığında 100 manat ödəniş etdiyini bildirmişdir.
75. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan 11 iyul 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, videogörüntü, 12 iyul 2024-cü tarixli 3-16-16/2-6/3610 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə kompüter-texniki ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 5/1221 nömrəli rəyi, 26 avqust 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 təqdim edilmiş 13 sentyabr 2024-cü il tarixli 6230 nömrəli rəyi, üzləşdirmə protokolları, eləcə də, iş materiallarında olan digər materiallarla tam sübuta yetirilir.
76. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid11 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir.
77. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
78. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir.
79. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir.
80. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
81. Beləliklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-66/2024 nömrəli hökmü ilə təyin edilmiş 3 ay azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılmalıdır.
82. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
83. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir.
84. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022ci il tarixli 1(010)-116/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, 27 oktyabr 2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. AR CMnin 83.3.3-cü maddəsinə əsasən, məhkumluğu ödənilmədən yeni cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin sadə residivi halı müəyyən edilir.
85. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin residivi (sadə) cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir.
86. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını, cəzanı ağırlaşdıran halın isə olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən bütün bu hallar nəzərə alınmalıdır.
87. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
88. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.
89. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 11 iyul 2024-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
90. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
91. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd "L8 Star” markalı mobil telefon aparatı, “L8 Star” markalı mobil telefon aparatının üzərində olan **********735618856 saylı ***-***-**-** mobil nömrənin sim kartı və plasmas materialdan olan 01 ədəd su qabı qanuni sahibinə və ya mümkün olmadıqda onun yaxın qohumuna qaytarılmalı, qalıq qalmış 5,471 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
92. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
93. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 242 manat (iki yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
94. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilməlidir.
95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsi ilə 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında 4 (dörd) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 11 iyul 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama anbarında saxlanılan 01 ədəd "L8 Star” markalı mobil telefon aparatı, “L8 Star” markalı mobil telefon aparatının üzərində olan **********735618856 saylı ***-***-**-** mobil nömrənin sim kartı və plasmas materialdan olan 01 ədəd su qabı qanuni sahibinə və ya onun yaxın qohumuna qaytarılsın, qalıq qalmış 5,471 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin,01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs 242 manat (iki yüz qırx iki) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev