Məhkəmə qərarları › İş №1(101)-1073/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1073/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1073/2021 13.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1984-cü il fevralın 14-də Lənkəran rayonu, Port-İliç şəhərinin Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, fərdi əməklə məşğul olmuş, Lənkəran rayonu, Liman şəhəri, Qumbaşı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən ağır cinayət törətməklə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 09 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.4.-cü və 181.2.5.-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən ağır cinayət törətməklə istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 7,524 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu prospektinin kəsişməsinə kimi daşımış, bu barədə daxil olan məlumata əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 2021-ci il yanvarın 30-da saat 00:15 radələrində qeyd olunan yerdə saxlanaraq idarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkcənin ön sağ yan cibindən üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,312 qram, 2,630 qram və 2,582 qram olmaqla ümumilikdə külli miqdar təşkil edən 7,524 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Tutularkən onun üzərindən narkotik vasitə aşkarlanmamışdır. Hadisə günü o, iki nəfər şəxslə Sumqayıt şəhərindən qayıdanda polis əməkdaşları onları saxlayaraq avtomobilin baqajından nəsə tapmışlar. Üzərində 1.300 manat pul, mobil telefon və sənədlər olmuşdur. O, istintaqdakı ifadələrini fiziki və psixoloji təsir altında vermişdir. Belə ki, polis işçiləri onu döymüş və ailəsi ilə hədələmişlər. Narkotik vasitə onun cibinə qoyulmuş, narkoman olmadığı halda ona narkomaniyadan məcburi müalicə yazdırılmışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə idarəsinin əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il yanvarın 29da Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayıb daşıması və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, keçirilən tədbirlər nəticəsində 2021-ci il yanvarın 30-da saat 00:15 radələrində sonuncu Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu prospektinin kəsişməsində saxlanmaqla Baş İdarənin inzibati binasına dəvət edilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış zamanı sonuncu əynində olan qara rəngli gödəkcənin ön sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümü, ön sol yan cibindən «Huavey» markalı mobil telefonu, qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərdə narkotik vasitə heroin olduğunu, göstərilən maddəni bir gün əvvəl yaşadığı evin yaxınlığındakı zibillikdən tapdığını və üstündə gəzdirdiyini bildirmişdir. Sonuncunun üzərindən aşkar edilən bükümlər bir ədəd zərfdə qoyulub qablaşdırılmış, mobil telefonla şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, tərtib olunan protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və ya təzyiq göstərilməmişdir, cibinə narkotik qoyulması yalandır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində müvafiq qaydada polis mayoru və polis kapitanı olmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili və əməliyyat müvəkkili vəzifələrində işləmiş Şahid3 və Şahid2 Şahid1 ilə analoji ifadələr verdilər. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində 2021-ci il yanvarın 29-da yaşadığı evin yanında gəzərkən zibillikdə yerdən üç ədəd bükümdə narkotik vasitə heroin olduğunu görüb cavanların əlinə keçməməsi üçün götürməklə üzərində saxlayaraq daşımağa başladığını, 2021-ci il yanvarın 30-da saat 00:15 radələrində o, Sumqayıt şəhəri, Sülh küçəsində olarkən üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşıb özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarəyə dəvət etdiklərini, orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilərkən üstündə qanunsuz əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunduqda əynindəki qara rəngli gödəkcənin ön sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümdəki maddələri, ön sol yan cibindən mobil telefonu, qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəxsiyyət vəsiqəsini təqdim etdiyini, bükümlərdə narkotik vasitə olduğunu bildirdiyini, həmin maddəni satmaq niyyətinin olmadığını göstərmiş, 2021-ci il aprelin 06-da yenidən təqsirləndirilən şəxs qismində dindirilərkən ifadə verməkdən imtina etmişdir (1-ci cild, iş vərəqi 45-46, 54-56, 64-66 və 166-167). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə İdarəsinin 2021-ci il 29 yanvar tarixli raportundan, eyni tarixli Ə45-007-21 əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 30 yanvar tarixli raportundan, Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 02 fevral tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 04 fevral tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il yanvarın 30-da Sumqayıt şəhəri, Sülh küçəsi ilə Koroğlu prospektinin kəsişməsində saxlanmaqla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış vaxtı üç ədəd şəffaf sellofan bükümdə nakrotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüş, məhkəmələr tərəfindən qeyd olunan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qanuni hesab etmişlər (1-ci cild, iş vərəqi 3-8, 125 və 143-144). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi 2021-ci il 30 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 00:15-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 20). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin tərtib etdiyi 2021-ci il 30 yanvar tarixli protokoldan görünür ki, videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin ön sağ yan cibindən üç ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,312 qram, 2,630 qram və 2,582 qram olmaqla ümumilikdə külli miqdarda 7,524 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bir ədəd CD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 28- 30). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 30 yanvar tarixli 6/423 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «… Təqsirləndirilən şəxs üzərindən aşkar olunan..» sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,312 qram, 2,582 qram, 2,630 qram, ümumi təmiz çəkisi 7,524 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla kimyəvi komponent tərkiblərinə görə eynidir, tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 7,434 qram, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (1-ci cild, iş vərəqi 38- 42). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 30 yanvar tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 57-58). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 30 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il yanvarın 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 73-75). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 30 yanvar tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 7,434 qram qalığı maddi sübut hesab edilməklə idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 94-95). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 02 fevral tarixli 19/51-1272 №-li və «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin eyni tarixli 677 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisələrində müalicə almamışdır (1-ci cild, iş vərəqi 99-100). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2021-ci il fevralın 04-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 12 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci və 181.2.5.-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2009-cu il yanvarın 30da cəzasının sonu ilə azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 09 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.4.-cü və 181.2.5.-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Şirvan Apellyasiya Məhkəməsinin 2012-ci il 08 noyabr tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, 2020-ci il oktyabrın 17də cəzasının sonu ilə azad edilmişdir (1-ci cild, iş vərəqi 103-104 və 107-122). İş materiallarındakı Lənkəran Şəhəri İcra Hakimiyyəti başçısının Liman Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2021-ci il fevralın 15-də tərtib etdiyi xasiyyətnamədən, eyni tarixli 215 və 216 №-li arayışlardan görünür ki, Lənkəran rayonunun Qumbaşı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs uzun müddətdir ailə üzvləri ilə birlikdə Bakı şəhərində naməlum ünvanda yaşamaqla sonuncu barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, Təqsirləndirilən şəxs ailəsi 1960-cı il təvəllüdlü anası X5 və 1989-cu il təvəllüdlü bacısı X6 ibarətdir (1-ci cild, iş vərəqi 127-129). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 18 fevral tarixli AZF/LGL-80/21 №-li məktubundan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin eyni tarixdə tərtib etdiyi protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə və Təqsirləndirilən şəxs məxsus «Huavey» markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 130-132). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 10 mart tarixli 007-3479-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini, həmin maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, onun narkotik vasitələrin satışıvə qəbulunda şübhəli olan şəxslərlə əlaqəsini, bu maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri ilə müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 145). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 22 fevral tarixli 553 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 150-151). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 05 aprel tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 06 aprel tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dəyişikliklər edilməklə Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə yenidən ittiham elan olunmuş, maddi sübut kimi tanınıb sonuncudan aşkarlanmaqla götürülən bir ədəd kağız paketdəki narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 7,434 qram qalığının saxlanılması üçün idarənin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, bir ədəd CD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus «Huavey» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmışdır (1-ci cild, iş vərəqi 152-156 və 158-159). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının tərtib etdiyi 2021-ci il 24 may tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təcridxanada saxlanıldığı müddət ərzində daxili rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tətbiq olunmamışdır, onunla birlikdə saxlanan şəxslərlə davranışı qənaətbəxşdir, nümunəvi davranışına görə rəhbərlik tərəfindən təşəkkür elan olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 7,524 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 7,524 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etsələr də Təqsirləndirilən şəxs saxlanarkən əynindəki qara rəngli gödəkcəsinin ön sağ yan cibindən aşkarlanan üç ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələri satmaq niyyətinin olmadığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkibçəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib üç bükümdə saxlayıb daşıdığı 7,524 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 7,434 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 7,434 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heronin yalnız külli miqdar təşkil edən 7,524 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldəetmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 4-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur»; 8-ci bəndində «məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın»; 10-cu bəndində «məhkəmə hökmdə təqsirkarın cinayət etməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə heroinin miqdarına, habelə onun külli miqdarına görə İ siyahısında şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin 7,524 qram olması amilindən yanaşılmaqla sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmamasını, saxlandığı yer üzrə müsbət xarakterizə edildiyini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 09 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 181.2.1.-ci, 181.2.2.-ci, 181.2.4.-cü və 181.2.5.-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Şirvan Apellyasiya Məhkəməsinin 2012-ci il 08 noyabr tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, 2020-ci il oktyabrın 17də cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır, yəni Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.4.-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 7,434 qram qalığı məhv edilməli, bir ədəd D diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 16 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il yanvarın 30-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il yanvarın 30-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 81,82 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 96 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülüb narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 7,434 qram qalığı məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar