Məhkəmə qərarları › İş №1(101)-1073/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1073/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1073/2022 22.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramova Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Müdafiəçi iştirakı ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Fizuli rayonu, Fizuli şəhəri, Xanlar küçəsi ev 4 ünvanda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və barəsində "həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə "Bəhlul” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq "Bəhlul" adlı şəxsə məxsus külli miqdarda narkotik xasilə və psixotrop maddənin satışını həyata keçirəcəvi barədə razılığa gəlib 2021-ci ilin noyabr ayında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yolun kənar hissəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi çəkisi 70.357 qram narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 12,8 qram psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarı 0,92 qram olan ümumi sayı 23 ədəd üzərində "F7M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə metadon əldə edib, yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin psixotrop maddəni ayrıayrı bükümlərə bölərək bir hissəsini üzərində, bir hissəsini yaşadığı evdə saxlamış, onun narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gəlirilmiş, şöbədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,635 qram, 6.571 qram və 0,186 qram ümumi təmiz çəkisi 8,572 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamletamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 24 yanvar 2022- ci il tarixdə saat 23:25 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı, mənzilin qonaq otağında olan boz rəngli dolabın ən aşağı siyirməsində yerləşən boz rəngli əl çantasından 01 ədəd bükümdə təmiz çəkisi 70,357 qram olan, külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 4,228 qram, külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış metamfetamin, üzərində «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarı 0,92 qram olan ümumi sayı 23 ədəd üzərində "17M40" yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formah həblər narotik vasitə metadon tərkibli dərman preparatları və 01 ədəd üzərində heroin və metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. 24 yanvar 2022-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı ünvan olan ünvan 7a hərəkət edən zaman, 2 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən saxlanılmışdır. Onlar onu Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparmışlar. Orada üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmişdir. Həmin vaxt üzərində 8 qram narkotik vasitə olmuş və o onu könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş və evində olan boz rəngli qabın içərisində iki bükümdə ümumilikdə 70 qram narkotik vasitə aşkar edilmişdir, üzərində və evində aşkar edilən narkotik vasitələri satmaq məqsədi olmamış, onları özü istifadə edəcəkmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kəsə narkotik vasitə paylamamışdır. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi üçün o və digər əməkdaş X2 ibarət əməliyyat qrupu yaradılmışdır və Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlamışlar. Həmin gün saat 21 radələrində ünvan 8 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra onu Nizami rayon Polis idarəsinin 25-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində təqribən 10 qram narkotik vasitə aşkar edilmişdir. İsmayılov Ceyhun yaşadığı evində də narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra İsmavılov Cehunun yaşadığı mənzil olan ünvan 10 ünvanına təhqiqatçı tərəfindən onun və digər əməkdaş Natiq İsbatovun, müdafiəçinin və Təqsirləndirilən şəxsla birgə yaşayan Şahid3 iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, evi bankda ipotekada olması səbəbindən və pulunu ödəyə bilmədiyi üçün özünə məxsus evi 23 noyabr 2021-ci il tarixdə Zeynəb adlı qadına müqavilə ilə ayda 425 manat pula kirayəyə vermişdir. Təqsirləndirilən şəxs tanımır, lakin bir dəfə Zeynəbin ərini görmüşdür. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotikin satışında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki o ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o 24 yanvar 2022-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadığı ünvan olan ünvan 11 hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdirlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış eldikdən sonra onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət elmişdirlər. Burada onun hüquqlarımın müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələrim izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi bildirilmiş, bundan sonra o. əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən özünəməxsus doğum haqqında şəhadətnaməni, sol yan cibindən 3(üç) manat pulu, l(bir) ədəd yaşadığı ünvanın açarım, əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 3 (üç) ədəd içərisində adını " Şüşə " kimi bildiyi melamletamin olan şəffaf sellofan bükümü, sol yan cibindən l(bir) ədəd göy rəngli “Samsung" markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs un üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir qadağan olunmuş əşya olmadığı aşkar edildilmişdir. Təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal! şəkilli psixotrop maddə metmafetamin olması müəyyən edildiyini və həmin sellofan bükümlərdə aşkar edilmiş kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırianmış halda olan elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə hər uç bükümün ümumi təxmini çəkisinin 9 qram (doqquz qram) olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər l(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı və götürülmüşdür. Ondan qevd edilən narkotik vasitənin əgər varsa yerdə qalan hissəsinin təqdim edilməyi bıdirilmişdir. O isə həmin maddənin qalan hissəsini yaşadığı evdə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı qonaq otağıda olan dolabın siyirtməsindən 01 ədəd boz rəngli əl çantası aşkar cdildilmiş və həmin əl çantasına baxış keçirilən zaman içərisindən 01 ədəd elektron tərəzi, 01 bükümdə melamletamin, 23 ədəd Metadon həbləri və 01 bükümdə heroin aşkar edilərək götürülmüşdür. Üzərindən şəxsi axtarış zamanı və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu və 2 ay əvvəl sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Bəhlul" adlı şəxsin dediyi yer olan Maştağa ərazisindən yol kənarından götürdüyünü və telefonuna sosial şəbəkə vasitəsi ilə gələn adreslərə narkotik vasitəni apararaq qoymasını və gördüyü işin müqabilində ona pul əvəzinə həmin narkotik vasitlərdən öz istifadəsi üçün götürməsini bildirmişdir. Əlavə olaraq bir ilə yaxındır ki narkotik vasitəsi istifadəçisidir. Cinayət işində oan 24 yanvar 2022-cı ıl tarixli ’'şəxsi axtarış və götürülmə haqqında" protokolla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nım təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tələtindən 24 yanvar 2022-ci ıl tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 3 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitələri çıxardıb bükümdəkilərin "Şüşə" adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni İran İslan Respublikasının vətəndaşı "Bəhlul" adlı şəxsdən 2 ay əvvəl Maştağa qəsəbəsi ərazisindən ona bildirilən yerdən götürdüyünü həmin maddənin bir hissəsini yaşadığı ünvanda saxladığını Bəhlul adlı şəxsin göndərdiyi narkotik tərkibli maddələri deyilən yerlərə qoyduğunu bildirmiş və qarşılığında ona istifadəsi üçün narkotik vastə götürməsini qeyd etmişdir. Cinayət işində olan 25 vanvar 2022-ci il tarixli "baxış keçirilməsi və götürülmə haqqında” protokolla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən 25 vanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzil olan ünvan 12 ünvanına baxış keçirilən zaman Təqsirləndirilən şəxs baxış zamanı özü qonaq otağında olan dolabın aşağı sağ siyirtməsindən boz rəngli əl çantasını çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və həmin çantaya baxış zamanı həmin çantanın içərisindən 01 ədəd gümüşü rəngli elektron tərəzi, 02 ədəd selefon bükümü, 23 (iyirmi üç) ədəd üzərində Methodone-40 yazısı olan həblər aşkar edilmişdir. Bükümlərdən birinin içərisində ağ rəngli kristalşəkilli maddə metamfetaminə bənzər kütlə, digər bükümdə isə tozşəkilli qəhvəyi rəngli heroinə bənzər maddə aşkar edilmişdir. Hər iki büküm ayrı-ayrılıqda çəkisi müəyyən edilməsi üçün elektron tərəzi vasitəsi ilə çəkilmiş, içərisində heroinə bənzər olan maddə olan bükümün çəkisi 73 (yetmiş üç) qram metamfetaminə bənzər maddə olan bükümün çəkisi isə 4,7(dörd tam onda yeddi) qram təkil etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olduğunu və 2 ay bundan əvvəl İran İslam Respublikasının vətəndaşı "Bəhlul'’ adlı şəxsdən Maştağa qəsəbəsi ərazisindən ona bildirilən yerdən götürdüyünü, həmin maddələri ona əvvəlcədən deyilmiş olan yerlərə qoyması müqabilində ona istifadə üçün narkotik maddə verildiyini bildirmişdir. Cinayət işində oan «Videogörünlüyə baxış keçirilməsi haqqında» 27 yanvar 2022-ci -ci il tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs bu zaman, əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd yaşıl rəngli doğum haqqında şəhadətnamə, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 03 manat pul və 01 ədəd açar, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd şəffaf polietilen bükümü, əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs polietilenə bükülmüş toz şəkilində olan maddənin nə olduğu soruşulduqda o, həmin maddənin "şüşə” metamfetamin adlı narkotik vasitə olduğunu, və həmin narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanıdığı İran vətəndaşı Bəhlul adlı şəxsin deməsi əsasında Maştağadan götürdüyünü və Bəhlulun dediyi yerlərə aparıb qoymasını və bu işin müqabilində hal-hazırda üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün götürməsini və götürdüyü malın yerdə qalan hissəsini yaşadığı evdə saxladığım bildirmişdir. Cinayət işində oan «Videogörüntüyə baxış keçirilməsi haqqında» 27 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı polis kapitanı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, ünvana baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o otaqda sağ tərəfdə yerləşən dolabın aşağıda olan siyirməsini açaraq orada olan 1 (bir) ədəd boz rəngli parçadan hazırlanmış əl çantasını təqdim etmişdir. Polis əməkdaşları tərəlindən əl çantası götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı həmin əl çantasının içərisindən 02 (iki) ədəd sellofan büküm, 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi və 23 (iyirmi üç) ədəd üzərində Metadon m-40 vazısı olan həblər olması müəyyən edilmişdir. Sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə digər bükümdə isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə olan kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümün qablaşdırılma ilə bilikdə təxmini çəkisinin 73 (yetmiş üç) qram, digər bükümdəki metamfetaminə bənzər kütlənin çəkisinin isə 4,7( dörd tam onda yeddi) qram olması müəyyən edilmişdir. Həmin maddələr 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürlənərək imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş boz rəngli əl çantasının içərisində olan maddələri şəxsi axtarış zamanı bildirdiyi İran İslam Respublikasının vətəndaşı, Bəhlul adlı şəxsin vasitəsilə narkotik maddələri ona əvvəlcədən deyilən yerlərə qoyması müqabilində öz istifadəsi üçün əldə etdiyim bildirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmm, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 25 yanvar 2022-ci il tarixli 6/477 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş..” yazısı və imzaları olan kağız pakeldəki 3 (üç) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 1,635 qr. 6,751 qr, 0,186 qr. ümumi təmiz çəkisi 8,752 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə melamlelamindir. Tədqiqata təqdim edilmiş üzərində: " Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş..” yazısı və imzalar olan pakeldəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 70,357 qram qəhveyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. l(bir) ədəd bkümdə təmiz çəkisi 4,228 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamlelamindir, üzərində " Methadone 40 " markalanma göstəricisi olan konvalyutlarda ümumilikdə 23 ədəd üzərində "İ7M40” yazısı həkk olunmuş qəhveyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 23 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,92 qramdır həblər xarici görünüşünə və tərkibindəki (əsiredici maddəsinin miqdarına görə eydirlər.Təqsirləndirilən şəxs İsralil oğlundan aşkar edilmiş 1 ədəd " gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin və metamelaminin izləri vardır. İz şəkilində olduğu üçün , heroinin və metamtelaminin təmiz çəkilərini və bükümlərdəki heroinlə və metamfetaminlərlə eyni kimyvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cehun İsmavılovun üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 12,800 qram təşkil edir və həmin melamietaminlər kimyəvi komponent tərkiblərimə və xariici əlamətlərinə görə eynidirlər.28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin ” Azərbavcan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in. metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin. İ siyahısına metadon" Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasilələr"-in İ i siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 70,357 qr, tədqiqata sərf edildi 0,2 qr, qalıq 70,157 qram, (üzərindən götürülmüş) metamfetaminin ümumi təmiz çəkisi 8,752 qram, tədqiqata sərf edildi 0,15 qr, qalıq 8,422 qram, (yaşadığı ünvandan götürülmüş) metamfetaminin ümumi təmiz çəkisi 4,228 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 4,128 qram, 23 metadon həblərindən 4 həb tədqiqata sərf edildi qalıq 19 həb (ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin məhkəmənarkoloji ekspertizasının 29 mart 2022-ci il tarixli 1459 nömrəli rəyi ilə müəvyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Natiq İsbatovun 24 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan 08 aprel 2022-ci il tarixli Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** saylı nömrə olan "Samsung" markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun yaddaşına "Qaqaş B" kimi qeydiyyata alınmış +98 912 *** **** saylı mobil nömrədən "Whatsapp” proqramı vasitəsilə fars hərfləri ilə mesaj gəldiyi və telefonun fotoşəkillər hissəsində 01 ədəd kişi şəkli aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən nömrənin İran İslam Respublikası vətəndaşı olan " Bəhlul" adlı şəxsə məxsus olmasını və qeyd edilən iki ədəd fotoşəklin onu Bəhlul adlı şəxs tərəfindən göndərilməsini və onunla aralarında olan yazışmaları gündəlik silməsini qeyd elmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan 24 yanvar 2022-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 24 yanvar 2022-ci il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonrakı (üzərindən götürülmüş) qalıq 8,422 qram metamfetamin, (yaşadığı ünvandan götürülmüş) qalıq 70,157 qram heroin, ümumi təmiz çəkisi qalıq 4,128 qram metamfetamin, qalıq 19 həb metadon, 01 ədəd "gümüşü” rəngli üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı (üzərindən götürülmüş) qalıq 8,422 qram metamfetamin, (yaşadığı ünvandan götürülmüş) qalıq 70,157 qram heroin, ümumi təmiz çəkisi qalıq 4,128 qram metamfetamin, qalıq 19 həb metadon, 01 ədəd "gümüşü” rəngli üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar