Məhkəmə qərarları › İş №1(101)-1073/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1073/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1073/2025 13.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 26 avqust 1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 204-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən yataqxanada yaşamış, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə, xx xxxxxxx 1998-ci ildə Tovuz rayonu, Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3də yaşamış, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayəti törətmişdir. Belə ki, o, şəxsin sağlamlığı üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə 09 oktyabr 2024-cü il tarixdə, saat 00:15 radələrində ünvan 4 ünvanının qarşısında olarkən əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs3 əlində olan gödəkçəni onlardan irəlidə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs başına atıb boynundan tutaraq ağırlığını üzərinə salmaqla yerə yıxıb sonuncuya sağlamlığa zərər vurulmadığı üçün dərəcəsi təyin edilməyən hər iki dirsək oynağının arxa və sol diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirdikdən sonra, o, Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün baş və bədən nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin və sağ gicgah sümüyü proeksiyasının sıyrıqla müşayiət olunan şişkinlik halında əzilmələri, sol çiyin qurşağının qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı proeksiyasının şişkinlik halında əzilməsi ilə nəticələnən yüngül bədən xəsarətləri yetirmiş, qrup üzvü Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs müqavimətinin və oradan uzaqlaşmasının qarşısını almaq üçün sonuncunun ayaqlarından tutub saxlayaraq hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edilməklə o, Zərərçəkmiş şəxs əynində olan şalvarının ciblərindən sonuncuya məxsus üzərində 02 manat qiymətində ***-***-**-** və 02 manat qiymətində ***-***-**-** nömrələr, 5 manat qiymətində qobur olan, 50 manat qiymətində “Samsung Galaxy J3” markalı, “SM- J330F/DS” modelli, “3560xx/xx/309528/1, 3562xx/xx/309528/3” “imei” kodlu mobil telefonu, həmin telefonla qoburun arasında olan 301 manat nağd pulu, 80 manat qiymətində qara rəngli kisədə olan optik eynəyi, 01 ədəd 5 manat qiymətində maqnitli açarı, 01 ədəd 30 manat qiymətində açarı ələ keçirərək Zərərçəkmiş şəxs 475 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayəti törətmişdir. Belə ki, o, şəxsin sağlamlığı üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə 09 oktyabr 2024-cü il tarixdə, saat 00:15 radələrində ünvan 4 ünvanının qarşısında olarkən əvvəlcədən aralarında olan razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs3 əlində olan gödəkçəni onlardan irəlidə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs başına atıb boynundan tutaraq ağırlığını üzərinə salmaqla yerə yıxıb sonuncuya sağlamlığa zərər vurulmadığı üçün dərəcəsi təyin edilməyən hər iki dirsək oynağının arxa və sol diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirdikdən sonra, qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün baş və bədən nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin və sağ gicgah sümüyü proeksiyasının sıyrıqla müşayiət olunan şişkinlik halında əzilmələri, sol çiyin qurşağının qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı proeksiyasının şişkinlik halında əzilməsi ilə nəticələnən yüngül bədən xəsarətləri yetirmiş, o isə Zərərçəkmiş şəxs müqavimətinin və oradan uzaqlaşmasının qarşısını almaq üçün sonuncunun ayaqlarından tutub saxlayaraq hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edilməklə qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əynində olan şalvarının ciblərindən sonuncuya məxsus üzərində 02 manat qiymətində ***-***-**-** və 02 manat qiymətində ***-***-**-** nömrələr, 5 manat qiymətində qobur olan, 50 manat qiymətində “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “3560xx/xx/309528/1, 3562xx/xx/309528/3” “imei” kodlu mobil telefonu, həmin telefonla qoburun arasında olan 301 manat nağd pulu, 80 manat qiymətində qara rəngli kisədə olan optik eynəyi, 01 ədəd 5 manat qiymətində maqnitli açarı, 01 ədəd 30 manat qiymətində açarı ələ keçirərək Zərərçəkmiş şəxs 475 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayəti törətmişdir. Belə ki, o, şəxsin sağlamlığı üçün təhlükəli olan zorakılıqla bağlı basqın edib özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə 09 oktyabr 2024-cü il tarixdə, saat 00:15 radələrində ünvan 4 ünvanının qarşısında olarkən əvvəlcədən aralarında olan razılığa əsasən o, əlində olan gödəkçəni onlardan irəlidə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs başına atıb boynundan tutaraq ağırlığını üzərinə salmaqla yerə yıxıb sonuncuya sağlamlığa zərər vurulmadığı üçün dərəcəsi təyin edilməyən hər iki dirsək oynağının arxa və sol diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən xəsarətlər yetirdikdən sonra, qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün baş və bədən nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin və sağ gicgah sümüyü proeksiyasının sıyrıqla müşayiət olunan şişkinlik halında əzilmələri, sol çiyin qurşağının qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı proeksiyasının şişkinlik halında əzilməsi ilə nəticələnən yüngül bədən xəsarətləri yetirmiş, qrup üzvü Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs müqavimətinin və oradan uzaqlaşmasının qarşısını almaq üçün sonuncunun ayaqlarından tutub saxlayaraq hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edilməklə qrup üzvü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əynində olan şalvarının ciblərindən sonuncuya məxsus üzərində 02 manat qiymətində 070-234- 06-66 və 02 manat qiymətində ***-***-**-** nömrələr, 5 manat qiymətində qobur olan, 50 manat qiymətində “Samsung Galaxy J3” markalı, “SM-J330F/DS” modelli, “3560xx/xx/309528/1, 3562xx/xx/309528/3” “imei” kodlu mobil telefonu, həmin telefonla qoburun arasında olan 301 manat nağd pulu, 80 manat qiymətində qara rəngli kisədə olan optik eynəyi, 01 ədəd 5 manat qiymətində maqnitli açarı, 01 ədəd 30 manat qiymətində açarı ələ keçirərək Zərərçəkmiş şəxs 475 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, onlar yuxarıda təsvir olunan şəkildə göstərilən həmin hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayət əməlini törətmişlər. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs3 tərəfindən ona elan edilmiş ittiham qəbul edilərək mübahisələndirilməsə də, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara elan edilmiş ittiham mübahisələndirilərək, onlar tərəfindən həmin ittihamlar qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı tərəfindən ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyi, həmçinin təqsirləndirilən şəxslərin cinayət əməlinin Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə tövsif edilməsi müdafiə edilmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsə qarşı quldurluq etməmiş, sadəcə Ayaz adlı şəxsdən telefon almışdır. Daha sonra ona zəng gəlmişdir ki, aldığı telefon oğurluqdur. Bundan sonra, dayısı ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə getmişlər və orada telefonu təhvil vermişdir. Sonra isə onu cinayət məsiliyyənə cəlb etmişlər. İttiham atkında qeyd olunanlar doğru deyildir, o, zərərçəkmiş şəxsə qarşı quldurluq etməmişdir. Təqsirləndirilən şəxs1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, o, ittiham aktında qeyd edilmiş cinayət hadisəsində iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs məxsus olan telefonu oktyabr ayının 10-u, axşam saat 18-19 radələrində almışdır. O, Sabirabad rayonundan oktyabr ayının 10-u şəhərə gəlmiş, dostu Eminlə “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşdür. O, Eminə əvvəldən telefon alacağını bildirməmişdir. Ayaz ona 40 manata telefon satıldığını bildirmiş və ondan almaq istəyibistəmədiyini soruşmuşdur. Həmin telefon könhə “Samsung Galaxy J3” markalı telefon olmuşdur. O, telefonun oğurluq olub-olmadığını soruşmuşdur. Ayaz telefonun özünə məxsus olduğunu, kafedə yemək yediyini və oraya pul verməli olduğu üçün təcili dəyərindən ucuz qiymətə satdığını bildirmişdir. Telefonun içərisində nömrə olmamışdır. Əgər telefonun oğurluq olduğunu bilsə idi, o öz şəxsi nömrəsini həmin telefona qoymaz imiş. Cinayət hadisəsi oktyabr ayının 8-i olmuşdur, o isə telefonu oktyabr ayının 10-u almışdır. Təqsirləndirilən şəxslərin heç birinin cinayət hadisəsindən xəbəri olmamışdır. O, Zərərçəkmiş şəxs görməmiş, sonuncu ilə heç bir münasibəti olmamışdır. O, Təqsirləndirilən şəxs3 tanımır, sonuncunun cinayət törədib-törətməməsindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs2 isə 6 saylı Cəzaçəkmə Müəssisəsindən tanıyır. Cəzasını çəkib qurtardıqdan sonra bir dəfə Sabirabada gəlmiş və Eminlə görüşmüşdür. O, telefonu Ayaz adlı şəxsdən alsa da, Ayazın telefonu kimdən almasını bilmir. Təqsirləndirilən şəxslərin heç birinin Ayazın telefonu haradan almasından məlumatları olmamışdır. O, həmin telefonun Zərərçəkmiş şəxs məxsus olduğunu və oğurluq olduğunu sonradan cinayət işinin materiallarından bilmişdir. Bölmədə üzləşdirmə zamanı Ayaz adlı şəxs ona bildirmişdir ki, güya o telefonu Emin adlı şəxsdən alıb. O isə ona telefonu 20 Yanvar ərazisində ondan aldığını bildirmişdir. Bu məsələ haqqında Emindən soruşmuş, lakin Eminin də bu məsələdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun qarın nahiyəsində xəsarət izləri olmuşdur, lakin həmin izlərin onun barəsində baxılan hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Onu ibtidai istintaq dövründə polis əməkdaşları döysələr də, qarnında olan xəsarətlər həmin döyülmə ilə əlaqədar deyil. Qarnında olan kəsiklər çoxdan olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 19 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, sonuncu dəfə 2024-cü ilin avqust ayının 24-ü cəzaçəkmə müəssisəsindən cəzanın sonu ilə buraxılmışdır. Buraxıldıqdan sonra bugünki günədək əsasən Sabirabad rayonunun Qaratəpə kəndində olmuş, orada sərbəst fəaliyyətlə məşğul olmuşdur. Arabir Bakı şəhərinə gəlib burada qohumlarının yanına gedirmişm. İki gün əvvəl məlumatı olmuşdur ki, onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsindən axtarırlar. O da onu axtardıqlarını bildiyinə görə 19 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində 24-cü Polis şöbəsinə gedib Bəhruz adlı polis əməkdaşına yaxınlaşıb bildirmişdir ki, onu axtardıqları üçün gəlmişdir. Onlar ona dayısı Sədyarın kafesində unutduğu telefonu haradan aldığı ilə bağlı şifahi sual vermişlər. O da onlara həmin telefonu Emin adlı tanışından aldığını bildirmişdir. Bundan sonra onu Nizami Rayon Polis İdarəsinə aparıb 304-cü otaqda müstəntiqə təhvil vermişlər. Orada müstəntiq tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə şübhəli olduğu bildirilmiş, hüquq və vəzifələri elan edilmiş, ona dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. O, şübhəli bilindiyi Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4-cü maddələri ilə özünü təqsirli bilməmişdir, o, həmin cinayəti törətməmişdir. Onun bu cinayətə aidiyyəti yoxdur. Sorğu-sual zamanı bildirmişdir ki, Emin onun cəzaçəkmə müəssisəsindən tanışıdır, onunla sonuncu dəfə cəzanı çəkdiyi 6 saylı cəzaçəkmə müəssisəsində birlikdə olmuşlar. Orada onunla münasibətləri normal olmuşdur, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Cinayət Məcəlləsinin 181-ci maddəsi, yəni quldurluqla məhkum olunmuşdur. Eminlə 09 oktyabr 2024-cü il tarixdə, saat 21 radələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin görüşü elə-belə təşkil etmişlər, hər hansı məqsədləri yox imiş, görüşüb söhbət etmək istəyirmişlər. Həmin gün 09 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Sabirabad rayonunda olarkən Emin xatırlamadığı nömrəsindən ona məxsus ***-***-**-** nömrəli telefona zəng edib, rayona gəlmək istədiyini bildirmişdir, o isə ona Bakıda işi olduğunu, özünün Bakıya gələcəyini bildirmiş, gələcəyi zaman görüşməklə bağlı razılaşmış və telefon danışıqları bitmişdir. Həmin gün saat 17 radələrində Sabirabad rayonundan Bakıya doğru taksi vasitəsi ilə yola düşmüş və saat 19 radələrində Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığına çatmışdır. Təqribən saat 19 radələrində Emin onun ***-***-**-** mobil nömrəsinə yenidən zəng etmiş və “20 Yanvar” metrosunun yaxınlığında olduğunu deyib onun harada olduğunu soruşmuşdur. O da “20 Yanvar” metrosunun yaxınlığına çatdığını bildirmişdir. Onlar orada görüşən zaman Eminin yanında iki nəfər tanımadığı şəxs var imiş, o isə tək imiş. Bu zaman o, Eminlə görüşmüş, onunla ordan-burdan danışmışlar. Emin ondan 3-4 manat pul borc istəmiş, o da ona 3-4 manat borc pul vermişdir. Daha sonra Emin özündə bir telefon olduğunu və satmaq istədiyini bildirmişdir. Eminə onun özünə məxsus istifadə etdiyi üzərində ***-***-**- ** mobil nömrə olan “Note 9” markalı mobil telefonunun donaraq işlədiyini, bu səbəbdən də satmaq istədiyini, bunu satıb daha sonra onda olan telefonu ala biləcəyini bildirmişdir. O, həmin ərazidə olan telefon mağazalarından birinə qeyd etdiyi telefonunu şəxsiyyət vəsiqəsini mağazaya təqdim edərək 80 manat qarşılığında satmışdır. Satdıqdan sonra yenidən Eminə yaxınlaşıb onda olan telefona baxmaq istədiyini bildirmiş, bu zaman Emin cibindən “Samsung” markalı qara rəngli, təqribən 12 sm uzunluğunda, 7 sm enində olan telefonu ona göstərərək özünə məxsus olduğunu bildirmiş və telefonu ona təqdim etmişdir. O, telefonun sağına, soluna baxıb göz gəzdirmiş, daha sonra telefonun düyməsinə basıb işlək vəziyyətdə olduğunu yoxlamışdır. Telefon işlədiyi üçün onu almaq qərarına gəlmiş və Eminə 40 manat pul ödəyərək həmin telefonu Emindən almışdır. Emin telefonu ona verərkən telefonun üzərində olan özünə məxsus mobil nömrəni çıxarıb götürmüşdür. O isə özünə məxsus olan ***-***-**-** nömrəsini həmin vaxt həmin telefona daxil etmişdir. Bundan sonra onar 5-6 dəqiqə də söhbət edərək ayrılaraq getmişlər. Beləliklə, o, Emin ilə birlikdə təqribən 20 dəqiqə vaxt keçirmişdir. O, oradan “bir manatlıq” taksiyə oturub Müşviqabad qəsəbəsində yerləşən qardaşı Ruslan Məmmədovun evi istiqamətində yola düşmüş, təqribən saat 20 radələrində Ruslangilə çatmışdır. Bu zaman Ruslan ilə görüşmüş, təqribən onlarda bir saat vaxt keçirib qardaşı Ruslandan 30 manat pul alıb yol maşını ilə “20 Yanvar” metrosunun yanına, oradan isə başqa bir maşın vasitəsi ilə Sabirabad rayonuna öz evlərinə qayıtmışdır. 09 oktyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində o, Sabirabad rayonuna öz evlərinə çatmışdır. 10 oktyabr 2024-cü il tarixdə, saat 21:30 radələrində Sabirabad rayonu, Qaratəpə kənində olan dayısı Sədyarın işlətdiyi kafedə oturub Emindən aldığı telefonu enerjiyə qoymuşdur. Bu zaman 4-5 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini polis səməkdaşı kimi təqdim edib vəsiqələrini göstərmiş, ondan işlətdiyi telefonu onlara göstərməyini istəmişlər. O, telefonu enerjiyə qoyduğunu bildirmiş və onlara yerini göstərmişdir. Bu zaman onlar telefonu götürüb baxmış və telefonu özləri ilə götürüb aparmış, ona isə heç nə deməmişlər. Təqribən 15 oktyabr 2024-cü il tarixdə Sədyar dayısı anasına zəng edərək onu Bakıdan 24-cü Polis şöbəsindən axtardıqlarını bildirmişdir. Anası da ona bu barədə dedikdə o, 19 oktyabr 2024-cü il tarixdə Bəhruz adlı polis əməkdaşı ilə əlaqə yaradıb, saat 20 radələrində 24-cü Polis bölməsinə gəlmiş və Bəhruza yaxınlaşmışdır (iş vərəqə: cild İ, səh. 147-149). Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 21 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, qeyd edilən cinayətdə onun heç bir rolu və ya iştirakı olmamışdır. Onun tək günahı ondan ibarətdir ki, o, tanışı Emindən telefon almışdır. Telefonu alarkən onun oğurluq olduğunu bilməmişdir. Həmin telefonu daha sonra dayısı Sədyara məxsus kafedə enerjiyə qoyarkən, polis əməkdaşları gəlib götürmüşlər. Şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq etmişdir. Onun heç nədən xəbəri yoxdur, onun həmin cinayətdə işirakı olmamışdır. Onun həmin cinayətin iştirakçısı olması ilə bağlı deyilənlər yalandır. İş üzrə təqdim edilən görüntülərdə 08 oktyabr 2024-cü il tarixdə, saat 23:43-də qeyd edilən cinayətin iştirakçıları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində hərəkət etməyi ilə bağlı bildirmişdir ki, həmin görüntüdə olan şəxs odur, lakin o, Nizami rayonunda deyil, “20 Yanvar” metrosunun yaxınlığında olmuşdur. 08 oktyabr 2024-cü il tarixdə o, Sabirabad rayonunda olmuşdur. Özünə məxsus mobil telefonu “20 Yanvar” metrosunun yaxınlığında satdığı yer yadından çıxdığı üçün təqdim edə bilmir (iş vərəqə: cild İ, səh. 162-163). Daha sonra, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 08 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən heç bir səbəb göstərmədən protokolu imza etməkdən imtina etmişdir (iş vərəqə: cild İİ, səh. 32-33). Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs1 təklif edilərkən o, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, bundan başqa ona “Məhkəmədə verdiyiniz ifadənizdə telefonu Ayaz Məmmədovdan aldığınızı, ibtidai istintaq zamanı isə ifadənizdə telefonu Təqsirləndirilən şəxs2 aldığınızı bildirmisiniz, bu iki ifadənin arasındakı ziddiyəti nə ilə izah edə bilərsiniz? Telefonu necə əldə etmisiniz?” suallarına Təqsirləndirilən şəxs1 cavab vermək istəmədiyini bildirmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, cinayət işinin ibtidai istintaqı zamanı işgəncəyə məruz qalmışdır. Ona Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməliyyatçısı Bəhruz adlı şəxs işgəncə vermişdir. O, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Hadisə baş verdiyi gün həmişə olduğu kimi, Ayazla çay içməyə getmişlər. O, 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən buraxıldıqdan sonra ailəsi olmadığı üçün uzaq qohumu olan Ayaz gildə qalmışdır. Daha sonra Ayazın vasitəsi ilə Təqsirləndirilən şəxs3la tanış olmuşdur. Onlar 1-2 dəfə oturub çay içmişlər. Həmin gün Təqsirləndirilən şəxs3 ad günü imiş. Elmar 25 manat pulunun olduğunu bildirmiş və onlara bir kafedə əyləşib çay içməyi təklif etmişdir. O, Ayaz, Elmar “20 Yanvar” metrostansiyasının yaxınlığında kafelərin birində əyləşmişlər. Bu zaman onlar Ayazın telefonu ilə Təqsirləndirilən şəxs1la görüntülü danışmışlar. Əvəz ondan harada olduğunu soruşmuşdur, o “20 Yanvar” metrostansiyasının yaxınlığında kafedə əyləşdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Sabirabad rayonundan Bakıya gəldiyini və görüşmək istədiyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1la “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşlər. Onlar metro vasitəsi ilə Həzi Aslanov stansiyası tərəfə gedib orada gəzmişlər. Oradan isə “Neftçilər” metrostansiyası tərəfə “Lotos” ticarət mərkəzinin qarşısına getmişlər. Sonra onlar parkda əyləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 quldurluq məqsədi ilə Bakıya gəldiyini bildirmiş və kim istəsə onunla birlikdə quldurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 hətta onları quldurluq etdikdən sonra həbs edilə biləcəkləri barədə də xəbardar etmiş və onunla kim istəsə könüllü gedə biləcəklərini demişdir. Bu zaman Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la birlikdə quldurluğa getməyə razılaşmışdır. O, Ayazın onlara qoşulmasına imkan verməmişdir. Onlar üçü bir yerdə getmişlər, Ayaz isə kənarda dayanmışdır. Daha sonra bir nəfər şəxsin gəldiyini görmüşlər və Təqsirləndirilən şəxs1 onlara həmin şəxsə qarşı quldurluq edəcəklərini bildirmişdir. O, ilk olaraq Ayazın yanında olsa da, daha sonra Əvəz və Elmarın arxasınca getmişdir ki, nə hadisə baş verdiyini görsün. Təqsirləndirilən şəxs3 həmin şəxsin başına kurtka atmış, həmin şəxs yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1 həmin şəxsin ciblərini axtarmağa başlamışdır. O isə bundan sonra qorxaraq həmin şəxsin ayağından tutmuşdur. Onlar bu hadisəni törətdikdən sonra ayrılmışlar, daha sonra “Neftçilər” metrostansiyasının yaxınlığında görüşən zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin şəxsin cibindən 1 manat pul və telefon çıxmışdır. Onlar “Neftçilər” metrostansiyasının çıxışında dönərxananın qabağında əyləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 həmin şəxsin cibindən götürdüyü telefonun şifrəsini açmağa çalışmışdır. Həmin telefon Təqsirləndirilən şəxs1 qalmışdır. Onlar piyada Koroğlu metrostansiyasına getmişlər, orada Təqsirləndirilən şəxs1 onlardan ayrılmışdır. Təqsirləndirilən şəxs1 həmin şəxsin cibindən çıxanlardan onlara heç nə verməmişdir. Təqsirləndirilən şəxs1 onlardan ayrıldıqdan sonra isə üçü piyada “20 Yanvar” metrostansiyasına getmişlər. Təqsirləndirilən şəxs2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı o və Ayaz Əvəzgildən kənarda dayanmışlar. Sonradan isə onun yaxınlaşmaqda məqsədi o idi ki, zərərçəkmiş şəxs yerə yıxılan zaman sonuncunun ayaqlarından tutub çəkmək istəyirmiş ki, Əvəzlə Elmar həmin şəxsi vurmasınlar. Elmar zərərçəkmiş şəxsin başına kurtka atmışdır. Quldurluğun Zərərçəkmiş şəxs qarşı ediləcəyini Təqsirləndirilən şəxs1 onlara işarə etməklə bildirmişdir. Həmçinin bildirir ki, 24cü polis şöbəsində onu döymüşlər. Onun zərərçəkmiş şəxsin ayağından tutub çəkməkdə məqsədi ondan ibarət olmuşdur ki, Əvəzlə Elmar həmin şəxsi döyməsinlər. Həmin şəxsdən telefonu Təqsirləndirilən şəxs1 götürmüşdür. Təqsirləndirilən şəxs1 dediyinə görə həmin şəxsin cibində 1 manat və telefon olmuşdur. Onda aşkar edilmiş xəsarətlər 24-cü Polis şöbəsində törədilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmənin sonrakı iclaslarında verilən suallara cavab olaraq həmçinin göstərmişdir ki, ona yetirilmiş xəsarətlər 24-cü Polis şöbəsində polis əməkdaşı tərəfindən törədilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini isə o öz iradəsi əsasında vermiş, həmin ifadələri verməyə onu heç kim məcbur etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətli və fərqli hallarla bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 10 oktyabr 2024-cü il tarixli izahatında göstərmişdir ki, o, Elmar və Ayaz adlı şəxsləri yaşadığı məhəllədən tanıyır. 08 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində Ayazın telefonuna Əvəz adlı şəxs zəng edərək onları görüşmək üçün “20 Yanvar” metrostansiyasının yanına çağırmışdır. Əvəzlə o, əvvəllər birlikdə həbsdə olduqları üçün tanışdırlar. Onun telefon nömrəsi Ayazın telefonunda olduğu üçün Əvəz Ayazla əlaqə saxlamışdır. Elmar, Ayaz və o, avtobusla “20 Yanvar” ərazisinə gedərək Əvəzlə görüşmüşlər. Bu zaman Əvəz onlara “Neftçilər” ərazisinə getməyi, orada kiminsə pulunu üstündən götürməyi və aralarında bölüşməyi təklif etmişdir. Onlar onunla razılaşmışlar. Həmin anda Əvəzin Ramin adlı tanışı yanlarına gəlmişdir Lakin, onun danışıqlardan xəbəri olmamışdır. Onlar birlikdə “Neftçilər” metrosuna getmişlər. Metrodan çıxdıqdan sonra, Ramin adlı şəxs Əvəzlə sağollaşıb yanlarından uzaqlaşmışdır. Onlar təxminən 4-5 saat həmin ərazidə gəzmişlər. Saat 01 radələrində H.Əliyev parkında yerləşən adını bilmədiyi kafenin yanındakı skamyada əyləşən zaman bir nəfər tanımadıqları, əlində sellofan torbalar olan yaşlı bir kişinin qabaqlarında getdiyini görmüşlər. Bu zaman Əvəz həmin kişinin üzərinə gedib onu yerə yıxmağı, üzərindən tapdıqları hər şeyi götürüb qaçmağı təklif etmiş və eyni zamanda onu orada qoyub qaçmamaqlarına görə söyüş söymüşdür. Onlar onunla razılaşmışlar. Bundan sonra, həmin şəxsin getdiyi istiqamətə hərəkət edib, parkın sol tərəfindən çıxıb yolu keçmişlər və binalar olan istiqamətə getmişlər. Binaların arasında yerləşən məhəlləyə çatdıqda, Əvəz Elmara əynindəki gödəkçəni çıxarıb həmin şəxsin başının üzərinə keçirməyi tapşırmışdır. Elmar onun arxasına yaxınlaşaraq, onları görməməsi üçün gödəkçəni onun başına keçirmişdir. Bu zaman həmin şəxs yerə yıxılmışdır. Yerdə olan zaman o, həmin şəxsin ayaqlarını tutmuşdur. Elmar və Əvəz həmin şəxsə yumruqla bir neçə zərbə endirmişlər. Bundan sonra, Əvəz ciblərini yoxlamış və cibindəki mobil telefonu və eynəyini götürmüşdür. Həmin şəxs yıxıldığı yerdən qalxmadan onlar qaçaraq oradan uzaqlaşmışlar. Bir neçə saat piyada gəzdikdən sonra, Q.Qarayev metrostansiyası yaxınlığına getmişlər. Orada Əvəz telefonun arxa hissəsində 1 manat pul olduğunu deyərək həmin pulu onlara göstərmişdir. Onlar telefonun arxa hissəsində bundan başqa pul olub-olmadığını bilmirmişlər. Q.Qarayev metrostansiyası yaxınlığında Əvəz sağollaşıb onlardan ayrılmışdır. Onunla telefonu satmaq və pulu bölüşmək barədə heç nə danışmamışlar. Elmar, Ayaz və o, piyada “20 Yanvar” ərazisinə, oradan isə səhər saatlarında avtobusla Sumqayıta qayıtmışlar. Onlar əvvəlcədən bu barədə razılaşmış, bu iyyətlə həmin şəxsin arxası ilə getmişlər (iş vərəqə: cild İ, səh.20-21). Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 11 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 12 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2023cü ildə 6 saylı Cəzaçəkmə Müəssisəsindən tanıyır. Belə ki, hər ikisi də həmin dövrdə həmin cəzaçəkmə müəssisəsində olmuşlar. Onunla münasibətləri yaxşı olmuşdur. Şahid onun uzaqdan qohumluğu çatır. O, həbsdən çıxdıqdan, yəni 11 sentyabrdan sonra Ayazın və ailəsinin köməyi ilə Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən yataqxanada yerləşmişdir. Ayazın anası və nənəsi ona çox köməklik etmişdir. O, onların evlərində olmuş, yemək yemişdir. Elmarı isə Ayazın vasitəsi ilə tanımışdır. Onunla Ayaz ilə birlikdə bir neçə dəfə görüşüb çay içmiş, gəzmişdir. Onunla da münasibəti normal olmuş, heç bir ədavəti olmamışdır. 08 avqust 2024-cü il tarixdə Əvəz ilə telefon əlaqəsində olmuş, Əvəz ona axşam saatlarında Bakıya gələcəyini bildirmişdir. Həmin vaxt onlar da Bakıya gedib Əvəz ilə gəzmək fikrinə düşmüşlər. Əvəzi həmin vaxta qədər nə Elmar, nə də Ayaz tanımırmış. Saat 21 radələrində Əvəz ilə “20 Yanvar” metrostansiyasında görüşmüşlər. Bu zaman Ramin adlı tanışı Əvəzin yanında imiş. Ramin daha sonra sağollaşaraq getmişdir. O, getdikdən sonra Əvəz onlara “bilirəm, sizdə də zəifçilikdir, gedək cinayət edək pul qazanaq, əldə etdiyimiz pulu bölək” demişdir. Onlar onun təklifi ilə “Neftçilər” metrostansiyasının yaxınlığında olan Heydər Parkına getmişlər. Orada bir qədər gəzişib özlərinə “qurban” axtarırmışlar. Sentyabrın 8-dən 9-a keçən gecə, saat 00:15-də parkda skamyaların birində əyləşmişlər, bir neçə dəqiqə sonra əlində ağ rəngli sellofan olan 55-60 yaşında bir kişinin onlara tərəf gəldiyini görmüşlər. Bu zaman Əvəz həmin kişini nəzərdə tutaraq “yem gəlir, özü də keflidi, rahat olacaq” demiş, daha sonra əlavə etmişdir ki, “qulaq asın, bu, cinayətdi, quldurluqdu, sonunda ölüm də var, həbs də var, gedən gəlsin bir addım geri atan peysərdi”. Onun bu sözlərindən sonra o, Əvəzə “Ayazı qatma, Ayaz uşaqdı, anası mənə tapşırıb onu, həm də zəng gəlib biz getməliyik” demişdir. Bu zaman o, Əvəz və Elmar da razılaşıb Ayazın gəlməməsi ilə bağlı razılıq vermişlər. Bundan sonra kişinin dalına düşmüşlər, belə ki, kişindən 5-10 metr arxadan Elmar və Əvəz, onlardan 10 metr arxada o, gedirmiş. Bir qədər irəlidə kişi məhəlləyə daxil olduqda Əvəz başı ilə Elmara işarə etmiş, bundan sonra Elmar əlində olan gödəkçəni kişinin başına atmış və onun kürəyinə ağırlığını salmış, bu səbəbdən kişi yerə yıxılmışdır. Kişi müqavimət göstərməyə başladıqda Əvəz onun bədən nahiyəsindən əpik və yumruqla zərbə endirməyə başlamış və daha sonra əllərini həmin şəxsin ciblərinə salaraq ciblərini axtarmağa başlamışdır. Bu zaman o, onlardan təqribən 2 metr geridə durub baxırmış. O, həmin vaxt həmin şəxsə toxunmamış, onu vurmamışdır. Bir neçə saniyə sonra Əvəz “qaçaq” demiş və onlar birlikdə qaçmağa başlamışlar. Onları görən Ayaz da qorxusundan qaçmağa başlamışdır. Bir qədər irəlidə onlar dayanmışlar. Əvəz həmin şəxsin cibindən çıxardığı bir ədəd qara rəngli mobil telefonu və eynəyi onlara göstərmiş və bildirmişdir ki, həmin şəxsin cibində sadəcə bir manat pul olmuşdur. O, bu puldan onlara heç nə verməmişdir. Hadisə 2024-cü ilin avqust ayının 8-dən 9-na keçən gecə, saat 00:15 radələrində baş vermişdir. Onların həmin şəxsin arxasınca getməkdə məqsədi həmin şəxsi soymaq olmuş, onun arxasınca getməkdə məqsədi Əvəz və Elmara kömək lazım olduqda kömək etmək imiş, amma lazım olmadığına görə etməmişdir. Şahid bu işdə heç bir rolu olmamışdır, onlar bu işin planını onun yanında qurmuşlar, o bu barədə heç nə demirmiş, lakin artıq Əvəz planı icra etmək üçün adamı, yəni hücum çəkəcəkləri şəxsi seçdikdə və geri addım atana söyüş qoyduqda Ayaz bir az narazılıq etmiş və gəlmək istəmədiyini demiş, bu zaman o da Əvəzə və Elmara demişdir ki, Ayazın yaşı azdır, Ayaz gəlməsin, ümumiyyətlə bu işə qarışmasın. Bu barədə hamısı razılaşmışlar (iş vərəqə: cild İ, səh. 75-77, 112-113). Daha sonra, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 07 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində göstərmişdir ki, o, ilkin ifadəsində qeyd etdiklərini qismən təsdiq edir. Belə ki, onun həmin cinayətdə heç bir iştirakı olmamışdır. Bu cinayəti onun cəzaçəkmə müəssisəsindən tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətmişdir... 08 oktyabr 2024-cü il tarixdə, saat təqribən 12 radələrində “Lotos ” Ticarət Mərkəzinin yaxınlığında olan həmin parka çatmışlar. Bu parkda gəzişərkən o və Ayaz arxada, Əvəz və Elmar isə öndə gedirmişlər. Bir qədər sonra onların başqa bir istiqamətdə hərəkət etdiklərini görmüş, lakin hara getdiklərinə fikri verməmişdir. Sonra onların qayıtmadıqları onun diqqətini çəkdiyindən Ayazla birlikdə onları axtarmağa başlamışlar. Məhəllələrin içərisi ilə bir qədər qabağa getdikdə onların ikisinin birlikdə gözlədiyini görmüşlər. Onlara yaxınlaşıb nə baş verdiyini soruşmuşlar, bu zaman Əvəz və Elmar bildirmişdir ki, onlar ikisi birlikdə bir kişinin əşyalarını götürmüşlər. Belə ki, onların ikisinin də deməsinə görə Elmar əlində olan gödəkcəni həmin kişinin başına atıb onun görməsinə mane olmuş, kişi yerə yıxıldıqdan sonra isə Əvəz onu yumruqlayaraq müqavimətini qırmış və cibində olan əşyaları götürmüşdür. Əvəz həmin vaxt onlara bir manat pul, bir ədəd telefon, iki ədəd döş nişanına bənzər əşya, bir ədəd kisədə eynək və açarları göstərmiş, daha sonra telefonu və bir manatı göstərmiş və kişinin cibindən çıxardığını demişdir. Elmar ondan öz payını istədikdə o, bildirmişdir ki, kişinin üzərindən az pul, yəni bir manat çıxdığından bu pulu bölə bilməz. Telefonu isə daha sonra satacaq və onun payına düşən pulu onunla görüşəndə verəcək. Beləcə Əvəz onlardan uzaqlaşıb getmiş, onlar üçü isə pulları olmadığından piyada olaraq yola düşüb “20 Yanvar” metrosunadək piyada getmişlər. Onun tək təqsiri ondan ibarət olmuşdur ki, o, bu cinayəti bilə-bilə polisə məlumat verməmişdir, o, digər cinayətdə iştirak etməmişdir. Onlar 08 oktyabr 2024-cü il tarixdə “Lotos” ticarət mərkəzinin yaxınlığında olan parka getmişlər, hadisə isə saat 00:00-dan keçdikdən sonra, yəni 09 oktyabr 2024-cü il tarixdə baş vermişdir. Hadisə 08 oktyabr 2024-cü ildən 09 oktyabr 2024-cü il tarixə keçən gecə baş vermişdir, ola bilsin ki, fikrini düzgün ifadə edə bilməmişdir. O, heç nə görməmiş, bu cinayətdə iştirak etməmişdir. İlkin ifadəsində düzgün bildirə bilməmişdir (iş vərəqə: cild İİ, səh. 1-2). Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında ziddiyyətli və fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs2 təklif edilərkən o, hadisənin tam olaraq ibtidiai istintaq zamanı ifadəsində qeyd etdiyi kimi olmadığını, onun bu cinayəti törətmək niyyətinin olmadığını, sadəcə Təqsirləndirilən şəxs1 axıra kimi getməyənə söyüş qoyduğundan o da məcbur olub söyüşə görə cinayət əməlinə daxil olduğunu bildirmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar quldurluq cinayət əməlini törətmişlər. O, zərərçəkmiş şəxsin başına kurtkanı atmışdır, istintaqdan yayınmamış və törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəldən tanımamışdır. Həmin şəxsləri Şahid vasitəsi ilə tanımışdır. O, əvvəlcə zərərçəkmiş şəxsin başına kurtkanı atmış, daha sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin ayağından tutmuş, Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsin ciblərinə girmişdir. Onun sağ və sol çiynində göyərmələr olmuşdur, lakin həmin göyərmələrin hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. İbtidai istintaq zamanı da heç bir müdaxilə olmadan sərbəst ifadələr vermişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə müqayisədə, məhkəməyədək icraat zamanı daha ətraflı və təfərrüatlı ifadələr verdiyindən onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 10 oktyabr 2024-cü il tarixli izahatında, sonra 12 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində göstərmişdir ki, tanışları Təqsirləndirilən şəxs2 və Şahid ilə birlikdə 08 oktyabr 2024-cü il tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında Eminin tanışı Əvəz ilə görüşmüşlər. Bu zaman Əvəzin yanında bir nəfər şəxs də var imiş, lakin həmin şəxsin adını bilməmişdir. Həmin şəxs bir qədər sonra uzaqlaşıb getmişdir. Bu zaman Əvəz onlarla bir qədər söhbət etdikdən sonra pul olmamasından gileylənmiş və onlarla cinayət törədib pul əldə etmək barədə söhbət açmışdır. Əvəzin sözünə görə onlar kiminsə qarşısını kəsib pulunu, telefonunu almalı imişlər. Əvəz bildirmişdir ki, bu cinayəti törətmək üçün bildiyi bir yer var, ora sakitlik olduğu üçün bu əməlləri orada rahat törətmək olar. Buna görə də, onlar birlikdə “Neftçilər” metrostansiyası yaxınlığında olan Heydər Əliyev parkına getmiş, burada təqribən 2-3 saat gəzişmişlər. Orada gəzməkdə məqsədləri Əvəzin işarəsini gözləmək imiş. Artıq saat 12-ni keçmişdir. Onlar parkda skamyaların birində oturmuşlar. Birdən Əvəz bir qədər kənarda piyada hərəkət edən təxminən 60 yaşlarında olan bir kişini onlara işarə edərək “Elə bizimki budu, piyandı, bunun nəyi var, nəyi yox alacayıq” demişdir. Əvəz daha sonra onlara bu işin çətinliyindən danışmış və bildirmişdir ki, “bu cinayətdi, quldurluqdu, bunun sonunda “srok” da var, ölüm də ola bilər, amma gələn axıra kimi gəlsin, yarıda qoyub qaçan peysərdi” demişdir. Bu sözü dedikdə Ayaz gəlmək istəmədiyini bildirmişdir. Bu zaman Emin də bildirmişdir ki, “Ayaz gəlməsin, onun yaşı azdır, uşaqdır, ailəsi var, sonra problem yaşaya bilər”. Əvəz və o, Ayazın gəlməməsi ilə bağlı razılaşmışlar. Beləliklə, plan belə olmuşdur ki, Ayaz bu işə qarışmayacaq, o, kişinin başına paltar atıb görməsinə mane olacaq və yıxacaq, Emin bir qədər arxadan gəlib həm ətrafa nəzarət edəcək, həm də həmin kişi müqavimət göstərdikdə kişinin müqavimətini qırmaqda onlara kömək edəcəkmiş. Belə də olmuşdur. Kişi parkı keçib məhəlləyə girdikdə o, Əvəz və Emin kişinin arxası ilə getməyə başlamışlar. Ayaz isə Emindən 20-30 metr arxada imiş. Məhəlləyə daxil olduqda o, Əvəzin işarəsi ilə dərhal əlində olan Əvəzin ona verdiyi gödəkçəni kişinin başına atmış və kürəyinə ağırlıq salaraq kişini yıxmışdır. Kişi yıxılandan sonra müqavimət göstərməyə cəhd etmişdir. Bundan sonra Əvəz rahat şəkildə əlini kişinin ciblərinə salıb telefonunu və digər əşyalarını çıxartmış və “getdik” demişdir. Bundan sonra onların üçü də qaçaraq oradan uzaqlaşmışdır. Əvəz onlardan öndə, Emin ilə o isə Əvəzin arxasınca qaçırmışlar. Bir qədər irəlidə hər üçü görüşmüş, daha sonra Ayaz da onların yanına gəlmişdir. Əvəz bir ədəd telefon, eynək, medala bənzər nişanlar, açarlar və bir manat pul göstərərək həmin kişinin üzərindən bunların çıxıdığını bildirmiş, eynəyi qırıb tullamış, digər əşyaları oralara atmış, pulu və telefonu isə özünə götürmüşdür. Onlara isə heç nə verməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ayazın bu işdə heç bir rolu olmamışdır, onlar Ayaza geridə qalmasını, gəlməməsini bildirmişlər, Ayazın özü də gəlmək istəmədiyini demişdir. Ayazın geridə qalmasında heç bir məqsəd olmamışdır, Ayaz bu işə qarışmayacağını demişdir. Onlar da Ayazdan bu işə qarışmamasını tələb etmişlər. Bu cinayəti Əvəz və Emin ilə birlikdə törətmişdir (iş vərəqə: cild İ, səh.18, 56-58, 99-101). Bundan başqa Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 08 yanvar 2025ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsi demək olar ki, əvvəlki ifadələri ilə eyni məzmunlu olsa da, əvvəlki ifadələrindən fərqli olaraq göstərmişdir ki, ilkin ifadəsini qismən təsdiq edir. Belə ki, ittiham edildiyi cinayətdə Təqsirləndirilən şəxs2 heç bir rolu olmamışdır. Bu cinayəti Təqsirləndirilən şəxs1 və o, birlikdə törətmişdir, Təqsirləndirilən şəxs2 bu işdə heç bir rolu olmamışdır, o da Şahid kimi bir kənarda qalıb onlara müdaxilə etməmişdir... Hadisə vaxtı Emin və Ayaz onlardan geridə gəlirmişlər, aralarında təqribən 10-15 metr məsafə olarmış, Emin və Ayaz onların danışıqlarını eşitmirmişlər. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 bu işdə heç bir rolu olmamışdır. Ayazın bu işdə heç bir günahı olmadığını isə o, ilk başdan demişdir, Eminin isə günahı olduğunu ilkin ifadə verən zaman özünü tam ifadə edə bilmədiyi üçün demişdir. Emin və Ayaz onların arxasıca gəlməmişlər, ona gorə də bu hadisəni görməmişlər. Hadisə 09 oktyabr 2024-cü il tarixdə, saat 00:15 radələrində baş vermişdir. Ona qarşı polis əməkdaşları tərəfindən döymə və hər hansı pis rəftar halları olmamışdır (iş vərəqə: cild İİ, səh.13-15). Bundan başqa, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı 09 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində göstərmişdir ki, 3 saylı İstintaq Təcridaxanasında olarkən Təqsirləndirilən şəxs2 ona bildirmək istəmədiyi bir şəxsin vasitəsi ilə söz göndərmişdir. O, bu vasitə ilə ondan xahiş etmişdir ki, onsuz da o, cinayətini boynuna almışdır və tutulur, buna görə də Eminin adını çəkib-çəkməməyinin ona heç bir xeyri yoxdur. Emin ondan xahiş etmişdir ki, onun bu cinayətdə olan rolundan danışmasın və ifadəsini dəyişsin. O da Eminə kömək etmək üçün belə etmişdir. Lakin, Ayaz ilə üzləşən zaman və bəzən də öz-özünə düşündükdə reallığı deməyin ən düzgün yol olduğunu düşünmüşdür. Belə ki, Ayaz və o, məhkumluğu olmayan adamlardır. Emin və Əvəz kimi cinayətkarların, əvvəllər də quldurluqla tutulmuş şəxslərin oyununa düşmüşlər. Ayaz həmin vaxt ağıllı davranıb bu işə qoşulmamış, amma o, maddi vəziyyəti pis olduğundan bu işə qoşulmuşdur. İstintaq zamanı ona məlum olmuşdur ki, Əvəz ümumiyyətlə təqsirini boynuna almır, Emin isə onun vasitəsi ilə aradan çıxmaq istəyir. O, vicdanlı bir vətəndaş kimi öz günahını ilk gündən boynuna almış və bu cinayətin açılmasında yaxından iştirak etmişdir. Vicdanlı vətəndaş kimi baş vermiş hadisədə günahkarın kənarda qalmağına imkan verməyəcək. Bu işdə Emin də onlarla birlikdə olmuşdur. Bu işdə bir günahı olmayan Ayazdır. Ayaz bu işə qarışmamışdır. Ayaz onların əleyhinə ifadə verdiyindən hərdən Emin və Əvəz təcridxanada adını çəkmək istəmədiyi şəxslərin vasitəsi ilə ona xəbər göndərib Ayazın ifadəsini geri çəkməsi üçün onun əleyhinə ifadə verməklə hədələmək üçün ona təkliflər edirmişlər. Onlar ona xəbər göndərmişlər ki, “Ayazın əleyhinə ifadə ver”, guya Ayazın da bu işdə rolu olduğunu, kənarda gözətçi kimi qaldığını bildirməyi ona təklif etmişlər ki, sonradan Ayaz da onlar kimi tutulub təcridaxanaya getsin və orada onu onların əleyhinə ifadə verməməsi üçün razı salsınlar. Onlar ona xəbər göndərmişlər ki, onsuz da zərərçəkən şəxs onların üzünü görməyib, hadisə kameralara da düşməyib, əgər heç kim bir-birinin əleyhinə ifadə verməsə bu işi sübut etmək olmaz. Onun təhsili olmasa da məntiqi yerindədir. Onların bu sözü ona həqiqətən də inandırıcı gəlmişdir. Onlar Ayazı özləri ilə birlikdə işin içinə çəkib təcridxanaya saldırıb daha sonra onun özünün də xilası üçün heç kimin əleyhinə ifadə verməməsinə razı salıb bəlkə də bu işi öz xeyirlərinə çəkə bilərmişlər. Lakin, o vicdanlı vətəndaş kimi bunu edə bilməmişdir. Öz xeyri üçün kiminsə günahsız yerə cəza çəkməsinə, günahı olan şəxsin isə azadlıqda qalmasına imkan verə bilməz. O, həm də imkan verməz ki, yaşlı bir adama qarşı törədilmiş cinayət bağlı qalsın. Özü cəza çəkməli olsa da, reallığı deyəcək. Reallıq onun 11 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində və 12 oktyabr 2024-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadədə qeyd etdiyi kimi baş vermişdir. Bu cinayəti Əvəz, o və Emin qabaqcadan əlbir olaraq törətmişlər. O, əlində olan Əvəzin verdiyi gödəkçəni adını sonradan bildiyi Zərərçəkmiş şəxs başına atıb, onu arxadan qucaqlayaraq ağırlığını onun üstünə salaraq onun yerə yıxılmasına səbəb olmuş, Əvəz onun müqavimətini qırmaq üçün onu yumruqla vurmuş, Emin isə ayaqlarından tutub saxlamışdır. Əvəz ona həmin gödəkçəni verib bildirmişdir ki, deyən kimi gödəkcəni kişinin başına atsın ki, onları daha sonra tanımaması üçün görə bilməsin. Gödəkçəni onun başına atmaqda məqsədi hücüm edəcəkləri şəxsin onları görə bilməsinin qarşısını almaq olmuşdur. Onları görməsinin qarşısını ona görə almaq istəyirmişlər ki, o, daha sonra polisə şikayət etdikdə onları tanımasın. Zərərçəkmiş şəxsin üzərində hansı məbləğdə əmlak və ya pul olmasından məlumatı yox imiş, fikirləşirmişlər ki, hər halda 200- 300 manatlıq telefonu, 50-60 manat da pulu olar. Onun ifadəsində qeyd etdiklərinin hamısı doğrudur, lakin Eminin əleyhinə bildirdiklərini onun üzünə demək istəmir, çünki Emin ondan bir vasitə ilə onun əleyhinə ifadə verməməyi xahiş etdikdə o, həmin vasitə ilə ona onun əleyhinə ifadə verməyəcəyinə dair söz vermişdir. Bu səbəbdən də bunu onun üzünə demək istəmir, onunla üzləşməkdən imtina edir. Onu heç kim döyməmiş, ona heç kim heç bir təzyiq etməmişdir (iş vərəqə: cild İİ, səh.60-62) Məhkəmə baxışı zamanı elan olunan ifadələri arasında fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs3 təklif edilərkən o, ibtidai istintaq zamanı həmin cinayət əməlinin hər üçü tərəfindən törədilməsinə dair verdiyi etirafedici ifadələrini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 oktaybr 2025-ci il tarixdə, gecə saat təxminən 00:15 radələrində marketə gedirmiş. O, 8-ci mikrorayon bazarının qarşısındakı parkla getmişdir. Orada 2-ci restoranı keçdikdən sonra tez olsun deyə ara yola keçmişdir. Bu zaman hiss etmişdir ki, başına nəsə atmışlar. Bu zaman “boğ onu” deyə kiminsə sözlərini eşitmişdir. Sonra digəri onun ayağından yapışmış və onu vurmağa başlamışdır. Onun ciblərindən telefonunu, eynəyini, medalını, pullarını aparmışlar. Bu zaman qonşular qışqırmış və həmin şəxslər qaçmışlar. Ona ümumilikdə 475 manat maddi ziyan dəymişdir. Həmin zərər ona ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərin barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır və o, hər üç təqsirləndirilən şəxsi bağışlayır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 zəng edib Təqsirləndirilən şəxs2 Bakıya çağırmışdır. Daha sonra o, Əvəz, Elmar və Emin görüşmüşlər, gəzmək üçün Bakıya gəlmişlər. O, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 görə tanımışdır. Hadisə vaxtı o, əvvəlcə Əvəz, Elmar və Eminin danışıqlarından elə başa düşmüşdür ki, onların yol pulu olmadığından kimdənsə pul xahiş edəcəklər. O, Əvəz, Elmar və Eminin törətdikləri hadisəni kənardan görmüşdür. Belə ki, Əvəz zərərçəkmiş şəxsin ciblərinə girmiş, Emin ayaqlarından tutmuş, Elmar isə başına kurtka keçirtmişdir. Quldurluq etməyi Əvəz təklif etmiş, digərləri isə razılaşmışdır. Ona orada gözləməyini bildirmişlər. Daha sonra onlar qaça-qaça getmişlər. Ona bildirmişlər ki, onlarla getsin. O da Bakını tanımadığından onlarla getməli olmuşdur. Əvəz cibindən telefon və 1 manat pul çıxarmış, zərərçəkmiş şəxsin üzərindən çıxdığını bildirmişdir. Həmin şəxsi Elmar vurmuş, Əvəz ciblərinə girmiş, Emin isə ayaqlarını tutmuşdur. O, kənarda dayandığına görə həmin şəxsin üzünü görə bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _ 09 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, cinayət hadisəsi ünvan 5 ünvanının arxa tərəfindəki məhəllədə baş vermişdir (iş vərəqə: cild İ, səh. 8-10). _10 oktyabr 2024-cü il tarixli “Video görüntülərin götürülməsi protokol”dan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində Heydər Əliyev parkında olan “Avand” adlı kafedə quraşdırılmış videomüşahidə kameralarına baxış keçirilmiş, baxış zamanı həmin kameralarda cinayətin törədilməsində şübhəli bilinən şəxslərin küçə boyu piyada hərəkət etməsinin görüntüləri telefon vasitəsilə çəkilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 14). _10 oktyabr 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə diskə baxış keçirilərkkən müəyyən edilmişdir ki, görüntüdə parka bənzər ərazidən əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək, ağ rəngli papaq (1) olan, əynində qara rəngli şalvar, qara rəngli, qısaqol köynək, qırmızı rəngli papaq (2) olan, əynində qara rəngli şalvar, qara rəngli köynək (3) olan və əynində qara rəngli şalvarköynək və qara rəngli gödəkçə (4) olan şəxslər həmin ərazidən keçmişlər. İkinci görüntüdə parka bənzər ərazi olduğu, birinci görüntüdə olan şəxslərin həmin ərazidən keçdikləri görüntülənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 görüntüdə olan birinci şəxsin onun özü, ikinci şəxsin Şahid, üçüncü şəxsin Təqsirləndirilən şəxs1, dördüncü şəxsin Təqsirləndirilən şəxs2 olduğunu, görüntünün 09 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski 10 ünvanında tanımadıqları təxminən 60-65 yaşlı kişini döyərək mobil telefonunu və eynəyini götürdükləri ərazi olduğunu, görüntünün hadisədən bir qədər əvvəl olduğunu bildirmişlər (iş vərəqə: cild İ, səh. 22). _10 oktyabr 2024-cü il tarixli “maddi sübutun təqdim edilməsi haqqında protokol”dan görünür ki, X6 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonu təqdim edərək, qeyd olunan telefonu bacısı oğlu Təqsirləndirilən şəxs1 onun işlədiyi Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən adsız kafedə enerji qidalandırıcıya qoyduğunu və orada saxladığını, polislərin təklifi ilə təqdim etmək üçün Bakıya gətirdiyini bildirmiş, qeyd olunan mobil telefon X2 maddi sübut kimi götürülmüşdür (iş vərəqə: cild İ, səh. 24). _11 oktyabr 2024-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında protokol”dan görünür ki, iş üzrə sübut əhəmiyyətli olduğu üçün götürülmüş 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon baxış üçün Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs fərdi xüsusiyyətlərinə baxaraq həmin telefonun onun üzərinə hücum çəkilərək cibindən götürülən telefon olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh. 87). _20 oktyabr 2024-cü il tarixli “Video görüntülərə baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə əldə edilmiş 02 faylda olan görüntülər təqim edilmişdir. Birinci 19 saniyədən ibarət videoya baxış keçirən Əvəz Məmmədli həmin videoda dörd nəfər şəxsdən ağ köynək, qara gödəkçə geyinən şəxsin özü olduğunu, ondan solda gedənin Emin adlı tanışı, ondan sağda gedən iki şəxsi isə “Sumqayıtlılar” kimi tanıdığını bildirmişdir. Ona həmin video görüntüdə çəkilən yerin hara olması, onların hara getməsi, hansı tarix, hansı gün olması barədə verilən suallara “Bilmirəm” deyə cavab vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 verilən “Videonun yuxarı sağ hissəsində xx.xx.2024 tarix, 23:43 radələri” göstərilir, həmin vaxt harada olmusunuz?” sualına cavab olaraq “Bu barədə heç nə deyə bilmərəm” deyə cavab vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 verilən “Qeyd edilən şəxslərlə birlikdə hara gedirsiniz, siz ifadənizdə Emin ilə 09 oktyabr, saat 19 radələrində görüşdüyünüzü bildirmisiniz, lakin videonun tarixindən görünür ki, tarix xx.xx.2024-cü il, saat 23:43-də həmin şəxslərlə birlikdə hərəkət edirsiniz bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, “Mən 08 oktyabr 2024-cü il tarixdə Bakıda yox, Sabirabadda olmuşam, bu video barədə heç nə deyə bilmərəm”. Daha sonra Təqsirləndirilən şəxs1 08 saniyədən ibarət ikinci video təqdim edilmiş, o, həmin videoya baxış keçirərək bildirmişdir ki, həmin videoda soldan birinci şəxs özüdür, onun yanında olan Emin, digərləri isə adlarını bilmədiyi Sumqayıtlı kimi tanıdığı şəxslərdir. Ona verilən “Bu video harada çəkilmişdir?” sualına cavab olaraq bildirmişdir ki, “bu barədə məlumatım yoxdur, mən onlarla ancaq 09 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində “20 Yanvar” metrosunun yaxınlığında təqribən 20 dəqiqə birlikdə olub ayrılmışam. Daha sonra özüm ifadəmdə qeyd etdiyim kimi Müşviqabad qəsəbəsinə getmişəm, sonra isə Sabirabada getmişəm, mən Bakıya 09 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində Sabirabaddan yola çıxaraq gəlmişəm. Həmin tarixədək Bakıda ondan əvvəl avqust ayında olmuşam, mən oktyabrın 8i Bakıda olmamışam” deyə bildirmişdir (iş vərəqə: cild İ, səh. 150). _21 oktyabr 2024-cü il tarixli “maddi sübuta baxış keçirilməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə əldə edilmiş 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon təqdim edilmiş, həmin telefona baxış keçirən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim edilən telefon tanışı Emin tərəfindən ona satılmış telefondur (iş vərəqə: cild İ, səh. 151). _10 dekabr 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Şahid ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 212). _06 yanvar 2025-ci il tarixli "xxxx" MMC-nin 22 noyabr 2024-cü il tarixli, 246638 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd diskə “baxış keçirilməsi barədə protokol” və protokola əlavə edilmiş çıxarışdan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs1 məxsusdur. ***-***-**-** mobil nömrəsinin əhatə dairəsinin 09 oktyabr 2024-cü il tarixdə saat 02:08-dən başlayaraq saat 03:02-dək olan zaman aralığında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Nizami rayonu, Tofiq Abbasov küçəsi, Rüstəm Rüstəmov küçəsi 34 A, Q.Qarayev prospekti “Komfort”, Q.Qarayev prospekti 81 V, Q.Qarayev prospekti 345, Q.Qarayev prospekti "Praqa" şadlıq sarayı ətrafı, 09 oktyabr 2024-cü il saat 03:12-03:22 aralığında Koroğlu metrostansiyası ətrafı olduğu müəyyən edilmişdir. Həmin faylda qeyd edilən mobil nömrənin əhatə dairəsi 05 oktyabr 2024-cü il tarixdə saat 20:30 radələrində Sabirabad rayonu, Qaratəpə kəndi olmuşdur. Diskdə olan “**********-antenna zəng” faylına baxış zamanı ***-***-**-** mobil nömrəsinin tarixlərə və vaxta uyğun əhatə dairəsi barədə məlumatların olduğu müəyyən edilmişdir. Faylda ********** mobil nömrəsinin 2024-cü ilin oktyabr ayının 01- dən 19-dək olan zaman aralığına aid antenna məlumatları əks olunmuşdur. Həmin məlumatlar nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən mobil nömrənin əhatə dairəsi 01 oktyabr 2024-cü il tarixdən 08 oktyabr 2024-cü il saat 18:48-dək Sabirabad rayonu ərazisində olmuşdur. Həmin fayla baxış zamanı 051 *** ** ** saylı mobil nömrəsinin anten dairəsinin 09 oktyabr 2024-cü il tarixdə saat 00:54-dən saat 08:42-dək Bakı səhəri ərazisində qeydə alındığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən mobil nömrənin 00:54-də əhatə dairəsi Bakı şəhəri, 8-ci km, “Bakcell Arena” stadionu, 01:02-də Naxçıvanski küçəsi, 01:13-də Q.Qarayev prospekti, 01:54-də Q.Qarayev prospekti 81 V, 02:54-də Nizami rayonu, Tofiq Abbasov küçəsi, 03:57-də Koroğlu metrosu yaxınlığı, 06:36-da Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 08:42-də Bakı şəhəri, Biləcəri qəsəbəsində qeydə alınmışdır (iş vərəqə: cild İ, səh. 230-231). _08 yanvar 2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 16-17). _08 yanvar 2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, cinayət işi üzrə Şahid və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 18-19). _08 yanvar 2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 20-21). _08 yanvar 2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, cinayət işi üzrə Şahid və Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs3 törədilən cinayətdə Şahid ilə bərabər Təqsirləndirilən şəxs2 da günahının olmadığını bildirsə də Şahid onun dediklərini təkzib edib bu işdə Təqsirləndirilən şəxs2 da təqsiri olduğunu bildirməsindən sonra Təqsirləndirilən şəxs3 ifadəsini dəyişərək Təqsirləndirilən şəxs2 da cinayətdə iştirakı olduğunu etiraf etmişdir (iş vərəqə: cild İİ, səh. 34-36). _ 09 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsin üzləşdirmə istintaq hərəkətində iştirak etməkdən imtina etməsi barədə protokol”ndan görünür ki, Təqsirləndirilən şəxs3 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs2 əleyhinə verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, lakin aralarında olan münasibətlə bağlı Təqsirləndirilən şəxs2 ilə üzləşmək istəmədiyini qeyd etmişdir (iş vərəqə: cild İİ, səh. 64). _09 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İİ, səh. 67-68). _09 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərini əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İİ, səh. 70-71). _09 yanvar 2025-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, cinayət işi üzrə Şahid və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 Şahid ilə özünün cinayətdə iştirakı olmadığını bildirsə də, Şahid onun üzünə qarşı onun bu cinayət əməlində iştirakı olduğunu, Elmar və Əvəzə kömək edib zərərçəkmiş şəxsin ayağından tutub saxladığını bildirmişdir (iş vərəqə: cild İİ, səh. 78-79). _Azərbayacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbİ Ekspertiza və X5” X9 14 oktyabr 2024-cü il tarixli, 923 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuşdur baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin və sağ gicgah sümüyü proeksiyasının sıyrıqla müşayiət olunan şişkinlik halında əzilmələri; sol çiyin qurşağının qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı proeksiyasının şişkinlik halında əzilməsi; hər iki dirsək oynağının arxa və sol diz oynağının ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, 09 oktyabr 2024-cü il tarixdə kənar şəxs və ya şəxslər tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə “baş beyin silkələnməsi ilə müşayiət olunan təpə nahiyəsinin və sağ gicgah sümüyü proeksiyasının sıyrıqla müşayiət olunan şişkinlik halında əzilmələri; sol çiyin qurşağının qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı proeksiyasının şişkinlik halında əzilməsi” ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə alına bilərdilər, lakin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir (iş vərəqə: cild İ, səh. 216-219). _Azərbayacan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi”nin məhkəmə kompüter-texniki və əmtəəşünaslıq ekspertizasının 18 dekabr 2024-cü il tarixli, 5/1330-9/9721/2024 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J3” markalı arxa markalanma göstəricisinə görə “SM-J330F/DS” modelli, “3560xx/xx/309528/1, 3562xx/xx/309528/3” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung Galaxy J3” markalı arxa markalanma göstəricisinə görə “SM-J330F/DS” modelli, “3560xx/xx/309528/1, 3562xx/xx/309528/3” “imei” kodlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 50,00 manat müəyyən edilir (iş vərəqə: cild İ, səh. 220-222). _18 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə 3 saylı İstintaq Təcridxanasının məlumatı əsasında azərbaycan Respublikası Baş Pokurorluğunun Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma materialı üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqə: cild İİ, səh. 99-101). _01 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə qərar”dan görünür ki, “Samsung Galaxy J3” markalı mobil telefon və ***-***-**-** nömrəli sim kart maddi sübut kimi tanınaraq, “Samsung Galaxy J3” markalı mobil telefon Zərərçəkmiş şəxs təhvil verilmiş, ***-***-**-** nömrəli sim kart isə cinayət işinin materiallarına əlavə edilmişdir, bundan başqa həmin qərardan görünür ki, Şahid barəsində Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması ilə bağlı araşdırmanın davam etdirilməsi üçün hazırki cinayət işindən material ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 103-119). _11 oktyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs3 11 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 50). _11 oktyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 11 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 69). _19 oktyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 19 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 141). _ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2024-cü il tarixli, 4(007)- 286/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.122-125). _Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2024-cü il tarixli, 4(007)- 287/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.126-129). _ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 4(007)- 294/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.174-176). _ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh.192-193). _ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2024-cü il tarixli tələbnaməsindən, həmçinin iş materiallarına əlavə edilmiş hökm və qərarın surətindən görünür ki, Məmmədov X4 Rayon Məhkəməsinin 24 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 05 ay 09 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, daha sonra Sabirabad Rayon Məhkəməsinin 14 yanvar 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29 dekabr 20212-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, bundan sonra o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.3, 181.3.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmündən Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi xaric edilərək cəzası 6 ay azaldılmış, sonra Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 181.3.4-cü maddəsi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə tövsif edilərək hökm və qərara əsasən təyin edilmiş qəti cəza dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 24 avqust 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild 1, səh.194- 196). _ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2024-cü il tarixli tələbnaməsindən, həmçinin iş materiallarına əlavə edilmiş hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 iyun 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş cəzadan həmin əməl cinayət hesab olunmadığından azad edilmiş, hökmdən Cinayət Məcəlləsinin 181.2.2 və 66.3-cü maddələrinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (iş vərəqə: cild 1, səh.197-199), həmçinin Penitensiar Xidmətin 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin 12 may 2025-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 cəzaçəkmə rejimi dəyişdirilərək cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, 14 sentyabr 2023-cü il tarixdə Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsindən 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə keçirilmiş, məhkum Təqsirləndirilən şəxs2 cəza müddəti bitdiyi üçün 11 sentyabr 2024-cü il tarixdə müəssisənin qeydiyyatından çıxarılmışdır (cinayət işinin materialları). _13 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İİ, səh. 91). _Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi 30 oktyabr 2024-cü il tarixli, **********320 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və maddi tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 181). _Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onları bağışlayır, onlara təyin ediləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özlərini şəxsən və vəkilləri vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onların əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişlər. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslərlə əlaqəsi, onların əməllərində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayət əməlini törətmişlər. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinə münasibətdə onların əməlinə hüquqi qiymət verilməlidir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Quldurluq basqını zamanı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsə psixi təsir göstərilməsini ehtiva edir. Belə psixi təsir konkret olaraq öldürməklə, sağlamlığa zərər vurmaqla, döyməklə, əzab verməklə hədələmədə və sair hərəkətlərdə ifadə oluna bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. Həmin Qərarın 23-cü bəndində göstərilmişdir ki, “....Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.” Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə cinayəti törətməmişdən qabaq onlar cinayətkar niyyətlərinin həyata keçirilməsi üçün öz aralarında rolların bölüşdürülməsinə dair razılıq əldə etmişlər, hər biri tərəfindən hansı konkret hərəkətlərin edilməsi əvvəlcədən planlaşdırılaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər və nəticədə Təqsirləndirilən şəxs3 əlində olan gödəkçəni Zərərçəkmiş şəxs başına atıb boynundan tutaraq ağırlığını üzərinə salmaqla yerə yıxıb dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Təqsirləndirilən şəxs1 zərərçəkmişin müqavimətini qırmaq üçün baş və bədən nahiyələrinə çoxsaylı yumruq zərbələri vuraraq ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxsin müqavimətinin və oradan uzaqlaşmasının qarşısını almaq üçün ayaqlarından tutub saxlamış və Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olan şalvarının ciblərindən “Samsung Galaxy J3” markalı mobil telefonunu, 301 manat pulunu, optik eynəyini və digər əşyalarını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 475 manat maddi ziyan vurmaqla quldurluq etmişlər. Cinayət prosesi zamanı Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə quldurluq cinayətini törədib əməlindən peşman olduğunu və həmin cinayət əməlini hansı qaydada törətdiklərini təfərrüatlı şəkildə göstərsə də, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadələrində quldurluq etmədiyini, bu cinayətlə onun əlaqəsinin olmadığını bildirmiş və bir-birinə uyğun gəlməyən fərqli ifadələr vermişdir, bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özünü təqsirli bilmədiyini göstərsə də, o, faktiki olaraq tərəflərindən törədilmiş quldurluq cinayəti zamanı özünün və digər təqsirləndirilən şəxslərin cinayətkar hərəkətlərinin nədən ibarət olduğunu göstərərək Təqsirləndirilən şəxs1 quldurluq etməyi təklif etdiyini, hətta onları həbs edilə biləcəkləri barədə xəbardar etdiyini, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin başına gödəkcə atdığını, həmin şəxs yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs1 həmin şəxsin ciblərini axtarmağa başladığını, özü isə bundan sonra həmin şəxsin ayağından tutduğunu təfərrüatlı şəkildə bildirmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qaldıqlarını bildirmələri ilə əlaqədar olaraq məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından təqsirləndirilən şəxslərin barələrində şəxsi işləri və tibbi kitabçalar əldə edilərək məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Təqsirləndirilən şəxslərin barəsində şəxsi işlərin və tibbi kitabçaların tədqiq edilməsi zamanı Təqsirləndirilən şəxs1 barəsində olan tibbi kitabçada göstərilmiş hər iki saiddə və qarın nahiyəsində çapıq toxumaları ilə bağlı məhkəmədə Təqsirləndirilən şəxs1 sual verilərkən bildirmişdir ki, o, ibtidai istintaq zamanı fiziki təzyiqlərə məruz qalsa da, həmin zədələrin hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur, onun qarın nahiyəsində zədələr olsa da, həmin izlərin hazırki cinayət işi ilə heç bir əlaqəsi olmamış, ona ibtidai istintaq dövründə fiziki təzyiqlər göstərilsə də, qarnında olan həmin zədələrin onun döyülməsi ilə əlaqəsi yoxdur, qarnında olan kəsiklər hadisədən əvvəl, çoxdan yaranmışdır. Həmçinin tibbi kitabçada da göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir, eyni zamanda şəxsi işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin zədələri bir neçə ay əvvəl aldığını göstərmişdir. Məhkəmə bununla bağlı həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 işin bütün ibtidai istintaqı ərəfəsində ittiham olunduğu cinayət əməlini törətməsini etiraf etməmiş, tam sərbəst iradəsi əsasında ifadələr vermiş, barəsində olan tibbi kitabçada göstərilən zədələrin onun döyülməsi ilə və hazırki cinayət işi ilə əlaqədar olmadığını bildirmiş, bununla da onun ibtidai istintaq zamanı hər hansı fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış və beləliklə də, iş üzrə toplanmış mötəbər sübut növlərinin hər hansının qanuniliyini şübhə altına alacaq hər hansı faktın mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs3 barəsində olan tibbi kitabçada göstərilmiş sol kürək nahiyəsində sarımtıl rəngli qançır, sıyrılmış qərtməkli yara ilə bağlı məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 sağ və sol çiynində göyərmələr olduğunu, lakin həmin göyərmələrin məhkəmədə baxılan hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Həmçinin barəsində olan tibbi kitabçadan da görünür ki, o, həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir. Eyni zamanda barəsində olan şəxsi işdəki izahatından da görünür ki, o, həbsdən əvvəl ona xəsarət yetirilmədiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 da məhkəmə baxışı zamanı 24-cü Polis şöbəsində polis əməkdaşı tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirməsi ilə əlaqədar olaraq onun saxlanıldığı İstintaq Təcridxanasından əldə edilmiş şəxsi işi və barəsində olan tibbi kitabça məhkəmədə tədqiq edilərkən göstərilmiş sol çiyin, sol kürək nahiyədə sarımtıl-yaşılaçalan rəngli qançır barədə məhkəmədə verilən suallara cavab olaraq göstərmişdir ki, ona həmin zədələr 24-cü Polis şöbəsində polis əməkdaşı tərəfindən yetirilmişdir. Həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi bütün ifadələrini o öz iradəsi əsasında vermiş, həmin ifadələri verməyə onu heç kim məcbur etməmiş, verdiyi ifadələri ilə bağlı hər hansı təzyiqə məruz qalmamışdır. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş xəsarətlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində 2-2-110/3- 107853/24 nömrəli material əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs2 göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı olaraq araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmışdır. Həmin materialla bağlı qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmış və bununla bağlı məhkəmə-tibbi ekspertizasının 59 TS nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 sol çiyin, sol kürək nahiyəsinin qançırları, sağ əlin arxa səthinin irinli yarası olmuş, qeyd edilən sağ əlin arxa səthinin yarası yüksək hərarətə malik əşyanın təsirindən, qançırlar bərk küt əşyanın təsirindən törənmişlər, şəxsin izahatında və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 10 oktyabr 2024-cü il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Toplanmış həmin material üzrə cinayət hadisəsi olmaması əsasına görə 18 noyabr 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (iş vərəqə: cild İİ, səh. 99-101). Həmin araşdırma materialı ilə bağlı qəbul edilmiş 18 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onda aşkar edilmiş xəsarətlərin 10 oktyabr 2024-cü il tarixdə alındığı göstərilmişdir. Lakin cinayət işinin materialları əsasında (11 oktyabr 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma” barədə qərar və protokoldan) müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 11 oktyabr 2024-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 60, 69). Beləliklə də, məhkəmədə Təqsirləndirilən şəxs2 fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi hallar araşdırılaraq, müəyyən edilmişdir ki, bununla bağlı məhkəmə nəzarəti qaydasında araşdırma aparılmış, 18 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərardan şikayət vermək hüququ izah edilmiş və təqsirləndirilən şəxs tərəfindən həmin qərardan şikayət edilməmişdir. Məhkəmə bununla bağlı həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı ibtidai istintaqda verdiyi bütün ifadələrini öz iradəsi əsasında verdiyini, həmin ifadələri verməyə onu heç kim məcbur etmədiyini, verdiyi ifadələri ilə bağlı hər hansı təzyiqə məruz qalmadığını göstərmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 məhkəmədə ifadəsində fiziki təzyiqlərə məruz qalmasını göstərsə də, bu cür halların cinayət işi üzrə ibtidai istintaq zamanı onun ifadələr verərkən hər hansı müdaxiləyə, təzyiqlərə məruz qalması ilə əlaqədar olmadığı təsdiq olunmuş, həmçinin Təqsirləndirilən şəxs2 özü də bütün ifadələrini öz iradəsi əsasında verdiyini, həmin ifadələri verməyə onu heç kim məcbur etmədiyini, verdiyi ifadələri ilə bağlı hər hansı təzyiqə məruz qalmadığını təsdiq etmişdir. Beləliklə də, təqsirləndirilən şəxslərdə göstərilən xəsarətlərlə bağlı məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv araşdırma apararaq, təqsirləndirilən şəxslərin ifadələrində bununla bağlı göstərdiklərini məhkəmənin sorğuları əsasında əldə edilmiş sənədlər və cinayət işinin materialları əsasında tədqiq edərək gəldiyi qənaət ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxslərin məhkəmədə ifadələrində özlərinin ibtidai istintaqda tam iradə sərbəstliyi əsasında, heç bir təzyiqlər olmadan ifadələr verdiklərini göstərmələrini, cinayət işi materiallarında ibtidai istintaqın əvvəlindən sonunadək Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair sərbəst şəkildə verdiyi ifadələrini, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə də ittiham olunduqları cinayət əməlini törətməsini təsdiq edən ifadələri ilə cinayət işi üzrə toplanmış mötəbər sübut növlərinin hər hansının qanuniliyini şübhə altına alacaq hər hansı faktın mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verməklə müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq cinayəti törətmişlər. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməmələri, quldurluq cinayət əməlini törətməmələri ilə bağlı ifadələrində göstərdikləri inkaredici hallar digər Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 ifadələrində hər üçünün həmin cinayət əməlini törətməsinə dair göstərdiyi hallar, şahidin və zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsdə yüngül zərər vurmaya aid və dərəcəsi təyin edilməyən xəsarətlərin müəyyən edildiyini təsdiq edən 14 oktyabr 2024-cü il tarixli, 923 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə, maddi sübutlarla və cinayət işinin faktiki halları ilə tamamilə təkzib edildiyindən onların məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi həmin inkaredici hallar sübut növü kimi qəbul edilmir, ona görə də, cinayət işinin şərh edilən hallarına əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 quldurluq cinayət əməlini törətməmələrinə dair göstərdiklərini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri və törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətlərini yüngülləşdirməyə və ya cinayət məsuliyyətindən yayınmağa yönəlmiş cəhdləri kimi qiymətləndirir. Beləliklə də, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq cinayətini törətməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə tövsif olunmalı, onlar həmin maddə ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Sabirabad Rayon Məhkəməsinin 24 avqust 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 05 ay 09 gün müddətinə islah işləri cəzasına məhkum edilməsi, daha sonra Sabirabad Rayon Məhkəməsinin 14 yanvar 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və 29 dekabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi, bundan sonra onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.3, 181.3.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, daha sonra Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmündən Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsinin xaric edilərək cəzasının 6 ay azaldılması, sonra Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 181.3.4-cü maddəsinin Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinə tövsif edilərək hökm və qərara əsasən təyin edilmiş qəti cəza dəyişdirilmədən saxlanılması və 24 avqust 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs1 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmü ilə olan sonuncu məhkumluğundan başqa onun əvvəlki digər məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmü ilə olan məhkumluğu Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs1 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2014-cü il tarixli hökmü ilə ağır cinayətlərə görə məhkum olunduğu cəzanı çəkib qurtardığı 24 avqust 2024-cü il tarixdən altı il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 18 iyun 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi, bundan başqa, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş cəzadan həmin əməl cinayət hesab olunmadığından azad edilməsi, hökmdən Cinayət Məcəlləsinin 181.2.2 və 66.3-cü maddələrinə dair müddəaların xaric edilməsi, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasına, sonra 3 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən onun cəza müddəti bitdiyi üçün 11 sentyabr 2024-cü il tarixdə müəssisənin qeydiyyatından çıxarılması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 may 2011-ci il tarixli hökmü ilə olan məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilsə də, onun Cinayət Məcəlləsinin 178.2.1, 161.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə olan məhkumluğu Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə ağır cinayətlərə görə məhkum olunduğu cəzanı çəkib qurtardığı 11 sentyabr 2024-cü tarixdən altı il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Odur ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi onların əməlində cinayətlərin təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, bundan başqa Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etiraf edib peşmançılıq keçirdiyini bildirərək səmimi ifadələr verməsini müvafiq olaraq onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs3 isə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əməlində cəzanı ağırlaşdıran halın olması ilə əlaqədar olaraq onların barəsində cəza təyini zamanı Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında onların iştirakının əhəmiyyətini- Təqsirləndirilən şəxs1 cinayətin törədilməsinin ilk olaraq onun tərəfindən təklif edilərək, digər iştirakçılarla müqayisədə cinayətkar hərəkətləri ilə daha aktiv rol oynamasını, həmçinin digər təqsirləndirilən şəxslərin də quldurluq cinayətini törədərkən iştiraklarının dərəcəsini, eyni zamanda Təqsirləndirilən şəxs3 cinayət prosesinin əvvəlindən sonunadək həm özünün, həm də digərlərinin cinayət əməlini etiraf etməsini, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər də eyni xarakterli cinayətlər törədib cəza çəkmələrinə baxmayaraq, yenidən quldurluq cinayətini törətmələrini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, həmçinin təqsirləndirilən şəxslərin qəsdən ağır cinayət törətmələri nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin törədilmiş cinayətdə onların iştirak dərəcəsi, eyni zamanda barələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların həcmi, habelə yuxarıda göstərilmiş cəza təyin etmənin cinayət qanununda göstərilən prinsipləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 11 oktyabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs1 isə 19 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onların tutulduğu 11 oktyabr 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun tutulduğu 19 oktyabr 2024-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldıqları bütün müddət isə məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, “Samsung Galaxy J3” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarına əlavə edilmiş ***-***-**-** nömrəli sim kart cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – “Samsung Galaxy J3” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarına əlavə edilmiş ***-***-**-** nömrəli sim kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar