Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1074/2020 20.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcələsinin 177.3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1972-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, stansiya Sumqayıt qəsəbəsi, ev 9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədilə saxta pul əldə edib satmışdır və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin mart ayında satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı, B seriyalı 03332953 №-li Azərbaycan manatı əskinasına oxşar hər hansı texniki qurğudan (skaner və s.) istifadə etməklə printer vasitəsi ilə çap olunaraq hazırlanmış, eyni növ pul əskinası üçün qəbul olunmuş standarta uyğun olmayan və həqiqi pul vahidlərindən açıq-aşkar hiss olunan formada fərqlənməyən 13 (on üç) ədəd 50 manatlıq saxta pul əskinaslarını satma barədə tanışları Təqsirləndirilən şəxs2 və qeyrisi ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində yaşadığı Sumqayıt şəhəri, stansiya Sumqayıt ərazisində qeyrisinin vasitəsi ilə həqiqi pul vahidinə çevirdikdən sonra əvəzində ona 50 manat məbləğində həqiqi pul ödənilməsi şərti ilə Təqsirləndirilən şəxs2 verməklə satmış, Təqsirləndirilən şəxs2 qeyd olunan 13 ədəd 50 manatlıq saxta pul əskinaslarını ondan aldıqdan sonra 7 ədədini həmin tarixdə yaşadığı Sumqayıt şəhəri, stansiya Sumqayıt qəsəbəsi, 9 saylı evdə həqiqi pul vahidinə çevirdikdən sonra əvəzində 50 manat məbləğində özünə, 50 manat məbləğində isə ona çatdırmaq üçün ümumilikdə 100 manat məbləğində həqiqi pul ödənilməsi şərti ilə qeyrisinə verməklə satmış, Təqsirləndirilən şəxs2 özündə olan 6 ədəd 50 manatlıq saxta pul əskinaslarını tutulacağından qorxduğu üçün xx xxxxxxxx 2019-cu il tarixdə yaşadığı evin yaxınlığında zibil qutusuna atmış, qeyrisi isə Təqsirləndirilən şəxs2 vasitəsi ilə ondan satış məqsədi ilə əldə etdiyi 7 ədəd saxta pul əskinaslarından bir ədədini xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən 87-ci km-də yerləşən “Xıdırzində” adlanan ziyarətgahda təmizlik işləri ilə məşğul olan Zərərçəkmiş şəxs2 xırdalatmaq məqsədi ilə ödəniş vasitəsi kimi təqdim edib aldadaraq əvəzində bir ədəd 20 manatlıq, dörd ədəd 5 manatlıq və on ədəd 1 manatlıq həqiqi əskinaslardan ibarət olmaqla ümumilikdə 50 manat məbləğində nağd pul əldə edib həmin puldan 2 manatını nəzir formasında Zərərçəkmiş şəxs2 qaytarmaqla saxta pul əskinasını ona satmış, bundan sonra həmin tarixdə saat 11 radələrində digər 50 manatlıq saxta pul əskinasını Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən mağazada ərzaq məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 ödəniş vasitəsi kimi təqdim edib aldatmaqla ondan 4 manat 20 qəpik dəyərində ərzaq məhsulları və siqaret almış, lakin sonuncu onun təqdim etdiyi 50 manatlıq pul əskinasının saxta olduğunu bildirdikdən sonra mağazanı tərk edərək özündə qalan beş ədəd 50 manatlıq saxta pul əskinaslarını cıraraq atmış, daha sonra mağazaya qayıdaraq satıcıda olan 50 manatlıq saxta pulu götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da satış məqsədi ilə saxta pul əldə etməklə satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə Lənkəran şəhərində, şəxsiyyəti istintaqa məlum olmayan “Şəhriyar” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, iki ədəd bükümdə, xalis çəkisi 15,801 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıyıb Bakı şəhərinə gətirmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 23:20-də Nəsimi rayon X11 Patrul Xidməti Bölüyününü əməkdaşları tərəfindən ünvan 3 saylı ünvanda yerləşən “Park-20 Shoping” ticarət mərkəzinin qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasına gətirilmış və xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sarı rəngli “Kinder Surprise” adlanan yumurta qabının içərisindən 2 ədəd bükümdə xalis çəkisi 15,801 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədilə saxta pul əldə edib satmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 2019-cu ilin mart ayında satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı, B seriyalı 03332953 №-li Azərbaycan manatı əskinasına oxşar hər hansı texniki qurğudan (skaner və s.) istifadə etməklə printer vasitəsi ilə çap olunaraq hazırlanmış, eyni növ pul əskinası üçün qəbul olunmuş standarta uyğun olmayan və həqiqi pul vahidlərindən açıq-aşkar hiss olunan formada fərqlənməyən 13 ədəd 50 manatlıq saxta pul əskinaslarını satma barədə sonuncu və tanışı qeyrisi ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, stansiya Sumqayıt ərazisində yerləşən yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyi 13 ədəd 50 manatlıq saxta pul əskinaslarından 7 ədədini həmin tarixdə yaşadığı Sumqayıt şəhəri, stansiya Sumqayıt qəsəbəsi, 9 nömrəli ünvanda həqiqi pul vahidinə çevirdikdən sonra əvəzində 50 manat məbləğində özünə, 50 manat məbləğində isə Təqsirləndirilən şəxs1 çatdırmaq üçün ümumilikdə 100 manat məbləğində həqiqi pul ödənilməsi şərti ilə qeyrisinə verməklə satmış, özündə olan 6 ədəd 50 manatlıq saxta pul əskinaslarını tutulacağından qorxduğu üçün xx xxxxxxxx 2019-cu il tarixdə yaşadığı evin yaxınlığında zibil qutusuna atmış, qeyrisi isə Təqsirləndirilən şəxs2 vasitəsi ilə ondan satış məqsədi ilə əldə etdiyi 7 ədəd saxta pul əskinaslarından bir ədədini xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən 87-ci km-də yerləşən “Xıdırzində” adlanan ziyarətgahda təmizlik işləri ilə məşğul olan Zərərçəkmiş şəxs2 xırdalatmaq məqsədi ilə ödəniş vasitəsi kimi təqdim edib aldadaraq əvəzində bir ədəd 20 manatlıq, dörd ədəd 5 manatlıq və on ədəd 1 manatlıq həqiqi əskinaslardan ibarət olmaqla ümumilikdə 50 manat məbləğində nağd pul əldə edib həmin puldan 2 manatını nəzir formasında Zərərçəkmiş şəxs2 qaytarmaqla saxta pul əskinasını ona satmış, bundan sonra həmin tarixdə saat 11 radələrində digər 50 manatlıq saxta pul əskinasını Siyəzən şəhəri H.Əliyev küçəsində yerləşən mağazada ərzaq məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 ödəniş vasitəsi kimi təqdim edib aldatmaqla ondan 4 manat 20 qəpik dəyərində ərzaq məhsulları və siqaret almış, lakin sonuncu onun təqdim etdiyi 50 manatlıq pul əskinasının saxta olduğunu bildirdikdən sonra mağazanı tərk edərək özündə qalan beş ədəd 50 manatlıq saxta pul əskinaslarını cıraraq atmış, daha sonra mağazaya qayıdaraq satıcıda olan 50 manatlıq saxta pulu götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da satış məqsədi ilə saxta pul əldə etməklə satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunaraq həbsdə olmuşdur. Sonuncu dəfə 2011-ci ilin sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının bir qismini çəkdikdən sonra qanunda olan dəyişikliklərlə bağlı xx xxxxxx 2018-ci ildə vaxtından əvvəl azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs2 kiçik yaşlarından tanımış, onunla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 2019-cu ilin mart ayında Bakı şəhərində Dərnəgül qəsəbəsində yol ilə gedərkən yolun kənarında 50 manatlıq pul əskinasları görmüşdür. Əvvəl həmin pulların doğru olduğunu fikirləşib götürsə də sonradan onların saxta olduğunu görmüşdür. Həmin pulları istifadə etməmiş və bu barədə heç kəsə bildirməyərək onları evdə gizlətmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində pula çox ehtiyacı olduğundan Təqsirləndirilən şəxs2 zəng etmiş və saxta pulunun olduğunu deyərək müştəri olsa sata biləcəyini bildirmişdir. Akif həmin pulları sata biləcəyi adamın olduğunu bildirmiş və həmin adamın onun yanında olduğunu deyərək telefonu həmin şəxsə vermişdir. O, telefonla danışdığı həmin şəxsi tanımamışdır. Həmin şəxs özünün ciddi adam olduğunu deyərək saxta pulları doğru pul yerinə satıb əvəzində ona pul verə biləcəyini bildirmişdir. Bundan sonra o, yenidən Akiflə telefonda danışaraq ona həmin adamı tanımadığını, buna görə pulları gətirib onun özünə verəcəyini demişdir. Həmçinin Akifə “əgər özün istəsən həmin pulların yarısını da həmin şəxsə verərsən, mən səni tanıyıram, mənə də həqiqi pulları sən verməlisən” deyə bildirmiş, Akif də razılaşmışdır. O, təxminən 40 dəqiqə sonra Akifin yaşadığı evin qarşısına gələrək ona zəng etmiş və orada Akiflə görüşərək 13 ədəd 50 manatlıq olmaqla 650 manat saxta pulu ona vermişdir. Lakin Akifin həmin pulları verdiyi adamı görməmişdir. Akiflə aralarında olan razılığa əsasən Akif saxta pulların satışından əldə olunan pulu bir-iki gün ərzində ona verməli olmuşdur. Konkret nə qədər pulun veriləcəyi ilə bağlı aralarında əvvəlcədən razılıq olmasa da, o, Akifin ona ən azı 100 manat pul verəcəyini fikirləşmişdir. O, Akifə onun pul verdiyi adamı tanımadığını deyərək pulu onun özündən istəyəcəyini bildirmişdir. Sabahısı gün o, Akifə zəng etsə də sonuncu telefonu götürməmişdir. Bundan sonra, özünü Akifin tanışı kimi təqdim edən şəxs ona zəng edərək narahat olmamasını, saxta pulların həqiqi pullara çevirilməsi ilə bağlı məsələni hələlik yoluna qoymadığını, yoluna qoyan kimi onun pulunu verəcəyini bildirmişdir. Sonradan həmin şəxsin Akifin tanışı olan Ələsgər adlı şəxs olduğunu bilmişdir. Ələsgər həmin pulları satmaq üçün Siyəzən şəhərinə getmiş və həmin pullardan iki ədəd 50 manatlıq saxta pul əskinaslarını orada satmışdır. Bundan başqa o, uzun müddət damara iynə ilə vurma yolu ilə narkotik vasitə olan heroindən istifadə etdiyindən və buna görə həmin narkotik növünü yaxşı tanıdığından azadlıqda olduğu müddətdə mütəmadi olaraq heroindən istifadə etmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə hazırda xatırlamadığı nömrədən zəng gəlmiş və zəng edən şəxs hal-əhval tutduqdan sonra tanışı Şəhriyar olduğunu bildirmişdir. O, İran Respublikasında yaşayan Şəhriyarla bir neçə il əvvəl təsadüfən Sumqayıt şəhərində tanış olmuş və aralarında münasibət yaranmışdır. Lakin bir müddət sonra Şəhriyarla əlaqəsi itmiş və onunla əlaqə saxlamamışdır. O, söhbət əsnasında Şəhriyara narkotik vasitə heroindən istifadə etdiyini, lakin onu tapmaqda çətinlik çəkdiyini söyləmiş, Şəhriyar isə “narahat olma, yaxın vaxtda Lənkəran şəhərinə gələrsən mən sənə narkotik vasitə heroin pay verərəm, aparıb bir müddət istifadə edərsən” deyə bildirmişdir. O, da Şəhriyara öncədən minnatdarlığını bildirmişdir. Bundan sonra bir neçə dəfə Şəhriyarla telefon vasitəsi ilə əlaqə saxlamışdır. Sonuncu dəfə Şəhriyarla xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında telefon əlaqəsi saxlamış və həmin vaxt Şəhriyar ondan pay verəcəyi narkotik vasitəni götürmək üçün Lənkəran şəhərinə gəlməsini istəmişdir. Buna görə o, xx xxxxxx 2020-ci il tarixdə səhər evdən çıxaraq Bakı şəhəri, metronun “20 Yanvar” stansiyasının yaxınlığına getmiş və oradan yol maşını ilə Lənkəran şəhərinə yola düşmüşdür. Günorta təxminən saat 14 radələrində Lənkəran şəhərinə çatıb Şəhriyarla əlaqə saxlamış və onun dediyi yollarla Lənkəran şəhərində yerləşən hansısa yol ayrıcığına gəlmişdir. Həmin yerdə Şəhriyarla görüşüb hal əhval tutduqdan sonra Şəhriyar ona sarı rəngdə “Kinder Surprise” adlanan yumurta şokoladın içərisindən çıxan qabı vermişdir. Həmin qabı açdıqda içərisində siqaretin gümüşü kağız kəsiyinə bükülmüş tiryək və selofana bükülmüş kakos olduğunu görmüşdür. O, pay verdiyi narkotik vasitələrə görə Şəhriyara öz minnətdarlığını bildirmiş və həmin qabı əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Bundan sonra Şəhriyarla sağollaşaraq ondan ayrılmış və rayonlararası taksilik edən maşınların dayandığı yerə gəlmişdir. Orada tanımadığı sürücünün idarə etdiyi, markasına və dövlət qeydiyyat nişanına diqqət yetirmədiyi maşına minərək Bakı şəhərinə gəlmişdir. Həmin gün Şəhriyarla əlaqə saxlamamış və onun hara getdiyini bilməmişdir. Saat 23 radələrində Bakı şəhərinə çatmış və avtomobildən düşərək piyada Nəsimi rayonu, A.Mustafayev küçəsi 2 saylı ünvanda yerləşən “Park-20 Shopinq” ticarət mərkəzinin qarşısı ilə getməyə başlamışdır. Həmin vaxt bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib Nəsimi rayon X10 Patrul Xidməti Bölüyünün nəfərləri olduqlarını bildirmişlər. Polis əmkdaşları ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər, o da vəsiqəni onlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində daşınması və saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsini, əks halda üzərinə şəxsi axtarış aparılması üçün polis bölməsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarının onu polis bölməsinə aparıb üzərinə axtarış keçirsə gödəkçənin cibində saxladığı narkotik vasitəni aşkar edib götürəcəklərini fikirləşmiş, ona görə də narkotik vasitələrin istifadəçisi olduğu deyərək üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon 20-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində videoçəkilişdən istifadə edilməklə onun üzərinə axtarış aparılacağı bildirilmiş, o da buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşları onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Bundan sonra onun üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, “Kapital Bank”ın bir ədəd “Maestro” və 1 ədəd “Visa” kartlarını olan pul kisəsini, gödəkçəsinin sol yan cibindən isə Şəhriyarın ona pay verdiyi, içərisində narkotik vasitə olan sarı rəngli “Kinder Surprise” yumurta qabını çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi sarı rəngli “Kinder Surprise” yumurta qabı polis əməkdaşları tərəfindən açılmış və içərisindən siqaretin gümüşü kağız kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, kristal şəkilli və poletelin selofana bükülmüş toz şəkilli maddələr olan iki ədəd büküm aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükümlərin içərisində nə olduğunu soruşduqda o, həmin bükümlərin içərisində narkotik vasitə “Tiryək” və “Kakos” olduğunu, onları xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Lənkəran rayonunda İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Şəhriyar” adlı şəxsdən pay kimi aldığını bildirmişdir. Bundan sonra onun əynində olan digər paltarlara baxış keçirilmiş və hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş sarı rəngli “Kinder Surprise” yumurta qabının içərisində olan siqaretin gümüşü kağız kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli kristal şəkilli və poletelin selofana bükülmüş toz şəkilli maddə zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar tərəfindən imzalanmış və Polis Bölməsinin möhürü ilə möhürlənmişdir. Bundan sonra videoçəkiliş iştirakçılara nümayiş etdirilmiş və protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş və onun düzgünlüyü imzalarla təsdiq edilmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş narkotik vasitəni yalnız öz istifadəsi üçün üzərində saxlamış, kiməsə pay vermək və ya satmaq niyyəti olmamışdır. Məhkəmədən bu halların, törətdiyi əməldən çox peşman olmasının nəzərə alınaraq ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır və özünə məxsus avtomobil ilə yük daşımaqla ailəsini dolandırır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. O, 2017-ci il də təxminən 6-7 ay Sumqayıt şəhər İcra Hakimiyyətində Təmizlik Departamentində işləmişdir. Orada işlədiyi müddətdə Ələsgər Nuriyev ilə tanış olmuş və münasibətləri yaranmışdır. Belə ki, Ələsgər onun sahə rəisi olmuşdur. Xatırladığına görə xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 14 radələrində Ələsgər Nuriyev ona zəng edərək harada olduğunu soruşmuş, o da evdə olduğunu bildirmişdir. Ələsgər də onun yaşadığı qəsəbədə olduğunu dedikdə o, Ələsgəri evinə dəvət etmiş, sonuncu da razılaşaraq onun evinə gəlmişdir. Onlar oturub çay içib söhbət etmişlər. Həmin vaxt onunla eyni qəsəbədə yaşayan tanışı və uzaq qohumu Məhəmməd xatırlamadığı nömrədən ona zəng etmişdir. O, əsasən Məhəmmədin böyük qardaşı Mübariz ilə dostluq etmişdir. Belə ki, Məhəmməd ondan yaşca çox kiçik olmuşdur. Məhəmməd ona zəng edərək onda saxta 50 manatlıq pul əskinazlarının olduğunu, onların əslindən fərqlənmədiyini deyərək həmin saxta pulları dəyişə bilib-bilməyəcəyini soruşmuşdur. O, Məhəmmədə bu əməlin yaxşı iş olmadığını, həbsdən təzə çıxdığını, qardaşına yazığının gəlməsini deyərək onu bu fikrindən daşındırmaq istəmişdir. Həmin saxta pullarla bağlı Məhəmmədlə telefonda etdiyi söhbət zamanı yanında olan Ələsgər söhbətin nədən getdiyini başa düşmüş və qulağını telefona yaxınlaşdırıb onunla Məhəmməd arasındakı söhbətə qulaq asmışdır. O, Məhəmmədlə telefonla danışan zaman Ələsgər əli ilə onun çiyninə vurmaqla diqqətini özünə çəkib bildirmişdir ki, həmin şəxs saxta əlli manatlıqlardan versin, o, götürüb satacaqdır. Bundan sonra o, Məhəmmədə yanında bir yaxın tanışının olduğunu və onun həmin saxta pulları götürmək istədiyini bildirmiş və onunla danışması üçün telefonu Ələsgərə vermişdir. Ələsgər telefon danışığı zamanı Məhəmmədə ciddi adam olduğunu və həmin saxta pulları həqiqi pul ilə dəyişdirə biləcəyini bildirmişdir. Bundan sonra Məhəmməd yenidən onunla danışaraq Bakı şəhərində olduğunu, yarım saata gələcəyini söyləmişdir. Təxminən 40 dəqiqə sonra Məhəmməd yenidən ona zəng edərək evinin yaxınlığında olduğunu və onun çölə çıxmasını bildirmişdir. O, Məhəmmədlə görüşmək üçün evdən çıxmış, Ələsgər isə evdə qalmışdır. O, yaşadığı evin qarşısında Məhəmmədlə görüşərək ondan 13 ədəd saxta əlli manatlıq pul əskinazı götürüb cibinə qoymuş və həmin saxta pulları Ələsgər Nuriyevə verəcəyini, sonuncunun da onları həqiqi pullarla əvəz edəcəyini bildirmişdir. X7 tanımadığı üçün onun saxta pulları Ələsgərə verməsindən bir az ehtiyat etmişdir. O, isə Məhəmmədə narahat olmamasını, Ələsgərin etibarlı adam olduğunu bildirmişdir. Məhəmməd ona Ələsgər Nuriyevi tanımadığını, onu tanıdığını, buna görə də saxta pulların həqiqi pul ilə dəyişdirilməsindən əldə edilən pullardan öz payını ondan alacağını demişdir. Məhəmməd hətta “istəyirsən pulların hamısını özün götür, istəyirsən yarısını həmin adama ver, mən səni tanıyıram, öz payıma düşən pulu səndən alacağam” deyə bildirmişdir. Lakin Məhəmmədlə onun arasında əldə ediləcək həqiqi pullardan Məhəmmədə nə qədər pul veriləcəyi ilə bağlı konkret razılaşma olmamışdır. O, Məhəmmədə həqiqi pulun ona ya səhəri gün, ya da ki, ondan sonrakı gün çatacağını demişdir. Bundan sonra o, Məhəmməddən ayrılaraq evə gəlmiş və həmin 13 ədəd saxta əlli manatlıq pul əskinaslarını Ələsgərə vermişdir. Lakin Ələsgər həmin saxta pulların hamısını götürməmiş, cəmi 7 ədəd pul əskinası götürüb cibinə qoymuşdur. Ələsgər həmin 7 ədəd saxta 50 manatlıq pul əskinasını dəyişəcəyi təqdirdə ona 100 manat pul verməli olmuş, o da həmin puldan 50 manatını Məhəmmədə vermək niyyətində olmuşdur. Bundan sonra Ələsgər çıxıb getmişdir. O, saxta pul əskinaslarının onun evində aşkar olunmasından və həbs olunmaqdan qorxduğu üçün özündə qalan 6 ədəd saxta əlli manatlıq pul əskinaslarnı səhəri gün qəsəbənin zibilliyinə tullamışdır. Səhəri gün Məhəmməd bir neçə dəfə ona zəng etmiş, lakin pullar Ələsgər Nuriyevdə olduğu üçün o, Məhəmmədin zənglərinə cavab verməmişdir. O, Ələsgər Nuriyevə zəng edib Məhəmmədin bir neçə dəfə ona zəng etdiyini bildirmiş və sonuncunun mobil nömrəsini Ələsgərə verərək özünün Məhəmmədə zəng vurub danışmasını xahiş etmişdir. Daha sonra Ələsgərin həmin pulları Siyəzən şəhərində həqiqi pullar ilə dəyişdirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. O, Təqsirləndirilən şəxs1 həmin saxta pulları haradan əldə etdiyini soruşmamış, çünki Məhəmmədin bu barədə ona heç nə deməyəcəyini bilmişdir. Məhəmməd ona “uşaqları tanımıram” mesajını yazarkən saxta pulları həqiqi pula çevirmək üçün verdiyi Ələsgər Nuriyevi tanımadığını nəzərdə tutmuşdur. Onun bu işdə heç bir marağı və qazancı olmamış, heç nədən özünə böyük problem yaratmışdır. Ona görə də bütün bu halların nəzərə alınıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı tam və qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Siyəzən şəhəri H.Əliyev küçəsində yerləşən qardaşı X6 məxsus mağazada müxtəlif növ ərzaq məhsulları satmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat təxminən 11 radələrində mağazada olduğu zaman müştəri qismində əvvəllər tanımadığı bir nəfər şəxs mağazaya daxil olaraq ondan müxtəlif növ ərzaq məhsulları və bir qutu siqaret almışdır. O, həmin şəxsin aldığı predmetləri hesablayıb onun 4 manat 20 qəpik pul ödəməli olduğunu bildirmişdir. Həmin şəxs cibindən bir ədəd 50 manatlıq pul əskinası çıxararaq ona təqdim etmişdir. O, həmin pul əskinasını əlinə aldıqdan sonra həmin pulun həqiqi pul olmadığını, saxta pul olduğunu görmüş və həmin şəxsə verdiyi pulun saxta olduğunu bildirmişdir. Əvəzində həmin şəxs ona yenidən bir ədəd həqiqi beş manatlıq pul əskinası verərək həmin 50 manatlıq saxta pul əskinasını geri qaytarmağını istəmişdir. O, kişiyə həmin saxta 50 manatlıq pul əskinasını qaytarmayacağını və bu barədə polisə məlumat verəcəyini deyərək ona verdiyi 5 manat puldan aldığı predmetlərin pulunu çıxıb 80 qəpik qalıq pul qaytarmışdır. Həmin şəxs guya onun həmin pulun saxta olmasından xəbərinin olmadığını, özünün belə bir işlərlə məşğul olmadığını demişdir. O da bunların hamısının polis tərəfindən araşdırılacağını deyərək, polisə məlumat vermək üçün telefonu əlinə alıb Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng etmişdir. Həmin şəxs onun polisə zəng vurduğunu görüb mağazadan çıxıb getmişdir. Daha sonra baş vermiş hadisə barədə ilk əvvəl Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə və Siyəzən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bir neçə dəqiqədən sonra polis əməkdaşları mağazada olduqları vaxt həmin şəxs yenidən geri qayıdıb mağazaya gəlmişdir. O, həmin şəxsin mağazaya hansı səbəbdən geri qayıtdığını bilməmişdir. Yəqin ki, həmin şəxs peşman olduğu, ondan polisə şikayət etməməsini və saxta 50 manatlıq pul əskinasını ona geri qaytarmağını xahiş etmək üçün mağazaya gəlmişdir. Həmin kişi mağazaya gəldikdən sonra polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları da onu Siyəzən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonradan həmin şəxsin Sumqayıt şəhər sakini X4 olduğunu öyrənmişdir (cild 1, iş vərəqə 160-161). İbtidai istintaq zamanı zərərçəkmiş şəx qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən “Xızır-zində” (Beşbarmaq Piri) adlanan ziyarətgahda təmizlik işləri ilə məşğul olur. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat təxminən 10:30 radələrində həmin ziyarətgahda təmizlik işlərini görüb qurtardıqdan sonra dincəlmək məqsədi ilə ziyarətgahın aşağı hissəsində oturub çay içdiyi zaman əvvəllər tanımadığı bir nəfər orta yaşlı cavan oğlan ona yaxınlaşaraq 50 manatlıq pul üçün xırda olub-olmadığını soruşmuşdur. Həmin vaxt üzərində yaşadığı evin kommunal xərclərini ödəmək üçün özü ilə götürdüyü pul olmuşdur. O, xırda pulunun olduğunu demiş, həmin kişi ona 1 ədəd 50 manatlıq pul əskinasını vermiş, ondan həmin pulu aldıqdan sonra cibindən 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 50 manat pulu həmin şəxsə vermişdir. O da həmin puldan ona 2 manat pul vermişdir. Daha sonra həmin şəxs çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra həmin pulu cibindən çıxarıb diqqətlə baxdıqda həmin pulun əsl, həqiqi pula oxşamadığını görmüşdür. İlk əvvəl həmin pulun yuyulduğunu fikirləşmişdir. Lakin sonradan pulu əlavə olaraq bir neçə nəfər şəxsə də göstərmiş, pulu göstərdiyi adamlar da ona həmin pulun həqiqi pul olmadığını, saxta pul olduğunu demişlər. Bundan sonra o, Siyəzən rayon Polis Şöbəsinə gedərək ziyarətgaha gəlmiş tanımadığı şəxs tərəfindən ona bir ədəd saxta 50 manatlıq pul əskinasının verilməsi barədə məlumat verib ərizə ilə müraciət etmişdir. Sonradan öyrənmişdir ki, həmin pulu vermiş şəxs Sumqayıt şəhər sakini X3r (cild 1, iş vərəqə 154- 155). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Nəsimi rayon X11 Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 6 saylı ünvanda yerləşən “Park-20 Shopinq” ticarət mərkəzinin qarşısında xidmətdə olarkən bir nəfər kişi cinsli şəxsin özünü şübhəli aparmış, yəni onu və onunla birlikdə xidmət edən digər polis əməkdaşlarını görüb yolu əks istiqamətə keçərək özündə şübhə yaratmışdır. Buna görə onlar həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdə onun Təqsirləndirilən şəxs1 olduğunu bilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olmuş maddə və ya əşyanın olubolmaması soruşulmuş, sonuncu da əynində olan qara rəngli gödəkçənin sol yan cibində narkotik vasitə heroin olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 onlarla birlikdə polis bölməsinə gəlməli olduğunu bildirmişlər, o da etiraz etməyərək onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə getmişdir. Orada videoçəkilişdən istifadə edilməklə məhhəməd Abbasovun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən bir ədəd sarı rəngli “Kinder Surprise” adlanan yumurta qabının içərisindən iki ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bükümlərdəki maddənin narkotik vasitə heroin olduğunu, tanışı Şəhriyar adlı şəxsin ona pay verdiyini bildirmişdir. Bundan sonra qeyd olunanlar barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməsi və ya satması barədə onlara heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilən axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sarı rəngli “Kinder Surprise” yumurta qabının içərisindən iki bükümdə, xalis çəkisi 15,801 qram olan narkotik vasitə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 41-46 ). Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd 50 manatlıq saxta pul əskinazına baxış keçirilməsi haqqında protokoldan görünür ki, bəzəkli tərtib olunan həmin pul əskinazının üzərində “B 03332953” seriya nömrəsi, üz tərəfində “ƏLLİ MANAT” və “AZƏRBAYCAN MİLLİ BANKİ” sözləri, arxa tərəfində isə xəritə təsviri vardır (cild 1, iş vərəqə 125-127). Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd 50 manatlıq saxta pul əskinazına baxış keçirilməsi haqqında protokoldan görünür ki, bəzəkli tərtib olunan həmin pul əskinazının üzərində “B 03332953” seriya nömrəsi, üz tərəfində “ƏLLİ MANAT” və “AZƏRBAYCAN MİLLİ BANKİ” sözləri, arxa tərəfində isə xəritə təsviri vardır (cild 1, iş vərəqə 132-134). Sənədlərin texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 24506 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı B seriyalı 03332953 nömrəli 50-lik Azərbaycan manatı əskinasına oxşar pul vahidləri hər hansı texniki qurğusundan (skaner və s.) istifadə etməklə printer vasitəsilə çap olunaraq hazırlanmış, eyni növ pul əskinası üçün qəbul olunmuş standarta uyğun deyildir və həqiqi pul vahidlərindən açıq-aşkar hiss olunan formada fərqlənmir (cild 1, iş vərəqə 145-149). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 4791 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs1 (imza)...” sözləri yazılmış bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,022 qram və bir ədəd bükümdə təmiz çəkisi 15,779 qram olmaqla, ümumi təmiz çəkiləri 15,801 qram olan tünd qəhvəyi rəngli maddələr narkotik vasitə - heroindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 15,741 qram təşkil etmişdir (cild 1, iş vərəqə 50-55). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli 1422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqə 220-221). “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə olmuş və o, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə əsasən “***-***-**-**” saylı mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 19:47:06 saniyədə istifadəsində olan “**********” saylı mobil nömrədən “**********” mobil nömrəsinə “akif mene uwaqlari tanimiram seni tanyiram” məzmunlu mesaj yazmışdır (cild 2, iş vərəqə 14-19). İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X2 istintaqdan qaçıb gizlənməsi nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrı icraata ayrılmışdır (cild 3, iş vərəqə 36-38). İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrı icraata ayrılmışdır (cild 3, iş vərəqə 60-62). Cinayət işinin materiallarına əlavə edilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var (cild 2, iş vərəqə 28). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 29). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 216) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlərə Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin qərarı xx xxxxxx 2018-ci tarixli ilə qərarı ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə cəzası 5 ilə endirilmiş və cəzasını çəkmiş şəxs hesab olunaraq həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 100-102, 226-240). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların özlərini təqsirli bilərək səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçiməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin onun azadlığı faktiki xx xxxxxx 2020-ci il tarixdən, saat 23:20-dən məhdudlaşdırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 barəsində isə xx xxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 16-17, 20-21, 91-92; cild 2, iş vərəqə 78-79). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hazırkı hökmün elan edildiyi tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonrakı qalıq çəkisi 15,741 qram təşkil edən heroin məhv edilməli, şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd CD disk, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd 50 manatlıq saxta pul əskinazı və Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd 50 manatlıq saxta pul əskinazı cinayət işinin materiallarında saxlanılmalıdır (cild 2, iş vərəqə 20-21; cild 3, iş vərəqə 33-34). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 138 (bir yüz otuz səkkiz) manat 98 (doxsan səkkiz) qəpik, Təqsirləndirilən şəxs2 50 (əlli) manat 98 (doxsan səkkiz) qəpik olmaqla cəmi 188 manat (yüz səksən səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən, məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkikli Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 360 manat, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonrakı qalıq çəkisi 15,741 qram təşkil edən heroin məhv edilsin; - Şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk, “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş bir ədəd CD disk, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdikləri iki ədəd 50 manatlıq saxta pul əskinazı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 138 (bir yüz otuz səkkiz) manat 98 (doxsan səkkiz) qəpik, Təqsirləndirilən şəxs2 50 (əlli) manat olmaqla - cəmi 188 manat (yüz səksən səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil X8 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 150 (bir yüz əlli) manat, vəkil Müdafiəçi2 üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1074/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1074/2020
20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver