Məhkəmə qərarları › İş №1(101)-1074/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1074/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1074/2021 16.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hesab olunan heroini və metadonu, kulli miqdarda psixotrop maddə hesab olunan metafetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd şəffaf rəngli selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ümumi 40,077 qram çəkidə kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd şəffaf rəngli selofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 9,586 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan küli miqdarda heroini və bir ədəd üzərində ağ rənglə “Niveya” sözü yazımış dəmir qutunun içərisində bir ədəd şəffav rəngli selofan bükümdə 07 ədəd, digər selofan bükümdə 08 ədəd, açıq vəziyyətdə isə 12 ədəd olmaqla ümumilikdə 27 ədəd qəhvəyi rəngli 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 1,08 qram çəkidə üzərində “M40” yazısı olan metadon həblərini qanunsuz olaraq əldə edib özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsinə daşıyaraq üzərində saxlamış, 14 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 18 saylı evin qarşısında saxlanılıb Abşeron RPİ- yə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofan bükümdə 40,077 qram çəkidə kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd şəffaf rəngli selofan bükümdə 9,586 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd üzərində ağ rənglə “Niveya” sözü yazımış dəmir qutunun içərisində bir ədəd şəffav rəngli selofan bükümdə 07 ədəd, digər selofan bükümdə 08 ədəd, açıq vəziyyətdə isə 12 ədəd olmaqla ümumilikdə 27 ədəd qəhvəyi rəngli ümumi 1,08 qram çəkidə üzərində “M40” yazısı olan metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda valideyinləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 10 il olarki, narkotik vasitə hesab olunan heroin, metamfetamin və metadondan həbindən istifadə etmişdir. Narkotik vasitəni o, müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. O, təxminən 3-4 gün tutulmamışdan qabaq saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində işi ilə bağlı gedərkən məktəbin yaxınlığında olan marketin yanından keçərkən yerdə sellofan torbada bükülü olduğunu görmüşdür. Diqqəti həmin bükülünü cəlb etdiyi üçün bükülünü götürüb açmış və görmüşdür ki, içərisində 2 ədəd sellofan bükülü və 1 ədəd göy rəngli dəmir bükülü vardır. O, həmin sellofan torbanı cibinə qoyaraq həmin günü üzərində daşımışdır. Həmin günü axşam evinə gəlmişdir. Lakin tapdığı əşyaların narkotik vasitələr olduğunu bilmişdir. Çünki taparkən açıb içərisinə baxarkən görmüşdür ki, metamfetamin, heroin və metadon həbləridir. Həmin narkotik və psixotrop maddələri o, istifadə etdiyi üçün tanımışdır. Ona görə də tapandan sonra bir qədər yaşadığı evin yaxınlığında istifadə etmişdir. Qalanı isə öz üzərində olmuşdur. O, qorxusundan evə qoya bilməmişdir. 14 yanvar 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi ilə gedərkən 18 nömrəli evin qarşısında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməsi xahiş olunmuşdur. Bundan sonra o, əynində olan qəhvəyi rəngli uzun qol gödəkcəsinin sağ yan cibindən 2 ədəd ona məxsus sellofan bükümü və 1 ədəd göy rəngli dəmir bükümü, əynimdəki boz rəngli cins şalvarının sol yan cibindən 30 manat pulu təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də heç nə aşkar edilməmişdir. Ona məxsus 30 manat pulu özünə qaytarılmışdır. Bundan sonra həmin sellofan bükümlərə və göy rəngli dəmir qutuya baxış keçirimiş, baxış zamanı bükümlərdən birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin, digər bükümdən isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilmişdir. Dəmir qutuya baxış keçirilərkən isə 27 ədəd metadon həbləri aşkar olunmuşdur. Bundan sonra həmin bükümlər elektron tərəzi ilə çəkildikdən sonra dəmir qutu ilə birlikdə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.1993-cü il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, baş idarə rəhbərliyinə raportla müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X1, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili polis polkovniki X2 və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri polis serjantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adları qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 14 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində 18 ünvanının qarşısında məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər və həmin şəxsə narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. İdarədə şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin inzibati binasında video çəkilişdən istifadə olunaraq, Təqsirləndirilən şəxs üçün dövlət hesabına tutulmuş vəkilinin iştirakı ilə şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs tərəflərindən hüquq və vəzifələri izah olunmuş sonra isə təklif etmişlər ki, “üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin”. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli uzunqol gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan büküm, bir ədəd üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunu çıxararaq təqdim etmişdir. Həmin iki ədəd şəffaf rəngli sellofan bükümlər və üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunun içərisinə baxdıqda sellofan rəngli bükümlərdən birinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə, digər büküm içərisində ağ rəngli kristal şəkilli maddə, üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofan bükümdə 07 ədəd, digər sellofan bükümdə 08 ədəd, açıq vəziyyətdə isə 12 ədəd olmaqla ümumilikdə 27 ədəd qəhvəyi rəngli həblərin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qəhəyi rəngli uzunqol gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffaf rəngli sellofan bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digər bükümün içərisində psixotrop maddə metamfetamin və bir ədəd üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunun içərisində olan bir ədəd şəffav rəngli sellofan bükümdə 07 ədəd, digər sellofan bükümdə 08 ədəd, açıq vəziyyətdə isə 12 ədəd olamaqla ümumilikdə 27 ədəd qəhvəyi rəngli həblər “M40” metadon həbləridir”. Bildirmişdir ki, “həmin narkotik vasitə olan heroin, metadon həblərini və psixotrop maddə olan metamfetamini 10 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində olarkən tapmış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsinə daşımışdır”. Təqsirləndirilən şəxs üzərində aşkar olunan içərisində narkotik vasitələr və psixotrop maddə olan iki ədəd şəffaf rəngli sellofan büküm, bir ədəd üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutu zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Təqsirləndirilən şəxs barəsində toplanmış material baxılmasından ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Bundan sonra müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evində müstəntiq tərəfindən təxirə salınmadan axtarış keçirlmiş, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bununla bağlı müstəntiq tərəfindən protokol tərtib olunmuş, o, və prosses iştirakçıları həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları X6 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən, saxlamasından bu günə kimi xəbəri olmamışdır. Şahin heç kimdən narkotik maddə almamış, buna görə də evə heç vaxt narkotik maddə gətirməmişdir. 15.01.2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evinə gələrək ona oğlu Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılması və Şahinin evdə narkotik vasitə saxlanılmasında şübhələr olduğundan evində axtarış aparmalarını bildirmişlər. O, və oğlu Təqsirləndirilən şəxs polis əməkdaşlarının evində axtarış aparılması ilə bağlı fikirlərini qəbul edib oğlu Şahinin və özünün razılığı əsasında evində narkotik vasitənin axtarışı ilə bağlı polis əməkdaşları tərəfindən axrtarış keçirilməsinə etiraz etməmişlər. Polis əməkdaşları onun yaşadığı evdə axtarış aparmışlar lakin evdən narkotik vasitə və qanunla qadağan olunmuş əşya və predmet tapılmamışdır. O, polis əməkdaşları yaşadığı evə gələn zaman oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsini bilmişdir. Cinayət işinin 59-62-ci vərəqlərində olan protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupu tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan üzərində “ZYKLEN DVD-R 4.7GB” sözləri yazılmış DVD formatlı diskə baxış keçirən zaman müəyyən edildi ki, əynində qəhvəyi rəngli uzunqol gödəkçə, boz rəngli poliver, qara rəngli cins şalvar, qara rəngli corab, qara rəngli ayaqqabı və ağzında qara rəngli maska olan şəxs əynində olan qəhəyi rəngli uzunqol gödəkçənin sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofan büküm, bir ədəd üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunu çıxararaq təqdim etdi. Həmin iki ədəd şəffav rəngli sellofan bükümlər və üzərində “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunun içərisinə baxdıqda sellofan rəngli bükümlədən birinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə, digər büküm içərisində ağ rəngli kristal şəkilli maddə, üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunun içərisində olan bir ədəd şəffav rəngli sellofan bükümdə 07 ədəd, digər sellofan bükümdə 08 ədəd, açıq vəziyyətdə isə 12 ədəd olamaqla ümumilikdə 27 ədəd qəhvəyi rəngli həblərin olduğu müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində qəhəyi rəngli uzunqol gödəkçə, boz rəngli poliver, qara rəngli cins şalvar, qara rəngli corab, qara rəngli ayaqqabı və ağzında qara rəngli maska olan şəxs onun özüdür, əynində olan qəhəyi rəngli uzunqol gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffaf rəngli sellofan bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digər bükümün içərisində psixotrop maddə metamfetamin və bir ədəd üzərində ağ rənglə “Niveya” sözləri yazılmış göy rəngli dəmir qutunun içərisində olan bir ədəd şəffav rəngli sellofan bükümdə 07 ədəd, digər sellofan bükümdə 08 ədəd, açıq vəziyyətdə isə 12 ədəd olamaqla ümumilikdə 27 ədəd qəhvəyi rəngli həblər “M40” metadon həbləridir. Bildirmişdir ki, həmin narkotik vasitə olan heroin, metadon həblərini və psixotrop maddə olan metamfetamini 10 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində olarkən tapmış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsinə daşımışdır. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 38-42-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 15 yanvar 2021-ci il tarixli 6/189 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi “...Təqsirləndirilən şəxs... sözü üzərindən aşkar edilmiş maddər” və s. Yazıları olan bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 40.077 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 9.586 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd göy rəngli metal qabda ümumilikdə 27 ədəd üzərində “M40” yazısı həkk olunmuş tabletlərin tərkibində narkotik vasitə metadon müəyyən edildi. 27 ədəd tabletdə metadonun təsir edici maddəsinin ümumi miqdarı 1.08 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Cinayət işinin 152-153-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 05 aprel 2021-ci il tarixli 955 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 154-164-cü vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 18.01.2021-ci il tarixli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 95-98-ci vərəqlərində olan qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman evindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 9.536 qram qalmış narkotik vasitə heroin, 40.027 qram psixotrop maddə metamfetamin və 24 ədəd “M40” metadon həbləri maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 151-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupu tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan üzərində “ZYKLEN DVD-R 4.7GB” sözləri yazılmış DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 165-169-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində bir ədəd şəffaf rəngli sellofan bükümdə 40,077 qram çəkidə psixotrop maddə metamfetamini, bir ədəd şəffaf rəngli sellofan bükümdə 9,586 qram çəkidə narkotik vasitə heroini və 27 ədəd “M40” metadon həblərini satan şəxsin şəxsiyyətini və yerini müəyyən edib istintaqa cəlb etmək mümkün olmadığından həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram və daha artıq narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroin, metodon və psixotrop maddə metafetaminin aşkar edilməsini, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19-20 və 68-70-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 149-150-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 14 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 05 aprel 2021-ci il tarixli 955 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,09 (yüz doqquz manat doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman evindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 9.536 qram qalmış narkotik vasitə heroin, 40.027 qram psixotrop maddə metamfetamin və 24 ədəd “M40” metadon həbləri məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, video görüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 14 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 109,09 (yüz doqquz manat doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman evindən aşkar olunaraq götürülmüş və ekspertizadan sonra 9,536 qram qalmış narkotik vasitə heroin, 40,027 qram psixotrop maddə metamfetamin və 24 ədəd “M40” metadon həbləri məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar