Məhkəmə qərarları › İş №1(101)-1074/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1074/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1074/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 1, ev 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 13,018 qram olan külli miqdarda xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ Siyahısına» daxil edilən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Xəzər RPl-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 11 sentyabr 2023-cü il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev prospektində yerləşən Bakı Expo Mərkəzinin yaxınlığında saxlanılaraq Xəzər RPlnə gətirilmiş, Xəzər RPİ-nİn İŞ-də xidməti otağında müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən əynindəki sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 13,018 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, atası ağır yataq xəstəsidir. Atası o, həbs olunmamışdan 6 ay əvvəl insult olmuş, iflic vəziyyətindədir. Bacısı ilə birlikdə atasına qulluq etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan gün dostunun anasının yasında iştirak etmək üçün taksi çağırmış və evdən çıxmışdır. Taksiyə minmək istəyəndə 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. O, əvəlcə bunu zarafat kimi başa düşmüşdür. Polis əməkdaşları vəsiqələrini təqdim etməmişlər. Onu Binə qəsəbəsində Xəzər RPİ-ə aparmşlar. İdarədə şəxsiyyətini müəyyənləşdirdikdən sonra otaqların birində 4-5 nəfər polis əməkdaşı ona həbs edilməli olduğunu demişlər. Polis əməkdaşları ondan hara getdiyini soruşmuş, sonuncu yas mərasiminə getdiyini demişdir. Bundan sonra mollalıq edib-etmədiyini soruşulmuş, o da dostunun anasının yas mərasiminə getdiyini bildirmişdir. Onun dini təhsili yoxdur. Daha sonra polis əməkdaşları onu ya dövlətə xəyanət, ya da narkotik vasitənin qanunsuz saxlanması ilə ittiham irəli sürüləcəyi ilə hədələmişlər. Ona CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləciyi deyilmişidr. O nə vətən xaini, nə də narkotik vasitə istifadəçisi olmadığını bidirərək etiraz etmişdir. O, həmçinin evin tək kişisi olduğunu, atasının yataq xəstəsi olduğunu, himayəsində 4-5 qadın və 1 azyaşlı qızının olduğunu bildirmişdir. Polislər bütün bunlardan xəbərdar olduqlarını, lakin onunla birlikdə 5 nəfərin tutulmalı olduğunu bildirmişdir. Ona CM-nin 234.1 maddəsi ilə rəsmiləşdiriləcəyi və daha sonra Fəxri müəllim tərəfindən buraxılacağı deyilmişdir. Polislərlə uzun mübahisədən sonra onlarla razılaşaraq şəxsi axtarış zamanı narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Narkotik vasitəni ilk dəfə həmin bölmədə görmüşdür. Həm ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, həm də təhqiqatçıya təqsirinin olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən döyülməmiş, lakin psixoloji təzyiqlərə məruz qalmamışdır. O, heç bir təqsirinin olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatında göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında neft sahəsində olan zaman yerdə olan qara rəngli selofana bükülmüş büküm diqqətini cəlb etmiş və onu narkotik vasitəyə bənzətmiş və götürərək üzərində saxlamışdır. 11 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Ramana qəsəbəsinə getmək üçün taksi sifariş vermiş və taksi ilə H.Əliyev Prospektində üzü şəhər istiqamətində «Bakı Expo Mərkəzinin» yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını demiş və polis şöbəsinə dəvət etmişlər. O, izahatında daha sonra qeyd etmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadə üçün üzərində gəzdirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında və telefona baxış keçirilməsinə dair protokollar, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə vaxtı Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 11 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edərək üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Heydər Əliyev prospektində yerləşən “Bakı Expo Mərkəzi”nin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Xəzər RPİ-ə dəvət etmişlər. Elşəni saxlayarkən sonuncu piyada vəziyyətdə tək olmuşdur. Polis bölməsində təhqiqatçının otağında müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elşən üzərində olan narkotik vasitəni təqdim etmiş, həmin maddə də zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Şəxsi axtarış zamanı Elşənin narkotiki vasitələri hardan əldə etməsi ilə bağlı nə dediyini xatırlamır. O ifadəsində daha sonra qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və ətraflı şəkildə həmin ifadəsində hadisə barədə göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edərək üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən 11 sentyabr 2023-cü il tarixdə Heydər Əliyev prospektində yerləşən “Bakı Expo Mərkəzi”nin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb Xəzər RPİ-nin 3-cü PŞ-ə aparmışlar. Bölmədə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təsirlər edilməmişdir. O ifadəsində daha sonra qeyd etmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və ətraflı şəkildə həmin ifadəsində hadisə barədə göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. 12 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsindən taksi sifarişi qəbul edərək həmin əraziyə getmişdir. Elşən Haşmov müştəri kimi onun idarə etdiyi avtomobilə əyləşərək Ramana qəsəbəsinə gedəcəyini demişdir. Bundan sonra onlar birlikdə Ramana qəsəbəsi istiqamətində yola düşmüşlər. X6 Aeroportuna yaxınlaşdıqda Elşənə xəritədə ünvanın düzgün qeyd edilmədiyindən yanlış istiqamətdə getidiklərini bildirmişdir. Bu səbəbdən o, idarə etdiyi avtomobili “Bakı Expo Mərkəzi”nin yaxınlığında yolun kənarında saxlamışdır. Bu zaman başqa bir avtomobil onların yanında saxlanılmışdır. Daha sonra iki nəfər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, Təqsirləndirilən şəxs qoluna qandal vuraraq aparmışlar. Onun özü də Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmışdır. Həmin bölmədə Elşənin üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə də baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar edilməmişdir. Şahid1 tərəfindən yazılmış 11 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (i.v 4) 11 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev prospekti Bakı Expo mərkəzinin yaxınlığında Şahid3 idarə etdiyi “Toyota Prius” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobildə yolun kənarında dayanıqlı vəziyyətdə sərnişin qismində olan zaman saxlanılmış və hər iki şəxs Polis Şöbəsinə aparılmışdır. (i.v 11) İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 16:20-də (faktiki saxlanma 15:20) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23) 13 sentyabr 2023-cü il tarixli Xəzər rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ.v. 107- 109) 11 sentyabr 2023-cü il tarixli Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Elvin Hacıyev tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, əynindəki sarı rəngli şalvarın sol yan cibində olan 01 ədəd bükümdə qara rəngli sellofana bükülmüş bükümün narkotik vasitə olduğunu bildirərək araşdırmaya təqdim etmişdir. Həmin bükümü 11 sentyabr 2023-cü il tarixdə Bolluq massivində neft mədəni sahəsindən sonra atacağını və ya müvafiq qurumlara təqdim etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə 1 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyyətinə malik ola biləcək “Redmi” markalı mobil telefon və ona məxsus bank kartı aşkar edilərək götürülmüşdür. (İ.v. 32-33) 11 sentyabr 2023-cü il tarixli Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Elvin Hacıyev tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid3 məxsus “Honor 9” markalı mobil telefon, “Toyota Prius” markalı avtomobilin açarı və boş pul kisəsi aşkar edildi və həmin əşyalar sübut əhəmiyyətinə malik olmadığı üçün Şahid3 qaytarıldı. (İ.v. 59-60) 11 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Şahid3 etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. (İ.v. 31) İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 idarə etdiyi avtomobildə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir narkotik vasitə, predmet və ya əşyalar aşkar edilməmişdir. (İ.v. 63-64) İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və şübhəli şəxs statusuna xitam verilməsi xitam verilməsi haqqında qərardan görünür ki, Şahid3 şübhəli şəxs qismində tutulduğu vaxtdan 24 saat müddət keçənədək barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilmədiyindən və cinayət əməlinin törətməsi barədə şübhələr təsdiq edilmədiyindən dərhal azad edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, həmin diskdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü, Şahid3 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü və Şahid3 etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı çəkilmiş videogörüntüdən ibarət 03 ədəd fayl var. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü 04 dəqiqə 47 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olmasını bildirir. Daha sonra həmin şəxs əynində olan sarı rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə sellofan bükümü təqdim edərək masanın üzərinə qoyur. Qara rəngli sellofan torba açıldıqda həmin torbanın içərisində olan narkotik vasitnin növünü bilmədiyini deyir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 24 manat pul, “Winston” markalı siqaret və 1 ədəd alışqan sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli sellofan büküm qablaşdırılmaqla götürülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini yaşadığı ərazinin yaxınlığında zibillikdən tapdığını, məhv edilməsi üçün müvafiq dövlət orqanlarına təhvil vermək məqsədilə götürdüyünü bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman ona məxsus mobil telefon və 01 ədəd plastik bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən özünə izah edildikdən sonra götürülür. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Redmi» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin mobil telefona baxış keçirilmiş və cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (i.v: 134) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4835 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 244” möhür əksi, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 13,018 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v 71-72) İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 6040 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, narkomaniya xəstəliyinin əlmətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v 148-149) İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış ümumi çəkisi 12,918 qram kustar üsulla hazılanmış narkotik vasitə heroin aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün məhkəmə hökmü qanuni qüvvəyə minədək Xəzər RPİ-nin saxlancına təhvil verilmişdir. (İ.v: 143) 10 oktyabr 2023-cü il tarixli maddi sübut hesab etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefon və 1 ədəd "xxxx" ASC-ə məxsus “Bir Bank” plastik kartı maddi sübut hesab edilmiş və Xəzər RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v: 143) 27 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış və aparılmış tədqiqatlardan sonra qalıq qalmış ümumi çəkisi 12,918 qram kustar üsulla hazılanmış narkotik vasitə heroin, “Redmi” markalı mobil telefon və 1 ədəd "xxxx" ASC-ə məxsus “Bir Bank” plastik kartı sübut kimi tanınaraq məhkəmə hökmü qanuni qüvvəyə minədək Xəzər RPİ-nin saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs və Şahid3 üzərində şəxsi axtarış və götürmə, həmçinin sonuncunun avtomobilinə baxış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. (İ.v. 150-157) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Haşımov X4 rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmü ilə CM-nin 233-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon məhkəməsinin 06 iyun 2014-cü il tarixli qərarı ilə 03 ay 29 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v: 142) Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X5 adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən (21 noyabr 2023-cü il tarixədək qüvvədə olan) - təmiz halda 2 (iki) qramdan daha artıq çəkidə çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq tutma prosesinin və şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıb-aparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olubolmamasını araşdırmağı zəruri hesab edir. Mövcud vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulması CPM-nin 148-ci maddəsinin tələbdərinə əsasən qanuna uyğun formada aparılmışdır. Belə ki, 148.2.3-ci maddəsində əsasən şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda cinayət törətməsinə bilavasitə şübhə yarandığına görə təhqiqatçı tərəfindən tutulma tətbiq edilə bilər. Həmçinin CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan şəxsin üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, şəxsi axtarış videoçəkilişlə aparılmış və təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən çıxan heroini könüllü təqdim etmişdir. Həmçinin məhkəmə baxışı zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. O, məhkəmə baxışı zamanı üzərindən aşkar edilmiş heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən edilən psixoloji təzyiqlər nəticəsində ona məxsus olduğunu etiraf etdiyini göstərmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sonuncuya məxsus olub-olmaması, həmçinin polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalıb-qalmaması araşdırmalıdır. Belə ki, təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmiş və müdafiəçinin hər hansı psixoloji təzyiq edilib-edilməməsi ilə bağlı sualına “xeyr” cavabını vermişdir. Qeyd edilən xüsusatlar məhkəmə iclası zamanı dindirilmiş şahidlərin ifadələri və digər sübutların məcmusu ilə də təsdiq edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ona edilən psixoloji təzyiqlər nəticəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini əsaslı hesab etmir. Narkotik vasitənin çəkisi ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi heroin zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin zərfi imzalamış və zərf məhkəmə kimyəviekspertizasına göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 244 №-li dairəvi möhür əksi olan 1 ədəd zərfdə təqdim olunmuşdur. Tədqiqata təqdim edilmiş: “Təqsirləndirilən şəxs aşkar olunmuş m/s” yazısı və imzalar olan zərfdə 01 ədəd bükümdə 13,018 qram qəhvəyi rəngli maddə kütləsi müəyyən edildi. Həmin maddənin təmiz çəkisi «CAS CUX 420H» markalı elektron tərəzi vasitəsilə müəyyən edildi və bu barədə akt tərtib edilərək imzalandı. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin zərfə qoyulduqdan sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədinin olmasını əldə edib saxladığı 13,018 qram narkotik vasitənin külli miqdar təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin külli miqdarda olması özlüyündə satış məqsədinin olmasına dəlalət edə bilməz. Belə ki, hazırki işdə əldə edilmiş 13,018 qram heroin külli miqdar təşkil etsə də, şəxs həmin narkotik vasitəni az bir müddətdə ərzində istifadə edə biləcəyindən satış məqsədi olmadan əldə edib saxlamasına dəlalət edir. Məhkəmə həmçinin qeyd edir ki, ibtiadi istintaq orqanı tərfindən Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə tutulanadək onun narkotik vasitəni kiməsə əvvəllər satmasına dair hər hansı sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə heroin əldə etməsi, üzərində saxlaması və daşıması, başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladının olmasını, 3-cü qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 11 sentyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 12,918 qram heroin məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məsxus 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd "xxxx" ASC-ə məxsus “Bir Bank” plastik bank kartı özünə qaytarılmalıdır. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin h quqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 12,918 qram heroin məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məsxus 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd "xxxx" ASC-ə məxsus “Bir Bank” plastik bank kartı özünə qaytarılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizasına sərf edilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar