Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1075/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 12 iyul 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 56, mənzil 3-də pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Həmid» adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən sonuncunun özü və ya adamları vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında yerləşdirdiyi külli miqdarda 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 52,800 qram, 1023,5 qram və 1340,0 qram, ümumi təmiz çəkisi 2416,30 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini, 10 ədəd üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 100 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddənin miqdarı 4,0 qram olan narkotik vasitə metadonu, qara rəngli polietilen bağlamanın içərisində 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 03 fevral 2021-ci il tarixdə saat 01.50 radələrində həmin yerdən götürüb qanunsuz olaraq əldə etməklə kirayədə yaşadğı ünvan 2 ünvana qədər daşımış, 01 ədəd bükümdə təmiz çəkisi 52,800 qram olan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində qanunsuz saxlamış, qalan 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1023,5 qram və 1340,0 qram, ümumi təmiz çəkisi 2363,50 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini, 10 ədəd üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 100 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddənin miqdarı 4,0 qram olan narkotik vasitə metadonu, qara rəngli polietilen bağlamanın içərisində 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı bir ədəd çantada saxlanc yeri kimi istifadə edilən otaqda dolabın içində gizlətməklə qanunsuz saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 03 fevral 2021-ci il tarixdə saat 03:30 radələrində qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq ünvan 3şən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngdi gödəkçəsinin yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 52,800 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 03 fevral 2021-ci il tarixdə saat 07.00 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 2 ünvana keçirilən baxış zamanı saxlanc yeri kimi istifadə edilən otaqda dolabın içində olan çantanın içərisindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1023,5 qram və 1340,0 qram, ümumi təmiz çəkisi 2363,50 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin, 10 ədəd üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 100 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddənin miqdarı 4,0 qram olan narkotik vasitə metadon, qara rəngli polietilen bağlamanın içərisində 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər quldurluq və narkotik maddələrin dövriyyəsi ilə qanunsuz məşğul olduğuna görə məhkum olunmuşdur. 03 fevral 2021-ci il tarixdə gecə saat 03:30 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən üç nəfər mülkü geyimdə şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsində şübhəli olduğunu bildirmiş və onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər. İdarənin xidməti otaqlarından birində Polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərində videoçəkiliş aparılmaqla axtarış aparılmağa başlanmışdır. Polis əməkdaşı ondan üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşmuş, o da artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir bükümü, digər ciblərindən özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, «Redmi» markalı qara rəngli mobil telefonunu, bir ədəd təsbehi, siqaret və alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Həmin vaxt təqdim etdiyi bir ədəd bükümün içərisində nə olduğu soruşulanda o, səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu və həmin heroini 03 fevral 2021-ci il tarixdə təxminən gecə saat 01:30 radələrində İİR-nın vətəndaşı Həmid adlı şəxsin göstərdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairsəinin yaxınlığından əldə etdiyini etiraf etmişdir. Həmin bir ədəd büküm iştirakçıların yanında açılanda həqiqətən də içərisində narkotik vasitə heroinin olması aşkar edilmişdir. Həmin narkotik vasitənin aşkar edilməsi barədə protokol tərtib edilmiş, həmin büküm zərfə qoyularaq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Bundan sonra üzərində baxış davam etdirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələri polis əməkdaşları tərəfindən götürülmüş, təsbeh, siqaret və alışqanı isə özünə qaytarılmışdır. Həmçinin baxış zamanı o, polis əməkdaşlarına etiraf edərək bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə və psixatrop maddələr saxlayır. Belə ki, 2 il əvvəl İranın Ərdəbil şəhərində tanış olduğu Həmid adlı İİR-nın vətəndaşı telefonla ona zəng edərək Bakı şəhərində Qaradağ rayonunda Lökbatan dairəsi yaxınlığında narkotik vasitə olduğunu, həmin yerin şəklini votsap vasitəsilə onun telefonuna göndərərək həmin narkotik vasitəni götürüb özündə saxlamasını, sonra Bakı şəhərində bir yerə qoyub, həmin yerin şəklini votsap vasitəsilə sonuncunun telefonuna göndərməsini, buna görə ona 500 və ya 600 manat pul verəcəyini bildirmişdir. O, razılaşıb həmin narkotik vasitələri Həmidin onun mobil telefonuna göndərdiyi şəkildə göstərilən yerdən, yəni Bakı şəhərində, Qaradağ rayonunda Lökbatan dairəsi yaxınlığından götürüb yaşadığı evə aparmışdı ki, sonra harasa qoysun və qoyduğu yerin şəklini çəkərək Həmidin votsapına göndərsin. Lakin polis əməkdaşları tərəfindən saxlanıldığına görə bunu edə bilməmiş və narkotik vasitələrlə psixatrop maddələr yaşadığı evdə qalmışdır. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla və müdafiəçisinin iştirakı ilə onun razılığı ilə yaşadığı ünvan 5 ünvana baxış keçirmişlər. Baxış zamanı o, evin saxlanc yeri kimi istifadə edilən otaqda dolabın içində saxladığı çantanı çıxarıb özü təqdim etmişdir. Çanta polis əməkdaşları tərəfindən açılanda içərisindən 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixatrop maddə metamfetamin, 10 ədəd blisterdə ümumilikdə 100 ədəd tabletlər -narkotik vasitə metadon, qara rəngli polietilen bağlamanın içərisində 01 ədəd polietilen bağlamada qurudulmuş marixuana və 02 ədəd elektron tərəzinin olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni də o, Həmid adlı tanışının icazəsi ilə həmin çantadan özü istifadə etmək üçün götürmüşdür. Polis əməkdaşlarının sualına cavab olaraq o, həmin narkotik vasitələri və psixatrop maddələri 03 fevral 2021-ci il tarixdə gecə saat 01:30 radələrində İİR-nın vətəndaşı Həmid adlı şəxsin göstərdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairsəinin yaxınlığından əldə etdiyini etiraf etmişdir. Yaşadığı evdən həmin narkotik vasitələr və psixatrop maddələrin götürülməsi barədə protokol tərtib edilmiş, həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. O, narkotik vasitələrdən yalnız marixuana qəbul edir, digər narkotik vasitələrdən istifadə etmir, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ona heç kim təzyiq göstərməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 avqust 1967-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Səbail rayonu Xanlar küçəsi ev 56 mənzil 3-də qeydiyyatda olan, Səbail rayonu Bayıl qəsəbəsi Aydın Məmmədov küçəsi 40 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixatrop maddələri satış məqsədi ilə əldə edib, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında 02 fevral 2021-ci il tarixdə Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid3 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Bundan sonra 03 fevral 2021-ci il tarixdə saat 03:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı XMİÜ baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu Bayıl qəsəbəsi Aydın Məmmədov küçəsi 40 ünvanın yaxınlığında müəyyən edilmiş və onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra üzərinə baxış keçirilməsi məqsədi ilə sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. BNMİ-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir bükümü, digər ciblərindən isə özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, «Redmi» markalı qara rəngli mobil telefonunu, bir ədəd təsbehini, siqaret və alışqanını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində nə olduğu soruşulanda sonuncu səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə - heroinin olduğunu və həmin heroini 03 fevral 2021-ci il tarixdə təxminən gecə saat 01:30 radələrində İran İslam Respublikasının vətəndaşı Həmid adlı şəxsin göstərdiyi, yəni mobil telefonuna şəklini göndərdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairsəinin yaxınlığından əldə etdiyini bildirmişdir. Həmin bir ədəd büküm iştirakçıların yanında açılanda həqiqətən də içərisində narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli, spesifik iyə malik maddənin olması aşkar edilmişdir. Həmin narkotik vasitəyə bənzər maddənin aşkar edilməsi barədə baxış zamanı orada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib edilmiş, həmin büküm ekspertizaya göndərmək məqsədi ilə zərfə qoyularaq möhürlənmiş və orada olan şəxslərlə yanaşı Təqsirləndirilən şəxs də protokolun düzgünlüyünü və zərfin üstünü imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış davam etdirilmiş, lakin üzərindən heç bir qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələri əhəmiyyət kəsb etdiyindən sonuncuya izah edilməklə təhqiqatçı tərəfindən götürülmüş, təsbeh, siqaret və alışqanı isə özünə qaytarılmışdır. Baxış tam başa çatdıqdan sonra şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə və psixatrop maddələr saxlayır. Belə ki, 2 il əvvəl İranın Ərdəbil şəhərində tanış olduğu Həmid adlı İİR-nın vətəndaşı telefonla Təqsirləndirilən şəxs zəng edərək Bakı şəhərində Qaradağ rayonunda Lökbatan dairəsi yaxınlığında narkotik vasitə və psixatrop maddələr olduğunu həmin yerin şəklini votsap vasitəsilə Təqsirləndirilən şəxs mobil nömrəsinə göndərib həmin narkotik vasitə və psixatrop maddələri götürüb özündə saxlamasını, sonra Bakı şəhərində bir yerə qoyub və həmin yerin şəklini votsap vasitəsilə Həmidin telefonuna göndərməyini bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs mükafat olaraq 500-600 manat məbləğində pul verəcəkdir. Təqsirləndirilən şəxs də razılaşıb həmin narkotik vasitələri və psixatrop maddələri Həmidin mobil nömrəsinə göndərdiyi şəkildə göstərilən Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığından götürüb yaşadığı evə aparmışdır. Lakin polis əməkdaşları tərəfindən saxlanıldığına görə bunu edə bilməmiş və narkotik vasitələrlə psixatrop maddələr hazırda yaşadığı evdədir. Bundan sonra onlar videoçəkiliş aparmaqla və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı ünvan 5 ünvana baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin saxlanc yeri kimi istifadə edilən otağında dolabın içində saxladığı çantanı çıxarıb özü təqdim edib bildirmişdir ki, narkotik vasitələrlə psixatrop maddələr həmin çantanın içərisindədir. İştirakçıların yanında həmin çanta açılmış, baxış zamanı çantanın içərsindən 02 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixatrop maddə metamfetaminə bənzər maddə, 10 ədəd blisterdə ümumilikdə 100 ədəd bozumtul-qəhvəyi rəngli tabletlər -narkotik vasitə metadona oxşar maddələr, qara rəngli polietilen bağlamanın içərisində 01 ədəd polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 02 ədəd elektron tərəzinin olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni də o, həmin çantadan özü istifadə etmək üçün götürmüş, evindən aşkar edilənlər narkotik vasitə və psixatrop maddələrdir, onun özünə məxsusdur, 03 fevral 2021-ci il tarixdə gecə saat 01:30 radələrində İİR-nın vətəndaşı Həmid adlı şəxsin göstərdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Lökbatan dairsəinin yaxınlığından əldə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən həmin narkotik vasitə və psixatrop maddələrin aşkar edilərək götürülməsi barədə baxış zamanı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib edilmiş, həmin bükümlər ekspertizaya göndərmək məqsədi ilə zərfə qoyularaq möhürlənmiş və orada olan şəxslərlə yanaşı Təqsirləndirilən şəxs də protokolun düzgünlüyünü və zərfin üstünü imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl və sonra sonuncuya qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsində Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyatmüvəkkili vəzifəsində işləyən Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2021-ci il tarixli 6/484 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar olan kağız paketdə (1 №-li obyekt) 01 ədəd bükümdə təmiz çəkisi 52,800 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” və s. yazılar olan çantada (2 №-li obyekt) 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1023,5 qram və 1340,0 qram, ümumi təmiz çəkisi 2363,50 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir, 10 ədəd üzərlərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 100 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 4,0 qram olan narkotik vasitə metadon müəyyən edildi. Tərəzilərin səthlərində heroin az miqdarda olduğundan eyniləşdirmə tədqiqatının aparılması və təmiz çəkinin müəyyən edilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən heroinlə yaşadığı ünvandan aşkar edilən heroinlər tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir.Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 03 fevral 2021-ci il tarixli 7/146 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazıları və imzalar olan bir ədəd qara rəngdi idman çantadakı qara rəngli polietilen bağlamanın içərisində 01(bir) ədəd polietilen bağlamada təmiz çəkisi 1105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün deyil. 02 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 953 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 422 saylı 23 fevral 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 03 fevral 2021-ci il tarixdə, saat 05:00-da qeydə alınmışdır. X3 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili Kərim Bağırovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra bildirilir ki, qanunsuz olaraq narkotik vasitə əldə etmə, gəzdirmə və daşmada şübhəli bilindiyindən video çəkilişlə üzərinə şəxsi axtarış aparılacaqdır. Onun üzərinə video çəkilişlə axtarış aparıldıqda Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, “Redmi” markalı, qara rəngli mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, bir ədəd təsbehi həmin gödəkçənin sağ yan cibindən bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusunu və bir ədəd alışqanı təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet maddə aşkar olunmur. Sonra həmin bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və psixotrop maddəni tanımadığı İran İslam Respublikası vətəndaşı “Həmid” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin narkotik maddəni “Həmid” adlı şəxsin deyəcəyi ünvana çatdırıb əvəzində təxminən 500 (beş yüz) azn pul alacağını, əlavə olaraq Bakı şəhəri, Səbail rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, ona verilən sualları tam başa düşdüyünü bildirir. Bundan başqa, məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 03 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 5 ünvanında qeydə alınmışdır. X3 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili Kərim Bağırovun iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra bildirilir ki, qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilindiyindən video çəkilişlə evində şəxsi axtarış aparılacaqdır. Təqsirləndirilən şəxs yaşadığı həmin evin bir otağında dolabın içində saxladığı çantanı çıxarıb təqdim edərək bildirir ki, narkotik vasitələrlə psixatrop maddələr həmin çantanın içərisindədir. İştirakçıların yanında həmin çanta açılır, baxış zamanı çantanın içərsindən 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixatrop maddə metamfetaminə bənzər maddə, 10 ədəd blisterdə ümumilikdə 100 ədəd tabletlər -narkotik vasitə metadona oxşar maddələr, qara rəngli polietilen bağlamanın içərisində 01 ədəd polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 02 ədəd elektron tərəzinin olması müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, ailəli və himayəsində üç azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə olunmuş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 aprel 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 il 3 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 24 fevral 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən 6 (altı) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2416,09 qram narkotik vasitə olan heroin, 1034,9 qram psixotrop maddə olan metamfetamin, 98 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddənin miqdarı 4,0 qram olan narkotik vasitə metadon və 1104,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 188,72 ( yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 2416,09 qram narkotik vasitə olan heroin, 1034,9 qram psixotrop maddə olan metamfetamin, 98 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddənin miqdarı 4,0 qram olan narkotik vasitə metadon və 1104,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 188,72 ( yüz səksən səkkiz manat yetmiş iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1075/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1075/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver