Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1075/2024 13.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 9 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 1(005)- 187/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 6 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı yataqxanada qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivi adlanan ərazidə nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 sentyabr 2024-cü il tarixdə, saat 15:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhərində məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi çəkisi 1118,364 qram narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhəri, Qaradağ rayonu ərazində məlum olmayan yerdən tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə edib yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyaraq saxlamış, daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarını, yəni 48,364 qramını sellofana büküb ayıraraq əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlətmiş, qalan 1070 qramını, yəni külli miqdarda olan qurudulmuş marixuananı isə qara rəngli bağlamaya qoyub ağ rəngli sellofana bükərək yuxarıda qeyd edilən yaşadığı evində gizlədərək saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyun 2023-cü il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən yaşadığı nömrəsiz evin yaxınlığında saxlanılaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Xəzər RPİ-nin 1-ci PŞ) inzibati binasına gətirilmiş, şöbənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 48,364 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmaqla götürülmüş, bundan sonra həmin gün saat 04:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yaşadığı nömrəsiz fərdi yaşayış evinə keçirilmiş baxış və götürmə istintaq hərəkəti zamanı evin yataq otağındakı qutunun içərisində saxlanılmış 1 (bir) ədəd ağ rəngli sellofanın içərisində qara rəngli torbaya bükülmüş bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 1070 qram, yəni külli miqdarda eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 23 iyun 2023-cü il tarixdə, saat 21-22 radələrində təsadüfən tanış olduğu, tez-tez pul müqabilində müştəri kimi görüşdüyü, yüngül həyat tərzi keçirən Ləman adlı qadınla birlikdə Xaşaxuna bağları adlanan ərazidə yerləşən sonuncuya məxsus evdə olarkən 6 nəfər mülki geyimli, ağız nahiyyələrinə tibbi maska taxmış polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamışdır. O, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, lakin saxlanılarkən onda narkotik vasitə olmamış, ümumiyyətlə ittihamda göstərilən miqdarda, yəni bir kiloqramdan artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmamış, o cümlədən heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, saxlanılaraq Xəzər RPİ-yə aparılmış, daha sonra isə həmin idarənin 1-ci PŞ-yə aparılaraq orada döyülmüş, istintaq təcridxanasına daxil olarkən adına açılmış tibb kitabçasında xəsarətləri barədə müvafiq qeydlər aparılmış, o cümlədən döyülməsi barədə prokurorluq orqanına şikayət etmiş, ondan həmin məsələ ilə bağlı izahatı alınmış, lakin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Onun saxlanıldığı yerdən polis bölməsinə qədər olan məsafə təxminən 15-20 dəqiqə olmuşdur. Evində aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları özləri taxta yeşiyə qoyaraq videoçəkiliş aparmış, onun yazma və oxuma qabiliyyəti olmadığından polis əməkdaşları onun adından ifadə yazmış, döyülməsi ilə əlaqədar məcbur olub sonuncuların dedikləri ilə razılaşmış, ona görə də verdiyi ilkin ifadələri həqiqəti əks etdirməmişdir. Şahid1 onun saxlanılmasında iştirak etməmiş, Şahid2 isə onu döyən polis əməkdaşlarından biri olmuşdur.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, ibtidai istintaq sənədlərində göstərilmiş iranlı şəxsi tanımır, Aydın adlı tanışı yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamış, üzərindən aşkar edilmiş kimi sənədləşdirilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərinə qoyulmuş, həmçinin baxış keçirilən evə də polis əməkdaşları tərəfindən narkotik vasitə qoyularaq sonradan guya ona məxsus olması kimi sənədləşdirilmişdir. Xaşaxuna bağlar massivi adlanan ərazidə hər hansı torpaq sahəsi və ya evi olmamış, baxış keçirilən ev ona məxsus olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız marixuanadan hərdən istifadə etmişdir. Saxlanılarkən onun yanında olan, yüngül həyat tərzi keçirən, adının Ləman olduğunu deyən qadını polis əməkdaşları saxlamamışdır. Həmin qadının evi Xaşaxuna bağlar massivi adlanan yerdə yerləşməklə Xəzər RPİ-nin 1-ci PŞ ilə həmin ev arasında 15-20 dəqiqəlik məsafə olmuşdur. İbtidai istintaq zamanı Ləman adlı qadınla üzləşməsi keçirilməmiş, ümumiyyətlə bununla bağlı hər hansı müraciəti olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrdəki imzalar ona məxsus olsa da, həmin ifadələr təzyiq altında ondan alınmış, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə üzərində 300 qram narkotik olduğunu deməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının və müxtəlif xəstəliklərdən əziyyət çəkən yaşlı valideynlərinin olduğunu, ailəsinin maddi vəziyyətinin ağır olmaqla və ailədə yeganə qazanc gətirən şəxsin özünün olduğunu, narkomaniya xəstəliyindən tam müalicə olunaraq sağalmaq istədiyini bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçisi X8 iştirakı ilə verdiyi 23 iyun 2023 və 24 iyun 2023-cü il tarixli izahat və ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən fərdi yaşayış evində anası ilə birlikdə yaşayır. Latın qrafikalı əlifba ilə sərbəst yazıb oxumağı bacarır, ifadəsinin müstəntiq tərəfindən kompüterdə yazılmasına etiraz etmir. 23 iyun 2023-cü il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərməklə barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmaqla bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən, 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon və 20 (iyirmi) manat pul aşkar olunaraq götürülmüş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilərək çəkisinin 55 (əlli beş) qram olması məlum olmuşdur. Aşkar olunmuş həmin kütlə içərisi ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd içərisində ***-***- **-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**- ** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar isə ona geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş kütlə özünə məxsus olmuş, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aydın” adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3 (üç) gün əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etmiş, bunun müqabilində “Aydın” adlı şəxs ona 1000 (min) manat pul ödəmiş, özü heç kimə narkotik vasitə satmamış və ya bağışlamamamışdır. Üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə nömrəsiz fərdi evdə narkotik maddə saxlamış, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Üzərində şəxsi axtarış keçirildikdən sonra özü, müdafiəçi və polis əməkdaşları ilə yaşadığı Bakı şəhəri, ünvan 4ə getmiş və orada baxış keçirilmişdir. Evə baxış zamanı o, yaşadığı evin yataq otağında qutunun içərisindən 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd elektron tərəzi və 1 (bir) ədəd qara bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini təqdim etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1 (bir) kiloqram 180 (yüz səksən) qram olması müəyyən olunmuşdur. Daha sonra həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Yaşadığı ünvandan aşkar olunmuş kütlə və elektron tərəzi özünə məxsus olmuş, həmin kütləni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aydın” adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3 (üç) gün əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etmiş, bunun müqabilində sonuncu ona 1000 (min) manat pul ödəmiş, özü heç kimə narkotik vasitə satmamış və ya bağışlamamışdır. O, başqa heç bir yerdə narkotik maddə saxlamamış, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, yaşadığı evə daha əvvəl baxış keçirilməmişdir (iş vərəqi (bundan sonra mətndə-i.v.) 59-62; 74-77;)
5. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş Müdafiəçi iştirakı ilə 15 noyabr 2023-cü il tarixdə əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yerləşən fərdi yaşayış evində yaşamışdır. 23 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar yaşayış massivində yaşayan tanışı Ləmanın yaşadığı evə istirahət etmək məqsədi ilə getmiş, sonuncu ilə bir yerdə yeyib-içərək spirtli içki qəbul etmişdir. Söhbət zamanı təxminən saat 21 radələrində qəfildən həmin evə naməlum, sonradan bildiyi mülki geyimli polis əməkdaşları özlərini təqdim etmədən basqın edərək onu çılpaq vəziyyətdə döyərək təhqir etməyə başlamış, daha sonra özləri ilə gətirdikləri narkotik vasitəni onun çirkli paltarlarının içinə qoymuşlar. Polis əməkdaşları onu polis bölməsinə aparıb orada vəhşicəsinə döymüş, 6 saatlıq işgəncədən sonra ondan tərtib etdikləri sənədləri imzalamasını tələb etmiş, o da sol çiyin nahiyəsindən, habelə bədəninin digər nahiyələrindən aldığı xəsarətlərə dözə bilməyərək məcburiyyətdən həmin sənədləri imzalamışdır. Əvvəlcədən nə deməli olması ona zorla başa salınmış, onun başqa yolu olmamışdır. Ona qarşı edilən bütün vəhşilikləri tanımadığı 6 nəfər polis əməkdaşı həyata keçirmiş, həmin polisləri görərsə tanıya biləcəyini düşünmüşdür. O,istintaq təcridxanasına daxil olarkən xəsarətləri barədə məlumat vermiş, lakin onun işinə hərtərəfli və obyektiv baxılmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etmiş, lakin polis əməkdaşlarının ondan aşkar etdikləri narkotik vasitə ona məxsus olmamış, habelə heç bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Belə ki, polis əməkdaşları videoçəkiliş zamanı ona işgəncələr verərək məcburən nəyi necə deməsi barədə qabaqcadan tənbeh edib öyrətmişdir. O, sərbəst yazıb-oxuya bilməmiş, heç bir savadı olmamış, müvafiq sənədlərə də oxumadan və ya ona oxunmadan qol çəkdirmişlər. Əsl həqiqət bundan ibarət olmuşdur (Cild 1, i.v. 288-290;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis pokovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə, etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduğu üçün 22 iyun 2023-cü il tarixdə BNMİ-də əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs olduğu ünvana, yəni ünvan 3assivinə yollanmışlar. Bir müddət müşahidələr apardıqdan sonra yaşadığı ünvanın yaxınlığında küçə ilə piyada hərəkətdə olduğunu görüb Eldara yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-yə getmiş, həmin şöbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla BNMİ-nin rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material idarənin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X10 həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş Bakı şəhər 22 saylı vəkil bürosunun vəkili, müdafiəçi Toğrul Şimiyev və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Eldara hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən, 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon və 20 (iyirmi) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin qablaşdırma ilə birlikdə təxminən 55 (əlli beş) qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir, üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aydın” adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3 (üç) gün əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 1000 (min) manat pul ödədiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, üzərindən başqa Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə nömrəsiz fərdi evdə də narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Daha sonra iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə nömrəsiz fərdi evdə narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 23 iyun 2023-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs həmin qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında qutunun içərisindən 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd elektron tərəzi və 1 (bir) ədəd qara rəngli bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisinin 1 (bir) kiloqram 180 (yüz səksən) qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimizdən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Nə o, nə də hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmiş, pis rəftara məruz qalmamışdır.
9. Verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iranlı şəxsdən külli miqdarda narkotik vasitə əldə edib sonuncunun dediyi ünvana “zakladka” yolu ilə qoymaqla narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında özü və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tək halda Bakı şəhəri, Qala qəsəbəsi, Xaşaxuna adlanan ərazidə gecə saat 01:00 radələrində tərəflərindən saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-yə gətirilmiş, orada keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən təxminən 55 qram marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs internet vasitəsilə tanış olduğu iranlı Aydın adlı şəxsdən təxminən 4-5 kiloqram narkotik vasitə götürdüyünü, əvvəllər narkotik vasitəni iranlının dediyi ünvanlara qoymaqla satdığını, habelə evində də narkotik vasitə saxladığını bildirdiyindən onun razılığı əsasında evinə baxış keçirilmiş, baxış zamanı evindən 1.200 qram marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, sonuncuya yaxınlaşıb xidməti vəsiqələrini göstərdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-yə aparmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni iranlının dediyi ünvana qoymaq üçün üzərində gəzdirdiyini, narkotik vasitəni payladıqdan sonra qalan hissəsini evində saxladığını, həmin işin müqabilində 1000 manat pul aldığını, əvvəllər də həmin işlə məşğul olaraq 1000 manat qazandığını bildirmişdir. Lakin tərəflərindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, habelə hər hansı şəxsə satış məqsədi ilə narkotik vasitə verməsi faktı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılanadək onun yaşayış yeri məlum olmamış, sonuncu öz yaşadığı ünvanı özü göstərmiş, evdə kiminlə yaşaması, o cümlədən saxlanılarkən üzərində xəsarət izinin olub-olmaması barədə məlumatı olmamışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən tək halda saxlanılmış, saxlanılarkən hər hansı etirazını bildirməmiş, üzərindən narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü aşkar edilmiş narkotik vasitəni iranlı şəxsdən aldığını, habelə evində də narkotik vasitə saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yanında hər hansı qadın olmamış, evində başqa bir qadınla yaşadığını bildirmiş, lakin evin qapısını özü açaraq onları içəri dəvət etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şəxs tərəfindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, pis rəftara məruz qalmamışdır.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda təmiz çəkisi 48,364 qram və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivindəki nömrəsiz evdən 1 (bir) ədəd ağ rəngli sellofanın içərisində qara rəngli torbaya bükülmüş bükümdə kustar üsulla hazırlanmış külli miqdarda təmiz çəkisi 1070 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktına görə Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X16 tərəfindən həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq sonuncunun icraatına qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 4-9;).
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 iyun 2023-cü tarixli, 5(003)-417/2023 saylı qərarından görünür ki, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 22 iyun 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuna uyğun olması məhkəmə nəzarəti qaydasında yoxlanılmışdır (Cild 2,;).
15. BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli raportdan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə, saat 01:20-də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları adlanan ərazidə nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilmişdir (Cild 1, i.v.10;).
16. “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X13 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun üzvü X8 iştirakı ilə 23 iyun 2023-cü il tarixdə, saat 02:30-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 iyun 2023-cü il tarixdə, saat 01:20 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 22- 24;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi X8 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 03:00-dan 03:11-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X13 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və müdafiəçi Toğrul Şimiyevin iştirakı ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd açar, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon və 20 (iyirmi) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 55 (əlli beş) qram olmuş, aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aydın” adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3 (üç) gün əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 1000 (min) manat pul ödədiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmiş, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təzyiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 03:15-dən saat 03:45-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.30-33;).
18. “Evə baxış keçirilməsi və götürmə haqqında” 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və sonuncunun razılıq ərizəsi əsasında 23 iyun 2023-cü il tarixdə, saat 04:30-dan 04:43-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X13 tərəfindən həmin İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və müdafiəçi X8 iştirakı ilə Bakı şəhəri, ünvan 4 ünvanına baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında qutunun içərisindən 1 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisindən 1 (bir) ədəd elektron tərəzi və 1 (bir) ədəd qara rəngli bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlə ümumillikdə çəkisinin 1 (bir) kiloqram 180 (yüz səksən) qram olmuş, daha sonra həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılb DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçlar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar edilmiş kütlənin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aydın” adlı şəxsdən Bakı şəhəri, Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3 (üç) gün əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 1000 (min) manat pul ödədiyini, heç kimə narkotik vasitə satıb bağışlamadığını, habelə başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, o cümlədən yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Baxış və götürmə istintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Daha sonra həmin tarixdə, saat 05:10-dan saat 05:40-dək protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 36-38;).
19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Evə baxış keçirilməsi və götürmə haqqında” 23 iyun 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 2 (iki) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən iki ədəd müvafiq olaraq müddətləri 10 dəqiqə 45 saniyə və 12 dəqiqə 41 saniyə olan həmin videogörüntülərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 23 iyun 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə evində keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavablar verməsi, xüsusilə evə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ilə bağlı hər hansı etiraz etməsi müəyyən edilməmişdir (Cild 1, i.v.63-64;).
20. “Məhkəmə-bioloji” ekspertizasının 23 iyun 2023-cü il tarixli, 7/920 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 48,364 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən...” yazısı və imzalar olan polietilen bağlamadakı 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi - 1070 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1118,364 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin polietilen bağlamada 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Ümumi çəkisi 1118,364 qram olan qurudulmuş marixuananın 0,4 qramı tədqiqata sərf edildikdən sonra 1117,964 qram qurudulmuş marixuana qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 46-50;).
21. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi Toğrul Şimiyevin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.66-73;).
22. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 4(003)-308/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs əməli qismən etiraf edərək göstərmişdir ki, o, 2015-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə, 2020-ci il tarixdə həmin Məcəllənin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 48 qram qurudulmuş marixuana olmuş, evinə baxış keçirilərkən isə 1070 qram deyil, 300 qram qurudulmuş marixuana və tərəzi aşkar edilmişdir. Onun satış məqsədi olmamışdır...Barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş edir”. Həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli, 4(003)-488/2023 saylı və 7 noyabr 2023-cü il tarixli, 4(003)-512/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 23 dekabr 2023-cü il tarixədək uzadılmışdır (Cild 1, 85-86; 210-214;255-257;).
23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 14 iyul 2023-cü il tarixli cavabından və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli qərarı ilə 4 (dörd) ay 13 (on üç) gün cəzadan vaxtından əvvəl azad edilmiş, 1 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının təsiri dairəsinə düşdüyündən qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2021ci il tarixli, 1(005)-187/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, 6 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (Cild 1, i.v. 96-104;).
24. “Mobil telefona baxış keçirilməsi haqqında” 7 avqust 2023-cü il tarixli protokoldan və müvafiq qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi Note 8” və içərisində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Samsung Galaxy A20” markalı mobil telefon aparatlarının yaddaşında olan məlumatlara baxış keçirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmiş, qeyd edilən mobil telefonlar X15 tərəfindən təhvil alınmışdır (Cild 1, i.v.127;).
25. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji” ekspertizasının 18 avqust 2023cü il tarixli, 5307 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, 2003-cü ildən arabir düşəndə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə etmişdir (Cild 1, i.v 140-141;).
26. “Cinayət işindən material ayrılması barədə” 1 oktyabr 2023-cü il tarixli qərardan və müvafiq məktubdan görünür ki, ********* saylı cinayət işindən narkotik vasitənin mənbəyi ilə bağlı material ayrılmaqla əməliyyat-axtarış tədbirləri davam etdirilməsindən ötrü qərarın surəti Xəzər RPİ-nin 1-ci PŞ-yə göndərilmişdir (Cild 1, i.v.154-155;).
27. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 4 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisi Müdafiəçi iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.159-166;).
28. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.F.Qarayev tərəfindən 11 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin ittiham aktı təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir (Cild 1, i.v.194-214;).
29. “Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsdiq edilmədən işin əlavə ibtidai istintaq aparılmasından ötrü qaytarılması haqqında” 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X16 tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilmədən əlavə istintaq aparılması üçün Xəzər RPİ-nin İŞ-nə qaytarılmışdır (Cild 1, i.v. 216-224;).
30. “Cinayət işinin icraata qəbul olunması haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X16 tərəfindən yenidən icraata götürülməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 229-230;).
31. AZE №12751825 seriya nömrəli şəxsiyyət vəsiqəsi, AZ-İ 536859 saylı nikah haqqında şəhadətnamə, Qaradağ rayonunda yerləşən 124 saylı Mənzil Kommunal İstismar Sahəsinin 21 oktyabr 2023-cü il tarixli arayışı və “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 25 sentyabr 1987-ci il təvəllüdlü arvadı X7 və 6 avqust 2010-cu il təvəllüdlü X4 ibarətdir (Cild 1, i.v. 264-266; Cild 2;).
32. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 280-282;).
33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.F.Qarayev tərəfindən 22 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 23 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.305-312;).
34. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli, 1(101)-2424/2023 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 6136/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sol çiyin arxa səthində qərtməkli yara aşkar edilmişdir (Cild 2;).
36. Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Habil Həsənovun 14 may 2024 və 18 may 2024-cü il tarixli məktublarından görünür ki, 21-22 iyun 2023-cü il tarixdə 1-ci PŞ-yə Ləman adlı şəxsin gətirilməsi barədə hər hansı qeydiyyat aparılmamış, Təqsirləndirilən şəxs Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivi, nömrəsiz evində hazırda hər hansı bir şəxsin yaşaması aşkar edilmədiyi üçün qeyd edilən tarixdə həmin ünvanda yaşamış şəxsləri müəyyən edib Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməsini təmin etmək mümkün olmamışdır (Cild 2;).
37. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Xəzər rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşunas X11 tərəfindən Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması, döyülməsi və sair qanunsuzluqlara məruz qalması ilə bağlı müraciəti ilə bağlı toplanmış C-374/23 saylı materialda polis əməkdaşlarının əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir (Cild 2;)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
38. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
39. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
42. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
43. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
44. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir.
46. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərildiyi yerdə və iki nəfər polis əməkdaşı tərəfindən deyil, altı nəfər polis əməkdaşı tərəfindən Ləman adlı qadınla birlikdə olarkən sonuncuya məxsus evdə çılpaq vəziyyətdə saxlanılaraq Xəzər RPİ-yə aparılması, saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitə qurudulmuş marixuananın olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və psixi zorakılığa, habelə pis rəftara məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar və gətirdiyi dəlillər başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi və törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
49. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
50. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi zorakılıq tətbiq edilməklə hədə-qorxu gəlinməsi barədə məhkəmədə ifadəsində göstərdikləri xüsusatlar şahid ifadələri və digər iş materialları ilə tam təkzib olunmuş, ona qarşı hər hansı psixi, fiziki və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində özü tərəfindən seçilmiş müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirilərkən, barəsində qətimkan tədbiri seçilməsi məsələsinin həlli zamanı məhkəmə qarşısında olarkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 17-19, 22 və 37-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
51. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
52. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
54. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
55. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
56. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
57. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
58. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
59. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
60. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
61. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
62. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının, habelə yaşlı valideynlərinin olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, narkomaniya xəstəliyindən tam müalicə olunmaq istəməsini bildirməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
63. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
64. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
65. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 23-cü bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
66. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
67. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
68. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
69. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
70. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
71. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 23 iyun 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 11 oktyabr 2023 və 7 noyabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
72. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır.
73. Məhkəmə hökmün 25-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
74. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
75. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir.
76. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
77. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xəzər RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 1117,964 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan “Şəxsi axtarış və götürmə” və “Evə baxış və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk və "xxxx" MMC-dən götürülmüş 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
78. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
79. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
80. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
81. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
82. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
83. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 23 iyun 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1117,964 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.