Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1075/2025 22.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanışı Zərərçəkmiş şəxs birlikdə gəzmək barədə təklifindən imtina etməsi səbəbindən sonuncu ilə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsindən hiddətlənərək sonuncuya qarşı yaranmış nifrət hisslərinin təsiri altında onu cəzalandırmaq və buna görə onu qəsdən öldürməklə qisas almaq qərarına gəlib bu məqsədlə yaşadığı evə gedərək bıçaq əldə edib üzərində gizlətdikdən sonra yenidən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində Zərərçəkmiş şəxsla görüşməyə nail olaraq həmin tarixdə və qeyd olunan ünvanda yenidən şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı üzərində gizlətdiyi bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs ardıcıl zərbələr vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olan daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə İX qabırğa proyeksiyasından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsin sol yarısının orta qoltuqaltı xətt üzrə 3 (üç) ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaraları və sol bazu nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşahidə olunan ümumilikdə altı ədəd xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs onu yenidən təhqir etməsi və yumruq atmaqla özündən uzaqlaşdırmasından sonra yaranmış fürsətdən istifadə edib sonradan “X7” Publik hüquqi şəxsə çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilib həyatı xilas edildiyindən sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək onu qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Sübutların tədqiqi: 3.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. Uşaqlıq dostu ilə 6-7 bakal pivə içmişlər və daha sonra başqa kafeyə gedərək orada da içməyə davam etmişlər. Mətin kafedən çıxandan sonra bir qədər gəzməyi təklif etmiş, o isə gəzmək istəməmiş və sözləri alınmamışdır. Hadisə günü içkili olduğundan geri qalanı onun yadından çıxmışdır. 4.Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, hadisə olana kimi münaqişələri olmuş, evə gödəkcəsini götürmək üçün getmiş, mətbəx pəncərəsindən baxdıqda orada onu gözlədiyini görmüş, çıxarkən gözünə bıçaq sataşmış və içkili olduğundan bıçağı da götürmüş, lakin vurmaq niyyəti olmamışdır. Evə bıçaq götürmək məqsədi ilə getməmiş, aranın sakitləşməsini və hansısa hadisənin olmamasını istədiyindən yuxarı qalxmışdır. Pəncərədən baxanda Mətinin hələ də aşağıda olduğunu görərək evə gələcəyini və evdə söz-söhbət olacağını düşündüyündən çıxmışdır. O, bıçaq götürənə kimi Mətin onu söyməmişdir. Mətin onu söyüşlə təhqir etdiyi üçün bu hərəkəti etmişdir. Bıçaq zərbələrinin sayı səhv qeyd edilmiş, o qədər zərbə olmamışdır. Özünün yadında qalan bir dənə bıçaq vurmuşdur. Daha çox zərbə vurmaq imkanı olmuş, lakin yerə yıxıldığını və qan olduğunu görüb ayılaraq kömək etmişdir. O, Mətini qoyub qaçmamış, biraz aralanandan sonra təkrar yaxınlaşaraq Mətini xəstəxanaya aparmışdır. Bıçağı hara atmağını bilmir. Xəstəxanaya getdikdən sonra ailəsinə xəbər vermiş və özü polisə yaxınlaşmışdır. Zərərçəkmiş şəxsi sözləşdikləri üçün vurmuşdur. O, əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, daha sonra isə müstəntiqin ona verdiyi ifadəni tam oxumadan imzaladığını və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 5.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıq dostudur, münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ona telefonla zəng edərək qonaqlıq vermək istədiyini, oturub yeyib-içmələrini bildirmiş, o da həmin təkliflə razılaşmış, onlar birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Vaflika” kafesinə getmiş və kafedə oturub hərəsi 6-7 bakal pivə içərək sərxoş olmuşlar. Həmin gün saat 23 radələrində kafedən çölə çıxan zaman Zərərçəkmiş şəxs ona Qaradağ rayonun Lökbatan qəsəbəsinin “Mərkəz” deyilən hissəsinə getmələrini demiş, o da Zərərçəkmiş şəxs yorğun olmasını, getməyə halının olmadığını bildirmiş, lakin Zərərçəkmiş şəxs israrla onunla getməsini tələb etmişdir. O isə bir daha getməyəcəyini bildirdikdə Zərərçəkmiş şəxs onun yaxasından yapışaraq onu silkələmiş, onunla mübahisə yaradaraq ünvanına nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs onunla yaşadığı ünvana getməsini, evdə gödəkçəsini geyinib gələcəyini, sonra hara desə ora da gedəcəklərini demişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq onunla birlikdə yaşadığı binanın yanına getmiş, həmin vaxt o, əvvəlcə evə gedib yatmasını, Zərərçəkmiş şəxs yanına qayıtmamasını, bu yolla mübahisəyə son verilməsini fikirləşmiş, lakin Zərərçəkmiş şəxs bunu hiss edərək onu həmin yerdə gözlədiyini, əgər gəlməsə, ona ağır söyüşlər söyəcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs bu hərəkətlərinə bərk əsəbləşib evə gəlmiş, qapını açıb mənzilə daxil olarkən ailə üzvlərinin yatdıqlarını görmüş, mətbəxə keçib oradan mətbəx bıçağını götürüb əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq evdən çıxıb Zərərçəkmiş şəxs yanına getmişdir. Yaşadığı binanın blokunun qarşısında Zərərçəkmiş şəxsla söhbət edərkən sonuncu səs-küylə danışdığı üçün ona binanın kənarına getmələrini təklif etmiş, onlar birlikdə binanın yan tərəfinə getmişlər. Orada olan zaman da Zərərçəkmiş şəxs səs-küy saldığı üçün sonuncuya oradan uzaqlaşmalarını demiş, Zərərçəkmiş şəxsla birlikdə yaşadığı binanın yanındakı, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Şəhid Bulağı”nın yanına getmişlər. O, Zərərçəkmiş şəxs hərəkətlərinə son qoymasını, ondan uzaqlaşmasını, əgər getməsə, onu vuracağını demiş, bu zaman Zərərçəkmiş şəxs yenə onun ünvanına nalayiq ifadələr işlədərək onu itələmiş, o da artıq əsəblərini cilovlaya bilməmiş və cibindəki bıçağı çıxararaq Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurmuşdur. Zərbə vurarkən bir anlıq özünə gəlmiş, etdiyi əməldən peşman olub geri çəkilmiş, həmin vaxt sərxoş olduğu üçün bıçaqla Zərərçəkmiş şəxs hansı nahiyəsindən və neçə dəfə vurduğunu xatırlamır. Hadisədən sonra hər ikisi bulağın yanından bir qədər kənara çəkilib dayanmış, həmin vaxt Zərərçəkmiş şəxs bədənində qanaxma olduğu üçün sonuncu yaxınlıqdakı xəstəxanaya tərəf getməyə başlamış, o da qorxduğu üçün Zərərçəkmiş şəxs bir qədər aralaşmış, xatırlamadığı istiqamətə bıçağı tullayıb şəhər istiqamətində getmişdir. Bir qədər sonra Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları ona zəng edərək polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, baş vermiş münaqişə və onun Zərərçəkmiş şəxs bıçaqla vurması bir-iki dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı yanlarında heç kim olmadığından onları aralaşdıran olmamış, hadisə zamanı ani vaxtda özünə gəlmiş, etdiyi əməldən peşman olduğu üçün Zərərçəkmiş şəxs aralaşmış, əvvəllər aralarında heç bir münaqişə olmamış, Zərərçəkmiş şəxsla dostluq münasibəti olmuşdur. Hadisə baş verən zaman sərxoş halda olmuş, Zərərçəkmiş şəxs qorxutmaq istəmiş, sonuncunu qorxutmaq məqsədilə vurmuşdur. Onun niyyəti Zərərçəkmiş şəxs öldürmək və ya ağır xəsarət yetirmək olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxsla üzbəüz yaxın məsafədə dayanmış, bıçaq isə sağ əlində olduğu üçün zərbələr Zərərçəkmiş şəxs bədəninin sol nahiyələrindən dəymişdir. Zərərçəkmiş şəxs vurduğu bıçaq zərbələrinin sayını xatırlamır, aralarında heç bir dava-dalaş olmamış, Zərərçəkmiş şəxs onu döyməmiş, heç bir xəsarət yetirməmiş, Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuran zaman sonuncu ona müqavimət göstərməmiş, Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurandan əvvəl və sonra sonuncu onu söyüb təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurmuş, sonuncu qan axmasını görüb ayılmış, Zərərçəkmiş şəxs zərbələr vurmağı dayandırmışdır. Hər ikisi sərxoş olsalar da, Zərərçəkmiş şəxs halı üstündə olmuş, özü öz hərəkətlərini idarə edə bilmişdir. Bir dəfə ona yumruq atmış, ancaq öz müvazinətini saxlaya bilməyib yıxılmış, o da Zərərçəkmiş şəxs dəyməmiş, kənara çəkilib gözləmiş, Zərərçəkmiş şəxs isə ondan uzaqlaşıb bilmədiyi istiqamətdə getmişdir. Təqsirləndirilən şəxs ona verilmiş niyyətinin Zərərçəkmiş şəxs qorxutmaq olduğu təqdirdə, niyə bu məqsədə məhz bıçaqla zərbələr vurmaqla, eləcə də məhz altı bıçaq zərbəsi vurmaqla nail olmağa çalışması ilə bağlı suallara cavab verə bilməyərək, sadəcə əməlindən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs zərbələr vurduğu bıçağı yaşadığı evin mətbəx otağındakı dolabdan götürmüşdür. Həmin bıçağın sapı açıq qəhvəyi rəngli, taxta materialdan olmaqla, tiyəsi isə gümüşü rəngli iti metaldan olmuş, bıçağın uzunluğu təxminən 20 sm olmuş, bıçağı götürən zaman evdə hamı yatılı olmuşdur. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində qısaqol mavi rəngli köynək, göy rəngli gödəkçə və tünd rəngli cins şalvar olmuş, ona təqdim etdilmiş köynək hadisə baş verən zaman da Zərərçəkmiş şəxs əynində olmuşdur (İ cild, səh. 58-60, 138-141, 159-162). 6.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə günü səhərdən axşama kimi Əlövsədlə birlikdə oturub içmişlər, sonra isə oturduqları kafedən çıxaraq başqa yerə yeyib-içməyə getmişlər. O, içkili olmuş və nəyəsə görə münaqişələri yaranmışdır. Yaşadıqları məhəlləyə getmişlər, Əlövsəd yuxarı qalxmış, onun heç bir şeydən xəbəri olmamaış və birdən Əlövsəd onu bıçaqlamışdır. Daha sonra Əlövsəd ona xəstəxanaya kimi köməklik etmiş və oradan da onun özü çıxıb getmişdir. Hazırda onlar barışmışlar. 7.Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Əlövsəd uşaqlıq dostudur, həmin gün pivə və araq içmişlər, münaqişənin səbəbini bilmirlər. O, Əlövsəd evə qalxandan sonra təxminən 20-25 dəqiqə gözləmiş, qayıdandan sonra təkrar mübahisələri olmuş və o, Əlövsədi təhqir edərək nalayiq ifadələr işlətmişdir. Əlövsəd onu bıçaqlayandan sonra daha çox bıçaqlamasına icazə verməyərək müqavimət göstərmişdir. Onları aralayan kimsə olmamış, ikisi olmuşlar. Ona altı zərbənin vurulması göstərilmiş, lakin gözlə görünən üç dənə olmuş, fəhlə kimi işlədiyindən qolunda cızıqlar və izlər olmuş, ekspertlər onları zədə kimi qələmə vermişlər. Əlövsədin onu mətbəx və ya başqa təyinatlı bıçaqla vurmasını bilmir. Vurulan zərbələrin öldürücü zərbə olduğu və Əlövsədin onu öldürmək niyyəti olduğunu düşünmür. Əlövsəd istəsə idi ona bir neçə öldürücü bıçaq zərbəsi vura bilərdi və buna imkanı olmuşdur. Əlövsədin onu bıçaqlamaqda məqsədinin öldürmək yox, qorxutmaq olduğunu fikirləşir. Hadisə təxminən xəstəxanın yanında olmuş, onu qoyub qaçandan sonra Əlövsəd özü gələrək kömək etmişdir. Ona bütün köməkliklər olunmuşdur. O, təqsirləndirilən şəxslə barışmışdır. 8.Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, dostu Təqsirləndirilən şəxsla görüşüb yeyib-içmək qərarına gəlmiş, bu barədə sonuncuya da məlumat vermiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Dvares” deyilən binanın yaxınlığında yerləşən “Vaflika” adlı kafedə əyləşib pivə içmişlər. Həmin gün saat 23 radələrində kafedən çölə çıxmış, hər ikisi sərxoş halda olmuşdur. Təqsirləndirilən şəxs birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Mərkəz” deyilən yerə getmələrini təklif etmiş, əvvəlcə Təqsirləndirilən şəxs onunla qəsəbə mərkəzi deyilən yerə getməyə razılaşsa da, sonradan fikrini dəyişərək gəzməyə getməyəcəyini bildirmiş və evlərinə tərəfə getməyə başlamışdır. Təqsirləndirilən şəxs “bu nə hərəkətdir niyə məni aldadırsan” deyə sorğulamış, sonuncu isə “yaxşı elədiyi”ni dediyi üçün bundan bərk əsəbləşmiş, Təqsirləndirilən şəxs onunla getməli olmasını demişdir. Təqsirləndirilən şəxs onunla getməyə etiraz etdiyi üçün aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs yaxasından yapışıb onu evə buraxmayacağını deyərək sonuncunun ünvanına nalayiq söyüşlər söymüş, Təqsirləndirilən şəxs da onun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt aralarında mübahisə olsa da heç bir dava-dalaş olmamış, bundan sonra Təqsirləndirilən şəxs ona birlikdə evə gedərək evdən gödəkçəsini götürüb daha sonra gəzməyə getmələrini təklif etmişdir. Birlikdə Təqsirləndirilən şəxs yaşadığı binaya getmiş, həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs ona gözləməsini demişdir. Təqsirləndirilən şəxs onu aldadaraq gəlməyəcəyini fikirləşdiyindən sonuncuya tez qayıtmasını, onu gözləməsini, gəlməyəcəyi təqdirdə ona ağır sözlər deyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə onun ünvanına “gözlə tez gələcəm, məni burda gözləməyən şərəfsizdir” sözlərini deyib getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evlərinə getmiş, bir neçə dəqiqədən sonra onun yanına qayıtmışdır. Təqsirləndirilən şəxs onun yanına qayıtdıqdan sonra “gəl gəzə-gəzə söhbət edək” deyərək onu gəzməyə dəvət etmiş, birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ünvanında yerləşən Şəhid bulağının yanı ilə öz evlərinə tərəf getməyə başlamışdır. Gəzinti zamanı Təqsirləndirilən şəxs ona qarşı niyə bu formada hərəkətlər etməsini sorğulamış, onunla kobud şəkildə mübahisəni davam etdirmiş, o da Təqsirləndirilən şəxs bu hərəkətlərinə əsəbləşmiş, ona qəti şəkildə mübahisəyə son verməsini bildirib yenə onun ünvanına nalayiq söyüşlər söymüş, elə bu vaxt Təqsirləndirilən şəxs qəflətən ondan bir qədər aralaşmış, əvvəlcə nə baş verdiyini bilməmiş, lakin qəflətən böyür nahiyəsindən qan gəldiyini görmüş, bundan sonra başa düşmüşdür ki, Əlövsət Kərimov onu bıçaqla vurmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs yumruq zərbəsi vurmaq istəmiş, lakin halı olmadığına görə yerə yıxılmış, Təqsirləndirilən şəxs isə qaçıb getmişdir. Bədəninin dörd yerindən bıçaqla xəsarət aldığını görmüş, özünü yaralı halda Lökbatan qəsəbəsi 19 saylı xəstəxananın yaxınlığında olduğu üçün yaralı halda təkbaşına 19 saylı xəstəxayana getmiş, daha sonra onu X6 aparmışlar. Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onu qəflətən vurduğu üçün əlindəki bıçağı görməmiş, yaralandıqdan sonra bıçaqla vurulmasını bilmişdir. Təqsirləndirilən şəxs evlərinə gedərkən bıçaq gətirəcəyini bilməmiş, onun əlində bıçaq görməmişdir. Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs bıçaqla ona zərbələr vuran zaman yumruqla ona zərbə vurmuş, həmin vaxt sonuncu yerə yıxılmış, o da müvazinətini saxlaya bilməyib onun üzərinə yıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs durub qaçmış, o da xəstəxanaya getmişdir. Hadisə baş verən zaman əhvalı normal olmuş, özünü idarə edə bilmiş, hadisədən sonra xəstəxanaya özü getmiş, hadisə baş verən zaman da Təqsirləndirilən şəxs müqavimət göstərmə imkanı olmuş və ona yumruqla zərbə vuraraq müqavimət göstərməklə başqa zərbələr də vurmasının qarşısını almışdır. Ekspert rəyinə görə onun bədənində aşkar edilmiş xəsarətləri Təqsirləndirilən şəxs ona bıçaqla zərbələr vuraraq yetirmişdir. Hadisə baş verən zaman əynində qısaqol mavi rəngli köynək, göy rəngli gödəkçə və qara rəngli cins şalvar olmuş, o cümlədən ona təqdim edilmiş qısaqol mavi rəngli köynək ona məxsusdur (İ cild, səh. 89- 91,181-184). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Əlövsəd onun oğlu Mətin ilə bir sinifdə oxumuş, münasibətləri həmişə yaxşı olmuş, hansısa düşmənçilikləri olmamış və daimi evlərinə gəlib-gedən adam olmuşlar. Hadisə barədə məlumatı ona oğlunun dostları vermiş, olduğu yerdən xəstəxanaya getmiş, onun rəyi olmadan uşağı əməliyyata götürməmişlər və əməliyyata götürmək üçün onun rəyini gözləmişlər. O, uşağını “Semaşko” Xəstəxanasında görmüş və başqa hansısa halın şahidi olmamışdır. Əlövsədin hansısa səbəbdən oğlunu bıçaqlaması barədə məlumatı yoxdur. Oğlunun xəsarətlərini əvvəlcə 3, sonra isə 5 demişlər. Səhv etmirsə oğluna içəri keçən zərbə sayı bir olmuşdur. Daxilə keçən zərbələrdən başqa iki-üç zərbəni görmüşdür. O, Əlövsədə oğlu kimi baxır, hadisə artıq olub keçib və onların heç bir şikayətləri yoxdur. 10.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, oğlu Əlövsəd əvvəllər “Coca-cola” firmasında işləmiş, oğlunun başında problemlər olmuşdur. Oğlu ilə Mətin uşaqlıqdan dost olmuş və münasibətləri həmişə yaxşı olmuşdur. O, polisdən məlumat verilərkən hadisəni bilmiş, hadisə baş verəndə uşaqların yanında olmamış, ona görə də hadisənin necə olmasını görməmişdir. Xəstəxana ilə onların evlərinin arasındakı məsafə 70-80 metr olmuşdur. Salamat çıxması üçün zərərçəkmiş şəxsə bütün lazımi yardımlar göstərilmişdir. Əlövsəd gələndən sonra onlar da xəstəxaya Mətinin yanına getmişlər. 11.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə onun uşaqlıq dostu olmaqla, onların münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində polis bölməsindən daxil olmuş zəngdən sonra oğlu Təqsirləndirilən şəxsla sonuncunun tanışı Zərərçəkmiş şəxs arasında sözdə mübahisə olmasını, daha sonra da Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs zərbələr vurmasını öyrənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs xəstəxanada olmuşdur. Qısa müddət sonra oğlu Təqsirləndirilən şəxs polis bölməsinə gəlmiş, orada olarkən məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla birlikdə yeyib-içmiş, daha sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı onların yanında olmamış, ona görə də hadisənin necə baş verməsini görməmişdir. Şahid2 əlavə olaraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində özü və digər ailə üzvləri yatılı olmuş, Təqsirləndirilən şəxs evə gəlib qayıtmasını heç biri görməmişdir. Ancaq hadisədən sonra müəyyən etmişdir ki, əvvəllər evin mətbəx otağında olan, sapı qəhvəyi rəngli olmaqla taxta materialdan, tiyəsi isə gümüşü rəngli metaldan olan, çörək və digər qidaları doğradıqları bıçaq yerində yoxdur. Sonradan aydın olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs onlar yatılı olan zaman evə gəlmiş, elə həmin bıçağı mətbəx otağından götürüb getmiş, Zərərçəkmiş şəxs da həmin bıçaqla zərbələr vurmuşdur (İ cild, səh. 185-187). 12.Məhkəmə-tibbi ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 704 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə İX qabırğa proyeksiyasından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə 3 (üç) ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yaraları, sol bazu nahiyəsinin 2 (iki) ədəd deşilmiş - kəsilmiş yaraları deşici - kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənə bilərdilər və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarix də və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. 2.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, səh. 108-111). 13.Məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2025-ci il tarixli, 02/704 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə İX qabırğa proyeksiyasından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə 3 (üç) ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yaraları, sol bazu nahiyəsinin 2 (iki) ədəd deşilmiş - kəsilmiş yaraları deşici - kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənə bilərdilər və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə İX qabırğa proyeksiyasından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə 3 (üç) ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yaraları və sol bazu nahiyəsinin 2 (iki) ədəd deşilmiş - kəsilmiş yaraları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. 2.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, səh. 143-145). 14."xxxx" barədə 27 noyabr 2024-cü il tarixli, 537/2024-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində bir qədər solda 01 (bir) ədəd, köynəyin arxa hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti, ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər (İ cild, səh. 115-117). 15."xxxx" barədə 22 noyabr 2024-cü il tarixli, 761/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqində onun qan qrupunun “İİ-PLUS” olması barəsində qeyd vardır. Bu qeydə əsasən qan qruplarının mövcud təsnifatına görə ABO sistemi üzrə onun qan qrupunun A(İİ) olmasını söyləmək olar. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız "A" antigeni alınmışdır. Bu antigen tək halda A(İİ) qruplu qanı formalaşdırdığı üçün bu qan ləkələri həmin qruplu şəxsə (şəxslərə), o cümlədən də eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər (İ cild, səh. 102-106). 16.«Ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası» barədə 18 oktyabr 2024cü il tarixli, 3051 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 97-99). 17.«Əşyanın maddi sübut kimi tanınması haqqında» 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ön hissəsində bir qədər solda bir ədəd, köynəyin arxa hissəsində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr olan bir ədəd köynək cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 119). 18.«Şübhəli şəxsin tutulması haqqında» 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 25). 19.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında» 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 66-67). 20.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 4(002)- 21/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 yanvar 2025-ci il tarixdən hesablamaqla 16 (on altı) gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 173-177). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 84). 22.İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (İ cild, səh. 121). 23.İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs uşaqlıq dostu olduğunu bildirmiş və yazdıqlarını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 30.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 31.«Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarında qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. ...təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. 32.Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan, yəni zərərçəkmiş şəxsin fəal müqaviməti və ona vaxtında tibbi yardım göstərilməsi səbəbindən baş verməmişdir. 33.Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, Əlövsəd onu bıçaqlayandan sonra daha çox bıçaqlamasına icazə verməyərək müqavimət göstərmişdir. 34.Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı suallara cavab olaraq bildirmişdir ki, o, Mətini qoyub qaçmamış, biraz aralanandan sonra təkrar yaxınlaşaraq Mətini xəstəxanaya aparmışdır. 35.Eyni zamanda, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyasına nəzər yetirdikdə həyat üçün mühüm orqanlara xəsarət yetirməsi təqsirləndirilən şəxsin hərəkətlərinin zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməyə yönəldiyini təsdiq edir. 36.Belə ki, məhkəmə-tibbi ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 704 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs ki, məhkəmə-tibbi ekspertizası zamanı daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə İX qabırğa proyeksiyasından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə 3 (üç) ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yaraları, sol bazu nahiyəsinin 2 (iki) ədəd deşilmiş - kəsilmiş yaraları aşkar edilmişdir. 37.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 38.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 39.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 40.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 41.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 44.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 46.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 47.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 48.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 49.Həmin Məcəllənin 63-cü maddəsində qeyd olunur ki, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. 51.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 52.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 9-cu bəndinə qeyd olunur ki, «...Cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir». 53.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. 54.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçü həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 55.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 56.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 57.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 60.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 61.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 4(002)- 21/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 yanvar 2025-ci il tarixdən hesablamaqla həbs növündə qətimkan tədbiri seçilmişdir. 62.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxs X2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 30 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. 63.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 65.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan, bir ədəd köynəyin Zərərçəkmiş şəxs qaytarılmasını (qəbul edilmədikdə məhv edilməsini) əsaslı hesab edir. 66.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 67.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 07 (yeddi) il 10 (on) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olaraq Bakı şəhəri Qaradağ rayon prokurorluğunda saxlanılan - bir ədəd köynək Zərərçəkmiş şəxs qaytarılsın (qəbul edilmədikdə məhv edilsin). Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev