Məhkəmə qərarları › İş №1(101)-1076/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1076/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1076/2023 18.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1982-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Laçın şəhəri, N.Nərimanov küçəsi, ev 47-də qeydiyyatda olub faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 5, mənzil 141-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə matemfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının «Davud» adlı vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmə, saxlama və daşıma barədə razılığa gələrək «Davud» adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində yerləşən parkda ağacların altında gizlətdiyi təmiz çəkisi 4,304 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və təmiz çəkisi 2,088 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini 20 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixə keçən gecə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 noyabr 2022-ci ildə saat 02.10-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsindəki parkda saxlanılaraq ünvan 1 ünvanında yerləşən 7-ci polis bölməsinə gətirilmiş, həmin gün saat 03:35-də xidməti otaqda üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf sellofan bükülünün içərsində, təmiz çəkisi 4,304 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 2,088 qram ağ rəngli, kristallik, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin ayrı-ayrı bükümlərdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 il olar ki, narkotik vasitələrdən, əsasən də heroindən istifadə edir. Ailəlidir, iki azyaşlı uşağı vardır. Qazandığı pulun böyük hissəsini narkotiklərin alınmasına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə adını bildirmək istəmədiyi şəxsin vasitəsi ilə şəxsi istifadəsi üçün heroin almaq məqsədilə tanımadığı şəxsin bank kartına 4 qram heroinə görə 140 manat pul köçürmüş və bundan sonra ona telefon vasitəsi ilə bildirilmiş Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayon Svetlana Məmmədova küçəsində yerləşən parkda ağacların altına qoyulmalı olan narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin parka 3 il müddətində tanıdığı Aynur adlı qadınla gəlmişdir. Aynur da onun kimi narkomandır, Aynurla dəfələrlə birlikdə narkotik qəbul etmişlər. Polislərə yalvararaq xahiş etmişdir ki, Aynurun onun işinə heç bir aidiyyatı yoxdur, onun buraxılmasını xahiş etmişdir. Polislər ona inanaraq Aynuru buraxmış, onu isə Binəqədi RPİ-nin 7-ci PB-nə aparmışlar. Onu saxlayan polis əməkdaşları Şahid1 və Şahid2 olmamışdır. Onu saxlayan şəxslərin adları Elçin və Rza adlı şəxslər olmuş, Amidi üzərinə baxış keçirilən zaman bölmədə görmüşdür. Şahid1 isə üzərinə baxış zamanı da görməmişdir. Polis bölməsinə aparılan zaman onun üzərində qanunsuz heç bir əşya olmamışdır. Baxışdan əvvəl Elçin və Rza adlı polis əməkdaşları onun üzərinə gödəkçəsinin sol iç cibinə bir ədəd sellofan bükülünü qoyaraq onu təhqiqatçıya özünə aid bükülü kimi təqdim etməsini bildirmiş, belə olan halda onu yüngül maddə ilə məsuliyyətə cəlb edəcəklərini demişlər. Ona qarşı polis əməkdaşları fiziki zor tətbiq etməmişlər. Üzərinə baxış keçirilməsinə dair DVD disk ona məhkəmədə nümayiş edildi. Həmin diskdə üzərinə baxışda iştirak edən polislərdən biri Şahid2, digəri isə Şahid1dur. Diskə baxışla əlaqədar heç bir əlavəsi yoxdur. Həmçinin ona telefonunda olan SMS məlumatları elan edilmişdir. Həmin məlumatlardan müəyyən olunur ki, onun nömrəsinə narkotik vasitələrin alınması ilə bağlı müraciətlər olmuş, həmin SMS yazışmalarda adı hallanan Aynur onun yanında olmuş Aynurdur. Aynurun soyadı və atasının adını bilmir, mobil telefon nömrəsini xatırlamır. Aynur ayrı-ayrı ünvanlarda kirayədə yaşadığı üçün ünvanını da bilmir. Aynur haqqında məlumatı müstəntiqə də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Bu tədbirdən əvvəl təqsirləndirilən şəxsi tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 20 noyabr 2022-ci ildə etimad doğuran mənbədən ona Köhnə Günəşli qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə polis bölməsinin rəisinə raportla məruzə etmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş,yaradılmış əməliyyat qrupuna qrupun rəhbəri kimi o, üzvü isə Şahid2 təyin olunmuşdur. 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ərazidə gizli müşahidə edərək saat 02:10-da Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində yerləşən parkda sonuncu ağacın altından nə isə götürüb hərəkət edən zaman onu saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Özlərini ona təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı şübhəli olduqlarını ona bildirmişdir. Təqsirləndirilən şəxs ağacın altından nə götürdüyünü soruşduqda etiraf etmişdir ki, həmin yerdən sellofan torba götürmüş, torbanın içində isə narkotik vasitələr vardır. Bundan sonra həmin torbaya baxış keçirmədən Təqsirləndirilən şəxs 7-ci polis bölməsinə aparmışlar. Orada təhqiqatçı tərəfindən vəkil dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah edildikdə o, müdafiəçisinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsini istəmişdir. Daha sonra inspektor-kriminalist tərəfindən videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, təhqiqatçı Təqsirləndirilən şəxs, üzərində olan əşyaları özü könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən özü könüllü və sərbəst olaraq əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü, sağ gibindən isə 1 ədəd «Nokia» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofana bükülmüş bükülü açılarkən içərisində 2 ədəd sellofan bükümünün olması müəyyən edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda açıldıqda birinin içərisində tünd qəhvəyi rəngli heroinə bənzər vasitə, digər bükümün içərisində isə metamfetaminə bənzər ağ kristalformalı maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bükümlərin birinin içərisində «kakos», yəni narkotik vasitə olan heroin, o biri bükümün içərisində isə «patı», yəni psixotrop maddə olan metamfetamin vardır. Həmin maddələri o, İran İslam Respublikasının vətəndaşına karta 140 manat pul ödəməklə tutulduğu parkda ağacın altından götürmüş, bundan sonra isə saxlanılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə ilə psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükülüdən aşkar edilmiş maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyulub möhürlənərək üzərində imzalar edilmiş, sonra şəxsi axtarış barədə protokol tərtib edilərək iştirakçılara oxunmuş və imzalanmışdır. O və həmkarı Şahid2 Təqsirləndirilən şəxs saxladıqları və bölməyə müşahidə etdikləri zaman ona qarşı fiziki zor və psixoloji təzyiqlər etməmişlər. Nə də ki, Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qimində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 20 noyabr 2022-ci ildə həmkarı Şahid1 etimad doğuran mənbədən Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 5, mənzil 141-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması ilə bağlı sonuncu tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və rəhbərliyin əmri ilə Şahid1la yanaşı o da əməliyyat qrupuna daxil edilmiş, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs gizli müşahidə etdikdən sonra saat 02:10-da Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində yerləşən parkda onu saxlayıb özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumatın yoxlanılması ilə əlaqədar 7-ci polis bölməsinə dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqları izah edilmiş, daha sonra onun hüquqlarının müdafiəsi ilə bağlı vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan əşyaları özü könüllü olaraq çıxarıb təqdim etsin. Bundan sonra könüllü və sərbəst olaraq Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü, sağ cibindən isə 1 ədəd «Nokia» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş, həmin bükülü təhqiqatçı tərəfindən açılarkən içərisində iki ədəd sellofan bükümünün olması müəyyən edilmişdir. Həmin bükümlər ayrıayrılıqda açıldıqda birinin içərisində tünd qəhvəyi rəngli, digərinin içərisində isə ağ kristalformalı maddələr olması aşkar edilmişdir. Gündüz Sadıqov bildirmişdir ki, bükümlərin birinin içərisində «kakos», yəni narkotik vasitə olan heroin, digərinin içərisində «patı», yəni psixotrop maddə olan metamfetamin vardır. Həmin maddələri o,adını xatırlamadığı İran İslam Respublikasının vətəndaşından telefon vasitəsi ilə 140 manat pulu sonuncunun bildirdiyi karta köçürməklə əldə etmiş, həmin maddələrin qoyulduğu yeri iranlı telefon vasitəsi ilə ona bildirəndən sonra o, Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsində yerləşən parkın içərisinə gələrək şam ağacının altından içərisində «kakos» və «patı» olan bükümü götürüb cibinə qoymuş və bir qədər getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş maddələr ekspertizaya göndərilməsi üçün zərfə qoyulub möhürlənərək üzərində baxışın bütün iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalar edilmişdir. Bundan sonra təhqiqatçı tərtib etdiyi şəxsi axtarış barədə protokolu baxışın iştirakçılarına elan etmiş və həmin protokol baxışın bütün iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. İstər saxlanılan zaman, istərsə də polis bölməsində olan zaman Təqsirləndirilən şəxs qarşı onun və digər polis əməkdaşları tərəfindən heç bir təzyiq olmamış, saxlanılan zaman üzərinə baxış keçirməmişlər. Lakin Təqsirləndirilən şəxs özü onlara etiraf etmişdir ki, üzərində şəxsi istifadəsi üçün narkotik vasitə gəzdirir və bölməyə getməyə etiraz etmir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Binəqədi RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin rəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr Sevtlana Məmmədova küçəsində yerləşən parkda xx.xx.2022-ci il tarixdə saat 02:10-da saxlayaraq Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nə gətirmişlər. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuş və barəsində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 02:50-də Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Həmin protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Məmmədov Mübariz tərəfindən protokola əlavə və qeydlər daxil edilmədi, protokolun düzgünlüyünü imzaları ilə təsdiq etməklə tutmanın məhz xx.xx.2022-ci il tarixdə baş verdiyini təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq təsdiq edilmiş ərizədən onun üzərinə vəkilin iştirakı olmadan keçiriləcək şəxsi axtarış və götürmə aparılmasına dair heç bir etirazının olmadığını müəyyən olunur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təyin olunmuş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı iştirak etməkdən imtina etmiş və protokol iştirakçılar və o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, müdafiəçi Məmmədov Mübariz iştirakı olmadan videoçəkiliş aparılmaqla Binəqədi RPB-nin 7-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik oal biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunduqdan sonra o, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükülünü və gödəkçəsinin sağ cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə baxış keçirilən bükülünün içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə və ağ rəngli kristal formalı maddə olan 02 ədəd şəffaf selofana bükülmüş büküm olması aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni iran vətəndaşından telefon vasitəsilə aldığını və 140 manat pul ödədiyini, pulu ödədikdən sonra Bakı şəhəri Binəqədi rayonu 6 mkr Svetlana Məmmədova küçəsində yerləşən parkda olan şam ağacının dibindən götürdüyünü, götürüb uzaqlaşmaq istəyən zaman yaxalandığını bildirmişdir.Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd büküm zərfə qoyularaq Binəqədi RPİ-nin 7-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş 176 nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən imzalanmış, əlavə olaraq iştirakçılar tərəfindən şikayət, təklif və protokola dair qeydlər daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində verilən təqdimat qismən təmin edilərək onun barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefona baxış keçirilən zaman “aztelekom.az” saytında olan məlumatlara əsasən İran İslam Respublikasına aid olan “Hebib” (+**********25), “Rövşan” (+**********76), “Seccad” (+**********82), “Yavər” (+**********58) adların olması aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına və onların anten dairəsinə dair məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, istintaqa məlum olmayan +**********73 saylı mobil nömrənin sahibi tərəfindən Təqsirləndirilən şəxs məxsus olan +**********62 saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 20:09-da «Qaqa torpaq götürdüm.elaqe yarat.mənlə.ay Qaqa.dermanın pulu qaldı.oğlan vurmadı.Aynurda70m vurmalıdır.mene niye cavab vermirsiniz», xx.xx.2022-ci il tarixdə saat 01:17-də «Qaqa kola 1q 40dan vere bilersen? daşda50m. Qaqa 05q 40:45şə ver ucuz verməde ele veriridikde qaqa», saat 01:19-da «Qaqa 170m b6nloi 4edir.30dadermanqurban olum kömək et sataq», saat 01:20-də «Torpaq deyir çox güclüdür», saat 01:21-də «Pulu bu karta vur: ABB.5522.0993.4830.5814», xx.xx.2022-ci il tarixdə saat 21:05-də istintaqa məlum olmayan **********47 saylı mobil nömrənin sahibi tərəfindən Təqsirləndirilən şəxs istifadə etdiyi **********62 nömrəsinə «Qaqa 5 manatliqda pati qoyda» məzmunlu ismarıc (sms) gəlmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi **********62 nömrəsindən istintaqa məlum olmayan **********06 nömrəsində «Pulu bu karta vur: ABB.5522.0993.4830.5814» məzmunlu ismarıclar (sms) göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixdə “təqsirləndirilən şəxsi əlavə dindirmə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq “Hebib” (+**********25), “Rövşan” (+**********76), “Seccad” (+**********82), “Yavər” (+**********58) qeyd olunan şəxslərin İran İslam Respublikasının vətəndaşları olmasını bildirmiş və həmin nömrələri ona tanımadığı şəxslər tərəfindən verilərək, əgər narkotik vasitə lazım olarsa onlarla əlaqə saxlayıb narkotik əldə edəcəyini bildirmişlər. Əlavə olaraq +**********06, +**********47 və +**********73 saylı nömrələrlə narkotik vasitə əldə etmək üçün əlaqə saxladığını və ABB.5522.0993.4830.5814 Zema adlı qadına mənsub olduğunu və onun anket məlumatlarını bilmədiyin bildirmişdir. Bununla da, Təqsirləndirilən şəxs fəal formada narkotik vasitə və psixotrop maddələrinin yayımı ilə məşğul olması, bu hərəkətləri həyata keçirmək üçün digər şəxslərlə qabaqcadan əlbir olması öz təsdiqini tapmışdır. Telefon məlumatları ilə Təqsirləndirilən şəxs İİR vətəndaşları ilə əlaqələri olması da təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2022-ci il tarixli 6/6680 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №176» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs «imza»… ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,304 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 2,088 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2022-ci il tarixli 7353 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli 33303 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Yüsif oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, məhkumluğu yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki,Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış sənədlərdən Təqsirləndirilən şəxs 12 və 10 yaşlı iki azyaşlı övladının olduğu müəyyən olunur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında» xx.xx.2023-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 4,254 qram narkotik vasitə heroin, 2,038 qram metamfetamin və 01 ədəd “Nokia” saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs mənsub 1 ədəd DVD disk və "xxxx" MMC-dən götürülmüş məlumatların olduğu 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının “Davud” adlı vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixtrop maddə metamfetamini satış məqsədilə əldə etmə, saxlama və daşıma barədə razılığa gələrək “Davud” adlı şəxsin Bakı şəhəri Binəqədir rayonu 6mkr Svetlana Məmmədova küçəsində yerləşən parkda ağacların altında gizlətdiyi təmiz çəkisi 4,304 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 2,088 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə mütamfetamini 20 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixə keçən gecə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 noyabr 2022-ci il tarixdə saat 02:10-da Binəqədir RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o şəxsin Bakı şəhəri Binəqədir rayonu 6mkr Svetlana Məmmədova küçəsində yerləşən parkda saxlanılaraq Bakı şəhəri Binəqədir RPİ-nin 7-ci PB-nə gətirilmiş, həmin gün saat 03:35-də xidməti otağda üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülünün içərisində təmiz çəkisi 4,304 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 2,088 qram ağ rəngli, kristallik kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə mütamfetamini ayrı-ayrı bükümlərdə aşkar olunaraq götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona yeni ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərdə özünü təqsirli bilməsədə xx.xx.2022-ci il tarixdə adını bildirmək istəmədiyi şəxsdən şəxsi istifadəsi üçün 4 qram heroin əldə etməsinə dair razılığa gələrək sonuncunun bildirdiyi karta 140 manat pul göndərdiyini bildirmiş, həmin heroini götürən zaman polis əməkdaşları tərəfindən yaxalanmış və üzərinə baxış keçirilən zaman həmin heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs telefon məlumatlarından da müəyyən olunur ki, ona narkotik vasitə və psixotrop maddələrin alqısı məqsədilə müraciətlər mütəmadi olmuş və həmin müraciətlərini təmin etmişdir. Belə olan halda məkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunmasını əsaslı və qanuni hesab edir. Belə ki, Təqsirləndirilən şəxs telefonunda ayrı-ayrı İİR vətəndaşlarının telefon nömrələrinin mövcudluğu, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci il arixdə verdiyi ifadəsində İİR vətəndaşı ilə sosial şəbəkə vasitəsilə tanış olduğunu, həmin şəxsin təqdim etdiyi kartın rekvizitlərinə əsasən o karta 140 manat köçürərək 5 qram “kakos” və 2 qram “patı” əldə etdiyini göstərməsi, fəal şəkildə ayrı-ayrı şəxslərlə narkotik vasitə və psixotrop maddələri əldə etməklə yayması onun CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulduğu qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədilə cinayəti törətməsini tam sübuta yetirmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdada psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımasını, yəni CM-nin 234.4.3-cü madəsində nəzərdə tutulan əməli törətməsini şübhə etmir. Belə ki, Təqsirləndirilən şəxs ayrı çeşidlər olan narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda və külli miqdar daxil olmaqla aşağı hədlərindən qat-qat artıq əldə etməsi onun bu əşyaları həm külli miqdarda, həm də məhz satış məqsədilə əldə edilməsini tam sübuta yetirir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində 2011 və 2013-ci il tarixli uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlqıdan məhrum etmə növündə cəza təyin etdikdə cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 4,254 qram narkotik vasitə heroin və 2,038 qram metamfetamin məhv edilməli, şəxsi axtarış və götürməni əks etdirən və "xxxx" MMC-dən daxil olmuş DVD və CD disk cinayət işinin materiallarına əlavə edilməli, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan “Nokia” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Maddi sübutların məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 36 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertizadan sonra qalıq qalan 4,254 qram narkotik vasitə heroin və 2,038 qram metamfetamin məhv edilməli məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və “Nokia” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Maddi sübutların məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı isə müdafiəçi X5 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar