Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1076/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X11, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X14 və X9, tərcüməçi X10, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin üvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 16:30-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Nərgiz” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan “Nərgiz” adlı şəxs və qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində gizlətməklə saxladıqları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in l siyahısına daxil olan külli miqdarda 5010,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 ünvanının yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:50- də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada 11 iyun 2023-cü il tarixdə saat 00:41-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı təmiz çəkisi külli miqdarda 5010,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 10 iyul 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə Sevinc Yusifova ilə əyləşmiş və Sevinc ona sosial şəbəkədəki danışıqlarını göstərib 100 manat pul göndərdiyini, qarşılığında 10 qram marixuana atacaqlarını demişdir. Bundan 5-10 dəqiqə keçdikdən sonra o, marketə getmək adı ilə evdən çıxmış, məhəllədə yolun kənarındakı taksi ilə həmin ünvana getmiş, çatdıqda taksi dayanmış, o düşüb görmüşdür ki, qara bir kisə var. O, elə həmin andaca geriyə dönərək iri addımlarla maşına doğru hərəkət etməyə başlamışdır ki, həmin kisəni ora qoyublar, arxadan 3-4-ü mülki geyimdə olmaqla, 5-6 nəfər onu tutmuş, taksi isə ərazidən uzaqlaşmışdır. Onu maşına əyləşdirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmiş, orada onu döyüb, işgəncə verərək təhqiqatçının gələcəyini və həmin kisənin ona məxsus olmasını boynuna almasını tələb etmişlər. Daha sonra başqa bir nəfərin gələcəyini və kisənin ona məxsus olduğunu bildirməsini istəmişlər. Həmin şəxs səhv etmirsə, Babək adında olmuşdur. Həmin şəxs gəldikdə də o, kisənin özünə məxsus olmadığını, onu şərlədiklərini demiş, həmin şəxs də onu vurmuş və daha əvvəl onu döyən şəxslərə “bəs deyirdiniz boynuna alacaq?”- deyərək getmişdir. Daha sonra ona yenə işgəncə verməyə başlamışlar. Dözülməz işgəncələrdən sonra o razılaşmış və onu aşağıya, təhqiqatçının otağına aparmışlar. 1 dəfə videoçəkiliş olmuş, növbəti gün müstəntiq gəlmiş, o, rus sektorunda təhsil aldığı üçün yenidən videoçəkiliş olmuş və təqdim edilmiş sənədləri imzalamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan vaxt əlində heç nə olmadığını, qaçdığını, lakin onu tutub təpiklə vuraraq yerə yıxdıqlarını, Şahid1 də onu saxlayan polis əməkdaşlarından biri olduğunu, onu saat 22 radələrində saxladıqlarını, polis əməkdaşları onu avtomobilə əyləşdirdikdən sonra özlərini təqdim etdiklərini, saxlanılan vaxt piyada hərəkətdə olduğunu, onu saxlayan və ona qarşı zor tətbiq edən polis əməkdaşlarından birinin Şahid2 olduğunu, sellofan torbanı gördükdə, həmin torbanı polis əməkdaşlarının qoyduğunu düşünüb oradan qaçmağa başladığını, hadisə yerinə taksi ilə getdiyini, hətta polis əməkdaşları sonradan taksi sürücüsünün şəklini ona göstərib həmin şəxsin kim olması ilə maraqlandıqlarını, 10 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsinə 10 qram narkotik vasitə marixuana götürmək üçün getdiyini, saxlanılan vaxt taksi sürücüsünün də hadisə yerində olduğunu, o, qaçmağa başlayanda sürücünün də avtomobillə hadisə yerindən uzaqlaşdığını, polis əməkdaşları sürücünün avtomobilini təpikləsə də, saxlaya bilmədiklərini, lakin onu saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqlarını, Nərgiz adlı tanışının 10 qram narkotik maddənin qeyd olunan ünvanda olacağını bildirdiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində narkotik maddənin ona məxsus olduğunu etiraf etməsini istəsələr də, qəbul etmədiyini, ona qarşı fiziki və psixi zor tətbiq etdiklərini, razılaşaraq videçəkiliş vaxtı narkotik maddənin ona məxsus olduğunu etiraf edəcəyini bildirdiyini, ilk dəfə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış keçirən zaman narkotik maddənin ona məxsus olmadığını bildirdiyini, buna görə də videoçəkilişi dayandırıb onu döyməyə başladıqlarını, növbəti gün günorta saatlarında içəri gün işığının düşməməsi üçün pəncərələri bağlayaraq yenidən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxışın keçirdiklərini, 10 qram marixuana üçün getdiyini dostu Bağırbəy Zöhrabov və qardaşı Coşqun Piriyevin təsdiq edə bildiyini, səhv etmirsə, taksi sürücüsünün adının Mehdi olduğunu bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu məhkəməyədək icraat zamanı 12 iyun 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 ilə yaxın müddətdən bəri “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı qəbul edir. Həmin narkotik vasitəni Bakı şəhərində üzdən tanıdığı, lakin digər anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etmişdir. 10 iyun 2023-cü il tarixdə axşam vaxtı tanışı “Nərgiz” adlı şəxs onunla telefon əlaqəsi saxlayıb Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində ona göndərilən narkotik vasitə qurudulmuş marixuana gizlədildiyini bildirib ondan xahiş etmişdir ki, gedib həmin narkotik vasitəni gizlədildiyi yerdən götürüb özündə saxlasın və sonra dediyi vaxtda narkotik vasitəni aparıb ona versin, əvəzində isə ona özü qəbul etməsi üçün narkotik vasitə qurudulmuş marixuana verəcəkdir. O da “Nərgiz” adlı şəxslə arasında olan münasibətə və eyni zamanda ona narkotik vasitə verəcəyinə görə həmin şəxsin təklifi ilə razılaşmışdır. “Nərgiz” adlı şəxs narkotik vasitənin Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində gizlədildiyi yeri ona dəqiq olaraq başa salmış və narkotik vasitənin Ə.Naxçıvani küçəsinə Azadlıq prospekti tərəfdən daxil olub birinci yaşayış binasını keçdikdən sonra sağ tərəfdə yerləşən mağazanın arxa tərəfində binanın həyətində yerləşən işıq şitinin yanında gizlədildiyini bildirmişdir. O da “Nərgiz” adlı şəxsin təklifi ilə razılaşdıqdan sonra həmin gecə tanımadığı taksi avtomobili ilə onun dediyi yerə gəlmiş, gəldiyi həmin taksinin pulunu ödəyib taksini yola saldıqdan sonra narkotik vasitənin gizlədildiyi yeri müəyyən edib həmin narkotik vasitəni oradan götürmüşdür. Narkotik vasitə qara rəngli sellofan torbanın içində olmuşdur. O, əvvəlcə torbanı yoxlamış, yəni torbanın ağzını aralayıb narkotik vasitənin iyini hiss etmişdir. O, həmin torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğuna əmin olduqdan sonra içərisində narkotik vasitə olan qara rəngli sellofan torbanı gizlədildiyi yerdən götürüb əlində daşıyaraq əsas yola, yəni Ə.Naxçıvani küçəsinə gəlmişdir ki, oradan başqa bir taksi avtomobilinə əyləşib oradan uzaqlaşsın. O, Ə.Naxçıvani küçəsində olduğu zaman saat 23 radələrində ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O da yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi və tərcüməçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində saxladığı qara rəngli sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əlində saxladığı həmin sellofan torbanı, əynindəki şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu və 22 manat pulu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Onun təqdim etdiyi qara rəngli sellofan torba polis əməkdaşları tərəfindən açıldıqda torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edildikdən sonra həmin sellofan torba polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbanın içində olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı “Nərgiz” adlı tanışının xahişi ilə həmin gün axşam vaxtı gedib Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində gizlədildiyi yerdən götürdüyünü, həmin narkotik vasitəni aparıb “Nərgiz” adlı tanışına verəcəyini və bunun əvəzində həmin şəxsin ona özü istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini bildirmişdir. Təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, üzərindən aşkar edilmiş 22 manat pul onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokol düzgün tərtib olunduğundan imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ifadələrində “Nərgiz” adlı şəxsi təxminən 1 ilə yaxın müddətdir tanıdığını, həmin şəxsin soyadını və atasının adını, mobil telefon nömrəsini və yaşadığı ünvanı bilmədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünün də polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. İbtidai istintaqın gedişində Təqsirləndirilən şəxs oğlu verdiyi həmin ifadəsini dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs oğlunu əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğlunun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında 3 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, qrupun digər üzvləri Şahid2 və Şahid3 olmuşdur. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsinə yollanmış, saat 22:50 radələrində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirib Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçi və tərcüməçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanı təqdim edərək, həmin sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni “Nərgiz” adlı tanışının xahişi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindən götürdüyünü, aparıb həmin şəxsə təhvil verməli olduğunu, bunun qarşılığında şəxsi istifadəsi üçün müəyyən miqdarda qurudulmuş marixuana əldə edəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 saxlanılan vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, başqa şəxsin əməliyyat tədbirinə cəlb olunmadığını, əməliyyat məlumatının ona 10 iyun 2023-cü il tarixdə daxil olduğunu, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olduğunu, saxlanılan vaxt Təqsirləndirilən şəxs əlində 01 ədəd qara rəngli sellofan torba aşkarlandığını, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə 1 dəfə şəxsi axtarış və baxış keçirildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs oğlunu əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 10 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğlunun narkotik maddələrin qanunsuz satışı və gəzdirməsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında 3 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Qrupa rəhbərliyi Şahid1 etmiş, qrupun digər üzvləri o və Şahid2 olmuşdur. 10 iyun 2023-cü il tarixdə, saat 22:50 radələrində xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini tələb etmişlər. Yaxınlaşan vaxt Təqsirləndirilən şəxs əlində 01 ədəd qara rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, həmin şəxsə narkotik maddələrin qanunsuz satışı və gəzdirməsi ilə məşğul olmasında şübhəli bilindiyini bildirmişlər. Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu könüllü şəkildə etiraf etmiş və bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçi və tərcüməçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncu könüllü şəkildə əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanı təqdim edərək, həmin sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni “Nərgiz” adlı tanışının xahişi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindən götürdüyünü, aparıb həmin şəxsə təhvil verməli olduğunu, bunun qarşılığında şəxsi istifadəsi üçün müəyyən miqdarda qurudulmuş marixuana əldə edəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmiş və daha sonra həmin narkotik vasitənin səhv etmirsə 5 kiloqram qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs qarşı saxlanılan vaxt və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətlərinin edilmədiyini, saxlanılan vaxt Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu, əlində qara rəngli sellofan torbanın olduğunu, Təqsirləndirilən şəxs özünün könüllü şəkildə əlindəki qara rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyini, tərcüməçinin adını xatırlamadığını, saxlanılan vaxt Təqsirləndirilən şəxs onlara qarşı hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşının daxil olduğu əməliyyat qrupu tərəfindən saxlanıldığını, Təqsirləndirilən şəxs orta təhsilini rus bölməsində aldığını bildirdiyindən onun üzərinə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkətinin təhqiqatçı tərəfindən müdafiəçi və tərcüməçinin iştirakı ilə videoçəkiliş vasitəsilə həyata keçirildiyini, videoçəkilişin 1 dəfə olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında verdikləri ifadələrə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlunu tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxsin səhifəsində olan şəkilləri bəyənmiş, daha sonra həmin şəxs ona yazmağa başlamış, “nəşə” istifadə etdiyini bildikdən sonra həmin şəxs ona narkotik maddə olan ünvanın yerini bildirəcəyini demişdir. Hadisənin üzərindən bir müddət keçdikdən sonra həmin şəxs hər gün ona zəng etmiş, o cavab verməmişdir. Daha sonra həmin şəxs 20 manat qarşılığında ona narkotik maddə verə biləcəyini bildirmişdir. O, həmin şəxsin kart hesabına 20 manat atdıqdan sonra narkotik maddənin olduğu ünvan və həmin ünvanın şəkli ona göndərilmişdir. O, bu barədə Təqsirləndirilən şəxs dedikdə yanlarında başqa dostları da olmuşdur. Həmin şəxslər Təqsirləndirilən şəxs göndərilən ünvana getməməli olduğunu, göndərilən ünvanın tələ ola biləcəyini deyib getməmək barədə razılaşmışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs siqaret almağa getdiyini desə də, sonradan Təqsirləndirilən şəxs Mehdi adlı taksi sürücüsü ilə birgə ona göndərilən ünvana getdiyi məlum olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq əlavə şahid Sevinc Yusifova Təqsirləndirilən şəxs ilə göndərilən ünvana getməmək barədə razılığa gəlsələr də, siqaret almaq adı ilə sonuncunun həmin ünvana getdiyini, həmin şəxsə göndərdiyi 40 manat məbləğində pulun müqabilində 1 qutu narkotik maddə verməli olduğunu, həmin ünvanı Təqsirləndirilən şəxs göstərdiyini, lakin həmin şəxsin oraya Təqsirləndirilən şəxs gedəcəyini, Təqsirləndirilən şəxs tutulduğunu həmin gün bilmədiyini, təxminən 2-3 gün sonra öyrəndiyini, hadisənin dəqiq tarixini xatırlamadığını bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlu onun qardaşı olmaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Yaşadıqları evdə oturan vaxt X15 İslam Respublikasının vətəndaşı olan şəxsdən “sms” gəldikdən sonra qardaşı Təqsirləndirilən şəxslə həmin ünvana getməmək barədə razılaşmışlar, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs siqaret almaq adı ilə evdən çıxmış, bir müddət xəbər almadıqlarına görə sonuncunun mobil telefonuna zəng etsələr də, zəngə cavab verməmişdir. Məhəlləyə çıxıb Təqsirləndirilən şəxs görən şəxsin olub-olmaması barədə maraqlandıqda, qonşuları Təqsirləndirilən şəxs Mehdi adlı taksi sürücüsünün avtomobilinə əyləşərək harasa getdiyini bildirmişlər. Həmin gün Mehdinin mobil telefon nömrəsini tapa bilməsələr də, növbəti gün tapıb həmin şəxslə əlaqə saxlamışlar. Mehdi adlı şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs dediyi ünvana apardıqdan sonra sonuncu avtomobildən düşmüş, Mehdi geri qayıtdıqda Təqsirləndirilən şəxs qaçdığını, ardınca 3-4 nəfər şəxsin gəldiyini, həmin şəxslərin Təqsirləndirilən şəxs vurduqlarını görmüşdür. Həmin şəxslər Mehdinin də avtomobilinə təpiklə vurmuş, Mehdi qorxub hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq əlavə şahid X18 Yusifovaya göndərilən yerə 10 qram marixuana qoyulacağını bildiyini, Təqsirləndirilən şəxs həmin ünvana getməsindən məlumatının olmadığını, Təqsirləndirilən şəxs marixuana istifadə etməsini görməsə də, istifadə etdiyindən xəbərdar olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “İsmayıl” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 13-6/7244/23 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin idarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6, 7-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə saat 22:50-də Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına, eləcə də əlində saxladığı sellofan torbaya baxış keçirilməsinə yerində şərait olmadığına görə müşayiət altında həmin sellofan torba ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 23; 25) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı hüquq və vəzifələri izah edildikdən, üzərində hər hansı qanunsuz əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs oğlu əlində saxladığı qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin sellofan torbanı, daha sonra isə əynində olan ağ rəngli şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, 22 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, sellofan torba açılarkən sellofan içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkarlanmışdır. Bundan sonra, qara rəngli sellofan torba qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, “İphone” markalı mobil telefon götürülmüş, 22 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 36, 38-40) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/845 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan qara rəngli polietilen torbada üzəri skoçla bağlanmış qara rəngli sellofan torbadakı ağ rəngli sintetik torbada təmiz çəkisi, 5010,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 5010,0 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra, 5009,8 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 52-53) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 74-75) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 894/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1434/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 108-112; 242-246) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi 5009,8 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmişdir. (Cild 1, iş vərəqə 125-126) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş 01 ədəd “İphone” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 135) Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun əvvəllər məhkumluğu olmamışdır. (Cild 1, iş vərəqə 149) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1329/2023 nömrəli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin tarixli 5(005)-1056/2023 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə aid qərarı qanuni və əsaslı hesab edilmişdir. (Cild 1, iş vərəqə 141; 156-158) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1/3032 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 150) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X16 xx.xx.2023-cü il tarixli, 9026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 160) Abşeron rayon İcra Hakimiyyətinin Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 163) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X22 Ambulator X3 üzrə xx.xx.2023-cü il tarixli, 4123 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda müayinə zamanı kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 192-193) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-7/2- 11703/2023 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsinə dair məlumatlar əldə edilmişdir. (Cild 1, iş vərəqə 229) xx.xx.2023-cü il tarixli “Sübutlar qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5009,8 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilərək saxlanılmasından ötrü BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “İphone” markalı mobil telefonun yaxın qohumlarına qaytarılması qərara alınmış, Təqsirləndirilən şəxs oğlunun ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 270-283) xx.xx.2023-cü il tarixli “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 286-287) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 291-292) Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 576-c-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması faktı ilə əlaqədar toplanmış material üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-2430/2024 nömrəli məktubundan görünür ki, təcridxanaya daxil olarkən keçirilmiş ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs oğlunun bədənində xəsarət aşkar edilməmiş, sol qasıq nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı çapıq toxuma müşahidə olunmuşdur. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidlərin dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs oğlu məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini desə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi zorakılıq etmədiklərini söyləmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-2430/2024 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmamış, sol qasıq nahiyəsində cərrahiyyə əməliyyatından sonrakı çapıq toxuma müşahidə olunmuşdur. Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli, 576-C-23 nömrəli məktuba əsasən isə Təqsirləndirilən şəxs oğlunun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması faktı üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlunun polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs oğlunun dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs oğlu məhkəməyə verdiyi ifadəsində 10 qram marixuananı əldə etmək üçün getdiyini, saxlanılarkən taksi sürücüsü Mehdi adlı şəxslə olduğunu, ona aid olmayan qara rəngli kisəni görüb uzaqlaşmağa çalışdığı zaman 6-7 nəfər polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşlarının videoçəkiliş zamanı ittihamda qeyd edilən narkotik vasitə marixuananı təqdim edərək özünə məxsus olduğunu söyləməyə məcbur edildiyini desə də, şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 5 ünvanının yaxınlığında saxlanıldığını, əməliyyat tədbirində başqa şəxslərin iştirak etmədiyini, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütləsinin təqdim edilmədiyini, hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə marixuananı təqdim etdiyini və həmin maddənin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 7-8-ci vərəqində olan əmrdən görünür ki, yaradılmış əməliyyat qrupunun tərkibində Şahid1, Şahid3 və Şahid2 olmuşdur. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarının 1-ci cildinin 38-40-cı vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əlində saxladığı 01 ədəd qara rəngli sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, aşkarlananlar qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmin protokollardan görünür ki, sellofan torba “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/845 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan bir ədəd bağlamanın tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 01 ədəd qara rəngli polietilen torbada ümumi təmiz çəkisi 5010,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlunun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında dəvət edilmiş əlavə şahidlərin ifadələri ayrı-ayrılıqda təhlil edilmiş, həmin ifadələrin sübut əhəmiyyəti daşıyıb-daşımaması araşdırılmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlər Təqsirləndirilən şəxs oğlunun qardaşı və onun yaxın tanışıdır. Həmin şəxslər məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs sonuncu dəfə yaşadıqları evdə gördüklərini demiş, yəni Təqsirləndirilən şəxs saxlanıldığı ünvanda olmamış, sonuncunun saxlanılmasını, əlində narkotik vasitənin olub-olmamasını görməmişlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə əlavə şahid qismində dindirilmiş X5 və X4 verdikləri ifadələrində iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat olmadığına görə sübut kimi qəbul etmir. Həmçinin, müdafiə tərəfi Təqsirləndirilən şəxs oğlunu saxlanıldığı ünvana, yəni ünvan 3ün adının Mehdi olmasını iddia etsələr də, bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı ifadə verərkən ondan fərqli tarixlərdə 2 dəfə taksi sürücüsünün anket məlumatları barədə müstəntiq tərəfindən sual verilməsinə baxmayaraq, həmin şəxsin anket məlumatlarını bilmədiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı Mehdi adlı şəxsin adını çəkməsi məhkəmə üçün şübhə doğurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Bu səbəbdən, müdafiə tərəfinin həmin mövqeyi məhkəmə tərəfindən özünümüdafiə xarakterli hesab edilir. Bundan başqa, müdafiə tərəfi şəxsi axtarış və götürmə istintaq hərəkətinin 2 dəfə, yəni həmin istintaq hərəkətinin birinci dəfə tərcüməçinin iştirakı olmadan, növbəti gün isə tərcüməçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə aparıldığını söyləsələr də, həmin hal məhkəmə araşdırması zamanı təsdiq edilməmiş, əksinə cinayət işinin materialları, şahid ifadələri ilə müvafiq istintaq hərəkətinin bir dəfə, yəni 11 iyun 2023-cü il tarixdə saat 00:41-dən başlanmaqla həyata keçirildiyi müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, əmr və raportlar müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin və tərcüməçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi və tərcüməçi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Babayev X8 Murad Rahib oğlu və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 109-cu bəndinə müvafiq olaraq narkotik vasitə olan marixuananın qurudulmuş halda təmiz çəkisi 5 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 50 (əlli) qramdan artıq çəkidə olduqda külli miqdar, 500 (beş yüz) qramdan artıq çəkidə olduqda xüsusilə külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 5010,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlunda aşkarlanmış narkotik vasitə olan marixuananın təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 1002 dəfə çoxdur. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrindən görünür ki, o, tanışı “Nərgiz” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs oğlunun narkotik vasitəni əldə etdiyi mənbəyin müəyyən edilməsi üçün hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair etimad doğuran müvafiq əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs oğlu cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(005)-894/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs oğlunun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, həmin tarixdən Təqsirləndirilən şəxs oğlu bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs oğlundan 72 (yetmiş iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5009,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli, 4123 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlu narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5009,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1076/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1076/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver