Məhkəmə qərarları › İş №1(101)-1077/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1077/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1077/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1996-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, Masallı şəhəri, Hakimiyyət prospekti, ev 28-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu 26 mart 2020-ci il tarixdə saat 13-14 radələrində satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən gümüşü rəngli kağız kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini öz istifadəsi üçün əldə edib üstündə saxlamaqla daşımış, Bakı şəhəri Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart 2020-ci il tarixdə saat 17:30 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmiş, İdarənin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə olmaqla təmiz çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Asim” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yol kənarına yerləşdirdiyi qəhvəyi rəngli paketin içərisində bir ədəd şəffaf polietilenə bükülü vəziyyətdə, külli miqdarda, təmiz çəkisi 1144,0 qram olan, qəhvəyi rəngli maddə kütləsi, narkotik vasitə hesab edilən heroini və bir ədəd bükümdə təmiz çəkisi 175,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 10 dekabr 2020-ci il tarixdə səhər saatlarında həmin yerdən götürüb sonradan «Asim» adlı şəxsin tapşırığına əsasən əvəzində 400 manat ödəniləcəyi şərti ilə onun deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədilə daşımaqla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində istintaqa məlum olmayan yerdə saxlamış, 13 dekabr 2020-ci il tarixdə günorta saatlarında «Asim» adlı şəxsin tapşırığına əsasən Abşeron rayonu Xırdalan şəhərində olduğu zaman ona deyəcəyi şəxsə çatdırmaq üçün həmin narkotik vasitələri saxladğı yerdən götürüb üzərində saxlamaqla daşımış, lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 13 dekabr 2021-ci il tarixdə saat 17:00 dəqiqədə Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava qəsəbəsi 95 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 29cu PŞ-nə gətirilmiş, Şöbənin inzibati binasında əlində olan göy rəngli polietilen torbaya keçirilmiş baxış zamanı qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıdığı külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 1144,0 qram, qəhvəyi rəngli maddə olan, narkotik vasitə hesab edilən heroin və bir ədəd bükümdə təmiz çəkisi 175,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, lakin CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir. Belə ki, o, həqiqətən narkotik vasitə olan heroindən istifadə edir. Bu məqsədlə ayrı-ayrı şəxslərdən istifadə etməsi üçün həmin heroindən əldə etmişdir. 26 mart 2020-ci il tarixdə saat 14 radələrində o, «Şamaxinka» adlanan ərazidə olarkən orada avtobus dayanacağının yanında yerdə balaca, gümüşü rəngli kağız bükümünü görmüş və bu büküm onda maraq oyandırdığı üçün onu götürmüşdür. Oradan aralanaraq həmin bükümü açmış və içində heroinə bənzər maddənin olduğunu görmüşdür.Bükümü tapdığı günün axşamı həmin maddənin bir hissəsini istifadə edərək heroin olmasına əmin olmuşdur. Buna görə də, o, həmin heroini sonradan istehlak etmək məqsədi ilə göstərilən bükümün içində saxlayıb, bükümü bükərək əynindəki göy rəngli şalvarının sağ cibinə qoymuşdur. 27 mart 2020-ci il tarixdə günorta saatlarında qohumu Şahid3 ilə birlikdə başqa bir qohumunun xəstəliyi ilə ələqədar sonuncunun yanına getmişlər. Həmin gün saat 17 radələrində Məliklə ünvan 5 ünvanın qarşısında olduqları zaman onlara 2 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini Bakı şəhəri Yasamal rayon Polis ldarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları kimi təqdim edərək onların narkotik vasitələri qəbul etmələrindən şübhələndiklərini və onlarla birlikdə Yasamal RPİ-nə getmələrini demişlər. O və Məlik həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə getmiş, Yasamal RPİ-nin inzibati binasının 3-cü mərtəbəsində yerləşən xidməti otaqların birində baş təhqiqatçı Elnur Hacıyev vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, təhqiqatçı şəxsi axtarış keçirməyə başlayarkən üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü çıxarıb təqdim etməsini təklif etmiş, o, özü könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içindəki maddə heroin olduğunu demişdir. Həmin bükümdə olan heroinin qablaşdırılmış, protokol tərtib edilmiş və o, həmin protokolu hamı kimi öz imzası ilə təsdiq etmişdir. Baxış zamanı ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Bundan sonra ayrıca olaraq qohumu Məlikin üzərinə də baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Məlikin onun əməlində heç bir iştirakı və xəbəri olmamışdır. Bu əməli ilə bağlı ilk gün şübhəli şəxs qismində həbsdə olmuş, lakin Bakı şəhəri Yasamal rayon məhkəməsi onu həbsdən azadan edərək barəsində 03 ay müddətə ev dustaqlığı növündə qətimkan tədbiri seçmiş və o həbsdən azad edilmişdir. Digər epizod üzrə isə bildirir ki, «Asim» adlı İran İslam Respublikası vətəndaşını tanımır, ondan İİR-dan Azərbaycana göndərməklə narkotik vasitələri əldə etməmiş, bu barədə danışıqları olmamış, sonuncu ilə «İnstagram» sosial şəbəkəsində danışmamışdır. 10 dekabr 2020-ci il tarixdə Asimlə danışıq zamanı sonuncu Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yol kənarına narkotik maddə qoydurmasını bildirməmiş, həmin narkotik vasitəni götürməyi tapşırmamış və narkotik maddəni götürüb Asimin göstərdiyi yerə çatdırmağı müqabilində ona 400 manat pul verəcəyi barədə vəd verməmişdir. 13.12.2020ci il tarixdə saat 17 radələrində Xırdalana getmək üçün Yasamal rayonu ərazisində hərəkət etdiyi zaman mülki geyimli polis əməkdaşları saxlayaraq Yasamal RPİ-nin 29-PŞ-nə dəvət etmiş və orada ona təzyiq etməklə üzərinə şəxsi axtarış keçirərək ona məxsus olmayan içində heroin və marixuana olan torbanı ona təqdim edərək həmin torbanın videoçəkilş aparılmaqla və müdafiəçinin iştirakını təmin etməklə guya ondan götürüldüyünü sənədləşdirmişlər. Polislərin təzyiqindən qorxaraq müdafiəçiyə həqiqəti deməmiş, yalandan bildirmişdir ki, torbanın içindəki narkotik vasitələr ona məxsusdur. 13.12.2020-ci il tarixdə polislər onun əsassız və qanunsuz olaraq ikinci dəfə tutmuş və bu dəfə məhkəmə barəsində həbs qətimkan tədbiri seçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 mart 2020-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat haqqında dərhal RPİ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı qərar qəbul edilmiş, qrupun rəhbəri o olmaqla bölmənin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün kiçik inspektor Şahid2la birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar, nəticədə həmin gün, yəni 27 mart 2020-ci il tarixdə saat 17:30 radələrində Yasamal rayonu N.Nərimanov prospekti 15 saylı unvanın qarşısında başqa bir şəxslə dayanıb söhbət edən Təqsirləndirilən şəxs və yanındakı şəxs saxlanılaraq polisə gətirilmişlər. Orada təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün müdafiəçi dəvət etmiş və baxış zamanı Təqsirləndirilən şəxs özü, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl küçədə tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmin vasitə qablaşdırılmış, tərtib olunmuş protokola isə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs könüllü olaraq imza atmışdır. Baxış videoçəkiliş aparılmaqla keçirilmişdir. Bundan tsonra digər şəxsin üzərinə baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 13.12.2020-ci il tarixdə saxlanılmasında iştirak etməmiş, həmin tarixdə sonuncunun üzərinə keçirilmiş baxışda da iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Belə ki, 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə həmkarı Şahid4 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə rəhbərlik tərəfindən qərar qəbul olunmuş və bundan sonra o və Şahid4 13 dekabr 2020-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava qəsəbəsinə yollanmışlar. Orada müşahidə apararaq qəsəbədəki 95 saylı tikilinin yanında zahiri əlamətlərinə görə məlumatda göstərilmiş şəxsə, yəni Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən edərək ona yaxınlaşaraq özlərini təqdim etmişlər, müəyyən etmişlər ki, bu şəxs Təqsirləndirilən şəxsdur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində göy rəngli torba olmuşdur. Təqsirləndirilən şəxs Şahid4 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, ona izah edilmişdir ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddələrinin satışında şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. Orada onu təhqiqatçıya təqdim etmişlər. Bundan sonrakı prosessual hərəkətləri təhqiqatçı tərəfindən həyata keçirilmişdir. Belə ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli polietilen torbanı təqdim etmiş və həmin torbanın içərisində olan 1(bir)bükümdə narkotik vasitə heroinə bənzər maddəni, eləcə də həmin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddəni həmçinin bir ədəd tərəzini təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə tərtib olunmuş protokola, marixuanaya oxşar maddəni həmçinin bir ədəd tərəzini qoyulan zərfə bütün iştirakçılar imza atmışlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı «Asim» adlı şəxs tərəfindən İİR-dan Azərbaycan Respublikasına göndərildyini, həmin vasitəni Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qoyulan yerdən götürməsini və sonda iranlının bildrdiyi ünvanlara çatdıracağını, bunun müqabilində iranlıdan 1000 manat pul əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, Təqsirləndirilən şəxs isti-isti izlərlə ifşa etmək üçün və qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədi ilə tərəflərindən əməliyyat-axtarış tədbirləri qısa müddət ərzində keçirildiyindən Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin müəyyən edərək saxlanılması və həmin şəxslər ətrafında əməliyyat-axtarış tədbirlərin davam etdirilməsi mümkün olmamışdır. Keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs 26.03.2020-ci il tarixdə narkotik vasitələrin dövriyyəsi ilə bağlı saxlanılmasında iştirak etməmiş, həmin epizoddan məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tdbiri ilə əlaqədar tanımışdır. 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatı yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də o və BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. 13 dekabr 2020-ci il tarixli Yasamal rayon məhkəməsinin qərarı əsasında o, Şahid5 ilə birlikdə 13 dekabr 2020-ci il tarixdə saat 17:00-da Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava qəsəbəsi 95 ünvanının yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs salamışlar. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edilmişdir ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş və təhdiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əlində saxladığı göy rəngli polietilen torbanı təqdim etmiş və həmin torbanın içərisində olan 1(bir) bükümdə narkotik vasitə heroinə bənzər maddəni, eləcə də həmin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddəni həmçinin bir ədəd tərəzini təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı verilən suallara cavab olaraq əlində olan polietilen torbadan çıxarıb təqdim etdiyi heroin və marixuananın özünə məxsus olmasını, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı «Asim» adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qoyulan yerdən götürməsini və «Asim»in deyəcəyi ünvanlara çatdırdıqdan sonra 1000 manat pul əldə edəcəyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğlunun qaynıdır. O özü, 22 və ya 23 mart 2020-ci il tarixdə Masallı rayonundan Bakı şəhərinə gəlmiş və burada Məhəmmədin Bayıl qəsəbəsində yaşayan bacısı Firəngizin evində gecələmişdir. Lakin bundan sonra Firəngiz əri ilə savaşdığından o, məcbur olub 2 və ya 3 gecə Məhəmmədlə birlikdə sonuncuya məxsus «BMW» markalı avtomobilin salonunda Bayıl qəsəbəsində və Yasamal rayonu N.Nərimanov heykəlinin yaxınlığındakı parkın yanında gecələmişlər. Ona görə ki, bu günlər ərzində yaxın qohumu xəstəliyi ilə əlaqədar Bakı şəhərində xəstəxanaya yerləşdirildiyindən o, hər gün ona baş çəkmişdir. 26.03.2020-ci il tarixdə Məhəmməd öz işləri ilə bağlı Masallı şəhərinə getmiş, həmin gün avtomobili nasaz vəziyyətə düşdüyündən avtomobilini orada saxlayaraq özü yol maşını ilə Bakı şəhərinə qayıtmışdır. 27 mart 2020-ci il tarixdə günorta saatlarında o, Məhəmmədlə xəstəxanada yatan qohumuna baş çəkmişlər. Xəstəyə baş çəkdikdən sonra birlikdə şəxsi işləri ilə əlaqədar oradan həmin gün saat 17 radələrində Yasamal rayonu Nəriman ünvan 7 ünvanın qarşısında Məhəmmədlə dayanıb söhbətləşdikləri zaman onlara 2 nəfər mülki geyimdə olan tanımadığı şəxslər yaxınlaşıb, özlərini təqdim edərək bildirmişlər ki, Bakı şəhəri Yasamal rayon Polis ldarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşlarıdırlar. Həmin polis əməkdaşları əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra onun kimliyini soruşmuşlar, sonradan isə onun və Məhəmmədin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib, onlarla birlikdə Yasamal RPİ-nə getməklərini tələb etmişlər. O da, eləcə də Təqsirləndirilən şəxs məcbur olub razılaşaraq həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə getmişlər. Bu yolla da o, Təqsirləndirilən şəxsla Yasamal RPİ-nin inzibati binasının 3-cü mərtəbəsində yerləşən NMB-nə gəlib, təxminən 5-10 dəqiqə orada olan otaqların birində gözlədikdən sonra digər polis əməkdaşı onlara yaxınlaşaraq baş təhqiqatçı Elnur Hacıyev olduğunu və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün üzərlərində axtarış və götürmə aparılacağını bildirib, ondan və Təqsirləndirilən şəxs vəkil istəyib-istəmədiklərini soruşmuş və o da, cavabında maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanı olmadığını və əgər mümkündürsə, dövlət hesabına onun üçün vəkil dəvət olunmasını xahiş etmişdir. Bununla bağlı, həmin təhqiqatçı ona Bakı şəhər «Mərkəz» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o da, konkret heç bir vəkili seçməyərək xahiş etmişdir ki, həmin büronun istənilən hər hansı bir vəkili dəvət olunsun. Təxminən 20 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili X2 təqdim edən şəxs gəldiyi üçün təhqiqatçı N.Canıyevi ona təqdim etmiş və o da, etiraz etmədiyi üçün bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı E.Hacıyev, onu və vəkil N.Canıyevi, eləcə də onunla birlikdə Təqsirləndirilən şəxs küçədə saxlayıb Yasamal RPİnə gətirmiş həmin 2 nəfər mülki geyimdə olan polis əməkdaşlarını göstərilən idarənin inzibati binasının 4-cü mərtəbəsində yerləşən Təhqiqat şöbəsində xidməti otağına dəvət edərək orada vəkil N.Canıyevin iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir.Daha sonra isə baş təhqiqatçı E.Hacıyev, video yazan texniki vasitə kimi «İphone-7» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü çıxarıb təqdim etməyi ona təklif etmişdir. O da, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 21 manat pul əskinaslarını çıxarıb təqdim eməklə masanın üzərinə qoyaraq üstündə narkotik vasitə olmadığını bildirmişdir. Həmçinin, o, bildirmişdir ki, narkotik vasitələr qəbul etmir və narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni əldə edilməsi, saxlanılması, daşınması və ya satışı ilə məşqul olmur.Bundan sonra, orada olan şəxslərin iştirakları ilə baş təhqiqatçı E.Hacıyev üzərində şəxsi axtarış və götürmə aparılmış, lakin onun üstündə həmin vaxt heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Buna görə də, çıxarıb təqdim etdiyi həmin 21 manat pul əskinasları ona geri qaytarılmışdır. Daha sonra, baş təhqiqatçı E.Hacıyev keçirilmiş şəxsi axtarışla əlaqədar müvafiq protokol tərtib etmiş və o da, həmin protokolu hamı kimi öz imzası ilə təsdiq etmişdir. Bununla da, onun üstündə şəxsi axtarış zamanı heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilmədiyindən baş təhqiqatçı E.Hacıyev müvafiq qərar çıxararaq onu dərhal azad buraxmışdır. Həmin vaxt təhqiqatçının deməsinə görə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs da üstünə ayrıca olaraq şəxsi axtarış və götürmə aparılmış və ondan hansısa narkotik vasitə aşkar edilərək götürüldüyündən Məhəmməd azad edilməyərək Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir. Lakin o, buna baxmayaraq Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə edib saxlamasından xəbərsiz olmuş, həmçinin, Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt, haradan və kimdən hansı məqsədlər üçün alması barədə məlumatı yoxdur. Eləcə də Təqsirləndirilən şəxs özü də, qeyd olunan həmin heroini əldə edib üstündə saxlaması barədə nə əvvəlcədən və nə də sonradan ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal PRİ-nin rəisinə ünvanlanan 27.03.2020-ci il tarixli raportdan müəyyən olunur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndirilən Təqsirləndirilən şəxs ünvan 9 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 27.03.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə olmaqla təmiz çəkisi 0,208 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni bir gün əvvəl küçədə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 27.03.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs oğlu tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29.03.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirini əvvəli 27 mart 2020-ci il tarixdən hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Rəşadət Orucovun 16.06.2020-ci il tarixli qərarari ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, ibtidai araşdırma orqanının 27.07.2020-ci il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs 27.03.2020-ci il tarixdən 29.03.2020-ci il tarixədək həbsdə, 29.03.2020-ci il tarixdən 16.06.2020-ci il tarixədək, yəni 02 ay 11 gün ev dustaqlığında olmuş və bu müddət həbsdə olduğu müddət ki mi cəza təyin edildikdə nəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 13.12.2020-ci il tarixli raportdan müəyyən olunur ki, Masallı şəhəri, Hakimiyyət prospekti, ev 28-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 dekabr 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli polietilen torbanı təqdim etmiş və həmin torbanın içərsində olan 1 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə, 1 bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələlər və bir ədəd tərəzini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs əlində olan polietilen torbadan çıxarıb təqdim etdiyi heroin və marixuananın özünə məxsus olmasını, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı «Asim» adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qoyulan yerdən götürməsini, əldə etdiyi narkotik maddələri «Asim» adlı şəxsin deyəcəyi ünvanlara çatdırdıqdan sonra 1000 manat pul əldə edəcəyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 13.12.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs oğlu tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15.12.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 dekabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/319 saylı 27.03.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunubgötürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına 0,050 qram çəkidə hissəsi sərf edilmiş, 0,158 qram çəkidə hissəsi qalıq qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi-bioloji ekspertizasının 14.12.2020-ci il tarixli, 7/857- 6/2711 saylı rəyindən müəyyən olunur ki, tədqiqata üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7 möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş paketlər, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs,….imza K.Bağırov…..»yazı olan paketdə təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 175,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7 möhür əksi, « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş paketlər, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs,….imza K.Bağırov…..»yazı olan paketdə təqdim edilmiş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1144,0 qram olan qəhvəyi rəngli maddə kütləsi narkotik vasitədir-heroindir. Marixuana və heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7 möhür əksi, « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş paketlər, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs,….imza K.Bağırov…..»yazı olan paketdə təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır.Heroin iz şəkilində olduğu üçün onun çəkisini müəyyən etmək və maddə nümunələri ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 08.02.2021-ci il tarixli, 389 saylırəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 12.01.2021-ci il tarixli, 255 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 27.04.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 27 mart 2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla ona üstündə olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim edir və üstündən aşkar edilmiş bükülüdə olan maddənin nədən ibarət olması barədə sorğu edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl küçədə tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümün içərisindəki həmin maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” 14.12.2020-ci il tarixli protokolla Məhəmməd Abduləli oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 13 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yasamal RPİ-nin 29-cu PŞdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı üzərində olan qanunsuz əşya və predmetləri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əlində saxladığı göy rəngli polietilen torbanı təqdim etmiş və həmin torbanın içərsində olan 1bükümdə narkotik vasitə heroinə bənzər maddəni, eləcə də həmin torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddəni həmçinin bir ədəd tərəzini təqdim etmişdir.Polis əməkdaşları tərəfindən həmin maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 15.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 1143,95 qram və 0,158 qram narkotik maddə heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 174,95 qram narkotik maddə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi saxlanılmaları üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs oğlunun üzərinə 27 mart 2020-ci il tarixdə keçirilmiş şəxsi axtarış aparılmasını özündə əks etdirən bir ədəd CD-R və həmçinin Təqsirləndirilən şəxs oğlunun üzərinə keçirilmiş şəxsi axtarış aparılmasını özündə əks etdirən 13 dekabr 2020ci il tarixdə 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 14.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində residiv olmaqla məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutduğu əməli 26 mart 2020-ci il tarixdə, yəni məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsinə dair ifadələrinə tənqidi yanaşır. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi şahid ifadələri, şəxsi axtarış protokolları, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş CD disklər və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə aşkar edilmiş narkotik vasitələrin miqdarı və növ müxtəlifliyi, elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik vasitələrinin çəkilib bağlamalara bölünməsi üçün nəzərdə tutulduğu kimi və əməlinin narkotik vasitələrin satışı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 13 dekabr 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Təqsirləndirilən şəxs 27.03.2020-ci il tarixdən 29.03.2020-ci il tarixədək həbsdə saxlanıldığı və 29.03.2020-ci il tarixdən 16.06.2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət-02 ay 11 gün ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş tədqiqatdan sonra çəkisi 1143,95 qram və 0,158 qram narkotik maddə heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 174,95 qram narkotik maddə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 198,60 (yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğlunun hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27.03.2020-ci il tarixdən 29.03.2020-ci il tarixədək həbsdə, 29.03.2020-ci il tarixdən 16.06.2020-ci il tarixədək ev dustaqlığında olduğu- 02 ay 11 gün müddət ona təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 09 (doqquz) il 09 (doqquz) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş tədqiqatdan sonra çəkisi 1143,95 qram və 0,158 qram narkotik maddə heroin və tədqiqatdan sonra çəkisi 174,95 qram narkotik maddə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin, 27 mart 2020-ci il və 13 dekabr 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış aparılmasını özündə əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 198,60 (yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar