Məhkəmə qərarları › İş №1(101)-1077/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1077/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1077/2023 01.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi, Hakimlər: X7 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmalqa yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 noyabr 2022- ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Xətai rayonu, məhəllə 29/44 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyyəsindən vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının ön səthindən daxilə-plevra boşluğuna nüfuz edən, sağ ağ ciyərin deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnevmotoraks ilə qeyd olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yara, sol bazu, sol əlin İİ barmağı və sol baldır nahiyələrində kəsilmiş yaralan ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı evin yaxınlığında yaşayır və sonuncunu iki ilə yaxındır ki, tanıyır. Mehman ilə aralarında narazılıq, ədavət və düşmənçilik olmamışdır. 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında tanışları Şahid1 və Şahid2 ilə Xanlara məxsus "Hyundai Accent” markalı, **-FH- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X.Məmmədov küçəsində yerləşən kompüter salonuna getmişlər. Salonda oyun oynadıqdan sonra saat 23:30 radələrində oradan çıxmışlar və Xanlara məxsus avtomobil ilə Şahid2 yasadığı evə getməyə başlamışlar. Xanlar avtomobilin sükanı arxasında, Mehman arxa, o isə qabaq sağ oturacağında əyləşmişdir. Şahid2 yaşadığı binaya çatmağa az qalmış onlar üçü də "Vasqa"' ləqəbli Vasif adlı şəxsi taparaq sonuncu ilə söhbət etməyə razılaşmışlar və avtomobil ilə qəbirstanlığa gəlmişlər. Xanlar qəbirstanlıqdan bir neçə metr kənarda avtomobili saxlamış və onlar avtomobildən düşərək qəbirstanlığa daxil olub Vasifi axtarmağa başlamışlar. Orada itlər olduğu üçün səsküy olmuş və Vasif gəlmişdir. Saat 00:00 radələrini atıq keçmişdir ki, Zərərçəkmiş şəxs də onların olduğu yerə gəlmişdir. Orada Mehman ilə Vasif adlı şəxsin arasında söyüşlə mübahisə olmuş, lakin onlar Mehman ilə Vasifi sakitləşdirib mübahisə etmələrinə imkan verməyərək aralamışlar. Onlar öz aralarında şəxsi məsələləri ilə bağlı mübahisə etmişlər. Mübahisə bitdikdən sonra Vasif demişdir ki, Mehman ona söyüş söymüşdür. Vasif bu sözləri bildirib qaçıb getmiş o isə Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs ilə orada qalmış, onlar ilə söhbət etdikdən sonra qəbirstanlıqdan çıxmışdır. Zərərçəkmiş şəxs demişdir ki, Vasif yalan danışır və o, heç vaxt ona söyüş söyməmişdir. Onlar qəbirstanlıqdan çıxdıqdan sonra Xanlar və Şahid2 ilə avtomobilə əyləşib getmişlər lakin Zərərçəkmiş şəxs orada qalmışdır. Daha sonra yaxınlıqda olan mağazadan su və yemək alıb Şahid2 yaşadığı məhəlləyə gəlmişlər. Xanlar avtomobili saxlamış və avtomobildə yemək yeyib söhbət etmişlər. Onlar bir neçə dəqiqə orada olduqdan sonra Naximov küçəsinə getmişlər. O, Naximov küçəsində avtomobildən düşmüş və Xanlara gözləməsini bildirmişdir. Daha sonra yaşadığı evə gedib paltarlarını dəyişmiş və qayıdıb gələrək Xanlara bildirmişdir ki, Şahid2 yaşadığı evə düşürtsün. Bundan sonra Xanlar avtomobili idarə etmiş və işlədiyi yerə gəlmişlər. Orada da bir neçə dəqiqə olduqdan sonra, yenidən Şahid2 yaşadığı məhəlləyə qayıtmışlar. O, Mehman və Xanlara gələcəyini bildirib avtomobildən düşüb qəbirstanlıq istiqamətində getmişdir. Artıq 11 noyabr 2022-ci il tarixinə keçmiş və saat 00:30 radələrini ötmüşdür. O, qəbirstanlığın yaxınlığına çatdıqda Mehmanın yaşadığı evin qarşısında siqaret çəkməsini görmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşıb söhbət etmək istədiyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə söhbət edərək qəbirstanlığın yan tərəfinə keçmişdir. O, Mehmandan nə üçün söyüş söyməsini soruşmuşdur. Mehman isə Vasifin yalan danışmasını və söyüş söymədiyini bildirmişdir. Buna görə də onların arasında sözlə mübahisə olmuş və həmin vaxt o, Mehmanın şalvarının bel nahiyyəsində bıçaq olmasını görmüşdür. Mehmanın bıçaqla vuracağından ehiyat edərək cəld davranıb bıçağı sonuncudan götürüb iki dəfə Mehmanın bədən nahiyyəsindən vurmuşdur. Mehman qışqırıb yerə yıxılmışdır. O, oradan uzaqlaşıb Şahid2 və Xanların gözlədiyi yerə gəlmişdir. Yolla gələn zaman bıçağı xatırlamadığı yerdə atmışdır. Bıçağı atıb yoluna davam etdikdə Xanlar və Şahid2 qarşısına çıxmışdır. Onlar Xanların avtomobilinə qayıtmışlar. Daha sonra Şahid2 yaşadığı evə düşürtmüş və Naximov küçəsinə gəlmişlər. Xanlar onu düşürüb çıxıb getmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Mehmanı öldürmək istəməmiş, belə ki, sonuncunu öldürmək istəyəcəyi halda çox sayda bıçaq zərbələri ilə, eyni zamanda Mehmanın başından və yaxud ürəyindən vurmaq imkanı olmuşdur. Həmin hadisə zamanı Mehman onu vurmamışdır. Mehmanı bıçaqla vuran zaman yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs evinin qarşısına sonuncu ilə söhbət etmək üçün gəlmişdir. Belə ki, Mehmandan nə üçün ona söyüş söyməsini aydınlaşdırmaq istəmişdir. Ancaq Mehmanda bıçaq olmasını görüb bıçağı götürüb onu vurmuşdur. Mehman başqa şəxsin yanında ona söyüş söydüyünə görə sonuncunu vurmuşdur. Mehmanı vurmamışdan əvvəl sonuncu qarşısında dayanmış və onlar qarşıqarşıya olmuşlar. Mehmanı bıçaqla vurduqdan sonra isə yerə yıxılmışdır. Mehmanı bıçaqla iki dəfə vurmuşdur. Bıçağın bir zərbəsi Mehmanın döş qəfəsinə dəymişdir və Mehmanın əli və bud nahiyələri kəsilmişdir. İkinci zərbənin isə Mehmanın hansı hissəsinə dəyməsini xatırlamır. Mehmanı bıçaqla iki dəfə vurduqdan sonra sonuncu yerə yıxılmış və daha onu vurmaq istəməmişdir. Mehmanı Vasifin yanında ona söydüyü üçün vurmuşdur. Mehman yerə yıxıldıqda sonuncunun əlinin və budunun kəsilməsini görmüşdür. Belə ki, bıçaq Mehmanın əlini və budunu kəsmişdir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3 ünvanında yaşayır. Yaşadığı evin yaxınlığında qəbirstanlıq vardır. 10 noyabr 2022-ci il tarixdə saat 23:30 radələrində evinin qarşısına çıxmış və siqaret çəkməyə başlamışdır. O, qəbirstanlığın içərisindən səs eşitmiş və oraya getmişdir. Oraya getdikdə qonşusu Şahid3, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 görmüşdür. Həmin şəxslər orada söhbət edirdilər. O, həmin şəxslərə yaxınlaşdıqda Vasif ilə aralarında olan borc məsələsi ilə bağlı mübahisə yaranmışdır. Vasif ilə sözlə mübahisə eldikdə Vəli, Mehman və Xanlar onları sakitləşdirib mübahisə etmələrinə imkan verməmişdir. Onlar sakitləşdikdən sonra Vasif Vəliyə ona söyüş söydüyünü bildirmiş və qaçıb getmişdir. Orada isə Şahid2, Təqsirləndirilən şəxs. Şahid1 və o qalmışdır. Söhbət edərək qəbirstanlıqdan çıxmışlar və söhbət zamanı o, Vəliyə yalandan demişdir ki, Vasif yalan danışır, heç vaxt ona söyüş söyməmişdir. Onlar qəbirstanlığın qarşısına gəlmişlər, orada heç bir dava-dalaş olmadan Mehman, Vəli və Xanlar avtomobilə əyləşib oradan getmişlər. O, isə evinin qarşısına gəlmiş, küçədə Vasifi Vəliyə söyüş söyməsini nə üçün deməsini soruşmaq üçün axtarmış, ancaq Vasifi tapa bilməmişdir. 11 noyabr 2022-ci il tarixdə saat 00:30 radələrini keçmişdi və o, evinin qarşısında siqaret çəkən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmış və söhbət etmək istədiyini bildirmişdir. Bundan sonra onlar qəbirstanlığın yaxınlığına getmişlər. Söhbət zamanı Vəli nə üçün ona söyüş söydüyünü soruşmuşdur. Bir daha Vəliyə yalandan bildirmişdir ki, Vasif yalan danışır, ona söyüş söyməmişdir. Vəli ona yalan danışdığını deyib bədəninin müxtəlif nahiyələrinə əlində olan bıçaq ilə bir neçə dəfə zərbələr endirmişdir. O, zərbələrdən sonra yerə yıxılaraq huşunu itirmiş və bir neçə dəqiqədən sonra özünə gəlmiş lakin Vəli orada olmamışdır. Yerdən qalxıb evə getmiş və evdən onu 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vuran zaman orada heç kim olmamışdır. Belə ki, hadisə 11 novabr 2022-ci il tarixdə gecə saat 00:30 radələrində qəbirstanlığın yaxınlığında baş vermişdir. Gecə olduğundan ətrafda heç kəs olmamışdır. Təqsirləndirilən şəxs Vasifin dediklərinə, yəni söyüş söyməsinə inanıb onu vurmuşdur. Həmin hadisə zamanı o, Vəlini vurmamışdır. Vəlinin əlində bıçağı ötəri olaraq görmüş, açıq-aydın görə bilməmişdir. Hava qaranlıq olmuş və bıçağı Vəli onu vurduqdan sonra sonuncunun əlində görmüşdür. O, Vəlinin konkret olaraq onu neçə dəfə bıçaqla vurmasını bilməmişdir. Vəli onu döş qəfəsindən, sol əlindən və sol baldırından vurmuş və bıçaq onun əl və baldır nahiyyələrini kəsmişdir. Vəli onu vurduqdan sonra o, yerə yıxılmış və huşunu itirmişdir. Bir necə dəqiqə sonra özünə gəlib evə gəlmiş, evdə paltarlarını dəyişmiş və xəstəxanaya gəlmişdir. Vəli onu vuran zaman əynində olmuş paltarlar deşildiyindən və qana boyandığına görə xəstəxanadan çıxdıqdan sonra paltarları zibil qabına atmışdır. Təqsirləndirilən şəxs bir neçə ay əvvəl, 2-3 dəfə yaşadığı məhəllədə söyüş söymüş lakin sonuncu orada olmamışdır. Söyüş söyən zaman orada olmuş şəxslərin bu barədə Vasifə dediyini bildirmişdir. Vəlini uzun illərdir ki, tanıdığını və qonşu olduqlarını, Vəliyə söyüş söyən zaman sərxoş olmasını və sonuncuya heç bir səbəb olmadan söydüyünü, Vasif Vəliyə söyüş söyməyini dedikdə isə mübahisə olmasın deyə ona söyüş söymədiyini yalandan demişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ona azdlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında 17 iyul 2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus “Hyundai Accent” markalı **-FH-*** dövlə qeydiyyat nişanlı avtomobili və avtomobili idarə etmək üçün B dərəcəli sürücülük vəsiqəsi vardır. 2022ci il tarixdə axşam saatlarında tanışları Şahid2 və Vəli ilə X.Məmmədov küçəsində yerləşən kompüter salonuna getmişlər. Xanlar və Mehman onun tanışlarıdır. Salonda oyun oynadıqdan sonra saat təxminən 23:30 radələrində oradan çıxmışlar və Mehmanın yaşadığı evə getmişlər. O, avtomobilin sükanı, Mehman arxa oturacaqda Vəli isə qabaq sag oturacaqda əyləşmişdi. Şahid2 yaşadığı binaya çatmağa az qalmış hər üçü də Vasqa ləqəbli Vasif adlı şəxsi taparaq onunla söhbət etmək barədə razılığa gəlmişlər. Bundan sonra o, avtomobili idarə edərək qəbirstanlığa sürmüşdür. Qəbirstanlıqdan bir neçə metr kənarda avtomobili saxlamış və avtomobildən düşüb qəbirstanlıqda Vasifi axtarmışlar. Orada itlər olduğu üçün səs-küy olmuş və Vasif gəlmişdir. O, Zərərçəkmiş şəxs tanışı olan Şahid2 yaşadığı məhəllədən ötəri olaraq üzdən tanıyır. Saat təxminən 00:00 radələri idi ki, Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Orada Mehman ilə Vasif adlı şəxsin arasında sözlə mübahisə olmuş lakin onları sakitləşdirib mübahisə etmələrinə imkan verməmişlər. Həmin vaxt Vasif Vəliyə bildirmişdir ki, Mehman onun ailə üzvülərinə söyüş söymüşdür. Vasif bu sözləri Vəliyə bildirib qaçıb getmişdir. Orada isə o, Şahid2, Vəli və Zərərçəkmiş şəxs qalmışlar. Onlar söhbət edərək qəbirstanlıqdan çıxmışlar və söhbət zamanı Zərərçəkmiş şəxs Vəliyə bildirmişdir ki, Vasif yalan danışır, o, heç vaxt Vəliyə söyməmişdir. Qəbirstanlıqdan çıxdıqdan sonra o, Vəli və Xanlar avtomobilə əyləşib getmişlər. Daha sonra yaxınlıqda olan mağazadan su və yemək alıb Şahid2 yaşadığı məhəlləyə gəlmişlər. O, avtomobili saxlamış və yemək yeyərək söhbət etməyə başlamışlar. Daha sonra isə Naximov küçəsinə getmişlər və ora çatdıqda Vəli avtomobildən düşmüş və onu gözləməyi bildirib çıxıb getmişdir. Bir neçə dəqiqə sonra Vəli gələrək ona bildirmişdir ki, Şahid2 aparıb yaşadığı mənzilə düşürtsün. Bundan sonra onlar avtomobil ilə Şahid1 işlədiyi yerə gəlmişlər. Orada bir neçə dəqiqə olduqdan sonra yenidən Şahid2 yaşadığı məhəlləyə qayıtmışlar. O, avtomobili saxlamış və Vəli avtomobildən düşərək telefon ilə danışacağını bildirmişdir. 2-3 dəqiqə keçdikdən sonra o, Mehman ilə avtomobildən düşmüş və qəbirstanlıq istiqamətində getməyə başlamışdır. Lakin qəbirstanlığa çatmamış Vəli ilə rastlaşmışlar və Vəli onlara heç bir söz deməmişdir. Daha sonra onlar yenidən avtomobilə qayıtmış və Şahid2 yaşadığı mənzilə düşürtdükdən sonra Vəli ilə Naximov küçəsinə getmişlər və Vəlini də orada düşürtdükdən sonra çıxıb getmişdir. 11 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaq ilə vurulmasını öyrənmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Müşfiq oğlunun 17 noyabr 2023-cü il tarixdə məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 17 noyabr 2023cü il tarixdə məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, yaşadığı ev qəbirstanlığın yaxınlığında yerləşir. 10 noyabr 2022-ci il tarixdə axşam saatlarında iti gəzdirmək üçün evdən çıxmış və qəbirstanlığa gəlmişdir. Saat 23:30 radələrində qəbirstanlığın həyətində tanıdığı Şahid2, Xanlar və Vəli adlı şəxsləri görmüşdür. Həmin şəxslər ilə söhbət edən zaman Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Mehmanı 40 ildir ki, tanıyır və qonşudurlar. Mehman ilə aralarında borc məsələsi ilə bağlı şəxsi narazılığı vardır. Orada Zərərçəkmiş şəxs ilə borca görə aralarında sözlə mübahisə yaranmış, lakin Vəli, Şahid2 və Xanlar onları sakitləşdirib mübahisənin böyüməsinə imkan verməmişlər. Bundan sonra Vəliyə bildirmişdir ki, Zərərçəkmiş şəxs ona söyüş söymüşdür. Bu sözləri bildirib oradan yaşadığı evə gəlmişdir. Gecəni evdə yatmış və səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında öyrənmişdir ki, Mehman bıçaqlanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs kimin bıçaqla vurmasını görməmişdir. Zərərçəkmiş şəxs ilə qəbirstanlıqda yalnız sözlə mübahisə etmişlər və Mehmanı yanında heç kim bıçaqla vurmamışdır. Mehmanın Vəliyə söyüş söyməsini eşitmiş, buna görə də Vəliyə demişdir ki, Mehman ona söyüş söymüşdür. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:30-da saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nə gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-668/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 06 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, hadisə yerində verdiyi ifadəsini əyani olaraq təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 17 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön səthindən daxilə-plevra boşluğuna nüfuz edən sağ ağciyərin deşilmiş – kəsilmiş yarası və sağ tərəfli hemopnevmotoraks ilə qeyd olunan bir ədəd daxilə keçən deşilmiş – kəsilmiş yara, sol bazu, sol əlin 2 barmağı və sol baldır nahiyyələrində kəsilmiş yaraları, deşici – kəsici və ya kəsici əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici – kəsici və ya kəsici alətlə ola bilsin bıçaqla yetirilə bilən, qeyd olunan xəsarətlərdən – döş qəfəsinin sağ yarsının ön səthindən daxiləplevra boşluğuna nüfuz edən, sağ ağciyərinin deşilmiş – kəsilmiş yarası və sağ tərəfli hemopnevmotoraks ilə qeyd olunan bir ədəd daxilə keçən deşilmiş - kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir, digər yaralar isə ümumilikdə və ayrı- ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə- psixiatrik ekspertizasının 03 aprel 2023-cü il tarixli, 844 saylı rəyində göstərilmişdir ki, cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən 17 iyul 2023-cü il tarixdə təqdim edilmiş və 03 noyabr 2023-cü il tarixdə tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmiş, ona vurulmuş maddi və mənəvi ziyan ödənmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, cavan olmasını, ailə vəziyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, sonuncunun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını barəsində ev dustaqlığı seçildiyi vaxtdan, yəni 30 dekabr 2022-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun Vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun Vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar