Məhkəmə qərarları › İş №1(101)-1077/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1077/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1077/2025 24.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X5 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Şirvan şəhərində anadan olmus, Azərbavcan Resnublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağları, nömrəsiz ünvanda yaşamış, 12 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-395/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqa İran İslam Respublikasının vətəndaşı olmaqla adı «Mansur» kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ondan «WhatsApp» vasitəsilə almış olduğu məlumat əsasında Bakı şəhəri Qaradağ rayonu ərazisində əvvəlcədən gizlədilmiş istintaqla müəyyənləşdirilməsi mümkün olmayan yerdən götürüb hər kiloqramı üçün ona 300 manat veriləcəyi şərti ilə Mansurun göstərəcəyi şəxslərə çatdırmaq üçün istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 5735,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı külli miqdarda, ümumi çəkisi 43,54 qram olan əkilib-becərilməsi qadağan olunmuş eyni növ narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini külli miqdarda, həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 13,2 qram təşkil edən 330 ədəd dərman həbləri metadonu külli miqdarda əldə edib saxlamaqla yaşadığı Bakı şəhəri ünvan 4 ünvanına daşımış, həmin ümumi çəkisi 5735,0 qram külli miqdarda olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 ədəd elektron tərəzidə çəkib satış məqsədi ilə cəmi 07 ədəd olmaqla ayrı-ayrılıqda hər birinin çəkisi 880,0 qram. 1095,0 qram, 245,0 qram, 690.0 qram, 800,0 qram, 1020,0 qram, 1005,0 qram, 05 ədəd sellofan torbada və 02 ədəd üzəri skoçla bağlanmış bağlamalarda qablaşdırmış, həmin ümumi çəkisi 43,54 qram külü miqdar təşkil etməklə əkilibbecərilməsi qadağan olunmuş eyni növ narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrini satış məqsədi ilə hissələrə ayırıb 01 ədəd yaşıl rəngli sellofan bükülüdə cəmi çəkisi 20,48 qram ümumi sayı 120 ədəd və 01 ədəd qara rəngli sellofan bükülüdə cəmi çəkisi 23,06 qram ümumi sayı 105 ədəd olmaqla qablaşdırmış, əsas təsiredici maddəsi metadon olan və dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 13,2 qram külli miqdar təşkil edən 33 ədəd üzərində “Methadone 40”göstəricisi olan blisterdə ümumi sayı 330 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəriciü narkotik vasitə dərman həbləri metadonu 01 ədəd torbada satış məqsədi ilə qablaşdırarmış, qablaşdırdığı həmin bütün narkotik vasitələri 01 ədəd sintetik çantaya yığaraq yaşadığı Bakı səhəri, ünvan 5 ünvanının həyətində yerləşən cücə fermasının içərisində satış məqsədi ilə gizlədib 12 oktyabr 2024-cü il tarixə kimi saxlamış, həmin gün saat 16:45 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında narkotik vasitələri gizlətməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılaraq orada üzərinə baxış keçirildikdən sonra həmin gün saat 16:50-də onun iştirakı ilə yaşadığı ünvan 6 ünvanına baxış keçirilərkən evin həyətində olan cücə fermasında satış məqsədi ilə gizlədib saxladığı həmin ümumi çəkisi 5735, 0 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana cəmi 07 ədəd olmaqla ayrı-ayrılıqda hər birinin çəkisi 880,0 qram, 1095,0 qram, 245,0 qram, 690,0 qram, 800,0 qram, 1020,0 qram, 1005,0 qram, olan 05 ədəd sellofan torbada və 02 ədəd üzəri skoçla bağlanmış bağlamalarda qablaşdırılmış halda, həmin ümumi çəkisi 43,54 qram olmaqla külli miqdar təşkil etməklə əkilib-becərilməsi qadağan olunmuş eyni növ narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri 01 ədəd yaşıl rəngli sellofan bükülüdə cəmi çəkisi 20,48 qram olan ümumi sayı 120 ədəd və 01 ədəd qara rəngli sellofan bükülüdə cəmi çəkisi 23,06 qram olan ümumi sayı 105 ədəd olmaqla qablaşdırarmış halda, eyni zamanda əsas təsiredici maddəsi metadoıı olan və dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 13,2 qram təşkil edən 33 ədəd üzərində “Methadoııe 40”göstəricisi olan blisterdə ümumi sayı 330 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili narkotik vasitə dərman həbləri külli miqdarda metadonu 01 ədəd torbada qablaşdırılmış halda həmin bütün narkotik vasitələr və üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd elektron tərəzi 01 ədəd sintetik çantaya yığılmış vəziyyətdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 16:45 radələrində ünvan 7 ünvanının qarşısında olarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğumu bildirərək üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı üzərində ***-***-**-** nömrə olan mobil telefonu, həmin şalvarın sol yan cibindən 2 ədəd açarı və 30 manat pulu təqdim etmişdir. Bundan sonra üzəri yoxlanılmış, başqa hər hansı əşya aşkar edilməmiş, 1 ədəd “Redmi” markalı üzərində ***-***-**-** nömrə olan mobil telefon götürülmüş, 30 manat pul və 2 ədəd açar isə özünə qaytarılmışdır. Bundan sonra evə baxış keçirilmişdir. Evin həyətində olan cücə fermasından 1 ədəd çantanın içərisindən 330 ədəd metodon həblərini, 9 ədəd bağlamada qurudulmuş marixuana və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kq 195 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla o və iştirakçılar tərəfindən imzalanaraq möhürlənərək götürülmüşdür. “Mansur” adlı şəxs həmin narkotik vasitəni və həbləri müxtəlif yerlərə onun vasitəsi ilə çatdıracağını, hər kiloqrama görə 300 manat verəcəyini demişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitədən istfiadə etmir. Narkotik vasitələri verilən ünvanlara yerləşdirmək üçün 1kg-a 300 manat qarşılığında razılaşmış, narkotik vasitəni Müşfiq qəsəbəsindən götürmüşdür. Ona qarşı fiziki və psixi təzyiqlər olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra Şahid1, BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və BNMİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 16:45-də ünvan 8 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və sonuncudan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı üzərində ***-***-**-** nömrə olan mobil telefonu, həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd açarı və 30 (otuz) manat pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, başqa hər hansı əşya aşkar edilməmişdir, 1 (bir) ədəd “Redmi” markalı üzərində ***-***-**-** nömrə olan mobil telefonu götürülmüş, 30 (otuz) manat pul və 2 ədəd açar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, sonuncu evin həyətində olan cücə fermasından 1 (bir) ədəd çantanın içərisindən 330 (üç yüz otuz) ədəd metodon həblərini, 9 (doqquz) ədəd bağlamada qurudulmuş marixuananı və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kq 195 qram olmuşdur. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə marixuana olmasım, həblər isə metadon olmasını, həmin büküm və həblərin onun özünə məxsus olmasını, İran İslam Respublikası vətəndaşı “Mansur” adlı şəxsin vasitəsilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilən yerdən müxtəlif şəxslərə çatdırıb pul qazanmaq məqsədilə götürdüyünü bildirmişdir. Daha sonra aşkar olunmuş predmetlər 01 (bir) ədəd torbada qablaşdırılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Şahid1 ilə anoloji məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatlan öz ifadəsində təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Şahid4 12.101.2024-cü il tarixdə yaşadığı ünvanda olan zaman Təqsirləndirilən şəxsla birlikdə bir neçə polis əməkdaşlarının daxil olmasını görmüşdür. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu, evə baxış keçirəcələrini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətində yerləşən cücə fermasından 1 ədəd çantanın içərisindən 330 ədəd metadon həblərini, 9 ədəd bağlamada qururdulmuş marixuananı və 1 ədəd eletron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr eletron tərəzidə çəkilmiş, qurudulmuş marixuana qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kq 195 qram olmuş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, Təqsirləndirilən şəxs, o, polis əməkdaşları tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs evdə narkotik vasitə və psixotrop maddə saxlamasını bilməmi., ancaq X11 Respublikası vətəndaşı ilə danışmasını eşitmiş və sonuncuya həmin şəxslə danışmaması barədə xəbərdarlıq etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 12 oktyabr 2024-cü il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinə dair» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ünvan 9 ünvanının qarşısında saxlanılması, polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyi təklif edilməsi, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı üzərində ***-***-**-** nömrə olan mobil telefonu, həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd açarı və 30 (otuz) manat pulu təqdim etməsi, sonra üzərinin yoxlanılması, başqa hər hansı əşya aşkar edilməməsi, 1 (bir) ədəd “Redmi” markalı üzərində ***-***-**-** nömrə olan mobil telefon götürülmüş, 30 (otuz) manat pul və 2 ədəd açar isə özünə qaytarılması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 12 oktyabr 2024-cü il tarixli «Əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə ünvan 9 ünvanına getmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qeyri-rəsmi yaşadığı Şahid4 iştirakı ilə həmin evin həyətinə polis əməkdaşları ilə birlikdə baxış keçirməyə başlamış, evdə olan cücə fermasında gizlətdiyi 1 (bir) ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 330 (üç yüz otuz) ədəd metodon həblərini, 9 (doqquz) ədəd bağlamada qurudulmuş marixuananı və 1 (bir) ədəd elektron tərəzini təqdim etməsi, həmin kütlələrin elektron tərəzidə çəkilməsi,qurudulmuş marixuananın qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kq 195 qram olması, daha sonra aşkar olunmuş predmetlərin qablaşdırılması, üzərində müvafiq qeydlər aparılmaqla Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq möhürlənərək götürülməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1708 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ağ kağız üzərində ‘"Təqsirləndirilən şəxs məxsus kütlələr,.... həyətyanı sahəsində olan anbardan aşkar edilmiş” yazılar və imzalar olan sintetik çantada 7 (yeddi) ədəd, (5 ədəd sellofan torbada, 2 ədəd üzərləri skoçla bağlanmış bağlamalarda) ayrıayrılıqda təmiz çəkiləri-880,0qram: 1095,0 qram: 245,0 qram: 690,0 qram: 800,0 qram: 1005,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş marixuanaların ümumi çəkisi 5735,0 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 2 ədəd sellofan bükülülərdə: 1 ədəd yaşıl rəngli sellofan bükülüdə ümumi çəkisi 20,48 qram, ümumi saylı 120 ədəd və 1 ədəd qara rəngli sellofan bükülüdə ümumi çəkisi 23,06 qram, ümumi sayı 105 ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş eyni növ narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd eletron tərəzinin üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitənin - marixuananın hissəcikləri vardır. Həmin hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı və onunla müqayisəli tədqiqat aparılmadı. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4884 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus....” sözləri olan bir ədəd torbada 33 ədəd üzərində Methadone-40”göstəricisi olan blisterdə 330 ədəd açıq qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 13,2 qramdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X10 Ambulator X1 xx.xx.2024-cü il tarixli 7820 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli 3722 saylı rəyində cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı sübut təqdim etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.4.4 - Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən narkotik vasitə metadonun çəkisi 0,02 qramdan artıq xeyli miqdar, 1,6 qramdan artıq külli miqdar, 160 qramdan artıq olduqda xüsusilə külli miqdar və narkotik vasitə qurudulmuş marixuananın çəkisi 5 qramdan artıq xeyli miqdar, 500 qramdan artıq külli miqdar, 50000 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. Həmçinin həmin siyahıya əsasən çətənə növlü bitkilər 3-15 ədəddən (6-30 hissədən) artıq olduqda xeyli miqdar, 16-800 ədəddən (31-1550 hissədən) artıq olduqda külli miqdar, 801 ədəddən (1551 hissədən) artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı Qərarın 9-cu bəndi - Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, sonuncudan aşkar edilmiş narkotik vasitələrin və tərkibində narkotik maddə olan bitkinin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halında olması, üzərindən həmçinin elektron tərəzinin aşkar olunması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Narkotik vasitələrin və tərkibində narkotik maddə olan bitkinin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin və tərkibində narkotik maddə olan bitkinin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Narkotik vasitələrin və tərkibində narkotik maddə olan bitkinin təqsirləndirilən şəxsin yaşadığı ünvanının həyətində yerləşən cücə fermasının içərisindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini sonuncunun cəzasını yüngülləşdirən hal qismində qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 12 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5734,65 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 327 ədəd narkotik vasitə - metadon həbi və 43,50 qram tərkibində narkotik maddə olan bitki – çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan 02 (iki) ədəd “DVD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarın 1-ci hissəsində dəyişiklik edilərək, “6 manat” sözləri “11 manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə (29 aprel 2025-ci tarixədək) minənədək Təqsirləndirilən şəxs məhkəmə iclaslarında pulsuz hüquqi yardım göstərmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hüquqi xidmət haqqı hər saatı 06 manatdan, həmin qərar qanuni qüvvəyə mindikdən sonra (29 aprel 2025-ci tarixdən sonra) hər saatı 11 manat olmaqla hesablanmalıdır. Məhkəmə müəyyən edir ki, «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 09 saat, həmin tarixdən sonra 09 saat vaxt sərf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 09 (doqquz) iş saatı 06 (altı) manatdan hesablanmaqla 54 (əlli dörd) manat, 09 (doqquz) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 99 (doxsan doqquz) manat, ümumilikdən 18 (on səkkiz) iş saatı üçün 153 (yüz əlli üç) manat məbləğində vəsait «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5734,65 qram olan narkotik vasitə - qurudulmuş marixuana, 327 ədəd narkotik vasitə metadon həbi və 43,50 qram tərkibində narkotik maddə olan bitki – çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 09 (doqquz) iş saatı 06 (altı) manatdan hesablanmaqla 54 (əlli dörd) manat, 09 (doqquz) iş saatı 11 (on bir) manatdan hesablanmaqla 99 (doxsan doqquz) manat, ümumilikdən 18 (on səkkiz) iş saatı üçün 153 (yüz əlli üç) manat məbləğində vəsait «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar