Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1078/2020 20.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X9 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: X6 və X4 iştirakı ilə xx xxxxxx 1994-cü ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə xx xxxxxx 1977-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi 19 (on doqquz) ədəd çətənə bitkisi toxumlarından 12 ədədini 2020-ci ilin mart ayının əvvəllərində Siyəzən rayonu Candahar kəndində yerləşən dəniz kənarı ilə meşə massivinin arasındakı qamışlıq ərazidə torpaqda, qalan 7 ədədini isə 2020-ci ilin aprel ayının ortalarında Siyəzən şəhəri Gənclik qəsəbəsində yerləşən dərədə torpaqda əkmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs yaradaraq cinayətkar niyyətlərini həyata keçirmək üçün xx.xx.2020-ci il tarixdə Siyəzən rayonu Candahar kəndi ərazisində yerləşən dəniz kənarı ilə meşə massivi arasında olan qamışlıq sahəsində əkilmiş 12 (on iki) ədəd çətənə bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərmiş, xx.xx.2020-ci il tarixdə Siyəzən şəhəri Gənclik qəsəbəsində yerləşən dərədə torpaqda əmələ gətirdiyi 7(yeddi) ədəd ştil formasında olan çətənə bitkilərini Təqsirləndirilən şəxs2la çıxarıb özləri ilə daşıyaraq Siyəzən rayonu Candahar kəndində yerləşən dəniz kənarı ilə meşə massivi arasına aparıb orada qamışlıq ərazidə torpaqda əkməklə tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 19 (on doqquz) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya edən zaman xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar və həmin Siyəzən rayonu Candahar kəndində yerləşən dəniz kənarı ilə meşə massivinin arasındakı qamışlıq əraziyə keçirilmiş baxış zamanı torpaqda nəm vəziyyətdə ümumi çəkisi 85,0 qram təşkil edən tərkibində narkotik maddələr olan 19(on doqquz) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs yaradaraq, cinayətkar niyyətlərini həyata keçirmək üçün sonuncunun qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutduğu Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən X22 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan Siyəzən meşəbəylikləri üzrə Dənizkənarı meşəbəyliyinin 28-ci kvartalında qamışlıq ərazidə qanunsuz əkdiyi 12(on iki) ədəd çətənə kollarını xx xxx 2020-ci il tarixdə becərərək aqrotexniki qaydada qulluq etmiş, Təqsirləndirilən şəxs2 Siyəzən şəhəri Gənclik qəsəbəsində yerləşən dərədə plastik qablarda əkib yetişdirdiyi 7(yeddi) ədəd ştil formasında olan çətənə bitkilərini xx.xx.2020-ci il tarixdə özləri ilə daşıyaraq Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən X22 Təsərrüfatı Mərkəzinin mülkiyyətində olan Siyəzən meşəbəylikləri üzrə Dənizkənarı meşəbəyliyinin 28-ci kvartalında qamışlıq ərazidə torpaqda əkib becərərək tərkibində narkotik maddələr olan külli miqdarda, yəni 19 (on doqquz) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya edən zaman xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar və həmin qamışlıq əraziyə keçirilmiş baxış zamanı torpaqda nəm vəziyyətdə ümumi çəkisi 85,0 qram təşkil edən tərkibində narkotik maddələr olan 19 (on doqquz) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, o Siyəzən şəhəri ünvan 4 mənzil 7 ünvanında qeydiyyatda olmaqla, həbs olunanadək ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. 1 il olar ki, qurudulmuş marixuanadan istifadə edir. Çəkdiyi narkotik vasitə qurudulmuş marixuananın bəzilərinin toxumları var idi. Mən həmin toxumları yığıb saxladı ki, həmin toxumları əkib sonradan özü üçün istifadə etsin. 2020-ci ilin mart ayının əvvəllərində o qurudulmuş marixuana əkmək üçün münasib yer üçün dəniz kənarında yerləşən Siyəzən rayonu Beşdam kəndi ərazisinə getdi. Orada olan meşəlik ərazi yaxınlığında gəzərkən narkotik vasitə qurudulmuş marixuana əkmək üçün münasib yer tapdı və həmin ərazidə torpaq münbit idi. Özü ilə bel, su qabı və həmin toxumlardan 12 ədəd aparmışdı. Həmin ərazini özü tək təmizlədi, orada müəyyən boş sahə yaradıb həmin 12 ədəd çətənə toxumlarını orada əkdi, diblərinə də su verib oradan çıxıb getdi. Təxminən aprel ayının ortalarında özündə olan 7 ədəd çətənə toxumunu Siyəzən şəhəri Gənclik qəsəbəsi ərazisində, yaşadığı evdən təxminən 400-500 metr aralı məsafədə qamışlıq ərazidə balaca bir ərazini təmizləyərək orada 7 ədəd plastik stəkanlarda əkdi və həmin plastik stəkanları təmizlədiyi ərazidə gizlətdi. Həmin çətənə toxumları ştil formasında böyüyənə qədər orada saxlayıb, sonra onları da meşəlik əraziyə aparıb orada əkmək istəyirdi. Təqsirləndirilən şəxs2ı Siyəzən şəhər sakini kimi təxminən 4-5 il idi ki, tanıyır. Yalçın avtomobil təmiri ilə məşğul olurdu. O Yalçının da qurudulmuş marixuana istifadə etdiyini bildiyi üçün, ona əkdiyi çətənə toxumları barədə məlumat verdi. Yalçina çətənə kollarına qulluq etməkdə kömək edəcəyi təqdirdə yetişəcək çətənə bitkilərindən əldə edəcəyi qurudulmuş marixuananı Yalçınla yarı-yarıya böləcəyini dedi. Yalçın da razılaşdığı üçün təzminən may ayının sonu iyunun əvvəllərində axşam saat təxminən 17 radələrində Yalçının idarə etdiyi avtomobillə həmin əraziyə getdilər. Şübhə çəkməmək üçün avtomobili 1 kilometr aralı məsafədə saxladılar. Yolda gedən zaman başqa yerdə əkdiyi və ştil formasına gələn 7 çətənə bitkisi barədə məlumat verdi və həmin ərazi təhlükəsiz olduğu üçün digər ştilləri də aparıb orada əkə biləcəklərini dedi. Yalçına ştil formasında olan 7 ədəd çətənə bitkisini əkdiyi yer barədə tam dəqiq heç nə demədi. Maşından düşüb piyada həmin əraziyə getdilər. Həmin yerə çatdıqdan sonra əkdiyi 12 çətənə toxumundan 12 ədəd çətənə bitkisinin bitdiyini gördülər, ancaq çətənə bitkilərinin ətrafı ot-alaq idi. Çətənə bitkilərinə su verdilər və bir yerdə oranı basmış otları təxminən 2 saat işləyib təmizlədilər. Hətta əlavə çətənə bitkiləri əkmək üçün də şərait yarandı. Axşam saat təxminən 19 radələrində, maşınla evlərinə qayıtdılar. Yalçın onu Siyəzən şəhəri Gənclik qəsəbəsində düşürdüb getdi. xx xxxx 2020-ci il tarixdə 2 ədəd plastmas yeşik və 2 ədəd su qabı götürüb daha əvvəl 7 ədəd çətənə bitkisi əkdiyi qamışlıq əraziyə gedib həmin ştilləri əkdiyi plastik stəkanlarla birlikdə götürüb yeşiklərə yığdı və yeşikləri ağ kisə ilə örtdü. o Yalçınla əvvəl razılaşdıqları vaxtda təxminən 18 radələrində Yalçın onu həmin yerdən götürdü. Yalçının maşını qohumu Elvinə məxsus olduğundan o, maşını Elvinə təhvil verməli idi. Ona görə də onlar razılığa gəldilər ki, atası Qənbər onları həmin əraziyə aparıb düşürsün, sonra da maşını aparıb Yalçının evinin qabağında saxlasın. Onlar atasına dedilər ki, Yalçın Candahar kəndində maşın düzəldəcək, o da ona kömək etmək üçün onunla biryerdə gedəcək. Atasından işləri qurtardıqdan sonra o deyəndə taksi göndərməsini də dedi. Atası Qəmbər onları həmin yerə apardı. Atası getdikdən sonra çətənə bitkilərini əkdikləri yerə doğru getdilər. Bir qədər getdikdən sonra həmin əraziyə çatdılar və qamışlıq olan yerə daxil oldular. O yeşikdən 7 ədəd ştili çıxarıb bir-bir torpaqda əkdi. Yalçın isə qablara su doldurub gətirdi. Həmin ştilləri əkib qurtardıqdan sonra ümumilikdə çətənə kolları 19 ədəd oldu və onları suladılar. Sonra birdən səs-küy gəldiyi üçün beli və su qabını kənara tulladılar. Onları mülki geyimdə olan şəxslər yanlarına çağırdılar və onlara çətənə bitkiləri əkib becərməkdə şübhəli olduqlarını bildirdilər və həmin şəxslərin polis olduqlarını bildikdən sonra onlara əmələrini etiraf etdilər. Sonra onları polis idarəsinə apardılar. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, o Siyəzən şəhərində yaşayır və avtomobil təmiri ilə məşquldur. Təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs1 bir neşə ildir ki, tanıyır. Onunla münasibətləri normal olub. Bir gün Elnurla görüşəndə, Elnur ona Beşdam kəndi ərazisində dəniz kənarında qamışlıq ərazidə çətənə bitkiləri əkdiyini dedi və birlikdə həmin yerə baxmaqlarını istədi. O razılaşaraq, Elnurla birlikdə öz idarə avtomaşınla Siyəzən rayonu Beşdam kəndi ərazisində dənizkənarına getdilər. Yolda Elnur başqa yerdə də əlavə 7 çətənə bitkisi əkdiyini, onların artıq ştil formasında olduğunu dedi. Elnur dedi ki, həmin ştilləri də 12 ədəd çətənə bitkisinin yanında əkmək istəyir. Onlar ora çatanda, özü də narkotik istifadəçisi olduğu üçün çətənə bitkilərini tanıdı. Elnura çətənə bitkilərini otalaqdan təmizləməkdə kömək etdi. Sonra isə geri qayıtdılar. xx xxxx 2020-ci il tarixdə Elnur ona zəng vurub 7 çətənə ştilini nə vaxt aparıb həmin yerdə əkə biləcəklərini soruşdu, o da saat axşam 6 da Elnurun dediyi yerdə görüşə biləcəyini dedi. Elnurun yanına saat təxminə 6da getdi, Elnur maşının arxa yük yerini açdı və üzəri kisə ilə örtülmüş qabları ora qoydu. Qablarda çətənə ştilləri və su qabları var idi. Onlar ora gedəndə maşın orada qalıb diqqət çəkməsin deyə fikirləşdilər ki, onları Elnurun atası Qəmbər aparsın sonra da maşını sürüb kəndə qayıtsın. Onlar elə edə elədilər Elnurun atası onları həmin yerə apardı və sonra da arxaları ilə taksi göndərəcəyini ona bildirdilər. Elnurun atasının hec nə dən xəbəri yox idi. Onlar Candahar kəndindən Beşdam kəndinə gedən yolda maşından düşdülər. Yük yerindən qabları götürəndə Qəmbər qabların içində nə olduğunu soruşdu. Elnur atasına dedi ki, qabların içində maşın təmiri üçün ehtiyyat hissələri var. Qəmbər çıxıb getdikdən sonra piyada həmin əraziyə getdilər. Elnur plastmas qabın içərisindəki bitkilərdən bir neçəsini çıxarıb torpağa basdırdı, o isə yaxında olan yerdən qabda su doldurub gətirdi və bitkilərə verdi. Bir qədər sonra səs-küy eşitdilər. Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər yaxınlaşdılar və onlara çətənə bitkilərini əkib becərməkdə şübhəli olduqlarını bildirdilər. Onlar da etdikləri əməli etiraf etdilər. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə telefon vasitəsi ilə məhkəməyə məlumat verərək, məhkəmə proseslərində iştirak edə bilməməsini nəzərə alıb, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini və təqsirləndirilən şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X22 Təsərrüfatı Mərkəzinin hüquqşünası vəzifəsində işləyir. Fəaliyyət göstərdiyi qurumun təyinatı Xızı, Siyəzən və Şabran rayonları ərazisində mövcud meşə fondunun qorunub mühafizə olunması və bərpası sahəsində tədbirlərin həyata keçirilməsini təmin etməkdən və meşələrin mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirməkdən ibarətdir. Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli müraciət əsasında o və işlədiyi mərkəzin meşə uçotu və kadastrı üzrə baş mühəndisi vəzifəsində işləyən X12 ilə birlikdə Siyəzən rayonu Beşdam kəndi ərazisində Xəzər dənizin sahilində ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmişdir. Həmin istintaq hərəkətinin həyata keçirilməsinə başlamazdan əvvəl onlara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin istintaq hərkətinin həyata keçirilməsində əsas məqsədin Siyəzən şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tərkibində narkotik maddələr olan 19 ədəd çətənə bitkiləri əkilən yerin hansı mülkiyyət formasına və hansı dövlət qurumunun balansında olmasını müəyyənləşdirmək olduğu izah olunmuşdur. Daha sonra istintaq hərəkətinin həyata keçirilməsinə başlanılmışdır. Həmin əraziyə baxış zamanı ərazinin kənarında üzərində onun işlədiyi mərkəzə məxsus “ŞRMTM-nin SM-nin Dənizkənarı 7 saylı Dolay” sözləri yazılan dəmir lövhəcik olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin ərazinin hansı mülkiyyət formasına aid olması və hansı dövlət qurumun balansında olmasının dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X22 Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi vəzifəsində işləyən X12 tərəfindən qeyd olunan ərazi GPS vasitəsilə araşdırılmışdır. Bundan sonra qeyd olunan torpaq sahəsinin Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşməklə X22 X3 meşəbəylikləri üzrə Dənizkənarı meşəbəyliyinin 28ci kvartalına aid olduğu müəyyənləşdirilmişdir. İstintaq zamanı iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X22 Təsərrüfatı Mərkəzinin hüquqşünası vəzifəsində işləyir. Fəaliyyət göstərdiyi qurumun təyinatı Xızı, Siyəzən və Şabran rayonları ərazisində mövcud meşə fondunun qorunub mühafizə olunması və bərpası sahəsində tədbirlərin həyata keçirilməsini təmin etməkdən və meşələrin mühafizəsi sahəsində qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirməkdən ibarətdir. Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli müraciət əsasında o və işlədiyi mərkəzin meşə uçotu və kadastrı üzrə baş mühəndisi vəzifəsində işləyən X12 ilə birlikdə Siyəzən rayonu Beşdam kəndi ərazisində Xəzər dənizin sahilində ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmişdir. Həmin istintaq hərəkətinin həyata keçirilməsinə başlamazdan əvvəl onlara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin istintaq hərkətinin həyata keçirilməsində əsas məqsədin Siyəzən şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tərkibində narkotik maddələr olan 19 ədəd çətənə bitkiləri əkilən yerin hansı mülkiyyət formasına və hansı dövlət qurumunun balansında olmasını müəyyənləşdirmək olduğu izah olunmuşdur. Daha sonra istintaq hərəkətinin həyata keçirilməsinə başlanılmışdır. Həmin əraziyə baxış zamanı ərazinin kənarında üzərində onun işlədiyi mərkəzə məxsus “ŞRMTM-nin SM-nin Dənizkənarı 7 saylı Dolay” sözləri yazılan dəmir lövhəcik olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin ərazinin hansı mülkiyyət formasına aid olması və hansı dövlət qurumun balansında olmasının dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X22 Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi vəzifəsində işləyən X12 tərəfindən qeyd olunan ərazi GPS vasitəsilə araşdırılmışdır. Bundan sonra qeyd olunan torpaq sahəsinin Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşməklə X22 X3 meşəbəylikləri üzrə Dənizkənarı meşəbəyliyinin 28-ci kvartalına aid olduğu müəyyənləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Siyəzən RPŞ-nə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkilərin əkibbecərilməsində şübhəli olduqları barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatında onların narkotik əkib-becərdiyi ərazi keçilməsi çətin olan Siyəzən rayonu X20 kəndindən keçən hissəsində yerləşən qamışlıq və meşəlik ərazi idi. Mən Siyəzən RPŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 yaxalanaraq ifşa olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə etdi. Onun rəhbərliyi altında əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupuna Siyəzən RPŞ-nin PPXT-nın polis nəfərləri Şahid3 və Şahid2 qrupun tərkibinə daxil edildi. xx xxxx 2020-ci il tarixdə Şahid2 və Şahid3 tərəfindən Siyəzən rayonu X20 kəndindən keçən hissəsində yerləşən qamışlıq və meşəlik ərazi nəzarətə götürüldü. Həmin gün saat 20 radələrində polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı çətənə bitkilərinə qulluq edən zaman yaxalanmaları barədə Siyəzən rayon polis şöbəsinə məlumat verdi. Həmin faktla əlaqədar araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X10 həvalə olundu. Videoçəkilişlə həmin əraziyə baxış keçirildi. Baxışda mütəxəssis-aqronom qismində X26 X1 rayonu üzrə baş aqronomu Şahid4 da dəvət olunmuşdu. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı həmin qamışlıq ərazinin təxminən 12 metr uzunluğunda və 6 metr enində alaqlardan təmizləndiyi və belləndiyi müəyyən etdilər. Həmin ərazidən ümumilikdə 19 ədəd çətənə bitkilərinə bənzər bitkilər müəyyən olundu. Təqsirləndirilən şəxs1 həmin tarixdən təxminən 2 ay əvvəl həmin kollardan bir neçə ədədini özünün tək əkdiyini, daha sonra isə kömək məqsədilə Təqsirləndirilən şəxs2 çağırdığını bildirdi. Onlar birlikdə həmin ərazidə təmizlik işləri aparmışdılar. Təqsirləndirilən şəxs1 özünün həmin əraziyə ümumilikdə üç dəfə getdiyini dedi. Təqsirləndirilən şəxs2 isə həmin əraziyə cəmi iki dəfə getdiyini dedi. Özünün şifahi sorğu zamanı dediyinə görə birinci dəfə baxış keçirdikləri tarixdən beş gün əvvəl gedib və Təqsirləndirilən şəxs1la həmin ərazidə təmizlik işləri aparıb. İkinci dəfə isə xx xxxx 2020-ci il tarixdə, getdiyini bildirdi. Aqronom tərəfindən baxış keçirilən zaman o, həmin qamışlıq ərazinin kol-kosdan təmizləndiyini, torpağının münbit olduğuğunu bildirdi. Onun dediyinə görə orada əkilmiş çətənə bitkilərinə vaxtında qulluq olunub. Daha sonra aqronom həmin bitkiləri bir-bir yerdən çıxarıb ölçdü, onların ən hündürünün 75 santimetr, ən kiçiyinin isə 12 santimetr olduğunu bildirdi. Həmin yerdən çıxarılmış 19 ədəd çətənə bitkisinə bənzər kolları 01 ədəd ağ rəngli kisəyə qoyularaq qablaşdırıldı və möhürləndi. Qamışlıq əraziyə baxış keçirilməsi prosesinin video görüntüsü ilə qeydə alındı və faktla protokol tərtib olundu və bütün iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 Şahid1 verdiyi ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o X26 X1 rayonu üzrə baş aqronomu vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə təxminən axşam saatlarında polis əməkdaşları tərəfindən Siyəzən rayonu Candahar kəndində yerləşən dəniz kənarı ilə meşə massivinin arasında olan qamışlıq əraziyə keçiriləcək baxışda mütəxəssis-aqronom kimi dəvət olundu, polis əməkdaşları tərəfindən məlumat verildikdən sonra məlum oldu ki, Siyəzən rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çətənə bitkilərini qanunsuz əkib-becərməkdə şübhəlidirlər. Şöbəyə daxil olmuş məlumata əsasən ərazi Siyəzən rayonu Candahar kəndində yerləşən dəniz kənarı ilə meşə massivinin arasında olan qamışlıq ərazi idi. hüquq və vəzifələrim izah olundu və daha sonra polis əməkdaşları ilə birlikdə həmin əraziyə getdilər. Çəkiliş vasitəsilə həmin əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən oldu ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı həmin qamışlıq ərazi təxminən 12 metr uzunluğunda və 6 metr enində olmaqla alaqlardan təmizlənib və bellənib. Ərazinin sıx olması səbəbilə kənardan görülməsi mümkün deyildi, buna görə də çətənə bitkisi əkmək üçün olduqca əlverişli yer idi. Həmin yerə keçirilmiş baxış zamanı oradan ümumilikdə 19 ədəd çətənə kolu aşkar olundu. Polis əməkdaşlarının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs1 təxminən 2 ay əvvəl həmin çətənə kollarından bir neçəsini özünün tək əkdiyini, daha sonra kömək üçün Təqsirləndirilən şəxs2 çağırdığını bildirdi. Təqsirləndirilən şəxs2 isə həmin əraziyə cəmi iki dəfə getdiyini bildirdi. Birinci dəfə təxminən həmin tarixdən beş gün əvvəl getdiyini dedi, ikinci dəfə isə 03 iyun tarixdə. Həmin bitkiləri nəzərdən keçirdikdə onların çətənə bitkiləri olduğunu, əkildikləri qamışlıq ərazinin kol-kosdan təmizləndiyini və onlara vaxtlı vaxtında qulluq edildiyini müşahidə etdi. Həmin bitkilərin içərisində ən hündürü 75 santimetr, ən kiçiyi isə 12 santimetr idi. Daha sonra yerdən çıxarılmış 19 ədəd çətənə bitkisi kolları ağ rəngli kisəyə qoyuldu, qablaşdırıldı və möhürləndi. Daha sonra videoçəkiliş vasitəsilə keçirilmiş baxış ilə əlaqədar müstəntiq tərəfindən protokol tərtib olundu və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Onunla münasibətimi valideyn-övlad kimi yaxşıdır. xx xxxx 2020-ci il tarixdə evdə olan zaman, saat təxminən 18 radələrində Elnur ona zəng vurub Yalçının avtomobili ilə Candahar kəndində düşürüb sonra Yalçının avtomobilini Yalçının qohumu Elvin gilə qoysun, Yalçın gəlib götürəcək. Ola bilsin Elvinə maşın lazım ola bilər. O razılaşıb maşını idarə edərək Siyəzən rayonu Candahar kəndi istiqamətində sürüb onları düşürtdü və gəldiyi yol ilə geriyə qayıtdı. Daha sonra axşam saatlarında Elnur və Yalçının polis tərəfindən Siyəzən rayonu Beşdam kəndi ərazisində qamışlıq ərazidə çətənə bitkiləri əkib becərdikləri zaman saxlanıldıqlarını öyrəndi. O vaxta qədər oğlunun tutduğu əməldən xəbəri olmayıb. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 7/294 №-li rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində 19 (on doqquz) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 85,0 qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Onların hündürlüyü 12 sm-75 sm qədər olmuşdur. Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixdə Xəzər dənizinin Siyəzən rayonu Candahar kəndi ərazisinin yaxınlığında qamışlıq əraziyə videoçəkiliş aparılmaqla baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixdə Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı Şahid3, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı Şahid2, X26 Sertifikatlaşdırma laborotoriyasının, Siyəzən rayonu üzrə aqronomu, alı aqronom Şahid4, Siyəzən şəhəri ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 iştirakları ilə birlikdə Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X13 tərəfindən Xəzər dənizinin Siyəzən rayonu Candahar kəndi ərazisinin yaxınlığında qamışlıq əraziyə videoçəkiliş vasitəsilə baxış keçirilir. Baxış zamanı baş müstəntiq X13 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ərazidə əkdikləri çətənə bitkilərinə kultivasiya etdikləri zaman Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqları qeyd olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 2(iki) ay bundan əvvəl 7-8 ədədini özünün tək əkdiyini, daha sonra isə 5(beş) gün əvvəl kömək məqsədilə Təqsirləndirilən şəxs2 çağırdığını, birlikdə həmin ərazidə təmizlik işləri apardıqlarını, əkdiyi çətənə bitkilərinin yan-yörələrini genişləndirdiklərini, xx xxxx 2020-ci il tarixdə isə özləri ilə əlavə ştil gətirdiklərini qeyd etdiyi görünür. Bundan sonra aqronom Şahid4 tərəfindən həmin kollara baxış keçirilərək həmin dənizkənarı qamışlıq ərazinin təmizlənərək oraqda çətənə bitkilərinin əkildiyini, həmin bitkilərin kultivasiya yolu ilə becərilməklə onlara vaxtlı vaxtında qulluq olduğunu bildirir. Həmin bitkilər ölçülərkən onların ən hündürünün 75 santimetr, ən kiçiyinin isə 12 santimetr olduğu görünür. Daha sonra aqronom Şahid4 həmin sahəsinin kol-kosdan təmizləndiyini, torpağın münbit olduğuğunu və çətənə bitkilərinə lazım olan suyun vaxtlı-vaxtında verildiyini bildirdi. Təqsirləndirilən şəxs1 ümumilikdə həmin əraziyə 3(üç) dəfə gəldiyini deyir. Təqsirləndirilən şəxs2 isə həmin əraziyə cəmi iki dəfə gəldiyini deyir. Birinci dəfə təxminən baxış keçirilən tarixdən beş gün əvvəl gəldiyini və Təqsirləndirilən şəxs1la həmin ərazini ot-alaqdan təmizlədiklərini, ikinci dəfə isə xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə gəlib bir neçə ədəd çətənə bitkilərini əkib onlara su verdiklərini bildirir. Təqsirləndirilən şəxs1 hündürlükləri bir qədər iri olan çətənə bitkilərini təxminən 2(iki) ay bundan əvvəl əkdiyini, yerdə qalanları isə xx xxxx 2020-ci il tarixdə əkdiklərini bildirir. Daha sonra yerdən çıxarılmış 19(on doqquz) ədəd çətənə bitkisi kollarının 01(bir) ədəd ağ rəngli kisəyə qoyularaq qablaşdırıldığı, qablaşdırmanın üzərinin 96 nömrəli möhürlə möhürləndiyi görünür. İştirakçılar tərəfindən keçirilmiş baxış ilə bağlı hər hansı etiraz və vəsatət olmadığından baş müstəntiq Azər Şahbazov tərəfindən şəxsi axtarışın yekunlaşdırıldığı görünür. Cinayət işi materiallarında olan xx xxxx 2020-ci il tarixdə Xəzər dənizinin Siyəzən rayonu Candahar kəndi ərazisinin yaxınlığında qamışlıq əraziyə videoçəkiliş aparılmaqla baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixdə Siyəzən RPŞ-nin PPXT-nın, manqa komandiri, polis baş serjantı X11, Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı Şahid2, Siyəzən RPŞ-nin MSY-nin konvoyu, polis baş serjantı X2, fərdi fəaliyyət göstərən müdafiəçi X7 və Siyəzən şəhəri ünvan 1 mənzil 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 iştirakları ilə birlikdə Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X13 tərəfindən Xəzər dənizinin Siyəzən rayonu Candahar kəndi ərazisinin yaxınlığında qamışlıq əraziyə videoçəkiliş vasitəsilə baxış keçirildiyi görünür. Baş müstəntiq X13 tərəfindən həmin əraziyə ikinci dəfə baxışın keçirilməsində məqsədin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdikləri izahatında xx xxxx 2020-ci il tarixdə həmin ərazidə əkdikləri çətənə bitkilərinə birlikdə qulluq etdikləri zaman polis əməkdaşları tərəfindən saxlanılarkən əllərində olan bel və su qablarını kənara atdıqlarını demələri və iş üzrə həmin maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaların aşkar olunaraq götürülməsi olduğuni bildirir. Bundan sonra həmin çətənə bitkilərinin əkildiyi ərazinin relyef baxımından bir qədər çətin keçilən yerdə olduğu üçün, müdafiəçi həmin əşyaların onun bilavasitə iştirakı olmadan götürülməsinə etirazı olmadığını bildirir, baxış zamanı artıq baş müstəntiq X17 RPŞ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı Şahid2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin ərazidə olduqları və videoçəkiliş X18 tərəfindən aparıldığı görünür. Baş müstəntiq Azər Şahbazov tərəfindən Təqsirləndirilən şəxs1 həmin əşyalar atdıqları yeri göstərməyi təklif edir. Təqsirləndirilən şəxs1 ilk əvvəl həmin ərazinin sol tərəfində olan kolların arasında deməsinə görə özlərinin istirahət etmələri üçün düzəltdiyi yeri göstərərk həmin əşyaların bir qisminin orada olduğunu bildirir. Qeyd olunan yerdən 1(bir) ədəd göy rəngli gül sulamaq üçün nəzərdə tutulan plastmas su qabının aşkar olunduğu görünür.Daha sonra çətənə bitkilərinin əkildiyi təmizlənmiş qamışlıq ərazinin ortasında 1(bir) ədəd 0,5 litrlik plastmas su butulkasının və qamışlığın içərisindən isə 1(bir) ədəd içərisində su olan plastmas su qabının və 1(bir) ədəd belin aşkar olunduğu görünür. Daha sonra aşkar olunmuş həmin əşyaların iki ədəd ağ rəngli kisələr qablaşdırıldığı və keçirilən baxışın yekunlaşdırıldığı görünür. Cinayət işində olan xx xxxx 2020-ci tarixli “tutma haqqında” protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdurlar. Cinayət işində olan Siyəzən rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1744 №-li rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1737 №-li rəyinə əsasən müayinə zamanı X5 çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindikləri cinayət qanununun hər bir nnormasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqlarıvaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən halllar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut və Siyəzən rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşməklə X22 X3 meşəbəylikləri üzrə Dənizkənarı meşəbəyliyinin 28-ci kvartalının ərazisindən dən aşkar olunaraq götürülmüş tərkibində narkotik maddələr olan nəm vəziyyətdə ümumi təmiz çəkisi 85,0 qram olan 19 (on doqquz) ədəd çətənə bitkisi iş üzrə maddi sübut hesab edilməsi, həmin çətənə bitkilərinin hər birindən 0,02 qram olmaqla ümumilikdə 0,38 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 84,62 qram çəkidə tərkibində narkotik maddələr olan 19 (on doqquz) ədəd çətənə bitkiləri, 1(bir) ədəd 0,5 litrlik plastmas su butulkası, 1(bir) ədəd içərisində su olan plastmas su qabı və 1(bir) ədəd bel, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, baxış keçirilməsi ilə bağlı video görüntülərin qeydə alındığı 02 (iki) ədəd compakt disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 72 manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş ev dustaqlığı qətimkan tətbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə 1 (bir) il müddətinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti iolaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 237.2.1 və 237.2.3-cü maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti iolaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Təqsirləndirilən şəxs1dan və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 72 (yetmiş iki) manat hər birindən müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Siyəzən rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşməklə X22 X3 meşəbəylikləri üzrə Dənizkənarı meşəbəyliyinin 28-ci kvartalının ərazisindən dən aşkar olunaraq götürülmüş tərkibində narkotik maddələr olan nəm vəziyyətdə ümumi təmiz çəkisi 85,0 qram olan 19 (on doqquz) ədəd çətənə bitkisi iş üzrə maddi sübut hesab edilməsi, həmin çətənə bitkilərinin hər birindən 0,02 qram olmaqla ümumilikdə 0,38 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalan 84,62 qram çəkidə tərkibində narkotik maddələr olan 19 (on doqquz) ədəd çətənə bitkiləri və 1(bir) ədəd 0,5 litrlik plastmas su butulkası, 1(bir) ədəd içərisində su olan plastmas su qabı və 1(bir) ədəd bel hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, baxış keçirilməsi ilə bağlı video görüntülərin qeydə alındığı 02 (iki) ədəd compakt disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-1078/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1078/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver