Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1078/2023 11.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il amnistiya qərarının 2.5-ci bəndinə əsasən çəkilməmiş 01 il 04 ay 07 gün cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib üzərində və yaşadığı evdə saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə naməlum şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə naməlum mənbədən və naməlum vaxtda əldə edərək Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazisində yerləşdirdiyi ümumi təmiz çəkisi 253,653 qram olan külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 31,375 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və təmiz çəkisi 92,742 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus mobil telefon aparatına yüklənmiş “Whatsapp” proqramı vasitəsilə naməlum şəxslə telefon əlaqəsi yaradaraq sonuncunun “Whatsapp” proqramı vasitəsilə göndərdiyi məkan paylaşımadan istifadə edərək 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazisindən götürüb əldə edərək sonradan əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə daşıyaraq yaşadığı ünvan 2 evində saxlamış, satışını təmin etmək məqsədilə əldə edib yaşadığı evdə saxladığı həmin narkotik vasitələrdən təmiz çəkisi 253,653 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 24,937 qram çəkidə külli miqdarda olan hissəsini məlum olmayan mənbədən əldə etdiyi elektron tərəzidə ölçüb ayırmaqla bir ədəd bükümə yerləşdirib məlum olmayan şəxsə satmaq üçün üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 13:10 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 24,937 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kütləsi küstar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilmiş əməliyyat tədbirlərin davamı olaraq, həmin tarixdə, saat 15:45-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 53 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı yataq otağında yerləşən taxta konstruksiyalı masasının üstündə olan 01 ədəd ağ rəngli sellofan torbanın içərisindən 01 ədəd plastik qabda təmiz çəkisi 31,375 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 228,716 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 01 ədəd bükümdə təmiz çəkisi 92,742 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, üzərində narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetaminin izləri və bitki mənşəli narkotik vasitə olan marixuananın hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin “kakos” növündən istifadə edir. xx.xx.2022-ci il tarixdə, günorta vaxtlarında Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 53 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etməklə onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onun üzərində 8 qram və 31 qram narkotik vasitə heroin olmuşdur. İttihamda göstərilən 253 qram heroin, 31 qram narkotik vasitə kannabis və 92 qram narkotik vasitə metamfetamin olmamışdır. Həmin narkotik vasitələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında onun üzərinə qoyulmuşdur. O, latın qrafikalı Azərbaycan əlifbasında oxumayazma bilmədiyindən, həmçinin, polis əməkdaşlarının onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdiklərindən, o, ifadəni oxumadan imzalamış və sonradan bilmişdir ki, ittihamda onun üzərində guya 253 qram heroin, 31 qram narkotik vasitə kannabis və 92 qram narkotik vasitə metamfetamin olması irəli sürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı fiziki zor və təzyiqlər göstərilməmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 38-40-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdiklərindən o, protokolu oxumadan imzalamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 47-49-cu vərəqələrində olan evə baxış keçirilməsi və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdiklərindən o, protokolu oxumadan imzalayıb Elan olunmuş cinayət işinin 1-ci cild 160-163-cü vərəqələrində olan diskə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdiklərindən o, protokolu oxumadan imzalamışdır. O, narkotik vasitəni İran İR vətəndaşından yox, Azərbaycan Respublikası vətəndaşından almış və həmin şəxs onu İran İR vətəndaşı ilə əlaqələndirmişdir. Telefonda kiminlə danışmağı yadında deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin cild 1, iş vərəqə 51-52-də olan izahatında, 71-73, 85-87-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... xx.xx.2022-ci il tarixdə, saat 13:10-da Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 53 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etməklə onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə - heroini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “F+” markalı, içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatları, 01 ədəd evinin açarı, 600 (altı yüz) manat pul, həmin şalvarın sol arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya maddə və ya predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 28 (iyirmi səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “F+” markalı və 01 ədəd “Samsung” markalı mobil telefon aparatları və özünə məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, 600 (altı yüz) manat pul özünə geri qaytarılmışdır. Həmçinin üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının suallarına cavab olaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 53 ünvanında narkotik vasitə olan heroin, marixuana, psixotrop maddə olan metamfetamin və 02 ədəd elektron tərəzi saxladığını bildirmiş, evdə saxladığı narkotik vasitələri, psixotrop maddəni, elektron tərəziləri təqdim etməyi təklif olunmuş və o heç bir etiraz etməmiş, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 53 ünvanına gedib evin yataq otağında masanın üzərində saxladığı içərisindən 01 ədəd plastik qabda narkotik maddə olan qurudulmuş marixuananın, 01 ədəd bükümdə narkotik vasitə - heroinin, 01 ədəd bükümdə psixotrop maddə - metamfetaminin, 02 ədəd qara rəngli elektron tərəzinin olduğu 01 ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, sonra təqdim etdiyi kütlələr qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və marixuana 67 qram, heroin 233 qram, metamfetamin isə 95 qram olmuşdur… Üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr olan herion, marixuana və psixotrop maddə olan metamfetamin bükümlərini internet vasitəsi ilə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyim şəxs vasitəsi ilə şəxsi istifadəsi üçün təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə əvvəlcədən təyin olunmuş yerdən pulunu ora qoymaqla götürüb bir hissəsini üzərində saxlayaraq daşımış, digər hissəsini isə evdə kimsənin bilmədiyi şəraitdə saxlamış, həmin psixotrop maddə və narkotik vasitələri ora qoymuş şəxsin anket məlumatlarını bilmir. Əvvəllər narkotik vasitə və psixotrop maddələri müxtəlif şəxslərdən almış və onların anket məlumatlarını bilmir, onlarla internet vasitəsilə tanış olmuş və nömrələrini internet vasitəsilə əldə etmiş, hər dəfəsində də narkotik vasitə və ya psixotrop maddəni əldə etdikdə pulunu həmin yerə qoyurmuş, nömrələri isə telefonunun yaddaşından silirmiş. Hazırki fakt üzrə isə narkotik vasitə və psixotrop maddəni əvvəlcədən təyin olunmuş yerə qoymuş şəxsin mobil telefon nömrəsini xatırlamır, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmur, onları şəxsi istifadəsi üçün əldə edib bir hissəsini üzərində, qalan hissəsini isə evdə kimsənin bilmədiyi şəraitdə saxlayırmış. Üzərinə axtarış keçirilən zaman üzərindən aşkar edilmiş içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “F+” markalı, içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatları ona məxsusdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmiş, hazırki cinayət işi üzrə üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddəni əldə edərkən tək olmuş və həmin narkotik vasitələri və psixotrop maddəni əvvəlcədən təyin olunmuş yerdən pulunu ora qoymaqla götürmüş, bundan əvvəl və ya bilavasitə hazırda üzərindən və evindən aşkar olaraq götürülmüş narkotik vasitələr və psixotrop vasitənin qalıqları onda, yəni hər hansı bir yerdə və ya yaşadığı evdə qalmamışdır....» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, izahatı və protokolları təsdiq etmir, polis əməkdaşları onu aldadaraq AR CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirdiklərindən o, izahatı və protokolları oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə xidmət etdiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə əməliyyat qrupunun üzvü Şahid2lə birlikdə Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisində zəruri əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə xx.xx.2022-ci il tarixdə saat 13:10-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət etdiyini gördükdə dərhal həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlanmışlar. Müəyyən olunmuşdur ki, şəxs Təqsirləndirilən şəxsdur. Beləliklə də, Təqsirləndirilən şəxs özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması və satışı ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına getməsini tələb etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə edərək çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdə narkotik vasitə olmasını bildirmişdir. X7 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə politileni qayçı ilə kəsməklə baxış keçirilmiş və bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək onun şalvarının cibindən mobil telefonlar, 600 manat pul, açar, şalvarının arxa cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. X7 tərəfindən büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə təxminən 28 qrama yaxın olması müəyyən edilmişdir. Sonra həmin büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş olan ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs internet şəbəkəsi vasitəsilə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxs vasitəsilə təxminən bir həftə əvvəl 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə əvvəlcədən təyin olunmuş yerdən pulunu ora qoymaqla narkotik vasitəni əldə etdiyini bildirmişdir. Həmçinin təxminən 10 ilə yaxın müddətdir ki narkotik vasitə qəbul etdiyini, həmin narkotik vasitələri öz şəxsi istehlakı üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazıb imzalamışdır. X7, o, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Elman Abıyevlə birlikdə ünvan 5 ünvana gəlmişlər. Əlinin həyat yoldaşı Şahid3 əri Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxlamasından məlumatı olmadığını, lakin onun xəstə olduğuna görə narkotik vasitə qəbul etməsini bildiyini, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı masanın üzərində olan 01 ədəd ağ rəngli sellofan torbanı götürərək təqdim edib həmin masanın üzərinə qoymuşdur. X7 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılaraq içərisinə keçirilən baxış zamanı həmin torbanın içərisindən 01 ədəd plastik qabın içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, 2 ədəd elektron tərəzi aşkar edildi. Daha sonra elekton tərəzidə 01 ədəd plastik qabın içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə çəkildikdə çəkisinin təqribən 67 qram, bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə qablaşdırma ilə birlikdə çəkildikdə təqribən 233 qram, bir ədəd sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırma ilə birlikdə çəkildikdə çəkisi təqribən 95 qram olmuşdur. Narkotik vasitələr götürülərək, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr və maddənin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin narkotik vasitələri və psixotrop maddəni internet vasitəsilə sosial şəbəkədə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yolun kənarına qoyulmuş yerdən özü istifadə etmək üçün əldə etdiyini, satmaq məqsədi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı formada təzyiq və təsir göstərilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə tanışlığı və ya qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxsi ünvan 3 ünvanının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxsin üzərindən təxminən 20 qram heroin, mənzildən metamfetamin, marixuana, heroin, elektron tərəzi aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu fadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid3 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən öz ərinə qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 cinayət işinin 1-ci cild, 170-172-ci vərəqələrində olan ifadəsindən görünür ki, o, ünvan 6 ünvanda iki yetkinlik yaşına çatmayan oğlan övladıyla birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir, həbs olunana qədər bir ailədə Yasamal rayonu, V.Əliyev küçəsi, ev 53 ünvanında yaşamışlar. xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları Yasamal rayonu, V.Əliyev küçəsi, ev 53-ə gələrək əri Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə əlaqədar küçədə şübhəli şəxs qismində saxlanılıb adı qeyd olunan idarəyə aparılmış və üzərinə şəxsi axtarış aparılarkən üstündən narkotik vasitə heroin aşkar edilərək götürülmüş və eyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən yaşadıqları qeyd olunan ünvanda istehlakı üçün əldə edib saxladığı narkotik vasitələri könüllü olaraq təqdim etmək istədiyini bildirdiyindən evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etməmişdir. Əri Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxlamasından məlumatı olmadığını, lakin onun xəstə olduğuna görə narkotik vasitə qəbul etməsini bildiyini deyərək yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadıqları evdə narkotik vasitələri harada saxlamasını, evdə saxlanılması etimal olunan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəti ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra əri Təqsirləndirilən şəxs evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı masanın üzərində olan 01 (bir) ədəd ağ rəngli sellofan torbanı götürərək masanın digər tərəfinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılaraq içərisinə keçirilən baxış zamanı həmin torbanın içərisindən polis əməkdaşları və əri Əli Əhəmədovun deməsinə görə 01 (bir) ədəd plastik qabın içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə, 01 ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, 2 ədəd elektron tərəzilər aşkar edilmişdir. Daha sonra təhqiqatçı özü ilə gətirdiyi elektron tərəzidə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd plastik qabın içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə çəkildikdə çəkisinin 67 qram, bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə qablaşdırma ilə birlikdə çəkildikdə 233 qram, bir ədəd sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırma ilə birlikdə çəkildikdə çəkisinin 95 qram olması, daha sonra 01 (bir) ədəd plastik qabın içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə, bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, 2 ədəd elektron tərəzilər aşkar olunduqları bir ədəd sellofan torbanın içərisinə qoyularaq bağlanmış və həmin bağlama içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Bundan sonra zərfin üzəri əri Təqsirləndirilən şəxs, müdafiəçi, onun və təhqiqatçı tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülmüşdür. O, əri Təqsirləndirilən şəxs yaşadıqları evdə saxladığı və baxış zamanı təqdim etdiyi narkotik vasitələri və psixotrop maddənin saxlamasından xəbəri olmadığını bildirmişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələr və maddənin, elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri və maddəni internet vasitəsilə sosial şəbəkədə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yolun kənarına qoyulmuş yerdən narkotik vasitələri və psixotrop maddəni özü istifadə etmək üçün əldə etdiyini, satmaq məqsədi olmadığını, narkotik vasitə və psixotrop maddə qəbul etdiyini, yaşadığı evdə başqa narkotik vasitə və psixotrop maddə saxlamadığını bildirmişdir. Daha sonra yaşadıqları, evin yataq otağı, qonaq otağı və dəhlizə baxış keçirilmiş, lakin evlərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Təhqiqatçı baxış zamanı videokameradan istifadə edilməklə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı tərəfindən aparıldığını bildirmiş, təhqiqatçı daha sonra əri Təqsirləndirilən şəxs müdafiəçinə keçirilən baxışla əlaqədar sualının olub-olmaması barədə soruşulduqda müdafiəçi əri Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı formada təzyiq göstərilib-göstərilməsini, hüquqları təmin olunub olunmaması barədə soruşduqda əri Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı formada təzyiq göstərilmədiyi, hüquqlarının təmin olunduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən evin baxışının yekunlaşdırılmasmı bildirmişdir. O, ərinə aid olan əşyalara onun icazəsi və razılığı olmadan baxmır. Qeyd olunan maddə və kütlələr, tərəzilər ağzı bağlı sellofan torbanın içərisində olduğundan həmin sellofanın içərisində olan maddə, kütlələr və tərəzilərdən məlumatsız olmuşdur. əri Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitələri və psixotop maddəni kimdən, nə vaxt və harada əldə etməsi və ya kimlərəsə satması barə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A22” markalı “SM-A225F/DSN” modelli mobil smartfonun yaddaşından aşkar edilmiş əldə edilmiş məlumatlarda təsbit edilmiş səs yazısındakı telefon danışığından xəbərsizdir, həmin danışıqda iştirak edən İsmayıl adlı və digər naməlum şəxsi tanımır, yaşadığı ünvanda belə bir telefon danışığının və ümumiyyətlə narkotik alışı və ya satışına dair danışıqların aparılmasının şahidi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 10 sentyabr 2022-ci il tarixli, Ə 293-008-22 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 5(004)-932/2022 saylı qərarına əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 10 sentyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 10 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 10 sentyabr 2022-ci il tarixdə, saat 13:10 dəqiqədə ünvan 7 ünvanı yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Cinayət işinin 1-ci cild 38-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “F+” markalı, içərisində ***-***-**-** simkart nömrəsi olan 01 ədəd “Samsung” markalı mobil telefon aparatları, 01 ədəd evinin açarı, 600 (altı yüz) manat pul, həmin şalvarın sol arxa cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya maddə və ya predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 28 (iyirmi səkkiz) qram olmuşdur. Daha sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “F+” markalı və 01 ədəd “Samsung” markalı mobil telefon aparatları, şəxsiyyət vəsiqəsi götürülmüş, 600 (altı yüz) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı, ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 46-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X5 10 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı, ünvan 7 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 47-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 sentyabr 2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, ünvan 7 ünvanına baxış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, arvadı Şahid3 iştirakı ilə həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı masanın üzərində olan 1 (bir) ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 (bir) ədəd plastik qabda, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, 1 (bir) ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 (bir) ədəd bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr və 2 (iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 67 qram, heroinə bənzər kütlə 233 qram, metamfetaminə bənzər kütlə 95 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 57-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli, 7/1012 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlələr ....... " yazılan zərfdə 1 ədəd üzərində " Balea " yazılan yumru plastik qabda təmiz çəkisi 31,375 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin zərfdə olan 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdara olduğu üçün onun çəkisini müəyyən etmək və təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin 1-ci cild 61-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2022-ci il tarixli, 6/5069 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №7" dairəvi möhür əksi və " ... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olan kütlələr, Şübhəli şəxs Təqsirləndirilən şəxs -imza; baş təhqiqatçı: N.Aburşu- imza..xx.xx.2022 yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 24,937 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir . -Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº7" dairəvi möhür əksi və “ ... Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi evdə aşkar olunan kütlələr; Şübhəli şəxs Təqsirləndirilən şəxs; müdafiəçi: -imza; şahid - imza; baş təhqiqatçı: N.Aburşu- imza ... xx.xx.2022" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -228,716 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 92,742 qram olan ağ rəngli kristallardan ibarət maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 02 ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub - olmamasını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -24,937 qram olan heroin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan 01 (bir) bükümdəki ümumi təmiz çəkisi- 228,716 qram olan heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. -Heroinlərin ümumi təmiz çəkisi - 253,653 qramdır . -Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” -in siyahısına (Siyahı 1), metamfetamin- "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildirlər. Cinayət işinin 1-ci cild 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Samsung Galaxy A22“ markalı mobil telefona baxış keçirilən zaman, içərisində 01 ədəd ***-***-**-** simkart nömrəsi olması müəyyən olunmuşdur. Baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 123-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diksə baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen masanın üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı, sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “F+” və bir ədəd “Samsung” markalı mobil telefonlar, 600 manat pul, açar, şalvarının arxa sol cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülür. Aşkar edilmiş büküm və mobil telefonlar qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs nternet vasitəsilə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxs vasitəsilə taxminən bir həftə əvvəl 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, "Papanin" adlanan ərazidə əvvəlcədən təyin olunmuş yerdən pulunu ora qoymaqla narkotik vasitəni əldə etdiyini, narkotik vasitə vasitəni ona almağı təklif edən şəxsin xatırlamadığı mobil telefon nömrəsinin Azərbaycan Respublikasına aid nömrə olduğunu, təxminən 10 il müddətdir ki, narkotik vasitə qəbul etdiyini, dost-tanışa hədiyyə etmədiyini, öz şəxsi istehlakı üçün eldə etdiyini, əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsilə məhkum olunduğunu, polis əməkdaşları tərəfindən saxlanılıb gətirilərkən ona zor tətbiq edilmədiyini və axtarışdan əvvəl üzərində yoxlama aparılmadığını, mobil telefonlarında ***-***-**-** va 077 ***-**-** nömrələrindən istifadə etdiyini, Yasamal rayonunda yerləşən yaşadığı evdə narkotik vasitə saxladığını, həmin ünvanda yaşayan ailə üzvlərinin onun narkotik vasitə saxlamasından məlumatları olmadığını, orada saxladığı həmin maddələri təqdim edə biləcəyini, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməklə həmin narkotik vasitənin götürülməsinə etiraz etmədiyini bildirir. Cinayət işinin 1-ci cild 125-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs evinin girişindən sağ tərəfdə yerləşən yataq otağındakı masanın üzərində olan 1 (bir) ədəd ağ rəngli sellofan torbanı götürərək təqdim edib yenidən masanın üzərinə qoyması, təqdim etdiyi sellofan torba açılaraq içərisinə keçirilən baxış zamanı həmin torbanın içərisindən 1(bir) ədəd plastik qabın içərisində açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə, 2 ədəd elektron tərəzilər aşkar edilmişdir. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi qablaşdırılıb, götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələr, maddə və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri və maddəni internet vasitəsilə sosial şəbəkədə tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, "Papanin" adlanan ərazidə yolun kənarına qoyulmuş yerdən narkotik vasitələri va psixotrop maddəni özü istifadə etmək üçün əldə etdiyini, satmaq məqsədi olmadığını, narkotik vasitə və psixotrop maddə qəbul etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 132-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirmə haqqında 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən çıxan və daxil olan telefon danışıqları və SMS məlumatlarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə -“Atam gör alinar 15 qara, birde 35den alinsaydi 2 dene ag isdiyirdim”, xx.xx.2022-ci ildə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Eli salam qaqaw. Necesen? Nerimandi. Ay Eli utanam dimeyede. 12 qara 3 ag alinar?” məzmunlu sms mətnləri göndərilməsi aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 155-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 5/1153 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 11" əməliyyat sistemi ilə təchiz olunmuş "Samsung Galaxy A22" markalı "SM - A225F/DSN" modelli "**********13939, **********13937", "imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. -Təqdim edilmiş "F+" markalı "F196" modelli "**********97536, **********00532 "imei" kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdədir. -Tədqiq olunan "Samsung Galaxy A22" markalı "SM - A225F / DSN" modelli mobil smartfonun yaddaşında ( kontaklar, zənglər, "SMS" mesajlar, audio, foto, video fayllar, WhatsApp" proqram təminatı vasitəsilə aparılmış audio, foto, video fayllar və sairə ) mövcud olan məlumatlar müəyyən olunmuşdur. -Təqdim edilmiş " Samsung Galaxy A22 " markalı "SM - A225F / DSN" modelli mobil smartfonun yaddaşına quraşdırılmış "WhatsApp" proqram təminatı vasitəsilə aparılmış məlumat (çat seansı, qəbul olunmuş, çıxan, buraxılmış səsli və video zənglər) mübadilələri və "İnstagram" sosial şəbəkəsine aid "axmedov313.e " adlı , " ayeeeeeee934 "adlı" dagli 0291" adlı və "axmedov_029dagli" adlı istifadəçi profillərinin "Direct" bölməsində məlumat (çat seansı, səsli zəng, video zəng) mübadilələri müəyyən olunmuş, lakin rəyin "Tədqiqi hissəsi" nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. -Təqdim edilmiş "F+" markalı "196" modelli mobil telefonun "KOHtakTı" bölməsində altmış bir ədəd müxtəlif ad və nömrələr, "Cobsena" bölməsində yüz yetmiş ədəd müxtəlif məzmunlu qəbul olunmuş "SMS" mesajlar, bir ədəd göndərilməmiş "SMS" mesaj, "jurnalı Bızov" bölməsində beş ədəd yığılmış, qırx ədəd buraxılmış ve on dörd ədəd qəbul olunmuş zənglər müəyyən olunmuş, lakin rəyin "Tədqiqi hissəsi" nin 4-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. -Təqdim edilmiş "F+" markalı "F196" modelli mobil telefonda foto və videoçəkiliş xidmətləri mövcud deyildir. -Təqdim edilmiş "F+" markalı "F196" modelli mobil telefonun texniki göstəriciləri "WhatsApp" proqram təminatı və digər sosial şəbəkələr vasitəsilə məlumat mübadiləsinin aparılmasına imkan vermədiyindən qeyd olunan məlumatlar mobil telefonun yaddaşında müəyyən olunmamışdır. Cinayət işinin 1-ci cild 160-163-cü vərəqələrində olan və məhkəmədə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi “Samsung Galaxy A 22” markalı “SM- A225F\DSN” modelli mobil smartfonun yaddaşından məlumatlar köçürülmüş “Verbutam” markalı “DVD-R” tipli diskin yaddaşından görünür ki, baxış zamanı “Ringtones” adlanan qovluqda 01 ədəd “səs 001” adlanan audio səsyazı parçalarında aşağıdakı məzmunda üç nəfər şəxsin səs yazıları müəyyən edilmiş və həmin səs yazıları müvafiq olaraq K-1, K-2 və K-3 ilə işarələnmişdir; K-1 – iranda oturmusan K-3 - göndərdiyim mal dəyşdirilib, neytirAl olaraq düz deyirəm, mənim atdığım şəkilə baxduz, rənginə baxduz, niyə cavab vermirsən” K-1 – obşem 200 qram məndədi K-2 K-1-ə müraciət edərək 100 manat verib, 200 qaytararam da İsmayıl K-2 kişi oğlu mən az çox birinci dəfə deyil İsmayılla iş görürəm, qulaq as bir dəqiqə, bir manat oyan buyan etməmişəm K-3 – adın nədi K-1 Əlidir adım K-2 300 priznavat edib, 200 demişəm K-3 mənim malım xarab olanda kanala tökürəm K-3 hal-hazırda o maldan 21 dənəsini verdim K-2 sən iranda oturmusan K-3 nə fərqi var, iranda oturmuşam və ya tehranda oturmuşam? K-1- əmi mən indi gedib kolanı qaytarıram K-3 – sən ordan mənə məkan at K-1 əgər sənin malın düz çıxmasa, qaytarıram, həmin malı 200 qramı əgər o olmasa K-3 sən o malı gəzdirmə qoy ora. ...mənim malımdan gətir qoy ortaya, 5 qram gətir oraya, ver oğlana, o malnan düz gəlsə biz ondan üzr istəməliyik. K-1 gətirərəm bundan, əgər düz çıxmasa Əli mən indi gedib gətirərəm K-2 o uşağın getdiyi ziyarətə and olsun on min alver etmişəm səninlə, görmüsən. K-1 vurmusan maldan başın gedib Əli K-1 neynirsən baş qoşma xəstə adamdı, narkoman adamdı. K-3 300 gətirib qoysun yanına K-1 300 yoxdur satıb deyəsən K-2 qalıb K-1 əmi videonu yandır, bu odu baxırsan K-3 yox, o qaradır, mən sənə göndərdiyimin rənginə baxıbsan sement rəngidir, mənim malım ən güclü maldır. Mənim malımı verən adamlar ora qədər cavabdehlik daşıyır, 2 aya mal xarab olsa, mal bizimdir K-1 indi 300 qram da gətirir, baxacam. Bunun heç nəyi yox idi. K-3 hardan desən alıb gətizdirəciyəm, şəhərə malları mən paylamışam. Sənin kimi o yanda bu yanda mal verənlər var ha hamısına mal qatırlar, malıb xarab eliyirlər. K-1 bidənə adam dərman da zakaz edib, bundan qurtarsa idim gedərdi K-3 sən bilirsən ki, mən tikə mal paylayan deyiləm, 2 kilo, 3 kilo, 5 kilo paylayıram. K-3 düz danışsın, malı aparıb keyfinə verib və ya dəyişdirib, başqa variantı yoxdur K-1 eyni şeydi əmi bunda bu qədəri ola bilməz e mal, bunun bu qədər malı ola bilməz. K-3 sən yükü kimə vermisən K-1 heç kimə, bidənə buna vermişəm K-3 bizim mal ora gəlibsə də xarab ola bilməz, dəyişilib o mal K-1 bunların o gücü yoxdu ki, bunlar 300 qram malsatsınlar. Bunlar o gücdə deyillər. And içir balasının canına, narkomançılıq edə bilər ancaq belə deyil. K-1 351, 40 qram göy qabdadır, 110 qram da satıb, əmi bunun gücü deyil də başa düşdün. K-1 əmi o mal mənimdi, bu məni podvadit edib, mən onu sənə qaytaran deyiləm ki K-1 Əli mən sənə inanıram, bu qaldı məndə. Əli mənə nə pul verə bilirsən, ver puluvu patının da pulunu ver 6 manatdırda dediklərin. K-2 metodon... K-2 patını aşağı ver də K-1 patını sənə 15 verəcəyəm K-2 200 qram qoy tərəziyə məzmunlu danışıqlar qeydə alınmışdır. Cinayət işinin 1-ci cild 168-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Vüqar Hadıyevin 02 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd "Samsung Galaxy A22» markalı mobil smartfon və bir ədəd F196 modelli mobil telefon, 24,937 qram çəkidə, evindan götürülmüş 228,716 qram çəkidə narkotik vasitə - heroin, 31,375 qram narkotik vasitə - qurudulmuş marixuana, 92,742 qram psixotrop maddə - metamfetamin, 02 ədəd qara rəngli elektron tərəzi maddi sübut qismində tanınaraq, saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid3 iştirakı ilə onun razılığı əsasında onun istifadəsində olan daxilində ***-***-**-** simkartın olduğu "Redmi Note 10S" markalı mobil telefona baxış keçirib "Redmi Note 10S" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun içərisində ***-***-**-** simkart nömrəsi olması müəyyən edilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik olan hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 190-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid3 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə yaşadıqları evdən Əlinin könüllü olaraq saxladığı narkotik vasitələri təqdim etdiyini bildirərək, bir daha təqsirləndirilən şəxsi ifşa etmişdir. Cinayət işinin 2-ci cild 134-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 fevral 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, təqsirləndirilən şəxsi ifşa etmişdir. Cinayət işinin 2-ci cild 142-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 fevral 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, təqsirləndirilən şəxsi ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-dən daxil olmuş 12 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs götürülmüş smartfonun yaddaşında aşkar olunmuş səs yazısında göstərilən Kamran, İsmayil va sonuncunun telefon vasitəsi ilə danışarkən "Əmi" deyə müraciət etdiyi şəxslərin şəxsiyyətlərini və olduğu yeri müəyyən etmək hələlik mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 198-207-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** simkart nömrəsi ilə apardığı danışıqlar zamanı Nəsimi rayonu ərazisində anten, yəni əhatə dairəsi qeydə alınmamışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** simkart nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi məlumatlara əsasən daxil olan və çıxan telefon zənglərinə aparılan telefon nömrələrinin məxsusluğuna dair məlumatlar qeydə alınmışdır. xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi istifadəsində olmuş ***-***-**-** simkart nömrəsi ***- ***-**-** simkart nömrəsi arasında 20 dəfə, ***-***-**-** nömrəsi arasında 7 dəfə telefon danışıqları aparılması qeyd olunmuşdur. ***-***-**-** nömrəsi ilə 3 dəfə, ***-***-**-** nömrəsi ilə 4 dəfə, ***-***-**-** nömrǝsi ilə 2 dəfə, ***-***-**-** nömrəsi ilə 6 dəfə ***-***-**- ** nömrəsi ilə 1 dəfə, ***-***-**-** nömrəsi ilə 5 dəfə, ***-***-**-** nömrəsi ilə 2 dəfə telefon əlaqəsi saxlamışdır. Cinayət işinin 2-ci cild 20-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Vüsal Hadıyevin 15 dekabr 2022-ci il tarixli ayrıca icraata cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin, o cümlədən "xxxx" və "Azerfon" şəbəkələrinə aid məlumatlarda göstərilən şəxslərin şəxsiyyətlərinin və olduqları yerlərin, həmçinin Təqsirləndirilən şəxs götürülmüş "Samsung Galaxy A22" markalı smartfonun yaddaşında aşkar olunmuş səs yazısında göstərilən Kamran, İsmayıl adlı və sonuncunun telefon vasitəsilə danışarkən "Əmi" deyə müraciət etdiyi şəxsin şəxsiyyətlərini və olduğu yeri, adları çəkilən şəxslərin Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştiraklarının olmasını, göstərilən şəxslərə narkotik vasitə və psixotrop maddəni qanunsuz satdığı və ya satmağa hazırlaşdığı şəxslərin və şahidlərin müəyyən edilməsi və sair istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrü hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 ve 234.4.3-cu maddələri ilə ayrıca icraata cinayət işi ayrılmaqla bu istiqamətdə ibtidai istintaqın davam etdirilməsi qərar alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı rəylə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, dövlət ittihamçısının rəyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin “kakos” növündən istifadə edir, lakin tutulan zaman onun üzərində cəmi 8 qram və 31 qram narkotik vasitə heroin olmuş, ittiham aktında qeyd olunan miqdarda onda narkotik vasitələr olmamış, həmin narkotik vasitələri istifadə etmək üçün əldə etmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, 5 qram marixuana (kannabis) isə şəxsi istehlak miqdarından artıq hesab edilir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən isə 253,653 qram heroin, 31,375 qram marixuana (kannabis) və 92,742 qram metamfeamin aşkar edilərək götürülməsi, onun telefon vasitəsilə üstüörtülü narkotik vasitələrin alqı-satqısını müzakirə etməsi bilavasitə ona dəlalət edir ki, o, həmin narkotik vasitələrini satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə kolleqiyası, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki,«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 142-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; cinayət işinin 1-ci cild 147-152-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəasının çəkilməmiş 01 il 04 ay 07 gün hisəsindən azad edilmişdir. Cinayət işinin 1-ci cild 153-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyun 2016-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “28 May –Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 2 və 2.5-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs AR CM-nin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin ləğvi barədə qərardan sonra çəkilməmiş qalan cəzadan azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər – az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 176-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının 13 sentyabr 2022ci il tarixli, 2443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cinayət işinin 1-ci cild 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 13 sentyabr 2022-ci il tarixli 5169 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi Ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin cild 1, iş vərəqə 28-də olan 10 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin cild 1, 101-103-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 4(004)-773/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, bir ədəd bükümdə təmiz çəkisi 24,937 qram narkotik vasita heroin və onun yaşadığı evə keçirilmiş baxış zamanı götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 228,716 qram narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 31,375 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 92,742 qram psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinin və marixuananın izləri olan 2 ədəd tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsi olan "F+" markalı "F196" modelli mobil telefon və üzərində 077- ***-**-** simkart nömrəsi olan "Samsung Galaxy A22" markalı "SM-A225F/DSN" modelli mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 3 ədəd DVD-R və 2 ədəd CD markalı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 260 (iki yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, bir ədəd bükümdə təmiz çəkisi 24,937 qram narkotik vasitə heroin və onun yaşadığı evə keçirilmiş baxış zamanı götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 228,716 qram narkotik vasitə heroin, bir ədəd plastik qabda təmiz çəkisi 31,375 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 92,742 qram psixotrop maddə metamfetamin və səthində narkotik vasitə heroinin və marixuananın izləri olan 2 ədəd tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş üzərində ***-***-**-** simkart nömrəsi olan "F+" markalı "F196" modelli mobil telefon və üzərində 077- ***-**-** simkart nömrəsi olan "Samsung Galaxy A22" markalı "SM-A225F/DSN" modelli mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. 3 ədəd DVD-R və 2 ədəd CD markalı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1078/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1078/2023
11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver