Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1078/2024 11.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X18 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X9, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 2002-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 63, mənzil 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2023-cü il tarixdə, saat 00:15 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən “Çay evi 017” adlı kafenin qarşısında həmin kafenin icarədarı X9 ilə az əvvəl kafedə ofisiant işləyən Şahid4 qarşı işlətdiyi nalayiq ifadələrin səbəbini aydınlaşdırarkən təkrar Şahid4 barəsində nalayiq ifadələr işlətdiyinə görə Elnur Süleymanovun onun üz nahiyəsindən sillə vuraraq badalaqla yerə yıxmasını cüzi səbəb kimi bəhanə gətirib ayağa qalxaraq ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən, uca səslə Elnur Süleymanovun barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla Elnur Süleymanova zor tətbiq edib qəsdən bədən nahiyəsindən 1 (bir) dəfə vuraraq sonuncuya qarının ön divarının sol yarısının daxilə nüfuz edən, nazik bağırsağı və müsariqəsini zədələyən, daxili və xarici qanaxma və İİ dərəcəli hemorragik şokla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü il iyul ayının 17-dən 18-ə keçən gecə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan İsmayıl adlı dostu ilə görüşmüşdür. O, həmin dostu ilə eyni məhəllədə yaşayır və dostu İsmayıl ilə görüşdükdən sonra sonuncu ilə birlikdə Yasamal parkına gedəsi olmuşdur. Daha sonra o, dostu İsmayıl ilə birlikdə Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “Qələbə” restoranına getmişdir. Bir müddət onlar “Qələbə” restoranında oturduqdan sonra dostu ondan tanışlarının yanına getməyi xahiş etmişdir. O da, dostu İsmayıl ilə razılaşaraq birlikdə dostunun tanışları olan kafeyə getmişdir. Həmin kafedə dostu İsmayılın tanışları oturmuşlar. Onlar həmin kafeyə getdikdə, Dürsədəf adlı ofisiant onların masasına yaxınlaşmışdır. Onun Dürsədəfin rəfiqələrindən biri olan Rüfanə adlı qız ilə əvvəllər münasibəti olmuşdur. O, Dürsədəfdən rəfiqəsini soruşduqda, Dürsədəf ona düzgün cavab verməmişdir. Bu zaman o, Dürsədəfin həmin rəfiqəsini təhqir etmişdir. Belə olan halda dostu İsmayıl ona Dürsədəfə məhəl qoymamalı olduğunu və Dürsədəfi yola verməyini bildirmişdir. Daha sonra o, İsmayılla siqaret çəkmək üçün çölə çıxmışdır. Siqaret çəkib kafeyə qayıtdıqdan sonra Dürsədəf yenidən ona yaxınlaşaraq onun qabağını kəsmişdir. Bu zaman Dürsədəf ona “ağıllı ol, yoxsa səni aradan götüzdürərəm” demişdir. O, Dürsədəfin rəfiqəsini təhqir etdikdən sonra heç bir şəxs ona yaxınlaşmamışdır. O, ümumiyyətlə Dürsədəfi təhqir etməmiş, həmçinin sonuncunun rəfiqəsini də gur səslə təhqir etməmişdir. Sonra o, kafenin qapısını açıb dəhlizə daxil olduqda, yenidən Dürsədəfin rəfiqəsinə aid təhqiramiz söz işlətmişdir. O, Dürsədəfin rəfiqəsini təhqir etdikdən sonra kafedə səs-küy düşdüyünü görmüşdür. Sonra kafenin aşağı mərtəbəsindən tanımadığı 7-8 nəfər onu söhbət etmək üçün aşağı çağırmışdır. Əvvəlcə həmin şəxslər onunla kafenin qarşısındakı ağacın yanında söhbət etmişlər. Söhbət etdiyi şəxslərin sayı 10-15 nəfər olmuşdur. Bu vaxt onun dostu İsmayıl da onun yanında olmuşdur. Daha sonra onun bıçaqladığı Elnur adlı şəxs ona “gəl, səninlə özüm söhbət edəcəm” demişdir. Elnur bunu dedikdən sonra digər şəxslər də Elnurla birlikdə onunla söhbət etməyə başlamışlar. Elnurgili İsmayılı ona yaxınlaşmağa qoymamışlar. Daha sonra İsmayıl qorxub oradan qaçmışdır. Elnur ondan Dürsədəfə, daha doğrusu Dürsədəfin rəfiqəsinə nə dediyini soruşmuşdur. O, Elnura Dürsədəfin rəfiqəsini təhqir etdiyini demişdir. Elnur da, bu zaman ona sillə vurmuşdur. Buna görə də o, üstündə gəzdirdiyi bıçaqla Elnuru vurmuşdur. Onun Elnuru bıçaqlamaq kimi niyyəti olmamışdır. O, Elnuru 1 (bir) dəfə bıçaqla qarın boşluğundan vurmuşdur. O, Elnuru bıçaqla vurarkən spirtli içkinin təsiri altında olmuşdur. Orada olan şəxslərin hamısının birdən onun üstünə gəlməsi onu məcbur etmişdir ki, o, bıçaqdan istifadə etsin. Çünki hər tərəfdən onun üzərinə gəlmişlər və üzərinə gələn şəxslər hər tərəfdən ona əl atmışlar. Ona görə də o, həmin vaxt başqa heç nə düşünə bilməmişdir. Elnuru bıçaqlamaqda, onun məqsədi həmin davadan sağ şəkildə çıxmaq olmuşdur. O, Elnuru vurduqdan sonra sonuncu yerə yıxılmışdır. O da, bundan sonra bıçağı yerə atmışdır. Daha sonra o, bir qədər arxaya çəkilmiş və orada olan digər şəxslərlə dava etməyə davam etmişdir. Həmin şəxslərlə dava yolun digər tərəfində davam etmişdir. O, dava etdiyi şəxslərin kim olduğunu bilmir. Sonra başqa şəxslər onu həmin davadan çıxarmışlar. Bu vaxt o, özü də xəsarət almış və həmin xəsarətləri dava nəticəsində almışdır. Lakin ona xəsarət yetirən şəxsləri o, tanımır. Halhazırda o, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxs Elnur Süleymanovu qəsdən bıçaqlamaması, zərərçəkmiş şəxs Elnur Süleymanova bıçaqla xəsarət yetirmədən əvvəl sonuncunu söyüb təhqir etməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüş, bu mümkün olmadıqda isə məsuliyyətini yüngülləşdirmək və qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, heç bir yerdə işləmir. O, 2018-ci ildən etibarən Bakı şəhərində müxtəlif ərazilərdə kirayədə yaşayır. 1 (bir) il bundan əvvəl o, Rüfanə adlı qadınla sevgi münasibətində olmuşdur. Elə həmin vaxtdan o, Rüfanənin rəfiqəsi olan Sədəf adlı qadını tanımışdır. Həmin vaxt o, Sədəf adlı qadının Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrosu stansiyası yaxınlığında yerləşən çay evlərinin birində ofisiant kimi işlədiyini bilmişdir. O, Rüfanə ilə bir ay münasibətdə olduqdan sonra Rüfanədən ayrılmışdır. O, xx.xx.2023-cü il tarixdə, saat təxminən 21:00 radələrində dostu İsmayıl ilə Yasamal rayonu ərazisində yerləşən Yasamal parkında hərəsinə 2 (iki) şüşə (butulka) “Kuller” pivəsi içmişdir. O, İsmayılı uzun müddətdir ki, qonşuluqdan tanıyır. Aralarında dostluq münasibəti var. O, İsmayıl ilə birlikdə pivə içdikdən sonra sonuncu ona təklif etmişdir ki, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşən ‘Çay evi 017” adlı kafeyə getsinlər. O, Sədəfin həmin çay evində işlədiyini bilmişdir. Həmçinin dostu İsmayıl da, Sədəfin orada işlədiyini bilmişdir. O, İsmayıl ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat təxminən 23:00 radələrində taksi ilə “Əcəmi” metrosu yaxınlığına getmişlər. Sonra onlar birlikdə Nəsimi rayonu, Cavadxan 17 ünvanında yerləşən “Çay evi 017” kafesinə gəlmişlər. Onlar orada çay sifariş etmişlər. Sədəf adlı qadın onlara 5-10 dəqiqə sonra çay gətirmişdir. Çay gətirən zaman o, Sədəfdən Rüfanənin harada olduğunu soruşmuşdur. Sədəf də, ondan niyə Rüfanənin ona maraqlı olduğunu soruşduqda, o, Sədəflə kobud danışmağa başlamışdır. Bu vaxt o, Sədəfi təhqir etmişdir. Sədəf onun təhqir etdiyini eşidib həmin kafedə səs-küy salmağa başlamışdır. Kafedə olan zaman onlardan başqa orada təxminən 3-4 nəfər müştəri olmuşdur. Sədəf səs-küy saldıqdan sonra kafenin bayır hissəsindən 4-5 nəfər tanımadığı şəxs içəri daxil olub onların əyləşdiyi masaya yaxınlaşmışdır. Həmin şəxslər ondan nə olduğunu soruşaraq onu kafedən bayıra dəvət etmişlər. O da, həmin şəxslərlə birlikdə kafedən bayıra çıxmışdır. Həmin şəxslər ondan qızın səs-küy salmasının səbəbini soruşmuşlar. O da, həmin şəxslərə qızı təhqir etdiyini və qızı əvvəllər də tanıdığını bildirmişdir. O, həmin 4-5 nəfər şəxslə 3-5 dəqiqə söhbət etdikdən sonra həmin şəxslər ondan aralaşmışlar. Həmin vaxt İsmayıl adlı dostu da onun yanında olmuşdur. 4-5 nəfər tanımadığı şəxs ondan uzaqlaşdıqdan sonra yenidən bir nəfər, iri gövdəli, hündür boylu, orta yaşlı oğlan ona yaxınlaşmışdır. Həmin oğlanın yanında tanımadığı 3-4 nəfər şəxs də olmuşdur. Həmin şəxs ona yaxınlaşıb onu kafenin qarşısından bir qədər irəli, avtomobil yolu istiqamətinə apararaq kafedə işləyən qıza nə dediyini soruşmuşdur. O da, həmin oğlana qızı hansı nalayiq ifadə ilə təhqir etdiyini bildirmişdir. Bu vaxt həmin oğlan onun sifət nahiyəsindən yumruqla zərbə endirmişdir. Həmin vaxt o da, həmin oğlana zərbələr endirməyə başlamışdır. Lakin həmin oğlan fiziki cəhətdən güclü olduğundan o, həmin oğlana qalib qələ bilməmişdir. O, həmin şəxsin ona davamlı olaraq zərbələr endirdiyini görüb sağ cibində olan, təxminən 5 sm uzunluğunda açılıb-bağlanan ağ rəngli cib bıçağını çıxarıb açaraq həmin oğlanın qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirmişdir. Bundan sonra orada olan şəxslərin köməyi ilə onlar aralaşmışlar və o, yolun əks istiqamətinə keçmişdir. Bıçağı vurduqdan sonra bıçaq hadisə yerində qalmış və bıçağın harada olması barədə onun məlumatı olmamışdır. Həmin vaxt artıq İsmayıl onun yanında olmamışdır. O, İsmayılın hara getməsini bilməmişdir. O, yolun əks istiqamətinə keçib insanların köməyi ilə üzünə-gözünə su vurduqdan sonra tanımadığı “VAZ 21 099” markalı taksi avtomobilinə əyləşib yaşadığı Yasamal rayonuna getmişdir. O, evə getdikdən sonra əmisi oğlu evdə olmamışdır. O, gecəni yatdıqdan sonra səhər durub polisə təslim olmağı düşünmüşdür. Lakin o, hadisə barədə heç kimə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun işlətdiyi ***-***-**-** nömrəyə zəng edib onu Nəsimi RPİ-nin 19-cu PŞnə dəvət etmişlər. O da, xx.xx.2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində 19-cu PŞ-nə getmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dostları ilə birlikdə gəlib onun işlətdiyi kafedə əyləmişdir. O, həmin vaxt kafedə olmamışdır. O, alış-veriş edib yaxınlıqda yerləşən “Kardeşlər” restoranında dostu ilə birgə yemək yemişdir. Saat 00:00 radələrində ona telefon zəngi gəlmiş və obyektdə söz-söhbət olduğunu ona bildirmişlər. Sonra o, dostu ilə birlikdə maşınla obyektə getmişdir. Ora çatdıqda, o, maşından düşmüş, lakin obyektə qalxmamışdır. Çünki o, görmüşdür ki, obyektin qarşısında insanlar yığışıb. Obyekt yaşayış binasıın altında yerləşir. O, uşaqların harada olmasını soruşmuş və ona həmin şəxsləri göstəmişlər. Sonra o, həmin şəxslərə yaxınlaşdıqda, orada 3-4 nəfər şəxs olmuşdur. O, həmin şəxslərə salam verib kimin söyüş söydüyünü soruşmuşdur. Lakin heç kəs cavab verməmişdir. Sonra o, Nurməmməd ilə birlikdə obyektə tərəf danışa-danışa getmişdir. Nurməmməd həmin vaxt çox içkili vəziyyərdə olmuşdur. Həmçinin Nurməmmədin yanında uzun boylu oğlan da olmuş və həmin oğlan ona demişdir ki, “Nurməmməd mənim dostumun qardaşıdır”. Sonra Nurməmmədin yanında olan oğlan ondan xahiş etmişdir ki, o, Nurməmmədə heç nə etməsin. Sonra o, Nurməmmədgili obyektə dəvət edərək orada çay-kofe içib söhbəti aydınlaşdırmağı təklif etmişdir. O, Nurməmməddən qıza nə dediyini soruşduqda, Nurməmməd onun kafesində işləyən qızı, yəni Dürsədəfi, sonra isə onu təhqir etməyə başlamışdır. O, Nurməmməddən təhqiri dayandırmasını tələb etsə də, Nurməmməd söyüş söyməyə davam etmişdir. O, Nurməmmədin təhqiredici sözlərinə dözə bilməmiş və Nurməmmədi itələyərək demişdir ki, “Get də”. Bundan sonra o, üzünü çevirmiş, həmin vaxt Nurməmməd onu bıçaqlamışdır. Bundan sonra o, huşunu itirmişdir. Ona 1 (bir) bıçaq zərbəsi dəymişdir. Bıçaqlandıqdan sonra ona ümumilikdə 48 ədəd tikiş qoyulmuşdur. O, 1 (bir) dəfə əməliyyat olunmuş, sonra isə evə buraxılmışdır. Sonradan o, görmüşdür ki, ağrıları dayanmır və yarasından çirk gəlir. Bundan sonra o, yenidən həkimə müraciət etmiş və sonra onun yarasına yenidən tikiş atılmışdır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan ödənilmiş, ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X9 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən “017 Çay evi” adlı kafeni icarə əsasında işlədir. xx.xx.2023cü il tarixdə, təxminən saat 17:00 radələrində o, işlətdiyi obyektə gəlmiş və obyektin fəaliyyətinə nəzarət etdikdən sonra dostu Ruslan Ələkbərovla birlikdə təxminən saat 23:00 radələrində “Əcəmi” metrostansiyası yaxınlığında yerləşən paltar mağazasına özünə paltar almaq üçün getmişdir. Həmin gün təxminən saat 23:30 radələrində onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı nömrədən zəng olunaraq işlətdiyi çay evində problem olduğunu və onun ora gəlməyini bildirmişlər. O da, dostu Ruslanla birlikdə təxminən saat 00.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 17 ünvanına gəlmişdir. O, obyektin qabağında dayanan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən obyektində nə problem olduğunu və kimin problem yaratdığını soruşmuşdur. Həmin şəxs də, ona obyektin qarşısından 20 metr məsafədə yerləşən ağaclıq sahədə dayanan şəxslərin olduğunu bildirmişdir. O, həmin şəxslərə yaxınlaşdıqda, həmin şəxslərdən boyca balaca, əynində ağ rəngli köynək olan şəxsdən nə olduğunu soruşmuşdur. Həmin şəxs ona kobud cavab verərək obyektdə oturduğu masanın hesabını bağlamayacağını və onun bu hərəkətə layiq olduğunu, bu səbəbdən də bu kimi hərəkət etdiyini ona bildirmişdir. Bundan sonra o, həmin şəxsin qoluna girərək bir qədər kənara, avtomobil yoluna tərəf aparmışdır. Bu zaman həmin şəxs onunla daha acıqlı formada danışaraq onu təhqir etməyə başlamışdır. O, dəfələrlə həmin şəxsə sakit olmasını və əlavə problem yaratmamasını təklif etmişdir. Həmin şəxs isə onun sözlərinə əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. Mübahisə vaxtı onun yanında olan Ruslan adlı dostu və mübahisə etdiyi şəxsin yanında olan şəxslər onlardan 5-6 metr aralıda dayanıb onları seyr etmişlər. O, mübahisə etdiyi şəxsin onu təhqir etdiyi üçün sağ əli ilə həmin şəxsin sifət nahiyəsinə sillə ilə vurmuşdur. Bundan sonra o, həmin şəxsə sol ayağı ilə badalaq zərbəsi endirmişdir. Həmin şəxs bir qədər arxaya gedib yolun kənarında dayanaraq avtomobilə söykənmiş, sonra yenidən onun üstünə gəlib ani olaraq sağ cibindən çıxartdığı, ölçüsünü görmədiyi bıçaqla onun qarın nahiyəsinə 1 (bir) dəfə zərbə endirmişdir. Bundan sonra ora toplaşan şəxslərin köməyi ilə o, həmin şəxsdən aralaşmış və əlini qarın nahiyəsinə atdıqda, oradan qan gəldiyini görmüşdür. Bundan sonra Nicat adlı şəxs onu özünə məxsus “Mersedes” markalı avtomobili ilə KTM-ə aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün işdən qayıdıb evə getmişdir. Yaşadığı məhəllədə o, Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Nurməmməd onunla qonşuluqda yaşayır. Həmin vaxt Nurməmməd ona demişdir ki, “gedək bir dənə çay içək”. O da, Nurməmmədlə razılaşmış, bundan sonra evə gedib paltarlarını dəyişmiş, habelə evdə yemək yedikdən sonra Nurməmməd ilə görüşərək birlikdə biraz gəzmiş, sonra isə onlar birlikdə çay içməyə getmişlər. Çay içən zaman kafedə işləyən ofisiant xanım onlara yaxınlaşmış və həmin xanım ilə Nurməmmədin sözləri düz gəlməmiş, ona görə də Nurməmməd həmin xanımla mübahisə etməyə başlamışdır. Nurməmməd həmin xanıma rəfiqəsi barədə qeyri-etik, yəni nalayiq ifadə işlətmişdir. Ofisiant xanımın adı səhv etmirsə Dürsədəf olmuşdur. Dürsədəf də, öz növbəsində Nurməmmədə cavab qaytarmış, əvəzində Nurməmməd Dürsədəfə yenidən söyüş söymüşdür. Daha sonra qalmaqal baş vermiş və Nurməmmədlə Dürsədəf birbirilərini itələmişlər. Sonra o, Nurməmmədi kafedən çölə çıxartmışdır. Həmin kafenin sahibi Elnur adlı şəxs olmuşdur. Ona görə də Elnur Nurməmmədin yanına yaxınlaşaraq sonuncunu kənara çəkmişdir. Elnurun yanında başqa şəxslər də olmuşdur. Elnurla Nurməmməd biraz söhbət etmişlər. Həmin vaxt Elnur Nurməmmədə söyüş söydüyünü bildirmiş, Nurməmməd isə Elnura söyüş söymədiyini, əksinə ofisiant işləyən Dürsədəfin ünvanına söyüş söydüyünü bildirmişdir. Bu vaxt Elnur Nurməmmədə sillə vurmuş, Nurməmməd də öz növbəsində Elnuru vurmuşdur. Bundan sonra Elnur 10-15 metr arxaya çəkilərək demişdir ki, “məni bıçaqla vurdu”. Həmin vaxt orada adam çox olmuş, ona görə də orada olan həmin şəxslər Nurməmmədi kənara aparmışlar. Həmin vaxt o, ətrafa baxmış, lakin Nurməmmədi görməmişdir. Sonra o, yaşadığı məhəlləyə qayıtmış və məhəllədə Nurməmmədi görmüşdür. Nurməmməd ona demişdir ki, Elnuru bıçaqla vurmuş, ona görə də orada olan digər şəxslər də Nurməmmədi vurmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, “Bermud” çay evində işləmişdir. Sonradan o, görmüşdür ki, digər obyektə işləyən rəfiqəsi Dürsədəfin halı pisləşmişdir. O, Dürsədəfə görə sonuncunun yanına getmiş və ora çatdıqda, obyektdə dava düşdüyünü, habelə şüşənin qırıldığını görmüşdür. Onlar həmin vaxt Dürsədəfi ayıltmağa çalışmışlar. Bu zaman ora Elnur Süleymanov gələrək Təqsirləndirilən şəxslə söhbət etmişdir. Lakin o, Elnurgilin yanında olmamışdır. Deyilənlərdən o, eşitmişdir ki, obyektdə Dürsədəfin tanıdığı qız haqqında söyüş söyülmüş, Dursəf də yaxınlaşıb demişdir ki, “söyüş söyməyin”. Daha sonra Dürsədəfin anası haqqında söyüş söyülmüşdür. Həmin vaxt Dürsədəf yenicə əməliyyatdan çıxmışdır. Eşitdiyinə görə hətta Nurməmməd Dürsədəfin üstünə bıçaq çıxarmış, bundan sonra isə Dürsədəfin halı pisləşmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun işlədiyi kafeyə Təqsirləndirilən şəxs 7-8 nəfər dostu ilə birlikdə gəlmişdir. Nurməmmədgili kabinetdə əyləşmişlər və özlərinə pivə, habelə çay sifariş vermişlər. Nurməmmədgili öz aralarında söhbət edərkən söyüş söymüşlər. O da, Nurməmmədgilə yaxınlaşıb demişdir ki, “söyüş söyməyin”. Nurməmməd isə bunun qarşılığında onu söymüşdür. O, həmin vaxt əməliyyatdan təzəcə çıxmışdır. O, Nurməmmədə “Mənimləsiniz?” deyə sual vermişdir. Bundan sonra Nurməmməd onu və onun anasını təhqir etməyə başlamışdır. Həmçinin Nurməmməd söyüş söyən zaman onun rəfiqəsi Rüfanə haqqında əxlaqsız sözlər işlətmişdir. O da, Nurməmmədə demişdir ki, “ayıbdır, dostların ilə gəlib burada qadını təhqir etməyin nə dərəcədə düzgündür?”. Bundan sonra onun halı pisləşmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən “Çay evi 017” çay evində administrator vəzifəsində işləyir. Həmin obyekt Süleymanov Elnura məxsusdur. İş saatı axşam saat 17:00-dan səhər saat 06:00-a qədər davam edir. xx.xx.2023-cü il tarixdə o, hər gün olduğu kimi obyektə gəlmiş və həmin gün axşam təxminən saat 23:00 radələrində 5-6 nəfər cavan oğlan kafeyə daxil olub masaların birində əyləşmişlər. O, həmin şəxslərdən İsmayıl və Nurməmmədi tanısa da, digər şəxsləri tanımamışdır. O, Nurməmmədi öz rəfiqəsi olan Rüfanə ilə olan münasibətindən tanımış, İsmaylı isə onun işlədiyi obyektə tez-tez gəlib getdiyinə görə tanımışdır. Həmin cavan oğlanlar ona çay və şokolad sifariş etmişlər. O, çay gətirən zaman Nurməmməd masa arxasında onun rəfiqəsi Rüfanə haqqında nalayiq fikirlər səsləndirmişdir. Ona görə də o, Nurməmmədə bu hərəkətinin düzgün olmadığını və söyüş söyməməsini bildirmişdir. Bundan sonra Nurməmməd onun özünü nalayiq ifadələrlə təhqir etmişdir. P, Nurməmmədə kobud cavab vermiş, bundan sonra əsəbiləşərək kafenin bayır hissəsinə çıxmışdır. Nurməmməd də, onun arxasınca gəlib onunla yenidən mübahisə etməyə və onun anasını təhqir etməyə davam etmişdir. O, Nurməmməddən onun anasını niyə söydüyünü soruşduqda, Nurməmməd onu yenidən təhqir etməyə davam etmişdir. Bunun nəticəsində onun halı pisləşmiş və o, çölə çıxaraq pilləkənlərdə gözləmişdir. Bu vaxt obyektin sahibi olan Süleymanov Elnur ona yaxınlaşıb nə olduğunu soruşmuşdur. O da, Elnura içəridə bir nəfər müştərinin onun anasını söydüyünü bildirmişdir. Elnur orada olan insanlardan həmin şəxsin kim olduğunu soruşduqda, Nurməmmədin kafenin qabağında olan ağaclıq sahədə dayandığını Elnura demişlər. Bundan sonra Nurməmmədlə Elnur ikisi birlikdə kafenin qabağıda olan ağaclıq sahəyə getmişlər. O isə obyektin qabağında rəfiqəsi və digər obyektdə işləyən Nərmin adlı qızla birlikdə dayanıb Elnurgili seyr etmişdir. Onunla Elnurgilin arasında 5-7 metr məsafə olmuş, lakin o, orada nə söhbət edildiyini görməmişdir. Bir qədər sonra o, orada dava olduğunun şahidi olmuşdur. Həmin vaxt ora toplaşan adamlar çox olduğundan o, kimin kimi vurduğunu görə bilməmiş, lakin bir qədər sonra Elnurun əlini qarın nahiyəsinə tutaraq oradan uzaqlaşdığını görmüş və Elnurdan nə olduğunu soruşduqda, Elnur əynində ağ köynək olan, boyca balaca olan oğlanın bıçaqla vurduğunu demişdir. Bundan sonra o, obyektdə Elnurla dava edən və onu təhqir edən Nurməmmədin Elnuru bıçaqla vurduğunu bilmişdir. Sonra onlar Elnuru sonuncunun öz avtomobilinə əyləşdirib xəstəxanaya göndərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə vaxtı o, Elnur Süleymanov ilə birlikdə “Memar Əcəmidə” yerləşən “Kardeşlər” restoranında əyləşib yemək yemişdir. Həmin vaxt Elnura zəng gəlmiş və deyilmişdir ki, obyektin yanında dava var. Bundan sonra onlar maşına oturaraq kafenin qarşısına getmişlər. O, Elnuru maşından düşürtmüş və maşını saxlamaq üçün oradan uzaqlaşmışdır. O, maşını saxlayıb kafeyə qayıtdıqda, Elnur artıq bıçaqlanmışdır. O, Elnurun necə və kimin tərəfindən bıçaqlanmasını görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 08:09 radələrində xx.xx.1987-ci il təvəllüdlü X1 qarının sol yan divarının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən xəsarət alması barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 6-9) görünür ki, cinayət hadisəsinin baş verdiyi əraziyə, yəni “017 Çay evi” adlı kafenin giriş hissəsinə və həmin hissəyə yaxın olan əraziyə baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 12-13) görünür ki, zərərçəkmiş şəxs X4 məxsus və hadisə vaxtı onun əynində olmuş köynək, mayka, alt tuman, cins şalvar, bir cüt çəkələk və kəmər götürülmüş, habelə həmin əşyalara baxış keçirilmiş və həmin vaxt əşyaların üzərində qan ləkələri aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 61-62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-379/2023 saylı qərarından (cild 1, iş vərəqə 103-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 92-96) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi ərazidə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin üsulunu və mexanizmini göstərərək ətraflı şəkildə ifadə vermişdir. Zərərçəkmiş şəxs X9 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş ərizədən (cild 1, iş vərəqə 131) görünür ki, X9 müraciət edərək Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 138) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X19 1034 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 143-144) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ qaş və sağ çiyin nahiyələrinin sıyrıqları, döş qəfəsinin ön səthinin sıyrığı və qançırı bərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən 2-3 gün əvvəl əmələ gəlmişlər və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəninin hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri istisna edilmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X19 534/2023-MTBŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 153-157) görünür ki, X1 qan qrupu təqdim edilmiş şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən təsnifata görə В alfa (İll)-dir. Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş X4 məxsus köynək, mayka, alt tuman, cins şalvar və toqqa üzərində qan ləkələri aşkar olundu. Köynək, mayka, alt tuman, cins şalvar üzərində olan qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda В alfa(İİİ) qrupunu xarakterizə edən В antigeni və alfa aqqlyutinini alındı. Beləliklə, bu qan В alfa (İİİ) qruplu şəxsə, o cümlədən, X4 məxsus ola bilər. Toqqa üzrində aşkar olunmuş zəif qan ləkəsində tədqiqat zamanı qrup antigenləri və aqqlyutininlərin alınmadı. Ekspertizaya təqdim edilmiş bir cüt çəkələk üzərində vizual müayinə zamanı qana şübhəli hər hansı ləkə aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 2534 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 150- 151) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Onun ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idadə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X19 1205 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 146-148) görünür ki, E.İ.Süleymanovun bədənində aşkar edilmiş xəsarət - qarının ön divarının sol yarısının daxilə nüfuz edən, nazik bağırsağı və müsariqəsini zədələyən, daxili və xarici qanaxma və İİ dərəcəli hemorragik şokla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün X20 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. E.İ.Süleymanovun bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıcağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” X19 381/2023-MTKŞ nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 159-161) görünür ki, espertizaya təqdim olunmuş və X4 məxsus köynəyin və maykanın ön hissəsinin sol aşağı nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş X4 məxsus bir cüt başmaq, tuman, kəmər və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 182-183) görünür ki, həmin gün cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 185-186) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 202-215) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, zərərçəkmiş şəxs X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, zərərçəkmiş şəxs Elnur Süleymanovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün materialların Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə göndərilməsi, o cümlədən cinayət hadisəsi zamanı X1 əynində olmuş 01 ədəd köynək, 01 ədəd mayka, 01 ədəd alt tuman, 01 ədəd cins şalvar, 01 ədəd kəmər maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-561/2023 saylı qərarından (cild 1, iş vərəqə 238-241) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 18) görünür ki, zərərçəkmiş şəxs X9 Təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan ödənilmiş və bu səbəbdən də onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən gecə saat 23:30 radələrində tanışı İsmayıl ilə birlikdə ünvan 1 ünvanında yerləşən “Çay evi 017” adlı kafeyə gedərək əyləşmişlər. Təqsirləndirilən şəxs həmin kafeyə getdiyi vaxt spirtli içkinin təsiri altında olmuşdur. Lakin ibtidai istintaq orqanı tərəfindən bu hissədə yoxlama aparılmadan, məhkəmədə sərxoşluq vəziyyətinin dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs “Çay evi 017” adlı kafeyə gəldikdə, orada onun tanıdığı başqa şəxslər də olmuş, lakin həmin şəxslərin də şəxsiyyəti ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmədiyindən və məhkəmədə tədqiq edilmiş sübutlar əsasında həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından həmin vaxt Təqsirləndirilən şəxs yanında İsmayıl adlı tanışından başqa digər şəxslərin şəxsiyyəti məhkəməyə aydın deyil. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşaraq bu hissədə aparılmış ibtidai istintaqı natamam və qüsurlu araşdırma kimi qəbul edir. Bundan başqa, məhkəmədə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs əyləşdiyi masaya ofisiant kimi xidmət edən şəxs Şahid4 olmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 cinayət hadisəsinə qədər bir-birilərini tanımışlar və onların tanışlığı Nurməmmədin Dürsədəfin rəfiqəsi ilə bağlı olmuşdur. Belə ki, əvvəllər Təqsirləndirilən şəxslə Şahid4 rəfiqəsi olan Rüfanə adlı şəxs arasında sevgi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs kafedə əyləşdiyi masaya Şahid4 tərəfindən xidmət göstərilən vaxt Nurməmməd əsassız şəkildə əvvəlcə Dürsədəfin rəfiqəsi Rüfanəni, sonra isə Dürsədəfin özünü söyüb təhqir etmişdir. Bunun nəticəsində onların arasında qarşılıqlı şəkildə sözlü mübahisə baş vermişdir. Sözlü mübahisəyə səbəb Təqsirləndirilən şəxs Şahid4 əsassız və buan səbəb olmadan söyüb təhqir etməsi olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, göstərilən hissədə məhkəmənin gəldiyi nəticə həm Təqsirləndirilən şəxs ibtidai istintaq, həm məhkəmədə vermiş olduğu ifadəsi, həmçinin şahidlərin ibtidai istintaq zamanı və məhkəmədə vermiş olduqları ifadələri ilə tam şəkildə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əyləşdiyi çay evinin sahibi Elnur Süleymanov olmuşdur. Nurməmməd Dürsədəflə sözlü mübahisə edən zaman Elnur Süleymanov orada olmasa da, bir qədər sonra Elnur Süleymanov çay evinə gəlmiş və bundan sonra Elnur Nurməmmədlə söhbət edərək sonuncunun kafedə etdiyi hərəkətləri barədə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olduğundan bu dəfə əsassız və səbəbsiz yerə Elnur Süleymanovu təhqir etməyə başlamışdır. Elnur Süleymanov dəfələrlə Təqsirləndirilən şəxs onu təhqir etməməsini tələb etsə də, Nurməmməd Elnurun sözlərinə məhəl qoymayaraq sonuncunu təhqir etməyə davam etmişdir. Təqsirləndirilən şəxs Elnur Süleymanovu dayanmadan təhqir etdiyindən Elnur Nurməmmədi dəfələrlə sakitləşməyə dəvət etmiş, lakin Nurməmməd qanunsuz və əxlaqsız hərəkətlərini dayandırmamışdır. X12 bu kimi qanunsuz və əxlaqsız hərəkətlərindən əsəbiləşərək əvvəlcə Nurməmmədi sillə ilə vurmuş, sonra isə ayağı ilə badalaq gələrək sonuncunu yerə yıxmışdır. Bu vaxt Təqsirləndirilən şəxs Elnur Süleymanovdan fiziki cəhətdən zəif olduğunu görüb üzərində gəzdirdiyi bıçaqla 1 (bir) dəfə Elnur Süleymanova xəsarət yetirmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Elnur Süleymanova 1 (bir) dəfə bıçaq zərbəsini Elnur Süleymanovun ona sillə vurması, sonradan isə ayağı ilə badalaq gələrək yerə yıxmasından sonra vursa da, Elnur Süleymanovun ona əvvəlcə sillə vurması, sonradan isə ayağı ilə badalaq gələrək Təqsirləndirilən şəxs yerə yıxmasına səbəb məhz Nurməmməd X5rşı təhqiramiz ifadələr işlətməsi və ağır söyüşlərlə təhqir etməsi olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Elnur Süleymanova ağır bədən xəsarətini heç bir əsaslı səbəb olmadan yetirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə ifadə verərək Elnur Süleymanov onunla söhbət edərkən Elnuru təhqir etməməsi, əksinə buna səbəb olmadan Elnurun ona sillə vurmasını, sonra isə ayağı ilə badalaq gələrək yerə yıxmasını, məhz bundan sonra Elnura qalib gələ bilməyəcəyini görüb üzərində gəzdirdiyi bıçaqla Elnura xəsarət yetirdiyini iddia etsə, habelə məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs göstərilən hissədə iddia etdiklərini təsdiq etsə də, məhkəmə hesab edir ki, həm Təqsirləndirilən şəxs, həm də Şahid1 göstərilən hissədə ifadə verərkən səmimi olmamışlar. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs Elnur Süleymanov və Şahid4 ayrı-ayrılıqda bildirmişlər ki, Təqsirləndirilən şəxs çay evinə gəldikdə, sonradan Dürsədəfin rəfiqəsi Rüfanəni və Dürsədəfin özünü söydükdə, Nurməmməd sərxoş vəziyyətdə olmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs çay evindəki qanunsuz və əxlaqsız davranışı onun məhz sərxoş vəziyyətdə olması ilə bağlı olmuşdur. Əks halda Təqsirləndirilən şəxs çay evində əvvəlcə Dürsədəfin yanında Rüfanəni, sonradan isə Dürsədəfi və onun anasını söyüb təhqir etməsi, Dürsədəfin Nurməmmədə təhqiredici sözlərlə bağlı irad bildirməsi, buna baxmayaraq, Nurməmmədin qanunsuz və əxlaqsız hərəkətlərini dayandırmaq əvəzinə, əksinə Dürsədəfi söyməklə təhqir etməsinə davam etməsi başa düşülən deyil. Elnur Süleymanov çay evinə gəldikdən sonra Təqsirləndirilən şəxslə söhbət edərək baş vermiş hadisə ilə bağlı maraqlandığı zaman Nurməmmədin qanunsuz və əxlaqsız hərəkətlərini davam etdirməsi, yəni bu dəfə Elnur Süleymanovun özünü söyüb təhqir etməsi ona dəlalət edir ki, Nurməmməd sərxoş vəziyyətdə olduğundan hərəkətlərini idarə edə bilməmiş və nəticədə Elnur Süleymanovun haqlı iradına qarşı qanunsuz və əxlaqsız hərəkətlərini etməyə davam etmişdir. Məhz bundan sonra X13 Ağayevə zorakı hərəkət etməyə qərar vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Elnur Süleymanovu sonuncunun ona sillə vurması və ayağı ilə badalaq gəlib yerə yıxmasından sonra bıçaqla vursa da, Elnurun bu hərəkətləri qanunsuz hərəkətlər kimi qiymətləndirilə bilməz. Belə ki, həmin vaxt Elnur Süleymanov dəfələrlə Təqsirləndirilən şəxs söyüş söyməməsini, bununla da təhqiramiz ifadələri işlətməməsini tələb etsə də, Nurməmməd onun sözlərinə məhəl qoymayaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Başqa sözlə, X6 Ağayevi əvvəlcə sillə ilə vurması, sonradan isə ayağı ilə badalaq gəlməsinin səbəbi Nurməmmədin Elnura qarşı sərgiləmiş olduğu qanunsuz və əxlaqsız hərəkətləri olmuşdur. Burada ən vacib amil ondan ibarətdir ki, Elnur Süleymanov həmin vaxt Təqsirləndirilən şəxs nisbətdə kənar və səlahiyyətsiz şəxs olmamış, əksinə Təqsirləndirilən şəxs məhz onun işlətdiyi çay evində qanunsuz və əxlaqsız hərəkətlər etdiyindən Elnur Süleymanov çay evinin sahibi kimi həmin iaşə obyektində səlahiyyətli şəxs olmuş və həmin obyektdə baş verə biləcək istənilən qanunsuz hərəkətlərə qanunu pozmamaq şərtilə müdaxilə etmək səlahiyyəti olmuşdur. Təqsirləndirilən şəxs və onun tanışı Şahid1 göstərilən nəticədən fərqli məzmunda məhkəmədə ifadə verməklə faktiki olaraq Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Beləliklə, məhkəmə göstərilən nəticəni əsas tutaraq belə hesab edir ki, Nurməmməd X2 üz nahiyəsindən sillə vuraraq badalaqla yerə yıxmasını cüzi səbəb kimi bəhanə gətirib ayağa qalxmış, ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən uca səslə Elnur Süleymanovun barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla Elnur Süleymanova zor tətbiq edib qəsdən bədən nahiyəsindən 1 (bir) dəfə vuraraq sonuncuya qarının ön divarının sol yarısının daxilə nüfuz edən, nazik bağırsağı və müsariqəsini zədələyən, daxili və xarici qanaxma və İİ dərəcəli hemorragik şokla müşayiət olunan 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadə verərək Elnur Süleymanovu söymədiyini, əksinə sonuncunun ona sillə vurması və sonradan döyməsi nəticəsində Elnur Süleymanova bıçaqla xəsarət yetiridiyini iddia etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə qanunsuz əməllərinə haqq qazandırmaqla yanaşı, həmçinin məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, zərərçəkmiş şəxs Elnur Süleymanov ibtidai istintaq zamanı verdiyi ifadəsində, habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxslə üzləşmədə iştirak etdiyi zaman verdiyi ifadəsində və məhkəmədə dindirilərkən verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs çay evində etdiyi qanunsuz hərəkətləri barədə sual verdikdə, Təqsirləndirilən şəxs əsassız yerə onu söyüb təhqir etmiş, bunun nəticəsində o, dəfələrlə Nurməmməddən söyüş söyməməsini tələb etsə də, sonuncu ona məhəl qoymayaraq onu təhqir etməyə davam etmişdir. Nəticədə o, əsəbiləşmiş və Təqsirləndirilən şəxs sakitləşdirmək məqsədi ilə sonuncuya sillə, sonradan isə badalaq gəlməklə yerə yıxmışdır. Zərərçəkmiş şəxs Elnur Süleymanovun ifadələrindən açıq aşkar görünür ki, onun Təqsirləndirilən şəxs sillə və digər hərəkətlər etməsi əsassız olmamış, əksinə haqlı iradına qarşı Təqsirləndirilən şəxs onu söyməklə təhqir etmiş, daha sonra daha da irəli gedərək üzərində gəzdirdiyi bıçaqla qəsdən ağır bədən xəsarəti yetirmişdir. Göstərilənlər məcmu halda bir daha ona dəlalət edir ki, təqsirləndirilən şəxs Nurməmməd X10rşı məhz xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Əks nəticəyə gəlmək üçün başqa nəticəyə gəlmək mümkün olmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut olub Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan və cinayət hadisəsi zamanı zərərçəkmiş şəxs X1 əynində olmuş 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd mayka, 1 (bir) ədəd alt tuman, 1 (bir) ədəd cins şalvar və 1 (bir) ədəd toqqalı kəmər iş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olub Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və cinayət hadisəsi zamanı zərərçəkmiş şəxs X1 əynində olmuş 1 (bir) ədəd qısaqol köynək, 1 (bir) ədəd mayka, 1 (bir) ədəd alt tuman, 1 (bir) ədəd cins şalvar və 1 (bir) ədəd toqqalı kəmər iş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1078/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1078/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver