Məhkəmə qərarları › İş №1(101)-1079/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1079/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1079/2025 25.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X5 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 2 aprel 1995-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Cəbrayıl rayonu Mərzə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 iyun 2025-ci il tarixdə, saat 12:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 1(bir) ədəd bükümdə təmiz çəkisi 31,445 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda 1(bir) ədəd bağlamada 12 (on iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,48 qram, 3,89 qram, 8,22 qram, 16,16 qram, 1,83 qram, 118,30 qram, 265,0 qram, 95,63 qram, 130,0 qram, 13,48 qram, 23,73 qram və 6,11 qram olmaqla ümumi çəkisi 691,83 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla kirayə yaşadığı ünvan 2 ünvanında saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən 6 noyabr 2024-cü il tarixdə, saat 17:20-də keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi 25 ünvanının qarşında saxlanılıb videoçəkilişlə üstünün yoxlanılması zamanı əynində olan şalvarının sol yan cibindən 1(bir) ədəd “İphone” və içərisində ***-***-**-** sim nömrəsi olan “Samsung” markalı mobil telefonlar, sağ yan cibindən şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd "xxxx" ASC-yə məxsus “Birbank” plastik bank kartı götürülmüş, tədbirin davamı olaraq saat 17:25-də videoçəkilişlə kirayə yaşadığı Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi 25 ünvanındakı otaqda çarpayının alt hissəsindən külli miqdarda 1 (bir) ədəd təmiz çəkisi 31,445 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda 12 (on iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,48 qram, 3,89 qram, 8,22 qram, 16,16 qram, 1,83 qram, 118,30 qram, 265,0 qram, 95,63 qram, 130,0 qram, 13,48 qram, 23,73 qram və 6,11 qram olmaqla ümumi çəkisi 691,83 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və üzərilərində psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tutulmazdan əvvəl maşın ustası – motarist kimi işləmişdir. O, 4-5 nəfər polis əməkdaşı tərəfindən kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evin yataq otağında olarkən saxlanılmış, polis əməkdaşları onunla danışıqlar apardıqdan sonra evdən çölə çıxarılaraq videoçəkiliş aparılmış və videoçəkiliş zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Belə ki, polis əməkdaşları onu evində saxlayıb çölə çıxardıqda aparılacaq videoçəkiliş zamanı nəyi və necə danışmalı olmasını ona izah etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan üzərində hər hansı xəsarət olmamış, onu söyən və ya təhqir edən, o cümlədən hər hansı formada təzyiq göstərən olmamışdır. Lakin ittihamda qeyd edilən çəkidə və bükümlərdə olan narkotik vasitə və psixotrop maddələr ona məxsus olmamış, saxlanılarkən evdə yalnız 10 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana və 1(bir) ədəd elektron tərəzi olmuş, həmin narkotik vasitəni isə iranlı “Səyid” adlı şəxsdən şəxsi istehlakı üçün əldə etmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, lakin onun kimi digər narkotik vasitə istifadəçiləri bir-birindən arada narkotik vasitə istəmişlər. O, iranlı “Səyid” adlı şəxsdən əsasən narkotik vasitə qurudulmuş marixuana alıb istifadə etmiş, “Səyiddən” adətən 50 qram çəkidə narkotik vasitə marixuana əldə etmiş, narkomaniya xəstəliyindən müalicə olunması ilə əlaqədar pulu olmadığından narkotik vasitə qurudulmuş marixuananı “Səyiddən” borc kimi almış, bu səbəbdən sonuncuya təxminən 1000 manat məbləğində borcu yaranmışdır. Bununla əlaqədar olaraq o, iranlı “Səyid” adlı şəxsin zənglərinə sonradan cavab verməmiş, sonuncu barəsində ibtidai istintaq orqanına da bildirmişdir. Ona təqdim olunan prosessual sənədləri idarədə olarkən imzalamışdır. Evinə baxış zamanı aşkar olunmuş yalnız kiçik tərəzi ona məxsus olmuş, böyük tərəzi isə ona məxsus olmamaqla həmin tərəzidən ümumiyyətlə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən kirayə yaşadığı evə hər hansı narkotik vasitə və ya psixotrop maddə qoyulmamışdır. Ondan aşkar edilmiş bank kartına dostları pul göndərmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ərarvad kimi birgə yaşadığı Şahid3 buraxılması üçün polis əməkdaşları ilə razılaşaraq sonuncuların ondan tələb etdiklərini qəbul etmişdir. O, narkotik vasitə aldığı İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxslə şəxsən görüşməmiş və sonuncunu görməmişdir. Həmin şəxslə əsasən səsli danışıq aparmış, bir dəfə isə görüntülü danışmışdır. “Səyidin” harada, o cümlədən İran İslam Respublikasının hansı ərazisində yaşamasını, dəqiq neçə yaşda olmasını, hər hansı psixi problemi olub-olmamasını və digər hər hansı anket məlumatlarını bilmir. Lakin onunla bir dəfə görüntülü danışdığından orta yaşlarında olmasını təxmin edir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkdiyini, ittihamda qeyd edilən çəkidə və bükümlərdə olan narkotik vasitələrin ona məxsus olmadığını, habelə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini bildirərək məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməklə gənc olmasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrdə göstərmişdir ki, təxminən bir il əvvəl İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxsi tanımış və bir müddət əvvəl sonuncu ona dediyi yerlərdən narkotik vasitəni götürərək dediyi qramlara bölməklə ünvanlara qoyaraq həmin yerin məkanını “WhatsApp” vasitəsilə göndərməsini və qarşılığında 1000 manat pul verəcəyini təklif etmiş, o da qeyd olunan təklifi qəbul etmişdir. Tutulduğu tarixdən, yəni 6 noyabr 2024-cü il tarixdən təxminən on gün əvvəl “Seyid” ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edərək proqramın mesajlar bölməsində göndərdiyi məkana getməsini və həmin məkanda yerdə olan sellofana bükülmüş narkotik vasitələri götürməsini bildirmiş, o da həmin ünvana gedərək sellofana bükülmüş narkotik vasitələri götürmüş və uzun illər sevgi münasibətində olduğu Şahid3 yaşadığı ünvan 3 ünvanına apararaq orada çarpayının altında bükülüləri gizlətmiş, lakin məsələdən Ayselin məlumatı olmamışdır. Narkotik vasitələri evdə özünə məxsus olan elektron tərəzidə əlbir olduğu “Səyidin” dediyi çəkilərdə bölərək sonuncu dediyi vaxt aparıb ünvanlara ataraq məkanları göndərmişdir. 6 noyabr 2024-cü il tarixdə, saat 17:20 radələrində yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində olan qanunla qadağan edilən əşyaları təqdim etməyini təklif etmişlər. O da həmin zaman əynində olan şalvarının sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı üzərində ***-***- **-** nömrəsi olan mobil telefon, 1 (bir) ədəd “İphone” markalı üzərində nömrəsi olmayan mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd "xxxx" ASC-yə məxsus **********726989 nömrəli “Birbank” plastik bank kartını və özünə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan sonra üzərində axtarış keçirilmiş, lakin hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra yaşadığı Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi 25 saylı ünvana baxış keçirilən zaman tutulduğu gündən təxminən on gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Səyidin” tapşırığı ilə Zığ qəsəbəsindən götürdüyü və Ayselin evində çarpayının altında gizlətdiyi 1(bir) ədəd bükümdə metamfetamini, 1(bir) ədəd bağlamada içərisində ümumi sayı 12 (on iki) ədəd sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuananı və 2(iki) ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Mənzildən aşkar edilmiş psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana və 2(iki) ədəd elektron tərəzi təhqiqatçı tərəfindən BNMİ-nin inzibati binasında qablaşdırılmış, müvafiq sənədləşmə aparıldıqdan sonra o və iştirakçılar tərəfindən imzalanaraq təsdiqlənmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki zorakılığa məruz qalmamış və həmin narkotik vasitələr özünə məxsus olmuşdur. O, İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsin hər hansı bir anket məlumatlarını bilmir. Mobil telefon nömrəsinə daxil olan və çıxan yazışmalara baxış zamanı Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılması və guya onlara pul verməsi ilə bağlı aşkar edilmiş mesajlar yalandır, həmin vaxt o, Aysel ilə dalaşdığından sonuncu onu evə buraxmamış və bu səbəbdən göstərilən mesajı yazmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 65-67; 77-79; 169-171; 185-188;).

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 6 noyabr 2024-cü il tarixdə etimad doğuran, qərəzsiz və məlum mənbədən daxil olan məlumatda 2 aprel 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri salış məqsədi ilə əldə edib Bakı şəhəri Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 5 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsi qeyd edilmişdir. Dərhal qeyd olunan məlumat barəsində raportla BNMİ-nin rəisi polis general-mayoru cənab İslam Hümbətova məlumat vermiş, qeyd olunan tarixdə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar baş idarə rəisi tərəfindən təsdiq edərək əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. Əmrə əsasən qrup rəhbəri o, üzvü isə BNMİ-nin əməliyyat müvəkkil polis baş leytenantı Şahid2 olmuşdur. Məlumat əsasında 6 noyabr 2024-cü il tarixdə, saat 17:20-də ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin verilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı üzərində ***-***- **-** sim nömrəsi olan mobil telefonu, bir ədəd “İphone” markalı üzərində nömrə olmayan mobil telefonu, həmin şalvarın yan sağ cibindən bir ədəd bank kartını və bir ədəd şəxsiyyət vəsiqəsini təqdim edilmiş və həmin əşyalar üzərinə yerində videoçəkilişlə aparılmış baxış zamanı götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr saxladığını, həmin predmetlərdən heç kimin məlumatı olmadığı və onları təqdim edə biləcəyini bildirmişdir. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə gedilmiş, mənzilin giriş qapısını Şahid3 açmış, mənzilə baxış keçirilmiş və baxış zamanı sonuncu evdə çarpayının alt hissəsindən 12 ədəd bükümdə açıq-yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, bir ədəd bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və iki ədəd elektron tərəzini təqdim etmişdir. Qeyd olunan predmetlər tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar edilmiş kütlələri İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə təxminən 10 gün əvvəl Zığ qəsəbəsi ərazisində gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Səyid” adlı şəxsin ona 1000 manat pul verəcəyini və yaşadığı ünvanda olan kütlələrdən heç kimin xəbəri olmadığını bildirmişdir. Həmin vaxt evdə olan Şahid3 da kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Həmin kütlələr və 2 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüş, saxlanılan Təqsirləndirilən şəxs isə BNMİ-nin inzibati binasına aparılmış, Şahid3 da idarəyə dəvət edilmişdir. Əməliyyat-axtarış tədbiri zamanı götürülmüş kütlələr və iki ədəd elektron tərəzi qablaşdırılmaqla qablaşdırmanın üzəri möhürlənmiş, daha sonra protokol tərtib edilərək BNMİ-nin Təhqiqat Qrupuna verilmiş, təhqiqatçı tərəfindən aşkar edilərək qablaşdırılmış kütlələr və elektron tərəziyə baxış keçirilməklə yenidən müvafiq qaydada qablaşdırılaraq kimyəvi tərkibi, miqdarı və növünün müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilmiş, sonradan həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olması təsdiqlənmişdir.

7. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs birlikdə yaşadığı Şahid3 adlı qadının narkotik vasitə və psixotrop maddələrin evdə olmasından məlumatının olmaması, Şahid3 narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmadığı müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri Zığ qəsəbəsindən İran vətəndaşı “Səyid” adlı şəxsdən əldə etdiyini, sonuncunun dediyi ünvanlara qoymaqla 1000 manat məbləğində pul əldə edəcəyini bildirmiş, Təqsirləndirilən şəxs həmin predmetləri satış məqsədi ilə əldə etdiyi müəyyən edilmiş, sonuncuya qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq və ya təsir olmamış, pis rəftara məruz qoyulmamışdır.

8. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi.

9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə uzun müddət, təxminən 6 il əvvəl ortaq dostları vasitəsi ilə tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Rəşad fərdi əməklə məşğul olmaqla avtomobil ustası kimi işləmiş və tutulduğu tarixdən bir müddət öncədən onun yaşadığı Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi 25 ünvanında yerləşən evdə birlikdə yaşamışlar. Belə ki, hadisə baş verən evdə anası ilə birgə kirayədə yaşamış, anası sonradan nənəsigilə getdiyindən evdə özü tək yaşamışdır. Rəşad isə narkomaniya xəstəliyindən reabilitasiya olunaraq müalicədən sonra yaşadığı evə qayıda bilmədiyindən Rəşada onunla birgə yaşamasını, ailəsi ilə barışdıqdan sonra isə geri qayıtmasını təklif etmiş və onlar bir yerdə yaşamışlar. 6 noyabr 2024-cü il tarixdə, təxminən saat 17:25 radələrində Rəşad yanında mülki geyimli bir şəxslə qapını döymüşdür. Qapını açdıqda bir nəfər mülki geyimli şəxsin telefonla çəkiliş apardığını, bir nəfərin isə Rəşadın yanında olduğunu görmüş və həmin şəxs onların polis əməkdaşları olduğunu bildirirək evə baxış keçirmək üçün daxil olmuşlar. Onlar evə daxil olduqda polis əməkdaşı Rəşada evdə saxladığı narkotik vasitələri təqdim etməsini bildirmiş, Rəşad isə çarpayının yanına yaxınlaşaraq altında xəbəri olmadan gizlətdiyi narkotik vasitələri çıxartmışdır. Həmin zaman polis əməkdaşları Rəşadın 12 (on iki) ədəd bükümdə qurudulmuş marixuana, 1 (bir) ədəd bükümdə metamfetamini təqdim etdiyini və qurudulmuş marixuananın 761 qram, metamfetaminin isə 36 qram olduğunu demişlər. O, narkotik vasitələrdən və Rəşadın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olmuşdur. Videoçəkiliş zamanı da polis əməkdaşlarına Rəşadın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və çarpayının altında narkotik vasitələrin olması barədə məlumatsız olduğunu bildirmişdir. Rəşad videoçəkiliş zamanı təxminən 10 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxsin dediyi Bakı şəhəri Xətai rayonu Zığ qəsəbəsində gizlədilən evdə tapılan narkotikləri götürdüyünü, sonra isə həmin narkotik vasitələri elektron tərəzilərlə çəkilərə böldüyünü və həmin bükülülərin bir hissəsini “Səyidin” deməsi ilə xatırlamadığı ünvana aparıb atdığını bildirmişdir. Bunun qarşılığında isə Rəşad “Səyidin” ona 1000 manat pul verəcəyini bildirmişdir. Polis əməkdaşları tərəfindən onlara qarşı hər hansı qanunsuz rəftar edilməmiş, fiziki işgəncə və sair kimi hallar olmamışdır. Rəşad özü könüllü surətdə evdə ondan xəbərsiz gizlətdiyi narkotik vasitələri təqdim etmişdir. Sonra onlar BNMİ-nin inzibati binasına getmiş, orada da izahat verərək məsələlərdən xəbərsiz olduğunu bir daha bildirmişdir.

10. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, Rəşadın işləmədiyi halda bank kartına pulların göndərildiyini görmüş, bu barədə sonuncudan soruşduqda isə ona fikir verməməsini bildirmiş, lakin sonradan evə əlində nəsə gətirdiyini görmüş, Rəşadın marketdən bazarlıq etdiyini düşündüyündən həmin sellofan paketlərin içərisinə baxmamışdır. Polis əməkdaşları ilə birgə Rəşad evə gələrkən o, yemək hazırlamaqla məşğul olmuşdur. Polislər evə daxil olarkən əllərində heç nə olmamış, lakin həmin narkotik vasitə evdən aşkar edilmişdir. Onun evdən aşkar olunmuş narkotik vasitələrdən xəbəri olmamış, evi təmizləyərkən də həmin predmetləri görməmişdir. Hesab edir ki, yemək hazırlayarkən Rəşad həmin narkotik vasitələri evə gətirib çarpayının altında gizlətmişdir O, hazırda narkotik vasitələrdən istifadə etmir, lakin uzun müddət əvvəl narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Polis əməkdaşları Rəşada narkotik vasitəni təqdim etməsini təklif etdikdə o, çarpayının altından narkotik vasitəni çıxarıb onlara təqdim etmişdir. O, Rəşadın narkotik vasitə və ya psixotrop maddələr istifadə etməyə davam etməsini sonuncu tutulmazdan 1-2 gün əvvəl bilmişdir. Evə baxış zamanı çəkilmiş və məhkəmə iclasında nümayiş etdirilmiş videogörüntülərdəki böyük tərəzi anasına məxsus olmuş, sonuncu həmin tərəzi ilə xəmirin çəkisini ölçmüşdür. Hadisələr videogörüntülərdə əks olunduğu kimi baş vermişdir. Ona nə ibtidai araşdırma zamanı, nə də hazırda hər hansı təzyiq və ya təsir olmamışdır.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin əməkdaşları tərəfindən 6 noyabr 2024-cü il tarixdə, saat 17:20 radələrində yaşadığı ünvan 6 ünvana baxış keçirilərkən külli miqdarda olan 1 (bir) ədəd təmiz çəkisi 31,445 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda 12 (on iki) ədəd sellofan bükümlərdə olmaqla ümumi çəkisi 691,83 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi faktına görə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Xətai RPİ-nin İŞ) müstəntiqi polis mayoru X3 tərəfindən 7 noyabr 2024-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;)

13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 6 noyabr 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 4 ünvanında külli miqdarda narkotik vasitə gizlətməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmış, həmin qərar BNMİ-nin rəisi polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin Baş İdarənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 6 noyabr 2024-cü il tarixdə, saat 17:20-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-yə gətirilmişdir (Cild 1, i.v. 5-8;).

14. “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” 6 noyabr 2024-cü il tarixli protokoldan və müvafiq raportdan görünür ki, həmin gün BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən həmin İdarənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, habelə Şahid3 iştirakı ilə həmin gün saat 17:25-dən 17:42-dək aparılmış əməliyyat-axtarış tədbirləri ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı mənzilə baxış keçirilməsi həyata keçirilmişdir. Protokoldan görünür ki, 6 noyabr 2024-cü il tarixdə, saat 17:20 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq hüquq və vəzifələri izah olunmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanılmağa başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı üzərində ***-***-**-** nömrəsi olan mobil telefonu, 1 (bir) ədəd “İphone” markalı üzərində nömrəsi olmayan mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd bank kartını və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı başqa heç bir kütlə və ya əşya aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən 2 (iki) ədəd mobil telefon, 1 (bir) ədəd bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılmadan Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan həmin ünvana baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə çarpayının alt hissəsindən 12 (on iki) ədəd sellofan bükümdə açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, 1 (bir) ədəd psixotrop maddə metamfetaminə bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisinin 761 (yeddi yüz altmış bir) qram, metamfetaminə bənzər kütlənin çəkisinin isə 36 (otuz altı) qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, Təqsirləndirilən şəxs və təhqiqatçı tərəfindən imzalanmaqla möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Səyid” adlı şəxsin vasitəsi ilə təxminən 10 (on) gün əvvəl Zığ qəsəbəsi ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, narkotik vaitələri müəyyən ünvanlara qoymağına görə “Səyid” adlı şəxsin ona 1000 (min) manat pul verəcəyini, ünvanda kütlələrin olması ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. Baxışda iştirak edən Şahid3 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Üstünü yoxlama ünvan 4 ünvanının qarşısında, evə baxış isə ünvan 4 ünvanında keçirilmişdir. Protokolda “İphone” markalı mobil telefondan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən bu barədə həmin tarixdə, saat 18:45-dən 19:15-dək BNMİ-nin inzibati binasında protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 16-20;).

15. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 6 noyabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun evindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 2 (iki) ədəd bağlamaya və 1 (bir) ədəd DVD diskə həmin tarixdə, saat 19:25-dən saat 19:41-dək baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs imzası olan 2 (iki) ədəd bağlamadan 12 (on iki) ədəd bükümdə açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr, 1 (bir) ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 2 (iki) ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin kütlələr yenidən qablaşdırılmaqla möhürlənmişdir. Daha sonra bir ədəd DVD-yə baxış zamanı “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” 6 noyabr 2024-cü il tarixli protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillərin tam olaraq videogörüntüdə öz əksini tapması müəyyən olunmuşdur. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokamera vasitəsilə BNMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılması qeyd olunmuşdur. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə 6 noyabr 2024-cü il tarixdə, saat 19:45-dən 20:05-dək protokol tərtib edilmişdir (Cild 1, i.v. 21-23;).

16. “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair” 6 noyabr 2024-cü il tarixli protokolda əks olunan əməliyyat-axtarış tədbirləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 16 dəqiqə 18 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq E.B.Quliyev tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 7 noyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyataxtarış tədbirləri, habelə üzərinin yoxlanılması və mənzilə baxış keçirilməsi zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama və mənzilinə baxış keçirilməsi zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 18; 58-59;).

17. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 6 noyabr 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 15 dəqiqə 01 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq E.B.Quliyev tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair 7 noyabr 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır (Cild 1, i.v. 23; 60;).

18. “Şübhəli şəxsin tutulması haqqında” 6 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə həmin tarixdə, saat 20:35-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 6 noyabr 2024-cü il tarixdə, saat 17:20-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 32;).

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 7 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5150 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunan....” sözləri, soyad və imzalar olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 31,445 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi - 31,445 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 31,345 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cİld 1, i.v. 45- 49;).

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 7 noyabr 2024-cü il tarixli, 7/1837 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bağlamada ümumi sayı 12 (on iki) ədəd sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,48 qram, 3,89 qram, 8,22 qram, 16,16 qram, 1,83 qram, 118,30 qram, 265,0 qram, 95,63 qram, 130,0 qram, 13,48 qram, 23,73 qram və 6,11 qram olmaqla, ümumi çəkisi 691,83 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. 2 (iki) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cuzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün olmamışdır. Marixuananın ümumi çəkisi - 691,83 qram, cəmi tədqiqata sərf edildi - 0,6 qram (hər obyektdən 0,05 qram), qalıq - 691,23 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 50-54;).

21. “Telefona baxış keçirilməsi haqqında” 7 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 (bir) ədəd “İphone” markalı və 1 (bir) ədəd “Samsung” markalı mobil telefonlara Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı “İphone” markalı mobil telefondan iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış, digər “Samsung” markalı mobil telefonun giriş parolunu açmaq mümkün olmadığı üçün vatsap, sms, zənglər və fotolar bölməsinə baxılması mümkün olmamışdır (Cild 1, i.v. 61-65;).

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8 noyabr 2024-cü il tarixli, 4(011)-692/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 6 noyabr 2024-cü il tarixdən hesablanmaqla 4(dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını, həmin narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir (Cild 1, i.v. 86-90;).

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 X7 Xəstəxanası tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 107;).

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 108;).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamənin 26 noyabr 2024-cü il tarixli cavabından, müvafiq hökmün surətindən və Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 noyabr 2019-cu il tarixli, 1(001)-427/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən isə üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti 27 may 2021-ci il tarixdə başa çatdığından o, qeydiyyatdan çıxarılmışdır (Cild 1, i.v. 119-149; Cild 2;).

26. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 18 noyabr 2024cü il tarixli, 7344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünün deməsinə görə 2012-ci ildən narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə, 2015-ci ildən narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə, 4-5 ildir psixotrop maddə metamfetamini tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cild 1, i.v. 155-156;).

27. “CD diskə baxış keçirilməsi haqqında” 4 fevral 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş müvafiq çıxarışlardan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara (Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatlar) Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin “mesajların detallaşdırılması” barədə olan sənədlərdə 10 oktyabr 2024-cü il tarixdə, saat 00:20-də +994 55 221 44 85 saylı mobil nömrəyə “qifili qırım yüklüdü üstüm, sən bacıvın qəbri sən hardasan, hardasan cv ver görüm, aç söz soruşuram qapını bağlayıblar denən Mətişə açsın qapını, tez denen tutulmayım mən burda, sənin telefonun sönsə mən çöldə qalsam incimə məndən üsdüm doludu ha” mesajlarını, həmin tarixdə saat 01:01-da eyni nömrəyə “..........dayan da PPX saxladi məni üstümü zadı yoxladılar 10 manat verdim onlara.... at manat mənə.... taksi 5.40 yazdı” mesajları, saat 01:08-də eyni nömrəyə “Harada gözləyim çatanda yaz gəlim OBA-nın qabağına verim maşına da getmirəm buralarda gizlənirəm bir yerdə” mesajlarını, eləcə də həmin tarixdə eyni mobil nömrəyə saat 01:33-da “tutulacam mən buralarda tez gəl maşını boşaldım sabah gəlib götürərəm qıfıl vurmusan qapıya, açdılar qapını? Açıblarda gedim mən ara məhlələrdə dayanmışam PPX-lar firlanir. maşını boşaldım sabah gəlib götürərəm” mesajlarını göndərməsi müəyyən edilmişdir (Cild 1, i.v. 163-168;).

28. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 5 fevral 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməklə ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v.176-177;).

29. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 5 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd “İphone” markalı və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, yaşadığı evdən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bağlamada ümumi sayı 12 (on iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 9,48 qram, 3,89 qram, 8,22 qram, 16,16 qram, 1,83 qram, 118,30 qram, 265,0 qram, 95,63 qram, 130,0 qram, 13,48 qram, 23,73 qram və 6,11 qram olmaqla, ümumi çəkisi 691,83 qram olan bitki mənşəli kütlələr, tərkibində nakrotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut qismində tanınmaqla saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, ********* nömrəli cinayət işindən külli miqdarda narkotik vasitə və psixotrop maddə satmış “Səyid” adlı İran İslam Respublikası vətəndaşı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 8472 6989 nömrəli bank kartı və şəxsiyyət vəsiqəsi ilə bağlı zəruri istintaq hərəkətlərinin ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılacaq ********* nömrəli cinayət işi üzrə aparılacağı qərara alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və evinə baxış keçirilməsinin, eləcə də, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu cəmi 2(iki) ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir (Cild 1, i.v.193-206;).

30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.B.Quliyev tərəfindən 8 fevral 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 14 fevral 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.211-221;).

31. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 1(101)-1079/2025 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 8661/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı üst dodaqda, sol dirsək oynağının içəri səthində sağ qabırağaaltı nahiyəsində köhnə çapıqlar aşkar olunmuşdur. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2010-cu ildən marixuana, heroin və metamfetamini aspirasiyan yolla istifadə edir (Cild 2;).

33. Xətai RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru E.B.Quliyevin 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir sıra istintaq hərəkətləri aparılmasına baxmayaraq, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmin məktuba əlavə edilmiş “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, müstəntiq E.B.Quliyev tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, Səyid adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təmin etmək mümkün olmamışdır (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

38. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

39. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

40. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

41. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, CM-in və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

42. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

43. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

44. CPM-in 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

45. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

46. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün külli miqdarda bir bükümdə təmiz çəkisi 31,445 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda bir ədəd bağlamada 12 sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 9,48 qram, 3,89 qram, 8,22 qram, 16,16 qram, 1,83 qram, 118,30 qram, 265,0 qram, 95,63 qram, 130,0 qram, 13,48 qram, 23,73 qram, 6,11 qram ümumi çəkisi 691,83 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla yaşadığı ünvan 2 ünvanında saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında BNMİ-nin əməkdaşları tərəfindən 6 noyabr 2024-cü il tarixdə, saat 17:20-də keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri Xətai rayonu A.Qurban küçəsi 25 ünvanının qarşında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” və ***-***-**-** nömrəli “Samsung” markalı mobil telefonlar, sağ yan cibindən şəxsiyyət vəsiqəsi, bir ədəd "xxxx" ASC-nin “Birbank” kartı götürülərək tədbirin davamı olaraq saat 17:25-də videoçəkilişlə yaşadığı Xətai rayonu A.Qurban küçəsi 25 ünvanındakı otaqda çarpayının alt hissəsindən külli miqdarda bir ədəd təmiz çəkisi 31,445 qram ağ rəngli krtistalşəkilli maddə kütləsi küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda 12 (on iki) ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 9,48 qram, 3,89 qram, 8,22 qram, 16,16 qram, 1,83 qram, 118,30 qram, 265,0 qram, 95,63 qram, 130,0 qram, 13,48 qram, 23,73 qram, 6,11 qram ümumi çəkisi 691,83 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və üzərilərində psixotrop maddə metamfetaminin, narkotik vasitə qurudulmuş marixuananın izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

47. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

48. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

49. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

50. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Eyni zamanda, CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

51. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir.

52. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

53. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

54. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı 31,445 qram psixotrop maddə metamfetaminin miqdarının həmin növ psixotrop maddənin xeyli miqdarından təxminən 209 dəfədən, külli miqdarından isə təxminən 15,7 dəfədən artıq olması, həmçinin 691,83 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarının həmin növ narkotik vasitənin xeyli miqdarından təxminən 138 dəfə, külli miqdarından isə təxminən 1,3 dəfədən artıq olması, satış üçün külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı xüsusi formada hazırlanmış çoxsaylı, o cümlədən xırda bükümlərə bükülməkdə 12 (on iki) ədəd miqdarda olması, o cümlədən üzərində narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin izləri olan 2 (iki) ədəd elektron tərəzilərin aşkar edilməsi, habelə mobil telefon nömrəsinə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair daxil olan və çıxan sms yazışmalarının və özünün videoçəkilişlə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri zamanı qazanc əldə etmək məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etirafedici ifadələri, Təqsirləndirilən şəxsla yaxın münasibətlərdə olmuş həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs işləmədiyi halda bank kartına müxtəlif şəxslər tərəfindən müxtəlif məbləğlərdə pulların göndərilməsi, eləcə də həmin məsələ barədə sonuncudan soruşduqda hər hansı cavab verməyərək buna izah verməməsi ilə bağlı ifadəsində göstərdikləri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

55. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

56. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

58. Hökmün 57-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

59. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs digər narkotik vasitə istehlakçıları ilə razılıq əldə etməsinə dair mobil telefon nömrəsi vasitəsilə sms yazışmalarının aparılması, yaşadığı evdən çoxsaylı xüsusi formada hazırlanmış bükümlərdə və müxtəlif növlərdə narkotik vasitə və psixotrop maddələrin, eləcə də dövriyyəsi qadağan olunmuş həmin predmetlərin çəkisinin müəyyən edilməklə qablaşdırılmasını təşkil etmək üçün iki ədəd elektron tərəzinin aşkar edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.

60. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, ittihamda göstərilən şəraitdə deyil, 4-5 nəfər polis əməkdaşı tərəfindən evində olarkən saxlanılması, saxlanılarkən evində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olması, ittihamda qeyd edilən çəkidə və bükümlərdə narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması, Şahid3 buraxılması üçün polis əməkdaşları ilə razılaşaraq videoçəkiliş zamanı, eləcə də ibtidai istintaq dövründə etirafedici ifadələr verməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

61. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

62. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 57-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

63. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən külli miqdarda narkotik vasitə və psixotrop maddələri müəyyən ünvanlara çatdırmasını” göstərməklə kifayətlənmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə qənaətə gələrkən yalnız təqsirləndirilən şəxsin qeyri-müəyyən və hər hansı digər mötəbər sübutla təsdiq olunmayan sözlərinə əsaslanmış, cinayət əməlində “əlbirlik” əlamətinin konkret olaraq öz təsbitini hansı epizodlarda tapması, eləcə də “əlbir olduğu” naməlum şəxsin şəxsiyyəti müəyyən edilməmiş (hətta bu barədə CPM-in 53.1.1-ci maddəsinə, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxsin müəyyən edilməməsinə əsasən “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərar da qəbul edilmiş), əksinə təqsirləndirilən şəxsin yalnız özünün təkbaşına şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hallara istinad etmişdir. Həmçinin ittiham tərəfinin məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin əməllərində CM-in 234.4.1-ci maqddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edə biləcək hər hansı tutarlı dəlil təqdim edə bilməməsi nəzərə alınmalıdır.

64. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

65. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

66. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

67. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

68. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

69. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səyid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

70. Məhkəmə eyni zamanda müdafiə tərəfinin təkidlə Təqsirləndirilən şəxs razılığı və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə sonuncunun yaşayış yerində həyata keçirilmiş əməliyyat-istintaq hərəkətlərinin CPM-in tələblərinin kobud pozulmaqla yerinə yetirilməsinə dair iddialarının işin faktiki halları və prosessual qanunvericiliyin tələbləri baxımından tam olaraq təkzib edildiyini qeyd edir.

71. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

72. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.

73. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur

74. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

75. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

76. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

77. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

78. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

79. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən narkomaniya xəstəliyindən müalicə olunmaqla tam sağalaraq normal həyat tərzinə geri qayıtmaq istəməsini, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini, 30 yaşında olmaqla cavan olmasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

80. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

81. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

82. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

83. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

84. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.

85. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

86. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

87. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 6 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutularaq saxlanıldığı 6 noyabr 2024cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

88. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 6 noyabr 2024-cü il tarixdən hesablanmalıdır.

89. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

90. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

91. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 31,345 qram olan psixotrop maddə metamfetamin, 691,23 qram narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, “Samsung” və “İphone” markalı mobil telefonlar təqsirləndirilən şəxsə, o etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilə baxış keçirilməsi” əməliyyat tədbiri və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd və "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd, ümumilikdə 3(üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

92. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

93. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

94. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

95. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

96. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

97. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 6 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 691,23 qram olan narkotik vasitə qurudulmuş marixuana və 31,345 qram olan psixotrop maddə metamfetamin, 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, “Samsung” və “İphone” markalı mobil telefonlar təqsirləndirilən şəxsə, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar