Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-108/2022 11.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı3, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və qeyrilərinin, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi, rus və azərbaycan dilləri üzrə tərcüməçi X12 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1983-cü il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, Şuşa rayonu, Şuşa şəhəri, Telman küçəsi, ev 24-də qeydiyyatda olan, 11 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 dekabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli və külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyul 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin pəncərəsi qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağından dolabın içərisindən həmin dövrə görə milli manat məzənnəsi isə 4080 manat dəyərində 2400 ABŞ dollarını nağd pulu, 1 ədəd 300 manat dəyərində sarı və ağ qızıldan üzərində qaşları olan üzüyü, 1 ədəd 300 manat dəyərində üzərində ağ və yaşıl qaşları olan qızıl üzüyü, 1 ədəd 350 manat dəyərində üzərində ağ qaşları olan qızıl üzüyü, 1 ədəd 500 manat dəyərində üzəri ağ qızıllı, əsası sarı qızıllı olan üzüyü, 1 ədəd 400 manat dəyərində ağ qızıldan və qaşları olan sarı qızıldan üzüyü, 1 ədəd 500 manat dəyərində üzərində qaşları olan qızıl üzüyü, 1 ədəd 500 manat dəyərində üzəri ağ qızıl, əsası sarı qızıldan olan üzüyü, 1000 manat dəyərində üzərində yaşıl qaşı olan ağ qızıldan olan sırğa cütünü, 350 manat dəyərində üzərində ağ qızıl olan əsası sarı qızıldan olan sırğa cütünü, 300 manat dəyərində üzərində ağ və yaşıl qaşları olan sarı qızıldan olan sırğa cütünü, 1 ədəd 1000 manat dəyərində toxunma formalı sarı qızıldan olan boyunbağını, 1 ədəd 650 manat dəyərində üzərində qaşları olan ağ qızıldan boyunbağını, 1 ədəd 350 manat dəyərində sarı qızıldan qolbağını, 1 ədəd 1000 manat dəyərində qızıl kulonu və 1 ədəd 500 manat dəyərində üzərində «ALLAH» yazısı olan sarı qızıl kulonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs7 12.080 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 avqust 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs15 məxsus ünvan 2 ünvanında yerləşən 83 saylı mənzilin pəncərəsinə quraşdırılmış dəmir barmaqlıqları sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin uşaq otağında yerləşən şkafdan olan kitabın arasından 1350 manat nağd pul, 01 ədəd 250 manat dəyərində 583 əyyarlı, 2 qram çəkili boyunbağı, 01 ədəd 300 manat dəyərində 2 qram çəkili damla formalı kloun, 01 ədəd 20 manat dəyərində gümüş üzük, 01 ədəd 300 manat dəyərində Samsung GT İ 9500 markalı mobil telefon və 50 manat dəyərində qəpiklərdən ibarət pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs15 2270 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 sentyabr 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 99 ünvanında yerləşən 37 saylı mənzilin pəncərəsinə quraşdırılmış dəmir barmaqlıqları sındırmaqla qanunsuz yaşayış sahəsinə daxil olub, mənzilin dəhlizindəki əl çantasının içərisindən 40 manat nağd pulu və yataq otağındakı çarpayının üzərində olan döşəyin altından hər biri 100 manat olmaqla ümumi dəyəri 300 manat 3 cüt qızıl uşaq sırğası, 1 ədəd 250 manat dəyərində qızıl qolbaq, 1 ədəd üzəri brilliyant qaşlı 1000 manat dəyərində qadın qızıl üzüyü, 1 ədəd 150 manat dəyərində qızıl kloun, 2 ədəd hər birinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 800 manat olan qızıl qadın üzükləri gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs14 2.540 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 18 ünvanında yerləşən 37 saylı mənzilin pəncərəsinə quraşdırılmış dəmir barmaqlıqları dəmir parçası ilə yerindən ayıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağındakı dolabda saxlanılan qızıl qabından 01 ədəd 400 manat dəyərində qızıl qolbağı, 01 ədəd 250 manat dəyərində qızıl sırğanı və 100 manat dəyərində qızıl boyunbağını, həmin dolabdakı plastmas seyfdən isə həmin dövrə görə milli manat məzənnəsi ilə 1700 manat dəyərində 1000 ABŞ dolları və 250 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs11 2700 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 7 ünvanında yerləşən 71 saylı mənzilin pəncərəsini özü ilə gətirdiyi vintaçan vasitəsi ilə açaraq qanunsuz yaşayış sahəsinə daxil olub oradan Zərərçəkmiş şəxs12 məxsus ümumilikdə 600 manat məbləğində nəğd pulu, 01 ədəd 200 manat dəyərində “İphone 5C” markalı mobil telefonu, yataq otağındakı saxlanc yeri hesab olunan termonun siyirməsindən dəyəri 350 manat olan, içərisi yaşıl rəngli yarpaq formasında olan bir cüt qızıl sırğanı, dəyəri 350 manat olan, içərisi qara rəngli yarpaq formasında olan bir cüt qızıl sırğanı, dəyəri 480 manat olan, “brosvey” markalı qızıl qolbağı, dəyəri 800 manat olan, tək qaşlı qızıl üzüyü, dəyəri 1200 manat olan, beş brilliant qaşlı qızıl üzüyü, bundan başqa, Zərərçəkmiş şəxs12 anası Zərərçəkmiş şəxs13 Soltan qızına aid yataq otağındakı saxlanc yeri hesab olunan temonun siyirməsindən Zərərçəkmiş şəxs13 məxsus dəyəri 1000 manat olan, üzərində qara rəngli qaşlar olan komplekt sırğa və üzük dəstini, dəyəri 1200 manat olan “talış sırğası” adlanan, bir cüt qızıl sırğanı, dəyəri 350 manat olan, şar formasında olan qızıl sepi və klonunu, dəyəri 220 manat olan, qızıl svaroviski daş olan bir cüt sırğanı gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 3980 manat və Zərərçəkmiş şəxs13 isə 2770 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 4 ünvanında yerləşən 46 saylı mənzilin pəncərəsinin dəmir barmaqlıqlağını sındırıb pəncərəni açmaq yolu ilə qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzilin yataq otağında yerləşən paltar dolabının içərisindən 02 ədəd 150 manat dəyərində qızıl diş kalonkasını, 01 ədəd 11 qram çəkidə 2700 manat dəyərində qadın qızıl üzüyü, 01 ədəd 4500 manat dəyərində qızıl üzük və 02 ədəd qızıl sırğa ilə birlikdə dəst komplekt brlliyant qaşlı qızılları, 01 ədəd 1150 manat dəyərində 750 əyyarlı boyunbağını, 01 ədəd 500 manat dəyərində qədim qızıl beşliyi, 01 cüt 700 manat dəyərində qızıl sırğanı, 01 ədəd 370 manat dəyərində qızıl klonu, 01 ədəd 320 manat dəyərində qızıl uşaq boyunbağısını, 01 ədəd 840 manat dəyərində qrazella markalı qızıl qolbağı, bir ədəd 1270 manat dəyərində 583 əyyarlı qızıl ərəb boyunbağını, bir ədəd 680 manat dəyərində təkqaş brillyant qaşlı üzüyü, bir ədəd 720 manat dəyərində 583 əyyarlı qızıl qadın üzüyünü, 01 ədəd 420 manat dəyərində 583 əyyarlı günəbaxana oxşar qadın üzüyünü və 01 ədəd 220 manat dəyərində nazik qolbağı, həmçinin otaqda yerləşən çarpayının yanındakı dolabın üzərində olan fiqurun altından 2010 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs10 16.550 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 oktyabr 2020-ci il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 5 ünvanında yerləşən 31 saylı mənzilin pəncərəsinin qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağından dolabın içərisindən həmin dövrə görə milli manat məzənnəsi isə 1700 manata ekvivalent olan 1000 ABŞ dollarını və 7300 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs5 9000 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 6 ünvanında yerləşən 47 saylı mənzilinin pəncərəsi qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağından 1 ədəd 200 manat dəyərində üzərində qaşlar olan qızıl üzüyü, 1 ədəd 250 manat dəyərində biri-birinə birləşik qaşlı qızıl üzüyü, 1 ədəd 150 manat dəyərində ortası ağ, kənarları yaşıl qaşlı olan qızıl üzüyü, 350 manat dəyərində üzərində ağ və sarı rəngli saçaqlı formalı bəzək olan qızıl sırğa cütünü, 1 ədəd 300 manat dəyərində üzərində ağ və sarı qaşları olan qızıl qolbağını, 1 ədəd 300 manat dəyərində dalğavari formalı qızıl qolbağını, 1 ədəd 300 manat dəyərində ağ sarı qızıldan olan qaşlı boyunbağını, 1 ədəd 150 manat dəyərində üzərində «oğlaq» formalı kulonu, 1 ədəd 1000 manat dəyərində qızıl qolbağını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs6 3000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 7 ünvanında yerləşən 96 saylı mənzilin pəncərəsinin qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağından dolabın içərisindən həmin dövrə görə milli manat məzənnəsi isə 680 manat dəyərində 400 ABŞ dollarını və 2300 manat nağd pulu, 1 ədəd 200 manat dəyərində üzərində xırda qaşları olan qızıl üzüyü, 1 ədəd 400 manat dəyərində «Damla» formalı üzəri qaşlı qızıl üzüyü, 1 ədəd 500 manat dəyərində üzərində 5 qaşı olan qızıl üzüyü, 1 ədəd 200 manat dəyərində üzərində ağ və boz qaşları olan qızıl üzüyü, 500 manat dəyərində «Sünbül» formalı qızıl sırğa cütünü, 500 manat dəyərində «Damla» formalı qızıl sırğa cütünü, 250 manat dəyərində dairəvi formalı qızıl sırğa cütünü, 500 manat dəyərində «Şanel» tipli qızıl sırğa cütünü, 400 manat dəyərində halqa formalı qızıl sırğa cütünü, 500 manat dəyərində halqa formalı qızıl sırğa cütünü, 500 manat dəyərində ortası naxışlı qızıl sırğa cütünü, 350 manat dəyərində kvadrat formalı qızıl sırğa cütünü, 400 manat dəyərində dairəvi formalı qızıl olan sırğa cütünü, 600 manat dəyərində dairəvi formalı qızıl olan sırğa cütünü, 300 manat dəyərində saçaqlı formalı qızıl olan sırğa cütünü, 400 manat dəyərində Damla formalı ortası qızıl sırğa cütünü, 500 manat dəyərində setkalı formalı qızıl sırğa cütünü, 200 manat dəyərində saçaqlı qızıl sırğa cütünü, 300 manat dəyərində dairəvi formalı saçaqlı qızıl olan sırğa cütünü, 300 manat dəyərində üzərində xırda daşları olan qızıl sırğa cütünü, 200 manat dəyərində saçaqlı formalı qızıl sırğa cütünü, 500 manat dəyərində «Gül» formalı qızıl sırğa cütünü, 200 manat dəyərində dairəvi halqalı formalı qızıl sırğa cütünü, 200 manat dəyərində «Gül» formalı qızıl sırğa cütünü, 1 ədəd 500 manat dəyərində «Tros» formalı qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində halqa formalı qızıl boyunbağını, 1 ədəd 500 manat dəyərində «Tros» formalı qızıl boyunbağını, 1 ədəd 600 manat dəyərində Damla formalı ortasında xırda metal qaşları olan qızıl boyunbağını, 1 ədəd 600 manat dəyərində üzəri metal setkalı qızıl boyunbağını, 1 ədəd 300 manat dəyərində xırda halqalı qızıl boyunbağını, 1 ədəd 600 manat dəyərində nazik qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində xırda dairəciklərdən ibarət qızıl qolbağını, 1 ədəd 500 manat dəyərində üzəri dairəvi top formalı qızıl qolbağını, 1 ədəd 400 manat dəyərində iç-içə keçmiş içi boş halda olan qızıl qolbağını, 1 ədəd 300 manat dəyərində dairəvi halqalı qızıl qolbağını, 1 ədəd 300 manat dəyərində «Buğa» formalı qızıl kulonu, 1 ədəd 400 manat dəyərində «Kitab» formalı qızıl kulonu, 1 ədəd 400 manat dəyərində ortasında ağ qaşı olan qızıl kulonu, 1 ədəd 600 manat dəyərində Gül formalı qızıl kulonu, 1 ədəd 230 manat dəyərində qızıl kulonu, 1 ədəd qara rəngli qol saatını, 1 ədəd 1000 manat dəyərində qızıl saatı və 1 ədəd 3000 manat dəyərində qızıl sırğa-üzük-qolbağ dəstini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs8 22.910 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizi olaraq talama məqsədilə 12 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Paşazadə - X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 90 ünvanında yerləşən 91 saylı mənzilin dəmir barmaqlığının üzərində olan asma kilidi qırıb pəncərəni açmaq yolu ilə qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağındakı paltar dolabından göy rəngli pul kisəsinin içərisindən 1200 manat dəyərində 585 əyyarlı sapfir qaşlı ətrafında xırda qaşları olan gül formalı sırğa və üzük dəstini, 1 ədəd 1000 manat dəyərində 585 əyyarlı qalın boyunbağını, 1 əddə 600 manat dəyərində 585 əyyarlı halqa formalı qalın nişan üzüyünü, 1 ədəd 700 manat dəyərində, 585 əyyarlı gül oymalı halqa formalı qadın üzüyünü, 1 ədəd 500 manat dəyərində, 585 əyyarlı üzərində qırmızı qaşları olan gül formalı qadın üzüyünü, hər biri 100 manat olmaqla 3 ədəd 300 manat dəyərində qızıl dişləri və qonaq otağında televizor masasının üst hissəsində olan qabın içərisindən 180 manat nağd pulu gizli olaraq talayıb ümumlikdə zərərçəkmiş şəxs Paşazadə - X4 ümumilikdə 4.480 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 8 ünvanında yerləşən 42 saylı mənzilin pəncərəsi qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağından 1000 manat məbləğində nağd pulu və 100 manat dəyərində bijuteriyanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 1100 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 9 ünvanında yerləşən 2 saylı mənzilin pəncərəsi qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağında olan dolabdan 1 ədəd 1500 manat dəyərində ürək formalı qızıl üzüyü, 1 ədəd 1000 manat dəyərində brillyant qaşları olan qızıl üzüyü, 1 ədəd 1600 manat dəyərində üzərində qaşlar olan üzüyü, 1 ədəd 1500 manat dəyərində üzərində ilan başı formalı qızıl üzüyü, 1 ədəd 650 manat dəyərində üzərində naxışlar olan qızıl üzüyü, 1 ədəd 500 manat dəyərində dairəvi formalı qara qaşlı ortasında qızıl olan üzüyü, 1 ədəd 1000 manat dəyərində üzərində qara gül formalı qaş olan qızıl üzüyü, 1 ədəd 1000 manat dəyərində üzərində ağ və yaşıl qaşları olan qızıl üzüyü, 1 ədəd 1800 manat dəyərində üzərində ulduz formalı çox sayda qaşları olan qızıl üzüyü, 1 ədəd 1000 manat dəyərində üzərində ağ və göy qaşları olan qızıl üzüyü, 1 ədəd 1200 manat dəyərində üzəri naxışlı qızıl qolbağını, 1 ədəd 1500 manat dəyərində 3 ədəd halqa formalı qızıl qolbağını, 1 ədəd 1100 manat dəyərində zəncir formalı qızıl qolbağını, 1 ədəd 750 manat dəyərində üzərində sallama bəzəkləri olan qızıl qolbağını, 1 ədəd 1500 manat dəyərində üzərində qaşlar olan ağ qızıldan qolbağını, 1000 manat dəyərində üzərində qara gül formalı qaşlar olan sırğa cütünü, 700 manat dəyərində saçaqlı formalı qızıl sırğa cütünü, 1500 manat dəyərində üzərində böyük yaşıl qaşı olan sırğa cütünü, 700 manat dəyərində «Dior» formalı sallama qızıl sırğa cütünü, 750 manat dəyərində sallama formalı qızıl sırğa cütünü, 1500 manat dəyərində 4 ədəd brillyant qaş olan qızıl boyunbağını, 800 manat dəyərində üzərində xətlər olan qızıl kulon, 750 manat dəyərində salxım banan formalı qızıl kulonu, 4700 manat dəyərində brillyant qaşlı qızıl üzük-sırğa-qolbağ-boyunbağ dəstini və 3800 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 33.800 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 noyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 4 ünvanında yerləşən 21 saylı mənzilin yataq otağının pəncərəsi qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağındakı paltar dolabından içərisində 1 ədəd sarı qızıldan olan ortasında ağ qızıl zehi olan 700 manat dəyərində kişi nişan üzüyü, 1 ədəd gümüşdən, üzərində «2 ürək» işarəsi olan 100 manat dəyərində qadın nişan üzüyü, 1 ədəd sarı qızıldan təkqaş, üzərində sadə ağ qaşı olan 500 manat dəyərində qadın nişan üzüyü, 1 ədəd sarı qızıldan, üzəri sonsuzluq yanları dik formalı olan, ortasında yaşıl, ətrafında ağ sadə daşları olan 500 manat dəyərində qadın üzüyü, 1 ədəd sarı qızıldan üzərində 5 ədəd sadə qaşları olan 1200 manat dəyərində kişi nişan üzüyü, 1 ədəd sarı qızıldan üzəri paxlava formalı 500 manat dəyərində qadın üzüyü, üzəri «Bant» formalı, brillyant qaşlı 3000 manat dəyərində qadın üzük və sırğa dəsti, 1 ədəd ağ qızıldan, 300 manat dəyərində kişi nişan üzüyü, üzərində brillyant tək qaşı olan ağ qızıldan 2800 manat dəyərində üzük, üzəri «Tülpan» formalı, qırmızı qaşlı 500 manat dəyərində qızıl qadın sırğa cütü, özü halqa formalı, üzəri yarpaq formalı 500 manat dəyərində qızıl qadın sırğa cütü, halqa formalı üzərində sadə qaşları olan sarıqızıldan 300 manat dəyərində qadın sırğa cütü, sarı qızıldan üzəri mirvari qaşlı 300 manat dəyərində sırğa cütü, ağ metaldan üzəri qara daşlı «Romb» formalı 500 manat dəyərində sırğa cütü, üzəri dairəvi formalı, brillyant qaşlı ağ qızıldan 7000 manat dəyərində üzük-sırğa-qolbağ, kolye və kulon dəsti, «Versage» formalı sarı qızıldan 500 manat dəyərində sırğa dəsti, 1 ədəd sarı qızıldan üzərində «Gözyaşı» formalı kulonu ilə birlikdə «Trost» formalı 400 manat dəyərində qadın boyunbağısı, 1 ədəd sarı qızıldan «Kardinal» formalı üzərində «Şir» formalı kulonu ilə birlikdə 700 manat dəyərində qadın boyunbağısı, üzərində «Aypara» formalı kulon olan 1 ədəd sarı qızıldan «Zəncir» formalı 700 manat dəyərində qadın boyunbağısı, mirvari arası qızıl işləməli 150 manat dəyərində qolbağ və boyunbağı dəsti, 1 ədəd sarı qızıldan 200 manat dəyərində uşaq qolbağısı, 1 ədəd 70 manat dəyərində gümüşdən olan kişi qolbağısı, 1 ədəd 300 manat dəyərində «Mina» qaşlı qızıl kulon, 1 ədəd 100 manat dəyərində sarı metaldan üzəri qara daşlı sadə üzük, 1 ədəd 200 manat dəyərində üzəri «Mina» qaşlı gümüşdən qadın üzüyü, 1 ədəd 28 manat dəyərində sarı metaldan olan üzəri «Tor» formalı üzük, 1 ədəd 200 manat dəyərində gümüşdən olan üzəri «Qızılgül» formalı sadə qadın üzüyü, 1 ədəd 30 manat dəyərində tək qaşlı sadə qadın üzüyü, 1 ədəd keramik materialdan 100 manat dəyərində təsbeh, 1 ədəd 50 manat dəyərində qara rəngli qadın qol saatı, 1 ədəd 20 manat dəyərində mirvari bijuteriya, 1 ədəd 50 manat dəyərində üzərində qızıl halqalı «Göz muncuğu» olan qızıl sancaq, 28900 manat və həmin dövrə görə milli manat məzənnəsi ilə 3230 manata ekvivalent olan 1900 ABŞ dolları, həmin dövrə görə milli manat məzənnəsi ilə 40 manat 54 qəpiyə ekvivalent olan 20 AVRO, 50 qəpikliklərlə ümumtlikdə 100 manat nağd pul olan 1 ədəd 280 manat dəyərində saxlanc yeri olan dəmir seyfi gizli olaraq talayıb ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 55.048,54 manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 dekabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs4 Əyyub oğluna məxsus ünvan 10 ünvanında yerləşən 62 saylı mənzilin yataq otağının pəncərəsi qarşısında quraşdırılmış dəmir barmaqlığı sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub mənzilin yataq otağındakı paltar dolabından içərisində 1 ədəd 1500 manat dəyərində ortasında qara qaşı olan qızıl kişi üzüyünü, 1 ədəd 3700 manat dəyərində üzəri hörümçək toru formalı qızıl üzüyünü, 1 ədəd 2500 manat dəyərində üzərində iki ədəd qaş olan qadın qızıl üzüyünü, 1 ədəd 3000 manat dəyərində gül formalı ortası ağ qaşlı qızıl qadın üzüyünü, 1 ədəd 1900 manat dəyərində üzərində xırda qaşları olan qızıl qadın üzüyünü, 1 ədəd 2500 manat dəyərində ağ qızıldan üzəri qaşlı üzüyünü, 1 ədəd 2700 manat dəyərində sarı qızıldan ortasında ağ qızıl və qaş olan üzüyünü, 1 ədəd 3500 manat dəyərində üzərində 4 ədəd qaş olan ağ qızıl qolbağını, 1 ədəd 6000 manat dəyərində üzərində çoxlu qaşlar olan ağ qızıl qolbağını, 1 ədəd 7500 manat dəyərində üzərində iri qaşları olan ağ qızıl qolbağını, 1 ədəd 5700 manat dəyərində üzərində 5 ədəd dairəvi şariklər olan qızıl qolbağını, 5500 manat dəyərində üzəri ağ qızıldan və göy qaşları olan sarı qızıldan sırğa cütünü, 6500 manat dəyərində üzərində iri qaşları ağ qızıldan sırğa cütünü, 8000 manat dəyərində üzəri 7 qaşlı sarı qızıldan sırğa cütünü, 1 cüt 4500 manat dəyərində Damla formalı üzəri 3 ədəd qaşlı ağ qızıldan sırğa cütünü, 7500 manat dəyərində üzəri ağ qızıl və qaşlı olan sarı qızıldan sırğa cütünü, 5500 manat dəyərində üzəri ağ qızıl və qaşlı olan sarı qızıldan sırğa cütünü, 1 ədəd 25.000 manat dəyərində üzəri Damla formalı qaşlar olan ağ qızıl boyunbağını, 1 ədəd 15.000 manat dəyərində dairəvi formalı üzərində çoxlu qaşları olan ağ qızıl boyunbağını, 1 ədəd 8500 manat dəyərində tros formalı ağ qızıl boyunbağını, 1 ədəd 5000 manat dəyərində üzərində «ALLAH» yazısı olan ağ qızıl boyunbağını, 1 ədəd 5000 manat dəyərində üzərində qaşları olan ağ və sarı qızıldan olan kulonu, 1 ədəd 1900 manat dəyərində ürək formalı sarı qızıldan kulonu, 1 ədəd 600 manat dəyərində «Kəpənək» formalı sarı qızıldan olan kulonu, 7500 manat dəyərində 70 qramlıq boyunbağını, 1 ədəd 1500 manat dəyərində saatı, 1 ədəd 800 manat dəyərində qızıl üzüyü, 1 ədəd 500 manat dəyərində kişi nişan üzüyünü, 1 ədəd 700 manat dəyərində qızıl qadın üzüyünü gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 150.000 manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd olunan bu çoxepizodlu ictimai-təhlükəli hərəkətləri ilə Təqsirləndirilən şəxs nəticədə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə xeyli miqdar təşkil etməyən, xeyli və külli miqdarda ziyan vurmaqla təkrar oğurluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirsizliyi ilə bağlı heç bir dəlil gətirməmiş, özünü təqsirli bilmiş, əməlindən səmimi peşiman olduğunu məhkəmənin nəzər diqqətinə çatdıraraq məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələrinə uyğun ifadə verib hər bir oğurluq epizodu üzrə göstərdi ki, o, atası İsmayıl və anası Şüküfə birlikdə yaşamış, 2006cı ildə oğurluq cinayətinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə göstərdi ki, 13 iyul 2020-ci il tarixdə, saat 20 radələrində o, oğurluq etmək niyyəti ilə Bakı şəhərinin Nizami rayonu ərazisində C.Naxçıvanski küçəsinə gələrək binaların qarşısını gəzərək orada işıqları yanmayan evləri axtarmış, həmin vaxt birinci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmadığını görüb, mənzildə heç kimi olmamasını başa düşmüş və daha əmin olmaq üçün mənzilə yaxınlaşaraq qapını döydükdə cavab verən olmamışdır. Ona görə də o, mənzilin pəncərəsinə tərəf keçərək orada ətrafdan onu görən olmadığından əmin olduqdan sonra pəncərə qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilin pəncərəsini özü ilə götürdüyü dəmir parçası ilə açıb mənzilə daxil olmuş və mənzili axtarmağa başlamışdır. Mənzilin yataq otağında olan dolabdan 2400 ABŞ dolları və 7000 manatdan bir az artıq pulları, müxtəlif qızıl əşyaları tapmış, lakin sonra pula gedəcək başqa əşyalar tapmadığından çıxıb getmişdir. Oğurladığı pulun bir qismini istifadə etmiş və qızıllarla pulun bir qismini isə yaşadığı evdə - ünvan 11 ünvanında pencəyinin cibinə yığmışdır. Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 24 avqust 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 12 ünvanının arxa hissəsinə gələrək oğurluq etmək üçün mənzil axtarmağa başlamışdır. Həmin vaxt qeyd olunan binanın birinci mərtəbəsində yerləşən mənzillərdən birinin pəncərəsinə vurulmuş dərmir barmaqlığın üzərində kiçik ölçülü paltar asmaq üçün olan pəncərə hissəsinin olduğunu, həmin hissənin asma kilidlə bağlandığını görmüşdür. Həmin mənzildən oğurluq etmək qərarına gəlmiş və bir qədər kənarda dayanaraq mənzilin içərisinə nəzərə salsa da, mənzildə heç bir hərəkət olmadığını görmüşdür. Eyni zamanda həmin vaxt artıq hava qaraldığı üçün digər mənzillərin işıqları yansa da, həmin mənzilin işıqları yanmırmış. O, artıq mənzildə heç kimin olmadığına əmin olduqdan sonra həmin mənzilə daxil olaraq oradan pul və ya qiymətli əşyaları oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bundan sonra bu məqsədlə bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə yaxınlaşmışdır. Həmin vaxt yerdən tapdığı dəmir parçası ilə dəmir barmaqlığın qırıb açdıqdan sonra əli ilə itələyib plastik pəncərəni açaraq mətbəxdən mənzilə daxil olmuşdur. Ev sahiblərinin gələcəyindən ehtiyat etdiyi üçün mənzilin giriş qapısını içəri tərəfdən bağlamış və evi axtarmağa başlamışdır. Evi axtaran zaman yataq otağında uşaq otağında yerləşən şkafda olan kitabın arasından 1350 manat nəğd pul, qızıl boyunbağı, qızıl kloun, gümüş üzük, Samsung GT İ 9500 markalı mobil telefon və 50 manat dəyərində 50 qəpiklərdən ibarət pul taparaq götürüb cibinə qoymuşdur. Bundan sonra evdə axtarmaqda davam etsə də, qiymətli heç nə tapa bilmədiyi üçün evə daxil olduğu pəncərədən çıxaraq oradan uzaqlaşıb getmişdir. Oğurladığı qızıl-zinət əşyalarını yaşadığı evə aparıb bir müddət keçdikdən sonra sataraq pul əldə edə bilməsi məqsədilə gizlətmişdir. Əldə etdiyi 1350 manat pulu isə şəxsi işlərinə xərcləmişdir. Lap yekunda polis əməkdaşları tərəfindən törətdiyi digər oğurluq cinayətlərinə görə saxlanılmış və yaşadığı mənzildə saxladığı qızıl zinət əşyalarını polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 12 sentyabr 2020-ci il tarixdə axşam saatlarında oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə getmişdir. Belə ki, birinci mərtəbədə yerləşən mənzillərdən oğurluq etdiyi üçün həmin küçədə də oğurluq etmək məqsədilə yalnız birinci mərtəbələrdə yerləşən mənzil axtarmışdır. Təxminən saat 21 radələrində M.Hadi küçəsində oğurluq etmək üçün mənzil axtaran zaman orada yerləşən 99 saylı binanın birinci mərtəbəsində yerləşən mənzilin işıqlarının sönülü olduğunu görmüş və həmin mənzildə heç kimin olmadığına əmin olduqdan sonra həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə ayağı ilə plastik pəncərənin qarşısında olan dəmir barmaqlığı sındırmış və plastik pəncərəni əli ilə açaraq mənzilin qonaq otağına daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra mənzilə giriş qapını mənzil sahibi gəldiyi təqdirdə qapını açarla açsa da, içəridən qapı bağlı olduğu üçün içəri daxil ola bilməməsi və özünün mənzili pəncərədən rahat tərk edə bilməsi üçün arxadan bağlamışdır. Bundan sonra mənzili axtarmağa başlamış və dəhlizdə olan əl çantasının içərisini axtaran zaman oradan 40 (qırx) manat məbləğində pul taparaq götürmüşdür. Daha sonra yataq otağına keçmiş və oranı axtaran zaman çarpayının döşəyinin altından müxtəlif qızıl zinət əşyaları taparaq oğurlamışdır. Mənzildə başqa qiymətli əşya və pul tapa bilmədiyi üçün həmin mənzili gəldiyi kimi tərk edərək oradan uzaqlaşıb getmişdir. Əldə ediyi pul məbləğini şəxsi ehtiyaclarına xərcləmişdir, qızıl-zinət əşyalarını isə yaşadığı ünvan 11 ünvanına aparıb saxlamışdır ki, müştəri tapdıqda satıb pul əldə edər. Daha sonra Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 26 sentyabr 2020-ci il tarixdə, saat 21-22 radələrində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ilə piyada hərəkət edən zaman yaşayış binalarından birində birinci mərtəbənin işıqlarının sönülü olduğunu görüb mənzildə heç kimin olmadığını düşünmüş, binaya daxil olub həmin mənzilin qapısını döyərək qaçıb gizlənmişdir. Mənzilin qapısı açılmadığından mənzil sahiblərinin evdə olmadıqlarından əmin olmuşdur. Binadan çıxaraq mənzilin eyvanının dəmir barmaqlıqlarla qorunduğunu görmüş və bir neçə dəqiqə axtardıqdan sonra yerdən bir ədəd dəmir parçası tapmışdır. Hava qaranlıq olduğundan və ətrafda heç kim olmadığından həmin mənzilin pəncərəsinə dırmaşaraq əlindəki dəmir parçasını dəmir barmaqlığın arasına salıb fiziki güc tətbiq etməyə başlamış və çətinliklə dəmir barmaqlığı yerindən ayırmış və arıq bədən quruluşlu olduğu üçün çox rahatlıqla mənzilə daxil olmuşdur. Mənzilə daxil olub pul və ya digər qiymətli əşyalar axtarmağa başlamışdır. Qiymətli əşyaların yataq otağında saxlanılacağını düşünüb ora daxil olmuş, yataq otağında olan dolabı açmış və orada qızıl qabına oxşar qab olduğunu görmüşdür. Həmin qabı açıb içərisində olan bir ədəd qızıl qolbağı, bir ədəd qızıl sırğanı, bir ədəd qızıl boyunbağını, dolabdakı digər plastmas seyfdən 1000 ABŞ dolları pulu, dəmir pul qabından isə 250 manat pulu götürüb gəldiyi yolla da mənzili tərk etmişdir. Oğurladığı əşyaları və pulları yaşadığı mənzilə apararaq özünə məxsus dolabda gizlətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 07 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı mənzildən çıxıb sürücüsünü tanımadığı taksi ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsinə getmişdir. Cavanşir küçəsi boyu səki ilə üzü “radiozavod” adlanan yer istiqamətində piyada bir qədər hərəkət etmişdir. Həmin vaxt hava qaralmış və küçədə insan olmamışdır. Yolun sağ tərəfində çoxlu sayda 9 mərtəbəli yaşayış binaları yerləşirmiş. O, əlverişli şəraitdən istifadə edib, həmin yaşayış binalarının birinci mərtəbəsindəki mənzillərə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaxınlıqdakı arxa tərəfində yaşıllıq sahə olan binanın yanına getmişdir. Yaşıllıq sahə ilə gəzişərkən binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin plastik materialdan olduğunu, dəmir barmaqlıqla əhatə olunmadığını və içəridə işığın sönülü olduğunu görmüşdür. Mənzildə heç kim olmadığını fikirləşib, həmin mənzilə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Mənzillərdən oğurluq etmək üçün plastik pəncərələri açmaq məqsədi ilə yaşadığı mənzildən çıxarkən bir ədəd vint açan götürmüşdür. Lakin daxil olmaq istədiyi mənzilin pəncərəsi onun boyundan hündürdə yerləşdiyindən həmin pəncərəyə çata bilmək üçün binanın divarı ilə pəncərəyə paralel yerləşən borudan tutub pəncərənin səviyyəsinə qalxmışdır. Bundan sonra özü ilə gətirdiyi vint açanın ucunu pəncərənin əvvəlcə yan kənarına sonra isə alt hissəsinə keçirib çəkməklə bir neçə cəhddən sonra pəncərəni açmışdır. Daha sonra mənzilə daxil olmuş və foye ilə hərəkət edib, mənzilin giriş qapısına yaxınlaşıb qapının içəridən kilidini bağlamışdır. Bundan sonra mənzilin otaqlarına keçib dəyərli əşyaları axtarmağa başlamışdır. Giriş qapısı ilə üzbə-üz yerləşən yataq otağına bənzər otaqda yerləşdirilmiş termonun (burada: güzgülü mebel parçası) üzərindən pul kisəsinin içərisindən təxminən 200-300 manat məbləğində nağd pul, 01 ədəd İphone markalı mobil telefon, termonun içərisindən sayını xatırlamadığı təxminən 03 cüt sırğa, 01 ədəd sep və 01 ədəd üzüyü götürüb əynindəki gödəkcənin cibinə qoymuşdur. Bundan sonra giriş qapısından solda yerləşən digər yataq otağına bənzər otaqdakı termonun üzərindən qəhvəyi rəngli qabdan müxtəlif əskinaslardan ibarət təxminən 200-300 manat məbləğində nağd pul, teromonun içərisindən sayını xatırlamadığı təxminən 02 cüt sırğa, 02 ədəd üzük və bir ədəd qolbağı aşkar edərək götürüb, əynindəki gödəkcənin cibinə qoymuşdur. Həmin mənzildə dəyərli əşya axtararkən binanın blokundan səs eşitmiş və mənzilə kiminsə gəldiyini fikirləşib, mənzilin giriş qapısının kilidini açmadan gəldiyi pəncərədən çıxıb götürdüyü əşyalarla birlikdə binanın arxasına tullanmışdır. Cavanşir küçəsinə gəlib sürücüsünü tanımadığı taksi ilə yaşadığı mənzilə getmişdir. Həmin mənzildən oğurladığı qızıl-zinət əşyalarını və pulları yaşadığı mənzildə gizlətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 18 oktyabr 2020-ci il tarixdə oğurluq edərkən biraz cəsarətli olsun deyə spirtli içki qəbul edib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Neapol küçəsində mənzillərdən oğurluq etmək məqsədilə gəzişməyə başlamışdır. Küçədə gəzişərkən bir neçə binaların mənzilinin işığının yandığını, lakin bir binanın mənzilinin işığının sönülü vəziyyətdə olduğunu görmüş və ev sahibinin evdə olmadığını fikirləşmişdir. Saat təxminən 18 radələrində o, evin pəncərəsinə yaxınlaşmış, evin pəncərəsinin dəmir barmaqlıqlar ilə əhatə olunduğunu müəyyən etmişdir. Buna baxmayaraq əvvəllər də oğurluq etdiyi üçün dəmir barmaqlıqları heç bir alət olmadan da yalın əllə sındırıb açmağı bacarmışdır. Həmin mənzilin dəmir barmaqlıqlarını da əli ilə sındırıb pəncərədən içəri evin yataq otağına daxil olmuşdur. Evə girərkən ilk növbədə evin əsas giriş qapısını ev sahibi gələrsə, vaxt tapıb evi pəncərədən tərk edə bilməsi üçün arxadan kilidlə bağlamışdır. Qapını arxadan bağladıqdan sonra yenə də yataq otağına keçib oradakı şkafları axtarmağa başlamışdır. Adətəndə qızıl-zinət əşyaları və pul yataq otağında olduğundan birinci yataq otağından başlamış, yataq otağında axtarış apararkən orada olan paltar şkafının içərisindən 02 ədəd qızıl diş kalonkası, bir ədəd qadın qızıl üzüyü, bir ədəd qızıl üzük, iki ədəd qızıl sırğa ilə dəst komplekt brliyant qaşlı qızıllar, 01 ədəd 750 markalı boyunbağı, bir ədəd qızıl qədim beşlik, bir cüt qızıl sırğa, bir ədəd qızıl klon, bir ədəd qızıl uşaq boyunbağısı, bir ədəd qrazella markalı qızıl qolbağı, bir ədəd 583 markalı qızıl ərəb boyunbağısı, bir ədəd təkqaş brilyantqaşlı üzük, bir ədəd 583 markalı qızıl qadın üzüyü bir ədəd 583 markalı günbəzə oxşar qadın üzüyü və bir ədəd nazik qolbağı götürmüşdür. Daha sonra çarpayının yanındakı şakfın üzərində olan fiqurun altından 2010 manat nağd pul götürmüşdür. Pulu şalvarının cibinə, qızılları isə əynindəki gödəkçənin ciblərinə doldurmuşdur. Artıq götürdüklərinin kifayət edəcəyi qənaətinə gəlib evə girdiyi pəncərədən bayıra çıxmış və heç kəsə görünmədən yaşadığı evə getmişdir. Evə gəlib əynindəki gödəkçənin ciblərinə doldurduğu qızıl-zinət əşyalarını otağındakı şkafın içərisində olan kostyumun cibinə yığmışdır. Qızlları satmaqdan ehtiyyatlandığı üçün qızıl-zinət əşyalarını bir müddət saxlamağa qərar vermişdir. 2010 manat pul isə müxtəlif vaxtlarda öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 27 oktyabr 2020-ci il tarixdə, saat 19.30 radələrində oğurluq etmək niyyəti ilə B.Nuriyev küçəsinə gedərək binaların qarşısını gəzib orada işıqları yanmayan mənzilləri axtarmışdır. Binaların qarşısı ilə gəzişən zaman orada birinci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmamasını görüb, mənzildə adam olmadığını başa düşmüş və daha əmin olmaq üçün mənzilə yaxınlaşaraq qapını döymüş, lakin cavab verən olmamışdır. Ona görə də o, mənzilin pəncərəsinə tərəf keçərək orada ətrafdan onu görən olmadığından əmin olduqdan sonra pəncərə qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilin pəncərəsini dəmir parçası ilə açıb mənzilə daxil olmuş və mənzili axtarmağa başlamışdır. Mənzilin yataq otağında olan dolabdan 1000 ABŞ dolları və 7000 manat bir az artıq pulları tapmış, pula gedəcək başqa əşya tapmadığından çıxıb getmişdir. Həmin pulları gətirib yaşadığı evdə pencəyimin cibinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 02 noyabr 2020-ci il tarixdə saat 20 radələrində oğurluq etmək niyyəti ilə yenə də B.Nuriyev küçəsinə gedərək binaların qarşısını gəzmiş, orada işıqları yanmayan evləri axtarmışdır. Binaların qarşısı ilə gəzişən vaxt orada birinci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmadığını görmüş, mənzildə heç kimi olmamasını başa düşmüş və daha əmin olmaq üçün mənzilə yaxınlaşaraq qapını döymüş və cavab verən olmamışdır. Ona görə də o, mənzilin pəncərəsinə tərəf keçərək orada ətrafdan onu görən olmadığından əmin olduqdan sonra pəncərə qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilin pəncərəsini dəmir parçası ilə açıb mənzilə daxil olmuş və mənzili axtarmağa başlamışdır. Mənzildən təxmini xatırlamasına görə 2-3 ədəd üzük, qolbağılar, boyunbağı və kulon tapmış, pula gedəcək başqa əşyalar tapmadığından çıxıb getmişdir. Qızılları ara sakitləşəndən sonra sata bilməsi üçün yaşadığı evdə olan pencəyinin cibinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 07 noyabr 2020-ci il tarixdə saat 20 radələrində o, oğurluq etmək niyyəti ilə yenə də B.Nuriyev küçəsinə gedərək binaların qarşısını gəzmiş, orada işıqları yanmayan evləri axtarmışdır. Binaların qarşısı ilə gəzişən zaman orada birinci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmamasını görüb, mənzildə heç kimi olmamasını başa düşmüş və daha əmin olmaq üçün mənzilə yaxınlaşaraq qapını döydükdə cavab verən olmamışdır. Ona görə də mənzilin pəncərəsinə tərəf keçərək orada ətrafdan onu görən olmadığından əmin olduqdan sonra pəncərə qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilin pəncərəsini dəmir parçası ilə açıb mənzilə daxil olmuş və mənzili axtarmağa başlamışdır. Mənzildən 400 ABŞ dolları, 2300 manat pulları, çoxlu sayda qızıl zinyət əşyalarını tapmış və pula gedəcək başqa əşyalar tapmadığından çıxıb getmişdir. Oğurladığı pulun bir qismini istifadə etmiş və qızıllarla pulun bir qismini isə yaşadığı evdə pencəyinin cibinə yığmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 12 noyabr 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 13 ünvanının arxa hissəsinə gələrək oğurluq etmək üçün mənzil axtarmağa başlamışdar. Həmin vaxt qeyd olunan binanın birinci mərtəbəsində yerləşən mənzillərdən birinin pəncərəsinə vurulmuş dərmir barmaqlığın üzərində kiçik ölçülü paltar asmaq üçün olan pəncərə hissəsinin olduğunu, həmin hissənin asma kilidlə bağlandığını görmüşdür. Həmin mənzildən oğurluq etmək qərarına gəlmiş və bir qədər kənarda dayanaraq mənzilin içərisinə nəzərə salsa da, mənzildə heç bir hərəkət olmadığını görmüşdür. Eyni zamanda həmin vaxt artıq hava qaraldığı üçün digər mənzillərin işıqları yansa da, həmin mənzilin işıqları yanmadığından o, mənzildə adam olmadığına əmin olduqdan sonra həmin mənzilə daxil olaraq oradan pul və ya qiymətli əşyaları oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Eyni məqsədlə bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra binanın birinci mərtəbəsində yerləşən, işığı yanmayan mənzilin pəncərəsinə yaxınlaşmışdır. Həmin vaxt yerdən tapdığı dəmir parçası ilə dəmir barmaqlığın üzərində olan kiçik ölçülü pəncərənin asma kilidini qırıb qapını açdıqdan sonra əli ilə itələyib plastik pəncərəni açaraq mətbəxdən mənzilə daxil olmuşdur. O, ev sahiblərinin gələcəyindən ehtiyat etdiyi üçün mənzilin giş qapısını içəri tərəfdən bağlayaraq evdə axtarmağa başlamışdır. Evi axtaran zaman yataq otağında olan paltar dolabından tapdığı göy rəngli pul kisəsinin içərisinə baxan zaman orada qızıl-zinət əşyalarının olduğunu görmüşdür. O, pul kisəsinin içərisində olan qızıl-zinət əşyalarını götürüb cibinə qoyaraq pul kisəsini dolabın qarşısında yerə tullamışdır. Bundan sonra evi axtarmağa davam etmiş və qonaq otağında olan televizor altlığının üst hissəsində olan rəfdəki qabın içərisinə baxan zaman oradan 180 manat pul taparaq götürüb cibinə qoymuşdur. Bundan sonra o, evdə axtarış aparsa da, qiymətli heç nə tapa bilmədiyi üçün evə daxil olduğu pəncərədən də çıxaraq oradan uzaqlaşıb getmişdir. Oğurladığı qızıl-zinət əşyalarını yaşadığı evə aparıb gizlətmişdir. Əldə etdiyi 180 manat pulu isə şəxsi işlərinə xərcləmişdir. Yekunda polis əməkdaşları tərəfindən törətdiyi digər oğurluq cinayətinə görə saxlanılmış və yaşadığı mənzildə saxladığı qızıl zinət əşyalarını polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 19 noyabr 2020-ci il tarixdə oğurluq etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu B.Nuriyev küçəsinə getmiş, saat təxminən 21 radələrində binaların qarşısını gəzərək orada işıqları yanmayan evləri axtarmışdır. Binaların qarşısı ilə gəzişən zaman orada birinci mərtəbədə yerləşən mənzillərdən birinin işıqlarının yanmamasını görüb, mənzildə heç kimi olmamasını başa düşmuş və daha əmin olmaq üçün mənzilə yaxınlaşaraq qapını döymüş, lakin cavab verən olmamışdır. Ona görə də mənzilin pəncərəsinə tərəf keçərək orada ətrafdan onu görən olmadığından əmin olduqdan sonra pəncərə qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilin pəncərəsini dəmir parçası ilə açıb mənzilə daxil olmuş və mənzili axtarmağa başlamışdır. Mənzildən bir ədəd bijuteriyaya oxşar əşya və 1000 manat pul tapdıqdan sonra başqa heç nə tapmayaraq çıxıb getmişdir. Oğurladığı pulu özünə sərf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 22 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsinə gedərək oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə də təxminən saat 20 radələrində binaların qarşısını gəzib orada işıqları yanmayan mənzilləri axtarmışdır. Həmin vaxt orada birinci mərtəbədə yerləşən mənzillərdən birinin işıqlarının yanmamasını görüb, mənzildə heç kimi olmamasını başa düşmüş və daha əmin olmaq üçün mənzilə yaxınlaşaraq qapını döymüş, lakin cavab verən olmamışdır. Ona görə də mənzilin pəncərəsinə tərəf keçərək orada ətrafdan onu görən olmadığından əmin olduqdan sonra pəncərə qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilin pəncərəsini dəmir parçası ilə açıb mənzilə daxil olmuş və mənzili axtarmağa başlamışdır. Mənzildən çoxlu sayda qızıl-zinyət əşyaları və 3800 manat pul tapdıqdan sonra mənzili daxil olduğu yerdən də tərk etmişdir. Oğurladığı pulun bir qismini istifadə etmiş, pulun bir qismini və qızıllar isə yaşadığı evdə pencəyinin cibinə yığmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs başqa oğurluq epizodu üzrə göstərdi ki, 26 noyabr 2020-ci il tarixdə saat 17-18 radələrində yenidən evdən çıxıb «Nefçilər» metrostansiyasının yanında olan kafeyə getmiş, kafedə 5-6 bakal pivə içdikdən sonra oğurluq etmək qərarına gəlmişdir. O, etdiyim oğurluq cinayətlərindən sonra bir növ həvəslənmişdir. Kafedən çıxdıqdan sonra saat təxmnən 20 radələrində yaxınlıqda olan binaların həyətində gəzib 1-ci mərtəbədə işığı sönülü olan evi aşkar edərək pəncərəyə yaxınlaşıb pəncərənin dəmir barmağlığını ayağı ilə sındırıb üzərində gətirdiyi vintaçanla pəncərəni açıb mənzilə daxil olmuşdur. Mənzildə heç kəs olmamışdır. Mənzilin otaqlarını cibində olan zajiqalkanın işığı ilə işıqlandırıb pltar dolabının içərisində dəmir seyfin olduğunu aşkar edərək seyfi özü ilə götürüb evdən çıxmışdır. O, seyfi evdən götürdüyü əsgi parçasına büküb belinə almış, yaxınlıqda olan binanın arxasında olan ağacın axasında gizlənib səhərin açılmasını gözləmişdir. 27 noyabr 2020-ci il tarixdə saat 06 radələrində isə seyfi ağacın altında gizlədərək yaşadığı evə getmişdir. Evdə bir qədər dincəlib sonradan atasına məxsus Hunday markalı avtomobilin açarını götürərək avtomaşını idarə edib seyfi gizlətdiyi yerə getmişdir. O, seyfin yanına çatdığı vaxt saat təxminən 10 radələri olmuşdur. Seyfi gizlətdiyi yerdən götürüb avtomobilin yük yerinə qoyub Bakıxanov qəsəbəsində gizlətdikdən sonra evə getmişdir. 30 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində seyfi gizlətdiyi yerə gedib yerdən tapdığı dəmir parçası ilə seyfi sındıraraq içərisində olan müxtəlif qızıl zinyət-əşyalarını və təxminən 22000 manat pul götürmüş, seyfi isə özü ilə gətirdiyi salafana qoyub içərisindən çıxan şəxsiyyət vəsiqələri və digər sənədlərlə birlikdə Hövsan qəsəbəsinə aparıb orada zibilliyə atmışdır. Çünki onun həmin sənədləri oğurlamaq niyyəti olmamış, seyfin içərisində isə kiminsə sənədləri ola biləcəyini əvvəlcədən bilməmişdir. Oğurladığı pulları və qızıl zinyət əşyalarını özü ilə yaşadığı evə aparıb otağında olan paltar dolabının içindəki kastyumun futlyarının içinə yığmışdır. O, oğurladığı pullardan 1000-2000 manatını öz ehtiyaclarına görə xərcləmiş, qızıl-zinyət əşyalarının isə heç birini satmamış, hamısın yaşadığı evdə saxlamışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs sonuncu oğurluq epizodu üzrə göstərdi ki, 05 dekabr 2020-ci il tarixdə, saat təxminən 19 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsinə gələrək oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə də saat təxminən 20 radələrində binaların qarşısını gəzərək orada işıqları yanmayan mənzilləri axtarmışdır. Binaların qarşısı ilə gəzişən zaman orada birinci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmamasını görüb, mənzildə heç kimi olmamasını başa düşmüş və daha əmin olmaq üçün mənzilə yaxınlaşaraq qapını döymüş, lakin cavab verən olmamışdır. Ona görə də mənzilin pəncərəsinə tərəf keçərək orada ətrafdan onu görən olmadığından əmin olduqdan sonra pəncərə qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilin pəncərəsini dəmir parçası ilə açıb mənzilə daxil olmüş və mənzili axtarmağa başlamışdır. Mənzildən çoxlu sayda qızıl-zinyət əşyaları tapdıqdan sonra mənzili tərk edib getmişdir. Oğurladığı qızılları yaşadığı evdə pencəyinin cibinə yığaraq saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, tutulduqdan sonra hər şeyi etiraf etmiş, oğurluq hadisəsi törətdiyi mənzilləri bir-bir göstərmişdir. Həmiçinin polisləri yaşadığı evə aparıb oğurladığı qızıl-zinət əşyalarının hamısını müstəntiqə təqdim etmişdir. Təqdim etdiyi oğurluq əşyalar protokol əsasında götürülmüşdür. O, oğurladığı qızıl-zinət əşyalarının və ya sair dəyərli əşyaların heç birini satmamış, heç kimə pay verməmişdir. Lakin bəzi zərərçəkmiş şəxslərin iddia etdikləri qızıl-zinət əşyalarının onun təqdim etdiyi predmetlərin içərisində olmaması onun şübhəsinə səbəb olmuşdur. Belə ki, o, çatışmayan qızıl-zinət əşyaları barədə ya zərərçəkmiş şəxslər yalan ifadələr verib şişirtmiş və ya sənədləşmə aparılarkən polislər tərəfindən götürülmüşdür. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs sərbəst ifadəsinin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılarkən sonuncu sərbəst ifadəsində göstərdiyi bütün xüsusatları həm də hər bir oğurluq epizodu üzrə hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 164-178, cild İİİ, səh. 57-59, 239- 248). Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 25 noyabr 2020-ci il tarixdə, təxminən saat 15:45-də yaşadığı ünvan 8 ünvanında birinci mərtəbədə yerləşən 42 saylı mənzilə gələrək evin qapısını özündə olan açarlarla açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda mənzilin dağınıq vəziyyətdə olmasını görmüş və başa düşmüşdür ki, evdə olmadığı müddətdə mənzilə kimsə daxil olaraq oğurluq etmişdir. Ona görə də evdə olan dəyərli əmlaklarının oğurlanmasını düşünərək DİN-in 102 xidmətinə zəng vurmuş və oğurluq hadisəsi barədə məlumat vermişdir. Polis əməkdaşları gələnədək ona məlum olmuşdur ki, yaşadığı ünvanda olmadığı müddətdə kimsə evin pəncərəsinin qarşısında olan dəmir barmaqlığı sındıraraq mənzilə daxil olmuşdur. Polis əməkdaşları gələndən sonra evə baxış keçirilmiş və baxış nəticəsində yaşadığı mənzildən 100 manat dəyərində bijuteriyalarının və yataq otağında olan dolabda saxladığı 1000 manat nağd pulunun oğurlandığı ona məlum olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 1100 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 22 noyabr 2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq yaşadığı ünvan 14 ünvanından çıxmış və həmin gün saat 19.40-radələrindən 21 radələrinədək evdə olmamışdır. Saat 21 radələrində evə qayıdan zaman evin giriş qapısını açmaq istəmiş, lakin açılmamasını görüb küçəyə çıxaraq mənzilinin pəncərəsi qarşısında olan barmaqlığın sındırılmış vəziyyətdə olmasını görmüşdür. Bundan sonra o, dərhal DİNin 102 xidmətinə zəng vuraraq evə daxil ola bilməməsi, mənzilin giriş qapısının qıfılına müdaxilə oldunduğundan qapını aça bilməməsi, pəncərə qarşısında olan barmaqlıqların sındırılmış vəziyyətdə olması və mənzilində nə baş verməsini bilmədiyi baarədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra sonuncularla birlikdə mənzilə daxil olduqda mənzildə naməlum şəxsin axtarışlar aparmasını və mənzildə saxladığı özünə məxsus yataq otağında olan dolabdan 1 ədəd 1500 manat dəyərində ürək formalı qızıl üzüyün, 1 ədəd 1000 manat dəyərində brillyant qaşları olan qızıl üzüyün, 1 ədəd 1600 manat dəyərində üzərində qaşlar olan üzüyün, 1 ədəd 1500 manat dəyərində üzərində ilan başı formalı qızıl üzüyün, 1 ədəd 650 manat dəyərində üzərində naxışlar olan qızıl üzüyün, 1 ədəd 500 manat dəyərində dairəvi formalı qara qaşlı ortasında qızıl olan üzüyün, 1 ədəd 1000 manat dəyərində üzərində qara gül formalı qaş olan qızıl üzüyün, 1 ədəd 1000 manat dəyərində üzərində ağ və yaşıl qaşları olan qızıl üzüyün, 1 ədəd 1800 manat dəyərində üzərində ulduz formalı çox sayda qaşları olan qızıl üzüyün, 1 ədəd 1000 manat dəyərində üzərində ağ və göy qaşları olan qızıl üzüyün, 1 ədəd 1200 manat dəyərində üzəri naxışlı qızıl qolbağın, 1 ədəd 1500 manat dəyərində 3 ədəd halqa formalı qızıl qolbağınn, 1 ədəd 1100 manat dəyərində zəncir formalı qızıl qolbağın, 1 ədəd 750 manat dəyərində üzərində sallama bəzəkləri olan qızıl qolbağın, 1 ədəd 1500 manat dəyərində üzərində qaşlar olan ağ qızıldan qolbağın, 1000 manat dəyərində üzərində qara gül formalı qaşlar olan sırğa cütünün, 700 manat dəyərində saçaqlı formalı qızıl sırğa cütünün, 1500 manat dəyərində üzərində böyük yaşıl qaşı olan sırğa cütünün, 700 manat dəyərində «Dior» formalı sallama qızıl sırğa cütünün, 750 manat dəyərində sallama formalı qızıl sırğa cütünün, 1500 manat dəyərində 4 ədəd brillyant qaş olan qızıl boyunbağın, 800 manat dəyərində üzərində xətlər olan qızıl kulonun, 750 manat dəyərində salxım banan formalı qızıl kulonun, 4700 manat dəyərində brillyant qaşlı qızıl üzük-sırğa-qolbağ-boyunbağı dəstinin və 3800 manat nağd pulunun oğurlandığını müəyyən etmişdir. Hadisə nəticəsində 30000 manat dəyərində qızıl-zinət əşyaları və 3800 manat nağd pulu oğurlanmışdır. İbtidai istintaq mərhələsində ona məxsus əmlakın bir qismi tapılıb onun özünə qaytarılsa da, 6.000 manatlıq qızıl-zinət əşyaları qaytarılmamışdır. Məhkəmə baxışı zamanı işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 02 noyabr 2020-ci il tarixdə, saat 09 radələrində ünvan 6 ünvanında binanın birinci mərtəbəsində yerləşən 47 saylı mənzildən çıxaraq şəxsi işləri ilə bağlı getmişdir. Həmin ərəfədə həyat yoldaşı Yeqor Niftolenko da öz şəxsi işləri ilə bağlı evdən çıxıb gedərkən mənzilin pəncərəsini bağlamağı unutmuş, pəncərə açıq qalmışdır. Həmin gün, yəni 02 noyabr 2020-ci il tarixdə o, və yoldaşı birlikdə evə qayıdaraq mənzilə daxil olduqda mənzilin dağınıq vəziyyətdə olmasını görmüşlər. Əvvəlcə mənzilə dəmir barmaqlığın sındırılmaqla girilməsini fikirləşib DİN-in 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermiş və məlumat verərkən mənzilin dəmir barmaqlığının sındırılmaqla mənzilə girilməsini bildirmişlər. Mənzilə baxan zaman onlar ümumilikdə 3000 manat dəyərində qızıl-zinyət əşyalarının oğurlanmasını dəqiqləşdirmişdir. Lakin sonradan məlum olmuşdur ki, evin pəncərəsi açıq qalmış və evə daxil olan şəxs açıq pəncərədən daxil olmuşdur. İlkin məlumatı Yeqor verdiyindən şikayət ərizəsini də sonuncu yazmışdır. Hadisə nəticəsində 1 ədəd 200 manat dəyərində üzərində qaşlar olan qızıl üzüyü, 1 ədəd 250 manat dəyərində biri-birinə birləşik qaşlı qızıl üzüyü, 1 ədəd 150 manat dəyərində ortası ağ, kənarları yaşıl qaşlı olan qızıl üzüyü, 350 manat dəyərində üzərində ağ və sarı rəngli saçaqlı formalı bəzək olan qızıl sırğa cütü, 1 ədəd 300 manat dəyərində üzərində ağ və sarı qaşları olan qızıl qolbağı, 1 ədəd 300 manat dəyərində dalğavari formalı qızıl qolbağı, 1 ədəd 300 manat dəyərində ağ sarı qızıldan olan qaşlı boyunbağı, 1 ədəd 150 manat dəyərində üzərində «oğlaq» formalı kulon, 1 ədəd 1000 manat dəyərində qızıl qolbağı oğurlanmışdır. İbtidai istintaq mərhələsində 2000 manatlıq qızıl-zinət əşyaları onun özünə qaytarılsa da, 1000 manatlıq qızılı hələ də qaytarılmamışdır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 17 saylı evin 31 saylı mənzilində yaşamış, özü əvvəllər mebel sexində işləmişdir. İşlədiyi müddətdə 1000 ABŞ dolları və 7300 manat nağd pulu yaşadıqları mənzilin yataq otağında paltar dolabının yuxarı gözündə saxlamışlar. 27 oktyabr 2020-ci il tarixdə həyat yoldaşı işə getmiş, uşaqları qaynının evində olmuş, o, özü isə yaşadığı evin yaxınlığında yerləşən mebel anbarına getmişdir. Həmin gün saat 20 radələrində həyat yoldaşını da götürüb uşaqları ilə birlikdə yaşadıqları mənzilə qayıtmışlar. Mənzilə qayıdan zaman mənzilin dağınıq vəziyyətdə olmasını və mənzildə olan pullarının oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 9000 manat maddi ziyan dəymiş, lakin bu günədək ona vurulan maddi zərər ödənilməmiş qalmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, oğlu X18 ilə bir yerdə ünvan 7 ünvanında yerləşən 96 saylı mənzildə yaşamışdır. Özü əvvəllər Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuş, ticarət mərkəzi bağlandıqdan sonra isə satışa qoyduğu, eyni zamanda özünə məxsus olan qızlılzinət əşyalarının internet vasitəsi ilə satışı ilə məşğul olmağa başlamışdır. 07 noyabr 2020ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsndə yaşıayan bacısı Sevincin yanında olarkən oğlu Əli ona zəng vurub yaşadıqları mənzilə daxil olduqda naməlum şəxsin (şəxslərin) binanın arxasındakı bağçaya açılan pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla mənzilin qonaq otağindakı plastik materialdan olan pəncərəsinə güc tətbiq etməkdə sındırıb daxil olduqlarını aşkar etdiyini bildirmişdir. Əlinin deməçsinə görə mənzildə əşyalar dağıdılmışdır. O, Əliyə təcili polisə zəng vurub məlumat verməsini tapşırmış, özü də təcili olaraq taksi ilə evə gəlmişdir. Evə çatdıqda həqiqətən də mənzili Əlinin dediyi vəziyyətdə görmüşdür. Hadisə nəticəsində 400 ABŞ dolları və 2300 manat nağd pulu, 1 ədəd 200 manat dəyərində üzərində xırda qaşları olan qızıl üzüyü, 1 ədəd 400 manat dəyərində «Damla» formalı üzəri qaşlı qızıl üzüyü, 1 ədəd 500 manat dəyərində üzərində 5 qaşı olan qızıl üzüyü, 1 ədəd 200 manat dəyərində üzərində ağ və boz qaşları olan qızıl üzüyü, 500 manat dəyərində «Sünbül» formalı qızıl sırğa cütü, 500 manat dəyərində «Damla» formalı qızıl sırğa cütü, 250 manat dəyərində dairəvi formalı qızıl sırğa cütü, 500 manat dəyərində «Şanel» tipli qızıl sırğa cütü, 400 manat dəyərində halqa formalı qızıl sırğa cütü, 500 manat dəyərində halqa formalı qızıl sırğa cütü, 500 manat dəyərində ortası naxışlı qızıl sırğa cütü, 350 manat dəyərində kvadrat formalı qızıl sırğa cütü, 400 manat dəyərində dairəvi formalı qızıl olan sırğa cütü, 600 manat dəyərində dairəvi formalı qızıl olan sırğa cütü, 300 manat dəyərində saçaqlı formalı qızıl olan sırğa cütü, 400 manat dəyərində Damla formalı ortası qızıl sırğa cütü, 500 manat dəyərində setkalı formalı qızıl sırğa cütü, 200 manat dəyərində saçaqlı qızıl sırğa cütü, 300 manat dəyərində dairəvi formalı saçaqlı qızıl olan sırğa cütü, 300 manat dəyərində üzərində xırda daşları olan qızıl sırğa cütü, 200 manat dəyərində saçaqlı formalı qızıl sırğa cütü, 500 manat dəyərində «Gül» formalı qızıl sırğa cütü, 200 manat dəyərində dairəvi halqalı formalı qızıl sırğa cütü, 200 manat dəyərində «Gül» formalı qızıl sırğa cütü, 1 ədəd 500 manat dəyərində «Tros» formalı qızıl boyunbağı, 1 ədəd 400 manat dəyərində halqa formalı qızıl boyunbağı, 1 ədəd 500 manat dəyərində «Tros» formalı qızıl boyunbağı, 1 ədəd 600 manat dəyərində Damla formalı ortasında xırda metal qaşları olan qızıl boyunbağı, 1 ədəd 600 manat dəyərində üzəri metal setkalı qızıl boyunbağı, 1 ədəd 300 manat dəyərində xırda halqalı qızıl boyunbağı, 1 ədəd 600 manat dəyərində nazik qızıl boyunbağı, 1 ədəd 400 manat dəyərində xırda dairəciklərdən ibarət qızıl qolbağı, 1 ədəd 500 manat dəyərində üzəri dairəvi top formalı qızıl qolbağ, 1 ədəd 400 manat dəyərində iç-içə keçmiş içi boş halda olan qızıl qolbağ, 1 ədəd 300 manat dəyərində dairəvi halqalı qızıl qolbağ, 1 ədəd 300 manat dəyərində «Buğa» formalı qızıl kulon, 1 ədəd 400 manat dəyərində «Kitab» formalı qızıl kulon, 1 ədəd 400 manat dəyərində ortasında ağ qaşı olan qızıl kulon, 1 ədəd 600 manat dəyərində Gül formalı qızıl kulon, 1 ədəd 230 manat dəyərində qızıl kulon, 1 ədəd qara rəngli qol saatı, 1 ədəd 1000 manat dəyərində qızıl saat və 1 ədəd 3000 manat dəyərində qızıl sırğa-üzük-qolbağ dəsti oğurlanmışdır. Az sonra isə polis əməkdaşları gəlib sənədləşdirmə aparmışlar. Hadisədən sonra təqsirləndirilən şəxs Sadiq Hüseynov onun evinə gətirilmiş, o, puları və qızılları haradan götürmüşdürsə, yerlərini düzgün olaraq göstərmişdi. Hazırda qızıllarının yarıdan çoxu, pulları istintaq orqanı tərəfindən onun özümə qaytarılmış, təxminən 4000 manat dəyər təşkil edən qızılları qaytarılmamışdır. Odur ki, 4000 manatlıq qızıllarının qaytarılmasını tələb edir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 qızı ifadəsində göstərdi ki, ünvan 16 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Odlar Yurdu universitetinin əcnəbi tələbələrinin hazırlıq şöbəsinin rəhbəri vəzifəsində işləyir. Bakı şəhəri, Xətai rayonu, ünvan 13 ünvanında birinci mərtəbədə yerləşən 91 saylı mənzil ona məxsusdur. 2019-cu ilin iyun ayına kimi həmin mənzildə yaşamış və ailə qurduqdan sonra Sumqayıt şəhərində yaşamağa başlamışdır. Ona məxsus olan həmin mənzildə dayısı oğlu Qədir və sonuncunun bacısı Lamiyə yaşamışlar. Lamiyə “Sağlam Ailə” tibbi mərkəzində işləyir. Mənzildə olan əşyalar onun özünə məxsusdur və o, tez-tez həmin mənzilə gedib baş çəkmişdir. O, mənzildə özünə məxsus olan qızıl zinət əşyalarını da saxlamış, bunu dayısı qızı Lamiyəyə də bildirmiş və Lamiyə həmin qızıl-zinət əşyalarını götürüb mənzildə öz paltarlarının arasında saxlamışdır. Zərərçəkmiş şəxs Rəbiyyə Paşazadə-Mirzəyeva ifadəsinin davamında göstərdi ki, 12 noyabr 2020-ci il tarixdə, saat 21 radələrində dayısı qızı Lamiyə istifadə etdiyi ***-***-**- ** saylı mobil nömrəsinə zəng vuraraq ona məxsus yaşadıqları mənzildə oğurluq hadisəsi baş verdiyini bildirdiyindən o, yaşadığı Sumqayıt şəhərindən Bakıdakı ünvanına gəlmişdir. Hadisə ilə bağlı Qədir ona saat 17 radələrində mənzildən çıxaraq şəxsi işlərinin arxasınca getdiyini, Lamiyənin də işdə olduğunu demiş, həmin gün saat 20 radələrində Lamiyənin mənzilə qayıdarkən mənzilə daxil olmaq istədə də, qapını aça bilmədiyini, buna görə də qardaşına məlumat verdiyini bildirmişdir. Daha sonra aldığı məlumata görə Qədir gəldikdən sonra mənzilin ön hissəsində həyətə baxan pəncərənin dəmir barmaqlığını qırıb pəncərəni açdığını, mənzilə daxil olaraq mənzilin giriş qapısına yaxınlaşan zaman qapının arxa hissədən bağlı olduğunu aşkar etmişdir. Bundan sonra qapını açdıqdan sonra Lamiyə mənzilə daxil olmuş, mənzildə olan kiçik yataq otağına daxil olan zaman mənzildə axtarış aparıldığın görmüşlər. Bundan sonra onlar mətbəxə daxil olan zaman mətbəxdən binanın arxa hissəsinə açılan pəncərənin açıq vəziyyətdə olduğunu, dəmir barmaqlığın üzərində olan asma kilidin qırılaraq barmaqlıqda olan paltar asmaq üçün olan pəncərə hissəsinin açıq vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt onlar artıq mənzildə oğurluq hadisəsi baş verdiyini başa düşərək DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişlər. Bundan sonra mənzildən nələrin götürüldüyünə baxan zaman qonaq otağında televizor atlığının (TV stend) üst hissəsində olan rəfdəki 180 manat pulun, kiçik yataq otağında paltar dolabındakı pul kisəsinin içərisində olan qızıl zinət əşyalarının yerində olmadığını müəyyən etmişlər. Pul kisəsinin içərisində olan qızıl zinət əşyaları götürülsə də, pul kisəsi götürülməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus mənzilin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığının üzərində olan asma kilidi sındıraraq pəncərəni açaraq mənzilə daxil olub mənzilin yataq otağındakı paltar dolabından göy rəngli pul kisəsinin içərisindən 1200 manat dəyərində 585 əyyarlı sapfir qaşlı ətrafında xırda qaşları olan gül formalı sırğa və üzük dəstini, 1 ədəd 1000 manat dəyərində 585 əyyarlı qalın boyunbağını, 1 əddə 600 manat dəyərində 585 əyyarlı halqa formalı qalın nişan üzüyünü, 1 ədəd 700 manat dəyərində, 585 əyyarlı gül oymalı halqa formalı qadın üzüyünü, 1 ədəd 500 manat dəyərində, 585 əyyarlı üzərində qırmızı qaşları olan gül formalı qadın üzüyünü, hər biri 100 manat olmaqla 3 ədəd 300 manat dəyərində qızıl dişləri və qonaq otağında televizor masasının üst hissəsində olan qabın içərisindən 180 manat nağd pulu oğurlamışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4480 manat maddi ziyan dəymişdir. Vurulmuş maddi ziyandan bir komplekt, bir üzük və bir ədəd boyunbağı qırılmış vəziyyətdə qaytarılıb, həmin boyunbağının 15-16 sm hissəsi yoxdur. 3 ədəd qızıl diş və 180 manat pul, sırqa və üzük qaytarılmamışdır. Vurulmuş maddi zərərin hamısını tələb edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, yay mövsümü ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə Nardaran qəsəbəsində yerləşən bağ evində yaşamışlar. Lakin bağ evində yaşamalarına baxmayaraq həftədə 2 və ya 3 dəfə ünvan 12, mənzil 83-ə o, və ya ailə üzvlərindən kimsə gəlib baş çəkirmişlər. Sonuncu dəfə 23 avqust 2020-ci il tarixdə oğlu Emil Vahidli həmin mənzilə baş çəkmiş və mənzildə hər şey qaydasında olmuşdur. 27 avqust 2020-ci il tarixdə, saat 08 radələrində yenə də oğlu Emil Vahidli yaşadıqları mənzilə baş çəkməyə getmiş, mənzilin eyvanın pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmasını aşkar etmiş və Emil bu barədə ona məlumat vermişdir. Emil həmiçinin baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə də məlumat vermişdir. O, dərhal mənzilə getmiş, evə baxış keçirən zaman naməlum şəxs və ya şəxslərin evin eyvanının pəncərəsinə quraşdırılmış dəmir barmaqlıqları sındıraraq evə qanunsuz daxil olaraq evdən uşaq otağında yerləşən şkafdan olan kitabının arasından 1350 manat nəğd pulu, 01 ədəd 250 manat qiymətində 583 əyyarlı, 2 qram çəkili boyunbağını, 01 ədəd 300 manat qiymətində 2 qram çəkili damla formalı kulonu, 01 ədəd 20 manat dəyərində gümüş üzüyü, 01 ədəd 300 manat dəyərində «Samsung» GT İ 9500 markalı mobil telefonu və 50 manat dəyərində 50 qəpiklərdən ibarət pulu oğurlamaları ona məlum olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2270 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalardan ona yalnız bir ədəd kulon qaytarılmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2020-ci il tarixdə saat 17.30 radələrində o, qayınanası Gülzar Qaısmova ilə birlikdə yaşadığı ünvan 4 ünvanında yerləşən 46 saylı mənzildən çıxaraq getmiş və saat 19.30 radələrində mənzilə qayıdarkən mənzildə olmadıqları müddətdə evin arxa hissəsindən naməlum şəxslərin pəncərənin qarşısında olan dəmir barmaqlığı sındırmaqla mənzilə daxil olaraq yataq otağında olan ona məxsus 02 ədəd 150 manat dəyərində qızıl diş kalonkasını, 01 ədəd 11 qram çəkidə 2700 manat dəyərində qadın qızıl üzüyü, 01 ədəd 4500 manat dəyərində qızıl üzüyü və 02 ədəd qızıl sırğa ilə birlikdə dəst komplekt brlliyant qaşlı qızılları, 01 ədəd 1150 manat dəyərində 750 əyyarlı boyunbağını, 01 ədəd 500 manat dəyərində qədim qızıl beşliyi, 01 cüt 700 manat dəyərində qızıl sırğanı, 01 ədəd 370 manat dəyərində qızıl klonu, 01 ədəd 320 manat dəyərində qızıl uşaq boyunbağısını, 01 ədəd 840 manat dəyərində qrazella markalı qızıl qolbağı, bir ədəd 1270 manat dəyərində 583 əyyarlı qızıl ərəb boyunbağını, bir ədəd 680 manat dəyərində təkqaş brillyant qaşlı üzüyü, bir ədəd 720 manat dəyərində 583 əyyarlı qızıl qadın üzüyünü, 01 ədəd 420 manat dəyərində 583 əyyarlı günəbaxana oxşar qadın üzüyünü və 01 ədəd 220 manat dəyərində nazik qolbağı, həmçinin otaqda yerləşən çarpayının yanındakı dolabın üzərində olan fiqurun altından 2010 manat nağd pulu gizli olaraq talamışlar. Həmin hadisə nəticəsində ona ümumilikə 16.550 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs10 ifadəsinin davamında göstərdi ki, hadisədən sonra o, “Qoogle” saytında satışa qoyulmuş qızılların şəklinə baxdıqda təqsirləndirilən şəxsin tutulduğunu, orada ondan götürülmüş qızılların şəkillərinin qoyulduğunu və həmin qızılların içərisində öz qızıllarını da görmüşdür. Bundan sonra RPİ-yə getmi və orada qızıllarının hamısının şəkillərini görmüşdür. Bundan 2-3 gün sonra isə təqsirləndirilən şəxsi onun evinə gətirilmiş, sonuncu qızılları haradan götürdüyünü danışmışdır. Sonra Polisdə qızıllarının bir hissəsi ona qaytarıliış, lakin qalan hissəsi ona qaytarılmamışdır. Hazıda onun 2010 manat pulu və 7170 manat dəyərində qızılları qaytarılmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 26 sentyabr 2020-ci il tarixdə, saat 18:30 radələrində həyat yoldaşı və uşaqları ilə birlikdə dəniz sahilində gəzmək üçün yaşadıqları Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 18 ünvanında yerləşən 37 saylı mənzildən çıxmış və elə həmin gün saat 23:40 radələrində evə qayıdan zaman əşyaların yerində dəyişiklik olduğunu aşkar etmişdir. Yataq otağındakı dolaba baxan zaman orada olan qızıl qabından 400 manat dəyərində qızıl qolbağın, 250 manat dəyərində qızıl sırğanın, 100 manat dəyərində qızıl boyunbağının, plastmas materialdan hazırlanmış uşaq seyfindən 1000 ABŞ dolları pulun və dəmir pul qabından 250 manat pulun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan dərhal sonra 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2700 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Sonradan ibtidai istinaq mərhələsində oğurlanmış qızıllar onlara qaytarılsa da, 1000 dollar və qəpiklərdən ibarət 250 manat nağd pul qaytarılmamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, 07 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində 07 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində özünə məxsus ünvan 17 ünvanında birinci mərtəbədə yerləşən 71 saylı mənzilində olmadıqları vaxtlarda onun həmin mənzilindən oğurluq edilmişdir. Oğurluq edilərkən əvvəlcə evin giriş qapsı daxildən kilidlənmişdir. Oğurluq nəticəsində onlara məxsus ümumilikdə 600 manat məbləğində nəğd pul, 01 ədəd 200 manat dəyərində “İphone 5C” markalı mobil telefon, yataq otağındakı saxlanc yeri hesab olunan termonun siyirməsindən dəyəri 350 manat olan, içərisi yaşıl rəngli yarpaq formasında olan bir cüt qızıl sırğa, dəyəri 350 manat olan, içərisi qara rəngli yarpaq formasında olan bir cüt qızıl sırğa, dəyəri 480 manat olan, “brosvey” markalı qızıl qolbağ, dəyəri 800 manat olan, tək qaşlı qızıl üzük, dəyəri 1200 manat olan, beş ədəd brilliant qaşlı qızıl üzük, həmçinin anası Zərərçəkmiş şəxs13 Soltan qızına aid yataq otağındakı saxlanc yeri hesab olunan temonun siyirməsindən Zərərçəkmiş şəxs13 məxsus dəyəri 1000 manat olan, üzərində qara rəngli qaşlar olan komplekt sırğa və üzük dəsti, dəyəri 1200 manat olan “talış sırğası” adlanan, bir cüt qızıl sırğa, dəyəri 350 manat olan, şar formasında olan qızıl sep və kulon, dəyəri 220 manat olan, qızıl svaroviski daşlardan ibarət olan bir cüt sırğa gizli olaraq talanmış və ümumilikdə zərərçəkmiş şəxs olaraq ona 3980 manat və Zərərçəkmiş şəxs13 isə 2770 manat maddi ziyan vurulmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 məhkəmədə dindirilən oğlu – şahid Zərərçəkmiş şəxs12 ilə oxşar məçzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Daha sonra iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, ünvan 18 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 19 ünvanında yaşamışdır. Yaşadığı ev doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşmişdir. Evin pəncərələri plastikdən olsa da, qarşısında dəmir barmaqlıq quraşdırılmışdır. 12 sentyabr 2020-ci il tarixdə, saat təxminən 20 radələrində ailə üzvləri ilə birlikdə qayınanası Məsməxanımın yaşadığı ünvana qonaq getmiş, saat təxminən 23 radələrində yaşadığı evə qayıtmışlar. Mənzilə qayıdan zaman giriş qapısını açmaq istəsə də, qapı açılmamış, odur ki, kilidin xarab olduğunu fikirləşib yenidən ailə üzvləri ilə birlikdə qayınanasının yaşadığı evə gedərək orada gecələmişlər. 14 sentyabr 2020-ci il tarixdə o, özü təklikdə saat təxminən 09 radələrində yaşadığı evə gələrək evin giriş qapısının kilidini sındırmışdır və evə daxil olmuşdur. Evə daxil olduqdan sonra qonaq otağının pəncərəsinin açıq olmasını və dəmir barmaqlığın sındırıldığını aşkar edib evdən oğurluq olmasından şübhələnmişdir. Bu səbəbdən evə baxış keçirən zaman müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər ona məxsus evə daxil olaraq dəhlizdə olan əl çantasından əl çantasının içərisindən 40 manat nağd pulu və yataq otağındakı çarpayının üzərində olan döşəyin altından hər biri 100 manat olmaqla ümumi dəyəri 300 manat 3 cüt qızıl uşaq sırğasını, 1 ədəd 250 manat dəyərində qızıl qolbağı, 1 ədəd üzəri brilliyant qaşlı 1000 manat dəyərində qadın qızıl üzüyünü, 1 ədəd 150 manat dəyərində qızıl kulonu, 2 ədəd hər birinin dəyəri 400 manat olmaqla ümumi dəyəri 800 manat olan qızıl qadın üzüklərini oğurlamışlar. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 36-cı PB-yə müraciət etmişdir. Sonradan əmlakının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını öyrənmişdir. İbtidai istintaq mərhələsində oğurlanmış qızıllarının demək olar ki, yarısı qaytarılmış, təxminən 1000- 1500 manat arası qızılları hələ də qaytarılmamışdır. Vurulmuş zərərin qalan hissəsinin ödənilməsini tələb edir. Bundan başqa, məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı məhkəməyə teleqramma ünvanlayan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, uzun müddət ünvan 20 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Qaynanası COVİD-19 virusuna yoluxduğundan həyat yoldaşı və uşaqları ilə birlikdə qaynasının yanında qalmışlar. 26 noyabr 2020-ci il tarixdə, saat 21 radələrində yaşadığı evə gəlmiş, mənzilə daxil olduqdan sonra ilkin olaraq vanna otağına daxil olub əlüzünü yumuşdur. Sonradan qonaq otağına daxil omaq istəyərkən yataq otağının qapısının bağlı olduğunu görmüşdür. Evdən çıxarkən yataq otağının qapısını açıq vəziyyətdə qoyduqlarından təəccüb etmişdir. Yataq otağının qapısını açıb içəri girərkən, yataq otağının dağınıq vəziyyətdə olduğunu, paltar dolabınının qapısının açıq olduğunu görüb içərisinə baxarkən, dolabda olan 60x40 sm ölçüdə, 15-20 kiloqram çəkidə olan dəmir seyfin orada olmadığını aşkar etmişdir. O, yataq otağına diqqətlə göz gəzdirən zaman yataq otağında olan qəhvəyi rəngli plastik pəncərənin orta tağının açıq vəziyyətdə olduğunu pəncərəyə küçə tərəfdən vurulmuş dəmir barmaqlığın dəmirlərinin sındırılmış və kənara əyilmiş vəziyyətdə olduğunu görmüşdür. Başa düşmüşdür ki, mənzildə olmadığı vaxtda naməlum şəxslər pəncərədən mənzilə daxil olaraq paltar dolabında olan dəmir seyfi içərisində olan 1 ədəd sarı qızıldan olan ortasında ağ qızıl zehi olan 700 manat dəyərində kişi nişan üzüyünü, 1 ədəd gümüşdən olan üzərində «2 ürək» işarəsi olan 100 manat dəyərində qadın nişan üzüyünü, 1 ədəd sarı qızıldan təkqaş, üzərində sadə ağ qaşı olan 500 manat dəyərində qadın nişan üzüyünü, 1 ədəd sarı qızıldan, üzəri sonsuzluq yanları dik formalı olan, ortasında yaşıl, ətrafında ağ sadə daşları olan 500 manat dəyərində qadın üzüyünü, 1 ədəd sarı qızıldan üzərində 5 ədəd sadə qaşları olan 1200 manat dəyərində kişi nişan üzüyünü, 1 ədəd sarı qızıldan üzəri paxlava formalı 500 manat dəyərində qadın üzüyünü, üzəri «Bant» formalı, brilyant qaşlı 3000 manat dəyərində qadın üzük və sırğa dəsti, 1 ədəd ağ qızıldan, 300 manat dəyərində kişi nişan üzüyünü, üzərində brilyant tək qaşı olan ağ qızıldan 2800 manat dəyərində üzüyünü, üzəri «Tülpan» formalı, qırmızı qaşlı 500 manat dəyərində qızıl qadın sırğa cütünü, özü halqa formalı, üzəri yarpaq formalı 500 manat dəyərində qızıl qadın sırğa cütünü, halqa formalı üzərində sadə qaşları olan sarıqızıldan 300 manat dəyərində qadın sırğa cütünü, sarı qızıldan üzəri mirvari qaşlı 300 manat dəyərində sırğa cütünü, ağ metaldan üzəri qara daşlı «Romb» formalı 500 manat dəyərində sırğa cütünü, üzəri dairəvi formalı üzəri dairəvi formalı, brilyant qaşlı ağ qızıldan 7000 manat dəyərində üzük-sırğa-qolbağı, kolye və kulon dəstini, «Versage» formalı sarı qızıldan 500 manat dəyərində sırğa dəstini, 1 ədəd sarı qızıldan üzərində «Gözyaşı» formalı kulonu ilə birlikdə «Trost» formalı 400 manat dəyərində qadın boyunbağısını, 1 ədəd sarı qızıldan «Kardinal» formalı üzərində «Şir» formalı kulonu ilə birlikdə 700 manat dəyərində qadın boyunbağısını, üzərində «Aypara» formalı kulon olan 1 ədəd sarı qızıldan «Zəncir» formalı 700 manat dəyərində qadın boyunbağısını, Mirvari arası qızıl işləməli 150 manat dəyərində qolbağ və boyunbağı dəsti, 1 ədəd sarı qızıldan 200 manat dəyərində uşaq qolbağını, 1 ədəd 70 manat dəyərində gümüşdən olan kişi qolbağını, 1 ədəd 300 manat dəyərində «Mina» qaşlı qızıl kulonu, 1 ədəd 100 manat dəyərində sarı metaldan üzəri qara daşlı sadə üzüyü, 1 ədəd 200 manat dəyərində üzəri «Mina» qaşlı gümüşdən qadın üzüyü, 1 ədəd 28 manat dəyərində sarı metaldan olan üzəri «Tor» formalı üzük, 1 ədəd 200 manat dəyərində gümüşdən olan üzəri «Qızılgül» formalı sadə qadın üzüyünü, 1 ədəd 30 manat dəyərində tək qaşlı sadə qadın üzüyünü, 1 ədəd keramik materialdan 100 manat dəyərində təsbehi, 1 ədəd 50 manat dəyərində qara rəngli qadın qol saatını, 1 ədəd 20 manat dəyərində mirvari bijuteriyanı, 1 ədəd 50 manat dəyərində üzərində qızıl halqalı «Göz muncuğu» olan qızıl sancağı, 28900 manat, 1900 ABŞ dolları, 20 AVRO pulları, 50 qəpiklərlə olan ümumlikdə 100 manat pulu, arvadı X8 məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaşlıq pasportunu, doğum və nigah haqqında şəhadətnamələri, qızı X9 məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaşlıq pasportunu, doğum haqqında şəhadətnaməni, qızı X10 məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaşlıq pasportunu, doğum haqqında şəhadətnaməni, oğlu X14 məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaşlıq pasportunu, doğum haqqında şəhadətnaməni oğurlamışlar. Seyfin dəyəri 280 manat olmuşdur ki, ümumilikdə ona 55.048,54 manat məbləğində maddi ziyan dəymişdir (iş vərəqə: cild İ, səh. 77-78). Cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2la eyni ifadəni verib onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild V, səh. 221-223). Daha sonra, məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 Əyyub oğlunun ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Belə ki, məhkəmə baxışı zamanı məhkəməyə teleqramma ünvanlayan Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs4 Əyyub oğlu tədqiq olunan ifadəsində göstərmişdir ki, 05 dekabr 2020-ci il tarixdə günorta saatlarında evdən çıxmış və təxminən saat 20 radələrində yaşadığı mənzilə qayıtmışdır. Yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşmişdir. O, mənzilə gələrək qapını açıb mənzilə daxil olduqda mənzilin dağınıq vəziyyətdə olmasını görmüşdür. Mənzilə oğru daxil olmasını başa düşmüş və dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonradan başa düşmüşdür ki, oğurluq edən şəxs mənzilin pəncərəsi qarşısında olan dəmir barmaqlığı sındırmaqla mənzilə daxil olmuş, onun uzun illər boyunca qazanıb yığdığı ümumilikdə 150.000 manat dəyərində qızıl zinyət əşyaları oğurlanmışdır. Polis əməkdaşları hadisə yerində oğurluq hadisəsi nəticəsində ona məxsus olan 1 ədəd 1500 manat dəyərində ortasında qara qaşı olan qızıl kişi üzüyünün, 1 ədəd 3700 manat dəyərində üzəri hörümçək toru formalı qızıl üzüyünün, 1 ədəd 2500 manat dəyərində üzərində iki ədəd qaş olan qadın qızıl üzüyünün, 1 ədəd 3000 manat dəyərində Gül formalı ortası ağ qaşlı qızıl qadın üzüyünün, 1 ədəd 1900 manat dəyərində üzərində xırda qaşları olan qızıl qadın üzüyünün, 1 ədəd 2500 manat dəyərində ağ qızıldan üzəri qaşlı üzüyün, 1 ədəd 2700 manat dəyərində sarı qızıldan ortasında ağ qızıl və qaş olan üzüyün, 1 ədəd 3500 manat dəyərində üzərində 4 ədəd qaş olan ağ qızıl qolbağın, 1 ədəd 6000 manat dəyərində üzərində çoxlu qaşlar olan ağ qızıl qolbağın, 1 ədəd 7500 manat dəyərində üzərində iri qaşları olan ağ qızıl qolbağın, 1 ədəd 5700 manat dəyərində üzərində 5 ədəd dairəvi şariklər olan qızıl qolbağın, 5500 manat dəyərində üzəri ağ qızıldan və göy qaşları olan sarı qızıldan sırğa cütünün, 6500 manat dəyərində üzərində iri qaşları ağ qızıldan sırğa cütünün, 8000 manat dəyərində üzəri 7 qaşlı sarı qızıldan sırğa cütünün, 1 cüt 4500 manat dəyərində Damla formalı üzəri 3 ədəd qaşlı ağ qızıldan sırğa cütünün, 7500 manat dəyərində üzəri ağ qızıl və qaşlı olan sarı qızıldan sırğa cütünün, 5500 manat dəyərində üzəri ağ qızıl və qaşlı olan sarı qızıldan sırğa cütünün, 1 ədəd 25000 manat dəyərində üzəri Damla formalı qaşlar olan ağ qızıl boyunbağının, 1 ədəd 15000 manat dəyərində dairəvi formalı üzərində çoxzlu qaşları olan ağ qızıl boyunbağının, 1 ədəd 8500 manat dəyərində tros formalı ağ qızıl boyunbağının, 1 ədəd 5000 manat dəyərində üzərində «ALLAH» yazısı olan ağ qızıl boyunbağının, 1 ədəd 5000 manat dəyərində üzərində qaşları olan ağ və sarı qızıldan olan kulonun, 1 ədəd 1900 manat dəyərində Ürək formalı sarı qızıldan olan kulonun, 1 ədəd 600 manat dəyərində «Kəpənək» formalı sarı qızıldan olan kulonun, 7500 manat dəyərində 70 qramlıq boyunbağının, 1 ədəd 1500 manat dəyərində saatının, 1 ədəd 800 manat dəyərində qızıl üzüyün, 1 ədəd 500 manat dəyərində kişi nişan üzüyünün, 1 ədəd 700 manat dəyərində qızıl qadın üzüyünün oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 150.000 manat dəyərində maddi ziyan dəymişdir (iş vərəqə: cild İİ, səh. 25-27). Ən nəhayət, məhkəməyədək icraat mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Belə ki, məhkəmə baxışı zamanı məhkəməyə teleqramma ünvanlayan Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs7 tədqiq olunan ifadəsində göstərmişdir ki, 13 iyul 2020-ci il tarixdə, saat 12-13 radələrində yaşadığı evdən çıxaraq Digah qəsəbəsinə anasının yas mərasimində iştirak etmək üçün getmiş və gecəni orada qalmışdır. 14 iyul 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə qayıdan zaman mənzilin uşaq otağının pəncərəsi qarşısında olan dəmir barmaqlığın sındırılaraq mənzilə naməlum şəxsin daxil olması və mənzildə olan yataq otağından dolabın içərisindən həmin dövrə görə milli manat məzənnəsi isə 4080 manat dəyərində 2400 ABŞ dollarını nağd pulun, 1 ədəd 300 manat dəyərində sarı və ağ qızıldan üzərində qaşları olan üzüyün, 1 ədəd 300 manat dəyərində üzərində ağ və yaşıl qaşları olan qızıl üzüyün, 1 ədəd 350 manat dəyərində üzərində ağ qaşları olan qızıl üzüyün, 1 ədəd 500 manat dəyərində üzəri ağ qızıllı, əsası sarı qızıllı olan üzüyün, 1 ədəd 400 manat dəyərində ağ qızıldan və qaşları olan sarı qızıldan olan üzüyün, 1 ədəd 500 manat dəyərində üzərində qaşları olan qızıl üzüyün, 1 ədəd 500 manat dəyərində üzəri ağ qızıl, əsası sarı qızıldan olan üzüyün, 1000 manat dəyərində üzərində yaşıl qaşı olan ağ qızıldan olan sırğa cütünün, 350 manat dəyərində üzərində ağ qızıl olan əsası sarı qızıldan olan sırğa cütünün, 300 manat dəyərində üzərində ağ və yaşıl qaşları olan sarı qızıldan olan sırğa cütünün, 1 ədəd 1000 manat dəyərində toxunma formalı sarı qızıldan olan boyunbağının, 1 ədəd 650 manat dəyərində üzərində qaşları olan ağ qızıldan boyunbağının, 1 ədəd 350 manat dəyərində sarı qızıldan qolbağını, 1 ədəd 1000 manat dəyərində qızıl kulonun və 1 ədəd 500 manat dəyərində üzərində «ALLAH» yazısı olan sarı qızıldan kulonun oğurlanmasını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə baş vermiş hadisə ilə bağlı olaraq məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 12.080 manat maddi ziyan dəymişdir (iş vərəqə: cild İİ, səh. 169-170, cild V, səh.286-288). Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, İsmayıllı rayonunun Qalacıq kəndində qeydiyyatda olsa da, Bakı şəhərində, bibisinin qızı Zərərçəkmiş şəxs9 məxsus Xətai rayonu, ünvan 13, mənzil 91-də bacısı Ləmanla birlkdə yaşayır. Rəbiyyə ailə həyatı qurduğu üçün Sumqayıt şəhərində ailəsi ilə birlikdə yaşayır. Buna baxmayaraq Rəbiyyə tez-tez mənzilə gələrək baş çəkmişdir. Mənzil sahibsiz qalmaması üçün həmin mənzildə o, və bacısı Lamiyə yaşamışlar. Lamiyə “Sağlam Ailə” tibbi mərkəzində işləmiş və hər gün mənzildən çıxaraq işlədiyi tibbi mərkəzinə işə getmişdir. 12 noyabr 2020-ci il tarixdə, saat 09 radələrində Lamiyə yaşadığı mənzildən çıxaraq işlədiyi tibb mərkəzinə getmiş, təxminən saat 17 radələrində isə o özü yaşadığı mənzildən çıxaraq tanışı Mirsalehlə görüşmək məqsədilə Abşeron rayonunun Xırdalan şəhərinə getmişdir. Həmin gün saat 20 radələrində bacısı Lamiyə onun istifadə etdiyi mobil telefona zəng vuraraq yaşadığları mənzilin qapısının açarla açmaq istəsə də aça bilmədiyini və çöldə qaldığını bildirmişdir. Həmin vaxt o, tanışı Mirsaleh və Ayazla birlikdə olmuşdur. Budan sonra o, Ayazın idarə etdiyi «BMW» markalı avtomobilə Xırdalan şəhərindən çıxaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 90, mənzil 91 ünvanına gəlmişdir. Həmin vaxt onlar birlikdə mənzilin qapısını açmağa çalışsalar da, aça bilməmişlər. Bundan sonra o, mənzilə daxil olub qapını açmaq üçün mənzilin həyətə baxan pəncərəsinin dəmir barmaqlığını yerindən sökərək pəncərəni açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra mənzilin giriş qapısının içəri hissədən bağlı olduğunu görmüşdür. Qapını açdıqdan sonra Lamiyə mənzilə daxil olmuşdur. Qapının arxa hissədən bağlı olması onlarda şübhə yaratdığından tez mənzildə olan otaqlara göz gəzdirməyə başlamışlar. Həmin vaxt onların mənzildə olan kiçik yataq otağında və paltar dolabında axtarış aparıldığını bilmişlər. Həmin vaxt bacısı Lamiyə yataq otağında olan paltar dolabında qızıl-zinət əşyaları qoyduğunu bildirib dolaba baxan zaman orada saxladığı qızıl-zinət əşyalarının da yerində olmadığını demiş, oğurlandığını bildirmişdir. Bundan sonra mənzildə olmadığları müddətdə naməlum şəxs və ya şəxslərin mənzilə daxil olaraq oğurluq etmələri onlara məlum olmuşdur. Buna görə də o, dərhal DİNnin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bacısı Lamiyə isə Rəbiyyəyə zəng vuraraq ona baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər və Lamiyə hadisə barədə ərizə ilə müraciət etmişdir. Bundan bir qədər sonra bibisi qızı Rəbiyyə yaşadğımz mənzilə gəlmiş və onlar hadisə barədə sonuncuya ətraflı məlumat vermişlər. Bundan sonra Rəbiyyə ilə birlikdə mənzildən dəqiq olaraq nələrin oğurlandığına baxan zaman məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslə mənzilin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını üzərində olan asma kilidi sındırmaqla pəncərəni açaraq mənzilə daxil olub oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 25 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 21 23-27). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 22h. 65-72). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 22 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 23h. 213-219). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 05 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X15 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 24 səh. 11-12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 25 53-62). Bundan başqa, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 02 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X11 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 26 109-110). Bundan başqa, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 14 iyul 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 27 səh. 159-161). Daha sonra işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 28 211- 215). Daha sonra işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 12 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X1 qızına məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, Bakı şəhəri, Xətai rayonu, ünvan 29h. 11-19). Bundan başqa, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 27 may 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 3099- 206). Bundan başqa, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 31 146-152). Daha sonra işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 07 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 32 226- 235). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan “baxış keçirilməsi haqqında” 07 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 məxsus olub oğurluq hadisəsinin baş verdiyi ünvan, ünvan 349-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Götürmə aparılması və baxış keçirilməsi haqqında» 11 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 35 ünvanda yerləşən mənzildən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qızıl-zinyət əşyaları və nağd pul vəsaiti götürülmüşdür (iş vərəqə: cild İ, səh. 94-124). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X13 tanınması üçün ona təqdim olunmuş qızıl-zinyət əşyalarını nəzərdən keçirərək üzərində şərti işarılənmə rəqəmi olan 14 rəqəmi altında yerləşdirilmiş 1 ədəd dairəvi formalı üzərində qara qaşlar olan ağ metaldan üzüyü, 58 rəqəmi altında yerləşdirilmiş, burma formalı, ortasında tək qaş olan sarı metaldan üzüyü, 2 rəqəmi altında yerləşdirilmiş, üzərində 4 ədəd qaşlar olan sarı metaldan üzüyü, 45 rəqəmi altında yerləşdirilmiş, ortasında ağ qaş olan sarı metaldan üzüyü, 57 rəqəmi altında yerləşdirilmiş, üzərində tək qaşı olan ağ metaldan üzüyü, 25 rəqəmi altında yerləşdirilmiş, üzəri setkalı formalı sarı metaldan üzüyü, 54 rəqəmi altında yerləşdirilmiş üzərində xırda qaşlar olan ağ metaldan üzüyü, 53 rəqəmi altında yerləşdirilmiş, «Paxlava» formalı üzərində qaşlar olan sarı metaldan olan üzüyü, 9 rəqəmi altında yerləşdirilmiş, ortasında tək qaş olan sarı metaldan olan üzüyü, 47 rəqəmi altında yerləşdirilmiş, ortasında iri qara daş olan sarı metaldan olan üzüyü, 36 rəqəmi altında yerləşdirilmiş, üzərində qaşı olan ağ metaldan üzüyü, 49 rəqəmi altında yerləşdirilmiş, üzərində yaşıl qaşı olan sarı metaldan üzüyü, 31 rəqəmi altında yerləşdirilmiş, üzərində xırda qaşlar olan sarı metaldan üzüyü, 46 rəqəmi altında yerləşdirilmiş dairəvi formalı ağ metaldan üzüyü, 95 rəqəmi altında yerləşdirilmiş, üzərində ağ metal və qaşı olan əsası sarı metaldan sırğa cütünü, 129 rəqəmi altında yerləşdirilmiş, ortasında ağ mirvari olan sarı metaldan sırğa cütü, 93 rəqəmi altında yerləşdirilmiş, dairəvi formalı üzəri qaşlı ağ metaldan sırğa cütünü, 107 rəqəmi altında yerləşdirilmiş, qırmızı qaşlı sarı metaldan sırğa cütünü, 108 rəqəmi altında yerləşdirilmiş, ortası qaşlı sarı metaldan olan sırğa cütünü, 106 rəqəmi altında yerləşdirilmiş üzərində yarpaq formalı kulonu olan sarı metaldan sırğa cütünü, 96 rəqəmi altında yerləşdirilmiş, «Versaçi» formalı sarı metaldan sırğa cütünü, 234 rəqəmi altında yerləşdirilmiş təsbeh, 226 rəqəmi altında yerləşdirilmiş göy rəngli xırda kulon, 217 rəqəmi altında yerləşdirilmiş, qara qaşlı sarı metaldan olan kulonu, 177 rəqəmi altında yerləşdirilmiş, üzərində gümüş materialdan kulon olan ağ metaldan boyunbağı, 199 rəqəmi altında yerləşdirilmiş üzərində dairəvi qaşlı kulon olan boyunbağını, 163 rəqəmi altında yerləşdirilmiş ağ metaldan boyunbağını, 192 arasında sarı metal olan ağ metaldan bijuteriyanı, 201 rəqəmi altında yerləşdirilmiş üzərində «Aypara» kulon olan sarı metaldan boyunbağını, 166 rəqəmi altında yerləşdirilmiş, üzərində «Şir» kulon olan sarı metaldan boyunbağını, 195 rəqəmi altında yerləşdirilmiş ağ metaldan qolbağı, 185 rəqəmi altında yerləşdirilmiş ağ metaldan bijuteriya qolbağı, 202 rəqəmi altında yerləşdirilmiş «Gül» formalı qolbağı, 148 rəqəmi altında yerləşdirilmiş üzərində dairəvi yaşıl kulon olan ağ metaldan kulonu, 204 rəqəmi altında yerləşdirilmiş «Tros» formalı sarı metaldan qolbağı tanıyaraq həmin qızıl zinyət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış ona məxsus əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild V, səh. 223-240). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 03 fevral 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Əyyub oğlu tanınması üçün ona təqdim olunmuş qızıl-zinyət əşyalarını nəzərdən keçirərək üzərində şərti işarılənmə rəqəmi olan 32 rəqəmi altında yerləşdirilmiş 1 ədəd ortasında qara qaşı olan qızıl kişi üzüyü, 33 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzəri hörümçək toru formalı qızıl üzüyü, 41 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində iki ədəd qaş olan qadın qızıl üzüyü, 51 rəqəmi altında yerləşdirilmiş 1 ədəd gül formalı ortası ağ qaşlı qızıl qadın üzüyü, 35 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində xırda qaşları olan qızıl qadın üzüyü, 56 rəqəmi altında yerləşdirilmiş 1 ədəd ağ qızıldan üzəri qaşlı üzüyü, 34 rəqəmi altında yerləşdirilmiş 1 ədəd sarı qızıldan ortasında ağ qızıl və qaş olan üzüyü, 147 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində 4 ədəd qaş olan ağ qızıl qolbağını, 149 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində çoxzlu qaşlar olan ağ qızıl qolbağını, 212 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində iri qaşları olan ağ qızıl qolbağını, 150 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində 5 ədəd dairvi şariklər olan qızıl qolbağını, 228 rəqəmi altında yerləşdirilmiş 1 cüt üzəri ağ qızıldan və göy qaşları olan sarı qızıldan sırğanı, 98 rəqəmi altında yerləşdirilmiş 1 cüt üzərində iri qaşları ağ qızıldan sırğanı, 94 rəqəmi altında yerləşdirilmiş 1 cüt üzəri 7 qaşlı ağ metallı sarı qızıldan sırğanı, 146 rəqəmi altında yerləşdirilmiş 1 cüt damla formalı üzəri 3 ədəd qaşlı ağ qızıldan sırğanı, 123 rəqəmi altında yerləşdirilmiş 1 cüt üzəri ağ qızıl və qaşlı olan sarı qızıldan sırğanı, 117 rəqəmi altında yerləşdirilmiş 1 cüt üzəri ağ qızıl və qaşlı olan sarı qızıldan sırğanı, 196 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzəri damla formalı qaşlar olan ağ qızıl boyunbağını, 190 rəqəmi altında yerləşdirilmiş 1 ədəd dairəvi formalı üzərində çoxzlu qaşları olan ağ qızıl boyunbağını, 168 rəqəmi altında yerləşdirilmiş 1 ədəd tros formalı ağ qızıl boyunbağını, 183 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində «ALLAH» yazısı olan ağ qızıl boyunbağını, 92 rəqəmi altında yerləşdirilmiş 1 ədəd üzərində qaşları olan ağ və sarı qızıldan olan kulonu, 208 rəqəmi altında yerləşdirilmiş 1 ədəd ürək formalı sarı qızıldan kulonu, 225 rəqəmi altında yerləşdirilmiş 1 ədəd «Kəpənək» formalı sarı qızıldan olan kulonu tanıyaraq həmin qızıl zinyət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild V, səh. 204-220). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ona təqdim olunmuş qızıl zinyət əşyalarını nəzərdən keçirərək üzərində şərti işarılənmə rəqəmi olan 59 rəqəmi altında yerləşdirilmiş ortasında qara gül formalı qaş olan sarı metaldan üzüyü, 60 rəqəmi altında yerləşdirilmiş üzərində ağ və yaşıl qaşları olan sarı metaldan olan üzüyü, 61 rəqəmi altında yerləşdirilmişortasında qara qaşı olan sarı metaldan olan üzüyü, 63 rəqəmi altında yerləşdirilmiş ürək formalı sarı metaldan olan üzüyü, 64 rəqəmi altında yerləşdirilmiş üzərində ulduz formalı çoxsaylı qaşları olan sarı metaldan üzüyü, 65 rəqəmi altında yerləşdirilmiş üzərində ilanın başı formalı sarı metaldan olan üzüyü, 66 rəqəmi altında yerləşdirilmiş üzərində qaşlar olan sarı metaldan olan üzüyü, 67 rəqəmi altında yerləşdirilmiş üzərində ağ qaşları olan sarı metaldan üzüyü, 69 rəqəmi altında yerləşdirilmiş üzəri naxışlı sarı metaldan olan üzüyü, 109 rəqəmi altında yerləşdirilmiş üzərində ağ və göy qaşları olan sarı metaldan üzüyü, 140 rəqəmi altında yerləşdirilmiş üzəri qaşlarla bəzədilmiş ağ metaldan olan qolbağını, 152 rəqəmi altında yerləşdirilmiş 3 ədəd halqa formalı sarı metaldan olan qolbağını, 153 rəqəmi altında yerləşdirilmiş enli üzəri naxışla bəzədilmiş sarı metaldan olan qolbağını, 154 rəqəmi altında yerləşdirilmiş üzərində sallama formalı bəzəklər olan sarı metaldan qolbağını, 155 rəqəmi altında yerləşdirilmiş zəncir formalı sarı metaldan olan qolbağını, 110 rəqəmi altında yerləşdirilmiş sallama formalı sarı metaldan olan sırğa cütünü, 111 rəqəmi altında yerləşdirilmiş üzərində böyük yaşıl qaşı olan sarı metaldan sırğa cütünü, 113 rəqəmi altında yerləşdirilmiş «Dior» formalı sallama bəzəkli sarı metaldan olan sırğa cütünü, 114 rəqəmi altında yerləşdirilmiş üzərində qara gül formalı sarı metaldan olan sırğa cütünü, 212 rəqəmi altında yerləşdirilmiş saçaqlı sallama formalı sarı metaldan olan sırğa cütünü, 224 rəqəmi altında yerləşdirilmiş ürək formalı sarı metaldan olan sarı metaldan boyunbağını, 207 rəqəmi altında yerləşdirilmiş salxım banan formalı sarı metaldan kulonu, 209 rəqəmi altında yerləşdirilmiş üzərində xətlər olan sarı metaldan kulonu tanıyaraq həmin qızıl zinyət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir(iş vərəqə: cild V, səh. 177-191). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs7 təqdim olunmuş qızıl zinyət əşyalarını nəzərdən keçirərək üzərində şərti işarılənmə rəqəmi olan 62 rəqəmi altında yerləşdirilmiş əsası sarı üzərində ağ metal və qaşları olan üzüyü, 68 rəqəmi altında yerləşdirilmiş üzərində ağ və yaşıl qaşları olan sarı metaldan üzüyü, 70 rəqəmi altında yerləşdirilmiş üzərində ağ qaşları olan sarı metaldan üzüyü, 71 rəqəmi altında yerləşdirilmiş üzəri ağ metallı əsası sarı metaldan olan üzüyü, 72 üzəri ağ metallı və qaşları olan əsası sarı metaldan üzüyü, 74 rəqəmi altında yerləşdirilmiş üzərində qaşları olan üzüyü, üzəri ağ metallı əsası sarı metaldan üzüyü, 135 rəqəmi altında yerləşdirilmiş üzərində yaşıl qaşı olan ağ metaldan olan sırğa cütünü, 137 rəqəmi altında yerləşdirilmiş üzərində ağ metal olan əsası sarı metaldan olan sırğa cütünü, 136 rəqəmi altında yerləşdirilmiş üzərində ağ və yaşıl qaşları olan sarı metaldan olan sırğa cütünü, 181 rəqəmi altında yerləşdirilmiş toxunma formalı sarı metaldan olan boyunbağını, 188 rəqəmi altında yerləşdirilmiş üzərində qaşları olan ağ metaldan olan boyunbağını, 216 rəqəmi altında yerləşdirilmiş üzərində «ALLAH» yazısı olan sarı metaldan kulonu tanıyaraq həmin qızıl zinyət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir(iş vərəqə: cild V, səh. 244-253). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs8 təqdim olunmuş qızıl zinyət əşyalarını nəzərdən keçirərək üzərində şərti işarılənmə rəqəmi olan 37 rəqəmi altında yerləşdirilmiş üzərində xırda qaşları olan sarı metaldan üzüyü, 38 rəqəmi altında yerləşdirilmiş «Damla» formalı üzəri qaşlı sarı metaldan olan üzüyü, 39 rəqəmi altında yerləşdirilmiş üzərində 5 qaşı olan ağ metaldan üzüyü, 40 rəqəmi altında yerləşdirilmiş üzərində ağ və boz qaşları olan sarı metaldan üzüyü, 76 rəqəmi altında yerləşdirilmiş «Sünbül» formalı sarı metaldan sırğa cütü, 77 rəqəmi altında yerləşdirilmiş «Damla» formalı sarı metaldan sırğa cütü, 78 rəqəmi altında yerləşdirilmiş dairəvi formalı sarı metaldan sırğa cütü, 79 rəqəmi altında yerləşdirilmiş «Şanel» tipli sarı metaldan sırğa cütü, 80 rəqəmi altında yerləşdirilmişhalqa formalı sarı metaldan sırğa cütü, 81 rəqəmi altında yerləşdirilmiş halqa formalı sarı metaldan sırğa cütü, 82 rəqəmi altında yerləşdirilmiş ortası naxışlı sarı metaldan sırğa cütü, 83 rəqəmi altında yerləşdirilmiş kvadrat formalı sarı metaldan olan sırğa cütü, 84 rəqəmi altında yerləşdirilmiş dairəvi formalı salı metaldan olan sırğa cütü, 85 rəqəmi altında yerləşdirilmiş dairəvi formalı salı metaldan olan sırğa cütü, 86 rəqəmi altında yerləşdirilmiş saçaqlı formalı salı metaldan olan sırğa cütü, 87 rəqəmi altında yerləşdirilmiş damla formalı ortası ağ metaldın əsası sarı metaldan olan sırğa cütü, 88 rəqəmi altında yerləşdirilmiş setkalı formalı salı metaldan olan sırğa cütü, 90 rəqəmi altında yerləşdirilmiş saçaqlı sarı metaldan olan sırğa cütü, 100 rəqəmi altında yerləşdirilmiş dairəvi formalı saçaqlı sarı metaldan olan sırğa cütü, 101 rəqəmi altında yerləşdirilmiş üzərində xırda daşları olan sarı metaldan olan sırğa cütü, 102 rəqəmi altında yerləşdirilmiş saçaqlı formalı sarı metaldan olan sırğa cütü, 103 rəqəmi altında yerləşdirilmiş «Gül» formalı sarı metaldan olan sırğa cütü, 104 rəqəmi altında yerləşdirilmiş dairəvi halqalı formalı sarı metaldan olan sırğa cütü, 132 rəqəmi altında yerləşdirilmiş «Gül» formalı sarı metaldan olan sırğa cütü, 156 rəqəmi altında yerləşdirilmiş «Tros» formalı sarı metaldan olan boyunbağı, 157 rəqəmi altında yerləşdirilmiş halqa formalı sarı metaldan olan boyunbağı, 158 rəqəmi altında yerləşdirilmiş «Tros» formalı sarı metaldan olan boyunbağı, 159 rəqəmi altında yerləşdirilmiş damla formalı ortasında xırda metal qaşları olan boyunbağı, 160 rəqəmi altında yerləşdirilmiş üzəri metal setkalı sarı metaldan olan boyunbağı, 161 rəqəmi altında yerləşdirilmiş sarı metaldan xırda halqalı boyunbağı, 162 rəqəmi altında yerləşdirilmiş sarı metaldan nazik boyunbağı, 141 rəqəmi altında yerləşdirilmiş sarı metaldan olan xırda dairəciklərdən ibarət qolbağı, 142 rəqəmi altında yerləşdirilmiş sarı metaldan olan üzəri dairəvi top formalı qolbağı, 143 rəqəmi altında yerləşdirilmiş iç-içə keçmiş içi boş halda olan qolbağı, 144 rəqəmi altında yerləşdirilmiş sarı metaldan olan dairəvi halqalı qolbağı, 218 rəqəmi altında yerləşdirilmiş «Buğa» formalı kulonu, 219 rəqəmi altında yerləşdirilmiş «Kitab» formalı kulonu, 220 rəqəmi altında yerləşdirilmiş ortasında ağ qaşı olan kulonu, 221 rəqəmi altında yerləşdirilmiş gül formalı kulonu, 235 rəqəmi altında yerləşdirilmiş kulonu, 1 ədəd qara rəngli qol saatını tanıyaraq həmin qızıl zinyət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild V, səh. 140-176). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 16 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş X1 qızı təqdim olunmuş qızıl-zinət əşyalarını nəzərdən keçirərək “2”, “5” və “33” ədədi ilə nişanlanmış 3 ədəd üzükləri və “9” rəqəmi ilə nişanlanmış qızıl dişləri, “4” rəqəmi ilə nişanlanmış boyunbağını və kiçik ölçülü uşaq sırğasını tanıyaraq həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild İİİ, səh. 66-71). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 17 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs15 təqdim olunmuş qızıl-zinət əşyalarını nəzərdən keçirərək “33” ədədi ilə nişanlanmış 583 əyyarlı, 2 qram çəkili boyunbağını; “36” ədədi ilə nişanlanmış 02 qram çəkili damla formalı klounu və “37” ədədi ilə nişanlanmış 01 ədəd qı gümüş üzüyü tanıyaraq həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild İİİ, səh. 255-257). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 18 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs10 təqdim olunmuş qızıl-zinət əşyalarını nəzərdən keçirərək “26”, “38” və “50” ədədi ilə nişanlanmış üzükləri tanıyaraq həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild İV, səh. 108-111). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 18 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs11 təqdim olunmuş qızıl-zinət əşyalarını nəzərdən keçirərək “10” ədədi ilə nişanlanmış 01 ədəd qızıl rəngli üzrəində “OSMAN” yazsıı olan uşaq qolbağını, “18” ədədi ilə nişanlanmış 01 cüt qızıl rəngli üzərində ağ rəngli qaş olan uşaq sırğasını, “29” ədədi ilə nişanlanmış 01 ədəd qıızl rəngli üzərində ürək formalı olan uşaq boyunbağını tanıyaraq həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild İV, səh. 185-187). Daha sonra, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 19 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs14 təqdim olunmuş qızıl-zinət əşyalarını nəzərdən keçirərək “19” ədədi ilə nişanlanmış bir ədəd səkkiz formalı qızıl sırğa, “42” ədədi ilə nömrələnmiş 01 ədəd üzük, “22” ədədi ilə nömrələnmiş 01 ədəd qızıl rəngli qolbağ, “06 ” ədədi ilə nömrələnmiş 01 ədəd qızıl rəngli qızıl zəngli qolbağı və “2” və “12” ədədi ilə nömrələnmiş 2 cüt sırğa, “20” ədədi ilə nömrələnmiş 01 ədəd qızıl rəngli üzük, “1”, “7” və “12” rəqəmləri ilə nömrələnmiş 03 ədəd qızılı rəngli üzük, “51” və “53” rəqəmləri ilə nömrələnmiş 02 ədəd qızıl üzükləri, 01 cüt qızıl rəngli sırğa, “02” və “13” rəqəmli nömrələnmiş qızıl klounu tanıyaraq həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild İV, səh. 87-90). Daha sonra, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “əşyanın tanınması barədə” 19 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs13 təqdim olunmuş qızıl-zinət əşyalarını nəzərdən keçirərək “1” və “2” rəqəmi ilə nömrələnmiş “talış sırğası” adlanana qızıl sırğanı tanıyaraq həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını və hadisə zamanı oğurlanmış əşyalar olmasını bildirmişdir (iş vərəqə: cild V, səh. 7-8). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxış keçirilməsi haqqında» 09 fevral 2021-ci il tarixli istintaq hərəkəti protokolundan görpünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı, oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 4 ünvanına baxış keçirilən zaman götürülmüş 01 ədəd CD diskə yüklənmiş videogörüntülərə baxış keçirilmişdir. Videogörüntülər 26 noyabr 2020-ci il saat 21.06 radələrini əhatə etmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, görüntülərdə bir nəfər qara rəngli şalvarlı və ağ rəngli baş örtüklü gödəkçədə olan şəxsin ağacların arxasından çıxaraq belində daşıdığı seyfəbənzər düzbucaq formalı əşyanı aparması müşahidə olunur. Həmin şəxs ağaclar arasından çıxaraq hərəkət üçün nəzərdə tutulmuş asfalt örtüklü yol ilə hərəkət edir və davam edən görüntünü orada olan tikintinin arxasına keçməklə məhdudlaşır. Tədqiq olunan protokoldan görünür ki, baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə müşahidə olunan şəxsin onun özü olduğunu, daşığı əşyanın dəmir seyf olduğunu, həmin seyfi ünvanını bilmədiyi mənzildə olan dolabdan gizli taladığını təsdiq etmişdir (iş vərəqə: cild V, səh. 220). Məhkəmə baxışı zamanı tədqiq olunan «Sübutların qiymətləndirilməsi haqqında» 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxzs Təqsirləndirilən şəxs yaşadığı ünvan 36 ünvanında baxış keçirilməsi və götürmə aparılması haqqında 11.12.2020-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd CD formatlı diskə köçürülümüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və 26 aprel 2021-ci il tarixli qərarla həmin disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild Vİ, səh. 81-116). İbtidai istintaq orqanının tədqiq olunan «Sübutların qiymətləndirilməsi haqqında» 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxzs Təqsirləndirilən şəxs yaşadığı ünvan 36 ünvanından götürülmüş və məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxslər X13, Zərərçəkmiş şəxs4 Əyyub oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X1 qızı, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13 tərəfindən tanınmış qızılzinət əşyaları, Zərərçəkmiş şəxs2 yaşadığı, oğurluq hadisəsinin baş verdiyi ünvan 37 ünvanına baxış keçirilən zaman götürülmüş 01 ədəd CD, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvan 38 ünvana keçirilmiş baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, həmçinin sahibləri müəyyən olunan qızıl-zinət əşyaları zərərçəkmiş şəxslərin özlərinə qaytarılmışdır (iş vərəqə: cild Vİ, səh. 81-112). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs4 Əyyub oğlunun, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X1 qızının, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12 yaşayış sahəsinə qanunsuz daxil olub özgənin, yəni adları qeyd olunan zərər çəkmiş şəxslərin əmlakını gizli olaraq talamaqla ayrı-ayrı zərərçəkmiş şəxslərə xeyli miqdar təşkil etməyən, xeyli və külli miqdarda ziyan vurmaqla təkrar oğurluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışı və s. sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxslərdən bir qisminin əmlakının müəyyən hissəsinin qaytarılmasına baxmayaraq, oğurluq cinayəti nəticəsində vurulmuş maddi zərər tam ödənilməmiş, vurulan ziyan başqa cür aradan qaldırılmamışdır. Lakin məhkəmə baxışı zamanı müdafiə tərəfinin təşəbbüsü ilə Təqsirləndirilən şəxs valideynləri tərəfindən zərər çəkmiş şəxslərin hamısına vurulan maddi zərər tam ödənildiyindən zərər çəkmiş şəxslər X13, Zərərçəkmiş şəxs4 Əyyub oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X1 qızı, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs12 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək onlara vurulan maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər (cinayət işinin materialları). Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən vurulan maddi ziyanın tam ödənildiyini və bununla da cinayətin zərərli nəticələrinin aradan qaldırılmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası daxilində aşağı həddə, barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı tarixdən, yəni 11 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 36 ünvanından götürülmüş və maddi sübut kimi qiymətləndirilmiş qızıl-zinət əşyalarının məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs4 Əyyub oğluna, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X1 qızına, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13 qaytarılması, həmçinin Zərərçəkmiş şəxs2 yaşadığı, oğurluq hadisəsinin baş verdiyi ünvan 37 ünvanına baxış keçirilən zaman götürülmüş 01 ədəd, Təqsirləndirilən şəxs yaşadığı ünvan 38 ünvana keçirilmiş baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi 01 ədəd – cəmi 2 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 257.090,97 manat maddi ziyan hesablanmışdır ki, qeyd olunan maddi ziyan tam ödənilmiş, ödənilməmiş mülki iddia qalmamışdır. İş üzrə məhkəmə məsrəfləri - 200,00 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs yaşadığı ünvan 36 ünvanından götürülmüş və maddi sübut kimi qiymətləndirilmiş qızıl-zinət əşyalarının məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs4 Əyyub oğluna, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, X1 qızına, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs13 qaytarılması; - Zərərçəkmiş şəxs2 yaşadığı, oğurluq hadisəsinin baş verdiyi ünvan 37 ünvanına baxış keçirilən zaman götürülmüş 01 ədəd, Təqsirləndirilən şəxs yaşadığı ünvan 38 ünvana keçirilmiş baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi 01 ədəd - cəmi 2 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 200,00 (iki yüz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə üzrə hesablanmış 257.090,97 manat maddi zərərin tam ödənilməsi, mülki tələbin qalmaması nəzərə alınsın. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-108/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-108/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver