Məhkəmə qərarları › İş №1(101)-108/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-108/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-108/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1984-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 98 A, mənzil 16 ünvanında kirayə yaşamış, 21 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 dekabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti qeyri-müəyyən olan «Şaka» ləqəbli şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 18 dekabr 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 1413,008 qram olmaqla külli miqdar təşkil edən kustar üsülla hazırlanmış heroin narkotik vasitəsini və təmiz çəkisi 640 qram olmaqla külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsini əldə edərək, kirayə yaşadığı ünvan 3 ünvanına apararaq həmin mənzilin yataq otağında saxlamış, 21 dekabr 2021-ci il tarixdə, saat 20:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, kirayə yaşadığı ünvanın qarşısında piyada hərəkət edərkən şübhəli şəxs qismində saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış və həmin gün, saat 21:50-də BNMİ-nin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə olan heroindən üzərində saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 18,008 qram olmaqla, açıq qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 23:00-da Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 98 A saylı evin 16 saylı mənzilinə baxış keçirilən zaman yataq otağındakı çarpayının arxa tərəfindən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir bükümdə saxladığı, təmiz çəkisi 1395 qram olan, qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsi, bir ədəd bükümdə isə təmiz çəkisi 640 qram təşkil edən, ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış külli miqdarda metamfetamin psixotrop maddəsi və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2014-cü ildə həyat yoldaşı ilə arasında olan nikah pozulmuş, həmin nikahdan olan iki uşuğı onun himayəsində Göyçay rayonunda atasının yanında yaşamışlar. Ali təhsillit jurnalistdir, 2005-ci ildə «Təfəkkür» universitetinin jurnalistika fakültəsini bitirmiş, 2011-ci ildə «ANS» televiziyasında, 2013-cü ildə «Azadlıq» radiosunda, 2014-cü ilə «Meydan» TV-də işləmiş jurnalist olaraq fəaliyyət göstərmişdir. Lakin həbs olunan ərəfədə rəsmi heç bir yerdə işləməmiş, fərdi əmək fəaliyyəti ilə – taksiçiliklə məşğul olmuşdur. O, əsasən Bakı şəhərində X6 küçəsi 2 a, mənzil 19-da, həm də taksi sürücüsü olduğumdan harda gəldi yaşamışdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə göstərdi ki, Narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitələri tanışları İlkin və İlqar qardaşlarından, bəzi hallarda isə tanımadığı şəxslərdən alıb əldə edərək istifadə etmişdir. Belə ki, o, 2021-ci ilin yayında Bakı şəhərinə gəlmiş və həmin vaxt İlkin və İlqar qardaşları ilə tanış olmuş, həmin qardaşların da narkoman olduqlarını öyrənib bilmişdir. Narkotik vasitə istifadə etdiyinə görə müəyyən vaxtlarda İlkin və İlqar qardaşları ilə görüşərək onların yaşadığı ünvan 4-ya getmiş və orada İlkin və İlqar qardaşlarından narkotik alıb istifadə etmişdir. Bəzən isə narkotiki o özü almış, İlqargilə də vermiş və birlikdə istifadə etmişlər. İlkin və İlqar qardaşlarının narkotik vasitə haradan və hansı qiymətə alıb gətirmələrini o, bilməmiş, lakin narkotik vasitəni onlardan pul qarşılığında alıb mənzillərində istifadə etmişdir. 20 dekabr 2021-ci il tarixdə də İlkin və İlqar qardaşlarının yaşadığı ünvan 4 ünvanına qonaq getmiş, həmin gün gecəni onlarda qalmışdır. O, İlqargilə narkotik vasitələrdən istifadə etmək məqsədi ilə getmiş, lakin heç vaxt həmin mənzil onun olmamış, o, İlqargilin evində kirayənişin olaraq yaşamamışdır. 21 dekabr 2021-ci il tarixdə, səhər saat 12.30-da yuxudan durmuş, narkotik vasitə istifadə etmək istədikdə İlkin narkotik vasitənin qurtardığını demiş, harasa gedib narkotik vasitə alıb gətirəcəyini bildirmişdir. Saat 13.00-13.15 radələrində İlkin evdən çıxaraq narkotik almağa getmiş, o isə oturub İlqarın gəlməsini gözləmişdir. İlkin təqribən üç saat, üç saat yarım sonra qayıdıb gəlmişdir. Həmin müddət ərzində o, mənzildə İlqar və onların yaşlı anası ilə birlikdə qalmışdır. İlkin qayıdarkən qapını döymüş və həmin vaxt o, qapını açmaq üçün getmiş və qapını açdıqda İlkinlə birlikdə mənzilə 3 nəfər polis əməkdaşı daxil olmuşdur. İlkinin qolu qandallı olmuşdur. Polis əməkdaşları dərhal onu və İlkini itələyib yataq otağına salmış və ondan narkotikin yerini deməyi tələb etmişlər. Həmin vaxt İlqar tualetdə, anası isə xəstə vəziyyətdə digər otaqda olmuşdur. Məhz ona görə qapını o açası olmuşdur. O, polislərə həmin evdə yaşamadığını demiş, narkotikin harda olduğunu bilmədiyini bildirmişdir. Onu ilk saxlayanlar Azər, Bəylər adlı polislər və adını unutduğu daha başqa bir nəfər polis işçisi olmuşdur. Sonra mənə təsir və təzyiqlər göstərilmiş və NMBİ-nə aparmış, lakin İlkin, İlqar və anaları evdə qalmışlar. İdarədə olarkən o, ev sahiblərinin nəyə görə idarəyə gətirilmədiklərini bildirdikdə ona podelniklərin (burada: qrup şəxs şəklində iştirakçıların) olmasını istəmədikləri bildirmiş, belə yaxşı olmacağını məsləhət bilmişlər. Sonra məndən rüşvət istənilmiş, lakin pulu olmadığından və günahsız olduğundan verməmişdir. Bundan sonra ona vəkillərin siyahısı vermiş və oradan vəkil seçməsi təklif olunmuşdur. Lakin o, öz vəkilini istəsə də, onun bu xahişi təmin olunmamışdır. NMBİ-də üzərinə baxış keçirilmiş və üzərindən guya 18 qram heroin narkotik vasitəsi aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitə qablaşdırılmış və ona imzalatdırılmışdır. Üzərində şəxsi axtarış aparılması formal olaraq videoçəkilişlə aparılmış, çəkilişi Bəylər adlı polis aparmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər 21 dekabr 2022-ci il tarixdə, saat 18:30 radələrində onu İlkin və İlqar qardaşlarının yaşadığı ünvan 4 ünvanına aparmış, mənzilə daxil olan zaman video çəkiliş aparılmış və guya evdən narkotik vasitə çıxması və ona məxsus olması barədə protokol tərtib edilmişdir. Onu NMBİ-dən mənzilə 4 nəfər polis aparmış, həmin polislər onu ilk dəfə mənzildə saxlayıb NMBİ-ə aparan polislər olmamışlar. Mənzilə daxil olmazdan əvvəl polis ondan mənzilə girmək üçün icazə istədikdə o, mənzilin ona məxsus olmadığını bildirmiş və “buyurun girin” cavabını vermişdir. Polisin deməsinə görə mənzilə bir şey qoyulmuş, o, (t/ş Təqsirləndirilən şəxs) həmin şeyi göstərməli və onlar həmin şeyi götürüb sənədləşdirməlidirlər. Həmin mənzildə bir büküm narkotik vasitə divanın arxasına yerləşdirilmiş vəziyyətdə olmuşdur. Polisin istiqamətləndirməsi əsasında o, polisin əvvəlcədən divanın arxasında yerləşdirdiyi maddələri çıxarıb təqdim etmişdir. Polis onu mənzilə gətirəndə və çəkiliş aparılarkən İlkingil də evdə olmuş, onlar balkonda olmuş, görünməmələri üçün pərdəni çəkib arxasında dayanmışlar. Onlar istintaqa cəlb olunmamış, dindirilməmişlər. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 dekabr 2021-ci il tarixli ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 98 A, mənzil 16-da kirayə yaşamışdır. O, həyat yoldaşından ayrılmışdır, faktiki subaydır, iki övladı vardır, uşaqlarının hər ikisi rayonda atası ilə birlikdə yaşasalar da, onun özünün himayəsindədir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğuldur, əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 21 dekabr 2021-ci il tarixdə, saat 20:30-da kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ev 98 A ünvanın qarşısında piyada hərəkət edən zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmiş, sonra xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. BNMİ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra idarənin təhqiqatçısı tərəfindən üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə çıxarıb təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçəsinin sağ yan cibindən heroini çıxarıb təqdim etmiş, masanın üzərinə qoymuşdur. Bundan sonra isə onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan «Redmi» markalı mobil telefonu, əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd açar, «Rabitə bank»a məxsus **********616317 nömrəli plastik bank kartı və 40 manat pul aşkar edilərək götürülmüş, bundan başqa sair predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 20 (iyirmi) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiq olunmuş, «Redmi» markalı mobil telefon və «Rabitəbank»a məxsus **********616317 nömrəli plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə ona izah verildikdən sonra götürülmüş, 01 ədəd açar və 40 manat pul isə onun özünə qaytarılmışdır. Bundan sonra, sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olan heroin olmasını və özünə məxsus olduğunu, həmin heroini tutulmazdan üç gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Şaka» adlı şəxsin vasitəsi ilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etməsini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında, özü narkotik vasitə istifadəçisi olduğundan, «Şaka» adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmiş, həmçinin Nərimanov rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, yaşadığı mənzildə narkotik saxlaması barədə məlumat verdikdən sonra yaşadığı mənzilə getmiş, orada mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunduqda öz yataq otağında çarpayının arxa tərəfindən 01 ədəd bükümdə heroini, 01 ədəd bükümdə metamfetamini və 01 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 1 (bir) kq 398 qram, metamfetaminin çəkisi 645 qram olmuşdur. Bundan sonra həmin kütlələr və 01 ədəd elektron tərəzi ağ rəngli, sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiq olunmuşdur. Daha sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olmasını, həmin kütlələri tutulmazdan üç gün əvvəl tanıdığı İran vətəndaşı olan «Şaka» adlı şəxsin vasitəsi ilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında, özü narkotik vasitə istifadəçisi olduğundan, «Şaka» adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin yekununda göstərmişdir ki, o, verilən sualları tam başa düşmüş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, istifadəsində bir ədəd ***-***-**-** sim kart nömrəsi olmuş və həmin nömrəni «Redmi» markalı mobil telefonunda istifadə etmişdir. İİR vətəndaşı olan «Şaka» adlı şəxsin anket məlumatlarını və Bakı şəhərində yaşadığı ünvanı dəqiq bilməmiş, «Şaka» adlı şəxsin telefon nömrəsini bilməmiş, onunla Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektində görüşmüşdür. Baxış zamanı üzərindən aşkar edilmiş «Rabitəbank»a məxsus 5261 6333 3361 6317 nömrəli plastik kart onun özünə məxsus olmuş, həmin kartdan narkotik vasitə satışında istifadə etməmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir(iş vərəqə: cild İ, səh. 65-68). Təqsirləndirilən şəxs tədqiq olunan 23 dekabr 2021-ci il tarixli ifadəsinə münasibət bildirib ifadəsinin davamında göstərdi ki, o, küçədə deyil, İlkingilə məxsus mənzildə tutulmuş, istər NMBİ-də götürülən 18 qram heroin narkotik vasitəsi, istərsə də mənzildən götürülən narkotik vasitə və psixotrop maddə ona məxsus olmamış, üzərindən və İlkin və İlqar qardaşlarının yaşadığı ünvan 4 ünvanından aşkar olunaraq götürülmüş narkotik vasitənin kimə məxsus olmasını bilməmişdir. Əvvəllər ifadəsində göstərdiyi İran vətəndaşı kimi adı «Şaka» olaraq çəkilən şəxs barədə göstərilənlər doğru olmamış, ümumiyyətlə belə bir adam tanımamışdır. Onun etiraf etməsi və istintaqın ilkin mərhələlərində verdiyi etirafedici ifadələri polisin ona qarşı etdiyi fiziki və psixi təsirlər və təzyiqlər nəticəsində olmuşdur. O, 18 dekabr 2021-ci il tarixdə Heydər Əliyev prospektində olmamış, heç hardan və ya heç kimdən narkotik vasitə götürməmiş, üzərində və İlqargilin ünvanında saxlamamışdır. Hadisə günü İlkingilin evində və İlkinin özündə narkotik vasitə olmamışdır. Belə ki, ifadəsinin əvvəlində göstərdiyi kimi, səhər yuxudan ayıldıqdan sonra narkotikdən istifadə etmək istəmiş, lakin olmadığından istifadə edə bilməmiş və İlkin də narkotik almaq məqsədi ilə evdən çıxıb getmişdir. Götürülən narkotikin evə polislərin özləri tərəfindən qoyulmasına heç bir şübhəsi qalmamışdır. Onun öz vəkili cəlb olunandan sonra iki dəfə dindirilmişdir. Ondan əvvəl isə ona bir dəfə sənədlərə imza etdirilmiş, lap əvvəl isə narkotikə görə ağrıları olduğundan ifadə verməmiş, yazılı təqdim olunan ifadəsini oxumadan imzalamışdır. Müstəntiq ifadəni yazıb gətirmiş, o, sadəcə oxumadan imza etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 mart 2022-ci il tarixli ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş, şəxsiyyəti, İlkin və İlqar qardaşları ilə münasibətləri, narkotik vasitələrdən istifadə etməsi, İlkin və İlqar qardaşları ilə görüşlərində məqsədi, sonunculardan və tanımadığı qeyrilərindən narkotik vasitələr alıb istifadə etməsi, narkotik vasitənin alışı və satışı ilə məşğul olmaması barədə məhkəmə baxışı zamanı və məhkəmədə tədqiq olunan 23 dekabr 2021-ci il tarixli ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərmişdir ki, 20 dekabr 2021-ci il tarixdə İlkingilə getmiş, 21 dekabr 2021-ci il tarixdə onlarda qalmış, səhər saat 12.30-da yuxudan durmuş, narkotik vasitə istifadə etmək istədikdə İlkin narkotik vasitənin bitdiyini, harasa gedib narkotik vasitə alıb gətirəcəyini ona demişdir. Sonra İlkin saat 13.00-13.15 radələrində evdən çıxaraq getmiş, üç və ya üç saat yarımdan sonra qayıdıb gəlmiş, həmin müddət ərzində mənzildə İlkin və yaşlı anası ilə birlikdə qalmışlar. İlkin qayıtdıqda qapını döymüş və həmin vaxt qapını açmaq istədikdə İlkinlə birlikdə mənzilə 4 nəfər polis əməkdaşı daxil olmuş, polis əməkdaşları onu və İlkini itələyib yataq otağına salmışlar. Həmin vaxt İlqar tualetdə, anası isə digər otaqda olmuşlar. Həmin vaxt polis əməkdaşları onu vuraraq «narkotik vasitə haradadır?» deyə soruşmuş, Azər adlı polis əməkdaşı qandalla başının sol tərəfindən vurub partlatmış, Bəylər adlı polis əməkdaşı isə başqa yerindən vurmuşdur. O, polis əməkdaşlarına evdə narkotik vasitə olmadığını bildirdikdə onu daha da möhkəm döyməyə başlamışlar. Sonra isə onu Azərbaycan Respublikası DİN-nin BNMİ-nə aparmış, orada üzərinə baxış keçirilmiş və üzərindən guya narkotik vasitə aşkar olunaraq götürülməsi barədə protokol tərtib olunmuşdur. Hətta polis əməkdaşları 21 dekabr 2022-ci il tarixdə, saat 16.30 radələrində İlkin və İlqar qardaşlarının yaşadığı ünvan 4 ünvanına daxil olan zaman evə daxil olan zaman çəkiliş aparmış və guya evdən narkotik vasitə çıxması və ona məxsus olması barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları onu döydüyünə görə baş idarədə narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmasını bildirmiş, əsl həqiqətdə isə aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona aidiyyəti olmamış, döyüldüyünə görə polis əməkdaşlarının üzərinə və mənzilə qoyduqları narkotik vasitənin ona məxsus olmasını boynuna götürmüşdür. Polis əməkdaşları tərəfindən döyülməsinə və başından xəsarət almasına görə vəkili Müdafiəçi Nərimanov rayon prokurorluğuna müraciət etmiş, lakin şikayətinin nəticəsi barədə ona məlumat verilməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, o, 2021ci ilin iyun və iyul aylarında Bakı şəhərində müxtəlif otellərdə və ünvanlarda yaşamış, o, cümlədən İlkin və İlqar qardaşlarının yaşadığı ünvan 4 ünvanında qonaq kimi gəlib-getmiş, yalnız 20 dekabr 2021-ci il tarixdə həmin ünvanda gecələmişdir. O, İlkin və İlqar qardaşları ilə 2021-ci ilin iyun-iyul aylarında tanış olmuş və onlarla yaxın münasibətdə olmasına səbəb birlikdə narkotik vasitə istifadə etmələri olmuşdur. İlkin və İlqar qardaşlarının haradan və hansı qiymətə narkotik vasitə alıb gətirmələrini bilməmiş, lakin onlardan pul qarşılığında narkotik vaçitə alıb mənzillərində istifadə etmişdir. Onun üzərindən və İlkin və İlqar qardaşlarının yaşadığı ünvan 4 ünvanından aşkar olunaraq götürülmüş narkotik vasitənin kimə məxsus olmasını bilməmiş, lakin həmin narkotik vasitə və psixotorop maddə ona məxsus olmamışdır. 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılanadək heç kimlə dalaşmamış və hər hansı bir xəsarət almamışdır. polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş «Redmi» markalı mobil telefonun yaddaşında olan baş nahiyyəsinin bintlə sarınması və xəsarət olmasını əks etdirən şəkillər ona məxsus olmuş, həmin şəkilləri internetdən götürərək qəsdən başını sarımışdır. Belə etməsinə və həmin şəkilləri «WhatsApp» proqrmaı vasitəsilə anasına göndərməsinə səbəb Göyçay rayonuna getmək istəməməsi olmuş, bununla valideynlərini inandırmaq istəmişdir ki, başı ağrıyır, rayona müvəqqəti olaraq gələ bilmir. «Mehi» adlı «WhatsApp» istifadəçisi onun qaynı X2 olmuş, ona da başından xəsarət alması barədə şəkil göndərmiş və səs atmış, qaynına da belə bir şəkil göndərməkdə məqsədi evə gedə bilməməsinə onu inandırmaq olmuşdur. Başındakı xəsarətləri ona 21 dekabr 2021-ci il tarixdə saxlanılarkən polis əməkdaşları yetirmiş, həyat və sağlamlığına təzyiq olmasına görə o, yalandan polis əməkdaşlarına aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Əvvəl ifadəsində İİR vətəndaşı olan «Şaka» adlı şəxs barədə göstərdikləri yalan olmuş, o, belə bir adam tanımamışdır (iş vərəqə: cild İİ, səh.84-90). Ən nəhayət, Təqsirləndirilən şəxs tədqiq olunan 04 mart 2022-ci il tarixli ifadəsinə münasibət bildirib ifadəsinin yekununda tədqiq olunan həmin ifadəsində Azər adlı polis əməkdaşının qandalla onun başının sol tərəfindən vurub partlatmasını göstərməsinə və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin başında qeyd etdiyi nahiyyədə qartmaqlı yaranın açıq-aşkar müşahidə olunmasına münasibət bildirib göstərdi ki, o, 21 dekabr 2021-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl yıxılmış və başında görünən həmin xəsarəti almışdır. Saxlanılarkən ona qarşı təzyiq və təsirlər olmasına baxmayaraq, onun başındakı xəsarət polis əməkdaşları tərəfindən yetirilməmişdir. Başındakı xəsarətin onun saxlanılması ilə heç bir səbəbli əlaqəsi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, son zamanlar xidmət etdiyi baş idarəyə xx xxxx 1984-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 8 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 98 A, mənzil 16 ünvanda kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda nakrotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əldə olunan məlumat 21 dekabr 2021-ci il tarixdə BNMİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə müvafiq qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə onun rəhbərliyi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün, yəni 21 dekabr 2021-ci il tarixdə, saat 20.30-da onlar tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 98 A ünvanının qarşısında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə baxış keçirilməmiş, şəxsi axtarışa məruz qalmamışdır. Təqsirləndirilən şəxs gətirilməsi barədə rəsmi məruzə edildikdən sonra araşdırma aparılması idarənin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X3 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Yelmar Vahabovun xidməti iş otağında sonuncu tərəfindən əməliyyat qrupunun üzvləri kimi onun, baş əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili X4 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış prosesinin əvvəlində iştirakçıların hər birinin, o cülədən saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyaları olduğu təqdirdə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs videoçəkiliş altında əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə əşya çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim olunan həmin kütlə açılmaqla nümayiş olunduqda onun açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər toz şəkilli kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan «Redmi» markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd açar, bir ədəd «Rabitəbank»a məxsus plastik kart və 40 manat pul aşkar edilərək götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs üzərində başqa əşya və ya sair predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd bükümdə təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 20 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş heroin narkotik vasitəsinə bənzər kütlə, bir ədəd «Rabitəbank»a məxsus plastik kart və «Redmi» markalı mobil telefon təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri, həmçinin bütün iştirakçılar və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. 01 ədəd açar və 40 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şahid1 ifadəsinin davamında, həmçinin göstərdi ki, şəxsi axtarışını gedişatında Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə olan heroin olmaqla özünə məxsus olmasını, həmin heroini saxlanılmazdan üç gün əvvəl İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşı olan «Şaka» adlı şəxsin vasitəsilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü və ona deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini bildirmiş, görəcəyi işin qarşılığında isə «Şaka» adlı şəxsin ona şəxsi istifadəsi üçün narkotik vasitə olan herion verəcəyini vəd etdiyini göstərmişdir. Suallar ətrafında Təqsirləndirilən şəxs, həmçinin kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 98 A, mənzil 16 ünvanında narkotik vasitə olan heroin olmasını etiraf etmiş, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Ona görə də bundan sonra təhqiqatçı Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 98 A, mənzil 16 ünvanında baxış keçirilməsi və götürmə aparılması barədə qərar qəbul olunmuş və 21 dekabr 2021-ci il tarixdə saat 23.00-da təhqiqatçının, onun, idarənin baş əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs özünün, onun vəkili Lalə Mənsurovanın iştirakı ilə həmin mənzilə gedilmiş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə saxladığı, qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələri, o cümlədən digər sübut əhəmiyyətli əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün yataq otağında, çarpayının arxa tərəfində bir ədəd bükümdə saxladığı açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və başqa bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim olunan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli kütlələr açılmaqla nümayiş olunduqdan sonar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisinin 1 kq 398 qram, psixotrop maddəyə bənzər kütlənin çəkisinin isə 645 qram olması müyyən edilmişdir. Bundan sonra iki ədəd bükümdərdə olan həmin kütlələr və elektron tərəzi təhqiqatçı Yelmar Vahabov tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, həmin zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü və onun müdafiəçisi Lalə Mənsurova tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və baxış nəticəsində iş üçün əhəmiyyətli ola biləcək başqa əşyalar aşkar olunmamışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər iki bükümdəki kütlələrin və elektron tərəzinin onun özünə məxsus olmasını, həmin kütlələri də saxlanılmazdan üç gün əvvəl tanıdığı, «Şaka» adlı İran vətəndaşının vasitəsilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə götürdüyünü və onun tərəfindən deyiləcək ünvanlara qoymalı olduğunu bildirmiş, narkotik vasitə istifadəçisi olduğundan «Şaka» adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini göstərmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən, sonuncu NMBİ-də olarkən və üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı formada fiziki və psixi təzyiq göstərilməmiş, ona qarşı zor tətbiq edilməmişdir. O, şəxsən Təqsirləndirilən şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun başında yara olmuş, onun özünün dnməsinə o, saxlanılmazdan az əvvəl yıxılmış və başından xəsarət almışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra heç bir zora və təzyiqə məruz qalmadan könüllü olaraq üzərindəki narkotik vasitəyə bənzər kütləni təqdim etmiş, yaşadığı mənzilində narkotik vasitə heroin və psixotrop maddə mteamfetamin saxladığını etiraf etməklə həmin maddələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Hər iki proses video çəkilişlə aparılmış, hər iki baxış və götürmə aparılması prosesindən sonra təhqiqatçı Yelmar Vahabov tərəfindən müvafiq protokollar tərtib edilmiş, iştirakçılara ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmiş və video çəkilişin qeydə alındığı iki ədəd disk protokola əlavə edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2016-cı ildən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən 98 A saylı, 9 mərtəbəli və bir bloklu binanın komendantı işləyir və həmin binanın 55-si mənzilində qeydiyyatda olmaqla üç övladı ilə birlikdə həmin ünvanda yaşayır. O, «ünvan 9idir, təmsilçi kimi vəzifəsi binanın idarəçiliyini təşkil etmək və binaya nəzarət etməkdən ibarət olmuşdur. Şahid3 ifadəsində daha sonra göstərdi ki, yaşadığı vıə işlədiyi 98 A saylı binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olduğundan birinci mərtəbədə onun təmsilçi kimi xidməti iş otağı olmuş, hər gün səhər saat 09.00-dan axşam saat 22.00-a kimi işdə olmuş, bina sakinləri ilə əlaqə saxlayıb onların kommunal xidməti ilə bağlı qarşılaşdıqları çətinlikləri həll etmiş, bu səbəbdən binanın ümumilikdə 104 mənzilində yaşayan sakinlərin hamısını, o cümlədən 2015-ci ilin avqust ayından həmin binanın 16 saylı mənzilində yaşayan İlkin və İlqar Əliyev qardaşlarını və onların yaşlı və xəstə anaları Dünyaxanımı tanımışdır. İlkin və İlqar qardaşları narkotik vasitə aludəçisi olmaqla hər ikisi əvvəllər məhkum olunmuş, onların ikisi xəstə olmaqla ayaqlarında çürümə prosesi getmiş, hətta İlkin sərbəst yeriyə bilmədiyindən çəliklə gəzmişdir. Dünyaxanım isə şəkər və təzyiq xəstəsi olduğundan çölə-bayıra çıxa bilməmiş, aylarla gedib bağ evində yaşamış, İlkin və İlqar da anaları ilə birlikdə bağda yaşamışlar. bu səbəbdən 2021-ci ilin noyabr ayında onlar 16 saylı bir otaqlı mənzillərini əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs kirayə vermiş, Tural orada tək yaşamışdır. O, Turalı İlkingilin qohumu kimi tanımış, sonuncu İlkingilin evində 10-15 gün yaşamışdır. Turalın İlkingilin qohumu olmasını, onun İlkingilin evində kirayə yaşamasını təqsirləndirilən şəxs tutulandan sonra ona İlkin və İlqar qardaşları demişlər. O, Turalı şəxsən qardaşlarla görmüş və onlara görə onu tanımışdır. O, Təqsirləndirilən şəxs, həm də həyətdə pişiklərə yemək verən zaman görmüşdür. İlkin və İlqar isə çox nadir halda mənzillərinə gəlib baş çəkib getmiş, ancaq orada qalmamışlar. Şahid3 ifadəsinin davamında, həmçinin göstərdi ki, 21 dekabr 2021-ci il tarixdə, saat 20-21 radələrində o, işdə olarkən günortaya yaxın çox sayda polis əməkdaşları gəlib kirayə verilən evlərlə maraqlanmış, o, belə bir məlumatının olmadığını bildirdikdə, polislər Təqsirləndirilən şəxs saqqalı şəklini ona göstərmiş, tanıyıb-tanımamasını soruşmuş, o da onlara gördüyünü bildirmişdir. Hmin vaxt polislər çıxıb getmişlər. Amma bir neçə dəqiqə sonra Turalın aparıldığını görmüş, lakin onun konkret olaraq harada saxlanılmasını görməmişdir. O, Turalın həmin gün ilk olaraq polislərlə birlikdə həyətdə gördüyündən istintaq zamanı ifadə verərkən Turalın həyətdə tutulduğunu göstərmişdir. O, Turalın qanunsuz olaraq narkotik vasitə satışı və əldə edib saxlaması ilə məşğul olmasını sonra eşidib bilmiş, onun əvvəllər belə işlərlə məşğul olduğunu bilməmişdir. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, Turalın kirayə yaşadığı müddətdə gün ərzində onun yanına kənar şəxslər gəlib-getməmişdir. Turalın harada işləməsini bilməsə də, onun hər gün səhər evdən çıxıb, axşam qayıtmasını görmüşdür. Tural həmişə evdə tək olmuş, onun yanına müxtəlif şəxslərin gəlib-getmələrinin şahidi olmamışdır. 21 dekabr 2021-ci il tarixdə gecə saat 23 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxslə birlikdə gələrək onun kirayə yaşadığı mənzilə baxış keçrib getmiş, özü həmin tədbirdə iştirak etməsə də, Turalın mənzilindən narkotik vasitə aşkar olunmasını eşidib bilmiş, başqa heç nədən məlumatı olmamışdır. Turalın narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olub-olmamasını, onun İlkin və İlqar Əliyev qardaşları ilə hansı münasibətlərinin və əlaqələrinin olmasını o, bilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ilə oxşar məzmunda ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, lakin ifadəsində göstərdiklərini 21 dekabr tarixdə, axşam saat 20-21 radələrində mağazadan qayıtdıqdan sonra fəhlə işlədiyi yaşayış binasının komendantı, məhkəmədə şahid qismində dindirilən Şahid3 ona danışdıqlarını bildirmişdir. Şahid4 ifadəsində, həmçinin göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs şəxsən tanımadığını, onu görmədiyini bildirdi. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, özü əvvəllər məhkumluq həyatı yaşamış, narkotika istifadəçisi olduğundan və qonşu ilə dava etdiyinə görə məhkum olunmuşdur. Lakin 2015-ci ildə cəzanın sonu ilə azadlığa buraxılmış və buraxıldıqdan sonra da narkotik istifadə etmişdir. Qardaşı İlqar da əvvəllər narkotikdən istifadə etdiyinə görə tulumuş və cəzasını çəkib qurtardığından buraxılmış, sonuncu onlarla birlikdə yaşamışdır. Qardaşı İlqar hazırda SPİD (QİÇS) xəstəsidir və onun ayaqları yara tökmüşdür. Yaşadığı mənzil anasının adına olmuş, həmin mənzildə anası, o, və qardaşı İlqar yaşamışlar. Şahid7 ifadəsinin davamında göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs taksi sürücüsü kimi, taksi sifariş verərkən tanımış və münasibətləri yaranmış, hərdən onlara məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən 98 A saylı evin 16 saylı mənzilinə gəlib getmiş, hətta onlarda qaldığı vaxtlar da olmuşdur. Tural onların evinə dost kimi həmişə tək gəlmişdir. 2021-ci ilin sonlarında Tural kirayə yaşamaq üçün ev axtardığından o, evi Turalın tutulmasından təqribən 3-4 gün əvvəl ona kirayə vermiş, lakin aralarında pul söhbəti olmamış, sonuncunun özünün kirayə haqqı olaraq təqribən 200-300 manat verəcəyini fikirləşmişdir. Onlar özləri isə gedib Cəlilabadda yaşamışlar. Turala kirayə verdikləri mənzildə hər bir lazımi əşya olmuşdur. Tural Dürdanə adlı qadınla birlikdə yaşasa da, Tural mənzili ondan tək yaşaması üçün istəmişdir. Onlar Cəlilabadda olarkən Bakıda yaşayan qonşu ona zəng edib onların evində olduqlarını demiş, Turalın tutulduğunu bildirmişdir. O, hadisə ərəfəsində ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Qonşular ona məlumat verəndən sonra Bakıya mənzilinə gəlmiş, mənzildə heç kim olmamış, Turalın mənzildə narkotikə görə tutulduğunu sonradan öyrənib bilmişdir. Turalın onun barəsində hadisə günü evdə olması barədə ifadəsində göstərdikləri doğru deyildir. Şahid7 ifadəsinin davamında daha sonra göstərdi ki, o, mənzilin sahibi olduğundan polisə çağrılmış, o da gedib Turalın tutulduğu mənzilin onlara məxsus olduğunu demişdir. O, Tural tutulan günü polisdə olmamış, bir neçə gün sonra polisə çağrılmışdır. Tural tutulandan sonra o, narkotiklərdən istifadə etməmiş və xəstə və yaşlı olan anasına və xəstə qardaşına qulluq etmişdir. O, Turalla birlikdə lap əvvəllər narkotik istifadə etsə də, son bir neçə ayda belə bir hal baş verməmiş, o, Turala pul və ya sair əşya qarşılığında narkotik vasitə verməmişdir. Onlar rayona gedən gün onların mənzilində heç bir növdən olan narkotik vasitə olmamışdır. Yeganə adlı qadın onların yaşadığı binanın komendatı olmuş, sonuncu onların evdə olmadıqlarını bilsə də, rayonda olduqlarını bilməmişdir. Turalın tutulmasından sonra Yeganə maraqlandıqda o, Turalı qohumu kimi ona demiş, mənzili ona kirayə verdiyini demişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən yazılmış 21 dekabr 2021-ci il tarixli raportdan, “Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında” eyni şəxs tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi tərəfindən təsdiq edilmiş eyni tarixli qərardan, “əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, Ə345-008-21 saylı əmrdən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və məhz bu məlumat Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirinin keçirilməsinə əsas olmuşdur (iş vərəqə: cild İ, səh. 4, 5-6, 9). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış 21 dekabr 2021-ci il tarixli başqa bir raportdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbiri nəticəsində 21 dekabr 2021-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən 98 A saylı binanın qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir(iş vərəqə: cild İ, səh. 10). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin təhqiqatçısı Yelmar Vahabov tərəfindən tərtib olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokol baxılan iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili X4, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, həmin İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə görə tərtib edilmiş, şəxsi axtarış və götürmə video çəkilişlə aparılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı Yelmar Vahabov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah eilmiş, şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçənin sağ yan cibindən qanunsuz olaraq əldə edib üstündə saxladığı bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, heroin narkotik vasitəsinə bənzər toz şəkilli kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən bir ədəd «Redmi» markalı mobil telefon və əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd açar, bir ədəd «Rabitəbank»a məxsus plastik kart və 40 manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi açıq qəhvəyi rəngli, spesifik iyə malik, heroin narkotik vasitəsinə bənzər toz şəkilli kütlə xidməti iş otağında olan elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 20 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini, üzərindən aşkar olunaraq götürülmüş kütlənin heroin narkotik vasitəsi olmaqla özünə məxsus olduğunu, saxlanılmazdan üç gün əvvəl İran vətəndaşı kimi tanıdığı «Şaka» adlı şəxsin vasitəsilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, görəcəyi işlərin qarşılığında isə «Şaka» adlı şəxsin ona şəxsi istifadəsi üçün narkotik vasitə olan herion verəcəyini vəd etdiyini bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış prosesində Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 98 A, mənzil 16 ünvanında narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını qeyd etmişdir. Şəxsi axtarış prosesində aşkar olunmuş heroin narkotik vasitəsinə bənzər həmin kütlə, bir ədəd «Rabitəbank»a məxsus plastik kart və Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefon təhqiqatçı Yelmar Vahabov tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, həmin zərfin üzəri Təqsirləndirilən şəxs özü, müdafiəçisi Lalə Mənsurova, XİMÜ baş əməliyyat müvəkkili Şahid1 və baş əməliyyat müvəkili Şahid2 tərəfindən imzalanmış, 01 ədəd açar və 40 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, «şəxsi axtarış və götürmə” prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD formatlı disk protokola əlavə olunmuşdur (iş vərəqə: cild İ, səh. 30-31). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 dekabr 2021-ci il tarixli protokolun məzmunu ilə üst-üstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur (iş vərəqə: cild İ, səh. 148-149). Məhkəmə baxışı zamanı nümayiş olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd CD formatlı diskdəki videogörüntülərlə müəyyən olunur ki, şəxsi axtarış və götürmənin videogörüntüləri məhkəmə baxışı zamanı tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntu müəyyən edilməmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BNMİ-nin təhqiqatçısı Yelmar Vahabov tərəfindən tərtib olunmuş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin protokol baxılan iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili X4, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, həmin İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 98 A saylı evin 16 saylı mənzilinə baxış keçirilməsi istintaq hərəkətinə görə tərtib edilmiş, mənzilə baxış və götürmə video çəkilişlə aparılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı Yelmar Vahabov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah eilmiş, mənzilə baxış keçirilməzdən əvvəl ona yaşadığı mənzildə saxladığı qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələri, həmçinin sübut əhəmiyyətli digər əşyaları təqdim etməsi təklif edilmişdir. Protokola əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs bundan sonra müdafiəçisi X4 və iştirakçıların iştirakı ilə könüllü olaraq öz yataq otağında çarpayının arxa tərəfində bir ədəd bükümdə saxladığı açıq qəhvəyi rəngli, spesifik iyə malik, heroin narkotik vasitəsinə bənzər kütləni, bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təqdim olunan həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisinin 1 kq 398 qram (1398 qram), psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin isə 645 qram olması müyyən edilmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, ardınca Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və iş üçün əhəmiyyətli ola biləcək başqa əşyalar aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinə və metamfetamin psixotrop maddəsinə bənzər iki bükümdə olan kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri saxlanılmazdan üç gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan «Şaka» adlı şəxsin vasitəsilə Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev prospektində əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə götürdüyünü və onun tərəfindən deyiləcək ünvanlara qoymalı olduğunu göstərmiş, narkotik vasitə istifadəçisi olduğundan «Şaka» adlı şəxsin ona gördüyü işin qarşılığında istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, mənzildən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə olan həmin kütlələr və bir ədəd elektron tərəzi təhqiqatçı Yelmar Vahabov tərəfindən qablaşdırılmış, möhürlənmiş, sonra həmin qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs özü, onun müdafiəçisi Lalə Mənsurova, XİMÜ baş əməliyyat müvəkkili Şahid1 və baş əməliyyat müvəkili Şahid2 tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, mənzilə baxışın nəticələrinə dair tərtib olunan müvafiq protokol cinayət işinin materiallarına, mənzilə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd CD formatlı disk isə protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 35-36). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 dekabr 2021ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 21 dekabr 2021-ci il tarixli protokolun məzmunu ilə eynidir və ziddiyyətlər müəyyən olunmur (iş vərəqə: cild İ, səh. 150-151). Məhkəmə baxışı zamanı nümayiş olunan, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 98 A saylı evin 16 saylı mənzilinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd CD formatlı diskdəki videogörüntülərlə müəyyən olunur ki, mənzilinə baxış keçirilməsi və götürmənin videogörüntüləri məhkəmə baxışı zamanı tədqiq olunan “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” 12 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur və prosessual pozuntu müəyyən edilməmişdir (iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 6/5580 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı ilə tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı və imzalar olan kağız paketdəki 1(bir) ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması və təmiz çəkisinin 18,008 qram təşkil etməsi müəyyən edilmişdir. Tədqiq olan həmin rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı və imzalar olan polietilen bağlamada olan 1(bir) ədəd bükümdəki qəhvəyi rəngli, tozşəkilli maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması, təmiz çəkisinin 1395 qram təşkil etməsi, 1(bir) ədəd bükümdəki ağ rəngli, kristallardan ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması, təmiz çəkisinin 640 qram təşkil etməsi və bir ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində heroinin izlərinin olması müəyyən edilmişdir. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 1413,008 qramdır (1kq 413,008 qr.) və ayrı-ayrı məkanlardan və ayrı-ayrı bükümlərdən aşkar edilmiş həmin heroin narkotik vasitələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, ekspertiza tədqiqatı zamanı təqdim edilmiş elektron tərəzinin üzərində heroinin iz şəklində olması ilə əlaqədar heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan rəyin nəticə hissəsində ekspertlərin qeyd etdiyi kimi, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin isə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, tədqiqata ümumi 0,3 qram (0,2 qr və 0,1 qr) heroin sərf edildiyindən 1412,708 qram çəkidə narkotik vasitə heroin və 0,2 qram metamfetamin sərf edildiyindən 639,8 qram metamfetamin psixotrop maddəsi qalıq qalmışdır (iş vərəqə: cild İ, səh. 42-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 fevral 2022-ci il tarixli, 506 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 10-11). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq edilən ambulator-məhkəmə psixatrik ekspertizasının 15 yanvar 2022-ci il tarixli, 67 nömrəli rəyindən görünür ki, tədqiqat nəticəsində baxılan iş üzrə Təqsirləndirilən şəxs «emosional davamsız tip şəxsiyyət pozuntusu» (F.60.3) müəyyən edilmişdir. Təqsirləndirılən şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqdtidarında olmasın. Tədqiq olunan həmin rəydən görünür ki, təqsirləndirılən şəxs Təqsirləndirilən şəxs tədqiqat mərhələsində emosional davamsız tip şəxsiyyət pozuntusu müyyən edildiyindən onda müəyyən edilən şəxsiyyət pozuntusu kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: cild İİ, səh. 12- 15). Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 07 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı ünvanda keçirilən baxış nəticəsində aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1413,008 qram (1kq 413,008 qr.) təşkil edən heroin naroktik vasitəsi, 640 qram çəkidə metamfetamin pisxitrop maddəsi və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 1412,708 qram çəkidə heroin narkotik vasitəsi və 639,8 qram çəkidə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmişdir. Tədqiq olunan eyni qərarla həm də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, yaşadığı ünvanda isə baxış və götürmə aparılması prosesini özündə əks etdirən, ayrıayrılıqda lentə alınmış videogörüntülərin yerləşdirildiyi iki ədəd CD formatlı diskin iş üzrə maddi sübut kimi tanındığı və cinayət işinin materiallarına əlavə olunduğu müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 109-133). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs baş nahiyyəsində yara müəyyən olunması və onun 04 mart 2022-ci il tarixli ifadəsində həmin xəsarətin Azər adlı polis əməkdaşı tərəfindən qandalla vurmaqla yetirilməsi xüsusatı məhkəməyədək icraat mərhələsində araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs baş nahiyyəsində müəyyən olunan xəsarəti 21 dekabr 2021-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl qeyri-müəyyən şəraitdə almışdır. Belə ki, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış nəticəsində mobil telefonun “Qalareya-Foto-Albom” qovluğunda 19 dekabr 2021-ci il tarixdə, saat 09:36-da və 05:56da çəkilməyə, 21 dekabr 2021-ci il tarixdə saağ 02:45 və 02:46-da çəkilməyə təsadüf edən Təqsirləndirilən şəxs baş nahiyyəsinin tibbi bintlə sarılmış iki ədəd və onun baş nahiyyəsinin sarğısının açılmış vəziyyətdə olan daha iki ədəd fotoşəkillərin olması, həmin mobil telefonun “WhatsApp” mesaj proqramında qeyd olunan xəsarəti “Opael” markalı avtomaşını aldığı usta ilə əlbəyaxa savaşması, qarşı tərəflə savaşmaları zamanı bir-birinə dəmir alətlər tətbiq etmələri nəticəsində alması ilə əlaqədar Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə saağ 11:01-də və 18:22-də qohumları ilə yazışmalar aparması müəyyən edilmişdir ki, qeyd olunan həmin xüsusat polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs baş nahiyyəsindən vurub xəsarət yetirmələrini inkar edir. Təqsirləndirilən şəxs “Opael” markalı avtomaşını aldığı usta ilə əlbəyaxa savaşması və nəticədə baş nahiyyəsindən xəsarət alması xüsusatı üzrə bağlı ibtidai istintaq orqanının 07 mart 2022-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarına əsasən cinayət işindən material ayrılmış və araşdırılması üzrə aidiyyəti üzrə göndərilmişdir (iş vərəqə: cild İİ, səh. 152-155156-159, 160-161). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, təqsirləndirilən şəxs oğlunun üzərindən və yaşadığı mənzildən aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulan eyni maddələrin külli miqdar həddindən müvafiq olaraq təxminən 725 və 320 dəfə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin külli miqdar təşkil etməsi və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə etməsi, qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları, şahid ifadələri və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bulud oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Bulud oğlunun məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli, həmçinin qeyri səmimi ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs Bulud oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bulud oğlunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 141). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə arvadı arasında nikah müqaviləsi xx.xx.2014-cü ildə ləğv olunmuş, uşaqlarından biri artıq yetkinlik yaşına çatsa da, 2012-ci il təvəllüdlü bir uşağı azyaşlıdır. (iş vərəqə: cild İ, səh. 106-109). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Cinayət Məcəlləsinin 59-cu maddəsində həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2022-ci il tarixli, 506 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 21 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 dekabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 639,8 qram çəkidə metamfetamin pisxitrop maddəsi, 1412,708 qram çəkidə heroin narkotik vasitəsi və bir ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadığı mənzildə baxış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi iki ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 639,8 qram çəkidə metamfetamin pisxitrop maddəsi, 1412,708 qram çəkidə heroin narkotik vasitəsi və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadığı mənzildə baxış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi iki ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar